Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Katib
Katib – müəllif və ya başqa adamların xahişi ilə əsərləri gözəl xətlə yazan, yaxud hökmdarların, varlı ziyalıların sifarişi ilə əsərlərin üzünü köçürən şəxsdir. Şərqdə onlara – xoşnəvis, müstənsix, Qərbdə– kalliqraf, deyirdilər. Kitab çapı ixtira olunana qədər ədəbi əsərlərin qorunub yaşamasında və yayılmasında katiblərin mühüm xidməti olmuşdur. Katiblərin bir çoxu kitab üçün yazı ləvazimatı (qələm, mürəkkəb, rəng və s.) hazırlamış və əlyazma kitabına cild də çəkmişdir.
Akademik
Akademik — akademiyaların həqiqi üzvlərinə verilən ad. == Haqqında == Azərbaycan Respublikasında Milli Elmlər Akademiyasının həqiqi üzvləri akademik adlanır. Akademiklər, bir qayda olaraq, Azərbaycan Respublikasının vətəndaşı olan, elm istiqamətləri üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan AMEA-nın müxbir üzvləri sırasından seçilirlər.
Dədə Katib
Əbdürrəhman Təyyar Quluncu (Dədə Katib)(1925-2008), Dədə Katib təxəllüsü ilə 1925-ci ildə Urmiyanın Quluncu kəndində anadan olubdur. Qulunculu Dədə Katib adıyla da məşhurdur. Şairin məzarı Quluncu kəndindədir. Onun hecayi şeirləri daha çox qoşmalar və gəraylılardan ibarətdir.. O, şair kimi Balovlu Meskin və Dullu Mustafadan təsirlənmişdir. Dədə Katib, Qərbi Azərbaycan ostanı və Türkiyənin şərqindəki aşıqlar və ozanlar arasında (xüsusən sərhəddin hər iki tərəf kürəsünniləri arasında) çox məşhurdur. Dədə Katib, həm də Güney Azərbaycanda yaşayan Hənəfi sünni türklərin dini alimi kimi də tanınmışdır. O, əksər şeirlərin Azərbaycan dilində yazıb, ancaq türk dilində də şeirləri var.
Katib Məmmədov
Məmmədov Katib Səfər oğlu — azərbaycanlı heykəltaraş, pedaqoq, dosent, Ukraynanın xalq rəssamı, Beynəlxalq Repin Premiyasının laureatı, Rusiya Rəssamlıq Akademiyasının akademiki, Fəxri incəsənət xadimi, Ukrayna Rəssamlar İttifaqının üzvü (1997), "Ukrayna Azərbaycanlılar Konqresi"nin üzvü (1999), Moskva Peşəkar Rəssamlar Yaradıcılıq Birliyinin üzvü (TSPX) (2008). == Həyatı == Katib Məmmədov 1963-cü il oktyabrın 10-da Gəncə yaxınlığında Azərbaycanın çox mənzərəli bir guşəsində, çoxuşaqlı ailədə anadan olub. Katibin uşaqlığı təbiətlə yaxından bağlı olub. O hələ uşaqkən ətrafda hər şeyə həddindən artıq marağı ilə yaşıdlarından seçilirdi. Çoxlu kitablar oxuyur, şəkil çəkir, müxtəlif fiqurlar düzəldirdi. Onun rəssam kimi formalaşmasında atasının böyük təsiri olub, atası onun qeyri-adi istedadını görərək ona tut ağacında balaca ev düzəltmişdi. Bu onun uşaq fantaziyalarına daha da təkan vermişdi. Balaca Katib özünü orada azad quş kimi hiss edir, özünü oxuduğu sevimli əsərlərindəki qəhrəmanlara bənzədirdi, Tom Soyer, Cim Hokins, Robinzon Kruzo… Səkkizinci sinfi bitirdikdən sonra, 15 nömrəli Gəncə sənət məktəbinə daxil olur. 1982 ildən 1984-cü ilədək Sovet Ordusu sıralarında, Rusiyanın Lipetsk şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətdən Leninqrada oxumağa getmək arzusu ilə Vətənə qayıdır.
Katib Çələbi
Katib Çələbi (əsl adı Mustafa bin Abdullah, 1609[…], Konstantinopol – 6 oktyabr 1657, Konstantinopol) — XVII əsr görkəmli osmanlı alimi, tarixçisi, yazıçısı və coğrafiyaşünası. Din, hüquq, siyasət, ədəbiyyat, coğrafiya, tarix, biblioqrafiya və başqa elm sahələrində əsərləri məlumdur. == Həyatı == Katib Çələbi dünyəvi elmlərlə dini elmləri birləşdirməkdə şöhrət qazanmış türk dünyasının görkəmli coğrafiyaşünaslarından biridir. Əsərlərinin bir hissəsi başqa mənbələri araşdırmaqla başa gəlsə də, "Cahannüma" əsəri ilə coğrafiya tarixində özünəməxsus yer tutur. Bu əsərdə o Yapon adalarından başlamış Ərzurum və İraq sərhədlərinə qədər ölkələr haqqında məlumatlar verir. Əsər bu ərazilərdə yerləşən xalqların adət-ənənəsi, mədəniyyəti, məşğuliyyəti, təbiəti haqqında verilən zəngin məlumatlarla fərqlənir. Katib Çələbi öz dövrünün bir çox Avropa alimlərindən irəli gedərək dünyanın kürə şəklində olması fikrinin tərəfdarlarından olmuşdur. "Dünyanın hansı tərəfindən baxırsansa o, kürə kimi görünür" kimi fikir söyləyən İbrahim Haqqı (1703-1780) da Günəş, planetlərin hərəkəti, Günəş və Ay tutulmalarını izah edərkən Çələbinin "Cahannüma" əsərindən kifayət qədər istifadə etmişdir. == Əsərləri == "Kəşfüz-Zünun an Esamil-Kütüb vəl-Fünun": Ərəbcə yazılmış on beş minə yaxın kitab və on minə yaxın müəllifi tanıdan böyük bir bioqrafik ensiklopediyadır. Misirdə, Almaniyada və İstanbulda nəşr edilmiş, latın dilinə tərcümə edilmişdir.
İsmayıl Katib
İsmayıl Novruz oğlu Zeynalov (25 mart 1898, Qıraq Kəsəmən, Qazax qəzası – 1938)— şair, 1934-cü ildən AYB-nin üzvü. İsmayıl Novruz oğlu 1898-ci il martın 25-də Azərbaycanın Qazax qəzasının Qıraqkəsəmən kəndində anadan olmuşdur. İlk təhsilini birdərəcəli kənd məktəbində almışdır. Qazax Qəza Partiya Komitəsinə birinci katib seçilmişdir (1922). Moskvada Ali partiya məktəbində təhsil almışdır. Zaqafqaziya ölkə komitəsinin və MİK-in üzvü olmuşdur (1922–1932), Tovuz, Lənkəran, Nuxa, Sabirabad və s. rayonlarda partiya komitəsinin katibi, icraiyyə komitəsinin sədri, Ağdaş partiya komitəsinin birinci katibi, Azərbaycan Dövlət Nəşriyyatında direktor (1934–1937) vəzifələrində çalışmışdır. 03 iyul 1938-ci ildə cəza tədbirləri dövründə vəfat etmişdir.
Mirzə Məhəmməd Katib
Mirzə Məhəmməd bəy Məşədi Bayram bəy oğlu Allahquliyev (1827, Şuşa – 1889, Şuşa) – şair Mirzə Məhəmməd bəy Məşədi Bayram bəy oğlu 1827-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Katib təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Şuşada fəaliyyət göstərən "Məclisi-Fərəmuşan" şairlər yığnağının üzvü idi. O, ərəb, fars dillərini kamil bilməklə, rus və erməni dillərini də tamam-kamal öyrənmişdi. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar. Salman Mümtaz Katibi kamil sənətkar kimi oxuculara təqdim etmişdi. Mirzə Məhəmməd Katib 1889-cu ildə vəfat edib. Ənvər Çingizoğlu, Allahqulu ağanın törəməsi, "Soy" еlmi-kütləvi dərgi, 2010, № 6, səh.9–14.
Akademik Gimnaziya
Akademik Gimnaziya (rus. Академи́ческая гимна́зия) — Rusiyada 1726–1805-ci illərdə mövcud olmuş ilk dünyəvi orta ümumi təhsil müəssisəsi. 1724-cü ildə Sankt-Peterburqda Elmlər Akademiyasında yaradılmış, 1726-cı ildə müstəqil müəssisə kimi açılmışdır. Tələbələri Akademik Universitetə ​​qəbul və dövlət qulluğuna hazırlayırdı. Tələbə kontingenti müxtəlif ödənişsiz siniflərdə təhsil alan oğlanlar ibarət idi. Gimnaziyada latın, alman, fransız, rus ədəbiyyatı, tarix, coğrafiya, riyaziyyat, təbiət elmləri, rəsm fənləri tədris olunurdu. 1758–1765-ci illərdə Akademik Gimnaziyaya 1759-cu ildə onun Əsasnaməsini tərtib edən Mixail Lomonosov rəhbərlik edirdi. Lomonosov gimnaziyanı "universitetin tibb bacısı, onun anbarı və tədarükçüsü" hesab edirdi. 1765-ci ildə azyaşlı uşaqlar üçün hazırlıq şöbəsi açılmışdır. 1770-ci ildə Akademik Gimnaziya Akademik Universitetlə birləşdirilmiş, Akademik Məktəb və ya Akademiya Məktəbi kimi tanınmışdır.
Akademik avarçəkmə
Akademik avarçəkmə – avarçəkmə idmanı növü. Akademik avarçəkmə 18-ci əsrdə Böyük Britaniyada yaranmışdır. 1829-cu ildə Temza çayında keçirilən ilk yarışda Oksford və Kembric universitetlərinin avarçəkənləri iştirak etmişlər. Beynəlxalq Avarçəkmə Federasiyası (FİSA) 1892-ci ildə Turində təsis edilmişdir. 1893-cü ildən FİSA hər il Avropa çempionatını keçirir. 1962-ci ildə kişilər arasında, 1974-cü ildə qadınlar arasında dünya çempionatı keçirilmiş, 1900-cü ildə kişilər arasında, 1976-cı ildə isə qadınlar arasında Akademik avarçəkmə Olimpiya oyunlarının tərkibinə salınmışdır. Azərbaycanda Akademik avarçəkmə çempionatı 1964-cü ildən keçirilir. “Kür” İdman Mərkəzinin yaradılması avarçəkmə idmanının inkişaf etməsində mühüm rol oynamışdır. Avarçəkənlərdən Q.Qurbanov, J.Məmmədova, T.Xudyakova, E.Ujuqova, V.Yakuşa, V.Romanişin və başqaları dəfələrlə SSRİ və SSRİ Xalqları Spartakiadasının çempionu olmuşlar. Azərbaycanın avarçəkmə komandası Moskva (1980) və Seul (1988) olimpiadalarında gümüş və bürünc medallara layiq görülmüşdür.
Akademik il
Akademik il — ali məktəblərdə dərslərin başlanmasından qurtarmasınadək (payızdan o biri ilin yazına qədər) olan müddət. Təqribən 8–10 aydır. Azərbaycanda bütün ali təhsil müəssisələrində işlədilən "tədris ili" termini akademik il termininə uyğundur.
Akademik legion
Akademik legion (alm. Akademische Legion‎) — Avstriya imperiyasında 1848-1849-cu illər inqilabı zamanı hərbi əməliyyatlarda iştirak edən silahlı tələbə təşkilatı. Təşkilat 13 mart 1848-ci ildə Vyanada xalq üsyanının başlanmasından dərhal sonra yaradılmışdır. Akademik legion təqribən 4 min nəfərdən ibarət olmaqla, inqilabi ordunun nüvəsi olmuşdu. Liberal müxalifətin radikal demokratik qanadına bağlı olan Akademik legion Vyanada mart üsyanında, 1848-ci ilin mayında Vyanada silahlı üsyanlarda və 1848-ci ilin oktyabrında Vyanada silahlı üsyanda fəal iştirak etmişdir. Buna baxmayaraq, mütləqiyyətlə mübarizədə burjuaziya ilə fəhlə sinfi arasında aralıq mövqe tutan Akademik legion qeyri-sabit fəaliyyət göstərmişdir. Akademik legionun rəhbərliyi tərəddüd və siyasi kompromislərə meyl göstərmişdi. 1848-ci ilin iyun–avqust aylarında burjuaziya ilə birlikdə fəhlələrə qarşı çıxmışdır. Akademik legionun rəhbərliyi kəndlilərin tələblərinə məhəl qoymayaraq Avstriya imperiyalarında milli azadlıq hərəkatını yatırmağa yönəlmiş siyasətində liberal burjuaziyanı dəstəkləyirdi. İnqilabın məğlubiyyətindən sonra Akademik legion ləğv edilmiş, üzvlərinin çoxluğu ağ terrorun qurbanı olmuşdur.
Akademik musiqi
Akademik musiqi — Avropa XVII–XIX əsrlərə əsasən yaradılan davamlılığı olan musiq janrları və formaları (opera, simfonik, sonata, və s.), melodik və harmonik prinsipləri və instrumental tərkibi. == Tərif == Qərb ədəbiyyatında "Akademik musiqi" daha çox Qərb klassik musiqisi ənənəsindən irəli gələn musiqilərə istinad etmək üçün istifadə olunur. Musiqişünas Filip Taqq incəsənət musiqisi ilə bağlı elitizmi "xalq", "incəsənət" və "populyar" musiqilərdən ibarət aksiomatik üçbucaqdan" biri kimi sayır. O, bu üçünün hər birinin digərlərindən müəyyən meyarlara görə seçildiyini izah edir. Bruno Nettlə görə, "Qərb klassik musiqisi" həm də "akademik musiqi", "kanonik musiqi", "mədəni musiqi", "ciddi musiqi", eləcə də daha çox istifadə olunan "əsl musiqi" və "normal musiqi" ilə sinonim ola bilər".
Akademik kapital
Sosiologiyada akademik kapital (ing. Academic capital) — insanın təhsilinin və digər akademik təcrübələrinin cəmiyyətdə yer qazanmaq üçün istifadə oluna biləcək potensialıdır. Digər kapital formaları (sosial, iqtisadi, mədəni) kimi, akademik kapital da bir faktordan — ölçülmüş təhsil müddətindən asılı deyil, əksinə, bir çox müxtəlif amillərdən ibarətdir. == Dərəcəsi == Akademik kapitalı ölçmək üçün vahid üsul olmasa da, dünya üzrə tədqiqatçılar fərdin akademik kapitalını ölçmək üçün araşdırmalar aparırlar.
Akademik sahibkar
Akademik sahibkar — elmi bilik və tədqiqat nəticələrini kommersiyalaşdırmaq və iqtisadi fayda yaratmaq məqsədilə biznes və ya innovativ layihələr yaradan alim və ya tədqiqatçı. Onlar universitetlərdə və ya tədqiqat institutlarında işləyərək, əldə etdikləri elmi kəşfləri və texnologiyaları startaplara və ya şirkətlərə çevirirlər. == Tarixi == XIX əsrin əvvəllərində elmi karyera, bugünkü sistemdən çox fərqli olaraq, universitet, əyalət və ya federal səviyyədən gələn çox az maliyyə və dəstək mənbəyinə malik idi. Belə ki, o dövrdə elmlərdə karyera qurmaq istəyənlər geoloji və təbiət tarixi tədqiqatları aparmaqla işə başlayıblar. Bu tədqiqatlar həm əyalət, həm də federal hökumətlər tərəfindən maliyyələşdirilib və kimyaçılar, mineraloqlar və geoloqlar kimi peşəkarlar üçün müvəqqəti iş təklif edirdi. Bununla belə, işlər tamamlandıqdan sonra bu alimlərin çoxu işsiz qaldılar. Akademik sahibkarlığın başlanğıcı İkinci Dünya müharibəsindən sonra müşahidə olunmağa başlayır. Bu dövrdə hökumətlər, xüsusən də ABŞ və Avropa ölkələri, universitetləri və tədqiqat institutlarını innovasiya və texnologiya inkişafına cəlb etməyə başladılar. Döyüş texnologiyaları və elm sahəsindəki inkişaflar dövlət-elm əməkdaşlığının önəmini vurğuladı və bir çox akademiklər öz tədqiqatlarını kommersiyalaşdırmaq üçün imkanlar axtardılar.
Fikrət Əliyev (akademik)
Fikrət Əhmədəli oğlu Əliyev (13 avqust 1949, Nüvədi, Meğri rayonu) — Fizika-riyaziyyat elmləri doktoru, Professor, akademik. == Həyatı == Əliyev Fikrət Əhmədəli oğlu 13 avqust 1949-cu ildə Mehri rayonunun Nüvədi kəndində anadan olub. “History of Science” beynəlxalq elmi-nəzəri araşdırmalar jurnalının 3-cü sayından jurnalın “Fizika-riyaziyyat və texnika elmləri” üzrə redaksiya heyətinin üzvüdür.
Fuad Əliyev (akademik)
Əliyev Fuad Yusif oğlu — kimya elmləri doktoru, akademik, AMEA-nın Gəncə bölməsinin sədri, AMEA-nın müxbir üzvü (2007), AMEA-nın həqiqi üzvü (akademik) (2014). == Həyatı == Fuad Yusif oğlu Əliyev 1 fevral 1950-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirdikdən sonra zabit rütbəsində ordu sıralarında xidmət etmiş, 1974-cü ildən AMEA Aşqarlar Kimyası İnstitutunda laborant, mühəndis vəzifələrində çalışmış, 1976-cı ildə aspiranturaya daxil olmuş, 1981-ci ildə aspiranturanı müvəffəqiyyətlə başa vuraraq kimya elmləri namizədi elmi dərəcəsini almışdır. Elə həmin ildə də Rəyasət Heyətinin qərarı ilə Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. F.Əliyevin bilavasitə çalışdığı sahə yeni kükürd-üzvi birləşmələrinin sintezi və onlardan aşqarlar kimi istifadə etməklə müxtəlif xassələrə malik sürtkü yağlarının alınmasında istifadə olunmasıdır. Müxtəlif quruluşa malik birləşmələrin sintez olunmasında məqsəd onların quruluşunda və tərkibində olan funksional qrupların, hetroatomların yeni alınmış maddələrin xassələrinə təsirinin, bunların isə öz növbəsində sürtkü yağlarının keyfiyyətinə göstərə biləcəyi xassələrinin öyrənilməsidir. Sintez olunmuş birləşmələr əsasında hazırlanmış sürtkü kompozisiyaları korroziyaya, siyrilməyə və yeyilməyə qarşı yüksək davamlılığa malikdirlər. Sintez edilmiş birləşmələrin tərkibində müxtəlif funksional qruplarla, hetroatomlarla yanaşı, kükürd atomunun da iştirak etməsi bu birləşmələrin bir çox dərman preparatlarının tərkibinə daxil olmasına səbəb olmuşdur. Bununla da sintez edilmiş maddələrin bir çoxunun antimikrob xassəyə malik olması müəyyən edilmişdir. 1983-cü ildən Gəncə Regional Elmi Mərkəzinin sədridir.
Həsən Abdullayev (akademik)
Həsən Məmmədbağır oğlu Abdullayev (20 avqust 1918, Yaycı, Naxçıvan qəzası – 1 sentyabr 1993, Bakı) — SSRİ və Azərbaycanın görkəmli fiziki, alim, müəllim, elm təşkilatçısı, Sovet İttifaqı və dünyada yarımkeçiricilər fizikasının / mikroelektronikasının banilərindən biri, Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan EA-nın həqiqi üzvü, 1970–1983-cü illərdə Azərbaycan EA-nın prezidenti. Həsən Abdullayev 1952-ci ildə ilk dəfə yarımkeçirici kristallarda p-n keçidin işləmə prinsipinin fiziki mahiyyətini ətraflı izahını verib. O, yenilikçi texnologiyanın inkişafına, qlobal elmi və texnoloji tərəqqiyə əhəmiyyətli bir töhfə verən və güclü təsir göstərən fotoelementlər, günəş və termoelementlər kimi yaddaş elementləri, lazerlər, kibernetikada çip texnologiyası, alternativ enerji kimi elektronikanın tədqiqinə və inkişafı məsələləri ilə məşğul olub. Abdullayevin elmi nailiyyətləri sayəsində, yarımkeçiricilərə əsaslanan dünya texnologiyası intensiv sürətlə miniatürləşməyə başlamış, daha yüngül, mobil və rahat olub. Azərbaycan SSR-də Abdullayev elmi və texnoloji tərəqqi inqilab etmiş və bir növ milli "Silikon Vadisi"ni yaratmışdır. Alim-fizik, dünya elmində əhəmiyyətli rol oynayan yarımkeçirici fizikada, selenyum və analoqlarına əsaslanan yeni bir istiqamət qurmuş, onun əsasında mikroelektronika sahəsində ilkin, öz elmi məktəbini, bu istiqamətdə Akademiyada ilk laboratoriyaları və tədqiqat institutlarını yaratmışdır. Eyni zamanda, o, SSRİ şəraitində üzərinə böyük risk alarag tədqiqat institutları nəzdində yenilikçi layihələrin həyata keçirilməsi üçün ilk Xüsusi Konstruktur Büroları (XKB) yaratmışdır. Həsən Abdullayev SSRİ, ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İsveç, İtaliya, Hindistan və digər ölkələrdə patentləşdirilmiş mindən çox elmi əsərin və 400-ə yaxın ixtiranın müəllifidir. == Həyatı == Həsən Abdullayev 20 avqust 1918-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. Abdullayev 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsini bitirmişdir.
Həsən Əliyev (akademik)
Həsən Əlirza oğlu Əliyev (15 dekabr 1907, Comardlı, Zəngəzur qəzası – 2 fevral 1993, Bakı) — Azərbaycan alimi, ictimai-siyasi xadim, Azərbaycan SSR əməkdar elm xadimi (1974), Ümumittifaq Torpaqşünaslıq Cəmiyyətinin üzvü, Ümumittifaq Coğrafiya Cəmiyyətinin üzvü, Azərbaycan SSR EA Partiya Komitəsinin katibi (1950), Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin birinci müavini, Azərbaycan MK katibi (1952), AMEA-nın akademik katibi (1952–1957), Bakı şəhəri Zəhmətkeş Deputatları Sovetinin deputatı (1953–1956), Dünya Universitetinin elmi və mədəniyyət üzrə doktoru (ABŞ), İngiltərə Kraliça Biblioqraflar Cəmiyyətinin həqiqi üzvü, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru(1968–1987). == Həyatı == Həsən Əlirza oğlu Əliyev 1907-ci il dekabr ayının 15-də Ermənistanın Sisyan rayonunun (keçmiş Zəngəzur qəzası) Çomərdlii kəndində anadan olmuşdur. 1917-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində bütün Zəngəzur mahalının əhalisi kimi Həsən Əliyevin ailəsi də Naxçıvan şəhərinə deportasiya edildi. Naxçıvanana gəldikdən sonra 1917–1924-cü illərdə müxtəlif işlərdə işləyib. O, 1925-ci ildə kənd axşam məktəbinə daxil olmuşdur. 1930-cu ildə isə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu bitirmişdir. Texnikumda təhsil aldığı müddətcə 1927-ci ildə Naxçıvan MR Torpaq Komissarlığının kənd təsərrüfatı zərərvericilərilə mübarizə şöbəsinin işçisi olmuşdur. 1929-cu ildə Naxçıvan Pambıq birliyində və Azpambıqbirliyinin Gəncə dairəsi üzrə təlimatçısı vəzifələrində çalışıb. O, 1930-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki AKTA) daxil olub və 1932-ci ildə oranı bitirib. İnstitutda oxumaqla yanaşı Gəncə şəhərindəki Qarayeri sovxozu məktəbində müəllim işləyib.
Maqsud Əliyev (akademik)
Əliyev Maqsud İsfəndiyar oğlu (27 avqust 1924, Tiflis – 23 dekabr 2016, Bakı) — akademik, Azərbaycan Respublikası EA fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik-katibinin müavini. == Həyatı == Maqsud Əliyev 1924-cü il avqustun 27-də Tiflis şəhərində anadan olmuşdur. 1931-ci ildə Tiflisdə orta məktəbin birinci sinfinə getmiş, 1941-ci ildə həmin məktəbi bitirmişdir. 1941-1943-cü illərdə Tiflis Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində tələbə olmuş, 1943-1945-ci illərdə isə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmiş, Politexnik İnstitutunda, Neft və Kimya İnstitutunda, Azərbaycan Dövlət Universitetində pedaqoji iş aparmışdır. O, eyni zaman da Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunda elmi-tədqiqat işləri ilə də məşğul olmuşdur. == Elmi fəaliyyəti == Maqsud Əliyevin elmi fəaliyyəti çox maraqlı xüsusiyyətlərə malik olan selen yarımkeçiricisinin fiziki xassələrinin öyrənilməsinə yönəlmişdir. O, selenin kristallaşmasına, elektrik, optik və istilik xassələrinə az miqdarda aşqarların tə’sirinin ilk tədqiqatçılarından biridir. M.İ. Əliyev bu nəticələri ümumiləşdirərək 1957-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. M.İ. Əliyev 1961-ci ildən Azərbaycan EA Fizika İnstitutunda əvvəlcə böyük elmi işçi, sonralar isə "Yarımkeçiricilərdə köçürmə hadisələri" laboratoriyasının müdiri vəzifəsində çalışmışdır.
Nizami Cəfərov (akademik)
Nizami Qulu oğlu Cəfərov (21 sentyabr 1959, Zəlimxan, Ağstafa rayonu) — Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru (1991), professor (1993), əməkdar elm xadimi (2000), AMEA-nın həqiqi üzvü (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Alpaqut Federasiyasının Prezidenti (2015–2022) 2019-cu ildən BDU-nun Ümumi dilçilik kafedrasının müdiridir. 2022-ci ildən "ADA" Universitetində "Azərbaycançılıq" kursunu tədris edir. Nizami Cəfərov 1959-cu 21 sentyabrda Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olmuşdur. 1987-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı(1994–2001) vəzifələrində çalışmışdır. Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri (2001–2015)olub. 2019-cu ildən yenidən Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiridir. 2022-ci ildən ADA Universitetində "Azərbaycançılıq" kursunu tədris edir. Nizami Cəfərov Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Azərbaycan dili və ədəbiyyatı" bölməsinin üzvü kimi orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili proqramlarının, dərsliklərinin hazırlanmasında iştirak etmişdir.
Bizim katib (film, 1972)
Bizim katib qısametrajlı sənədli filmi rejissor Niyazi Bədəlov tərəfindən 1972-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Sosialist Əməyi Qəhrəmanı, uzun illər partiya və dövlət sahəsində çalışmış, tanınmış təsərrüfatçı Rüstəm Səfərəliyevə həsr olunmuşdur. == Məzmun == Film Sosialist Əməyi Qəhrəmanı, uzun illər partiya və dövlət sahəsində çalışmış, tanınmış təsərrüfatçı Rüstəm Səfərəliyevə həsr olunmuşdur. Kinoportretdə raykom katibinin gündəlik işi, qayğıları öz əksini tapmışdır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Katib Mehmed Əmin Paşa
Katib Mehmed Əmin Paşa (v. may 1753, Qahirə) — I Mahmud dönəmində 2 il 5 ay 28 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == == Mənbə == İzzî, Târih, İstanbul 1199, vr. 209b-210a, 214a-b, 260b-261b, 274a, 275b; Dilâverzâde Ömer, Zeyl-i Hadîkatü’l-vüzerâ (Hadîkatü’l-vüzerâ içinde), s. 76–78; Ayvansarâyî, Vefeyât-ı Selâtîn, s. 74; Sicill-i Osmânî, IV, 239–240; İbrahim Hilmi Tanışık, İstanbul Çeşmeleri, İstanbul 1945, II, 316; Uzunçarşılı, Osmanlı Tarihi, IV/1, s. 333–334; Danişmend, Kronoloji2, IV, 33; V, 59; N. Jorga, Osmanlı İmparatorluğu Tarihi (trc. Nilüfer Epçeli), İstanbul 2005, IV, 374.
Sultan Sultanov (birinci katib)
Sultan Teymur oğlu Sultanov (1905 – 9 yanvar 1938) — alay komandirinin köməkçisi, mayor. Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi (1937). 1905-ci ildə anadan olub. 9 yanvar 1938-ci ildə SSRİ Ali məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyasının qərarı ilə əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir. Həbs olunana kimi alay komandirinin köməkçisi mayor vəzifəsində xidmət etmişdir. Həbs ediləndən bir gün sonra güllələnmişdir. 1937-ci ildə Naxçıvan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə təyin edilir. 1937-ci il oktyabr ayının 22-dən 1938-ci ilin yanvarına qədər Azərbaycan Kommunist (bolşevik) partiyasının Mərkəzi Komitəsinin Büro üzvü vəzifəsini icra edir. Çox çəkmir ki, "əksinqilabçı-millətçi" damğası ilə həbs edilərək güllələnir.
Yaqub Məmmədov (birinci katib)
Yaqub Cəlal oğlu Məmmədov (1938, Qızılağac, Göyçay rayonu – 16 mart 1986) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Laçın Rayon Komitəsinin birinci katibi (1981–1986), Göyçay Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1977–1981). Yaqub Cəlal oğlu Məmmədov 1938-ci ildə Göyçay rayonunun Qızılağac kəndində müəllim ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə 1955-ci ildə rayondakı "Bolqarıstan" kolxozunda kolxozçu kimi başlamışdır. Sovet Ordusu sıralarında hərbi xidmət keçmiş, Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra beş il müəllim işləmiş və Qızılağac kənd orta məktəbinin direktoru olmuşdur. 1972-ci ildə Yaqub Məmmədov partiya işinə irəli çəkilmiş və Azərbaycan Kommunist Partiyası Göyçay Rayon Komitəsinin təlimatçısı, şöbə müdiri, sonra isə katibi olmuşdur. 1977-ci ildən Göyçay Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri işləmiş, paralel olaraq Bakı Ali Partiya Məktəbinin qiyabi şöbəsini bitirmişdir. 1981-ci ilin oktyabr ayında Azərbaycan KP Laçın Rayon Komitəsinin birinci katibi seçilmiş və həyatının sonunadək bu vəzifədə çalışmışdır. Yaqub Məmmədov 1963-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Ali Sovetin Mandat komissiyasının üzvü olmuşdur. Azərbaycan Kommunist Partiyasının XXXI qurultayında Azərbaycan KP Təftiş Komissiyasının üzvü seçilmişdir.
Əli Quliyev (birinci katib)
Quliyev Əli Şəfi oğlu (2 avqust 1918, Maştağa, Bakı qəzası – 16 dekabr 1971) – partiya və dövlət xadimi, Qonaqkənd Rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycan SSR Ali Sovetinin deputatı (1951–1954). == Həyatı == Əli Quliyev 1918-ci il avqust ayının 2-də Maştağada anadan olmuşdur. 1928-ci ildə 128 saylı məktəbə getmiş, sonralar 187 saylı orta məktəbi bitirmişdir. Əmək fəaliyyətinə "Abşeron kolxozçusu" qəzetindən başlamışdır. Burada ədəbi işçi kimi çalışmışdır. Kənd zəhmətkeşləri haqqında yazdığı məqalə, oçerk, reportaj və zarisovkalarla özünə diqqət çəkmiş, Maştağa Rayon Komsomol Komitəsinə işə götürülmüş, komitənin şöbə müdiri vəzifəsində işləmişdir. 1939-cu ildə Azərbaycan Pedaqoji İnstitutunda təhsil almağa başlamış, istehsalatdan ayrılmamış, vaxtilə bitirdiyi 187 saylı orta məktəbdə pioner baş dəstə rəhbəri kimi fəaliyyət göstərmişdir. 1941-ci ilin yanvar ayında Maştağa Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə təyin olunmuşdur. Böyük Vətən müharibəsi başladığına görə bu vəzifədə qısa müddət çalışmış, cəbhəyə yollanmış və ordu sıralarında alman faşistlərinə qarşı savaşmışdır. Səhhətindəki problemlərə görə hərbi xidmətdən erkən tərxis edilmişdir.
Katiu
Katiu (fr. Katiu) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Makemo atolundan 25 km şimal-şərqdə, Raevski adalarından 13 km şimalda yerləşir. == Coğrafiya == Atollun sahəsi 27 km²-dir. Daxilində laqun vardır. Laqun okeanla kiçik boğazla birləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Makemo kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada 285 nəfər yaşayır. Hitianau əsas yaşayış məntəqəsidir. == Tarixi == Ada 1820-ci ildə rus dənizçisi Faddey Bellinshauzen tərəfindən kəşf edilir.
Karib
Karib hövzəsi və ya Vest-Hind — Karib dənizi, Karib adaları və sahil ərazilərini əhatə edən coğrafi region. Karib hövzəsi ölkələrinə daxildir: Yamayka, Haiti, Kuba, Dominikan Respublikası, Puerto-Riko, Qrenada, Sent-Lüsiya və s. Bu bölgə Meksika körfəzi və Şimali Amerikanın cənub-şərqində, Mərkəzi Amerikanın şərqində və Cənubi Amerikanın şimalında yerləşir. Əhalisi 37,5 milyon nəfərdir.
Katibə
Katib – müəllif və ya başqa adamların xahişi ilə əsərləri gözəl xətlə yazan, yaxud hökmdarların, varlı ziyalıların sifarişi ilə əsərlərin üzünü köçürən şəxsdir. Şərqdə onlara – xoşnəvis, müstənsix, Qərbdə– kalliqraf, deyirdilər. Kitab çapı ixtira olunana qədər ədəbi əsərlərin qorunub yaşamasında və yayılmasında katiblərin mühüm xidməti olmuşdur. Katiblərin bir çoxu kitab üçün yazı ləvazimatı (qələm, mürəkkəb, rəng və s.) hazırlamış və əlyazma kitabına cild də çəkmişdir.
Karib Niderlandı
Karib Niderlandı (nid. Caribisch Nederland) — Karib dənizində Niderlanda aid 3 özəl bələdiyyədən ibarət ərazi. Müdafiə və beynəlxalq məsələləri Niderland Krallığının səlahiyyətlərindədir. Niderland Karibindəki 6 adadan 3-cü Karib Niderlandında birləşmişdir. Bunlar Boneyr, Sint-Estatius və Saba adalarıdır. Qanuni formada bu üç ada ayrıca BES adaları (adaların baş hərflərindən ibarət olan abbreviatura) olaraq da adlanırlar. == Statistika == == İqtisadiyyatı == === Pul vahidi === 1 yanvar 2011-ci ilə qədər Karib Niderlandına daxil olan 3 adanın hamısında Niderland Antilləri quldeni istifadə edilmişdir. Adalar bu tarixdən sonra Niderland Krallığında istifadə olunan avro və ya keçmiş Niderland Antil adalarına aid ərazilər olmuş Kürasao və Sint-Martenin istifadə etdikləri Karib quldeni əvəzinə ABŞ dollarını seçir. Hazırda da ölkənin pul vahidi ABŞ dollarıdır. == İqlimi == Karib Niderlandının adaları bütün il boyunca isti keçən tropikal iqlimin təsiri altındadır.
Korporativ katibi
Korporativ katib — Korporativ İdarəetmə Məcəlləsinə görə səhmdarlarla qarşılıqlı əlaqəni, səhmdarların hüquq və mənafelərini qorumaq üçün şirkətin fəaliyyətlərinin koordinasiyasını, həmçinin direktorlar şurasının işini təmin edən bir səhmdar cəmiyyətin (şirkətin) işçisi. Korporativ katibin fəaliyyəti şirkətin inkişafını sahiblərinin mənafeyi naminə idarəetmənin səmərəliliyinin artırılmasına, şirkətin investisiya cəlbediciliyinin artırılmasına, kapitallaşmasının artırılmasına, müəssisənin gəlirliliyinin artırılmasına yönəldilmişdir. Korporativ katibdən vəzifələrini yerinə yetirmək üçün kifayət qədər müəyyən səviyyədə peşəkar bilik, təcrübə və vərdişlərə sahib olması tələb olunur. Korporativ katib qüsursuz bir nüfuza sahib olmalı və səhmdarlar tərəfindən etibar edilməlidir. Korporativ katibin səhmdar cəmiyyətinin icra orqanlarından kifayət qədər müstəqilliyi olmalı və tapşırıqları yerinə yetirmək üçün səlahiyyəti və mənbələri olmalıdır. == Yaranması == Korporativ katiblik institutu XIX əsrin ortalarında Böyük Britaniyada yaranmışdır. 1855-ci ildə ölkədə məhdud məsuliyyət leqallaşdırıldı və 1862-ci ildə ilk Şirkətlər Qanunu qəbul edildi və bu, səhmdar cəmiyyətlərinin sayının sürətlə artmasına səbəb oldu. 1892-ci ildə Böyük Britaniyada onsuz da 15 min cəmiyyət var idi. Korporativ idarəçiliyinin təşkilini asanlaşdırmaq üçün şirkət katibi vəzifəsi ortaya çıxdı. 1891-ci ildə onların maraqlarını təmsil etmək üçün Böyük Britaniyada Katiblər İnstitutu (Institute of Secretaries) quruldu.
Karib böhranı
Karib böhranı və ya digər adı ilə Kuba raket böhranı — SSRİ ilə ABŞ arasında ABŞ-yə məxsus ballistik raketlərin İtaliya və Türkiyədə yerləşdirilməsi, həmçinin buna cavab olaraq Sovet raketlərinin Kubada yerləşdirilməsi nəticəsində 16–28 oktyabr 1962-ci il tarixləri aralığında meydana gələn gərginlikdir. Bu qarşıdurma Soyuq müharibə ərzində genişmiqyaslı nüvə müharibəsinin başlamasına yol açacaq ən yaxın münaqişə olaraq da tanınır. Kubalılar bu böhranı "oktyabr böhranı" adlandırırlar (SSRİ-də baş verən oktyabr inqilabı ilə eyniləşdirmək istəyi olaraq). ABŞ-də "Kuba raket böhranı" (ing. Cuban missile crisis) terminindən istifadə olunur. Soyuq müharibə dövrü çəkişmələrin kifayət qədər qızdığı və bir mənada yer üzünün nüvə fəlakətindən döndüyü Karib böhranı, şübhəsiz dünya siyasi tarixinin yaxın dövrdə baş verən vacib hadisələrindən biridir. == Böhran ərəfəsindəki vəziyyət == Manhatan layihəsi ilə dünyada ilk dəfə nüvə silahını istehsal edən ABŞ, bu silahı Yaponiyada 2 dəfə sınamaqdan çəkinməmiş və böyük bir faciəyə yol açmışdır. 1945-ci il avqustun 6-da Hiroşimaya, avqustun 9-da Naqasakiyə atılan bombaların nəticəsində 250.000 insan həyatını itirmiş, bu bölgələrdəki təsirləri on illər boyunca silinməyəcək kimyəvi-bioloji zərərlər buraxmışdır. ABŞ-nin atom bombası riskinin gözə almasının əsl səbəbləri Yaponiyanın işğalını asanlaşdırmaq və o vaxtlarda Yaponiyaya hələ də müharibə etməmiş olan Sovet Birliyinə bu dəhşətli silahla dünya liderliyinin onda olduğu mesajını vermək istəməsi idi. Müharibənin sonrasında Sovet Birliyinin nüvə silahı və atom bombalarının dünya səviyyəsində yox edilməsi mövzusunda verdiyi təklif ABŞ tərəfindən rədd edilmiş və bu səbəblə Sovet Birliyi də öz təhlükəsizlik strategiyasını inkişaf etdirərək nüvə proqramını 4 il içərsində uğurla sınamağa başlamışdır.
Karib dənizi
Karib dənizi - Atlantik okeana daxil olan Qərb yarımkürəsində tropik dənizdir. Səthinin sahəsi 2 754 000 m², ən dərin nöqtəsi 7,686 metrdir. Cənubi Amerikanın sahilindədir. Вoğazları: Yamayka boğazı, Külək üstü boğaz.
Karib hövzəsi
Karib hövzəsi və ya Vest-Hind — Karib dənizi, Karib adaları və sahil ərazilərini əhatə edən coğrafi region. Karib hövzəsi ölkələrinə daxildir: Yamayka, Haiti, Kuba, Dominikan Respublikası, Puerto-Riko, Qrenada, Sent-Lüsiya və s. Bu bölgə Meksika körfəzi və Şimali Amerikanın cənub-şərqində, Mərkəzi Amerikanın şərqində və Cənubi Amerikanın şimalında yerləşir. Əhalisi 37,5 milyon nəfərdir.
Mətbuat katibi
Mətbuat katibi — bir təşkilat və ya şəxs adından danışmağa səlahiyyətli bir şəxsdir. Mətbuat katibləri əsasən təcrübəli, uzun müddət işləyən və ya təşkilatın hədəflərini dəstəklədikləri bilinən şəxslər arasından seçilir. İndiki mediaya həssas dünyada bir çox təşkilatın, ictimaiyyətə etmiş olduğu elanların ən uyğun şəkildə və uyğun formada həyata keçirilməsi yollarını və üsullarını təmin etmək üçün jurnalistika, rabitə, ictimaiyyətlə əlaqələr və ictimai münasibətlər üzrə rəsmi təhsil almış mütəxəssisləri işə cəlb etmək ehtimalı getdikcə artmaqdadır. Əlverişli mesajların təsirini artırmaq və xoşagəlməz mesajların təsirini minimuma endirmək üçün ən uyğun üsul kanallardır. Məşhur yerli və milli idman ulduzları (məsələn Michael Jordan və ya Bob Uecker kimi) və ya televiziya və film ulduzları (Beyoncé və ya Michael J. Fox kimi) kimi məşhur şəxslər tez-tez kommersiya reklamları üçün sima olaraq seçilirlər. 2017-ci ilin avqust ayından etibarən Kayleigh McEnany və Michael Tyler sırasıyla RNC və DNC-nin rəsmi nümayəndəsi vəzifələrini icra etmişdirlər. Şəxsi tanışlıq verən bir fərddən fərqli olaraq, təşkilatın mövqelərini öz fikirləri ilə zidd olsa belə sədaqətlə təmsil etmək və müdafiə etmək mətbuat katibinin işidir. Nəticə etibarilə mətbuat katibləri ümumiyyətlə təcrübəli, uzun müddət işləyən işçilərdən və ya təşkilatın hədəflərini dəstəklədikləri bilinən digər şəxslərdən seçilirlər. Bir şirkəti ictimaiyyət qarşısında həmin şirkətin baş meneceri, sədri və ya prezidenti, maliyyə direktoru, vəkili və ya xarici hüquq məsləhətçisi təmsil edə bilər. Əlavə olaraq, gündəlik səviyyədə və daha çox rutin elanlar üçün iş, rəsmi nümayəndə kimi çıxış edəcək olan korporativ rabitə və ya investor əlaqələri şöbələrinə (və ya ekvivalentlərinə) də həvalə edilə bilər.
Stana Katiç
Stana Katiç (serb-xorv. Stana Katić, ing. Stana Katic 26 aprel 1978, Hamilton, Ontario) — Serb-xorvat mənşəli kanadalı aktrisa, Kasl televiziya serialındakı detektiv Keyt Bekket rolu ilə tanınır. Katiç Kanadanın Ontario vilayəti, Hamilton şəhərində anadan olub. Atası serb, anası xorvat əsillidir. Yuqoslaviyadan Kanadaya köçmüşlər. Milliyyəti haqqında danışan Stana deyir: "Valideynlərim Xorvatiyadan olan serblərdir. Bizi Dalmatiyalı adlandırıram". Atası Vrlicdən, anası Sindəndir. Daha sonra Katiç ailəsi ilə Aurora şəhərinə (İllinoys, ABŞ) köçür.
Katie Duqlas
Katrin Emili Duqlas (ing. Kathryn Emily Douglas, 19 oktyabr 1998) — kanadalı aktrisa.
Kasıb
Yoxsulluq və ya kasıblıq — gündəlik əsas ehtiyacların hamısını və ya bir qismini qarşılamaq üçün kifayət qədər gəliri olmayan vəziyyətdir. Xüsusilə, qida, içki, sığınacaq və geyim kimi əsas ehtiyaclara çətinlik çəkmək imkanı və ya çatışmazlığı yoxsulluq kimi müəyyən edilə bilər. Ancaq bəzi inkişaf etmiş ölkələrdə yoxsulluq standartları dəyişikdir.
Kasıb (Urmiya)
Kasıb (fars. كاسب‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 281 nəfər yaşayır (49 ailə).
Kasıb innovasiyası
Kasıb innovasiyası və ya Kasıbyana innovasiya — ehtiyacın ödənilməsi üçün ən sadə və mümkün ən səmərəli yolla, minimum vasitələr istifadə etməklə həyata keçirilən innovativ addımları özündə birləşdirir. == Təsvir == Kasıbyana innovasiya prosesi hər hansı şəraitdə həll yolunun tapılması və işlərin həyata keçirilməsi zəncirində mürəkkəblikləri və xərcləri azaltmaq məqsədi daşıyır. Bu durumlarda innovatorun çox vaxt əlində az vasitə olur və o, problemləri "Piramidanın dibi"ndən başlamaqla həll etməyə çalışır. Hər hansı ayrı-seçkilik və lazımsız əlavələr olmadan ehtiyac olan şeyə dəqiq şəkildə cavab vermək üçün həll yolları maksimum saflaşdırılır. Tətbiq və reallaşdırma vasitələri yüngül, aydın və mümkün ən səmərəli şəkildə olmalıdır. Bu, bir tərəfdən xərcləri və qiymətləri azaltmağa xidmət edir, digər tərəfdən, təvazökar innovatorun sahib olduğu vasitələrin azlığından qaynaqlanır. Bu, istehlakçıların real ehtiyaclarını bilməyi və bu biliyə əsaslanıb innovasiya etməyi tələb edir. == Mənşəyi == Kasıbyana və ya sadə innovasiya hind konsepsiyası Jugaad`dan mənbə götürür. Jugaad konsepsiyası hesab edir ki, bu addım, ümumiyyətlə, çətin mühitlərdə atılır. Kasıbyana innovasiyanın ortaya çıxmasında həmçinin inkişafda olan ölkələrin (İOÖ) də böyük rolu var.
Katın qırğını
Katın qətliamı — 1940-cı ilin aprel və may ayları aralığında SSRİ Xalq Daxili İşlər Komissarlığına bağlı qüvvələr tərəfindən 22000 polyak zabit və ziyalısının kütləvi şəkildə qırılması hadisəsi. Qətliamın Kalinin, Xarkov və başqa şəhərlərdə yerləşən həbsxanalarda da törədilməsinə baxmayaraq aşkar edilən ilk kütləvi məzarlar Katın meşəsində olduğu üçün qətliam Katın adını almışdır. Qətliam SSRİ Xalq Daxili İşlər Komissarlığının rəhbəri Lavrenti Beriyanın əsir götürülən bütün polyak zabit və ziyalıların edam edilməsi təklifinin İosif Stalinin rəhbərliyindəki Sov.İKP MK Siyasi Bürosunun təsdiqləməsindən sonra başladı. Öldürülənlərin 8000 nəfəri Polşanın 1939-cu ildə işğalı vaxtı əsir götürülən zabitlər, 6000-i polis zabitləri, 8000 nəfəri isə SSRİ-nin kəşfiyyatçı, mülkədar, təxribatçı, fabrik sahibi, rahib və vəkil olaraq qəbul etdiyi polyak ziyalıları idi. Polşa ordusunun zabit qrupu və ziyalılar çoxmillətli idi və öldürülənlər arasında polyaklarla yanaşı, ukrayın, belarus və aralarında Polşa yəhudi icmasının baş ravvini olan Baruç Steynberqin də olduğu yəhudilər vardı. Nasist Almaniyası 1943-cü ilin aprel ayında Katın meşəsində kütləvi məzarların kəşf edilməsi ilə bağlı ictimaiyyətə açıqlama verdi. Polşanın Londonda yerləşən mühacir hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən tədqiqatın aparılmasını istədiyi vaxt Stalin onlarla diplomatik münasibətlərin kəsilməsi haqqında qərar qəbul etdi. SSRİ, kütləvi məzarlara görə nasistləri günahlandırdı və 1990-cı ilə qədər qırğınların SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən törədilməsi faktını inkar etdi, eləcə də rəsmi şəkildə üzr istəmədi. SSRİ Baş Prokurorluğu (1990–1991) və Rusiya Federasiyası (1991–2004) tərəfindən aparılmış təhqiqatların nəticəsində SSRİ-nin qırğınlarda məsuliyyət daşıdığını təsdiqləndi. Buna baxmayaraq, hadisələri müharibə cinayəti və kütləvi qətl olaraq qəbul etməkdən imtina etdi.
Akademiya
Akademiya — müəyyən sahə üzrə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsi; eramızdan əvvəl IV əsrdə qədim yunan filosofu Platon tərəfindən Afina şəhəri yaxınlığındakı bağlarda əsası qoyulmuş fəlsəfi məktəbin ilk adı. Bu məktəb yunan mifik qəhrəmanı Akademin şərəfinə salınmış bağda təsis olunmuşdur. Qədim Yunanıstanda idealist fəlsəfənin mərkəzi. Müasir dövrdə bir çox elmi-tədqiqat idarələri, tədris və incəsənət xarakteri daşıyan bir çox müəssisələr akademiya adlandırılır. == Ədəbiyyat == Əliquliyev R. M., Şükürlü S. F., Kazımova S. İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Akademizm
Akademizm (fr. académisme) və ya Akademik stil — Avropa incəsənət akademiyalarında formalaşdırılmış və geniş yayılmış peşəkar tədris metodu və bədii dizayn üslubudur. XVI əsrin ortalarında İtaliyada formalaşmağa başlayan bu üslub bir neçə yüz il ərzində bütün Avropada geniş yayılmış və kolonializm nəticəsində bir çox ölkələrin incəsənətinə ciddi təsir göstərmişdir, lakin bu terminlər qarışıq mənaya malikdirlər, çünki, sənətşünaslar bu terminlərə müxtəlif şəkildə yanaşmış, onun anlamını daraltmış və ya genişləndirmiş, bəzən isə tamamilə fərqli bir sahəyə aid etmişlər. Bəziləri üçün akademizm, 1648-ci ildə Şarl LeBrenin rəhbərliyi ilə yaradılmış Fransa Kral Rəssamlıq və Heykəltəraşlıq Akademiyasında pedaqoqların tədris etdiyi yüksək sistematiklik və iyerarxiya ehtiva edən üslubdur. Fransız rəssamlarının bu uğuru ətraf ölkələrə də təsir edərək barokko, neoklassisizm və qismən romantizmin formalaşmasına təsir göstərmişdir. Bəziləri, bu termini daha konkret işlədərək akademiyalarda və onların ətrafında formalaşan akademik incəsənətə və ya akademik stilə aid edirlər. Nəhayət üstünlük təşkil edən, əksər sənətşünaslar bu termini XIX əsrdə akademiyalarda təhsil almış sənətkarların formalaşdırdıqları incəsənət üslubuna aid edirlər. Lakin, bu mövqenin tərəfdarı olan sənətşünaslar əsasən təsviri sənətə akademik obrazların təsirinə diqqət yetirirlər. Akademiyalar orta əsr rəssam gildiyalarında çalışanlar üçün, fərdi yanaşma və orijinal yaradıcılıq baxışının əsasında dayanan ümumi sistem və nəzəriyyələrin formalaşdırılması üçün yaradılmışdı. Akademiyalarda sənətkarlar klassik ənənələr və onlarla birlikdə estetik və etik mənbələrin təbliği üçün yarışırdılar.