Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirzə
Mirzə — titul, ünvan. == Titulun tarixi == Mirzə titulu Azərbaycanda Teymurlu sülaləsindən sonra işlənməyə başlanıb. Əmir Teymurun övladlarına Əmirzadə deyilib. Bu söz sonra mirzə şəklinə düşüb. Mirzə sonralar savadlı adamlara deyilib. Katiblər daha çox mirzə adlandıqdan XIX yüzildə onlar mirzə kimi tanınıblar. == Yazılış şəkili == Mirzə addan öndə gələndə böyük, addan sonra gələndə isə kiçik yazılır. Məsələn: Mirzə Fətəli, Abbas mirzə. Birincidə savadlılıq,vəzi­fə titulu, ikincidə isə şahzadəlik bildirir, yəni addan sonra gəldikdə, əsilzadə, nəca­bət, zati-alilər anlamındadır.
Bəymirzə (Baymak)
Bəymirzə (başq. Баймырҙа, rus. Баймурзино) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Bilal kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Sakmara çayınınn sahilində yerləşir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Bəymirzə Hayit
Bəymirzə Hayit(d. 17 dekabr 1917, Nəməngan Rusiya Türkistanı - v. 31 oktyabr 2016, Köln Almaniya) — xüsusilə Türkistan və Orta Asiya mövzusunda araşdırma edən tarixçi və şərqşünas. == Həyatı == 17 dekabr 1917-ci ildə Nəməngan şəhərində dünyaya gəlmişdir. Yetkinlik yaşına çatdıqda artıq ədəbiyyata və sənətə maraq göstərirdi. 1930-cu illərin məhrumiyyətlərinə baxmayaraq 1939-cu ildə Daşkənd Universitetini bitirdi. Həmin il Qırmızı Orduya çağrıldı və burada leytenant olaraq xidmət etdi. Hayit 1939-cu ilin dekabrında Nəməngandan ayrıldı və Polşada eskadron tank komandiri olaraq yerləşdi. II Dünya müharibəsi zamanı Hayit 1941-ci ildə Alman əsirliyinə girdi. Sonra Alman Vermaxtın Türkistan legionunda zabit kimi xidmət etdi.
Jolmirzə Aymirzəyev
Jolmirzə Aymirzəyev (1910-1996) - Qaraqalpaqıstan Respublikasının xalq yazıçısı, Berdax adına Dövlət mükafatı laureatı, Özbəkistan Respublikasının əməkdar incəsənət xadimi. == Həyatı == Jolmirzə Aymirzəyev 1910-cu ildə anadan olmuşdur. O, valideynlərini erkən itirdikdən sonra on yaşında cəmiyyətə atılır. J.Aymirzəyev qeyd edir ki, «yetimlik artıq mənim bütün qüvvəmi, canımı aldı və sanki kürəyimə sancıldı. Mənsə hərdən gözümü açıb günəş qürub edənə qədər onu öz göz yaşlarıma boyuyurdum. Gecələrim son dərəcə uzun, gündüzlərim isə daim kədərli idi» J.Aymirzəyev sonra Çimbay şəhər məktəb - internatında təhsil alır, Turtkul Pedaqoji Texnikumunda təhsilini davam etdirir, Taxtakupır rayonunda müəllim, sonra isə mətbuat orqanlarında və digər yerlərdə çalışır. J.Aymirzəyev ədəbiyyata XX əsrin 20-ci illərinin sonlarında gəlmişdir. Onun yaradıcılıq yolu, demək olar ki, XX əsr qaraqalpaq poeziyasının əksər inkişaf mərhələlərini əhatə etmişdir. Artıq yaradıcılığının ilkin dövründə o, bir sıra maraqlı şeirlər yaratmışdır. Bu əsərlərdə şair daha müxtəsər və aydın formada yaşadığı dövrün xüsusiyyətlərini açmağa çalışır.
İşmirzə (Baymak)
İşmirzə (başq. Ишмырҙа, rus. Ишмурзино) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd İşmirzə kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 22 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 63 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (100%) üstünlük təşkil edir.
Əlirza Abbasi
Əlirza Təbrizi və ya Əli Rza Təbrizi (XVI əsr, Təbriz – 1628) — daha çox nəstəliq və nəsxisüls xətlərinin ustası kimi tanınmış,lakin yeddi xəttdə məharətlə yazmağı bacaran XVI əsr Azərbaycan mədəniyyətinin parlaq nümayəndəsi,məşhur xəttatdır. XVI əsrin sonlarına doğru az qala bütün Azərbaycan Osmanlı türklərinin əsarəti altında idi. Məşhur Təbriz kitabxanası, oradakı bütün emalatxanalarla birlikdə talan edilmişdi. Burada çalışan bütün rəssamlar, xəttatlar, miniatürçülər, əlyazmalar hazırlanması və tərtibatı ustaları əvvəlcə Qəzvinə, sonra isə Səfəvilər dövlətinin paytaxtının köçürülməsi ilə əlaqədar İsfahana qaçmaq məcburiyyətində qalmışdılar. Belə qaçqınlardan biri də istedadlı xəttat, miniatürçü rəssam, nəqqaş və şair Nizam əd-Din Əli Rza Təbrizi idi. O, yeddi xətlə məharətlə işləsə də, nəstəliq və nəsxisüls xətlərinin öyrənilməsində böyük uğurlar qazanmışdı. Sənətkar haqqında tərcümeyi-hal səciyyəli məlumatlar olduqca azdır. Bircə o məlumdur ki, Əli Rza Təbrizi gəncliyini Təbrizdə keçirmiş, burada nəsxisüls xəttini Əla əd-Din Məhəmməd Təbrizidən, nəstəliqi isə Məhəmməd Hüseyndən öyrənmişdir. Məhəmməd Hüseyn Əli Rza üçün bədii yazı növlərinin əhəmiyyəti haqqında şer də yazmışdı: Osmanlı türkləri 1585-ci ildə Təbrizi tutduqdan sonra Əli Rza Qəzvinə köçərək, orada məskunlaşır. O, burada tikilməkdə olan Qəzvin cümə məscidinin tərtibatında iştirak edir, yüksək bədii ustalıqla Quranın bir neçə nüsxəsini köçürür, tədris işi ilə məşğul olur.
Əlirza Amanbəyli
Əlirza Məhəmməd Rəhim oğlu Amanbəyli (21 mart 1966, Təbriz – 9 noyabr 2019) — Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini, Cənubi Azərbaycan əsilli Azərbaycan ictimai xadimi. == Həyatı == Əlirza Amanbəyli Məhəmməd Rəhim oğlu 21 mart 1966-cı ildə İranın Təbriz şəhərində anadan olub, orta təhsilini həmin şəhərdə bitirdikdən sonra 1986–1988-ci ildə hərbi xidmətdə (İran-İraq) muharibəsində olub. O, İranın Təhlükəsizlik Xidməti tərəfindən dəfələrlə həbs edilərək işgəncə və təzyiqlərə məruz qalıb. İran İnqilab Məhkəməsi onu Azərbaycan və Türkiyə Dövlətinə casusluqda ittihamları verərək ona qarşı ittihamlar irəli sürülüb, lakin həmin ittihamları sübut edən tutarlı faktlar olamdıqından sonuncu dəfə Əlirza Amanbəyli 1993-cü ilin sonlarında yekun məhkəməyə qədər mülki girov muqavilində müvəqqəti azadlıqa buraxılsada yenədə təqib və təziqlərə məruz qalığı üçün Azərbaycan Respublikasına qaçmışdır. 1993-cü il Bakı Musiqi Akademiyasının Muğam fakültəsinə daxil olub 2000-ci ildə ali təhsilini bitirib. Musiqi fəaliyyətində 2000-ci il muğam musabiqəsinin laureatı, 2003-cü il sərhəd qoşunlarının marşını yazdıqına görə Fəxri fərmana layiq görünüb. === Ailəsi === Əlirza Amanbəylinin babası Hacı Məhəməd Rəhim Amanbəy Qafanda doğulub sonradan Zəngilana köçməyə məcbur olmuşdur. 1922-ci ildə Güney Azərbaycanın Üştibin vilayətinə köçüb. Əlirza Amanbəyli 2007-ci ildə evlənmişdir, 2 övladı var. == Siyasi fəaliyyəti == Əlirza Amanbəyli 1989-cu ildən 1993-cü ilə qədər dəfələrlə qaçaq olaraq Azərbaycan Respublikasında olub orada gedən proseslərdə yaxından iştirak edib.
Əlirza Atayev
Atayev Əlirza Əsgər oğlu (1898, Yelizavetpol – 1962, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti dəftərxanasının rus dili üzrə redaktoru (1919-1920), görkəmli elm təşkilatçısı, həkim (mama-ginekoloq), tibb elmləri doktoru (1930), professor (1936). == Həyatı == Atayev Əlirza Əsgər oğlu 1898-ci ildə Gəncə şəhərində anadan olmuşdur. === Təhsili === Gəncə rus-tatar (Azərbaycan) gimnaziyasında təhsil almış, 1917-ci ildə Tiflis ali kurslarının tələbəsi olmuşdur. Təhsilini davam etdirmək üçün 1921-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının təqaüdçüsü kimi 1-ci Moskva Dövlət Universitetinin tibb fakültesinə göndərilmişdir. == Fəaliyyəti == Hələ 1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti dəftərxanasının rus dili üzrə redaktoru olmuşdur. Universiteti bitirdikdən sonra 3-cü Moskva Dövlət Universitetinin kafedrasında bir il ordinator işləmiş, sonra Azərbaycan hökuməti tərəfindən gənc mütəxəssislərdən ibarət qrupun tərkibində ixtisasını təkmilləşdirmək üçün Almaniyaya göndərilmiş, 2 il Leypsiq Universitetinin mamalıq-ginekologiya klinikasında çalışmışdır. 1925-ci ildə Bakıya qayıtdıqdan sonra qadın, ana və uşaqların sağlamlığının mühafizəsinə dair Azərbaycan dilində ilk dəfə məqalələr yazmış, 1000 sözdən ibarət mamalıq-ginekologiya terminləri lüğətini nəşr etdirmişdir. Atayev 1936-ci ildə Azərbaycan Tibb İnstitutunun mamalıq və ginekologiya kafedrasının professoru seçilmiş, Xalq Səhiyyə Komissarlığı Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasının müdiri təyin olunmuşdur. 1937-ci ildə repressiyaya məruz qalmış, 8 il müddətinə Sibirə (Maqadan) sürgün olunmuşdur. Sürgündən sonra Maqadanda və Penzada şəhər xəstəxanasında və sanitar idarəsində işləmişdir.
Əlirza Bayramzadə
Əlirza Baxşəli oğlu Bayramzadə (18 mart 1911, Bakı – 1 avqust 1963, Bakı) — Azərbaycan-sovet energetiki, dövlət xadimi, Azərbaycan SSR naziri (1962–1963), Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Energetika və Elektrikləşdirmə İdarəsinin rəisi. == Həyatı == Əlirza Baxşəli oğlu Bayramzadə 1911-ci il mart ayının 18-də Bakının Binə kəndində anadan olub. 1920-ci ildə kənd məktəbinə, 1927-ci ildə Bakı Sənaye Texnikumuna daxil olub və 1932-ci ildə həmin texnikumu bitirib. Elektrik quraşdırma sexində əmək fəaliyyətinə başlayıb. 1932–1937-ci illərdə Azərbaycan Sənaye İnstitutunun Energetika fakültəsində təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra mədənlərdə elektrotexnik, dispetçer, "Azenerji"də mühəndis işləyib. Əlirza Bayramzadə 1941-ci ildə "Qırmızı Ulduz" Dövlət Rayon Elektrik Stansiyasının (1 saylı "Bakı" İstilik Elektrik Mərkəzi) baş mühəndisi təyin olunmuşdur. 1958-ci ildə "Azenerji"nin rəisi olub. O, "Şimal" Dövlət Rayon Elektrik Stansiyası, "Mingəçevir" Su Elektrik Stansiyası, "Sumqayıt" İstilik Elektrik Stansiyası və "Əli Bayramlı" Dövlət Rayon Elektrik Stansiyasının tikintisində iştirak etmişdir. 1955-ci ildə texniki elmlər alim adı almaq üçün dissertasiya müdafiə etmişdir.
Əlirza Fərşi
Əlirza Fərşi (az-əbcəd. الیرزا فرشی‎; 17 oktyabr 1978, Mərənd şəhristanı, Şərqi Azərbaycan ostanı) ― azərbaycanlı milli mədəni fəal, vicdan məhbusu. 2014-cü ilin fevral ayının 21-də Tehran şəhərində Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdiyi üçün digər milli fəallarla birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Sonradan məhkəmənin qərarı ilə 15 il həbs və Xuzistan vilayətinin Bağ Məlik şəhərində 2 il sürgündə yaşamağa məhkum edilib. Fəaliyyətində heç bir cinayət tərkibi olmadığı üçün, eləcə də insan haqları və ana dili haqlarını müdafiə etdiyi üçün Amnesty İnternational tərəfindən vicdan məhbusu elan edilib və bir sıra başqa təşkilat və qurumlarla birlikdə dərhal azad edilməsi tələb edilib. O, həm də Cənubi Azərbaycanda müxtəlif bölgə və kəndlərə uşaqlar üçün kitab toplayıb onların çatdırılmasını təşkil edən Kəndimiz Fondunun qurucusudur. == Haqqında == === Həyatı və fəaliyyəti === Əlirza Fərşi 1979-cu ildə Mərəndin Dizəc Yekan kəndində anadan olub. Atası İran-İraq müharibəsində dünyasını dəyişib. 1998-ci ildə Şərif Texnologiya Universitetinə daxil olub.Burada kompüter mühəndisliyi ixtisası üzrə təhsil alıb. Daha sonra Tehran Universitetində magistr təhsili alıb.
Əlirza Rasizadə
Əlirza Abdulla oğlu Rasizadə (28 sentyabr 1884, Naxçıvan – 30 noyabr 1923, Bakı) — Azərbaycanlı maarifçi, həcvyazan, marksist inqilabçı və Zaqafqaziyada sovetləşmə prosesinin fəallarından biri, Naxçıvan MSSR-in yaradıcılarından biri, Azərbaycan SSR siyasi və dövlət xadimi. Görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin qardaşı. Müqəddəs Stanislav ordeni kavaleri. == Erkən illəri == Əlirza Rasizadə 1884-cü ildə Naxçıvan şəhərində din xadimi hacı-molla Abdulla Rasizadənin (bu soyadın ilk daşıyıcısı) ailəsində anadan olub. 1877-ci ildə hacı-molla Abdulla doğma kəndi Şahtaxtıdan Naxçıvan şəhərinə köçüb və orada onun üç oğlu doğulub: Məhəmməd (1878), Hüseyn (1882) və Əlirza (1884) Rasizadələr. Azərbaycan ədəbiyyatında Rasizadə qardaşları milli mədəniyyətin təkamülündə üç cərəyan ilə və həmçinin ictimai-siyasi fikrin üç istiqaməti ilə eyniləşdirilirldi, çünki Məhəmməd Tehranda fars, Hüseyn (Cavid) Istanbulda türk, Əlirza isə Qori seminariyasında rus təhsilini alıb, müvafiq (islam, türk və rus) təsirinin təbliğçisi olublar. Demək olar ki, bu üç qardaş arasında mürəkkəb münasibətlər XX əsrin Azərbaycan cəmiyyətindəki üç sinfi ideologiyalara uyqun olaraq özünü müvafiq təmsil edib. Naxçıvan şəhərində Əlirzanın müəllimi (bu sözün birbaşa və məcazi mənasında) görkəmli satirik Cəlil Məmmədquluzadə idi. O, ətraf gerçəkliyin konkret misallardarında, o zamanın azərbaycan cəmiyyətində hökm sürən müsəlman ənənələrini və həyat tərzini tənqidi yolla qəbul etmək üsulunu ona öyrətmişdir. Nəticədə, Məmmədquluzadənin təsiri altında, Əlirza bütün həyatı boyu müsəlmançılığı ifşa edirdi.
Əlirza Rzayev
Əlirza Mehman oğlu Rzayev (29 sentyabr 2000; Salyan, Azərbaycan — 29 sentyabr 2020; Tapqaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əlirza Rzayev 29 sentyabr 2000-ci il tarixdə Salyan şəhərində anadan olub. Atası Mehman Rzayev 1-ci Qarabağ müharibəsinin iştirakçısı olub. Əlirza Rzayev 10-cu sinfə qədər şəhid Azər Səfərov adına Salyan internat məktəbində təhsil alıb. 10 və 11 sinifləri Salyan şəhər 4 saylı məktəbdə oxuyaraq 2017-ci ildə orta təhsilini başa vurub. O, 2018-ci ildə Qərb Universitetinin nəzdində olan Qərbi Kaspi Kollecinə daxil olub, vergi və vergitutma ixtisası üzrə əyani təhsil almağa başlayıb. == Hərbi xidmətləri == 2019-cu ildə təhsilini donduraraq hərbi xidmətə gedib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əlirza Rzayev Murovdağ və Madagizin azad edilməsində savaşıb. Əlirza topçu kimi Murov dağı yüksəkliyinin Kəlbəcər istiqamətində ağır döyüşlərdə iştirak edib. O, 2020-ci il 29 sentyabr tarixində, 20 yaşı tamam olan gün Goranboy rayonu Tapqaraqoyunlu kəndi, istiqamətində düşmənin atdığı mərmi nəticəsində aldığı qəlpə xəsarətlərindən dünyasını dəyişib..
Əlirza Sabahifard
Əlirza Sabahifard (farsca: علیرضا صباحی‌فرد) (21 mart 1963, Qum) — hal-hazırda İranın nizami ordusu olan Arteshin Hava Hücumundan Müdafiə Qüvvələrinin rəhbəri olan İranlı Briqada generalı rütbəli hərbçi. 29 may 2018-ci ildə Ayətullah Əli Xamenei tərəfindən vəzifəyə bu təyin edilmişdir. 1984-2008-ci illər arasında İran Hərbi Hava Qüvvələrində, 2008-ci ildən isə İran Hava Hücumundan Müdafiə Qüvvələrində işləyir.
Əlirza Seidov
Əlirza Seidov (15 yanvar 1932 – 1978) — Ləzgi şairi, şeirlər və balladalar müəllifi. "Samur melodiyaları" (1959), "Parlaq ulduzum" (1964), "Gümüş tellər" (1973), "On ikinci kitab" (1975), "Qızıl vadi" (1979) və s. şeirlər toplusunu yazmışdır. == Bioqrafiyası == Əlirza Uzairoviç Səidov 1932-ci il yanvarın 15 -də Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Axtı rayonunun Qdınk kəndində anadan olmuşdur. 1959-cu ildə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir. == Yaradıcılığı == Əlirza Uzairoviç Saidov "Znamya Sosializm" qəzetinin ədəbi işçisi, "Dağıstan qadını" jurnalının məsul katibi və respublika "Kommunist" qəzetinin mədəniyyət şöbəsinin müdiri işləmişdir. 1970-ci ildən şeir məsləhətçisi və Dağıstan Yazıçılar Birliyi İdarə Heyətinin katibidir. 1959-cu ildə Əlirza Səidovun şeirləri ilk dəfə "Znamya Sosializm" qəzetinin səhifələrində çap olunur. Elə həmin il "Molodaya Qvardiya" nəşriyyatı rus dilinə tərcümə edilmiş "Səninlə, Samur", Dağıstan kitab nəşriyyatı isə "Samur melodiyaları" şeirlər toplusunu ləzgi dilində ilk şeirlər toplusunu nəşr ediri. Səidovun şeirləri tez-tez mərkəzi və respublika mətbuatının səhifələrində dərc edilir.
Əlirza Təbrizi
Əlirza Təbrizi və ya Əli Rza Təbrizi (XVI əsr, Təbriz – 1628) — daha çox nəstəliq və nəsxisüls xətlərinin ustası kimi tanınmış,lakin yeddi xəttdə məharətlə yazmağı bacaran XVI əsr Azərbaycan mədəniyyətinin parlaq nümayəndəsi,məşhur xəttatdır. XVI əsrin sonlarına doğru az qala bütün Azərbaycan Osmanlı türklərinin əsarəti altında idi. Məşhur Təbriz kitabxanası, oradakı bütün emalatxanalarla birlikdə talan edilmişdi. Burada çalışan bütün rəssamlar, xəttatlar, miniatürçülər, əlyazmalar hazırlanması və tərtibatı ustaları əvvəlcə Qəzvinə, sonra isə Səfəvilər dövlətinin paytaxtının köçürülməsi ilə əlaqədar İsfahana qaçmaq məcburiyyətində qalmışdılar. Belə qaçqınlardan biri də istedadlı xəttat, miniatürçü rəssam, nəqqaş və şair Nizam əd-Din Əli Rza Təbrizi idi. O, yeddi xətlə məharətlə işləsə də, nəstəliq və nəsxisüls xətlərinin öyrənilməsində böyük uğurlar qazanmışdı. Sənətkar haqqında tərcümeyi-hal səciyyəli məlumatlar olduqca azdır. Bircə o məlumdur ki, Əli Rza Təbrizi gəncliyini Təbrizdə keçirmiş, burada nəsxisüls xəttini Əla əd-Din Məhəmməd Təbrizidən, nəstəliqi isə Məhəmməd Hüseyndən öyrənmişdir. Məhəmməd Hüseyn Əli Rza üçün bədii yazı növlərinin əhəmiyyəti haqqında şer də yazmışdı: Osmanlı türkləri 1585-ci ildə Təbrizi tutduqdan sonra Əli Rza Qəzvinə köçərək, orada məskunlaşır. O, burada tikilməkdə olan Qəzvin cümə məscidinin tərtibatında iştirak edir, yüksək bədii ustalıqla Quranın bir neçə nüsxəsini köçürür, tədris işi ilə məşğul olur.
Əlirza Vəziri
Əlirza xan Vəziri-(1891, Tehran, İran — ?) — İran hərbçisi. O, İran Kazak diviziyasının görkəmli zabiti qafqazlı Musa xan Vəzirov və görkəmli yazıçı, satirik və İran qadın hərəkatının öncü şəxslərindən olan Bibixanım Astrabadinin yeddi uşaqlarından biri idi.
Əlirza Xələfli
Əli Rza Xələfli (Əzizli Əlirza Zal oğlu; 1953, Xələfli, Cəbrayıl rayonu) — Azərbaycan şairi və yazıçısı, "Kredo" qəzetinin baş redaktoru. == Həyatı == Əli Rza Xələfli 1953-cü ildə Cəbrayıl rayonunun Xələfli kəndində doğulmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmiş, doğulduğu rayonun Şahvəlli, Tatar və Aşağı Xələfli kəndlərində müəllim işləmişdir. Həmin illərdəki pedaqoji fəaiyyətinə görə "Qabaqcıl maarif xadimi" fəxri adına layiq görülmüşdür. 1980-ci illərin əvvəlindən mətbuatda çalişir. 1980–1993-cü illərdə rayon qəzetində müxtəlif vəzifələrdə çalışdı. "Xudafərin", "Qoşa qanad", "Qarabağ" və "Həyat" qəzetlərində xüsusi müxbir, şöbə müxbir, şöbə müdiri və redaktor əvəzi vəzifələrin işləmişdir. Ə.Xələflinin ədəbi-publisistik yazıları və şeirləri dövrü mətbuatda müntazam çap olunur. 2002-ci ildə "Qızıl qələm" medalı mükafatına, 2003-cü ildə "Məmməd Araz"ali ədəbi mükafatına, 2004-cü ildə Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatı Təbliq Bürosunun "Qılınc və qələm" yaddaş mükafatı, 2008-ci ildə Beynəlxalq Rəsul Rza mükafatına, 2010-cu ildə Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatına layiq görülmüşdür. 2002-ci ildə Əli Rza müəllim Azərbaycan Yazıçıları və 1984-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1980-ci ildən Qabaqcıl maarif xadimi, 2010-cu ildə isə Prezident təqaüdçüsüdür.
Əlirza Zihaqq
Əlirza Zihaqq — azərbaycanlı yazıçı, romançı, nağıl yazıçısı, ədəbiyyatşünas, şair və tərcüməçi. == Həyatı == Əlirza Zihaqq 1959-cu ildə Xoyda anadan olub. Əsərlərini Azərbaycan və fars dillərində yazır. 1980-1983-cü illərdə Təbrizdə nəşr olunan "Dədə Qorqud dərgisi"nin, həmçinin Xoyda nəşr olunan "Əvrin dərgisi"nin redaktoru olub. Fars dilində yazılan bir çox əsərləri Azərbaycan dilinə çevirib. Hazırda internetdə "Maral" dərgisini nəşr etdirir.
Mirzə Həsən bəy Mirzə
Mırzə Həsən bəy Mirzə Cəfər ağa oğlu Vəzirov — şair. == Həyatı == Mirzə Həsən bəy Mirzə 1791-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini atasından almışdı. Rus və şərq dillərini bilirdi. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar. F.Köçərli yazır: "Mirzə Həsən İbrahim xanın müqərriblərindən Əliməhəmməd ağanın nəvəsi və Mirzə Cəfərin oğludur. Mirzə Həsən ziyadə mərifətli, xoşxülq və sahibcamal bir zat imiş və təbi-şeriyyəsi də var imiş. Əvaili-sinnində tərki-vətən edib Şəki xanlığına müsafirət edir və orada Nuxa şəhərində yeni açılmış rus dəftərxanasında münşilik əmrinə məşğul olur. Vəli ömrünün hənuz cavan çağında haman sərzəmində dari-bəqaya rehlət edir. Öz vəsiyyətinə görə, cənazəsi əsl vətəni Şuşa şəhərinə nəql olunur və şəhərin şimali-şərqisində bir verst kənarda dəfn olunur və o mərhumun adı ilə məzarıstan əlan adlanır ki, "Mirzə Həsən qəbristanlığı" deyilir.
Rüstəm Mirzə
Əbülmüzəffər Sultan Rüstəm — Ağqoyunlu dövlətinin hökmdarı (1492-1497) == Həyatı == Uzun Həsənin nəvəsi, Maqsud mirzənin oğludur. 1490-cı ildə Sultan Baysunqur tərəfindən həbsə salınmışdı. Bayandur əyanlarından Eybə Sultan adı ilə məşhur olan Dana Xəliloğlu İbrahim tərəfindən həbsdən azad edilmişdir. 1492-ci ildə də hakimiyyəti ələ keçirmişdi. == Hakimiyyəti == 1492-ci ildə, hakimiyyətə gələrkən etdiyi ilk şey Şeyx Heydərin oğlanlarına Ərdəbilə qayıtmaq icazəsi vermək idi. Lakin 2 il sonra, Eybə Sultan onların yenidən həbs edilməsini əmr etdi. İsmayıl qaçdı. Beş il hakimiyyətdə qaldıqdan sonra, 1497-ci ildə Gödək Əhməd Osmanlıdan qayıdaraq Diyarbəkirdən hücuma keçdi. Rüstəm Mirzə Gürcüstana qaçdı və orada öldürüldü.
Sam Mirzə
Sam mirzə Şah İsmayıl oğlu Səfəvi (28 avqust 1518 – 1567) — Səfəvi şahzadəsi, təzkirəçi, ədəbiyyatşünas. == Həyatı == 10 sentyabr 1517-ci ildə, Şah İsmayıl Xətai və Şahbəyim Taclı Bəyimin övladı olaraq dünyaya gəlmişdir. Bəhram Mirzə Səfəvini əvəz edərək iki dəfə Xorasan hakimi və Ərdəbil hakimi olmuşdur. Şah İsmayılın qəfil ölümündən sonra 10 yaşında hakimiyyətə keçən oğlu Təhmasib mirzə feodalların, qızılbaş əmirlərinin əlində oyuncağa çevrilmişdi. İlk on il hədsiz hərcmərclik və qızılbaş tayfa başçıları arasında kəskin qanlı döyüşlər dövrü idi. Əmirlər və tayfa başçıları arasında bu qanlı çəkişmələrlə yanaşı, bir tərəfdən də osmanlılar tez-tez Azərbaycana hücum edirdi. Şahlığının 10-cu ilində — 20 yaşlarında hakimiyyəti möhkəmlətmək, ölkəni daha çox nizama salmaq istərkən Təhmasib daxildə və xaricdə böyük çətinliklərlə üzləşir. Əmirül-üməra Hüseyn xan Şamlı ən yaxşı torpaqları şamlıların əlində toplamağa çalışmaqla yanaşı, vaxtilə lələsi olduğu Sam Mirzəni hakimiyyətə keçirmək üçün Şah Təhmasibi zəhərləmək istəyir. Şah bunu eşidərək Hüseyn xanı yanına çağırtdırıb, tikə-tikə doğratdırır. Elə bu zamanlar Sam Mirzə qardaşına xəyanət edərək özünü Osmanlı sultanı Sultan Süleymanın vassalı sayır.
Sultanəli mirzə
Sultan Əli Mirzə (1563, Qəzvin – 1642, İsfahan) — I Təhmasibin gürcü şahzadəsindən olan 8-ci oğlu. == Həyatı == 1563-cü ildə Qəzvində anadan olub. 1570–1577-ci illərdə Gəncə və Bərdə hakimi olub. Lələsi Qarabağ bəylərbəyi İbrahim Sultan Ziyadoğlu-Qacar idi. II İsmayılın əmri ilə Qəzvinə çağırıldı. Burada II İsmayıl tərəfindən kor edilib və Ələmuta həpsə atıldı. I Abbasın dövründə həpsdən çıxarıldı və şahın himayəsinə alındı. 1642-ci ildə İsfahanda vəfat etdi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Xacə Zeynalabidin Əli Əbdi bəy. Təkmilətül-əxbar (Səfəvi dövrü — şah İsmayıl və şah Təhmasib dövrlərinin tarixi).
Süleyman Mirzə
Süleyman Mirzə — I Təhmasibin ikinci xanımı Sultan Ağa xanımdan olan oğlu, Səfəvi şahzadəsi. == Həyatı == Süleyman mirzə 28 mart 1554-cü ildə Naxçıvanda doğulmuşdu. Dayısı məşhur Şəki valisi Şamxal sultan olmuşdur. Şahın əmri ilə lələlərinin himayəsi altında Şiraz (1555-58) və Məşhəd (1567-73) hakimi olmuşdur. 1570-ci ildən atasının yanında yaşamışdır. 1576-cı ildə I Təhmasibin ölümündən sonra Əmiraslan bəy Əfşar, Xüləfa Rumlu və dayısı Şamxal sultan Süleyman mirzəyə dəstək olaraq onu hakimiyyətə gətirmək istəsələr də, II İsmayılın tərəfdarlarının çoxluğu üzündən bu fikrdən daşındılar. 22 avqust 1576-cı ildə II İsmayıl taxta çıxdı və tacqoyma mərasimi keçirildi. Məhz bundan sonra şahzadələrin öldürülməsinə başlanıldı. İsmayıl taxta çıxdıqdan sonra ilk əvvəl öz hakimiyyətini möhkəmləndirməyi qərara aldı. Bu məqsədlə o, sülalədən taxt-taca namizəd ola biləcək şəxslərin zərərsizləşdirilməsini zəruri hesab etdi.
Tofiq Mirzə
Tofiq Mirzəyev (aktyor) — aktyor, Rejissor. Tofiq Mirzəyev (dövlət xadimi) — Azərbaycan KP Mərkəzi Komitəsinin katibi (1988-1990).
Valeh Mirzə
Valeh Əvəz oğlu Mirzəyev (13 dekabr 1956, Astarxanbazar) — Azərbaycanın tanınmış şair və publisisti. Azərbaycan müəllimi qəzetinin keçmiş baş redaktoru. Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Mirzəyev Valeh Əvəz oğlu (Valeh Mirzə) 1956-cı il 13 dekabrda Cəlilabad rayonun Ləkin kəndində anadan olub.1974-cü ildə Ləkin kənd orta məktəbini bitirib.1976-cı ildə M. F. Axundzadə adına Rus dili və Ədəbiyyat İnstituna (indi ki, Bakı Slavyan Universiteti) daxil olub.1981-ci ildə İnstitunu bitirdikdən sonra Cəlilabad rayonun Xəlilli kənd 8-illik məktəbində rus dili və ədəbiyyat müəllimi çalışıb.1984-cü ildən 2000-ci ilədək "Azərbaycan pioneri >> indiki <<Savalan>> qəzetində müxbir, baş redaktor müavini və baş redaktor vəzifələrində çalışıb.2000–2001-ci illərdə <<Bakı Post>> qəzetində ,2001–2007-ci illərdə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi orqanı olan <<Azərbaycan müəllimi" qəzetində baş redaktor vəzifələrində çalışıb. Valeh Mirzə şair kimi yaradıcılığa yeniyetmə yaşlarından başlayıb.İlk şeirləri 1972-1973-cü illərdə "Azərbaycan pioneri>>,<<Azərbaycan gəncləri>> qəzetlərində dərc olunub.2004-cü ildə Azərbaycan Respublikası Prezdenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub AZƏRBAYCAN YAZIÇILAR İTTİFAQININ ÜZVÜDÜR.. Müxtəlif illərdə <<Araz>> Ali ədəbi və <<Azərbaycan bayrağı>> media mükafatlarına layiq olub.2005-ci ildə Avropa Nəşr və Mətbuat evi tərəfindən <<İlin ən yaxşı vətənpərvər şairi" medalı ilə təltif olunub. Ulu öndər Heydər Əliyev haqqında iki eyni adlı "Azərbaycan dövlətçiliyinin qoşa qanadı" kitabına görə 27.12.2004-cü ildə Heydər Əliyev adına Beynəlxalq Forumun 1-ci diplomuna layiq görülmüşdü. Valeh Mirzə 15 kitab müəllifdi 9-cu "Söz ilə qazandın əbədiyyəti" kitabı alim Mir Cəlal Paşayevin 100-illik yubileyinə həsr olunub. 1993-cü ildə Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən üzvüdür. İki oğul atasıdır.
Elmira
Elmira — qadın adı. Elmira Cəfərova — Elmira Kərimova — Elmira Əliyeva — Geologiya-mineralogiya elmlər doktoru, AMEA-nın müxbir üzvü (30.06.2014) Elmira Abasova — musiqişünas, pedaqoq. Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967).
Elmir
Elmir — ad.
Zeynalabdin Elmiyyə
Zeynalabdin Elmiyyə — Təbrizli tacir və çap sənayesinin qabaqcıllarındandır.O, Elmiyyə daş mətbəəsinin banisidir. Zeynalabdin Elmiyyə,Mirzə Zeynalabdin Təbrizinin nəvəsidir.
Elmira Qəmbərova
Elmira Qəmbərova (14 mart 1994) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == Elmira Qəmbərova beynəlxalq turnirlərdə birinci uğuruna 2014-cü ildə Polşada gənclər arasında Avropa Çempionatını gümüş medalla başa vurmaqla imza atdı. Həmin il Elmira Qəmbərova həm də Xorvatiyada gənclər arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu. 2015-ci ilin martında isə Elmira Qəmbərova Polşada U23 Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin il Avropa Oyunlarında çıxış edən Elmira Qəmbərova 2015 və 2016-cı illərdə Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirləri beşinci pillələrdə başa vurdu. 2017-ci ildə Elmira Qəmbərova Kiyev şəhərində beynəlxalq turnirin gümüş medalına sahib oldu, Macarıstanda U23 Avropa Çempionatını və Serbiyada Avropa Çempionatını isə yeddinci pillələrdə başa vurdu. Mayda Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib olan Elmira Qəmbərova həmin il Paris şəhərində (Fransa) Dünya Çempionatında debüt elədi və turniri 12-ci pillədə başa vurdu. 2018-ci ildə Elmira Qəmbərova Rusiyada Avropa Çempionatını 8-ci, Macarıstanda Dünya Çempionatını isə 14-cü pillədə başa vurdu. Karyerasın ən uğurlu mövsümü 2019-cu ilə təsadüf edən Elmira Qəmbərova əvvəl Fransa Qran-Prisini beşinci pillədə başa vursa da, mövsümün növbəti nüfuzlu turnirlərində uğurlara imza atdı. Apreldə Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vuran Elmira Qəmbərova iyunda Belarusda Avropa Oyunlarının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu.
Elmira Ramazanova
Elmira Ramazanova (azərb. Elmira Məmmədəmin qızı Ramazanova‎, 28 oktyabr 1934, Bakı – 8 dekabr 2020) — Texnika elmlər doktoru, Professor, Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində “Neftin, qazın, geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Elmira Ramazanova 1934-cü il oktyabrın 28-də Bakı şəhərində anadan olmuşdur. === Təhsili === 1952-ci ildə 134 saylı orta məktəbi qızıl medalla, 1957-ci ildə isə Azərbaycan Sənaye İnstitutunun (Azərbaycan Dövlət Neft Akademiyasının) Energetika fakültəsini fərqlənmə diplomu ilə bitirib. == Fəaliyyəti == Alim əmək fəaliyyətinə Azərbaycan Respublikasının Energetika İdarəsində başlayıb, 1992-ci ildən indiyədək Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində “Neftin, qazın, geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktorudur. O, 1965-ci ildə “Qazkondensat sistemlərdə qazların separasiya şəraitlərinin hesablanma metodunun işlənməsi və tədqiqi” mövzusunda namizədlik, 1975-ci ildə “Adaptasiya metodlarının tətbiqinə əsasən neftqaz-kondensat yataqlarının termodinamiki tədqiqatları“ mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 1978-ci ildə professor elmi adını alıb. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Elmira Ramazanova neft-qaz və qazkondensat yataqlarının səmərəli işlənməsinin təmini istiqamətində kompleks praktiki və elmi-tədqiqat işləri aparan tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini neft-qaz, qaz kondensat çıxarmada yaranan mürəkkəbləşmələrə qarşı mübarizə, işlənmə rejiminin tənzimlənməsi üçün lazım olan parametrlərin seçilməsi, nanokompozitlərin alınması, nanotexnologiyaların işlənib hazırlanması və onların istehsalata tətbiqi, neftlə çirklənmiş torpaqların təmizlənməsi təşkil edir. 2004-cü ildə alimin rəhbərliyi ilə ölkəmiz “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı”, “Xəzər, Qara dəniz regionunun, tədqiqatlar, energetika və iqlim dəyişilməsi siyasəti” regional layihələrində təmsil olunub.
Elmira Rəhimova
Elmira Allahverdi qızı Rəhimova (13 avqust 1941, Bakı) – Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2000). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü(2002) == Həyatı == Rəhimova Elmira Allahverdi qızı 13 avqust 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Dillər İnstitutunu (1970), Azərbaycan Dövlət Musiqi Texnikumunu (1965) bitirmişdir. 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. 50-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınmış, Hindistanın Baş naziri C. Nehrunun dəvəti ilə iki dəfə (1957–59, 1961) Hindistanda olmuş, hind mahnı və rəqslərini öyrənmişdir. Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa etmişdir. Dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış etmişdir. Anand adında bir oğlu və iki nəvəsi vardır.
Elmira Süleymanova
Elmira Teymur qızı Süleymanova (17 iyul 1937, Bakı – 25 aprel 2024, Bakı) — Azərbaycan Respublikasının sabiq İnsan hüquqları üzrə müvəkkili (Ombudsman), kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən), Alim, dövlət və ictimai xadim == Həyatı == Elmira Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1944–1954-cü illərdə Bakı şəhərindəki 134 saylı orta məktəbdə oxumuşdur. 1955–1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərmiş, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Elmlər Akademiyasının aspiranturasında təhsil almış, 1968-ci ildə kimya elmləri namizədi, 1980-ci ildən kimya elmləri doktoru elmi dərəcəsi, 1970-ci ildə baş elmi işçi, 1988-ci ildə professor rütbəsi almışdır. 1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvüdür. 2024-cü il aprelin 25-də uzun sürən xəstəlikdən sonra vəfat edib. İkinci Fəxri xiyabanda dəfn olunub. == Elmi nailiyyətləri == Alim ömrünün bəhrələri, onun tədqiqatları, yeni kimyəvi maddələrin sintezi, alınması texnologiyası və tətbiqi sahələri üçün təklif etdiyi orijinal üsullar və texnoloji proseslərin işlənməsi 260-dan çox elmi əsərində, 40-dan çox ixtirasında, patentdə, müəlliflik şəhadətnamələrində öz əksini tapmışdır. O, 5 elmlər doktoru, 16 elmlər namizədi yetişdirmişdir.