Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boylu acılıq
Təbii halda Balkanlarda, Kiçik Asiyada, İranda təsadüf edilir. Azərbaycanda Böyük Qafqazda, Kiçik Qafqazın şimalında, Qobustanda və s. bölgələrdə qayalıq yerlərdə və gilli uçurumlarda təbii şəraitdə rast gəlinir. Hündürlüyü 2 m olan, qollu-budaqlı, boz gövdəli koldur. Şaxələri düz, hamar, dar şırımlı, yaşıl və kifayət qədər nazikdir, diametri 1-1,5 mm-ə çatır. Yarpaqları tam inkişaf etməmişdir, qarşı-qarşıya düzülmüş və zər qərdəciklidir. Tozcuq sünbülcükləri saplaqsız, çox vaxt çaxələr boyu topa-topa düzülmüşdür, kürəşəkillidir, rəngi qırmızı və ya çəhrayı-sarıdır, 4-5 mm uzunluqdadır, şaxələri boyu düzülmüşdür. Xarici çiçəkaltlıqları aşağıdan dəyirmi-oval, yuxarıdan dəyirmi və uzun olub, bitişikdir. Meyvəverən sünbülcükləri qısa ayaqcıqlar üzərindədir, uzunsov-ovaldır, birçiçəklidir, 2-3 cüt çiçəkaltlığı vardır. Borucuğun kənarları uzunsov, diləbənzər olub, uzunluğu 3 mm-ə çatır.
Kirpikli acılıq
İran da, Orta Asiya da təbii halda bitir. Hündürlüyü 5 m-ə qədər olan, saemaşan gövdəli və lifli, boz qabıqlı, qol-budaqlı kol bitkisidir. Budaqcıqları dəstəli, sarımtıl, göyümtül-yaşıl olub, uzundur. Yarpaqlarının 2-4-ü bir yerdədir, xətvarı, ucu sivriləşmişdir, uzunluğu 30 mm-ə, eni isə 1 mm-ə qədərdir, qaidəsində zər pərdəcikli qın əmələ gəlmişdir. Tozcuq sünbüllərinin bir neçəsi bir yerdə olub, yumurtavarıdır. Çiçəkləri ikicinsli və bəzən bircinslidir. Erkək çiçəkləri təkdir və ya 2-4 ədəd olmaqla qısa dəstələrdə yığılmışdır. Dişi çiçəkləri tək və ya təbəqə şəklində 2-3 ədədi bir yerdə yerləşir. Erkəkcik yarpağı ümumi qələmşəkilli bünövrədə yerləşir. Ləpəyarpaqları təkdir, toxumun qabığından çıxır.
Ortaboy acılıq
Orta Asiya , tyan-Şan, Qafqaz , Cunq-Kaşq və Tibet də geniş yayılmışdır. Ilk dəfə Tarbaqatayda təsvir edilmişdir. 1 m hündürlükdə, sallaq budaqlı, boz qabıqlı, lifli koldur. Şaxəli budaqları yoğun, düz duran, göyümtül-yaşıl rəngdə olub, hamar və ya kələ-kötürdür, diametri 2-3 mm-ə çatır. Düyünaraları qısa və ya 5 sm-ə qədər uzanmışdır. Yarpaqları iki-iki düzülmüş, pərdəvarı, üçbucaq formadadır, uzunluğu 2,5-3,5 sm-dir. Hamaşçiçəkdə tozcuq sünbülcükləri sıx topalaşmışdır, saplaqsızdır, oval formadadır, budaq boyu düzülmüşdür, 6-8 çiçəyi vardır. Daxili çiçəkaltlıqları enli və bütövdür; borucuğunun uzunluğu təxminən 4-5 mm-dir və kənarları diləoxşar formadadır. İyun ayında çiçəkləyir. Meyvəsi giləmeyvə formasında kürəşəkilli və lətlidir, yetişdikdə qırmızı rəngdə olur, uzunluğu 6 mm-ə çatır.
Qatırquyruğu acılıq
Qatırquyruğuyabənzər acılıqotu (lat. Ephedra equisetina) - acılıqotu cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqaz, Orta Asiya (Qazaxıstan), Balkanlar, Monqolustan və Çində (Tibet) təbii halda yayılmışdır. == Azərbaycanda yayılması == Naxçıvan MR-də, Qobustanda, Şamaxıda Sitalçay (Axar-Baxar) boyunca orta dağ qurşağında qayalıq yerlərdə bitir. == Statusu == Azərbaycanın nadir btkilərindəndir. LC. == Bitdiyi yer == Quru daşlı-qayalı yerlərdə rast gəlinir. == Təbii ehtiyatı == Təbii halda Azərbaycanda arealı çox geniş deyildir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 1,5 m-ə çatan, boz gövdəli, yoğun və sıx budaqlı koldur. Şaxələri düz, sallaq, hamar buğumlu və nazik şırımlı olub, diametri 2 mm-ə qədərdir. Düyün aralarının uzunluğu 2-4 sm-dir.
Qozaburunlu acılıq
İran da, Orta Asiya da geniş yayılmışdır. Qumlu səhralara uyğunlaşmış İran-Turan növüdür. Hündürlüyü 2 m-ə qədər olan, bozqabıqlı, budaqların diametri 4 mm, boz-yaşıl, hamar və ya zəif çıxıntılı, düzdayanan koldur. Yarpaqları 2-3 ədəddir, yarısı və ya 1/3 hissəsi bitişikdir. Erkəkcik sünbüllərinin uzunluğu 5 mm-ə qədər olan başcıq çiçək qrupuna yığılmışdır, erkəkcik sütuncuğu çiçəkaltlıqlarının üzərinə az çıxır, erkəkcikləri 5-6 ədəddir. Yumurtacıq sünbülləri başcıq çiçək qrupuna yığılmışdır; çiçəkaltlıqları cüt və ya üç hissəli, 5-6 ədəd çiçək köbələrində yerləşmiş, sərbəstdir, kənarları enli, dişiciklidir; çiçəkləri 2-3 ədəddir, borucuğunun uzunluğu 33 mm-ə qədərdir. Qozagiləmeyvələrin uzunluğu 6-7 mm, çiçəkaltlığı qabıqların ucları əyilmişdir. Toxumları tünd-boz və ya yaşımtıl, uzunluğu 5-6 mm, oval və ya elipsvarıdır. May ayında çiçəkləyir. Meyvələri iyun-iyul aylarında yetişir.
İkisünbülcüklü acılıq
İkisünbül acılıqotu (lat. Ephedra distachya) - acılıqotu cinsinə aid bitki növü.Aralıq dənizinin şimal ölkələrində, Cənubi Avropada, Qafqazda, Orta Asiyada, Qərbi Sibirdə geniş yayılmışdır. Hündürlüyü 20-50 sm-ə qədər olan, alçaqboylu kol bitkisidir. Gövdəsi sürünən, kökümsovu tünd-boz qabıqlı, budaqları sarımtıl –yaşıl rəngdədir. Yarpaqları pulcuqvarıdır, uzunluğu 1,5-3 mm-ə çatır. Tozcuqlu sünbülcükləri tək-tək və ya dəstə şəklindədir, 4-8 cüt çiçəkdən ibarətdir, qısa ayaqcıqlar üzərindədir, çiçəkaltlıqlarının sayı 3-4 ədəddir. Aprel ayında çiçək açır. Meyvəsi kürəşəkilli, qırmızı rəngli, 6-7 mm uzunluqda giləmeyvədir, iyun ayında yetişir. Meyvəverən hər sünbülcükdə 2 toxum olur. Toxumları yumurtavarı-uzunsovdur, tünd-qonur rəngdədir, parlaqdır, 4-5 mm uzunluqdadır.
Acılı yaşayış yeri
Аcılı yаşаyış yеri — Şərur rayonundа Dərəkənddən şimal-qərbdə yеrləşir. Yаşаyış yеrində оlаn uçub-tökülmüş tikinti qаlıqlаrı binаlаrın dаş təməl üzərində möhrə və çiy kərpicdən inşа оlunduğunu göstərir. Tədqiqаt zаmаnı Sоn Оrtа əsrlərə аid şirli və şirsiz kеrаmikа məmulаtı аşkаr оlunmuşdur.
Aclıq
Aclıq — orqanizmi qida axtarmağa və qəbul etməyə vadar edən fizioloji vəziyyət. Bu hal mədə nahiyəsində baş verən xoşagəlməz hissiyyatla özünü büruzə verir. Aclıq beynin böyük yarımkürələri qabığı, hipotalamus və retikulyar formasiyanın müəyyən törəmələrindən ibarət funksional sistemin fəaliyyəti ilə əlaqədardır. İ.P.Pavlov bu sistemi "qida mərkəzi" adlandırmışdır. Sonuncu aclıq hissiyyatını yaratmaqla (aclığın subyektiv əlaməti) və orqanizmi qida axtarmağa məcbur etməklə (aclığın obyektiv əlaməti) bərabər həzm prosesinin reflektor və humoral tənzimini də təmin edir. Qida mərkəzinin varlığı onunla isbat edilir ki, heyvanda hipotalamus və retikulyar formasiya nüvələrindəi bəzilərinin qıcıqlanması iştahnın artmasına (acgözlüyə), digərlərinin qıcıqlanması isə iştahsızlığa səbəb olur. Aclığın fizioloji mexanizmi barəsində iki nəzəriyyə var. Bunlardan biri aclıq hissiyyatının səbəbini qanda qida maddələrinin azalması ilə, digəri isə aclıq zamanı həzm orqanları reseptorlarının qıcıqlanması ilə izah edir. == Kütləvi aclıq == Kütləvi aclıq – regionda uzun müddət ərzaq çatışmazlığından yaranan və əhalinin kütləvi ölümünə səbəb olan sosial fəlakət. Aclıq-ın mütləq və nisbi formaları mövcuddur.
Açılış Arenası
Otkrıtiye Arena (rus. "Открытие Арена") — Rusiyanın paytaxtı Moskvada yerləşən stadiondur. Spartak Moskva öz ev oyunlarını bu stadionda keçirir. Rusiya millisi də bəzən oyunlarını burada keçirir. Stadion Spartak Stadionu adı ilə də tanınır. Tamaşaçı tutumu 45360 nəfərdir. Stadion öz adını Spartakın baş kommersiyaçısı olan Otkrıtie Holdinqdən götürüb. == Tarixi == Stadionun təməlqoyma mərasimi 2 iyul 2007-ci ilə salınmışdı, lakin bu mərasim müxtəlif səbəblərdən dəfələrlə ertələndi. İlk əvvəl stadionun inşasının 2009 ilə 2010-cu illərin arasında tamamlanması planlaşdırılmışdı. Lakin həmin vaxt stadion dizayn mərhələsindəydi.
Açılış mərasimi
Açılış mərasimi və ya lentkəsmə mərasimi — yeni tikilmiş bir yerin rəsmi açılışının və ya hər hansı hadisənin başlanğıcının qeyd edildiyi mərasim. Olimpiya oyunları, FİFA Dünya Kuboku və Reqbi Dünya Kuboku kimi böyük tədbirlərdə açılış mərasimləri minlərlə şəxsin iştirakı ilə keçirilir və dünya miqyasında izlənilir.
Atçılıq
Atçılıq — heyvandarlığın qədim sahələrindən biri olmaqla cəmiyyətin mühüm ehtiyaclarını ödəmək məqsədilə əsrlər boyu yetişdirilmişdir. Atların yetişdirilməsi, saxlanması, istifadəsi, sınağı, at cinslərinin təkmilləşdirilməsi ilə məşğul olan qədim heyvandarlıq sahələrindən biri. FAO-nun (BMT-nin Ərzaq və k.t. təşkilatı) məlumatına (2007) görə dünyada 50 mln. baş at, o cümlədən ABŞ-də 9,2 mln., Çində 7,641, Meksikada 6,26, Braziliyada 5,7, Argentinada 3,65, Kolumbiyada 2,553, Monqolustanda 2,09, Efiopiyada 1,655, Türkiyədə 1,2 mln. baş at vardır. Damazlıq, idman, iş atlarının yetişdirilməsi, Atçılıq məhsullarının (ət, süd, qımız, dəri, boğaz madyan zərdabı–BMZ hormon preparatı və s.) alınması və xidmət növləri (turizm, ippoterapiya – müalicəvi atsürmə və s.) sahənin iqtisadi əsasını təşkil edir. İnsanlar Atçılıqla ən qədim zamanlardan – Daş dövrünün sonlarından məşğul olmağa başlamışlar. Tarixi mənbələrdə atın əhliləşdirildiyi ilk məskənlər kimi Çinin Qansu bölgəsindən qərbə doğru, Orta Asiya, Xəzərin c.-q.və c.-ş. sahilboyu ərazilərindən keçməklə Balkan d-rına qədər uzanan, əsasən, türk xalqlarının məskunlaşdığı ərazilər göstərilir.
Atçılıq idmanı
Atçılıq idmanı – atların iştirakı ilə həyata keçirilən yarış idman növü. Olimpiya idman növlərindən biri. Azərbaycanda atçılıq idman növü ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 mart tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Atçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli Fərmanı var. == Tarixi == Atçılıq idmanı ilk dəfə 1900-cü ildə yay Olimpiya oyunlarının proqramına daxil edilmişdir. Stokholmda keçirilən V Yay Olimpiya Oyunlarından bəri atçılıq idmanı bütün Yay Olimpiya Oyunlarında iştirak edir. 10 ölkədən idmançılar Stokholmda təmsil olundu: Böyük Britaniya, Belçika, Almaniya, Danimarka, Norveç, Rusiya, ABŞ, Fransa, Çili və İsveç. İsveç atçıları at təliminə görə qızıl, gümüş və bürünc olmaqla üç medal qazandılar, Millətlər Kubokunda maneələri aşmağa və üç növ idman məşqindən ibarət yarışa görə qızıl medal qazanan ilk komanda oldu.. == Atçılıq idmanına daxil olan anlayışlar == Arena – atçılıq idmanı üzrə yarışların keçirilməsi üçün meydan; Banket – marşrutu çətinləşdirmək üçün istifadə olunan torpaq bəndi; Coker – atçılıq idmanı üzrə xüsusi yarışın adı; Derbi – atçılıq idmanı üzrə xüsusi yarışın adı; Konkur – maneələri dəfetmə üzrə yarışın adı; Git – konkurda yarışın bir mərhələsi; Ovçu konkuru – atçılıq idmanı üzrə xüsusi yarışın adı; Jerd – dəf ediləcək maneənin bir hissəsi; Marşrut – hərəkət trayektoriyası; Kalabaska – jerdləri maneə üzərində saxlamaq üçün kronşteyn; Kurs dizayner – konkurda marşrut tərtibçisi; Manej – konkur üzrə yarışların keçirilməsi üçün bağlı və ya açıq meydança; Stoyka – maneənin bir hissəsi; sponsor maneələri – reklam xarakterli məlumat yerləşdirilən maneələr; Boks - atın saxlandığı yer; Korda-yüyənə bağlanmış uzun ip. == İdman atlarının təlimi == Təlim prosesində cins idman atlarının xüsusi keyfiyyətlərinin aşkar edilməsi və təkmilləşdirilməsi qaydalarına riayət edilməlidir. Onların yarışlara hazırlıq səviyyəsini yüksəltmək üçün təlim prosesi düzgün və səmərəli təşkil edilməlidir.
Azərbaycanda atçılıq
Azərbaycanda atçılıq — Azərbaycan Respublikası ərazisində at cinsli heyvanların saxlanılıb, yetişdirilməsi ilə bağlı heyvandarlıq sahəsi. Azərbaycanda xalqın tarixi ənənələri, mədəniyyəti, etnoqrafiyası, sosial-iqtisadi durumu ilə sıx bağlı olan Atçılıq, əsasən, damazlıq, idman, əmtəəlik, turizm, işlək – kəndli (fermer) təsərrüfatlarında yük və qoşqu vasitəsi kimi istifadə edilməsi istiqamətində inkişaf etdirilir. Damazlıq və idman Atçılığından başqa qalan sahələr çox vaxt kütləvi Atçılığa aid edilir. Dünyada mövcud olan 250-dən artıq at cinsindən ikisi – Qarabağ və Dilbaz atı Azərbaycana məxsusdur. Bir çox tarixi faktlar göstərir ki, məşhur ərəb atlarının cins kimi formalaşmasında Azərbaycan atlarının da müəyyən rolu olmuşdur. Ən qədim dövrlərdən Azərbaycandan İrana, ərəb ölkələrinə, Rusiyaya, Avropaya çoxlu madyan və törədici ayğır aparılmışdır; bunlar Azərbaycanda mədəni Atçılığın dərin köklərinin olmasını sübut edir. Xalq seleksiyası yolu ilə alınmış Qarabağ atı və Dilbaz cinslərindən başqa, resp.-da Quba yorğası, Şirvan atı və Kiçik Qafqaz atı yetişdirilir. Azərbaycanda 74,1 min baş at vardır (2010). Mütərəqqi texnologiya və məqsədyönlü seleksiya-damazlıq proqramları əsasında Atçılıq zavodlarında yüksək damazlıq keyfiyyətlərinə malik atlar yetişdirilir. == Növləri == Hazırda Azərbaycanda yüksək keyfiyyətli Qarabağ və Dilbaz atları, həmçinin Quba yorğası, Şirvan atı, Ərəb atı və digər növ atlar yetişdirilir.
Qazaxıstanda atçılıq
Qazaxıstanda atçılıq — Qazaxıstan Respublikası ərazisində at cinsli heyvanların saxlanılıb, yetişdirilməsi ilə bağlı heyvandarlıq sahəsi. == İstehsal == Qazaxıstan at ətinin istehsal həcmina görə dünyada ikinci yerdədir. == İdxal == Qazaxıstan hər il təqribən 3-4 min ton at və qatır əti idxal edir.
Acıdağ
Acıdağ — Goranboy rayonu ərazisində dağ. == Ümumi məlumat == Hündürlüyü 807 metrdir. Oronim acı və dağ sözlərindən düzəlib. Mütəxəssislərin fikrincə,oronimin birinci komponenti dad bildirən sifətlə ifadə olunaraq coğrafi obyektin süxurlarının acı maddələrlə zəngin olduğunu bildirir. Başqa mülahizəyə görə,dağın adındakı acı sözü oradakı otların acı olmasını əks etdirir. İlin üç fəslində bu otlar acı olduğu üçün heyvanlar onu yemir. Yalnız qışda bu otlar quruduqda yem üçün yararlı olduğundan maldarlar qış qoyun yataqlarını, binələri belə yerlərdə salırlar. Lakin onu da əlavə etmək lazımdır ki, acı taş ifadəsi qədim türk dillərində "zəy, zəyli" mənalarında işlənmişdir. Ərazidəki Zəylik, Zəylikçay coğrafi adları bu fikri təsdiqləyir.Mənbələrdə bu ərazidə Acıqala oronimi də qeydə alınmışdır.
Acırlı
Acırlı (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd. Acırlı (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd.
Aclıq (roman)
"Aclıq" (norv. "Sult") — Norveç yazıçısı Knut Hamsunun 1890-cı ildə nəşr edilmiş ilk romanı. Bu kiçik əsər yazıçını Avropada tanıtmışdır. Əsərdə çoxlu avtobioqrafik detallara rast gəlmək olar. Romanın bəzi hissələri 1888-ci ildə anonim adla Ny Jord adlı Danimarka jurnalında nəşr edilmişdir. Roman, XX əsrin ədəbi kəşfi elan edilmiş və müasir psixoloji ədəbiyyatın ən gözəl nümunələrindən biri kimi dəyərləndirilmişdir. "Aclıq" romanında, intriqant, bəzən də yumoristik tərzdə insan zəkasının irrasionallığından bəhs edilmişdir. "Aclıq" romanını azərbaycan dilinə böyük şair Əhməd Cavad tərcümə etmişdir. Lakin bu tərcümə 30-cu illərdə edildiyindən, həmin dövrün ədəbi dilindədir və ərəb-fars sözləri, tərkibləri ilə zəngin olduğu üçün müasir oxucu onun dilini anlamaqda çətinlik çəkir. 2004-cü ildə Knut Hamsunun 6 romandan ("Aclıq", "Viktoriya", "Pan", "Nağıllar diyarında", "Torpağın bərəkəti", "Misteriyalar") ibarət əsərlərinin 2 cildiliyini dilimizə tərcümə edən Nadir Qocabəyli (Quliyev) bunu nəzərə alaraq "Aclıq" romana yenidən müraciət etmişdir.
Aclıq Oyunları
Aclıq Oyunları — ABŞ yazıçısı Suzanna Kolins tərəfindən yazılan 2008-ci ilin elmi-fantastik roman. Əsərdə hadisələr uzaq gələcəkdə, Cənubi Amerikada qiyamətdən sonra qurulan antiutopiya ölkəsi Panemdə yaşayan 16 yaşlı Ketnis Everdininin ağzından danışılır. Ölkədəki siyasi nəzarəti yüksək inkişaf etmiş Kapitoliya idarə edir. Aclıq Oyunları hər il Panemi əhatə edən 12 mahaldan seçilmiş 12-18 yaş arası bir qız və oğlanın ölümlə mübarizə apardıqları televiziya proqramıdır. Roman bir çox yazıçılardan (məsələn, Stefan Kinq, Stefani Mayer, Con Qrin və s.) rəğbət görmüşdür. Bəzi tənqidçilər Kolinsin romanı ilə Kouşun Takaminin "Şahanə Döyüş" (1999) əsərinə oxşarlıqlar olduğunu bildirsə də hekayə və obrazlar bəyənilmişdir. Kolins kitabı yazarkən Yunan mifologiyasından, Romadakı qladiator döyüşlərindən və şou proqramlardan ilham almışdır. Roman Kaliforniya Gənc Oxucu Medalı daxil olmaqla bir çox mükafata layiq görülmüş, 2008-ci ildə "Publishers Weekly" tərəfindən ilin ən yaxşı kitablarından biri seçilmişdir. Aclıq Oyunları ilk dəfə 14 sentyabr 2008-ci ildə Tim O'Brayenin hazırladığı üz qabığıyla "Scholastic" nəşriyyatı tərəfindən təqdim olunmuşdur. 200.000-lik ilkin nəşrdən sonra 2010-cu ilin fevralına qədər 800.000 nüsxəsi satılmış, 26 dilə tərcümə olunmuş və çap hüququ alaraq 38 ölkədə nəşr olunmuşdur.
Hacılı
Kəndlər Hacılı (Bərdə) Hacılı (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Hacılı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd.
Azərbaycan Atçılıq Federasiyası
Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) — Azərbaycanda atçılıq idmanının inkişafı məqsədilə yaradılmış xüsusi olimpiya-idman mərkəzi. == Tarixi == 1996-cı ilin oktyabr ayının 26-da Azərbaycan Respublikası Atçılıq İdmanı Federasiyası (ARAİF) yaradılmışdır. Atçılıq Federasiyasının fəaliyyətində əsaslı dönüş isə 2009-cu ilin mart ayının 5-dən sonra başlandı. Həmin gün Milli Olimpiya Komitəsində keçirilən növbəti hesabat-seçki yığıncağında səsvermənin nəticələrinə əsasən, Elçin Quliyev Federasiyanın prezidenti seçilmişdir və idarə heyətinin yeni tərkibi yaradılmışdır. Az vaxt ərzində federasiyanın yeni nizamnaməsi təsdiq olundu. Federasiyanın adı dəyişdirilərək Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) qoyuldu. Nizamnamənin və adın dəyişdirilməsi Azərbaycanda atçılığın inkişafının yeni istiqamətlərini müəyyənləşdirdi. ARAF atçılığın yalnız idman sahələrini deyil, qeyri-idman və qeyri-olimpiya növlərinin inkişafını da öz öhdəsinə götürdü.
Ağdam Atçılıq Zavodu
Ağdam Atçılıq Zavodu == Tarixi == ХХ əsrdə Qarabağ cinsinin tariхində ən önəmli hadisə kimi iхtisaslaşmış Ağdam Atçılıq Zavodunun yaradılmasının əvəzsiz rolu olmuşdur. Zavod rəsmi olaraq SSRİ Nazirlər Sovetinin 8 oktyabr 1948-ci il tariхli, 1681 saylı, Azərbaycan SSR Nazirlər Sovetinin isə 27 may 1949-cu il tariхli, 583 saylı qərarları əsasında yaradılmışdır. Zavodun komplektləşdirilməsi üçün əvvəlcədən hazırlıq işləri görülərək hələ 1946-cı ildə Хalq Torpaq Komissasrlığının хüsusi komissiyası (N.Əfəndiyev, S.Cəfərov və S.Aquşeviç) Qarabağ atlarının keçmişdə geniş yayıldığı Ağdam, Şuşa, Xocavənd, Bərdə, Yevlax, Tovuz rayonlarını gəzmiş və cinsin хarakterik əlamətlərini özündə saхlamış 60 baş Qarabağ atı, o cümlədən 59 baş madyan və 1 baş ayğır seçmişdilər. 1947-ci ilin payızında seçilmiş həmin atlar Azərbaycan SSR Sovхozlar və Kənd Təsərrüfatı Nazirliklərinin mütəхəssisləri (U.Əlibəyov, S.Həsənov, İ.Əfəndiyev və S.Aquşeviç) tərəfindən bir daha baхışdan keçirilərək onlardan 27 baş madyan daha tipik Qarabağ atı kimi müəyyən edildi və 1948-ci ilin yazında həmin madyanlar balaları ilə birlikdə Хaldan quşçuluq sovхozuna gətirildi və beləliklə zavodun əsası qoyulmuşdur. Sovхozlar Nazirliyinin хüsusi komissiyası (R.Səttarzadə, S.Zülfüqarov, A.Zaхoyev və S.Həsənov) tərəfindən həmin atlar bonitirə edilərək damğalanmış, onlara ad verilmiş, eksteryeri təsvir edilmişdir. Lakin yeni yaradılan at zavodu üçün Хaldan quşçuluq sovхozunun ərazisi əlverişli deyildi. Buranın yay ayları həddən artıq isti, torpaq və bitki örtüyü Qarabağınkından хeyli fərqli idi. Bütün bunlar əsas gətirilərək zavod 1949-cu ilin sentyabr ayında Ağdamın yaхınlığındakı Göytəpə adlanan yerə, vaхtilə Хan zavodlarına məхsus atların məskunlaşdığı yerlərdən birinə köçürüldü. Qarabağ atçılıq zavodu yaradıldığı zamandan etibarən uğurla fəaliyyətə başladı. 1952-ci ildə 6 baş tipik Qarabağ atı seçilərək Ümumittifaq kənd təsərrüfatı sərgisində iştirak etmək üçün Moskvaya göndərildi.
Aclıq (film, 1983)
Aclıq (ing. Hunger) — vampirlər haqqında çəkilən ən məşhur kino-filmlərdən biri == Mövzu == Qədim Misir dövründən bu yana bir vampir şahzadəsi olan Miriam (Catherine Deneuve) özünə məskən etdiyi Nyu-Yorkda sevgilisi Con (David Bowie) ilə birlikdə yaşayır. Hər şey qaydasında getdiyi bir məqamda işlər qəfildən Conun qocalmağa başlaması ilə pozulur. Vampir Con qocalma üzrə ixtisaslaşmış tanınmış mütəxəs­sis həkim Sara Robertsə (Susan Sarandon) müraciət edir. Lakin Sara Roberts Conu ölümün pəncəsindən xilas edə bilmir və Con hədsiz qırışıq­lıq nəticəsində can verir. Dul qalmış vampir şahzadəsi özünə yeni sevgili kimi Sara Robertsi seçir.
Aclıq oyunları (roman)
Aclıq Oyunları — ABŞ yazıçısı Suzanna Kolins tərəfindən yazılan 2008-ci ilin elmi-fantastik roman. Əsərdə hadisələr uzaq gələcəkdə, Cənubi Amerikada qiyamətdən sonra qurulan antiutopiya ölkəsi Panemdə yaşayan 16 yaşlı Ketnis Everdininin ağzından danışılır. Ölkədəki siyasi nəzarəti yüksək inkişaf etmiş Kapitoliya idarə edir. Aclıq Oyunları hər il Panemi əhatə edən 12 mahaldan seçilmiş 12-18 yaş arası bir qız və oğlanın ölümlə mübarizə apardıqları televiziya proqramıdır. Roman bir çox yazıçılardan (məsələn, Stefan Kinq, Stefani Mayer, Con Qrin və s.) rəğbət görmüşdür. Bəzi tənqidçilər Kolinsin romanı ilə Kouşun Takaminin "Şahanə Döyüş" (1999) əsərinə oxşarlıqlar olduğunu bildirsə də hekayə və obrazlar bəyənilmişdir. Kolins kitabı yazarkən Yunan mifologiyasından, Romadakı qladiator döyüşlərindən və şou proqramlardan ilham almışdır. Roman Kaliforniya Gənc Oxucu Medalı daxil olmaqla bir çox mükafata layiq görülmüş, 2008-ci ildə "Publishers Weekly" tərəfindən ilin ən yaxşı kitablarından biri seçilmişdir. Aclıq Oyunları ilk dəfə 14 sentyabr 2008-ci ildə Tim O'Brayenin hazırladığı üz qabığıyla "Scholastic" nəşriyyatı tərəfindən təqdim olunmuşdur. 200.000-lik ilkin nəşrdən sonra 2010-cu ilin fevralına qədər 800.000 nüsxəsi satılmış, 26 dilə tərcümə olunmuş və çap hüququ alaraq 38 ölkədə nəşr olunmuşdur.
Böyük aclıq (İrlandiya)
Böyük aclıq və ya "İrland kartof qıtlığı" (irl. an Gorta Mór) — 1845-1849-cu illərdə İrlandiyada davam kütləvi aclıq və xəstəlik dövrü. İrland dilinin dominant olduğu qərb və cənub ərazilərinə güclü təsir göstərən bu dövr An Drochshaol olaraq tanınır (hərfi mənada "Pis həyat", ümumi olaraq isə "çətin vaxtlar" kimi tərcümə olunur). Bu dövrün ən pis ili "Qara 47" adlandırılan 1847-ci il idi. Aclıq dövründə bir milyona yaxın insanın ölməsi və daha bir milyon insanın İrlandiyadan köçməsi adanın əhalisinin 20-25%-ə qədər azalmasına səbəb oldu.İrlandiyadan kənar ərazilərdə bu hadisə bəzən İrland kartof aclığı adlanır. Aclığa "kartof küfü" adlı bitki xəstəliyinin səbəb olduğu güman olunur. 1840-cı illərdə bütün Avropadakı kartof məhsulunda özünü büruzə verən bu xəstəlik İrlandiyadan kənarda 100,000 insanın ölümünə səbəb oldu və 1848-ci ildə geniş yayılmış Avropa inqilablarına öz təsirini göstərdi. Xəstəliyin təsir gücü Viq hökumətinin 1846-cı ildən laissez-faire adlı iqtisadi siyasəti tətbiq etməsi ilə daha da kəskinləşdi. Aclığın uzunmüddətli olmasının digər səbəblərinə torpaq sahibinin mülkiyyətində yaşamaması və tək məhsuldan asılılıq daxil idi.Bu aclıq 1801-cı ildən 1922-ci ildə Böyük Britaniya Krallığının bir hissəsi kimi birbaşa Vestminster tərəfindən idarə olunan İrlandiyanın tarixində dönüş nöqtəsi idi. Aclıq və onun təsirləri adanın demoqrafik, siyasi və mədəni mənzərəsini birdəfəlik dəyişdi, təxminən iki milyon insanın qaçqın düşməsinə və bir əsr boyu əhalinin azalmasına səbəb oldu.
Acılu
Əcili və ya Acılu – Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Qafan şəhərindən 14 km şimal-qərbdə, Oxçuçayın sağ qolu olan Əfsərli çayının sağ sahilində yerləşirdi. Erməni mənbələrində "Acılu", "Acrlu", "Acrli", "Tunis Acilu" formalarında qeyd edilir. == Etimologiyası == Toponim "acurlu" (acılu) türk etnonimi əsasında əmələ gəlmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 79 nəfər, 1873-cü ildə 134 nəfər, 1886-cı ildə 153 nəfər, 1897-ci ildə 126 nəfər, 1908-ci ildə 335 nəfər, 1914-cü ildə 100 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 124 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 78 nəfər, 1959-cu ildə 69 nəfər azərbaycanlı yaşamışdır. Sakinləri qonşu Müsəlləm kəndinə köçürülmüş və 1960-cı ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Azərbaycan Respublikası Atçılıq Federasiyası
Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) — Azərbaycanda atçılıq idmanının inkişafı məqsədilə yaradılmış xüsusi olimpiya-idman mərkəzi. == Tarixi == 1996-cı ilin oktyabr ayının 26-da Azərbaycan Respublikası Atçılıq İdmanı Federasiyası (ARAİF) yaradılmışdır. Atçılıq Federasiyasının fəaliyyətində əsaslı dönüş isə 2009-cu ilin mart ayının 5-dən sonra başlandı. Həmin gün Milli Olimpiya Komitəsində keçirilən növbəti hesabat-seçki yığıncağında səsvermənin nəticələrinə əsasən, Elçin Quliyev Federasiyanın prezidenti seçilmişdir və idarə heyətinin yeni tərkibi yaradılmışdır. Az vaxt ərzində federasiyanın yeni nizamnaməsi təsdiq olundu. Federasiyanın adı dəyişdirilərək Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) qoyuldu. Nizamnamənin və adın dəyişdirilməsi Azərbaycanda atçılığın inkişafının yeni istiqamətlərini müəyyənləşdirdi. ARAF atçılığın yalnız idman sahələrini deyil, qeyri-idman və qeyri-olimpiya növlərinin inkişafını da öz öhdəsinə götürdü.
Başqırdıstanda aclıq (1921-1922)
1921-1922 illərin arasında baş vermiş Başqırdıstanda aclıq, müasir Başqırdıstan ərazisində Rusiya vətəndaş müharibəsi vaxtı baş vermiş. == Səbəbləri == Uzun müddət ərzində, vətəndaş müharibəsinin cəbhəsi Başqırdıstan ərazisində keçirdi. Cəbhənin hər iki tərəfi ölüsoyanlıq, oğurlama və dinc əhalinə qarşı başqa cinayyətlər törədirdi. Misal üçün, hökumət komissiyasının hesabatına görə, ancaq üç kantonda (Tamyan-Qatay, Böryən-Tüngəüer və Qıpçaq-Ete ırıu) 100 həyət zərər çəkmiş, 5377 ev sahibliyi yox edilmiş, 2826 yaşayış yeri tamamilə dağıdılmış və 50 min adamın çöreyi yox idi. Müharibə ərzində mal qaranın böyük hissəsi ya müsadirə olunub ya quru 1920-ci ildə acından ölüb. 1918 ildə aparılmış meşələrin millətləşdirilməsi isə sənayənə zərər vurub. Kənd təsərrüfatının sənayə güvvətləri məhv edilib.1918-1920 illərin arasında aparılan prodrazvörstkanın nəticəsində, Başqırdıstandan faktiki olaraq qida resursları alınırdı, özəlliklə əhalinin əksəriyyəti əksinqilabi elan olunan başqırdlar olduğu rayonlardan. 1920-ci ilin yayında Başqırd MSSR-də hökumətə gələnlər ölkənin başqa hissələrindən idilər. Onlar apardığı prodrazvörstka vaxtı bütün biçin və hətta toxumlar alınırdı. 1921-ci ilin fevralına dək Ufa quberniyasında 13 mln.
Finlandiyada aclıq (1866–1868)
1866–1868-ci illlərdə Finlandiyada aclıq — Finlandiyada kütləvi aclıq. Bu, Qərbi Avropada təbii səbəblərdən yaranan son kütləvi aclıq olmuşdur. Finlandiya tarixində bu fenomen "Böyük aclıq illəri" kimi tanınır (fin Suuret nälkävuodet). Finlandiya böyük hersoqluğunun ümumi əhalisinin təxminən 15%-i, aclığın tüğyan etdiyi ərazilərdə isə əhalinin 20%-ə qədəri həlak olmuşdur. == Zəmin == Soyuq iqlimdə, yoxsul torpaqlarda, Finlandiyada vaxtaşırı kütləvi qıtlıq baş verirdi. Tədqiqatçılara görə, beləliklə, 1696–1697-ci illərdəki aclığı daha əsaslı şəkildə "böyük" adlandırmaq olar. Bəzi hesablamalara görə, bu dövrdə hər üç findən biri həlak olmuşdur. Başqa məlumata görə, Finlandiyanın əhalisi 1/5 azalmışdır.
Qazaxıstanda aclıq (1932-1933)
1932-1933 illərin arasında baş vermiş Qazaxıstanda aclıq Robert Konkvest tərəfindən qazax fəlakəti (ing. Kazakh catastrophe) adlandırılıb, Qazaxıstanda isə orda sovetləşmə siyasətini aparan Filipp Qoloşökina görə Qoloşökin soyqırımı (qaz. Голощекиндік геноцид) kimi bilinir. O, Sovet İttifaqının müxtəlif bölgələrdə baş vermiş aclığının hissəsi idi. == Səbəbləri == Acalığın sabəbəbləri "qolçomaqların bir sinif kimi yox edilməsi" siyasəti, kollektivləşmə, mərkəzi hakimiyyətin tərəfindən qida hazırlamasının planın böyütməsi və qazaxların heyvandarlığının müsadirəsi idi. Bu siyasəti 1925–1927 illər arasında Qazaxıstanda bolşevik Filipp Qoloşökin, Kiçik Oktyabr (rus. Малый Октябрь) adı altında aparırdı. == Nəticələri == Sovet İttifaqının xalqların arasında, qazaxların ən böyük faizi (təhminən 38%) həlak olmuş. Ümumiyyətlə 1,5 million (və ya 2,0-2,3 million) aclıqdan həyatını itirib, onların 1,3 millionu milliyətcə qazax idi.1919–1922 illərin qazax aclığı ilə saysaq, alınır ki, 10-15 il ərzində qazax torpaqları Sovet hökumətinə görə əhalisinin yarısından çoxu itirmiş.Qazaxlar öz sayını 1926-cı ilin səviyyəsinə ancaq 1970-ci ildə geri çatdıra bildilər. Beləliklə, qazaxlar öz Respublikasında azlığa çevirmişlər və 1990-cı illərə qədər Qazaxıstanda çoxluğu təşkil etmirdilər.
Acırlı (Marağa)
Acırlı — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Acırlı kəndistanında, Mərkəzi qəsəbəsindən cənub-şərqdədir.
Acırlı (Pərsabad)
Acırlı (fars. اجيرلو‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 5,461 nəfər yaşayır (1,107 ailə).
Arif Hacılı
Arif Mustafa oğlu Hacılı (əvvəlki soyadı: Hacıyev; 22 yanvar 1962, Yuxarı Tala, Zaqatala rayonu) — Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri, Müsavat Partiyasının Başqanı. == Həyatı == 1962-ci il yanvar ayının 22-də Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. Orta təhsilini Zaqatala rayonu Yuxarı Tala kənd 1 saylı orta məktəbdə alıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsəni bitirib. İlk gəncliyi illərində inşaat briqadasında fəhlə, yerli radio verilişləri redaksiyasında redaktor işləyib. Bu illərdə müxtəlif yerli Sovetlərə deputat seçilib. === Ailəsi === Atası Mustafa Hacıyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini və Ali Partiya Məktəbini bitirmişdi. Müxtəlif partiya və hökumət vəzifələrində işləməklə yanaşı daha çox pedoqoji fəaliyyətlə məşğul olmuş, orta məktəbdə müəllim, məktəb direktorunun müavini, məktəb direktoru vəzifələrində çalışmış, 1972-ci ildə 45 yaşında ağır xəstəlikdən sonra vəfat etmişdir. Anası Zahidə Hacıyeva evdar qadın, sonra isə tütünçü olmuş, 2012-ci ildə Arif Hacılı həbsdə olduğu zaman 80 yaşında vəfat etmişdir. == İctimai-siyasi fəaliyyəti == Xalq Hərəkatına tələbə ikən, 1988 ci ildə Bakıda keçirilən noyabr mitinqləri zamanı qoşulub.
Asif Hacılı
Asif Abbas oğlu Hacıyev (3 aprel 1960, Marneuli) — filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin rektoru (2014–2016), ədəbiyyatşünas, folklorşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Asif Abbas oğlu Hacıyev 3 aprel 1960-cı ildə Gürcüstan SSR-nin Borçalı mahalının Sarvan şəhərində, Nayvəlilər ocağında anadan olub. 1977-ci ildə Bakı şəhər 246 saylı orta məktəbini, 1982-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1982–1986-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə taqım komandiri işləyib, Bakı şəhər Xətai rayon gənc müəllimlər şurasının sədri olub. 1986-cı ildən Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda müəllim kimi fəaliyyətə başlayıb. Gənc alimlər şurasının, Tələbə Elmi Cəmiyyətinin sədri olub. Tərcümə kafedrasında müəllim, Rus ədəbiyyatı tarixi kafedrasında müəllim, baş müəllim, dosent işləyib. 1992-ci ildən 2016-cı ilə qədər Ədəbiyyat nəzəriyyəsi kafedrasında çalışıb, kafedranın professoru olub. Ədəbiyyatşünaslığa giriş, ədəbiyyat nəzəriyyəsi, rus ədəbi tənqidi tarixi, poetika, ədəbiyyatşünasliğın tarixi və metodologiyası fənlərindən mühazirələr və xüsusi seminarlar aparır. 1987-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib.
Feyruz Hacılı
Feyruz Bəhruz oğlu Hacılı (4 mart 1994; Bakı, Azərbaycan — 17 oktyabr 2020; Hadrut, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Feyruz Hacılı 4 mart, 1994-cü ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Tibb Universitetinə daxil olub və oranı müvəffəqiyyətlə bitirib.. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əsəd Əsədli Füzuli və Hadrutun azad edilməsində savaşıb. Oktyabrın 14-də ayağının şah damarından qəlpə yarası alıb, həmin ayın 17-də şəhidlik zirvəsinə ucalıb. II Şəhidlər Xiyabanında dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Feyruz Hacılı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Feyruz Hacılı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Feyruz Hacılı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Hacı Hacılı
Hacılı (Bərdə)
Hacılı — Azərbaycan Respublikasının Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsində kənd.
Hacılı (Cəbrayıl)
Hacılı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Hacılı oyk., sadə. Cəbrayıl rayonunun evniadlı inzibati ərazi vahidində kənddir. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi hacılı tirəsinə mənsub ailələrin Dübar adlı sahədə məskunlaşması nəticəsində yaranmışdır; Füzuli rayonunun Böyük Bəhmənli inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. Şamaxı rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Dağətəyi ərazidədir.
Hacılı (Meşkinşəhr)
Hacılı (fars. حاجيلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 230 nəfər yaşayır (52 ailə).
Hacılı (soyad)
Hacılı — Azərbaycanda çox işlədilən soyad və təxəllüs. Bu soyadı olan tanınmış insanlar Arif Hacılı — Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri. Vəkil Hacılı — tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970). Ramin Hacılı — azərbaycanlı siyasi-ictimai xadim. Hacı Hacılı — Təbiət elmləri doktoru.Bu təxəllüsü olan tanınmış insanlar Asif Hacılı — Bakı Slavyan Universitetinin rektoru.
Hacılı (Şamaxı)
Hacılı — Azərbaycan Respublikasının Şamaxı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Əhalisi == Kənd əhalisi 346 nəfərdir ki, onunda 157 nəfəri kişi, 189 nəfəri isə qadınlar təşkil edir. == Tarixi == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi təklə tayfasının tağıbəyli, Şəkərbəyli, odaqlı, seyidəhmədli, mehralı, mollaməhərrəmli və mahmudlu tirələrindən ibarət olmuş hacılı qoluna mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır.
Abilin
Abilin — ABŞ-nin Kanzas ştatında şəhər. Abilin — ABŞ-nin Texas ştatında şəhər. Abilin gölü — ABŞ-nin Texas ştatında su anbarı. Abilin — ABŞ-də "Internet2" qeyri-kommersiya konsorsiumu tərəfindən yaradılmış eksperimental yüksək sürətli kompüter şəbəkəsi.
Altılıq
Altılıq (ing. P5+1, E3+3, həmçinin 5+1 qrupu və avroüçlük+3 adları ilə tanınır) — fəaliyyətini İranın nüvə proqramının hərbi məqsədlərlə istifadəsinin qarşısını almağa yönəltmiş 6 böyük dövlətin forumu. Bu qrupa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü — ABŞ, Böyük Britaniya, Çin, Fransa və Rusiya, həmçinin İranın ən böyük iqtisadi tərəfdaşı olan Almaniya daxildir. == Tarixi == 2006-cı ilin iyununda Çin, Rusiya və ABŞ İranla onun nüvə proqramının məhdudlaşdırılması istiqamətində 2003-cü ildən danışıqlar aparan Avroüçlük ölkələrinə qoşuldular. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və "altılıq" ölkələri ilə İran arasında aparılan danışıqların uğursuzluqla nəticələnməsindən sonra BMT Təhlükəsizlik Şurası 2006-2010-cu illərdə BMT Nizamnaməsinə əsaslanan və İrana qarşı sanksiyaların yeridilməsini nəzərdə tutan 6 qətnamə qəbul etdi. BMT TŞ İrandan uranın zənginləşdirilməsi ilə bağlı fəaliyyətini dayandırmasını və ağır su reaktorunun tikintisini dayandırmasını tələb etsə də, bu tələblər yerinə yetirilmədi.
Anilin
Anilin (aminobenzol, fenilamin) – C6H5NH2 formulasına malik olan üzvi birləşmədir, sadə aromatik amindir. == Ümumi məlumat == Rəngsiz, yağa bənzər maye olub xarakterik iyə malikdir. Suda yaxşı həll olmur, üzvi həlledicilərdə yaxşı həll olur. Havada tez oksidləşərək tünd qırmızı rəng alır. Zəhərlidir. “ Anilin “ sözü tərkibi “ İndigofera anil “ adlı bitkidən götürülüb (bitkinin müasir beynəlxalq adı “ İndigofera suffruticosa “-dır). == Tarixi == Anilin ilk dəfə 1826-cı ildə alman kimyaçısı Otto Unferdorben tərəfindən indiqo ilə əhəngin qovulmasından alınmışdır ki, o da ona “ kristalin “ adını vermişdir. 1834-cü ildə Fridlib Ferdinand Runge daş kömür qətranında anilini kəşf edib və “ kianol “ adlandırıb. 1840-cı ildə Yuliy Fritsşe indiqo ilə KOH məhlulunu qızdırmaqla anilin almışdır və “ anilin “ adlandırmışdır. 1841-ci ildə Nikilay Zinin nitrobenzolu (NH4)2S təsirində reduksiya etməklə anilin almışdır və onu “ benzidam “ adlandırmışdır.
Aralıq
Aralıq — Bərzəx Aralıq (İğdır) — İğdır ilinin ilçələrindən biridir. Aralıq (Şörəyel) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Aralıq (Talin) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd. Aralıq qoyun — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonu ərazisində qışlaq. Aralıq Kolanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Aralıq Oxçu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Aşağı Aralıq — Azərbaycanın Şərur rayonunda kənd. Yuxarı Aralıq — Azərbaycanın Şərur rayonunda kənd.
Arıçılıq
Arıçılıq — arı məhsullarından faydalanmaq, arıya baxım, bəsləmə, qoruma, onun daha çox səmərə verməsi istiqamətində fəaliyyətdir. == Arıçılıqla əlaqədar məlumat == Arıçılıq – bal arılarının (Apis mellifera L.) yetişdirilməsini, çoxaldılmasını, saxlanmasını, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, arıçılıq məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsi; Arı ailəsi – pətəkdə və ya təbii yuvalarda cəmiyyət halında yaşayan bir ana arı, on minlərlə işçi arılar və minlərlə erkək arılardan ibarət bal arıları; Pətək – arı ailəsinin saxlandığı daşına bilən qurğu (taxta qutu, səbət və s.); Arıçılıq təsərrüfatları – bal arılarının yetişdirilməsi, saxlanması, arıçılıq məhsullarının istehsalı və dövriyyəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məşğul olan subyektlər; Arıxana – arıçılıqla məşğul olmaq üçün arı ailələri, zəruri avadanlıq və tikililərlə birlikdə müəyyən ərazidə yerləşdirilmiş pətəklik; Arıçılıq məhsulları – bal arılarından alınan məhsullar (bal, mum, bərəmum (vərəmum, qaramum), arı zəhəri, arı südü, çiçək tozu, güləm, ana arı, arı beçəsi və s.); Bal arısı cinsləri – müəyyən coğrafi ərazidə və iqlim şəraitində təbii seçmənin təsiri altında formalaşmış, nəsildən-nəslə keçən sabit və oxşar əlamətlər kompleksinə malik çoxsaylı arı ailələri qrupu; Bal arısı populyasiyaları – müəyyən bal arısı cinsinin yayılma arealı daxilində, müvafiq coğrafi ərazidə və iqlim şəraitində özünəməxsus fərqli əlamətlər qazanmış və həmin arı cinsi ilə ümumi genofonda malik arı ailələri qrupu; Arı cinslərinin və populyasiyalarının rayonlaşdırılması – müəyyən coğrafi, iqlim və balyığma şəraitinə daha yaxşı uyğunlaşan və yüksək məhsuldarlıq göstəriciləri ilə fərqlənən arı cinslərinin ölkə ərazisində müvafiq bölgələr üzrə yetişdirilməsinə və saxlanmasına dair bölgüsü; Entomofil bitkilər – cücülərlə (həşəratlarla) tozlanan nektarlı bitkilər; Balyığma mənbələri – bal arılarının təbii yem mənbəyi kimi istifadə etdiyi nektarlı və şirəli bitkilər; Apifitoməhsul – arıçılıq məhsulları və bitki xammalı qarışığından hazırlanmış bioloji aktiv məhsul. == Arıçılıq təbabətdə == Arıçılıqla təbabəti bir- birinə yaxınlaşdıran amillər arı məhsullarının, o cümlədən arı zəhəri, arı südü, vərəmum və balın təbabətdə müxtəlif xəstəliklərin müalicəsindəki uğurlu nəticələridir. Buna görə də onların haqqında bəzi məlumatları oxucuların nəzərinə çatdırmaq istərdik. Çünki bu məsələ həm arıçıları və həm də təbabət işçilərini çox maraqlandırır. Arı məhsullarının müalicə məqsədilə işlədilməsi yalnız həkim məsləhəti və nəzarəti altında aparılmalıdır. Arılar – uçan həşaratlar ailəsinə aiddirlər. Dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 40 gün olur.
Axalıq
Axalıq Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. == Toponimkası == Tiflis əyalətinin Pətək nahiyəsində iki kənd Axalıq adlanıb. Kənddə XIX əsrin ikinci yarısında Türkiyədən gəlmə ermənilər və yunanlar yaşayırdı.Birincisi,kəndin adı ərəb dilində əxi (Sufi-dərviş cəmiyyətləri üzvlərinin bir birinə verdyi ad,ərəbcə əxi "qardaş" sözündən) və Azərbaycan dilində - lik şəkilçisindən ibarətdir.Orta əsrlərdə Səfəvi şahları Ermənistanda,Azərbaycanda və qismən Gürcüstanda əxilərə torpaq (əkin) sahələri (zəraətlər) və məntəqələrin adlarının əvvəli "əxi" sözündən ibarət olurdu.Sonralar bu toponimlərdə əxi sözü təhrifə uğrayaraq çox hallarda "ağa" formasına düşmüşdür.Axalıq "əxiyə" mənsub yer,məntəqə mənasındadır.İkincisi,toponim ərəb mənbələrində Dəclə çayının sahilində qeyd olunmuş Axul əyalətindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmış məntəqənin adıdır,"Axul" adı gətirilmədir.Belə halda Axalıq "Axulluq","Axuldan gəlmə" mənasındadır.
Ayrılıq
Ayrılıq — azərbaycanlı bəstəkar və tarzən Əli Səliminin ərdəbilli şair Fərhad İbrahiminin sözlərinə bəstələdiyi mahnı. Mahnı ilk dəfə bəstəkarın həyat yoldaşı Fatma Qənnadi tərəfindən 1958-ci ildə Tehran Radiosunda səsləndirilib. == Yaranması == Mahnının bəstəkarı Əli Səlimi 1922-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Onun valideynləri Ərdəbil şəhərindən Bakıya köçmüşdülər. Əli Səlimi tar məktəbini xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun sinfində bitirmişdir. XX əsrin 30-cu illərinin əvvəlində Əhməd Bakıxanov bu istedadlı şagirdinin yolunu Azərbaycanın orkestr və ansambllarına açdı. Siyasi repressiyaların tüğyan etdiyi 30-cu illərdə Əli Səliminin ailəsi İrana qayıdır. Əvvəlcə Mazandarana, sonra Ərdəbilə, oradan da Tehrana köçürlər. Əli şəhərdəki tanınmış sənət adamları ilə əlaqələr qurur və istedadlı tarzən kimi tanınır və sevilir.Əli Səlimi müsahibəsində "Ayrılıq" mahnısının necə yaranması ilə bağlı belə deyib: "Mən uzun zaman idi bir çox azərbaycanlının həyatına ağrı və kədər gətirən ayrılıq mövzusunda bir mahnı bəstələmək üçün uyğun sözlər axtarırdım. Çoxlarımız üçün bu, ailə üzvləri, sevdiklərimiz, qohumlar və Arazın o tayındakı doğma kəndlər və şəhərlərimizdən ayrı olmaq demək idi.
Ağalıq
Ağalıq (torpaq mülkiyyəti)
Bağçılıq
Bağçılıq — əhalinin meyvələrə olan daxili tələbatını ödəmək üçün mədəni halda becərilən ağaclardan qısa müddətdə daha çox səmərə verməsini təmin etməyə istiqamətli, əhəmiyyətli bir fəaliyyətdir. Azərbaycanda bağçılığın qədim tarixi vardır. Torpaq örtüyünün müxtəlifliyi, əlverişli iqlim şəraiti bu ərazidə tarixən müxtəlif növ meyvə ağaclarının yetişməsinə səbəb olmuşdur. Azərbaycan ərazisində təbii halda bitən alma, armud, heyva, əzgil, qaragilə, yemişan, zoğal, alça, gavalı, göyəm, gilas, gilənar (albalı), nar, əncir, qoz, fındıq, şabalıd, püstə, badam, üzüm, iydə, innab, tut, moruq, böyürtkən, çiyələk və başqa cır meyvə və giləmeyvə bitkilərinə rast gəlirik. Maraqlıdır ki, Azərbaycan meşələrinin qədimlərdən başlamış müasir dövrə qədər özünün bol cır meyvəsi olmuş və bu meyvələrdən əhali geniş istifadə etmişdir. Zaman keçdikcə yabanı meyvələrdən mədəni meyvə yetişdirməyə başlamışlar. Azərbaycanda yabanı meyvələrin, mədəni hala keçirilməsi üçün hər cür şərait olmuşdur. Ona görə də "Cənubi Qafqaz dünyada bir sıra bitkilər, xüsusilə meyvələrin (üzüm, alma, armud, alça, nar, heyva və s.) ilk dəfə mədəniləşməsinin vətənidir". Azərbaycanın Böyük Qafqaz dağları ətəklərində bağçıhq əsrlər boyu daha geniş şəkildə inkişaf etmiş, bütöv bir ərazini bürümüşdür. Bağçılıqda ən mühüm dövr payız fəslidir.
Darılıq
Darılıq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Dardıq Cəlilabad rayonunun Ağdaş inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrdə maldarlıqla məşğul olan bir qrup ailənin Danlıq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "dan əkilən yer" mənasındadır. Fitotoponimdir. Qax rayonunun Güllük kəndində də Darılıq sahəsi adlı yer qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 140 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.