Maarifə Hacıyeva
Maarifə Hüseyn qızı Hacıyeva (noyabr 1938, Gədəbəy) — filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi (2011).
== Həyatı ==
1938-cü ilin noyabrında Gədəbəy rayonunda anadan olub. 1953-cü ildə Xanlar rayonundakı Pedaqoji texnikuma daxil olub, 1957-ci ildə fərqlənmə diplomu ilə bitirib. Həmin ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olub. 1962-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.
=== Ailəsi ===
Ailəlidir. Üç övladı var.
== Fəaliyyəti ==
=== Elmi fəaliyyəti ===
1968-ci ildən Azərbaycan Xalq Təssərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) "Azərbaycan dili" kafedrasında işləyir.
1970-ci ildə namizədlik dissertasiyasını, 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. Filologiya elmləri doktoru, professordur.