Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xanməhəmməd bəy Ustaclı
Xan Məhəmməd bəy Mirzə bəy oğlu Ustaclı və ya Məhəmməd xan Ustaclı (ö. 1514, Çaldıran düzü, Maku, Səfəvi imperiyası) — qızılbaş sərkərdəsi, Diyarbəkir bəylərbəyi. Məhəmməd xan Ustaclı Türkman tayfası olan Ustaclı tayfasından olmuş, Səfəvi hökmdarı I Şah İsmayılın (1501-1514) dövründə fəaliyyət göstərmişdir. O, Şah İsmayılın Kiçik Asiyadakı və Mesopotamiyadakı fəthlərində mühüm rol oynamış, 1506-cı ildən ölümünə qədər Diyarbəkir hakimliyi vəzifəsini icra etmişdir. Onun barəsində anonim müəllif tərəfindən yazılan “Tarix-i Qızılbaşan” əsərində qısa məlumat verilir: “Onlar I Şah İsmayılın zühurunun əvvəllərində Ərzincan yaxınlığında öz köçləri ilə xoşbəxt orduya qoşuldular. Onların böyük əmirləri çoxdur. O cümlədən: Xan Məhəmməd yeddi il I Şah İsmayılın adından Diyarbəkir hakimi idi, az bir qoşunla dəfələrlə zülqədr ordularını məğlub etmişdi.” Xan Məhəmməd Çaldıran döyüşündə öldürülmüşdür. Məhəmməd xan Ustaclı Mirzə bəy Ustaclının ailəsində doğulmuşdur. Özündən başqa Ovlaş bəy Ustaclı, Əvəz bəy Ustaclı və Qara bəy Ustaclı adlı üç qardaşı olmuşdur. O, Şah İsmayılın bacılarından biri ilə evlənmişdir.
Əvəz bəy Ustaclı
Əvəz bəy Ustaclı — Qızılbaş tayfalarından biri olan Ustaclıların Təmişli boyundan olan və XVI əsrin əvvəllərində fəaliyyət göstərmiş hərbi xadimlərindən biri. Əvəz bəy Ustaclı XVI əsrin əvvəllərində Səfəvi imperiyasının yaranmasında və yayılmasında rol oynamış qızılbaş sərkərdələrindən biridir. O, 1514-cü ildə qısa müddət Bitlisin hakimi kimi çalışmışdır. O, Mirzə bəy Ustaclının oğlu idi və üç qardaşı var idi: Məhəmməd xan Ustaclı, Ovlaş bəy Ustaclı və Qara xan Ustaclı. Məhəmməd xan və Qara xan I İsmayılın ən vacib sərkərdələrindən biri olmuş və ona Şərqi Anadolunu ələ keçirməkdə yaxından yardım etmişdirlər. Məhəmməd xan Çaldıran döyüşündə, Qara xan isə döyüşdən sonra 1517-ci ildə Osmanlı ordusu ilə döyüşdə öldürülmüşdü. Qara xan Şeyx Heydər Səfəvinin qızı Fatma Sultan bəyim ilə evlənmişdi. Bu evlilikdən Abdulla xan Ustaclı dünyaya gəlmişdir. Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers.
Ustaclı
Ustaclı eli — Oğuzların Əfşar boyuna bağlı el. Öncə Güney Azərbaycanın Muğan və Qaradağ vilayətlərində yaşam sürən ustaclılar monqol işğalı dönəmində Anadoluya qaçdılar. Burada yaşayan soydaşları ilə birləşib Sivas Amasya civarında məskunlaşdılar. Ustaclı eli Ərətna bəyliyinin, sonra isə Qazi Bürhanəddin hökumətinin siyasi həyatında yaxından iştirak etmişdi. Osmanlılar dönəmində məzhəbləri ilə əlaqədar orduya cəlb olunmadıqlarından Səfəvilərə üz tutmuşdular. Ustaclı elinin oymaqları əsasən Güney Azərbaycanda məskunlaşmışdılar. Zamanla oymaqlar elin tərkibindən çıxıb müstəqil elə çevrildilər. Məsələn, Quzey Azərbaycanın Naxçıvan vilayətində yerləşən Kəngərli oymağı sonradan böyük bir elə çevrildi. Bəzi oymaqlar isə daha güclü ellərə birləşdilər. Ustaclı elinin bəzi oymaqları isə heç bir elə qatılmayıb yaşamını sürdürdü.
Uştal
Uştal — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Uştal kəndi Qalagah kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Soltankənd kəndi mərkəz olmaqla, Soltankənd kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kəndin qədim adı Üştaladır. Adının mənası "üç" və "tala" sözlərinin mənasını verir. Yəni kənd üçtala adlanan ərazidə salınmışdır. Sonradan üçtala qısalaraq "Uştal" mənasını vermişdir. Kənd əvvəllər ermənilərin kompakt yaşadığı ərazi olmuşdur. Kənddə həmçinin erməni qəbiristanlığı var. Uştal kəndi İsmayıllı rayonundan 20 km cənub-qərbdə, Acınohur ön dağlığında yerləşir. Kənddə 3 sərin sulu bulaq, dərin yarğanlar, sıx meşə var.
Əmir Qeyb bəy Ustaclı
Əmir Qeyb bəy Ustaclı — Şah Təhmasibin hakimiyyəti zamanı xidmətdə olmuş Ustaclı boyuna mənsub Səfəvi əmrlərindən biri. Təbriz, Damğan və Bistam hakimi. Ustaclı boyuna mənsub əmirlərdən biri olan Əmir Qeyb bəy Ustaclının adına mənbələrdə Sultan Süleymanın 1548-ci ildə Azərbaycana hücumu zamanı rast gəlinir. 1548-ci ildə Sultan Süleyman bir qədər ordu ilə Üləmanı Van qalasını mühasirə etmək üçün göndərdi. Özü isə Təbrizə doğru hərəkətə başladı. Bundan xəbər tutan Şah Təhmasib isə Təbriz yaxınlığında Şənbi Qazan adlanan yerdə ordusunun avanqard hissəsini osmanlılar üzərinə göndərdi. Əmir Qeyb bəy Ustaclı bu zaman digər Ustaclı əmiri Bədr xan Ustaclınınh köməkçisi idi. O az sayda əsgər ilə Mərəndə hücum çəkərək osmanlıları püskürdüb qaçırdı. Buna baxmayaraq Osmanlı qoşunu yeni gələn qüvvələrlə daha da güclənib Səfəvi avanqard birliyini məğlub etməyə nail oldu. Həsən bəy Rumlu “Əhsən ət-Təvarix” əsərində hadisələrin gedişatını belə təsvir edir: “Xondgar Divrigi yolundan Bargiriyə gəlib, Üləməni bir dəstə rumi ilə Van qalasını əhatə etməyə göndərdi.
Oyunun ustası
Oyunun ustası (ing. Master of the Game) — Sidni Şeldonun 1982-ci ildə yazdığı romandır. Əsər bir çox dünya dillərinə tərcümə olunmuş və bir neçə dəfə nəşr edilmişdir. 1984-cü ildə bu əsərin əsasında CBS studiyası tərəfindən mini-serial çəkilmişdir. Əsər Triller janrında yazılmışdır.
Ustaclı eli
Ustaclı eli — Oğuzların Əfşar boyuna bağlı el. Öncə Güney Azərbaycanın Muğan və Qaradağ vilayətlərində yaşam sürən ustaclılar monqol işğalı dönəmində Anadoluya qaçdılar. Burada yaşayan soydaşları ilə birləşib Sivas Amasya civarında məskunlaşdılar. Ustaclı eli Ərətna bəyliyinin, sonra isə Qazi Bürhanəddin hökumətinin siyasi həyatında yaxından iştirak etmişdi. Osmanlılar dönəmində məzhəbləri ilə əlaqədar orduya cəlb olunmadıqlarından Səfəvilərə üz tutmuşdular. Ustaclı elinin oymaqları əsasən Güney Azərbaycanda məskunlaşmışdılar. Zamanla oymaqlar elin tərkibindən çıxıb müstəqil elə çevrildilər. Məsələn, Quzey Azərbaycanın Naxçıvan vilayətində yerləşən Kəngərli oymağı sonradan böyük bir elə çevrildi. Bəzi oymaqlar isə daha güclü ellərə birləşdilər. Ustaclı elinin bəzi oymaqları isə heç bir elə qatılmayıb yaşamını sürdürdü.
Çəllək ustası
Çəllək ustası — çəllək və digər qabları düzəldən sənətkar, bəzən gəmi dirəklərinin ustasıdır. XXI əsrdə çəllək ustası peşəsi hələ də vacibdir, çünki şərab və konyak istehsalında həqiqi taxta çəlləklər tələb olunur. Balta və digər dülgər alətlərindən istifadə edərək, lülənin pərçimlərini bir-birinə yapışdırır, qırxdırır, kıvrımları (tikişləri) çəkic halına gətirir, altını içərisinə keçirir və hər şeyi taxta və ya dəmir halqalarla bağlayır.
Usalı oymağı
Usalı oymağı — Avşar elinin qollarından biri. Bəzi tarixi ədəbiyatda usanlı, osallı, asıllı, havsallı kimi də yazılır. Bir qismi İsfahan, bir qismi Urmiya, bir qismi isə Zəncan ətrafında yerləşmişdi. Osanlı oymağının Tehran ətrafındakı Eyvanikeyf dərəsinin əkinəcəkləri vardı. Tədqiqatçı Adnan Menderes Kaya yazır: "Usalı avşarı: Bu obanın adı qaynaqlarda Usallu və Usanlu şəklində də keçir. İran avşarlarıdır. Səfəvi hökmdarı Şah Abbas zamanında (1587–1628) İsfahanda yaşayıblar. Sonra Kürdüstandakı Kavəruda köçüblər. Kavərud hakimi İmam Qulu Sultan bu obadan idi. Usalıların İrandakı digər afşar obaları kimi çoxsaylı ve güclü olmadığı anlaşılır.
Ber-lez-Alp
Ber-lez-Alp (fr. Berre-les-Alpes) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Kont kantonu . Kommunanın sahəsi — 9,58 km², əhalisi — 1257 nəfərdir (2006) artım tendensiyası ilə: 1278 nəfər (2012), əhalinin sıxlığı 133,4 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 1280 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 1278 nəfər.
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. == Tarix == 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. == Domenin fəaliyyətə verilməsı == Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
Abdulla xan Ustaclı
Abdulla xan Qara xan oğlu Ustaclı (digər Azərbaycandilli mənbələrdə Abdullaxan Ustaclı deyə qeyd olunur; 1515, Diyarbəkir – 2 oktyabr 1567, Şirvan) — Qızılbaş sərkərdəsi, Şirvan bəylərbəyi, I Şah İsmayıl Səfəvinin bacısı oğlu. Abdulla xan hicri 956 (1549–1550)-cı ildə Şirvan bəylərbəyisi vəzifəsinə təyin olunmuş və 974 (1566–1567)cü ildə vəfat edənədək, 17 il ərzində həmin vəzifəni tutmuşdu. O, Şirvan əyanlarının separatçı çıxışlarını (Qurbanəlinin, Mehrabın, Qasım Mirzənin) yatırmağa nail oldu və burada Səfəvilərin hakimiyyətini möhkəmləndirdi. Bundan sonra Abdulla xanın nüfuzu daha da artdı. I Şah Təhmasib həm də bibisi oğlu olan Abdulla xanla çox vaxt hesablaşırdı. Cenkinsonun öz qeydlərində Şirvan canişini Abdulla xanın sarayının şahanə təmtəraqının təsvirinə böyük yer verməsi, onu mədh edərək "Şirvan kralı" adlandırması təsadüfi deyildi. == Həyatı == Abdulla xan Qara xan oğlu Ustaclı Diyarbəkirdə anadan olmuşdu. Ustaclı elinin Təmişli oymağındandır. Anonim müəllif tərəfindən qələmə alınan Tarixi Qızılbaşan adlı əsərdə onun haqqında məlumata rast gəlinir. Müəllif yazır ki, Ustaclı tayfasının ən böyük əmirlərindən biri olan Abdulla xan I Şah İsmayılın bacısı oğlu, I Şah Təhmasibin isə bacısının əri idi.
Allahqulu sultan Ustaclı
Allahqulu sultan Eycəkoğlu Kərəmpa-Ustaclı (?-may, 1576) — Qızılbaş əmiri, I Şah Təhmasib Səfəvinin dövründə vali. == Həyatı == Kərəmpa oymağının tanınmış simalarından biri Allahqulu bəy Eycəkoğlu idi. I Şah Təhmasibə xidmət etmişdi. Şahdan sultan ünvanı almışdı. Dərəbcurd hakimi idi. 1552-ci ilin yayında I Şah Təhmasibin əmri ilə qoşunların toplanmasına başlandı. Onlar 4 hissəyə bölündülər və dörd istiqamətə göndərildilər. Ərciş istiqamətinə gedən qoşunun sərkərdələrindən biri Allahqulu sultan Eycəkoğlu idi. Allahqulu sultan Lahican hakimi Xanəhməd xanın tutulmasına təhkim edilmişdi. İskəndər bəy Münşi Türkman yazır: " Xan Əhməd qalın cəngəlli dağlarda üç-dörd ay sərgərdan oldu, qazilərin qorxusundan hər gələn gecə-gündüzünü narahatlıqla keçirdi.
Bədr xan Ustaclı
Bədr xan Şərəfli-Ustaclı (?-1558) — Qızılbaş əmiri, I Şah Təhmasib Səfəvinin dövründə sərkərdə. Onun barəsində anonim müəllif tərəfindən yazılan “Tarix-i Qızılbaşan” əsərində qısa məlumat verilir: "Başqa biri Bədr xandır ki, Şah Təhmasibin divanbəyi idi, Şahqulu Xəlifədən sonra qoşunun sərdarı oldu və Astrabad yaxınlığında özbək Əli Sultanla vuruşub əsir düşdü. Axırda o bəladan (əsirlikdən) xilas oldu və Qəzvin şəhərinə gəldi. Amma (şahın) kimiya təsirli nəzərini cəlb etmədi, ona görə çox məyus oldu və elə o dövrdə vəfat etdi." == Həyatı == Bədr xan Ustaclı Ustaclı boyunun məşhur sərkərdələrindən biri, Şah Təhmasibin divanbəyisi idi. Bədr xan Ustaclının adı mənbələrdə Div sultan Rumlu ilə Köpək sultan Ustaclı arasında baş vermiş münaqişə zamanı çəkilir. Rumlu yazır: “Köpək sultan rəcəb ayının (13.04.-12.05.1526) əvvəlində Xalxal yolundan Sultaniyyəyə gəldi. Məntəşa sultan, Qılıc xan, Qurd bəy və Bədr bəy ona qoşuldular və savaş meydanına üz qoydular.” Bədr xan Ustaclı bu zaman Köpək sultanın ordusunda iştirak edirdi. 1527-ci ilin may ayında Naxçıvan ətrafında baş verən döyüşdə Köpək sultan öldürüldü. Digər ustaclı əmirləri isə Gilana qaçdı. Gilanda Müzəffər sultana sığınan əmirlərdən biri də Bədr xan Ustaclı idi.
Mürşüdqulu xan Ustaclı
Mürşüdqulu xan Şahqulu sultan oğlu Çavuşlu-Ustaclı (?-1587) — qızılbaş əmiri, I Şah Abbas Səfəvinin lələsi, dövlət vəkili. Mürşüdqulu xan Ustaclı elinin Xorasan qrupundandır. O, Herat hakimi Əliqulu xan Şamlı ilə əlaqəyə girərək Məşhəd hakimi Murtuzaqulu xan Pörnək-Türkmana qarşı savaş açdılar. Səs-səda saraya çatdı. Türkman əmirləri şahın hüzuruna gedərək Şamlı və Ustaclı əmirlərini qiyamda suçladılar. Şamlı əmirlərinə nifrət bəsləyən, daim qızılbaşlar arasında təfriqənin olmasını arzulayan vəzir Mirzə Salman da türkmanların tərəfini saxladı. Əliqulu xan Şamlıdan sonra I Şah Abbas Səfəvinin lələsi olmuşdu. Şah Məhəmməd Xudabəndənin hakimiyyəti illərində Xorasanda da sabitlik pozulur. Şah Məhəmməd Xudabəndə oğlu Abbas mirzənin tərbiyəçisi və Xorasan hakimi Əliqulu xan Şamlını Herat hakimi təyin etmişdi. Əliqulu xan Mürşüdqulu xan Ustaclı ilə ittifaqa girərək, Qəzvində yerləşən mərkəzi hakimiyyətə tabe olmaqdan imtina edir.
Məhəmməd xan Ustaclı
Məhəmməd xan Şahqulu sultan oğlu Ustaclı və ya Toxmaq xan Ustaclı (fars. محمد خان تخماق استاجلو‎; XVI əsr, İrəvan – 1585, İrəvan) — XVI əsrdə yaşamış türkmən Ustaclı tayfasından olan Səfəvi məmuru, diplomatı və hərbi rəhbəri. O, 1568-ci ildən 1575-ci ilə qədər İrəvan və ya digər adı ilə Çuxursəəd bəylərbəyliyinin hakimi kimi xidmət etmişdir. Daha sonra, o, Osmanlı imperiyasına göndərilən nümayəndə heyətinə rəhbərlik etmişdir. Geri qayıtdıqdan sonra, o, bəzi hüquqi proseslərdə iştirak etmiş və 1578-ci ildə yenidən Çuxursəəd əyalətinə bəylərbəyi təyin edilmişdir. Səfəvi-Osmanlı müharibəsi (1578–1590) zamanı baş vermiş Çıldır döyüşündə o, əsas komandan kimi çıxış etmiş və məğlub olmuşdur. Bir neçə il sonra — 1583-cü ildə Məhəmməd xan Toxmağın bəylərbəyliyi əyalətin Osmanlı dövləti tərəfindən işğal edildiyinə görə sona çatmışdır. Bu əyalət 1604-cü ilə qədər Osmanlı dövlətinin tabeliyində qalmışdır. Boyu balaca olduğuna görə "Toxmaq" ayaması ilə tanınmışdır. Məhəmməd xan Ustaclı Çuxursəəd bəylərbəyliyinin özündən əvvəlki hakimi olan Şahqulu Sultan Ustaclının oğludur və onlar türkmən Ustaclı tayfasına mənsubdurlar.
Məntəşa sultan Ustaclı
Məntəşa sultan Məhəmməd xan oğlu Şeyxlər-Ustaclı (?-1547) — Ustaclı elinin Şeyxlər oymağından qızılbaş sərkərdəsi, Cənubi Azərbaycanın, Təbriz bəylərbəyliyinin bəylərbəyi. Onun barəsində anonim müəllif tərəfindən yazılan “Tarix-i Qızılbaşan” əsərində qısa məlumat verilir: “Başqa biri Məntəşa sultandır ki, Şah Təhmasib zamanında Azərbaycan əmir əl-ümərası idi və Şah Təhmasib ona «lələ» deyə müraciət edirdi. 953-cü ildə 4.III.1546—20.II.1547) qəflətən vəfat etdi.” Məntəşa sultan Ustaclı həm Şah İsmayıl dövrünün həm də Şah Təhmasib dövrünün tanınmış əmirlərindən biri idi. O Sarı Pirə Qorçubaşı Ustaclının kiçik qardaşı idi. Mənbələrdə onun adına 1506-cı ildə baş verən Sarom xanın qiyamı zamanı rast gəlinir. Təbrizdəki qardaşı İbrahim mirzədən üsyan barədə məlumat alan İsmayıl, Sarı Əli bəy Möhürdarı 3 minlik qoşunla Təbrizə göndərdi və onlar Təbrizdəki qoşunlarla birləşib, Azərbaycanın qərb sərhədlərinə irəlilədilər. 12 minlik qızılbaş ordusu Xoy və Səlmas şəhərləri yaxınlığında təqribən iki dəfə çox olan kürdlərlə döyüşə girdi və hər iki tərəf böyük itkilər verdi: kürdlərdən 3 min, qızılbaşlardan isə 1500 nəfər həlak oldu. Sarom və İbrahim mirzə bu döyüşdə yaralanmışdılar. Bu döyüşdən sonra Məntəşa sultan Ustaclı və şahzadə İbrahim mirzə qoşunu götürərək, şahın köməyə göndərdiyi yeni qüvvələrə qovuşmaq üçün bir qədər geri çəkilib, Əbdi bəy Şamlunun yardıma gəlmiş 6 minlik qoşunu ilə birləşdilələr.Kürdlərlə baş verən ikinci döyüşdə də Məntəşa sultan iştirak etmiş, döyüş sonunda ağır yaralanmışdı.Məntəşa sultan həmçinin Şah İsmayılın 1508-ci ildə Xürrəmabad yürüşündə də iştirak etmişdi. “Tarix-i Aləmara-yi Şah İsmayıl” və “Əhsən ət-Təvarix” əsərlərində Məntəşa sultanın Şah İsmayılla qardaşı Süleyman Mirzə arasında olan münaqişə zamanı adı çəkilir.
Qara xan Ustaclı
Qara xan Mirzə bəy oğlu Ustaclı (?-1517) — qızılbaş sərkərdəsi, Diyarbəkir bəylərbəyi Məhəmməd xan Ustaclının qardaşı. Onun barədə anonim müəllif tərəfindən qələmə alınan “Tarix-i Qızılbaşan” adlı əsərdə qısa məlumat verilmişdir: “Xan Məhəmmədin qardaşı Qara xan ondan sonra Diyarbəkir əmir əl-ümərası oldu və 922-ci ildə (5.II.1516—23.I.1517) Mardin (yaxınlığındakı) Qoruqtəpədə «Bığlı Çavuş» adı ilə məşhur olan Mustafa paşa ilə döyüşdə öldürüldü.” Qara xan Ustaclı Ustaclı boyunun məşhur əmirlərindən olmuşdur. O, Mirzə bəy Ustaclının oğlu, Xan Məhəmməd Ustaclının isə kiçik qardaşı idi. Qara xan ən əvvəldən Şah İsmayılın yanında olan qardaşı Məhəmməd xan Ustaclı ilə Şirvan yürüşündə iştirak etmişdi. Qara xan həmçinin Almaqulağı döyüşündə Şah İsmayıl qoşununun cinahlarından birinə qardaşı ilə birlikdə rəhbərlik edirdi. Bu barədə “Aləmara-yi Şah İsmayıl” əsərində yazılır: “Döyüş meydanına yerləşdikdə isə Şah İsmayıl mərkəzdə qərar tutdu. Sağ cinahda Abdal bəy Dədə və Əbdi bəy Şamlu qorçularla birlikdə səf çəkdilər. Sol cinaha isə Məhəmməm xan Ustaclı və qardaşı Qara xan Ustaclı rəhbərlik edirdilər. ” Şah İsmayıl Mosul, Diyarbəkir və Səncarı tutduqdan sonra Bağdadın şimalındakı Cizrə vilayətini ələ keçirmək üçün ora əsgərlərindən bir dəstə göndərdi. Lakin Cizrə hakimi Əmir Şərəf uzun müddət mübarizə apardı.
Qeyb xan Ustaclı
Qeyb xan Ustaclı — Səfəvi imperiyasında fəaliyyət göstərmiş Qızılbaş hərbi dövlət xadimlərindən və sərkərdələrindən biri. Ustaclı tayfasına mənsub olmuşdur. Qeyb xan Ustaclının fəaliyyəti barədə o qədər də məlumat yoxdur. Onun haqqında bəlli olan məlumatlar onun Səfəvi imperiyasının iki vilayətində hakimlik etməsi ilə bağlıdır. Beləki o, Səfəvi imperiyasının indiki İran ərazisinin qərbində yerləşən iki vilayətdə - Kürdüstan və Luristan vilayətlərində hakimlik etmişdir. Bu iki bölgədə əsasən Səfəvi şahlarına tabe olan yerli sülaləyə mənsub olan şəxslər hakimlik etdiyinə görə, Qeyb xan Ustaclının hakimliyi diqqət çəkən məqamdır. O, 1568-ci ildə Luristan vilayəti ilə birlikdə, Kürdüstan vilayətinin də hakimi təyin edilmişdir. Bir digər diqqət çəkən məqam isə Qeyb xan Ustaclının eyni zaman hər iki vilayətin hakimi təyin edilməsidir. Hər iki vilayətdə də onun hakimliyindən sonra yerli sülalədən olan şəxslər hakim təyin edilmişdirlər. Qeyb xan Ustaclı Səfəvi imperiyasını formalaşdıran və Qızılbaş tayfalarından olan Ustaclı tayfasına mənsub olmuşdur.
Salman xan Ustaclı
Salman xan Şahəli mirzə oğlu Təmişli-Ustaclı (XVI əsr, Məşhəd – 1624) — Qızılbaş əmiri, I Şah Təhmasib Səfəvinin nəvəsi, vali. Salman mirzə Şahəli mirzə oğlu Təmişli-Ustaclı Təbriz şəhərində dünyaya gəlmişdi. 1580-ci ildə Şirvan bəylərbəyi təyin olunmuşdu. Az sonra Gilana hakim göndərilmişdi. Şahəli mirzə Təmişli-Ustaclı1585-ci ildə sarayda divanbaşı olmuşdu. Şahəli mirzə Təmişli-Ustaclı 1587-ci ildə Murtuzaqulu xan Pörnək-Türkmandan sonra Məşhəd şəhərinə hakimlik etmişdi. 1612-ci ildə Qəzvinin valisi idi. Şahəli mirzə Təmişli-Ustaclı 1624-cü ildə vəfat edib. Salman mirzə Şəhribanu xanım I Təhmasib şah qızı Səfəvi (?-1583) və Gövhər Sultan xanım II İsmayıl şah qızı Səfəvi (1577-1618) ilə dünya evinə girmişdi. Abdulla xan Ustaclının nəvəsidir.
İbrahim xan Ustaclı
İbrahim xan Ustaclı (?-1587) — Qızılbaş əmiri, I Şah Abbas Səfəvinin sərkərdəsi, Sərəxsin hakimi. Şahqulu sultanın ikinci oglu İbrahim bəy də I Şah Təhmasib Səfəvidən sultan ünvanı almışdı. Qardaşı Mürşüdqulu xan ilə bərabər Xorasanda yaşayırdı. Sərəxsin hakimi idi. I Şah Abbasın hakimiyyətinin ilk çağlarından, 1587-ci ildən xan ünvanı ilə Xorasanı idarə edirdi. İbrahim xan I Şah Abbasın əmri ilə öldürüldü. Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh. Ənvər Çingizoğlu,Qaradağlılar.
Şahqulu sultan Ustaclı
Həmzə sultan Qazaq oğlu Şahqulu sultan Ustaclı (?-1568) — qızılbaş sərkərdəsi, Azərbaycan və Xorasan əmir əl-ümərası, Astrabad və Çuxursəd əyalətinin bəylərbəyi (1551-1568). Həsən bəy Rumlu 1544-cü ildə baş vermiş hadisələrdən bəhs edərkən Həmzə sultan Qazağın oğlu Şahqulu sultanın Məşhəd hakimi olduğunu qeyd edir. O, həmçinin Kirman və Astrabadda da hakim olmuşdu. H.974-cü (1567) ildə Sultan Süleymanın vəfatı ilə əlaqədar Şah Təhmasibin başsağlığı vermək, Sultan Səlimin hakimiyyətə keçməsini təbrik etmək üçün vəzir Murad bəy İsfahani və 500 nəfər gənc ilə Çuxursəd hakimi Şahqulu sultanı da Osmanlı dövlətinə elçi göndərməsi onun Səfəvilər sarayında yüksək nüfuz sahibi olduğunu göstərir. O, Ədirnədə Sultan Səlimlə görüşmüş və Şahın göndərdiyi məktubu, hədiyyələri ona vermişdir. Şahqulu sultan Ustaclı Ustaclı boyunun məşhur nümayəndələrindən biri olan Çayan sultanın qardaşı Qazax sultanın oğlu idi. Əmisi Çayan sultan Hüseyn bəy Lələdən sonra Şah İsmayılın əmir əl-ümərası olmuşdu. Şahqulu sultanın doğum tarixi haqqında mənbələrdə məlumat yoxdur. Anonim müəllif tərəfindən qələmə alınan “Tarixi-Qızılbaşan” əsərində onun haqqında müfəssəl məlumat verilib: “Başqa birisi Qazax sultanın oğlu- Çayan sultanın qardaşı oğlu- Şahqulu sultandır ki, uzun illər Şah Təhmasibin adından Məşhəd hakimi idi və 958-ci ildə (1551) Şah Təhmasib onu çağırıb İsmayıl Mirzənin lələsi təyin etdi. Hüseyncan sultan Rumlunun vəfatından sonra Çuxursədin əmir əl-ümərası oldu və Şah Təhmasib onu Ruma səfir göndərdi.
Əliqulu xan Ustaclı
Əliqulu xan Fəthoğlu-Ustaclı (?-?) — Ustaclı elinin Fəthoğlu oymağından qızılbaş sərkərdəsi, Cənubi Azərbaycanın, Təbriz bəylərbəyliyinin bəylərbəyi. 1885-ci ilin yazında şahzadənin həmpiyaləsi Əliqulu bəy Fəthoğlu Əmir xanın dövlət üçün təhlükəli olduğu fikrini irəli sürdü. Şamlı əmirləri də onu dəstəklədilər. Şahzadə Əmir xanın tutulub, Qaradağa, Qəhqəhə qalasına salınmasına əmr verdi. Əliqulu bəy xan ünvanı ilə Azərbaycan bəylərbəyi təyin edildi. Ustaclı və Şamlı elinin nümayəndələri şahzadənin köməyi ilə Türkman, Təkəli ellərinin əmirlərini vəzifədən uzaqlaşdıraraq, özləri yiyələndilər. Əmir xan Türkman zindanda öldürüldü. Şahzadə Həmzə mirzə həmpiyaləsi Əliqulu xanı özündən aralamadığından bəylərbəyilikdən çıxarıb, saraya gətirdi. Hüseynqulu sultan Fəthoğlunu Güney Azərbaycana bəylərbəyi təyin etdi. Təbriz şəhərinin müdafiəsini möhkəmləndirmək işini Pir Qeyb xan Ustaclıya tapşırdı.
Sədrəddin xan Ustaclı
Sədrəddin xan Ustaclı — Səfəvi sərkərdəsi, Astrabad hakimi, İsmayıl Mirzənin lələsi. Anonim müəllif tərəfindən qələmə alınan Tarixi-Qızılbaşan adlı əsərdə onun barədə məlumata rast gəlinir. Müəllif yazır: “Başqa birisi Sədrəddin xandır ki, Astrabad hakimi və İsmayıl Mirzanın lələsi idi. Axırda əmirlikdən azad edildi. Öz səxavəti ilə bütün əmirlərdən seçilirdi.” 1539–1540-cı ildə Xacə Bitikçinin oğlu Məhəmməd Saleh Bitikçi Astrabbada üsyan qaldırdı. O, Astrabbadda "qara geyimlilər"dən bir dəstə adamı öz ətrafında topladı. Yetəri qədər əsgər toplaya bilmədikdə Daşkənd və Fərqanə valisi ilə Burak xanın qardaşı oğlu Ömər Qazi Sultandan kömək istədi. Ömər Qazi öz ordusu ilə Astrabada gəldi. Astrabad hakimi Sədrəddin xan onlara qarşı mübarizə apara bilməyəcəyini anlayıb geri çəkilərək Bistana gəldi və Şah Təhmasibə üsyan xəbərini çatdırdı. Bu zaman Məhəmməd Saleh artıq Astrabadı ələ keçirmişdi.
Eldar Əliyev (balet ustası)
Eldar Əliyev (1957, Bakı, Azərbaycan SSR) — Azərbaycanlı balet ustası, Budapeşt Opera və Balet Teatrının bədii rəhbəri. == Həyatı və sənət fəaliyyəti == Eldar Əliyev 1957-ci ildə Bakı şəhərində doğulmuşdur. 1966–1975-ci illərdə Bakı Xoreoqrafiya məktəbində təhsil almışdır. 1974-cü ildən Bakı Opera və Balet teatrında çalışmağa başlamış, 1975-ci ildə Xoreoqrafiya məktəbləri məzunlarının Leninqradda keçirilən V Ümumittifaq müsabiqəsində 2-ci yeri tutmuşdur. 1979–1992-ci illərdə Leninqraddakı Kirov teatrının solisti olmuş, "Don Kixot", "Məhəbbət əfsanəsi", "Korsar", "Sonalar gölü" kimi klassik baletlərdə aparıcı partiyaları ifa etmişdir. 1988-ci ildə Yuri Qriqoroviçin dəvəti ilə Arif Məlikovun Moskvada, Böyük teatrın səhnəsində tamaşaya qoyulan "Məhəbbət əfsanəsi" baletində Fərhad obrazını canlandırmışdır. Dünyanın 40-dan çox teatrının səhnəsində çıxış etmişdir. 1991–1992-ci illərdə "Kirov teatrının və Böyük teatrın ulduzları" adlı 8 nəfərlik truppanın tərkibində ABŞ, Kanada və Meksikada 4 aylıq qastrol səfərində olmuşdur. 1992-ci ildə "Indianapolice Ballet Theatre"nin dəvəti ilə ABŞ-yə köçmüş və 1994-cü ildən 2005-ci ilədək "Ballet Internationale" adlı truppanın rəhbəri olmuşdur. 1996-cı ildə rəqqas kimi karyerasını başa vurmaq qərarına gələn Eldar Əliyev özünü xoreoqraf kimi sınadı və Fikrət Əmirovun "Min bir gecə" baletinə uğurlu quruluş verdi.
Maqsud sultan Kəngərli-Ustaclı
Maqsud sultan Kəngərli (Tam adı: Maqsud sultan Kəngərli-Ustaclı; 1533, Əhər, Şərqi Azərbaycan ostanı – XVII əsr, Naxçıvan) — Kəngərli nəslinin başçısı və Naxçıvanın hakimi (XVI əsrin sonu - XVII əsrin əvvəlləri). == Həyatı == Maqsud bəy Məhəmməd bəy oğlu 1533-cü ildə Qaradağ vilayətinin paytaxtı Əhər şəhərində anadan olmuşdu. Bütün kəngərlilər kimi döyüşçü olmağı üstün tutmuşdu. O Azərbaycanın və İranın siyasi həyatında mühüm rol oynamışdır. I Şah Abbasın fərmanı ilə sultan ünvanı alıb 1589-cu ildə Qaradağa hakim təyin edilmişdi. I Şah Abbas Vedi çayı kənarında düşərgə salarkən Səfəvi-Osmanlı vuruşmalarında Naxçıvan əhalisinin zərər çəkməməsi üçün Maqsud sultan Kəngərliyə Naxçıvan əhalisini Dizmara və Qaracadağa (indiki Cənubi Azərbaycan) köcürmək barədə əmr etmişdir. Əmri yerinə yetirən Maqsud sultan Kəngərli divan hesabına köçürülmüş əhalini ərzaq və s. zəruri mallarla təmin etmişdi. Maqsud sultan Kəngərlinin xələfləri uzun müddət Naxçıvanda hakim olmuşlar. 1604-cü ildə Naxçıvan vilayətinə dəyişilmişdi.
Spişskа Nоvа Vеs
Spişskа Nоvа Vеs (slovak. Spišská Nová Ves, alm. Zipser Neudorf‎, mac. Igló) — Slovakiyanın şərqində şəhər. Koşitse bölgəsində yerləşir. Əhalisi 39 min nəfərdir. 1989-cu ildən şəhər icra başçıları: 1989 – 1990 – Ján Borovský 1990 – 1994 – Rastislav Jacák 1994 – 2002 – Karol Mitrík 2002 – 2006 – Anna Fedorová 2006 – 2014 – Ján Volný, PhD. Almaniya Alsfeld (alm. Alsfeld‎) Çexiya Havliçkuv-Brod (çex. Havlíčkův Brod) Polşa Groets (pol. Grójec) Fransa Eql (fr.
David bəy üsyanı
1722–1730-cu illər Sünik üsyanı və ya Davud bəy üsyanı — David bəyin başçılığı ilə indiki Zəngəzur, Qarabağ və Naxçıvan Muxtar Respublikası ərazisində ermənilərin İran hakimiyyətinə qarşı üsyanı. Onlar 8 il ərzində regionda Hotaki hökmranlığını devirməyə nail olmuşdur. Xronoloji ardıcıllıqla Artsaxın azadlıq mübarizəsi (1724-1731) ilə üst-üstə düşür. Şərqi Ermənistanı o zamanlar Pakraduni, Sünik və Arranşahlar sülalələrindən olan zadəgan ailələrinin nümayəndələri, o cümlədən Həsən Cəlalyanlar, Dopyanlar, Proşyanlar, Orbelyanlar, Vaçutyanlar, Zəkəryanlar və Kürikilər idarə edirdilər. Onlar İranda "məlik" (ərəb. ملك‎; hökmdar). adlandırılırdılar. == Mədəniyyətdə == ==== Ədəbiyyat ==== Raffi, "David bəy" (roman). Sero Xanzadyan, "Mxitar Sparapet" (roman). ==== Filmlər ==== "David bəy" filmi, 1943, rejissor Amo Beəy Nəzəryan.
Davud bəy üsyanı
1722–1730-cu illər Sünik üsyanı və ya Davud bəy üsyanı — David bəyin başçılığı ilə indiki Zəngəzur, Qarabağ və Naxçıvan Muxtar Respublikası ərazisində ermənilərin İran hakimiyyətinə qarşı üsyanı. Onlar 8 il ərzində regionda Hotaki hökmranlığını devirməyə nail olmuşdur. Xronoloji ardıcıllıqla Artsaxın azadlıq mübarizəsi (1724-1731) ilə üst-üstə düşür. Şərqi Ermənistanı o zamanlar Pakraduni, Sünik və Arranşahlar sülalələrindən olan zadəgan ailələrinin nümayəndələri, o cümlədən Həsən Cəlalyanlar, Dopyanlar, Proşyanlar, Orbelyanlar, Vaçutyanlar, Zəkəryanlar və Kürikilər idarə edirdilər. Onlar İranda "məlik" (ərəb. ملك‎; hökmdar). adlandırılırdılar. == Mədəniyyətdə == ==== Ədəbiyyat ==== Raffi, "David bəy" (roman). Sero Xanzadyan, "Mxitar Sparapet" (roman). ==== Filmlər ==== "David bəy" filmi, 1943, rejissor Amo Beəy Nəzəryan.
Yusif bəy Ustaclu
Çavuşlu Yusif bəy Baba Süleyman bəy oğlu — XVI yüzil Azərbaycan şairi, dövlət xadimi. Yusif bəy Baba Süleyman bəy oğlu Ustaclı elinin Çavuşlu oymağında dünyaya gəlmişdi. Təbriz şəhərinin darğası olmuşdu. Şair olmasına baxmayaraq təbiətcə sərt idi. 1573-cü ildə ona qarşı Təbrizdə üsyan baş verdi. İskəndər bəy Münşi Türkman Yusif bəyi "ağıl və fərasətdə öz müasirlərindən seçilən", Fəzli Isfəhani isə "qabiliyətli şair, zalım zabit" kimi dəyərləndirirdi. Sadıq bəy Avşar “Məcməül-xəvvas” adlı əsərindəki üçüncü məcmə səltənətin sütunu olan, yəni dövlətdə yüksək mövqeyə malik türklər haqqındadır. On bir nəfəri əhatə edən bu fəsildə məşhur Azərbaycan türklərindən Məhəmməd Əmani, Yusif bəy Cavaşlu və başqalarından söz açılır. XVI-XVII əsrlərdə yaşamış Məhəmməd bəy Əmanini şəxsən görən Sadiq bəy onun haqqında maraqlı məlumat verir: "Bayburtludur. Özü türk, əməli saleh, işi ibadət, pisliklərdən uzaq bir insandır.
Astanlı
Astanlı (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Astanlı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Aşağı Astanlı — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Astanlı — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Axtalı
Axtalı - Yelizavetpol quberniyasının Zəngəzur qəzasında kənd adı. == Tarixi == Axtalı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan rayonunda) kənd adı. 1828-1832-ci illərdə kənddə xaricdən gəlmə ermənilər də oturmuşdular. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. 1940-cı ildə kənd ermənicə Dzorastan adlandırılmış.
Beştalı
Beştalı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Beştalı (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd.
Musalı
Musalı — Musa adından yaranan soyad və təxəllüs. Bu soyadı olan tanınmış şəxslər Yaşayış məntəqələri Musalı (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Musalı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Musalı (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. 1997-ci ildə ləğv olunmuşdur.
Rustavi
Rustavi (gürc. რუსთავი) — Gürcüstan Respublikasında Aşağı Kartli diyarının (tarixi Borçalı mahalı) mərkəz şəhəri. 1948-ci ildə şəhər kimi restrukturizasiya edilmiş Rustavinin tarixi adı Bostanşəhər olmuşdur. 1944-cü ildə hazırda Rustavi şəhəri adlanan ərazidə metallurgiya zavodu inşa edilməyə başlandı. Zavodun inşası başa çatdıqdan sonra 1948-ci ildə bu yaşayış məntəqəsinə şəhər statusu verildi. Respublika tabeli şəhər olan Rustavi Kür çayının sahilində, paytaxt Tiflisdən 25 km. cənub-şərqdə Qarayazı düzündə yerləşir. Coğrafi koordinatları 41° 33' şimal enliyi, 45° 2' şərq uzunluğudur. Rustavi (Bostandərə) şəhərinin sahəsi 61 km² - dir . 2002-ci il Gürcüstanda keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə əsasən Rustavi şəhərinin əhalisinin sayı 116.384 nəfər təşkil etmişdir.
Stalin
İosif Vissarionoviç Stalin (gürc. იოსებ ბესარიონის ძე სტალინი, rus. Иосиф Виссарионович Сталин, 18 dekabr 1878[…], Qori, Tiflis quberniyası[…] – 5 mart 1953[…], Kuntsevo kotteci[d], Moskva vilayəti) — milliyətcə gürcü olan Qafqaz inqilabçısı, sovet siyasi, dövlət, hərbi və partiya xadimi, 21 yanvar 1924-cü ildən 5 mart 1953-cü ilə kimi Sovet dövlətinin lideri, Sovet İttifaqı Marşalı (1943), Sovet İttifaqı Generalissimusu (1945). Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. İki dəfə SSRİ-nin ən ali hərbi ordeni olan "Qələbə" ordeni ilə təltif edilib. Stalinin həqiqi soyadı — İosif Vissarionoviç Cuqaşvili (onun və onun atasının adı gürcü dilində İoseb və Besarion kimi tələffüz olunur), qısaldılmış formada isə — Sosodur. Belə bir versiya yarandı ki, onun soyadı Cuqaşvili — gürcü yox, gürcüləşmiş osetin (Cuqaşev) soyadıdır, ancaq əksər tədqiqatçılar bunu qəbul etmirlər. İnqilaba qədər Cuqaşvili çoxlu təxəllüs və partiya ləqəblərindən istifadə etmişdir. Əsasən Besoşvili (Beso- Vissarion ləqəbinin qısaldılmış forması), Nijeradze, Çijikov, İvanoviç. Bu ləqəblər arasında (Stalini çıxmaq şərtilə) ən məşhuru gürcü folklorundan çıxan "Koba" olmuşdur.
Uşquli
Uşquli (gürc. უშგული) — Gürcüstan Respublikasının Sameqrelo-Yuxarı Svaneti diyarının Mestia rayonunda, İnquri dərəsinin başında yerləşən svan icması. Jibiani, Çvibiani, Çajaşi, Lamjurishi və Murkmeli kəndlərindən ibarətdir. Dəniz səviyyəsindən 2200 m yüksəklikdə yerləşən Uşquli kəndi Dağıstanın Doqquzpara rayonundakı Kuruş kəndindən sonra (dəniz səviyyəsindən 2560 m yüksəklikdə) Avropada ən yüksək daimi məskunlaşmış yaşayış məntəqəsi hesab edilir. Böyük Qafqazın ən yüksək zirvələrindən olan Şxaranın cənub yamacında, İnquri çayının yuxarı axarında yerləşir. Uşqulidə təxminən 70 ailə (200 nəfərə qədər) yaşayır, məktəb var. Ətrafı ilin 6 ayı qarla örtülü olur və rayon mərkəzi Mestiaya aparan yol tez-tez kəsilir. Kənddə ənənəvi svan qüllə-evləri qorunmuşdur. Jibiani kəndinin yanında təpədə XI əsrdə tikilmiş Məryəm kilsəsi (svanca Lamariya) yerləşir.
Şotalı
Şotalı, Şotanlı - Yelizvetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda tarixi kənd. Oxçu çayının sağ sahilində yerləşmişdir. Erməni mənbələrində kəndin ilk adının Şatah olduğu göstərilir. Toponim «hunların varisi şato» etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin qoşulması ilə düzəlib, «şato tayfasına mənsub kənd» mənasını ifadə edir. Mənbələrdə qeyd edilən şato tayfasının adı toponimdə şata, şota fonetik formasında öz əksini tapmışdır ki, Azərbaycan dilində o~a səsəvəzlənməsi qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kənddə 1897-ci ildə 30 nəfər, 1922-ci ildə 25 nəfər, 1926-cı ildə 19 nəfər azərbaycanlı yaşamışdır. 1930 - cu illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Bustani
Bustani (ərəb. بستاني‎ / ALA-LC: Bustānī) — Livan ədəbiyyatçıları və maarifçiləri ailəsi. Ərəb mədəniyyətinin inkişafında və ərəb ədəbi dilinin yeniləşdirilməsində mühüm rol oynamışlar. Nisbə olan bu ad ərəbcə bağ sözündən (orta farsca "bōyestān" sözündən alınma) əmələ gəlmiş, ən azı XV əsrə aid olduğu güman edilir.
Ustaše
Ustaşlar (xorv. Ustaše — üsyançı, qiyamçı) — 1929–1945-ci illər arasında bir təşkilat kimi fəaliyyət göstərən, rəsmi olaraq Ustaş – Xorvat İnqilabi Hərəkatı (xorv. Ustaša – Hrvatski revolucionarni pokret) kimi tanınan xorvat faşist, ultranasionalist, etnonasionalist, klerikal təşkilat. Onun üzvləri 1934-cü ildə Yuqoslaviya kralı I Aleksandrın öldürülməsinə köməklik göstərmiş və Müstəqil Xorvatiya dövlətində holokost törədərək yüz minlərlə serb, yəhudi, qaraçı, həmçinin Bosniyalı müsəlmanları və Yuqoslaviyada İkinci Dünya müharibəsi zamanı xorvat siyasi dissidentlərini qətlə yetirmişdilər. Hərəkatın ideologiyası faşizm, Roma katolikliyi və Xorvat ultramillətçiliyinin qarışığı idi. Ustaşlar Drina çayını əhatə edən və Belqrad sərhəddinə qədər uzanan Böyük Xorvatiyanın yaradılmasını dəstəkləyirdilər. Hərəkat irqi cəhətdən "təmiz" Xorvatiyanı müdafiə etmiş və nasist irqi nəzəriyyəsi, antifaşist və ya dissident xorvatlar və boşnakların təqibi yolu ilə ustaşlar anti-serb əhval-ruhiyyəsinə görə serblərə, yəhudilərə və qaraçılara qarşı soyqırımı təbliğ etmişdilər. Ustaşlar bosniyalılara " müsəlman xorvatlar " kimi baxırdı və nəticədə bosniyalılar irqinə görə təqib olunmurdular. Ustaşlar xorvatların dini kimi Roma katolikliyini və İslamı müdafiə etmiş və serblərin əsas dini olan pravoslav xristianlığının əleyhinə olmuşdular. Roma katolikliyi Xorvat millətçiliyi ilə eyniləşdirilmiş, Bosniya və Herseqovinada böyük izləyicisi olan İslam isə ustaşlar tərəfindən "Xorvatların qanını doğru tutan" din kimi təriflənmişdi.
Always (bez)
Always — Procter & Gamble şirkətinə daxil olan, 1983-cü ildə yaradılmış qadın baxımı və müdafiəsi üçün bezlər istehsal edən marka. Always dünyanın müxtəlif ölkələrində müxtəlif adlarla satılır. Buna misal olaraq Yaponiya, Hindistan, Çin, Cənubi Koreya, Tayvan, Filippin, Tayland, İndoneziya və Avstraliyada Whisper, İtaliyada Lines Türkiyə də isə Orkid adı altında satılır. Digər adlarına misal kimi isə İspaniya və Portuqaliyada istifaəd edilən Evax və Ausonia adlarını göstərmək olar. Procter & Gamble Always markasını dünya səviyyəli marka olması yolunda ciddi addımlar ataraq, qadın sağlamlığı və təmizliyi sahəsində də keçirdiyi layihə və tədbirlərlə tez-tez gündəmə gəlir.
Bez nazvaniya
Bez nazvaniya (rus. Без названия, azərb. İsimsiz‎) — Nikolay Noskovun beşinci studiya albomu. Albom məşhur istehsalçı Horst Schnebel studiyasında Almaniyada qeydə alınıb.
Pa-dе-Kale (departament)
Pa-dе-Kale (fr. Pas-de-Calais) — Fransanın şimal-qərbində yerləşən, O-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 62. İnzibati mərkəzi — Arras. Əhalisi - 1.472.589 nəfər (departamentlər arasında 7-ci yer, 2014-cü ilin məlumatları). Nor departamenti O-de-Frans regiounun bir hissəsidir, Nor və Somma departamentləri ilə sərhəddir. Şimaldan Şimal dənizinin suları, qərbdən Pa-de-Kale boğazı tərəfindən yuyulur. Ərazisi — 6671 km². Departamentin əsas şəhərləri Kale, Bulon-sür-Mer, Arras, Lans, Lyeven və Sent-Omer. Birinci Dünya müharibəsi dövründə Pa-dе-Kale də çox qanlı döyüşlər olmuşdur.