Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əfsan Salıyev
Mulan (əfsanə)
Hua Mulan, Fa Mulan və ya sadəcə Mulan-yarıəfsanəvi, yarıhəqiqi Çin xalq "qəhrəmanı". Çin xalqı onun şərəfinə "Mulan haqqında mahnı" yazmışlar. lakin bayatının orijinal variantı günümüzə qədər gəlib çatmamışdır, amma daha sonra, XII əsrdə Qo Maodzan eyniadlı və eyni süjetli bi bayatı yazmışdır və Qo Maodzanın bayatısı indidə çinlilər arasında çox oxunmaqdadır. Hua Mulan haqqında bir çox cizgi filmi və kino çəkilmişdir. Misal olaraq Walt Disney Pictures tərəfindən çəkilən Mulan və Mulan 2 çizgi filmlərini, və yenədə Walt Disney Pictures tərəfindən çəkilən Mulan filmini gətirmək olar. Bir dəfə, Çin imperatoruna xəbər verirlər ki, Şimallı işğalçılar (türklər) Çinə hücüm etmək istəyir. İmperator əmr edir ki, hər bir ailədən bir kişi əsgərliyə gəlib türklərlə savaşmağa kömək etsin. Əsgərlər Mulangilin qapısını döyürlər və bu xəbəri Hua Mulanın ailəsinə çatdırırlar, lakin Mulanın qardaşı olmur, odur ki, Mulanın atası Hua Co savaşa getməli olur. Ancaq, Hua Co xəstə olur və savaşa getmək əhval-ruhiyyəsində olmur. Mulan özünü kişi yerinə qoyur və savaşa gedir.
Flamand əfsanələri
Gümüşgöl əfsanəsi (film, 1984)
== Məzmun == Şən avtomobil gəzintilərindən birində gənc sənətşünas Fərid (Eldəniz Rəsulov) və dostları yoldan keçən piyadaya (Ramiz Əzizbəyli) sataşmaq məqsədilə maşının işığını onun üstünə tuturlar. Piyada maşına dəyib yıxılır və hərəkətsiz qalır. Məsuliyyətdən yaxa qurtarmaq üçün hamı şəhərdən çıxmağa çalışır. Fərid də uzaq dağ kəndinə, məşhur xalçatoxuyan Səidənin (Şükufə Yusifova) yanına gedir. Burada o, Səidənin qızı Leyli (Yelena Seropova) ilə tanış olur. Sadəlövh qız ona Gümüşgölün əfsanəsini danışır: "Hər kəs bu göldə özünü yoxlaya bilər. Əgər insan namusludursa, o, gölün üstü ilə asanlıqla yeriyə bilər." Fərid şəhərə qayıdandan sonra özünə yer tapa bilmir. Həyat ona cansıxıcı görünür. Leyli və Gümüşgölün hərəkətsiz suları onun gözünün qarşısından çəkilmir. Fərid yenidən dağ kəndinə gedir… Bu film xəbərdarlıq vaxtında ayaq saxlayıb ətrafa diqqət yetirməyin, həyat haqqında dərindən düşünməyin vacibliyi barədədir.
Hidra (əfsanəvi varlıq)
Hidra, Yunan mifologiyasında izah edilən çox başlı bir məxluq. Argolis antik şəhərində, Lerna bataqlıqlarında yaşayan çox başlı bir canavarın adıdır. Hydranın nəfəsi bir insanı öldürəcək qədər zəhərliydi. Bu canavarın öldürülməsi Heraklın on iki vəzifə arasında 2-ci sırada yer alan vəzifədir. Atası Typhon və anası əjdahaların ilahəsi Ehidna (bəzi mənbələrdə anası Stiks (okeanida)) olan Hidra Lerna gölündəki yuvası, ölümdən sonrakı dünya ilə insanların dünyası arasındakı qapının ağzında yer almaqda olub, Hidra isə bu qapının nəzarətçi vəzifəsini yerinə yetirirdi. Hidra öldürülməsinin çox çətin olmasının səbəbi kəsilən hər bir başın əvəzinə iki dənəsinin çıxması idi. Herakl bu əjdaha ilə qarşılaşmadan əvvəl bataqlıq içərisində zəhərli qaz və dumanlarla örtülü Hidra yuvasının girəcəyində, ağzını və üzünü bir örtük ilə örtərək özünü qorumuştur.Canavar ilə qarşılaşıb vuruşmağa başlayan Herakl bir müddət sonra, kəsdiyi başların yerinə davamlı yenilərinin çıxdığını görəndə əslində boşuna döyüşüb yorulduğunu hiss etmiş və tam ümidsizliyə qapılmağa başladığı. Anda köməyinə İolaus (Heraklın qardaşı oğlu) yetişir. Güman edildiyinə görə, o anda Afina (mifologiya)da köməyi ilə canavarın kəsilən başlarının bir daha yaranmaması üçün boyunlarının məşəl ilə yandırılmasını fikirləşər və dərhal orada yandırdığı məşəli Herakla verər.
Korra əfsanəsi
Korra əfsanəsi (ing. The Legend of Korra) — ABŞ-də anime elementləri ilə istehsal olunan cizgi serial. Avatar: Aanq haqqında əfsanə cizgi serialının davamı. 2012-ci ilin aprelin 14-ündə Nickelodeon kanalında yayımlanmağa başladı. == Süjet == Braun Conson, Nickelodeon prezidentı: Yüz illik müharibədən sonra 70 il keçib. Korra — Cənub Su tayfasında doğulan su maqı yeni Avatardır.O artıq yer və od magiyalarının incəsənətini öyrənib.Öyrənəcəyi son elementin incəsənəti qalmışdır-hava magiyasının incəsənəti. Ona Aanq ilə Kataranın oğlu Tenzin kömək edə bilər. == Personajlar == Avatar Korra — Cənub su tayfasında doğulmuşdur. Qızdır. İsyankar və cəsur biridir.
Korra əfsanəsi: Torf müharibələri
Torf müharibələri (ing. Turf Wars); tam adı Korra əfsanəsi: Torf müharibələri (ing. The Legend of Korra: Turf Wars) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Korra əfsanəsi cizgi serialın davamı olan, DiMartino tərəfindən yazılmış və İren Koh tərəfincən çizilmiş üç hissədən ibarət olan komiks. == Çap tarixi == Trillogiyanın birinci cildi komiks dükkanlarında 2017-ci ilin iyulun 26-da satılmağa başlayıb. Təxmin edilib ki, satılan nüsxələrin sayı 4000 mindən bir az az idi. Beləliklə, o ayın altıncı bestseller komiksi olmuş. O, avqustun 8-də kütləvi bazara buraxılıb. İkinci hissəsinin satılışı isə komiks dükkanlarında 2018-ci ilin yanvarın 17-də başlayıb. O da təhminən 6262 sayında satılıb, həmin ayın bestselleri olmuş. Kütləvi bazara yanvarın 30-da buraxılıb.
Korra əfsanəsi (III mövsüm)
Kitab 3: Dəyişiklik (ing. Book Three: Change) Korra əfsanəsi cizgi serialının üçüncü mövsümdür. O, 13 seriyadan ("fəsildən") ibarətdir. == Yayımlama == Kitab 3 2014-cü ilin iyunun 27-dən ABŞ-nin Nickelodeon kanalında yayımlanmağa başlamışdı. Lakin aşağı düşən reytinqlərinə iyulun 25-də kanal serialı 8-ci seriyada yayımlamağa kəsdi.
Korra əfsanəsi (II mövsüm)
Kitab 2: Ruhlar (ing. Book Two: Spirits) Korra əfsanəsi cizgi serialının birinci mövsümün ikinci kitabıdır. Yayımı ABŞ Nickelodeon kanalında 2013 ilin sentyabrın 13-də başladı. == İstehsalı == 2011-ci ildə, əvvəldən tək mövsum olmalı 12 seriyalı Kitab 1: Hava istehsalı zamanı, Nickelodeon 14 seriya əlavə sifariş edib. 2012-ci ilin iyunda ikinci kitabın ssenarisi hazır idi və seriyalar kadrlama lövhəsi və cizgiləmə prosesində idilər. Kitab 2: Ruhlar əvvəldən birinci kitabı cizgiləndirən Studio Mir tərəfindən yox, Yaponiyanın Studio Pierrot tərəfindən cizgiləndirməli idi. Lakin, Mir studiyanın direktoru, Yu Cei Myanq dedi ki, bu razılaşma ilə problemə görə serialın prodüserləri onlardan ikinci kitabını da cizgiləndirmək xahiş elədilər. Onun dediyinə görə, əvvəldən Studio Mir Korra haqqında əfsanə kimi o qədər çətin olayan The Boondocks serialını cizgiləndirməyə seçib, çünki birinci kitab onlar üçün yorucu idi. Beləliklə, Studio Pierrot 1-6 və 9-cu, Studio Mir isə 7-ci, 8-ci, və 10-14 fəsilləri cizgiləndirib. === İrəlilətmə === İkinci kitabdan kadrlar birinci dəfə 2013-cü ilin iyunda reklam videosuda ictimaiyyətə açıqlanıb.
Korra əfsanəsi (IV mövsüm)
Kitab 4: Balans (ing. Book Four: Balance) Korra əfsanəsi cizgi serialının dördüncü mövsümüdür.
Korra əfsanəsi (I mövsüm)
Kitab 1: Hava (ing. Book One: Air) Korra əfsanəsi cizgi serialının birinci mövsümün birinci kitabıdır. Bu mövsumda Aanq haqqında əfsanə serialdan Avatar Aanqın xələfi Korra hava magiyasına öyrənmək üçün Respublika şəhərinə köçür və orada maskalı Amon adlı bir adamın tərəfindən başçılıq edilən Bərabərçilər (ing. Equalists) anti maq üsyançı qrupnan üzləşir. == Yayımlama == Televiziyada ilk efirdən öncə elan edilmişdir ki, əgər Korra Nation (ing. Korra Milləti) adlı sosial şəbəkə platforması 100 000 like yığsa, birinci iki seriya televiziya premyerasından əvvəl onlayn şəkildə çıxacaq. Bu məqsədə çatandan sonra, martın 24-də Viacom-a aid olan bir saytda birinci iki seriya üzə çıxmışdı. Onlar onlaynda həftəsonu ərzində mövcud qalmışlar. Kitab 1: Hava Nickelodeon və Nickelodeon HD kanallarında 2012-ci ilin aprelın 14-dən iyunun 23-ə dək yayımlamışdı. ABŞ-də yaşayanlar üçün bu seriyaları kanalın rəsmi saytda pulsuz onlayn izləmək və yükləmə haqqını almaq olardı.
Korra əfsanəsi (komikslər)
Korra əfsanəsi — eyni adlı cizgi serialın ilə əlaqəli olan komikslər.
Minboğalar əfsanəsi
"Minboğalar əfsanəsi" romanı-Yaşar Kamalın əsəri "Minboğalar əfsanəsi" romanı (1971) bu günə qədər təxminən yüzə yaxın kitabı işıq üzü görən, qırxdan artıq xarici dilə tərcümə edilən müasir Türikyə nəsrinin canlı klassiki, həyata səksən beş yaşın müdriklik zirvəsindən boylanan Yaşar Kamalın ən güclü əsərlərindən biridir (1). Öz bədii-fəlsəfi konsepsiyasına, ideya-məzmun xüsusiyyətlərinə, folklorik dili və dastanvari təhkiyə üslubuna görə bu roman türk və dünya ədəbiyyatının ən yaxşı nümunələri ilə bir səviyyədə durmağa layiqdir. Yaşar Kamal sözün möcüzəsi ilə "Minboğalar əfsanəsi" romanında türkmən əşirətləri yörüklərin məskən saldığı Çuxurovanı çevrələyən dilsiz-ağızsız Minboğa (Toros) dağlarını qəzəbləndirir, kükrədir, yeridir. O, ağır zindan üzərində döyülərək alov rəngli dəmirdən gümüşü silaha dönən və üstündəki naxışlarında minillik tarixi yaddaşı hifz edən qılıncı ağıllı, düşünən, düşmənə, üzüdönüklərə, kökünə arxa çevirənlərə nifrətini gizləyə bilməyən, xalqa məhəbbət və mərhəmətini sahibinin gah dərin sükutu, gah da müdrik ağsaqqal ozan dili ilə ifadə edən insan kimi danışdırır. O, bütün əsərlərində olduğu kimi, bu romanda da öz mahir istedadını, dastanvari dil və söz dünyasını, vətən və millət sevgisi ilə döyünən ürəyini, əngin folklor biliyini, hadisələrin mahiyyətinə varma və gizlinlərini dərk etmə bacarığını ortaya qoyur. Minillik əfsanəni uzaq və yaxın tarixin həqiqətləri ilə iç-içə keçirən, bədii təfəkkür ilə həyati reallıqların üzvi şəkildə sintezini yaradan sənətkar əfsanə altında yatan gizli-aşkar məqamları, çalarları və ümumiyyətlə, köçərilikdən oturaq həyata keçid zamanı türk tayfa və əşirətlərinin yaşadıqları qanlı, ağrılı-acılı, məhrumiyyətlər və göz yaşları ilə dolu yollarını bütün incəliklərinə qədər izləyib, bir tarixçi-sosioloq kimi öyrənib, təhlil edib, hadisələrin kökü, səbəbi və sonrakı ağır nəticələri barədə bir yazıçı və psixoloq kimi oxucularında təsəvvür yaratmağa çalışıb. Yazıçı qarşına qoyduğu, bədii həllini verməyə çalışdığı və böyük uğurla nail olduğu "məskunlaşma", əşirət və tayfalıqdan xalqa, oradan da millətə çevrilmə problemini bir türk əşirətinin adi sosial-məişət problemi kimi yox, ümumtürk və ümumbəşəri miqyasda, qlobal xarakter daşıyan bir məsələ kimi təqdim edir. Burada söhbət sadəcə kiminsə kiməsə qarşı törətdiyi cinayətdən, yaylaqları, qışlaqları əllərindən alınmaqla yüz illərdir alışdıqları sosial-iqtisadi və ictimai-siyasi həyat tərzini dəyişdirməyə məcbur edilən yörüklərin acı dramından, faciəsindən getmir. Romanda bədii təhlil obyektinə çevrilən daha böyük problemlərdir – feodal ictimai-iqtisadi formasiyasından, dərəbəylikdən kapitalizmə keçidin sancılarıdır, əsrimizin ən mühüm bəşəri, etnik, etno-kulturoloji, separatçı cinayətləridir. Əsərdə söhbət bu hadisələrin dəhşətli, geridönülməz nəticələrindən, öz doğma torpaqlarından didərgin salınanların ağrılı və təsəvvürə sığmaz məşəqqətlərindən, dünyanın mədəniyyətlər beşiyi sayılan torpaqları "yersiz gəldi yerli qaç" təfəkkürü ilə sahiplənmək uğrunda mübarizədən gedir.
Məhəbbət Haqqında Əfsanə (1967)
Film-konsertdə bəstəkar Arif Məlikovun eyniadlı baletindən fraqmentlər öz əksini tapmışdır.
Məhəbbət haqqında əfsanə (film, 1967)
Film-konsertdə bəstəkar Arif Məlikovun eyniadlı baletindən fraqmentlər öz əksini tapmışdır.
Məhəbbət Əfsanəsi (balet)
"Məhəbbət əfsanəsi" — Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında bəstələdiyi Azərbaycan baleti. 1961-ci ildə Leninqrad Dövlət Opera və Balet Teatrında (hazırkı Sankt-Peterburq Mariin Teatrı) gənc baletmeyster Yuri Qriqoroviç tərəfindən səhnələşdirilmiş "Məhəbbət əfsanəsi" baleti xoreoqrafiya sənəti tarixində yeni səhifə açaraq, mühüm mərhələ olmuşdur. Bununla bağlı baletşünas V. Krasovskayanın maraqlı müqayisəsi vardır. O yazır: ""Yatmış gözəl" XIX əsr balet kəşflərinin sintezi olduğu kimi, "Məhəbbət əfsanəsi" XX əsrin balet kəşflərinin sintezidir" "Məhəbbət Əfsanəsi" baleti özündən qabaq balet sənətinin qazandığı nailiyyətləri ümumiləşdirərək, bütün komponentlərin üzvi sintezi ilə səciyyələnən bitkin balet tamaşasının gözəl, etalon nümunəsi oldu. Baletin əsl simfonik nəfəsli və vüsətli musiqisi, yaddaqalan gözəl melodiyaları, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirmişdir. Yuri Qriqoroviç baletin dramaturji əsasına dəqiq düşünülmüş xoreoqrafik konsepsiya qoyaraq, bütün musiqi xoreoqrafik hərəkəti ona tabe etdi. "Məhəbbət əfsanəsi"nin böyük müvəffəqiyyətinin sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin yeni dramaturgiyasındadır. Illüstrativ təfərrüatları minimuma endirən baletin dramaturgiyası sırf rəqs formaları üzərində qurulmuşdur. Fəal simfonik rəqs xoreoqrafiyanın başlıca ifadə vasitəsinə çevrilmişdi və Y. Qriqoroviç xoreoqrafiya tarixində ilk dəfə olaraq, böyük, "tammetrajlı" baleti büsbütün simfonik rəqs üzərində yaratmışdır. Tamaşada musiqi və xoreoqrafiyanın bərabərhüquqlu komponent kimi çıxış etməsi bəstəkar və baletmeyster arasındakı münasibətlərin yeni xarakterini də doğurmuşdur.
Məhəbbət əfsanəsi
"Məhəbbət əfsanəsi" — Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında bəstələdiyi Azərbaycan baleti. 1961-ci ildə Leninqrad Dövlət Opera və Balet Teatrında (hazırkı Sankt-Peterburq Mariin Teatrı) gənc baletmeyster Yuri Qriqoroviç tərəfindən səhnələşdirilmiş "Məhəbbət əfsanəsi" baleti xoreoqrafiya sənəti tarixində yeni səhifə açaraq, mühüm mərhələ olmuşdur. Bununla bağlı baletşünas V. Krasovskayanın maraqlı müqayisəsi vardır. O yazır: ""Yatmış gözəl" XIX əsr balet kəşflərinin sintezi olduğu kimi, "Məhəbbət əfsanəsi" XX əsrin balet kəşflərinin sintezidir" "Məhəbbət Əfsanəsi" baleti özündən qabaq balet sənətinin qazandığı nailiyyətləri ümumiləşdirərək, bütün komponentlərin üzvi sintezi ilə səciyyələnən bitkin balet tamaşasının gözəl, etalon nümunəsi oldu. Baletin əsl simfonik nəfəsli və vüsətli musiqisi, yaddaqalan gözəl melodiyaları, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirmişdir. Yuri Qriqoroviç baletin dramaturji əsasına dəqiq düşünülmüş xoreoqrafik konsepsiya qoyaraq, bütün musiqi xoreoqrafik hərəkəti ona tabe etdi. "Məhəbbət əfsanəsi"nin böyük müvəffəqiyyətinin sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin yeni dramaturgiyasındadır. Illüstrativ təfərrüatları minimuma endirən baletin dramaturgiyası sırf rəqs formaları üzərində qurulmuşdur. Fəal simfonik rəqs xoreoqrafiyanın başlıca ifadə vasitəsinə çevrilmişdi və Y. Qriqoroviç xoreoqrafiya tarixində ilk dəfə olaraq, böyük, "tammetrajlı" baleti büsbütün simfonik rəqs üzərində yaratmışdır. Tamaşada musiqi və xoreoqrafiyanın bərabərhüquqlu komponent kimi çıxış etməsi bəstəkar və baletmeyster arasındakı münasibətlərin yeni xarakterini də doğurmuşdur.
Məhəbbət əfsanəsi (balet, 1961)
"Məhəbbət əfsanəsi" — Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında bəstələdiyi Azərbaycan baleti. 1961-ci ildə Leninqrad Dövlət Opera və Balet Teatrında (hazırkı Sankt-Peterburq Mariin Teatrı) gənc baletmeyster Yuri Qriqoroviç tərəfindən səhnələşdirilmiş "Məhəbbət əfsanəsi" baleti xoreoqrafiya sənəti tarixində yeni səhifə açaraq, mühüm mərhələ olmuşdur. Bununla bağlı baletşünas V. Krasovskayanın maraqlı müqayisəsi vardır. O yazır: ""Yatmış gözəl" XIX əsr balet kəşflərinin sintezi olduğu kimi, "Məhəbbət əfsanəsi" XX əsrin balet kəşflərinin sintezidir" "Məhəbbət Əfsanəsi" baleti özündən qabaq balet sənətinin qazandığı nailiyyətləri ümumiləşdirərək, bütün komponentlərin üzvi sintezi ilə səciyyələnən bitkin balet tamaşasının gözəl, etalon nümunəsi oldu. Baletin əsl simfonik nəfəsli və vüsətli musiqisi, yaddaqalan gözəl melodiyaları, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirmişdir. Yuri Qriqoroviç baletin dramaturji əsasına dəqiq düşünülmüş xoreoqrafik konsepsiya qoyaraq, bütün musiqi xoreoqrafik hərəkəti ona tabe etdi. "Məhəbbət əfsanəsi"nin böyük müvəffəqiyyətinin sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin yeni dramaturgiyasındadır. Illüstrativ təfərrüatları minimuma endirən baletin dramaturgiyası sırf rəqs formaları üzərində qurulmuşdur. Fəal simfonik rəqs xoreoqrafiyanın başlıca ifadə vasitəsinə çevrilmişdi və Y. Qriqoroviç xoreoqrafiya tarixində ilk dəfə olaraq, böyük, "tammetrajlı" baleti büsbütün simfonik rəqs üzərində yaratmışdır. Tamaşada musiqi və xoreoqrafiyanın bərabərhüquqlu komponent kimi çıxış etməsi bəstəkar və baletmeyster arasındakı münasibətlərin yeni xarakterini də doğurmuşdur.
Məhəbbət əfsanəsi (dəqiqləşdirmə)
Məhəbbət əfsanəsi (balet) - bəstəkar Arif Məlikovun 1961-ci ildə Nazim Hikmətin eyniadlı pyesi əsasında yazdığı balet. Məhəbbət əfsanəsi (film, 1969) - rejissor Yuri Qriqoroviçin Nazim Hikmətin eyniadlı pyesi və bəstəkar Arif Məlikovun eyniadlı baleti əsasında çəkdiyi film-balet. Məhəbbət əfsanəsi (film, 1965) - rejissor Arif Səfərovun Leyli və Məcnun dastanı əsasında bəstəkar Qara Qarayevin musiqisinə çəkdiyi film. Məhəbbət əfsanəsi (film, 1984) - rejissorlar Lətif Fayziyevin və Umeş Mehranın 1984-cü ildə çəkdiyi Sovet-Hind filmi. Məhəbbətim mənim, kədərim mənim (film, 1978) - rejissor Əjdər İbrahimovun Nazim Hikmətin eyniadlı pyesi və bəstəkar Arif Məlikovun eyniadlı baletinin musiqisi əsasında çəkdiyi film. Arif Məlikov. "Məhəbbət əfsanəsi" (film, 1987) - bəstəkar Arif Məlikovun dünyaca ünlü "Məhəbbət Əfsanəsi" baleti haqqda sənədli film.
Məhəbbət əfsanəsi (film, 1965)
Film Leyli və Məcnun ərəb dastanı əsasında çəkilib. Əsərin Müəllifi : Bəstəkar : Qara Qarayev Librettonun Müəllifi : Xoreoqrafiyanın Müəllifi : Ssenari müəllifi : Ənvər Məmmədxanlı Quruluşçu rejissor : Arif Səfərov Məhəbbət əfsanəsi (film, 1969) Məhəbbət əfsanəsi (film, 1984) Məhəbbətim mənim, kədərim mənim (film, 1978) Məhəbbət əfsanəsi (balet) Leyli və Məcnun (balet) Arif Məlikov.
Məhəbbət əfsanəsi (film, 1969)
Şərq hökmdar qadını Məhin Banu bacısı Şirini ölümcül xəstəlikdən xilas etmək üçün öz gözəlliyini qurban verir. Şirin rəssam Fərhadla rastlaşır. Onlar bir-birini sevməyə başlayırlar. Lakin Məhin Banu hər ikisini çox sevdiyi üçün onları ayırır. Film türk yazıçısı Nazim Hikmətin eyniadlı pyesi və Azərbaycan bəstəkarı Arif Məlikovun eyniadlı baleti əsasında çəkilmişdir.
Mən əfsanəyəm (film, 2007)
"Mən əfsanəyəm" (ing. I Am Legend) 2007-ci il Amerika elmi-fantastik filmi. Riçard Metisonun "Mən əfsanəyəm" əsərinin üçüncü uyğunlaşmasıdır. Rejissor Frensis Lourens, ssenaristlər Akiva Qoldsman və Mark Protoseviçdir. Baş rolda Vill Smitdir (virusoloq Robert Nevill). 2007 il dekabr 14-də buraxılmış film iki gündən sonra ABŞ Boks Ofis nömrə bir filmi oldu. Filmin vaxtı 100 dəqiqədir. Büdcəsi təxminən 150 milyon dollar. Distribütorları Warner Brothers və Village Roadshow-dır. "Mən əfsanəyəm" əsasən 35 millimetrli anamorfot fortmatda çəkilmişdir.
Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir (kitab)
Pianoçu haqqında əfsanə (film, 1998)
"1900-ün əfsanəsi" (it. La leggenda del pianista sull'oceano) — rejissor Cüzeppe Tornatorenin filmi. Bu film rejissorun ilk ingilisdilli filmidir. Bu, böyük gəmidə bütün zamanı, bütün dünyanı əks etdirən bir film-dastandır. Musiqinin, dostluğun sevginin, əzabın qəribə dünyası uzun illərdir ki, qəhrəmanların gözləri önündə baş verir. Bu, əhvalat dahi pianoçu ilə bağlıdır. O, gəmidə doğulub və bütün ömrünü də orada piano arxasında keçirib. Əhvalat onun musiqiçi dostu, truba ifaçısının dilindən danışılır. Hər şey XX əsrin birinci günü "Vinciniyalı" gəmisində körpə uşağın tapılması ilə başlamışdı. Uşaq böyüyür və bütün ömrünü nəhəng okean laynerində keçirir.
Qız qalası əfsanəsi (film, 1923)
Qız qalası əfsanəsi — rejissor Vladimir Ballyuzek tərəfindən 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsində çəkilmiş və 1924-cü ildə buraxılmış səssiz Azərbaycan filmi. Film 2011-ci ildə kinorejissor Hüseyn Mehdiyevin layihəsi əsasında bərpa olunmuşdur. Hadisələr Köhnə Bakıda cərəyan edir. Səməd xan arvadı hamilə olduğu üçün narahatdır. Xana xəbər verirlər ki, uşaq anadan olur, ana isə ölür. Qəzəblənmiş xan uşağa belə baxmayıb əmr edir ki, uşağı saraydan uzaqlaşdırsınlar. Körpə qız təbiətin qoynunda bir qarının evində böyüyür, gözəl bir qız olur. Xan ova çıxarkən qızı Gülnarla (Sofiya Jozeffi) rastlaşır və onu tanıyır. Qızını saraya gətirir, Gülnarın sevdiyi oğlanı da (İsmayıl Hidayətzadə) saraya çağırırlar. Gülnar anasının libaslarını geyinərkən xanda şəhvət hissi oyanır.
Qız qalası əfsanəsi (film, 1978)
Kinolentdə hər şeyə qalib gələn məhəbbətin gücündən, xalq müdrikliyindən, Vətənə, xalqa sədaqətdən bəhs olunur. Film Azərbaycan xalq əfsanəsinin motivləri əsasında çəkilmişdir. Ssenari müəllifi: Əbülfəz Hüseyni, Ədhəm Qulubəyov Quruluşçu rejissor: Məsud Pənahi Quruluşçu rəssam: Vaqif Mustafayev, Yuri Meşşeryakov Operator: Ramiz Ağayev Bəstəkar: Arif Məlikov Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Yuri Meşşeryakov, Vahid Talıbov, Vaqif Məmmədov, Rauf Dadaşov Rejissor assistenti: Fəridə Həşimova Rəssam assistenti: Ziya Xəqani Montaj edən: N. Dadaşov Redaktor: Faiq Dərgahov Filmin direktoru: Eldar Əliyev Fazaçı rəssam: Firəngiz Quliyeva Mətni oxuyan: Səməndər Rzayev (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 258-263. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
Əfqan
Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012 – ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25,500,100 (2011 – ci ilin əvvəlinə 24,485,600) nəfər olduğu ehtimal edilir . Ölkə əhalisinin milli tərkibini təşkil edən etnik qruplar : puştunlar, taciklər, həzaralar, özbəklər, türkmənlər, aymaqlar, bəluclar, qızılbaşlar, nuristanlılar, paşayilər və sairədir. Böyük Sovet Ensiklopediyasının II nəşri, III cildinin (1950-ci ildə çap edilib), 494-cü səhifəsində yazılıb: Əfqanıstanda indiyə qədər bütün ölkəni əhatə edən və nəticələri şübhə doğurmayan siyahıya alma aparılmadığından onun əhalisinin etnik tərkibi haqqında dəqiq məlumatlar yoxdur , bütün rəqəmlər müxtəlif mənbələrin qeyri-rəsmi təxmininə əsaslanır . Pan-İranizm ideyasını bəyənən və ona felən dəstək verən Avropanın "müstəqil sosial təşkilatları" İranda olduğu kimi Əfqanıstanda da Türk kökənli əhalinin sayını öz rəsmi məlumatlarında süni şəkildə azaldırlar . Əksər qərb mənbələrinə əsasən Əfqanıstanda Türk kökənli xalqlar ölkə əhalisinin təxminən 12%-ni təşkil edirlər (özbəklər-9% , türkmənlər-3%) . Ancaq Əfqanıstandakı Türk mənşəli etnik qrupların (əsasən Özbək və Türkmən) liderlərinin iddialarına əsasən həzaralar və çahar aymaqlar daxil edilmədən bütün Türk əsilli xalqlar Əfqanıstan əhalisi içində təxminən 35%-lik paya sahibdirlər (19% – özbəklər, 13% – türkmənlər , 3% – qızılbaşlar , qırğızlar , tatarlar , qaraqalpaqlar , qazaxlar) . Əfqanıstanda Türk toplumunu özbəklər , türkmənlər , qızılbaşlar , qırğızlar , qaraqalpaqlar , qazaxlar , tatarlar əmələ gətirirlər . Özbəklər – Əfqanıstanda puştun və taciklərdən sonra üçüncü ən böyük etnik qrupdurlar . sayları 4,000,000 nəfərdən çoxdur . Türkmənlər – sayları 900,000 nəfərdən çoxdur (bəzi təxminlərə görə 3,000,000 nəfərdir) .
Əfsanə
Əfsanə (lat. legenda - "oxu", "oxunan") — epik növün janrı. Əfsanə şifahi xalq ədəbiyyatına aiddir. Bu baxımdan, əfsanənin əsas məğzini o hekayətlər təşkil edir ki, onların əsasında möcüzə, söyləyici, yaxud dinləyicilər tərəfindən təsdiq olunmuş, inanılmış tərzdə anlaşılan bir obraz yəqin edilsin. Bununla da rəvayətlərdən fərqli olaraq əfsanələr həmişə öz fantastik məzmun çalarına görə seçilir. Əfsanələr daha çox xalqın tarixini, dünya görüşünü, xəyal və arzularını özündə əks etdirir. Azərbaycan əfsanələri, əsasən, aşağıdakı mövzulardadır: Heyvanlar, quşlar haqqında; Təbiət mənzələri (ağac, çiçək, gül, dağ, daş, qaya, bulaq, çay, dəniz və s.) haqqında; Yer adları haqqında; Tayfa, el, xalq, nəsil haqqında; Səma cisimləri haqqında; Tarixi şəxsiyyətlər haqqında; Nizami mövzuları haqqında; Ailə məişət məsələləri haqqında. . Müstəqil janr kimi özünəməxsus xarakterik xüsusiyyətlərə malik əfsanələrin mətni sabit olmur, süjet isə bütöv yox, yarımçıq, yaxud bir parça, kəsik, epizodik şəkildə təqdim edilir. Folklorun digər janr və növləri kimi əfsanələr də həm tarixi qaynaqlarda — salnamə, xronika, cünk və əlyazmalarında qorunub saxlanmış, həm də şifahi gələnəkdə — dildə-ağızda dolaşa-dolaşa müasir dövrə qədər gəlib çatmışdır. 70ci illərdə bu şifahi xalq ədəbiyyatının əsasını qoymuşdu.
Əfsun
Ekzorsizm (yun. ἐξορκισμός — ovsunlamaq) — cinlərin və ya şər ruhlarının insanlardan yaxud müəyyən yerlərdən qovması. Ekzorsizm hələ Qədim Babilistanda işlədilmiş, adətən səlahiyyətli bir şəxslə (keşiş və ya şaman) icra edilir. Əhdi Cədiddə İsanın dua və əmr gücü ilə keçirilmiş cinlər qovmaları təsvir edilmişdir. Haqqında bir çox bədii film çəkilmişdir, o cümlədən "İblisi Qovan" və "Emili Rouzun Altı Cini". Cinlәrin vә ya şәr ruhların insandan, yaxud müәyyәn yerdәn qovulması ritualı. Ekzorsizmi rahiblәr, ekstrasenslәr vә ya şamanlar hәyata keçirir. Ekzorsizmә bir çox dindә rast gәlinir. Dörd vedadan biri olan Atharvavedada Ekzorsizm, әl-kimya vә sehr ilә bağlı mәsәlәlәrdәn bәhs edilir. Ekzorsizmin әsas vasitәsi olan mantra vә yacnadan veda vә tantra әnәnәlәrindә istifadә olunurdu.
Əfşan Hüseynov
Əfşan Qədimbəyova
Əfşan Qədimbəyova — Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun rektoru, Azərbaycan SSR Ali Soveti sədrinin müavini və məktəbəqədər-ibtidai təhsil üzrə mütəxəsis. 1915-ci ildə İrəvan quberniyasının İrəvan şəhərində anadan olmuşdur. Atası Ələkbər bəy Qədimbəyov Mirzə Qədim İrəvaninin soyundan gələnlərin daşıdığı Qədimbəyov ailəsindən olmuşdur. Əfşan Qədimbəyova 1929-cu ildə İrəvan Pedaqoji Texnikumunu bitirmiş və 1931-1935-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti) pedaqoji fakültəsində təhsilini davam etdirmişdir. Buradakı təhsilini də bitirdikdən sonra Moskvada yerləşən Pedaqoji İnstitutun aspirantura pilləsində də təhsil almış və Bakıya dönmüşdür. Moskvadan təhsilini tamamlayıb Bakıya döndükdən sonra 1942-ci ildən Azərbaycan Gənclər İttifaqının üçüncü katibi kimi çalışmış və bu vəzifədə dörd il fəaliyyət göstərmişdir. Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin partiya komitəsinin katibi, Azərbaycan KP MK-da şöbə müdirinin müavini vəzifələrində fəaliyyət göstərən Ə. Qədimbəyova, 1949-1956-cı illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun rektoru kimi çalışmışdır. Daha sonra isə Azərbaycan SSR Ali Soveti sədrinin birinci müavini kimi fəaliyyət göstərmişdir. Bundan başqa o, dəfələrlə Azərbaycan SSSR Ali Sovetinə üzv seçilmişdir. 1965-ci ildə "1920-1941-ci illərdə Azərbaycanda məktəbəqədər tərbiyənin inkişafı mövzusunda" namizədlik dissertasiyası müdafiə etmişdir.
Yaşayan əfsanə
Yaşayan əfsanə — mükəmməl fəaliyyətinə görə hələ sağ ikən həddən artıq məşhur olan şəxs. Yaşayan əfsanə olmaq həmin insan üçün şərəf hesab edilə bilər. Bunun özü də qarışıq duyğulara səbəb olur. Bu ifadə müsbət konotasiyaya malikdir və ümumən möhtərəm xüsusiyyətlərlə əlaqələndirilir. Bəzi insanlar hətta özlərini yaşayan əfsanə adlandırırlar. Onların arasında peşəkar idmançılardan Useyn Bolt və Zlatan İbrahimoviç də var.
Əflan İbrahimov
Əflan Həsən oğlu İbrahimov (5 mart 1956, Nərimankənd, Mərəzə rayonu) — Müstəqil Xalq Partiyasının sədri, "El" Hərəkatı Ali Məclisinin sabiq sədr müavini, Müasir Müsavat Partiyasının sabiq sədr müavini, Qobustan Rayon İcra Hakimiyyətinin sabiq başçısı, siyasətçi. Əflan Həsən oğlu İbrahimov 5 mart 1956-cı ildə Nərimankənd kəndində doğulub. O, 1973-cü ildə Şamaxı rayonunun Nərimankənd orta məktəbində, 1973–1977-ci illər Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-statistika fakültəsində təhsil alımışdır. 1977–1979-cu illərdə Sovet ordusunda xidmət etmişdir. Əflan İbrahimov 1981–1988-ci illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin İslah-Əmək Müəssisələri İdarəsində, 1988–1992-ci illərdə Avtomobil Nəqliyyatı Nazirliyinin nəzdində olan idarələrdə usta-mexanik kimi çalışmışdır. O, 1992–1993-cü illərdə Milli Ordu sıralarında Qarabağın müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. Ehtiyatda olan zabit-kapitandır. Əflan İbrahimov 1994–1996-cı illərdə Qobustan rayon Səhmdar-Kommersiya Əmanət Bankının müdiri işləmişdir. 2002–2005-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi olmuş və 3-cü dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 2008–2009-cu illərdə isə Loğman Tibb Məktəbində şöbə müdiri vəzifəsində işləmişdir.
Əfqan Xaşalov
Əfqan Xaşalov (7 iyun 1997, Qazax) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. Əfqan Xaşalov 2014-cü ildə yeniyetmələr arasında Avropa Çempionatının qızıl medalına, yeniyetmələr arasında Dünya Çempionatının isə gümüş medalına sahib olub. Daha sonra Əfqan Xaşalov 2016-cı ildə Fransada gənclər arasında Avropa Çempionatının və 2017-ci ildə Almaniyada gənclər arasında Dünya Çempionatının qalibi oldu. 2017-ci ildə Finlandiyada gənclər arasında Dünya Çempionatını bürünc medalla başa vuran Əfqan Xaşalov 2018-ci ildə İstanbul şəhərində U23 Dünya Çempionatının gümüş medalına sahib oldu. 2019-cu ildə Budapeşt şəhərində U23 Dünya Çempionatında bürünc medala sahib olan Əfqan Xaşalov bir il sonra, 2020-ci ildə İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turniri də bürünc medalla başa vurdu. Həmin ilin fevralında Roma şəhərində Avropa Çempionatlarında debüt edən Əfqan Xaşalov turniri yeddinci pillədə başa vurdu. Əfqan Xaşalov 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Füzuli-Xocavənd-Şuşa istiqamətində gedən hərbi əməliyyatlarda oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən Əfqan Kamil oğlu Xaşalov "Füzulinin azad olunmasına görə" medalı və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Müharibə zamanı Əfqan Xaşalov sol gözündən yaralandı. Müharibədən sonra Əfqan Xaşalov 2021-ci ildə Polşanın Varşava şəhərində baş tutan Avropa Çempionatında bürünc medalın sahibi oldu.
Əvsan padşahlığı
Əvsan padşahlığı (ərəb. مملكة أوسان‎) — Cənubi Ərəbistanda, indiki Yəməndə qədim dövlət. Bir vaxtlar Cənubi Ərəbistanın ən mühüm kiçik padşahlıqlarından biri idi. Şəhərin e.ə. VII əsrdə səbailər tərəfindən dağıdıldığı görünür. Qələbənin səbailər üçün əhəmiyyətini təsdiq edən terminlərlə xəbər verən mətn aşkar edilmişdir. Télédetection archéologique dans la Wadi Markha (in French) Caravan Kingdoms: Yemen and the Ancient Incense Trade Freer Gallery, Washington, 2005. Exhibition of archeological objects from Yemen, setting Awsan in context. Catalogue.
Əfqan Məmmədov
Əfqan Ağasən oğlu Məmmədov( )- Birinci Qarabağ döyüşlərində şəhid olmuşdur. Məmmədov Əfqan Ağasən oğlu– 08 dekabr 1974-cü ildə Lerik rayonunda anadan olub. 1981-ci ildə Lerik rayon 1 saylı orta məktəbinin birinci sinfinə daxil olub,1988-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirib 23 oktyabr 1993-cü ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılan Əfqan Məmmədov cəbhə bölgəsinə yola salınıb.Hərbi xidmətə 703 saylı hərbi hissədə başlasa da, daha sonra Qarabağ cəbhəsinin müxtəlif bölgələrində döyüş yolu keçib.Ağdam uğrunda gedən döyüşlərdə şücaətlər göstərib.Son döyüş yeri də Ağdam rayonunun Salahlı kəndi olub.Əfqan Məmmədov 12 yanvar 1994-cü ildə Ağdam rayonunun Salahlı kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşüb.04 fevral 1997-ci ildə Lerik Rayon Məhkəməsi tərəfindən Məmmədov Əfqan Ağasən oğluna şəhid statusu verilib.
Əfsanə Nəcmabadi
Əfsanə Nəcmabadi (fars. افسانه نجم‌آبادی‎; 1946[…], İran) — İranəsilli ABŞ tarixçisi, gender nəzəriyyəçisi, arxivşünası və pedaqoqu. O, Harvard Universitetində tarix və qadın, gender və cinsiyyət tədqiqatları üzrə Frensis Li Higinson professorudur. Əfsanə Nəcmabadi 29 dekabr 1946-cı ildə İranda anadan olmuşdur. O, Tehran Universitetində tələbə olmuş və 1966-cı ildə Redkliff Kollecinə keçmişdir. Nəcmabadi 1968-ci ildə Harvard Universitetinin Redkliff Kollecində fizika üzrə bakalavr dərəcəsini və 1970-ci ildə Harvard Universitetində fizika üzrə magistr dərəcəsini almışdır. Bunun ardınca ilk olaraq Amerika Birləşmiş Ştatlarında, sonra isə İranda akademik maraqları ictimai fəallıqla birləşdirərək sosial tədqiqatlar aparmışdır. O, 1984-cü ildə Birləşmiş Krallığın Mançester Universitetində sosiologiya üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. O, 1991-ci ildə ABŞ-nin İraqa müdaxiləsini dəstəkləmişdir. Nəcmabadi hücumu tənqid etdiyinə görə Eduard Səidə sərt şəkildə qarşı və onun fikrini "siyasi qətlin ritorik ekvivalenti" kimi təsvir etmişdir.
Çoban Əfqan
Çoban Əfqan (Ələkbər Namazov, 1866–1924) — Azərbaycan aşığı. Ələkbər Namazov 1866-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olmuşdur. Çox yoxsul həyat keçirən Çoban Əfqan kiçik yaşlarından varlıların mal-qoyununu otarmış, onlara muzdurluq eləmişdir. Çoban Əfqan 1924-cü ildə vəfat edib. Şübhəsiz Qazax və Tovuz mahalının məclisləri, el şənlikləri, tanınmış ustad aşıqların – Şəmkirli Hüseynin, Ələsgərin, Bozalqanlı Hüseynin, Şikəstə Qəhrəmanın dərin məzmunlu şeirləri, ustadnamələri Çoban Əfqanın qəlbinə yol tapmış, könüldən keçən duyğuları söyləməyə sövq etmişdir. Fitri istedadı olan Çoban Əfqan dadlı-duzlu şeirləri ilə məzmunlu, yeni ruhlu şeirləri geniş yayılmışdır. Bu qəbil şeirlərindən o, həyatın çox ağır məqamlarını, özünün keçdiyi çətin, dözülməz muzdurluq həyatını, ehtiyac içərisində yaşadığı anları yeni-yeni bədii ifadələrlə qələmə almışdır. Çoban Əfqanın ikinci qism şeirləri ənənəvi məhəbbət lirikasıdır. Bu qəbil şeirlərində də şair özgün yeni ifadə formaları tapır. Həm də o, Kərəm və Məcnun yanğısından daha çox qarşılıqlı real həyat sevgisini təsvir və tərənnüm edir… Azərbaycan aşıqları və el şairləri II, Bakı, 1984, s.
Əfqan Abdurahmanov
Əfqan Ağasəf oğlu Abdurahmanov (25 may 1976, Bakı – 10 oktyabr 2020, Qlobus yüksəkliyi, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Əfqan Abdurahmanov 1976-cı il mayın 25-də Bakı şəhərində anadan olub. 1982–1993-cü illərdə Binəqədi rayonunda Vahid Əzizov adına 30 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995–1997-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olduqdan sonra, 1997–2001-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2001–2002-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində təcrübədə olduqdan sonra isə 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı. Əfqan Abdurahmanov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər istiqamətlərində başlanan döyüşlərdə savaşıb. Azərbaycan ordusunun polkovnik-leytenantı olan Əfqan Abdurahmanov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əfqan Abdurahmanov oktyabrın 10-da Suqovuşan yaxınlığında Qlobus yüksəkliyi uğrunda gedən döyüşlər zamanı şəhid olub. Şəhid polkovnik Qəbələ rayonunun Əmirvan kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Abdurahmanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Əfqan Abdurəhmanov
Əfqan Ağasəf oğlu Abdurahmanov (25 may 1976, Bakı – 10 oktyabr 2020, Qlobus yüksəkliyi, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Əfqan Abdurahmanov 1976-cı il mayın 25-də Bakı şəhərində anadan olub. 1982–1993-cü illərdə Binəqədi rayonunda Vahid Əzizov adına 30 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995–1997-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olduqdan sonra, 1997–2001-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2001–2002-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində təcrübədə olduqdan sonra isə 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı. Əfqan Abdurahmanov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər istiqamətlərində başlanan döyüşlərdə savaşıb. Azərbaycan ordusunun polkovnik-leytenantı olan Əfqan Abdurahmanov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əfqan Abdurahmanov oktyabrın 10-da Suqovuşan yaxınlığında Qlobus yüksəkliyi uğrunda gedən döyüşlər zamanı şəhid olub. Şəhid polkovnik Qəbələ rayonunun Əmirvan kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Abdurahmanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Əfqan Aslanov
Əfqan Aslanov (18 aprel 1959, Ağcabədi rayonu) — azərbaycanlı riyaziyyatçı,[mənbə göstərin]alim, Amerika Tətbiqi və Hesablama Riyaziyyatı jurnalının redaksiya heyətinin üzvü. Əfqan Əkbər oğlu Aslanov 18 aprel 1959-cu ildə Ağcabədi rayonunun Taynaq kəndində doğulub. O, orta təhsilini Taynaq kənd orta məktəbində aldıqdan sonra indiki Gəncə Dövlət Universitetinin riyaziyyat ixtisasına qəbul olmuş və 1978-ci ildə yüksək qiymətlərlə bitirmişdir. Əfqan Aslanov 1987-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda funksional analiz üzrə dissertasiya müdafiə edərək "riyaziyyat elmləri namizədi" alimlik dərəcəsini almışdır. Əfqan Aslanov 1989-1993-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, 1993-1995-ci illərdə baş müəllim işləmişdir. Həmçinin 1992-2001-ci illərdə Xəzər Universitetində dosent,sonra professor vəzifələrini tutmuşdur. O, 2009-cu ildə Türkiyə Cümhuriyyətində dosent elmi adını almışdır.2014-cu ildə Beykent Universitetində professor vəzifəsinə təyin olmuşdur. Hazırda Bilgi Universitetinin riyaziyyat bölümündə çalışır. A Aslanov, H Isaev, "On the Theory of two Parameter Spectral Problems (English Translation)", American Mathematics Society (Translation of Doklady Akademii Nauk), 225-227 (1985) SCI A Aslanov, M Almamedov, "On the constructive description of the spectral measure of a three parameter spectral problem", Doklady Akademii Nauk (ISSN: 0869-5652), , Moscow, 780-782 (1986) SCI A Aslanov, H Isaev, "On the Tensor Determinants associated with multi-parameter spectral Problems", Izvestiya: Mathematics (ISSN: 1064-5632), Moskow, (1987) SCI A Aslanov, "Positivity Results for operators and multi-parameter definiteness conditions", Ulyanovsk, 19 (1990) A Aslanov, H. Isahanly, "A multi-dimensional complex analytical view on the multiparameter spectrum and the construction of the spectral measure (english)", Khazar Math Journal, ISSN 1028-7647, 3-65 (1998) A Aslanov, "About the existence of the minimum and maximum of two positive operators", International Congress MASSEE 2003, Bulgaria, (2003) A Aslanov, "Definiteness Conditions in the Multiparameter Spectral Theory", WSEAS Transactions on Mathematics, 717-721 (2004) A Aslanov, "The Existence and Uniqueness Theorem from a new Viewpoint", WSEAS Transactions on Mathematics , 575-578 (2004) A Aslanov, Existence of the minimum and maximum of two positive operators", Mathematika Balkanika, 19, 255-266 (2005) A Aslanov, A New Approach to the Singularity, International Conf on Engineering and Mathematics, 155-159 (2006) A Aslanov, Determination of convergence intervals of the series solutions of EmdenFowler equations using polytropes and isothermal spheres, Physics Letters A, 372,3555- 3561, (2008) SCI A Aslanov, A generalization of Lane-Emden equation, International Journal of Computer Mathematics, 85(11) (2008), 1709-1725. SCI A Aslanov, I. Abu-AlShaikh, Further developments to decomposition methods for solving IVPs, Mathematical and Computer Modelling, 48 (2008), 700-711.
Əfqan Axundov
Əfqan Bayramov
Əfqan Bayramov (14 oktyabr 1983, Suraxanı) — Azərbaycanı təmsil edən ağır atlet. Karyerası ərzində Əfqan Bayramov dəfələrlə Dünya və Avropa Çempionatlarında mübarizə apardı. Karyerası ərzində Əfqan Bayramovun beynəlxalq turnirlərdə qeydə alınan ən ciddi uğuru 2012-ci ildə Antalya şəhərində baş tutan Avropa Çempionatınıda qızıl medala sahib olmaq oldu. Əfqan Bayramov həm də Azərbaycanı 2 dəfə olimpiadalarda təmsil elədi. 2008-ci ilin avqustunda Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında Əfqan Bayramov ümumi nəticədə olimpiadanı 320 (145+175) nəticə ilə altıncı pillədə başa vurdu. Dörd il sonra, 2012-ci ilin avqustunda London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında isə Əfqan Bayramov uğursuz çıxış elədi. Əfqan Bayramov birdən qaldırma turnirində hər üç cəhdidə də uğursuz oldu və olimpiadanı nəticəsiz başa vurdu.
Əfqan Hüseynov
Əfqan Hüseynov (24 fevral 1963, Bakı – 1 noyabr 1992, Qubadlı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Mayor Əfqan Qaraxan oğlu Hüseynov 24 fevral 1963-cü ildə Bakı şəhərində keçmiş "Tələbələr" indiki"Çobanzadə "küçəsi 46 saylı evdə fəhlə ailəsində anadan olmuşdur. 1970-ci ildə 109 saylı orta məktəbə getmiş, 1980-cı ildə C.Naxçıvanski adına hərbi təmaüllü orta internat məktəbində təhsilini başa vurmuş, sonra Bakı Ümumqoşun Komandirləri Məktəbinə qəbul olmuş və taqım komandirinin müavini təyin edilmişdir. 1984-cü il tarixdə SSRİ Müdafiə Nazirinin əmrinə əsasən leytenant hərbi rütbəsi verilmişdir. 11 oktyabr 1985-ci ildən 25 iyun 1987-ci ilə kimi Əfqanıstan Demokratik Respubllikasında gedən döyüşlərdə fəal iştirak etmiş və ağır yaralanmışdır. Onun döyüş xidməti yüksək qiymətləndirilmiş, "Qırmızı ulduz" ordeni ilə təltif edilmişdir. 1986-cı ildə ona baş leytenant rütbəsi verilmişdir. 1988-ci ildə SSRİ-nin hərbi Silahlı Qüvvələrinin yaranmasının 70 illiyi ilə əlaqədar olaraq Hüseynov Əfaqan Qaraxan oğlu "SSRİ Hərbi Silahlı Qüvvələrinin yaranmasının 70 illik "medalı ilə təltif edilmişdir. O, 1988-ci ildə C.Naxçıvanski adına Bakı hərbi təmayülli məktəbə tərbiyəçi bölük komandiri təyin edilmiş və növbəti kapitan hərbi rütbəsini almışdır. Yüksək dərəcəli biliyə malik bir zabit olduğu nəzərə alınaraq Hüseynov Əfqan Qaraxan oğlu 2 dekabr 1991-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 1-ci şöbəsində döyüş hazırlığı üzrə baş zabit vəzifəsinə təyin edilmişdir.
Əfran İsmayılov
Əfran Amit oğlu İsmayılov (8 oktyabr 1988, Bakı, Azərbaycan SSR) — azərbaycanlı futbolçu. Əfran İsmayılov Bakı şəhərində anadan olub. 10 yaşında futbolla məşğul olmağa başlayıb. Futbolun sirlərinə Rövşən Qasımovun rəhbərliyi altında yiyələnib. 2006-cı ildə "Qarabağ" klubunda olan seçimlərə qatılıb. Türk məşqçilərin rəhbərlik etdiyi seçimlərdə özünü yaxşı tərəfdən göstərən futbolçu Qarabağ klubuna qəbul olunub. Bir il əvəzedici komandada çıxış etdikdən sonra, 2007-ci ildə əsas komandaya cəlb olunub. 2008-ci ildə icarə əsasında Turan Tovuza keçib. Tovuz klubunda oyun təcrübəsi qazanan Əfran İsmayılov bir ildən sonra yenidən "Qarabağ"a qayıdıb. 2012-2013 mövsümünün sonunda Qarabağdan ayrılıb və "Bakı" ilə iki illik müqavilə bağlayıb..
Əfsanə Hüseynova
Əfsanə Məmmədova
Əfsanə İbad qızı Məmmədova (17 sentyabr 1979, Bakı) — Azərbaycan şərqşünas alimi, filologiya üzrə fəlsəfə doktoru, tərcüməçi. Əfsanə Məmmədova Bakı şəhərində anadan olmuşdur. Orta təhsil aldığı 20 saylı litseyi fərqlənmə ilə bitirdikdən sonra 1996-cı ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin “Ərəb dili və ədəbiyyatı” şöbəsində təhsilini davam etdirmiş, 2000-ci ildə adı çəkilən fakültənin bakalavr, 2002-ci ildə isə magistratura pillələrini fərqlənmə ilə bitirmişdir. 2004-2008-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Dünya xalqları ədəbiyyatı şöbəsinin aspiranturasında təhsilini davam etdirmiş, ərəb ədəbiyyatı üzrə namizədlik dissertasiyası müdafiə edərək, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 5 yanvar 2009-cu il tarixli qərarı ilə filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Əfsanə Məmmədova 2003-2004-cü illərdə “Celt” Dil Mərkəzində ərəb dili müəllimi, 2004-2005-ci illər ərzində “İrşad” İslam Araşdırmalar Mərkəzində tərcüməçi və “Şəffaf Seçkilər” analitik mətbuat orqanında redaktor köməkçisi, 2006-2007-ci illərdə “İnterfax” İnformasiya Agentliyində şöbə redaktoru qismində çalışmışdır. 2009-2013-cü illərdə Sosial Maarifçilik və Milli Tərəqqi” İB-nin həmtəsisçisi və vitse-prezidenti kimi fəaliyyət göstərmişdir. Əfsanə Məmmədova 2008-2011-ci illər ərzində Azərbaycan Milli Məclisinin ştatdankənar tərçüməçisi qismində çalışmışdır. 2008-ci ildə Azərbaycan Parlamentinin 90 illik yubiley tədbiri, 2009-cu ildə Şərqşünaslıq İnstitutu rəhbərliyinin Çinə rəsmi səfəri, 2010-cu ildə Azərbaycan və Küveyt parlamentarilərinin qarşılıqlı səfərləri və 2011-ci ildə Küveyt kral ailəsinin rəsmi səfəri zamanı işçi heyətinin üzvü (tərcüməçi) olmuşdur. 2011-2012-ci illərdə "Gənclərin İntellektual İnkişaf Mərkəzi və Gənc Alim Aspirant və Magistrlər Cəmiyyəti"ndə layihə müəllifi, elmi-təşkilat komitəsinin sədri kimi fəaliyyət göstərmiş və bir neçə uğurlu layihələrə imza atmışdır. Hazırda Əfsanə Məmmədova AMEA-nın Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsində böyük elmi işçi vəzifəsində işləyir və eyni zamanda "Elm çırağı" İB-nin İdarə Heyətinin üzvüdür.
Əfsun Hüseynov
Əfsun Sucayev
Əfsun Rəzzaq oğlu Sucayev (14 noyabr 1979, Züvüc, Lerik rayonu) — kimyaçı alim. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinın akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, professor. Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2024). Sucayev Əfsun Rəzzaq oğlu 1979-cu ildə Lerik rayonunun Züvüç kəndində anadan olmuşdur. Orta təhsilini Züvüç kənd orta məktəbində, sonra Lerik qəsəbə 1 saylı kimya-biologiya təmayüllü liseydə almışdır. Orta məktəbi bitirdikdən sonra 1997-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutuna qəbul olmuşdur. 2001-ci ildə Gəncə Dövlət Universitetinin kimya və biologiya ixtisası üzrə bakalavr, 2003-cü ildə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun əyani aspiranturasına daxil olmuşdur. 2008-ci ildə "Üzvi kimya" ixtisası üzrə "Mono-, di(2-hidroksilpropil)aminlərin və onların tiokarbamid törəmələrinin sintezi və xassələri" mövzusunda dissertasiya işini müdafiə edərək, kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə, 2017-ci ildə isə dosent elmi adına layiq görülmüşdür. 2012-ci ildə Aşqarlar Kimyası İnstitutunun elmlər doktoru hazırlığı üzrə doktoranturasına qəbul olunmuşdur, 2017-ci ildə təhsilini başa vurmuşdur.
Əfşar
Əfşar İmperiyası — Əfşar dili — Əfşar tayfası — Kəndlər Avşar (Vedibasar) — Vedibasar mahalında kənd. Əfşar (Culfa) — İranda kənd.
Xilə-əfşan xalçaları
Xilə–əfşan xalçaları — Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar. "Xilə-əfşan" xalçaları öz adını Bakı şəhərindən 15 km-lik məsafədə yerləşən Abşeron yarımadasının inzibati ərazi vahidindəki Xilə indiki Əmircan kəndinin adından götürmüşdür. "Əfşan" sözünün lüğəti mənası – səpmək, xırdalamaq, rəngbərəng deməkdir. Bu xalçalar sonrakı dövrlərdə Bülbülə və Suraxanı xalçaçılıq məntəqələrində də istehsal edilməyə başlamışdır. Xalq arasında "Sacayağı" adı ilə daha çox tanınan bu xalçaları bəzi xarici müəlliflər öz əsərlərində bir çox halda "Şirvan", bəziləri isə səhvən "Dərbənd" adlandırırlar. "Xilə-əfşan" xalçasının ara sahəsinin kompozisiyası "Qədim Əfşan" və "Güllü Əfşan" xalçaları adlanan iki növə ayrılır. "Qədim Əfşan" xalçaları — ara sahənin kompozisiyası enli şəbəkə prinsipi ilə qurulmuşdur. Bu şəbəkədə açıq fonlu xonçalar sxemyaradıcı funksiyanı yerinə yetirirlər. Xonçalar kontur və daxili tərtibat etibarilə nəbati mənşəlidir. Mərkəzin sərbəst yerləri də başqa formada və ölçüdə olan xonçalarla doldurulmuşdur.
Ehsan Doğramacı
İhsan Doğramacı (3 aprel 1915, Ərbil – 25 fevral 2010[…], Ankara) — Türkiyə Cümhuriyyəti Ali Məktəb Rektorları Şurasının ilk sədri, pediatr. AMEA-nın fəxri üzvü olmuşdur. == Həyatı == İhsan Doğramacı 1915-ci il aprelin 24-də o vaxt Osmanlı imperiyasının tərkibində olan İraqın Ərbil şəhərində anadan olub. Kökən olaraq İraq türkmanlarındandır. Orta məktəbi Beyrutda, ali məktəbi Bağdad və İstanbulda bitirib. == Karyerası == İhsan Doğramacı İstanbul Tibb Fakültəsini bitirdikdən sonra (1938) ixtisasartırma kurslarını Ankara Nümunə Xəstəxanasında keçirmişdir. Ankara Universiteti Tibb Fakultəsində dosent (1949) və professor (1954) olmuşdur. O, Uşaq Sağlamlıq İnstitutunun, Hacəttəpə Tibb və Səhiyyə Elmləri fakültəsinin, Hacəttəpə Universitetinin yaranmasında böyük rol oynamışdır. İhsan Doğramacı Ankara Universitetinin rektoru (1963–1965), Şərq orta Texniki Universitetinin heyət rəhbəri (1965–1967), Hacəttəpə Universitetinin rektoru (1967–1975) olmuşdur. Sonra isə Paris Universitetinə müəllim təyin edilmişdir.
Ehsan Hacsəfi
Ehsan Hacsəfi (Ərəb Əlifbası ilə: احسان حاج صفی) (25 fevral 1990[…], Kaşan, İsfahan ostanı) — İranlı futbol yarımmüdafiəçisidir. Hacsəfi 2011-ci ilin iyun ayında Təbrizin Traktor Sazi klubuna qoşulubdur. O Traktor Sazi klubuna gələndən öncə Sipahan klubunda oynamışdır. Hacsəfi İran milli futbol komandasında da oynayır.
Ehsan Təbəri
Ehsan Təbəri (1917–1989) — İran siyasətçisi, şair. == Həyatı == Ehsan Təbəri 1917-ci ildə Mazandaran əyalətinin Sari şəhərində doğulmuşdu. İran Tudə partiyasının fəallarından idi. İranda marksizmin təbliği ilə məşğul olan tudəçi Ehsan Təbəri həbs olunan zaman İslama meyilli şəxslərdən idi. O ustad Mütəhhərinin terroru barədə demişdi: "Şəhid Mütəhhərinin terroru Fürqan kimi düşüncəsiz bir qrupun planı ola bilməz." Ehsan Təbərinin fikrincə, Mütəhhərinin terroru CİA VƏ MOSSAD kimi təşkilatlar tərəfindən planlaşdırılmış bir terror idi. Onların məqsədi İslam maarifi bulağını qurutmaq olub. Təbərinin fikrincə, Sovetlər Birliyi də ABŞ kimi şəhid Mütəhhərinin düşüncə istehsalından narahat olub. İran kommunistlərinin 1970-ci illərdə ən böyük ideoloqu hesab edilən Ehsan Təbəri 23 bəhmən inqilabından sonra ölkənin çoxpartiyalılıq rejiminə keçməsi nəticəsində digər xalqların milli hüquqlarının rəsmi şəkildə tanınmasına xəyanət edərək ruhanilərin tərəfinə keçmişdi. Ehsan Təbəri şair idi. Fars dilində zərif şeirlər yazırdı.
Ehsan Zahidov
Ehsan Əflan oğlu Zahidov (1 iyun 1963, Şamaxı) — Azərbaycan Respublikası DİN-in Mətbuat xidmətinin rəisi (2017–2023), ehtiyatda olan polis polkovniki. == Həyatı == Zahidov Ehsan Əflan oğlu 1963-cü il iyun ayının 1-də Şamaxı rayonunda anadan olub. 1970–1980-ci illərdə orta təhsilini Qaradağ rayonu Səngəçal qəsəbəsindəki 222 nömrəli məktəbdə almışdır. 1982–1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika ixtisası üzrə ali təhsil almışdır. Ailəlidir, 3 qızı və 1 oğlu var. == Fəaliyyəti == 1983–1985-ci illərdə Macarıstan Respublikasında hərbi xidmətdə olmuşdur. Qarabağ müharibəsi veteranıdır. 1990–1991-ci illərdə Təbiəti Mühafizə Komitəsinin "Fəryad" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir. 1992-ci ildən etibarən daxili işlər orqanlarında çalışır. 1993–1997-ci illərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında hüquqşünas ixtisası üzrə təhsil almışdır.
Ersan Gülüm
Ersan Adem Gülüm (17 may 1987) — müdafiə mövqeyində çıxış edən türk futbolçudur.
Ersan İlyasova
Ərsan İlyasova (Əsl adı: Arsen İlyasov; 15 may 1987, Əskişəhər) — Türk Milli Basketbol Komandasının oyunçusudur. Türkiyənin Eskişehir şəhərində dünyaya gələn idmançı, 2003-cü ildə Türkiyə vətəndaşlığına keçirildi. Krımdan Özbəkistana sürgün edilən Krım Tatarı bir ailənin övladıdır. Atası Ənvər İlyasov və anası İraliyə İlyasova Krıma qayıdış yasaqının qalxmasından sonra sürgündən Krıma dönmüşdür. Gənc yaşda qabiliyyəti kəşf edilərək Ülkerspor infrastrukturu tərəfindən yetişdirilməyə başlandı və Türkiyə Vətəndaşlığına keçirildi. Əsl adı Arsen İlyasov olan Ərsan İlyasova 2004–2005 mövsümündə qısa müddətli də olsa Ülkersporda forma geymə şansı qazandıqdan sonra 2005 NBA seçmələrində Milwaukee Bucks tərəfindən otuz altıncı sıradan seçildi. Bir çoxları tərəfindən bir il daha Türkiyə Basketbol Liqasında təcrübə qazanması lazım olduğu şərhi edilmiş olsa da 23 avqust 2005 günü Milwaukee Bucks ilə iki illik müqavilə imzaladı. Ancaq mövsüm başlamadan, təcrübə qazanması məqsədiylə, NBA komandalarının daha çox, gənc oyunçularını yetişdirmək üçün istifadə etdiyi, National Basketball Development League (d-Liqa) komandası Tulsa 66ersə göndərildi. Bu komandada bir mövsümdə oynadığı 46 matçda 12,5 say və 7,0 ribaund ortalamayla oynadı.
Lili Əfşar
Lili Avşar (fars. لیلی افشار‎; 9 mart 1960, Tehran – 24 oktyabr 2023, Tonekabun, Mazandaran ostanı) — musiqiçi, gitaraçı. == Həyatı == Lili Əfşar Tehran şəhərində dünyaya gəlib. "Bədii səfir" adına layiq görülüb. X, XI, XII illik "Premier Guitarist" yarışmasının qalibi olub. Memfis İncəsənət Akademiyasının baş mükafatına layiq görülüb. 2000-ci ildə "Bacarıq" mükafatı alıb.
Tərzi Əfşar
Tərzi Avşar Azərbaycani – şair. Şairin sonrakı tədqiqatçıları əsasən Rzaqulu xan Hidayətin "Məcməül-füsəha"dakı məlumatına istinad etmişlər. Tərzinin poetik irsinin öyrənilməsi və geniş araşdırma dairəsinə daxil edilməsi sahəsində ən mühüm xidmət, şübhəsiz, İran alimi M.Təməddünə məxsusdur. Hələ 1920-ci illərdə o, Berlində çıxan "İranşəhr" jurnalında Tərzi haqqında məqalə ilə birlkidə onun şeirlərindən bəzi nümunələri də dərc etdirmişdir. Şairin divanı üzərində araşdırmalarını davam etdirən M.Təməddün onun bir neçə nüsxə əsasında hazırladığı mətnini müfəssəl giriş sözü ilə 1931-ci ildə Urmiyada çap etdirmişdir. 1959-cu ildə Tehranda həmin divanın ikinci nəşri işıq üzü görmüşdür. Tərzi divanının birinci nəşri tezliklə Y.E.Bertelsin diqqətini cəlb etmiş və o, "Tərzi Əfşar və onun yaradıcılığı" adlı geniş oçerk yazmışdır. Sonralar alimin seçilmiş əsərlərinin beşinci cildinə daxil edilmiş bu oçerk Tərzi yaradıcılığının bəzi mühüm cəhətlərindən (o cümlədən, şairin ana dilində yazdığı şeirlərdən) yan keçməsinə və müəyyən ziddiyyətli məqamlarına baxmayaraq, hələlik şərqşünaslıqda şair haqqında az-çox dolğun təsəvvur verən yeganə mənbə olaraq qalır. Həmid Araslı "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi" adlı kitabında Tərzi haqqında verdiyi qısa məlumatı, görünür, məhz bu mənbədən əxz etmişdir. Tərzinin divanı ilə tanışlıq zamanı diqqəti cəlb edən başlıca cəhətlərlən biri şeirlərinin güclü avtobioqrafik səciyyə daşımasıdır.
Ehsan Nuri
Ehsan Nuri, digər adı ilə Ehsan Nuri Paşa ( kürd. Îhsan Nûrî Paşa/ئیحسان نووری پاشا ; 1892, Bitlis, Bitlis vilayəti – 25 mart 1976, Tehran) — kürd hərbçisi və siyasətçisi, Osmanlı və Türkiyə Ordusunun keçmiş zabiti, Kürd Milli Qüvvələriningeneralissimusu kimi Ağrı üsyanının liderlərindən biri. == Erkən həyatı == Ehsan Nuri 1893-cü ildə Bitlisdə atası Əliqulunun evində anadan olmuşdur. O, Cəlali tayfasının bir qolundan idi. İbtidai təhsilini Bitlisdəki Göy Meydan məscidində bitirdikdən sonra Ərzincan Hərbi Məktəbinə qeydiyyatdan keçmişdir. Orta təhsilini başa vurduqdan sonra Osmanlı Hərbi Akademiyasına daxil olmuşdur. Akademiyada olduğu dövrdə kürd tələbələrin "Həvi" birliyinə qoşulmuşdur. 1910-cu ildə bu akademiyanı leytenant rütbəsində bitirərək Osmanlı ordusuna qoşulmuşdur.
Qamışlı (Əfşar)
Qamışlı (fars. قمشلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 133 nəfər yaşayır (33 ailə).