Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Carçı
Carçı (agah edən)
Parçı
Xanlıqlar (Parçı) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Şərur rayonunun Eyniadlı i.ə.v. də kənd . Düzənlikdədir. Yaşayış məntəqəsi vaxtilə Naxçıvan xanlarına məxsus Xanlıq adlanan mülk yerinin ərazisində salındığı üçün belə adlanır.
Hacı
Hacı — Həcc ziyarətini yerinə yetirən müsəlmana deyilir. == Daha ətraflı == Həcc– İslam dinin sütunlarından biri.
Hari Mata Hari
Hari Mata Hari — 1985-ci ildə Sarayevoda yaradılmış Bosniya pop-rok qrupu. Qrup 2006 Avroviziya Mahnı Müsabiqəsində "Lejla" mahnısı ilə iştirak etmiş və 3-cü yeri tutmuşdur. Bu nəticə Bosniya və Herseqovinanın bu günə qədər bu müsabiqədəki ən yaxşı nəticəsidir.
Felisiya Hardi
Qara pişik (ing. Black Cat) və ya əsl adı ilə Felisiya Hardi (ing. Felicia Hardy) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Marv Volfman və Deyv Kokrum tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 194-cü sayında (iyul 1979) peyda olmuşdur. Qara pişik Hörümçək-adamın bir müddətlik sevgilisi, həm düşməni, həm də müttəfiqidir. Qara pişik "Wizard" jurnalının ən böyük komiks personajları siyahısında 152-ci yerdə göstərilmişdir. IGN personajı "Top-25 Hörümçək-adam" düşməni siyahısında 24-cü yerdə vermişdir. Comics Buyer's Guide "Komikslərdə 100 ən seksual qadın" siyahısında onu 27-ci yerdə göstərmişdir. Qara pişik bir neçə videooyun, animasiya serialı və məhsulda görünmüşdür. "Hörümçək-adam 4" filmində görünməsi planlaşdırılsa da, film ləğv olunmuşdur.
Godfrey Hardi
Qodfri Hardi (ing. Godfrey Harold Hardy; 7 fevral 1877[…] – 1 dekabr 1947[…]) — ingilis riyaziyyatçısıdır; Ramanucanla birlikdə n ədədinin bütün bölgülərinin sayı haqqında təqribi düstur almışdır, ədədlər nəzəriyyəsi və funksiyalar nəzəriyyəsi sahəsində əsərlərin müəllifidir. == Həyatı == Məşhur ingilis riyaziyyatçısı olan Qodfri Hardi 1877-ci ildə Kranli, Surreydə anadan olmuşdur. Oksford Universitetində həndəsə professoru olub. Sonralar həyatının böyük bir hissəsini Kembric Universitetində riyaziyyat müəllimi olmaqla keçirtdi. Geniş və müxtəlif olan əsərləri ümumilikdə toplamalı və ya analitik ədədlər nəzəriyyəsi barədədir.
Hardi fəzası
Hardi fəzası — funksional fəzanın kompleks analizində xüsusi növüdür, funksional analizdə L p {\displaystyle L^{p}} -fəzanın analoqudur. Hardi fəzası ingilis yazıçısı Hardinin adına həsr olunub. == Tərifi == Hardi fəzası H p {\displaystyle \ H^{p}} , 0 < p < ∞ {\displaystyle 0<p<\infty } olduqda— aşağıdaki şərti ödəyən açıq vahid kürədə kompleks müstəvidə holomorf funksiyanın sinfidir sup 0 < r < 1 ( 1 2 π ∫ 0 2 π | f ( r e i θ ) | p d θ ) 1 p < ∞ . {\displaystyle \sup _{0<r<1}\left({\frac {1}{2\pi }}\int \limits _{0}^{2\pi }\left|f(re^{i\theta })\right|^{p}\;d\theta \right)^{\frac {1}{p}}<\infty .} Bərabərsizliyin sol tərəfi p {\displaystyle \ p} -Hardi fəzasında norma və ya sadəcə f {\displaystyle \ f} üçün Hardi norması adlanır, və | f | H p {\displaystyle \ |f|_{H^{p}}} işarələnir. L p {\displaystyle L^{p}} -fəzasında olduğu kimi, p = ∞ {\displaystyle p=\infty } norma üçün | f | H ∞ = sup 0 < r < 1 sup z : | z | = r | f ( z ) | = sup z : | z | < 1 | f ( z ) | {\displaystyle |f|_{H^{\infty }}\ =\ \sup _{0<r<1}\sup _{z:\ |z|=r}|f(z)|\ =\ \sup _{z:\ |z|<1}|f(z)|} kimi ümumiləşdirilmişdir. 0 < p < q ≤ ∞ {\displaystyle 0<p<q\leq \infty } hal üçün H q {\displaystyle \ H^{q}} çoxluğu H p {\displaystyle \ H^{p}} çoxluğun altçoxluğu olduğunu göstərmək olar.
Harli adası
Harli adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada Cekson — Harmsvord eskpedisiyası tərəfindən kəşf edilir. Federik Cekson tərəfindən britaniyalı həkim Corc Harlinin şərəfinə adlandırılmışdır. == Yerləşməsi == Ada Ziçi adaları qrupuna daxildir. Cekson adasından 15 km şərqdə yerləşir. Cənubunda Levanev, şimal-şərqində isə Ommani adası yerləşir. == Təsviri == Ada ərazisi əsasən hamardır. Mərkəzində 82 m hündürlüyə malik zirvə vardır. Şimalı ilə cənubu arasında məsafə 10 km-dir.
Harli Örl
Harli C.Örl (22 noyabr 1893[…], Hollivud, Kaliforniya – 10 aprel 1969[…]) — amerikalı avtomobil dizayneri və iş icraçısı idi.General Motors’un ilkin təyin edilmiş dizayn rəhbəri idi daha sonradan vitse-prezident və Amerika tarixində ən böyük korporasiyanın dizaynında təyin edilmiş ilk baş icraçı olmuşdur.Sənaye dizaynı və müasir nəqliyyat dizaynının öncülü idi. == Həyatı == Harley Earl Hollivud, Kaliforniyada anadan olub. Atası 1908-ci ildə Earl Automobile şirkətini quraraq, atlı nəqliyyat vasitələrindən xüsusi vasitələrə və avtomobillər üçün xüsusi hissələri və aksesuarlarına dəyişdirdi Earl Stanford Universitetində təhsil almağa başladı, ancaq atası ilə birlikdə çalışmaq və Earl Automotive Works'də təcrübə yığmaq üçün vaxtından əvvəl ayrıldı.
Harri Belafonte
Harri Belafonte (1 mart 1927[…], Harlem, Nyu-York ştatı – 25 aprel 2023[…], Yuxarı Vestsayd[d], Nyu-York ştatı) — Amerikalı müğənni, bəstəkar, aktivist və aktyor. Ən uğurlu Yamayka-Amerika pop ulduzlarından biri, 1950-ci illərdə Trinbagonian Karib musiqi üslubunu beynəlxalq auditoriya ilə çıxardan əsas şəxs hesab olunur. O, blyuz, folk, gospel, şou melodiyaları və Amerika standartları daxil olmaqla bir çox janrda çıxış etdi. Onun debüt albomu Calypso (1956), tək bir sənətçinin ilk milyon satan LP albomudur. Belafonte "The Banana Boat Song (Banan Qayığı mahnısı)" kimi tanınan "Day-O" mahnısını yazması ilə məşhurdur. O, blüz, folk, gospel, şou melodiyaları və Amerika standartları da daxil olmaqla bir çox janrlarda səsyazma və ifa edib. O, həmçinin bir neçə filmdə, o cümlədən Carmen Jones (1954), Island in Sun (1957) və Odds Against Tomorrow (1959) filmlərində rol alıb. Belafonte üç "Qremmi" mükafatı (o cümlədən, Qremmi Ömür Boyu Nailiyyət Mükafatı), Emmi mükafatı və Toni mükafatını qazandı. 1989-cu ildə Kennedi Mərkəzinin fəxri mükafatını aldı. 1994-cü ildə Milli İncəsənət Medalı ilə təltif edildi.
Harri Hole
Harri Hole — Yu Nesbö tərəfindən yazılmış və dünyada 18 000 000 tirajla satılmış romanlar seriyasının (hal hazırda 11 roman) baş qəhrəmanıdır. Harri Holenin adı Şerlok Holms, Erkül Puaro, Komissar Meqre, Niro Vulf kimi tanınmış ədəbi detektivlərlə yanaşı çəkilir. Hole qeyrikonservativ metodlara malik parlaq və aktiv detektiv olmaqla yanaşı, sərrast atıcılıq qabiliyyətinə malikdir. == Tərcümeyi Halı == Harri Hole 20 yaşında xərçəng xəstəliyi səbəbi ilə anasını itirir və keçmiş müəllim olan atası Ulav Hole ilə də sıx əlaqə saxlamır. O, Oslo Polis İdarəsinin Kriminalistika bölməsinin əməkdaşıdır. Harrinin daun sindromlu bir bacısı var. O, evli deyil, lakin on roman boyu bir çox qadınlarla sıx əlaqədə olub. Harri siqaret və alkoqol aludəçisi olmağına baxmayaraq, zaman zaman alkoqol qəbulunu kontrol edə bilir. Onun problemləri vaxtaşırı rəhbərlik və bəzi əməkdaşlarla konfliktlə nəticələnməyinə baxmayaraq, onun güclü detektiv olduğuna inanan bölmə rəisi Byarne Möller və onun iş yoldaşı və yaxın dostlarından biri onun işdən azad edilməsinin qarşısını ala bilirlər. Harri Federal Təhqiqat Bürosunda atıcılıq və Polis sorğulaması texnikası üzrə təlim keçmiş azsaylı orqan işçilərindən biridir.
Harri Hudini
Harri Hudini (ing. Harry Houdini, əsl adı və soyadı Erik Vays (mac. Weisz Erik); 24 mart 1874[…], Budapeşt – 31 oktyabr 1926[…], Detroyt, Miçiqan) — Çətin qaçış və azad olma tryukları ilə şöhrət qazanmış məşhur amerikalı illüzionist və hipnozçu. == Bioqrafiya == Baxmayaraq ki, Hudini özünün ABŞ-nin Viskonsin ştatında anadan olduğunu bildirsə də, sənədlərdə gələcək fokusçunun Budapeştdə ravvin ailəsində anadan olduğu göstərilmişdir. Erikin ailəsi onun 4 yaşı olanda, 1878-ci il 3 iyul tarixində ABŞ-yə emiqrasiya etmişdi. İlk əvvəl ailə Viskonsin ştatının Eplton şəhərində məskunlaşmışdı. Çünki ailənin başçısı — Meyer Samuel Vays burada Zion Reform Jewish Congregation adlı reformist sinaqoqunda ravvin vəzifəsini əldə etmişdi. 1887-ci ildə Hudini atası ilə birlikdə Nyu-Yorka gəlir. Harri 10 yaşından başlayaraq əyləncə müəssisələrində kart fokusları göstərməyə başlamışdır. 1892-ci ildə fransız fokusçusu Rober-Hudenin şərəfinə özünə Hudini təxəllüsünü götürür.
Harri Kasparov
Harri Kimoviç Kasparov (Vaynşteyn; 13 aprel 1963[…], Bakı) — sovet, rusiyalı şahmatçı. Şahmat üzrə beynəlxalq dərəcəli qrosmeyster (1980), gənclər arasında dünya çempionu (1980), SSRİ çempionu (1981, 1988), 13-cü dünya çempionu (1985–2000) və Rusiya çempionu (2004). 11 dəfə "Şahmat Oskarı"nın sahibidir (1982, 1983, 1985, 1986, 1987, 1988, 1995, 1996, 1999, 2001, 2002) == Həyatı == === İlk illəri === Atası Kim Vaynşteyn milliyətcə yəhudi, anası Klara Kasparyan isə ermənidir. Babası Moisey Vaynşteyn keçən əsrin 40–50-ci illərində Azərbaycan SSR-də tanınmış mədəniyyət xadimi, bəstəkar və dirijor olmuşdur. 1963-cü ildə Bakı şəhərində dünyaya gələn Harri əvvəllər Vaynşteyn soyadını daşısa da atasının 1970-ci ildə leykozdan vəfatından sonra, 1976-cı ildə anası onun soyadını dəyişərək öz soyadını vermiş, soyadın sonluğundakı "yan" hissəciyini isə dəyişərək rus stilində "ov" yazdırmışdır. Harri Kasparov 1980-ci ildə Bakı şəhərindəki 151 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 18 yanvar 1990-cı il tarixdə Bakını ailəsi və qohumları ilə birlikdə tərk etmiş. Sovet ordusunun da Bakını tərk etməsini tələb etmişdi. === Şahmatçı karyerası === 1976-cı ildə gənclər arasında SSRİ çempionu olmuşdur. 1980-ci ildə qrosmeyster dərəcəsi almaqla yanaşı, Dortmundda Gənclər arasında dünya çempionu adını qazanmışdır.
Harri Keyn
Harri Keyn (ing. Harry Kane; 28 iyul 1993) — İngiltərə futbolçusu. Almaniyanın "Bayern Münhen" klubunun və İngiltərə milli futbol komandasının hücumçusu. Keyn, "Tottenhem Hotspur"un heyətində 2011-ci il avqustun 25-də, Avropa Liqasının ikinci təsnifat mərhələsində Yunanıstanın "Harts" klubuna qarşı oynanılan görüşdə debüt edib. O,"Tottenhem Hotspur"un əsas heyət oyunçusu olanadək icarə əsasında Birinci Liqada çıxış edən "Leyton Orient"də, Çempionşipdə çıxış edən "Milluoll" və "Norviç Siti"də, və Premyer Liqada mübarizə aparan "Norviç Siti"də oynayıb. Keyn, İngiltərənin yeniyetmələrdən və gənclərdən ibarət komandalarının hamısında çıxış etmişdir. Əsas milli komandada debütü 24 mart 2015-ci ildə baş tutmuşdur. == Klub karyerası == === Leyton Orient === Harri Keyn "Tottenhem Hotspur" akademiyasının yetirməsidir, lakin o, ilk illər əsas komandanın heyətinə düşməkdə çətinlik çəkib. Bu səbəbdən klub onu 2011-ci il yanvarın 7-də İngiltərə Birinci Futbol liqasında çıxış edən "Leyton Orient" komandasına icarəyə verib. O, bu klubun heyətində yanvarın 15-də "Rotsdeyl" klubuna qarşı oynanılmış görüşdə sonradan meydana çıxaraq debüt etmişdir.
Harri Markovits
Harri Markovits (ing. Harry Max Markowitz) 24 avqust 1927[…], Çikaqo, İllinoys – 22 iyun 2023, San-Dieqo, Kaliforniya) — amerikalı iqtisadçı. Çağdaş portfel nəzəriyyəsi mövzusunda xüsusilə mal varlığı riskləri, korrelyasiya və portfel müxtəlifliyinin investisiya portfelinin gəlirlərinə olan təsirləri ilə bağlı tədqiqatları ilə tanınır. 1990-cı ildə Merton Miller və Vilyam Şarpla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Harri Markovits ABŞ-nin Çikaqo şəhərində anadan olub. Liseydə oxuyarkən fizika və fəlsəfə mövzularına, xüsusilə bu mövzularda ingilis filosofu Devid Yumun fəaliyyətləri ilə maraqlandı. Çikaqo Universitetində də bakalavr dərəcəsinə bu mövzularda yüksəldi. Sonra magistr təhsilinə Çikaqo Universitetində iqtisadiyyat bölməsində davam etdi. Burada təhsil alarkən məşhur iqtisadçıların, Milton Fridmen, Tyallinq Kupmans, Ceykob Marşak, Leonard Seveyc və b. rəhbərliyində tədqiqatlarına davam etdi.
Harri Martinson
Harri Edmund Martinson (isv. Harry Edmund Martinson; 6 may 1904[…] və ya 1904, Jamshoq[d] – 11 fevral 1978[…], Stokholm)) — İsveç yazıçısı, şairi, Ədəbiyyat üzrə Novel mükafatı laureatı (1974; Eyvind Yunson ilə birlikdə). == Həyatı == İsveç yazıçısı, şair və jurnalist Harri Edmund Martinson uzaq səfərlər kapitanının oğlu idi. İveçin cənubunda doğulmuşdu. Altı yaşında atasını itirmişdi. İi il sonra anası onu və altı bacısını ataraq Amerikaya köçmüşdü. Uşaqlar isə ən imkansız, bərbad vəziyyətdə olan yetimxanalarda böyümüşdülər. Təbii ki, belə bir vəziyyətdə hər hansı ardıcıl təhsildən söhbət gedə bilməzdi. Şəraitin dözülməzliyi Harrini saxlandığı uşaq evlərindən ara-sıra qaçmağa məcbur etmişdi. Müstəqil həyata erkən yaşlarından başlamışdı.
Harri Potter
«Harri Potter» (ing. «Harry Potter») — ingilis qadın yazıçı Coan Ketlin Roulinq tərəfindən yazılmış yeddi roman və onun əsasında çəkilmiş filmlər seriyasıdır. Səkkizinci kitab isə teatrdan kitaba uyğunlaşdırılmışdır. Dünyada çap olunmasına və satışına görə böyük rekordlara imza atmışdır. Seriyanın yeddinci kitabı ABŞ-də 8,5 milyonluq böyük bir satış gəlirinə sahib olaraq böyük bir rekord əldə etmişdir. Seriyanın kitabları "Dünyanın ən tez satılan kitabı" və "Dünyanın ən çox satılan uşaq romanı" adını hələ də əlində saxlayır. Roman uşaqlar üçün nəzərdə tutulsa da, böyüklərin də diqqətini çəkmişdir. == Mövzusu == Harri Potter 10 il müddətində sevmədiyi qohumları: xalası Petunia, xalasının əri Vernon və onların axmaq övladı Dadli Dörzli ilə yaşamağa məcbur olur. Valideynlərinin yol qəzasında öldüyünü zənn edən Harri gerçəyi Hoqvartsda gözətçi işləyən Rubeus Haqrid tərəfindən öyrənir. Harrinin anası Lili və atası Ceyms Potter düşmənləri Voldemort tərəfindən öldürülmüşdür.
Harri Stayls
Harri Stayls (ing. Harry Edward Styles; 1 fevral 1994, Redditç[d], Vusterşir[d]) — İngiltərə müğənnisi. Harri dünyaca məşhur oğlan qrupu “One Direction”ın üzvlərindən biri olmuşdur. Harri Stayls 2017-ci ildə qrupdakı fəaliyyətinə fasilə verməsindən bir il sonra öz adını daşıyan debüt studiya albomunu buraxaraq solo karyerasına başlamışdır. “Harry Styles” adlanan bu albom Birləşmiş Krallıqda və ABŞ-də həmin ilin ən çox satılan albomları sırasına düşmüşdür. Albomdan sinql kimi buraxılan “Sign of the Times” mahnısı Britaniyada yayım rekordları qırmışdır. Harri Stayls “Fine Line” adlı ikinci studiya albomunu 2019-cu ildə təqdim etmişdir. Bu albom ilk həftəsində yüksək miqdarda sataraq kommersiya baxımından uğurlu olmuşdur. Rolling Stone qəzeti 2020-ci ildə tərtib etdiyi “Bütün zamanların ən yaxşı 500 albomu” siyahısında Harrinin bu albomuna da yer ayırıb. İfaçının 2022-ci ildə işıq üzü görən üçüncü albomu “Harry's House” tənqidi rəğbətlə qarşılanıb.
Harri Truman
Harri S. Trumen (ing. Harry S. Truman; 8 may 1884, Lamar, Missuri, ABŞ — 26 dekabr 1972, Kanzas-Siti, Missuri, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 33-cü prezidenti (1945–1953) və 34-cü vitse-prezidenti (20 yanvar-12 aprel 1945). İkinci adındakı "S" hərfi yalnız inisialdan ibarətdir və babaları — atasının atası Anderson Şip (Shipp) Trumen və anasının atası Solomon Yanqın adına hörmət əlaməti olaraq valideynləri tərəfindən verilmişdir. Birinci dünya müharibəsi dövründə artilleriya batareyasına rəhbərlik etmişdir. Həmin müharibədə döyüşlərdə iştirak etmiş yeganə ABŞ prezidentidir (Prezident Duayt Eyzenhauer isə həmin müharibədə yalnız təlimlərə qatılmışdır). == Siyasi həyatı və prezidentliyi == 1934-cü ildə Missuri ştatından ABŞ Konqresinə senator seçilmişdir. 1944-cü il seçkilərində Franklin Ruzvelt özünün dördüncü prezidentlik müddətinə onu vitse-prezidentliyə namizəd kimi irəli sürmüşdür. Seçkilərdə qələbə qazanan cütlük 1945-ci il yanvarın 20-də səlahiyyətlərinin icrasına başlamışdır. 12 aprel 1945-ci ildə Franklin Ruzveltin vəfat etməsindən sonra Harri Trumen prezident vəzifəsini tutmuşdur. Trumenin hakimiyyət dövrü qlobal əhəmiyyətə malik çoxsaylı hadisələrlə zəngin olmuşdur.
Harri Trumen
Harri S. Trumen (ing. Harry S. Truman; 8 may 1884, Lamar, Missuri, ABŞ — 26 dekabr 1972, Kanzas-Siti, Missuri, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 33-cü prezidenti (1945–1953) və 34-cü vitse-prezidenti (20 yanvar-12 aprel 1945). İkinci adındakı "S" hərfi yalnız inisialdan ibarətdir və babaları — atasının atası Anderson Şip (Shipp) Trumen və anasının atası Solomon Yanqın adına hörmət əlaməti olaraq valideynləri tərəfindən verilmişdir. Birinci dünya müharibəsi dövründə artilleriya batareyasına rəhbərlik etmişdir. Həmin müharibədə döyüşlərdə iştirak etmiş yeganə ABŞ prezidentidir (Prezident Duayt Eyzenhauer isə həmin müharibədə yalnız təlimlərə qatılmışdır). == Siyasi həyatı və prezidentliyi == 1934-cü ildə Missuri ştatından ABŞ Konqresinə senator seçilmişdir. 1944-cü il seçkilərində Franklin Ruzvelt özünün dördüncü prezidentlik müddətinə onu vitse-prezidentliyə namizəd kimi irəli sürmüşdür. Seçkilərdə qələbə qazanan cütlük 1945-ci il yanvarın 20-də səlahiyyətlərinin icrasına başlamışdır. 12 aprel 1945-ci ildə Franklin Ruzveltin vəfat etməsindən sonra Harri Trumen prezident vəzifəsini tutmuşdur. Trumenin hakimiyyət dövrü qlobal əhəmiyyətə malik çoxsaylı hadisələrlə zəngin olmuşdur.
Harri Vandiver
Harri Vandiver (ing. Harry Schultz Vandiver; 21 oktyabr 1882, Filadelfiya, Pensilvaniya – 9 yanvar 1973, Ostin) — ədədlər nəzəriyyəsi sahəsində işlərinə görə məşhurlaşan amerikan riyaziyyatçı. ABŞ Milli Elmlər Akademiyasının üzvü (1934). == Həyatı == Filadelfia, Pensilvaniya ştatında anadan olmuşdur. Erkən yaşlarında məktəbi tərk etdi və atasının şirkətində işləməyə başladı, baxmayaraq ki 1904-1905-ci illərdə Pensilvaniya Universitetində bəzi universitet kurslarında oxuyurdu. 1931-ci il üçün ədədlər nəzəriyyəsinə Koul mükafatını qazanmışdır. 1945-ci ildə Pensilvaniya Universiteti ona fəxri doktor adını verdi. 1952-ci ildə bir kompüterdən istifadə edərək Fermatın Böyük Teoremini araşdırdı və 2000-ə qədər olan bütün sadə ədədlərin nəticələrini hesabladı. 90 yaşında vəfat etdi.
Harvi Esayas
Harvi Delano Esayas (nid. Harvey Delano Esajas; 13 iyun 1974, Amsterdam, Niderland) — niderlandlı keçmiş futbolçu. Müdafiəçi mövqeyində çıxış etmişdir. == Futbol karyerası == === Futbolda ilk addımları === 1974-cü ildə Amsterdamda Surinam mənşəli ailədə dünyaya gəlmiş Harvinin futbolda ilk addımları Ayaksın futbol akademiyasında başlamış, sonradan ulduz futbolçulara çevrilmiş Klarens Zeyedorf, Kanu və Patrik Klüvert kimi gənclərlə birgə oynamışdır. Daha sonra məşqlərini Anderlextin uşaq akademiyasında davam etmişdir. === Peşəkar klublarda fəaliyyəti === Esayasın peşəkar futbolda debütü 1993-1994-cü il mövsümündə Feyenoord klubunda başlamışdır. Mövsümün startından bir qədər öncə Feyenoordun Helderse adlı həvəskar komanda ilə matçında Esayas rəqib futbolçu Ronald Sxutenə qarşı kobud oynayaraq onun çənəsini sındırmış, amma bu hərəkətinə görə cəza almamışdır. Esayasın milli çempionatda ilk oyunu 24 oktyabr 1993-cü ildə Niderland derbisində baş tutmuş və o, bu oyunda Ayaksa qol vura bilmişdir. Matç 2-2 hesabı ilə bitmişdir. Uğurlu debütünə baxmayaraq Esayas Feyenoordun əsas heyətinə daxil ola bilməmiş və həmin mövsüm 5 matç, 1994-1995-ci il mövsümundə isə cəmi 3 matçda iştirak etmişdir.
Harvi Kuşinq
Harvi Vilyams Kuşinq (ing. Harvey Williams Cushing; 8 aprel 1869[…], Klivlend, Ohayo – 7 oktyabr 1939[…] və ya 8 oktyabr 1939, Nyu-Heyven, Konnektikut) — ABŞ neyrocərrahı, patoloqu, yazıçısı və rəssamı. Beyin cərrahiyyəsinin qabaqcıllarından biri, ilk müstəsna neyrocərrah və Kuşinq xəstəliyini təsvir edən ilk insan idi. Üç cilddə olan Vilyam Oslerin bioqrafiyasını yazmışdır. == Erkən həyatı == Harvi Kuşinq Ohayo ştatının Klivlend şəhərində anadan olub. Valideynləri Elizabet Maria "Betsey M." Uilliams və Henri Kirke Kuşinqdir, Əcdadları 17-ci əsrdə Puritanlar kimi Massaçusets ştatının Hingham şəhərinə gəlmişlər. Harvi on uşağın ən kiçiyi idi. === Təhsili === Uşaq ikən Kuşinq Klivlend Manual Təlim Məktəbində oxudu və bu, onun elmə və tibbə marağını genişləndirdi. Məktəbin eksperimental təlimə xüsusi diqqət yetirməsi və təhsilə "fizika yönümlü" yanaşması Kuşinqin tibbi cərrahiyyə sahəsində karyerasına doğru irəliləməsində mühüm rol oynadı. Məktəbin əl çevikliyi təlimi proqramı da Kuşinqin cərrah kimi gələcək uğuruna öz töhfəsini verdi.
Matt Hardi
Matt Hardi (ing. Matt Hardy) — Peşəkar amerikan güləşçisi. == Həyatı == Matt Hardi 23 sentyabr 1974-cü ildə doğulub.
Parçi (Xoy)
Parçi (fars. پارچي‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 485 nəfər yaşayır (107 ailə).