Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aşıq Pənah
Pənahov Əlipənah Ələsgər oğlu (12 dekabr 1926, Salyan, Salyan qəzası – 26 avqust 1978) — aşıq-şair, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1967). Azərbaycan Yazıçılar İttifaqının üzvü (1974). == Həyatı == Aşıq Pənah 12 dekabr 1926-cı ildə Salyanda doğulmuşdur. 26 avqust 1978-ci ildə vəfat etmişdir. == Xatirəsi == Salyanda adına bir küçə və bir məktəb var. Ev muzeyi fəaliyyət göstərir. 2007-ci ildə Eldar İsgəndərzadənin ssenarisi əsasında Vasif Məmmədzadə tərindən haqqında qısametrajlı sənədli-bədii televiziya filmi çəkilmişdir. Aşıq Pənah rolunda ustadın oğlu Taleh Pənahov çəkilib. == Yaradıcılığı == 1948-ci ildən aşıqlıq edib. Aşıq sazda 32 ənənəvi aşıq havasını ustalıqla ifa edirdi.
Gülxani Pənah
Gülxani Vaqif qızı Şükürova (Gülxani Pənah; 1 iyul 1958, Kərimli, Vartaşen rayonu) — şair, ədəbiyyatşünas, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996). == Həyatı == 1958-ci ilin iyul ayının 1-də Oğuz rayonun Kərimli kəndində qulluqçu ailəsində anadan olmuşdur. Oğuz rayonunun Kərimli kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, fərqlənmə ilə oranı bitirmişdir (1979–1985). 1975–76-cı illərdə "Azərnəşr"in mətbəəsində cilidləyici, 1976–77-ci illərdə "Natəvan" klubunda oxu zalının müdiri, 1977–81-ci illərdə MİB-də texnik, 1981–85-ci illərdə "Şirvanşahlar" sarayında muzey xidmətçisi vəzifələrdə çalışmışdır. G. Şükürova 1985–89-cu ildə Sumqayıt şəhər 49 saylı TPM-də, 1989–92-ci illərdə Sumqayıt şəhər 13 saylı orta məktəbdə, 1992–93-cü illərdə Xətai rayonu 63 saylı orta məktəbdə, 1993–99-cu illərdə 264 saylı "Müəllif" məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 2000–2004-cü illərdə Müstəqil Azərbaycan Universitetinin müəllimi, 2004-cü ildə AYB-də məsləhətçidir. 1974-cü ildən mətbuatda şeir, hekayə, poema və elmi-publisist yazılarla çıxış edir. Şeirləri müxtəlif illərdə çap olunmuş almanaxlara daxil edilmişdir. İyirmidən çox bədii, elmi, tənqidi, publisist kitabların müəllifidir.
Pənah Göyçə
Pənah Abdulla oğlu Qurbanov – Azərbaycanlı kimya elmləri doktoru, ixtiraçı, şair, sazbənd. 1940-cı il dekabrın 11-də Qərbi Azərbaycanın Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Əli Qurban Dastançının qardaşıdır. 1948-ci ildə ailəsi ilə Gəncəyə köçmüş, orada orta məktəbi və Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsini (1963) bitirmişdir. 1966-cı ildə indiki Azərbaycan Dövlət Neft Akademiyasının aspiranturasına daxil olmuşdur. Aspiranturanı bitirdikdən sonra 1995-ci ilə kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Kimya elmləri doktoru idi. 2011-ci ildə vəfat etmişdir. Pənah Göyçə, "Göyçə gözüm işığı" (şeirlər), Bakı, "Yazıçı", 1991. 200 səh.
Pənah Hüseyn
Pənah Çodar oğlu Hüseyn (28 oktyabr 1957, Sabirabad, Azərbaycan SSR) — azərbaycanlı siyasətçi, Azərbaycan Xalq Partiyasının sədri, Azərbaycan Milli Məclisinin III çağırış deputatı, Azərbaycan Respublikasının baş naziri (aprel–iyun 1993), Azərbaycan Respublikasının Dövlət katibi (1992 – 1993). Pənah Hüseyn 28 oktyabr 1957-ci ildə Sabirabad rayonunun Qaraqaşlı kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1980–1983-cü illərdə Sabirabad rayonunda kənd orta məktəbinin müəllimi, rayon tarix muzeyinin işçisi olmuşdur. 1986-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır. Rus və ingilis dillərini bilir. Evlidir, 3 övladı var. 1988–1991-ci illərdə azadlıq hərəkatında iştirak etmiş, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olmuşdur. 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət katibi, 1993-cü ilin aprel ayından iyun ayınadək Azərbaycan Respublikasının baş naziri vəzifəsində işləmişdir. 1997–2000-ci illərdə Azərbaycan MEA-nın Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi olmuşdur.
Pənah Hüseynov
Pənah Çodar oğlu Hüseyn (28 oktyabr 1957, Sabirabad, Azərbaycan SSR) — azərbaycanlı siyasətçi, Azərbaycan Xalq Partiyasının sədri, Azərbaycan Milli Məclisinin III çağırış deputatı, Azərbaycan Respublikasının baş naziri (aprel–iyun 1993), Azərbaycan Respublikasının Dövlət katibi (1992 – 1993). Pənah Hüseyn 28 oktyabr 1957-ci ildə Sabirabad rayonunun Qaraqaşlı kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1980–1983-cü illərdə Sabirabad rayonunda kənd orta məktəbinin müəllimi, rayon tarix muzeyinin işçisi olmuşdur. 1986-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır. Rus və ingilis dillərini bilir. Evlidir, 3 övladı var. 1988–1991-ci illərdə azadlıq hərəkatında iştirak etmiş, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olmuşdur. 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət katibi, 1993-cü ilin aprel ayından iyun ayınadək Azərbaycan Respublikasının baş naziri vəzifəsində işləmişdir. 1997–2000-ci illərdə Azərbaycan MEA-nın Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi olmuşdur.
Pənah Həsənov
Pənah Allahverdi oğlu Həsənov (9 may 1930, Böyük Gilanlar – 14 aprel 1992, Bakı) — Azərbaycan-sovet pambıqçısı, Sosialist Əməyi Qəhrəmanı (1971), Azərbaycan SSR pambıq ustası (1966), SSRİ Dövlət mükafatı laureatı (1980). Pənah Allahverdi oğlu Həsənov 9 may 1930-cu ildə anadan olmuşdur.14 aprel 1992-ci ildə vəfat etmişdir 1983-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Pənah Həsənov Vedi, İmişli rayonlarında kolxozçu olmuşdur. Pənah Həsənov SSRİ Ali Sovetinin (8–10-cu çağırış), Azərbaycan SSR Ali Sovetinin (11-ci çağırış) deputatı olmuşdur. Pənah Həsənov 1966-cı ildə Azərbaycan SSR pambıq ustası, 1971-ci ildə Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülmüşdür. 1980-ci ildə SSRİ Dövlət mükafatı laureatı olmuşdur. Pənah Həsənov 2 dəfə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni və Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif edilmişdir. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.
Pənah Mikayılov
Pənah Abduləli oğlu Mikayılov (10 may 1935, Qoşasu, Laçın rayonu – 1998, Sumqayıt) — şair, yazıçı, müəllim, Qabaqcıl maarif xadimi, Ali kateqoriyalı müəllim (1994). 10 may 1935-ci ildə Laçın rayonunun Qoşasu kəndində müəllim ailəsində anadan olmuşdur. 1953-cü ildə Laçın Pedaqoji Texnikumuna daxil olmuş və oranı 1955-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən Kəlbəcər rayonunun Kilsə kənd ibtidai məktəbində müəllim kimi fəaliyyətə başlamışdır. Sonra müəllimlik fəaliyyətini Laçın rayonunun Daşlı, Vəlibəyli, Narışlar və Qoşasu kənd məktəblərində davam etdirmişdir. Pənah Mikayılov 1966-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olmuş, 1972-ci ildə həmin universitetin filologiya fakültəsini müvəffəqiyyətlə bitirmişdir. Universiteti bitirdikdən sonra “Aşıq Şəmşirin həyat və yaradıcılığı” mövzusu üzərində işləmiş, lakin müxtəlif problemlər üzündən dissertasiya işini müdafiə edə bilməmişdir. Pənah Mikayılovun şeirləri müxtəlif qəzet və jurnallarda dərc edilmişdir. Laçının işğalından sonra Sumqayıtda məskunlaşmış, pedaqoji fəaliyyətini Laçın rayon 5 saylı orta məktəbində davam etdirmişdir. 45 illik səmərəli pedaqoji əmək fəaliyyəti olan Pənah Mikayılov müxtəlif “Fəxri Fərman”larla, Respubilkanın “Qabaqcıl maarif xadimi” fəxri adı ilə təltif edilmişdir.
Pənah Muradov
Muradov Pənah Zülfiqar oğlu — biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA-nın Mikrobiologiya İnstitutunun direktor müavini. Muradov Pənah Zülfiqar oğlu 01 oktyabr 1960-cı ildə Ağcabədi rayonunun Şahsevən kəndində anadan olub, 1967-77-ci illərdə orta məktəbdə təhsil almış, 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) biologiya fakültəsini bitirmişdir. P.Muradov 1990-cı ildə biologiya üzrə fəlsəfə doktoru və 2005-ci ildə biologiya üzrə elmlər doktoru elmi dərəcəsini, 1995-ci ildə dosent, 2011-ci ildə professor elmi adı alıbdır. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilibdir. P.Z.Muradov əmək fəaliyyətinə AMEA-nın Mikrobiologiya İnstitutunda baş laborant kimi başlamış, kiçik elmi işçi, əyani aspirant, elmi işçi, böyük elmi işçi, qrup rəhbəri, laboratoriya müdiri və şöbə müdiri vəzifələrində işləmişdir. 1995-ci ildən bu günə kimi isə elmi işlər üzrə direktor müavini vəzifəsində işləyir. Onun rəhbərliyi ilə biologiya üzrə 17 fəlsəfə, 1 elmlər doktoru hazırlanmışdır ki, onların arasında xarici ölkə vətəndaşları da yer alır. 2006-cı ildən Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın biologiya və aqrar elmləri üzrə ekspert komissiyasının üzvü seçilən P.Z.Muradov hazırda həmin komissiyanın sədr müavini, 2013-cü ildən AMEA-nın Aqrar elmlər bölməsinin büro üzvü, 2009-cu ildən Gürcüstan Mikrobioloqlar Cəmiyyətinin “Mikrobiologiya və biotexnologiya” və Moskva Dövlət Vilayət Universitetinin “MDVU-nun Xəbərləri, təbiət elmlər seriyası” jurnallarının redaksiya heyətinin üzvüdür. P.Z.Muradov mikrobiologiya elminin inkişafındakı xidmətlərinə görə iki dəfə AMEA-nın “Fəxri Fərmanına” layiq görülmüşdür. Evlidir, 3 övladı var.
Pənah Məmmədov
Pənah Qasımov
Qasımov Pənah (20 iyul 1881, Qarğabazar, Cəbrayıl qəzası – 15 iyul 1937, Bakı) — Azərbaycan maarif xadimi. Qori müəllimlər seminariyasını (1905) və Tiflis Müəllimlər İnstitutunu (1907) bitirmişdir. Lənkəranda (1907–1908) və Bakıda (1909-cu ildən) müəllimlik etmiş, ana dilində məktəblərin açılmasına çalışmışdır. Respublikada pedaqoji təhsilin təşkilində onun mühüm xidməti var. Darülmüəlliminin (1921–1928), Ali Pedaqoji İnstitut və Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunun direktoru (1929), Azərbaycan SSR xalq maarif komissarının müavini (1928) vəzifəsində çalışmış, Azərbaycan SSR Maarif İşçiləri Həmkarlar İttifaqının ilk sədri (1920–1928), "Maarif işçisi" jurnalının ilk redaktoru olmuşdur. Azərbaycan və Zaqafqaziya MİK-lərinin, Azərbaycan K(b)P MK və BK-nın üzvü seçilmişdir (1925–1927). Qasımov Pənah Ələkbər oğlu 1883-cü ildə Cəbrayıl qəzası Qarğabazar kəndində anadan olmuşdu. Qarğabazar kənd məktəbini bitirdikdən sonra 1901-ci ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminaryasının Azərbaycan şöbəsinə daxil olmuş, 1905-ci ildə oranı qurtarmış, təhsilini Tiflis Aleksandr Müəllimlər Institutunda təhsilini davam etdirmişdi. P.Qasımov 1907-ci ildə təhsilini başa vurduqdan sonra indiki Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində fəaliyyətə başlamışdı. Fəaliyyətinin ilk günlərindən o, xalqı avamlıq, gerilik və cəhalətdən çıxarmağı özünün ən müqəddəs borcu bilmiş, həyatını Azərbaycan xalqının rifahı və mariflənməsi uğrunda mübarizəyə bağlamışdır.
Pənah Qurbanov
Pənah Abdulla oğlu Qurbanov – Azərbaycanlı kimya elmləri doktoru, ixtiraçı, şair, sazbənd. 1940-cı il dekabrın 11-də Qərbi Azərbaycanın Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Əli Qurban Dastançının qardaşıdır. 1948-ci ildə ailəsi ilə Gəncəyə köçmüş, orada orta məktəbi və Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsini (1963) bitirmişdir. 1966-cı ildə indiki Azərbaycan Dövlət Neft Akademiyasının aspiranturasına daxil olmuşdur. Aspiranturanı bitirdikdən sonra 1995-ci ilə kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Kimya elmləri doktoru idi. 2011-ci ildə vəfat etmişdir. Pənah Göyçə, "Göyçə gözüm işığı" (şeirlər), Bakı, "Yazıçı", 1991. 200 səh.
Pənah Xəlilov
Pənah İmran oğlu Xəlilov (1 iyul 1925, Sadaxlı, Gürcüstan SSR[d] – 16 avqust 2019, Bakı) — ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1969), professor (1971). Pənah Xəlilov 1925-ci il iyulun 1-də Gürcüstanın Borçalı rayonunun Sadaxlı kəndində ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini kənddə almışdır. 1934-cü ildə ailəlikcə Gəncəyə köçdüklərindən M.Ə.Sabir adına 5 saylı şəhər orta məktəbində oxumuş, ADU-nun filologiya fakültəsini bitirib (1943-1948), orada Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı (1948-1951), sonra həmin kafedrada baş müəllim, dosent (1951-1969), SSRİ xalqları ədəbiyyatı tarixi kafedrasının müdiri (1969-1989) olmuşdur. 1948-ci ildən fəal ədəbi yaradıcılığa başlamışdır. Ədəbi tənqid, ədəbiyyatşünaslıq və bədii tərcümə ilə məşğul olmuşdur. Azərbaycan ədəbiyyatı və keçmiş SSRİ xalqları ədəbiyyatı sahəsində ixtisaslaşmışdır. "Azərbaycan sovet ədəbiyyatı tarixi" (üç cilddə) və "Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri" (rusca) kitablarının müəlliflərindən biridir. Azərbaycan yazıçılarının VI qurultayında idarə heyətinə seçilmişdir. 16 avqust 2019-cu ildə vəfat etmişdir.
Pənah xan
Pənahəli xan və ya Pənahəli xan Cavanşir (fars. پناهعل خان جوانشیر‎; 1693, Qarabağ – 1763, Şiraz) — Cavanşirlər sülaləsinə mənsub olan Qarabağ xanlığının qurucusu, ilk xanı, sərkərdə. 1748-ci ildə Nadir şahın ölümündən sonra Pənahəli xan Qarabağ xanlığını yaradır. Pənahəli xan xanlığı, var-dövlətini və özünü qorumaq üçün ilk olaraq müdafiə tədbirləri görür və Bayat qalasını tikdirdi. Özünə yaxın və sədaqətli adamlarını ətrafına toplayır. Güclü qoşun yığaraq ona itaət etməyənləri müxtəlif yollarla və vasitələrlə özünə tabe etdirdi. Xalqın hörmətini qazandı. Üç il sonra, 1751-ci ildə Tərnəkütdə Şah bulağı deyilən yerdə Şahbulaq qalasını inşa etdi və tədricən xanlığın ərazisini əlavə torpaqlar hesabına genişləndirdi. Azərbaycanda cərəyan edən hadisələr — feodal vuruşmalar göstərdi ki, Şahbulaq qalası da o qədər qüvvətli sığınacaq deyil, nisbətən qüvvətli düşmənin "qurbanı" ola bilər. Pənahəli xan Şuşa qalasını tikdirib xanlığın iqamətgahına çevirdi.
Aşıq Pənah Pənahov
Pənahov Əlipənah Ələsgər oğlu (12 dekabr 1926, Salyan, Salyan qəzası – 26 avqust 1978) — aşıq-şair, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1967). Azərbaycan Yazıçılar İttifaqının üzvü (1974). == Həyatı == Aşıq Pənah 12 dekabr 1926-cı ildə Salyanda doğulmuşdur. 26 avqust 1978-ci ildə vəfat etmişdir. == Xatirəsi == Salyanda adına bir küçə və bir məktəb var. Ev muzeyi fəaliyyət göstərir. 2007-ci ildə Eldar İsgəndərzadənin ssenarisi əsasında Vasif Məmmədzadə tərindən haqqında qısametrajlı sənədli-bədii televiziya filmi çəkilmişdir. Aşıq Pənah rolunda ustadın oğlu Taleh Pənahov çəkilib. == Yaradıcılığı == 1948-ci ildən aşıqlıq edib. Aşıq sazda 32 ənənəvi aşıq havasını ustalıqla ifa edirdi.
Molla Pənah Vaqif
Molla Pənah Vaqif (ilk adı: Pənah Mehdi ağa oğlu; 1717[…], Salahlı, Qarabağ bəylərbəyliyi, Səfəvilər – 1797[…], Şuşa) — XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri və Qarabağ türklərinin (azərbaycanlıların) mənəvi rəhbəri. Vaqif təxminən 1717-ci ildə Qazax mahalının Yuxarı Salahlı kəndində doğulmuşdur. Əsl adı Pənah, atasının adı Mehdi ağa, təxəllüsü Vaqifdir. Ziyalı bir şəxs olduğuna görə ona xalq arasında "Molla" titulu verilmiş və o, "Molla Pənah" ad ünvanı ilə tanınmışdır. Vaqif yüksək təhsil görmüş, doğma dilindən əlavə ərəb-fars dillərini, bir sıra dini və dünyəvi elmləri kifayət qədər mənimsəmişdir. Onun dərs aldığı müəllimlərdən dövrünün tanınmış alimlərindən olan Şəfi Əfəndinin adı məlumdur. Şairin həyatı təxminən 42 yaşına qədər Qazaxla bağlı olmuşdur. Vaqifin bədii irsi tam şəkildə indiki dövrə gəlib çatmamışdır, lakin əldə olunanlar şairin əsərlərinin mövzusu, ideya-məzmunu, bədii xüsusiyyətləri və s. barədə fikir söyləməyə imkan verir. Molla Pənah Vaqif Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərdəndir.
Pənah kəndi (Poldəşt)
Pənah kəndi (fars. پناه كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 248 nəfər yaşayır (69 ailə).
Pənah xan qəsri
Qarabağ xan sarayı və ya Pənahəli xan sarayı — Şuşa şəhərinin tarixi mərkəzində yerləşən və Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saraydır. Pənahəli xanın dövründə saray xanın iqamətgahı olmaqla yanaşı, həm də xan ailəsi ilə birlikdə bu sarayda yaşamışdır. Onun oğlu İbrahimxəlil xan ailəsi və əyanları ilə birlikdə Pənahəli xan sarayı yaxınlığında onunla eyni dövrdə inşa edilmiş İbrahimxəlil xan sarayında yaşamışdır. İbrahimxəlil xanın böyük oğlu Məhəmməd Həsən ağa Şuşa yaylasının cənub-şərqində sıldırım qayanın üstündə ucaldılmış Məhəmmədhəsən ağa sarayında yaşamışdır. Bu saraylardan başqa Şuşada xan ailəsi üzvlərinə məxsus Xan qızı Natəvanın sarayı və Qaraböyük xanım sarayı da vardır. Qarabağ xan sarayı adı müxtəlif mənbələrdə bu sarayların hər birinə aid edilsə də, Qarabağ xanlarının əsas siyasi iqamətgahı ilk Qarabağ xanı Pənahəli xanın saray-qəsri olmuşdur. Azərbaycanın feodal dövrü qala-şəhərləri üçün xan sarayının yerləşdiyi qəsrlər xarakterikdir. XVIII əsrin əvvəllərindən formalaşmağa başlayan kiçik feodal dövlətləri olan xanlıqların paytaxtı olan yeni şəhərlərin memarlıq-planlaşdırma baxımından dominantı olan bu qəsrlərdə hökmdar və onun ailəsinin yaşaması, təhlükəsizliyi və fəaliyyətini təmin etmək üçün saray kompleksi və digər köməkçi binalar yerləşirdi. XVI – XVIII əsrlərdə Azərbaycanda hökmdar qəsrləri İçəri qala, Bala qala və ya Ərk (məsələn Təbrizdə olduğu kimi) adlandırılırdı. Adətən feodal şəhərlərinin inşasına hökmdar qəsrinin inşasından başlanılırdı.
Pənah xanın imarəti
Pənahəli xan sarayı və ya Pənah xanın imarəti — Ağdam şəhərində yerləşən və birinci Qarabağ xanı Pənahəli xanın yay sarayı olmuş XVIII əsrə aid tarix-memarlıq abidəsidir. Pənahəli xanın Ağdamdakı sarayı, xan nəslinin ən birinci mülklərindən olmaqla iki binadan ibarətdir. Çox güman ki, ilkin çağında bu kompleksə daha çox bina daxil olmuşdur. Bu kompleks Pənahəli xanın 1738-ci ildə Xorasandan qayıdıb, Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilmişdir. Ağdam sarayı, bir-birinə perpendikulyar yerləşdirilmiş iki korpusdan ibarətdir. Əsas korpus, mərkəzi günbəzli zalın ətrafında qruplaşdırılmış tağtavanlı otaqlardan ibarətdir. Mərkəzi zalın qabağında cənuba istiqamətlənmiş geniş və dəbdəbəli eyvan yerləşir. Günbəzli zal divanxana xüsusiyyəti daşımış və Pənahəli xan burda qonaqlarını qəbul etmişdir. Saray yaxınlığında yerləşən İmarət qəbiristanlığında Qarabağ xan nəslinin bir çox nümayəndələri dəfn edilmişdir. Pənahəli xanın türbəsi və Xurşidbanu Natavanın qəbirüstü abidəsi də bu qəbiristanlıqda yerləşir.
Pənah xan Makinski
Pənah xan Makinski — məşhur Makinskilər ailəsinin üzvü, Maku xanları nəslinə mənsub İrəvan şəhərinin məşhur bəylərindən biri. O, İrəvan şəhər Dumasının deputatı, kollej müşaviri kimi vəzifələrdə çalışmış və şəhərdə xeyriyyəçiliklə məşğul olmuşdur. Maku xanı Əhməd xan oğlu Hüseyn xandan olma nəvəsi olan Əhməd xan Qacar imperiyasından Rusiya imperiyasına köç etmiş və İrəvan şəhərində məşkunlaşmışdır. Bundan sonra ailə həm də Makinskilər adlandırılmağa başlamışdır. Əhməd xanın oğlu Süleyman xan (1819–1862) Pənah xanın atasıdır. Beləliklə, Pənah xan mənşəcə Oğuzların Bayat tayfasına mənsub olmaqla birlikdə, Maku xanları ailəsinə mənsubdur. Pənah xan ibtidai təhsilini molla yanında almış, daha sonra şəhər məkttəbini və gimnaziyanı bitirmişdir. Bir qədər sonra İrəvan şəhər dumasındakı azsaylı müsəlman deputatlardan biri olmuşdur. İrəvan şəhərinin sosial həyatında aktiv rol oynamış, xeyriyyəçiliklə və maarifçiliklə məşğul olmuşdur. XX əsrin əvvəllərindən başlayaraq azərbaycanlı teatr həvəskarlarının İrəvan şəhərində tamaşalar üçün toplandıqları məkanlardan biri də Pənah xan Makinskinin evi olmuşdur.
Allaha şükür (film, 2009)
Aşıq Pənah (film, 2007)
Molla Pənah Vaqif (1990)
Tədris filmi Azərbaycanın böyük şairi, dövlət xadimi Molla Pənah Vaqifə həsr olunmuşdur. Filmdə Vaqifin anadan olduğu Qazax bölgəsinin Salahlı kəndi, şairin həyat və yaradıcılığı öz əksini tapmışdır. Film Azərbaycan Xalq Təhsili Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Araz Dadaşzadə Operator: Sədrəddin İsmayılov Səs operatoru: Şamil Kərimov Azərbaycan Xalq Təhsili Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Molla Pənah Vaqifin büstü
Molla Pənah Vaqifin büstü ― XVIII əsrdə yaşamış Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim Molla Pənah Vaqifin şərəfinə qoyulmuş büst. Büst 1992-ci ildə Şuşa işğal edildikdən sonra dağıdılıb. 7 noyabr 2020-ci ildə Şuşa şəhəri işğalçılardan azad edildikdən sonra abidə 2021-ci ildə Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən bərpa edilib. Molla Pənah Vaqifin büstü 1957-ci ildə heykəltaraş Həyat Abdullayeva tərəfindən tuncdan hazırlanaraq Şuşa şəhərində qoyulub. Büst 1958-ci ildə Cıdır düzünün yaxınlığında yerləşən indiki Vaqif türbəsinin yerində qəbirüstü abidə kimi yerləşdirilib. Daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb. 1982-ci ildə Vaqif türbəsinin açılışından əvvəl büst və onun ətrafı təmir edilib, abidənin postamenti dəyişdirilib. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra şəhərdə yerləşən digər abidələr kimi Vaqifin büstü də vandalizmə məruz qalaraq dağıdılıb. 7 noyabr 2020-ci ildə Şuşa şəhəri işğalçılardan azad edildikdən sonra abidə Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən bərpa edilib və öz əvvəlki yerinə qaytarılıb. 29 avqust 2021-ci ildə Şuşa şəhərində Molla Pənah Vaqifin yeni büstünün açılışı olub.
Pənah xanın sarayı (Şuşa)
Bu saray Şuşa şəhərinin ilk böyük tikilisi sayılır. Əsası Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa qalasının ən hündür yerində, Pənahəli xan özünə saray inşa etdirmişdi. Hal-hazırda ermənilər bu möhtəşəm abidəni məhv etmişlər. Sarayın yalnız bəzi divarlarının xarabalığı müşahidə edilir. Şuşada inşa edilmiş səkkiz qəsrdən yalnız ikisi dövrümüzə çatmışdır ki, onlardan biri Pənahəli xanın qəsridir. Strateji və əlçatmaz nöqtədə inşa edilən Pənahəli xanın qəsrinin inşasına Şuşa qalasının inşası ilə eyni dövrdə başlanılmışdır.
Pənah xan Makinskinin evi
Pənah xan Makinskinin evi — İrəvan şəhərində mövcud olmuş məşhur evlərdən biri. Sovet hakimiyyəti dövründə dağıdılmış ev hal-hazırkı Nalbəndyan küçəsində yerləşirdi. Ev və ya imarət Makinskilər ailəsinə mənsub olan Pənah xan Makinski tərəfindən tikdirilmişdir. Pənah xan Makinskinin evi və ya imarəti İrəvandakı Xan sarayı üslubunda tikilmişdir. İmarət İrəvan şəhər Dumasının deputatı, kollej müşaviri Süleyman xanın oğlu Pənah xana məxsus yaşayış kompleksi onun adını daşıyan meydanda, Nalbandyan küçəsi-19 (keçmiş Ter-Qukasov küçəsi) ünvanında yerləşir. Kompleksə xanın ikimərtəbəli evi, mətbəx, anbar, ayrıca həyətlərdə nökərlər üçün birmərtəbəli ev və tövlələr daxil idi. İmarət İrəvanda dövlət tərəfi ndən qorunan memarlıq abidələri siyahısına salınmış, lakin 1960–1970-ci illərdə imarətin ətrafında tikilmiş yöntəmsiz obyektlərdən sonra tanınmaz hala düşmüş və baxımsızlıqdan yox olma həddinə çatmışdır. Pənah xan Makinskinin evinin yerləşdiyi ərazi isə son vaxtlaradək Pənah xan meydanı və yaxud Pənah xan bulvarı adlanırdı. XX əsrin əvvəllərindən başlayaraq azərbaycanlı teatr həvəskarlarının İrəvan şəhərində tamaşalar üçün toplandıqları məkanlardan biri də Pənah xan Makinskinin evi olmuşdur. Həmin tamaşaların arasında Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" (1901, 1903, 1904, 1905, 1906), Vasaq Mədətov Nəzminin "Qırt-qırt" (1900, 1903), "Tamahkarılq düşmən qazanır" (1903, 1905, 1906), Nəcəf bəy Vəzirovun "Hacı Qənbər" (1904, 1908), "Ev tərbiyəsinin bir şəkli" (1905, 1906, 1908), Rüstəm xanın "Əqdi biməhəbbət" (1906), Namiq Kamalın "Vətən" (1908), Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" (1909, 1910) pyesləri var idi.
Alaha
Alaha (ivr. ‏הלכה‏‎ Halakha, Halacha, Alaha; İvrit dilində "getmək" mənasındadır) — Yəhudi qanun sistemini təyin bir anlayışdır. Şifahi və yazılı köçürülən əmr və nəhyləri əhatə edən ümumi bir dini hüquq anlayışıdır. Təxminən olaraq Babil Talmudunun üçdə biri və Qüds Talmudu'nun da altıda birini Halaha təşkil edir. Alaha hüquq sisteminin bir çox hissəsi müasir hüquq sistemlərində də görülən vətəndaş hüquq və cinayət hüququ kimi hissələrdən ibarətdir. Alaha 613 əmrdən ibarətdir. Bunun 365'i qadağalardan müteşekkildir. Qaynağı Tora'dır.
Allah
Allah ( الله , romanlaşdırılmış : , , ar) — İbrahimi dinlərdə yeganə Tanrını bildirən ərəb sözüdür. Allah adı müsəlmanlardan başqa Yəmənli və bəzi Mizrahi ərəbdilli yəhudilərin, eləcə də Maltada yaşayan Roma Katolikləri, Yaxın Şərq semit xristianları, Aramilər, Maronitlər, Assuriyalılar və Keldanilər tərəfindən də istifadə olunur. İbrahimi dinlərin kitablarında Allah təcəssüm olunmuş yaradıcıdır. O, birinci şəxslə danışır və bəzən insanların qarşısına “insan obrazı” ilə çıxır. İslamda Allah Müntəkim (intiqam alan), Mütəkəbbirdir (El mütekabbir sözünün kökü kebir sözündəndir. Kebir hərfi mənada böyük deməkdir.), Sabur (çox səbirli), Cəlil (Cəlalət; 1/əzəmət, 2/qəzəb, qəzəb), Rəhim (çox mərhəmətli), Həlim (mülayim), Vədud (sevgili) kimi insani hissləri ifadə edən adlarla da tanınır. Xristianlıqda Allah ata, sufizmdə dost kimidir. Tanaxda da Yehova çox vaxt təcəssüm etdirilir. Allahı təsvir etmək üçün antropomorfik dilin istifadə edilib-edilməməsi yəhudi, xristian və islam düşüncə tarixində gərgin müzakirələrin mövzusu olmuşdur. İbrahimi dinlərin müqəddəs kitablarında antropomorfik nümunələr, həm də onu məxluqlara bənzəməkdən kənarlaşdıran ifadələr var.
Allah-Allah türbəsi
Bərdə türbəsi, Allah-Allah türbəsi və ya Nüşabə qalası — Bərdə şəhərində yerləşən tarixi memarlıq abidəsi. == Tarixi == XIV əsrdə Bərdədə iki qülləvari türbə tikilmişdir ki, onlardan biri müasir dövrə qədər qalmışdır. Elmi ədəbiyyata 1322-ci il tarixli Bərdə türbəsi adı ilə daxil olan abidənin nə vaxt və kim tərəfindən tikildiyi üstündəki kitabələrdən məlumdur. Bərdə türbəsi hələ XIX əsrdən tədqiqatçıların diqqətini cəlb etmişdir. 1848-ci ildə Bərdəni ziyarət etmiş məşhur şərqşünas Xanıkov abidənin üzərindəki kitabələri oxumuş və bu kitabələr daha sonra 1861-ci ildə Bərdədə olmuş akademik Dorn tərəfindən nəşr edilmişdir. Akademik Dorn eyni zamanda Bərdə türbəsinin təsvirini də nəşr etmişdir. Bərdə türbəsindəki bu kitabə Naxçıvan memarlarının hələ XIV əsrdə məsul binaları tikmək üçün başqa şəhərlərə də dəvət edildiyini göstərməklə, Naxçıvan memarlıq məktəbi ənənələrinin davam etdiyini təsdiqləyən son dərəcə qiymətli bir sənət nümunəsidir. == Memarlıq xüsusiyyətləri == Bərdə türbəsi qülləvari türbələrə xas quruluşda olub, yeraltı və yerüstü hissədən ibarətdir. Türbənin yeraltı hissəsi xaçvari şəkildə olub, abidənin sərdabə hissəsini, yəni cənazənin dəfn edildiyi hissəni təşkil edir. Türbənin bu hissəsi vaxtilə günbəzlə örtülü olmuş və içərisi kaşıdan quraşdırılma ornamentlərlə bəzədilmişdir.
Allahu əkbər
Təkbir, (ərəb. الله أكبر‎ — oxunuşu: Əllahu əkbər — Allah vəsfə gələcək hər şeydən böyükdür.) şəklində ifadə edilən İslam anlayışı. Allahın hər şeydən üstün, uca və ulu olduğunu ifadə edir.
Min (allah)
Min - Qədim Misir mifologiyasına görə məhsuldarlıq allahı.
Bəhailikdə Allah
Bəhailikdə Allah anlayışı monoteistikdir. Allah əbədidir, yaradılmamışdır və bütün mövcudatın mənbəyidir. O, şüurludur, dərkedilməzdir, əlçatmazdır, bütün vəhylərin qaynağıdır, əzəli və əbədidir, hər şeyi bilən, hər yeri əhatə edən və qüdrətlidir. İnsan idrakının fövqünə və birbaşa çıxış mümkün olmayan olsa da, Allah sifətləri bütün varlıq dünyasında təzahür edir. Yaradılışın məqsədi isə, yaradanı tanımaq və ona sevgi bəsləməkdir. Allah öz iradə və məqsədini, məzhərlər adlanan şəxslər vasitəsilə bəşəriyyətə çatdırır, o kəslər ki, peyğəmbərlər və elçilərdirlər və tarixin əvvəlindən indiyə kimi öz dinlərini açıqlamaqla bunu həyata keçirirlər. == Allah == Bəhai təliminə görə Allah təkdir və onun mahiyyəti fiziki dünya üçün tamamilə əlçatmazdır, odur ki, onun varlığı tamamilə dərkedilməzdir. Buna görə də, bütün tarix boyu insanlığın ortalığa çıxartdığı bütün Tanrı konsepsiyaları sırf insan ağlının təzahürüdür və Allahın mahiyyətini tamlıqla əks etdirmir. Allahın mahiyyəti dərkedilməz olsa da, insan Allahı onun məzhəri (peyğəmbəri) vasitəsilə tanıya bilər. Allahın məzhərləri ilahi sifətləri əks etdirirlər, onlar insanları hazırlayırlar ki, maddi həyat çərçivəsində öz ruhani aydınlanma məqsədinə yetişsinlər.
Pesah
Pesah (ivr. ‏פֶּסַח‏‎) — Misirdən çıxışın xatirəsinə həsr olunmuş əsas yəhudi bayramı. Bu, nisan ayının bahar ayının on dördüncü günündə başlayır və İsraildə 7, İsraildən kənarda isə 8 gün qeyd olunur. Karaitlər, Samariyalılar və qismən də Məsihçi yəhudilər tərəfindən də hörmətlə qarşılanır. Tövrat bu bayram zamanı yəhudilərə çörək və mayalı taxıl olan hər hansı digər yeməkləri (İbranicə חָמֵץ hametz — "mayalı") yeməyi qadağan edir. Həmçinin, Tövrat (Pentateuch) bu günlərdə matzo (mayasız çörək) yeməyi əmr edir. Pesah, Sukkot və Şavuot ilə birlikdə üç "həcc bayramı"ndan biridir ("Şloşet ha-reqalim"). Bu bayramlarda Qüds məbədinin mövcud olduğu dövrdə yəhudilər Yerusəlimə qalxdılar. İsraildə Pesah bayramı 7 günlük tətildir, ilk və son günləri tam hüquqlu bayramlar və qeyri-iş günləridir. Aralıq günlərə chol ha-moed (həftəiçi tətillər) deyilir.
Aparat
Aparat (lat. apparatur – avadanlıq) 1)cihaz, texniki qurğu, alət, tərtibat; 2)idarə orqanlarının məcmusu; 3)hər hansı təşkilatın və ya birliyin işçilərinin hamısı – bütün işçiləri: idarə, müəssisə və ya təşkilatın ifrat tərkibi; 4)tədqiqat üzrə əlavə məlumat; 5)hər hansı bir idarəetmə və yaxud təsərrüfat sahəsinə xidmət edən bir və ya bir neçə müəssisə; 6)müəssisənin ştat tərkibi; 7)elmi əsərə, seçilmiş əsərlərə əlavə edilən qeydlər, göstəricilər və digər köməkçi məlumatlar; 8)tədqiqat üsulu, metodu; 9)idarə və ya təsərrüfatın müəyyən sahəsində xidmət edən müəssisələrin məcmusu; Məsələn, dövlət aparatı, bir idarənin və ya təşkilatın bütün işçiləri, ştatı. == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Barmaq
Barmaqlar — Dördayaqlı onurğalıların ətraflarının sonunda yerləşən və əsasən lamisə eləcə də manipulyasiya zamanı (xüsusilə primatlarda) istifadə olunan bədən üzvü. Quşlarda ön ətraf barmaqları qanadların karkasınının bir hissəsini, yarasalarda isə əsas hissəsini təşkil edir.
Pardaq
Pardaqlama metalların və süni materialların mexaniki emal olunmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün pardaqlama materiallarından istifadə olunur. Buraya dairə formasında olan pardaq dairələrini, pastaları və qranulat şəklində olan abraziv materialları misal çəkmək olar. Proses zamanı alətdə olan hər bir kiçik dənəcik materialla kontakta girərək kiçicik yonqarlar çıxarırlar. Pardaqlama pardaq dəzgahlarında yerinə yetilrir. Pardaqlanan səthlər başqalarına görə daha dəqiq olur. Bu üsulla bərk materialları belə asanlıqla emal etmək olur. Səthlərin təmizliyi və dalğavarililiyi Rz= 1-3μm həddində yerləşir. Müasir incə pardaqlama üsulları ilə cilamaya bərabər ən təmiz səthlərin alınması mümkün olmuşdur. Pardaqlamanın cilalamadan həm də üstün cəhəti ondan ibarətdir ki, burada daha çox material qatı çıxarmaq mümkündür.
Parma
Parma — İtaliyada Emilia-Romagna regionunda olan və eyni adı daşıyan Parma Rayonu mərkəzi olan bir şəhərdir. Parmanın Etrüsk mənşəli adı antik Romalılar tərəfindən də istifadə edilmiş və Roma ordularının istifadə etdiyi yumru qalxanlar da Parma olaraq anılmışlardır. Parma şəhərinin ortasında Parma Çayı adlı bir axar su keçir. Hal-hazırda Parma şəhəri jambonu (Prosciutto di Parma), xüsusi "Parmesan" pendiri (Parmıgiano-Reggiano), şəhərin çox gözəl və dəyişik arxitekturası və şəhərin ətrafındakı çöl sahənin gözəlliyi ilə tanınmışdır. Parmadan olan Parma Universiteti Avropanın ən köhnə universitetlərindən biridir.