Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eynulla Ağayev
Ağayev Eynulla Xankişi oğlu – nasir, 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Eynulla Ağayev 1907-ci il dekabrın 31-də Bakının Ramana kəndində, neftçi ailəsində doğulmuşdur. İbtidai təhsilini kənd məktəbində almışdır. 1926-cı ildə Sabir adına 23 saylı ikinci dərəcəli məktəbdə təhsilini davam etdirmişdir. Hərbi xidmət illərində Nuxa və Dağlıq Qarabağda cinayətkarlara qarşı mübarizədə iştirak etmişdir. Sonra Suraxanı neft mədənlərində fəhləlik etmişdir. Hələ orta məktəbdə oxuduğu vaxtdan ədəbiyyata güclü meyl göstərirdi. İlk şerlərini, məqalə və qeydlərini "Gənc işçi", "Kommunist", "Yeni yol" qəzeti redaksiyalarına göndərirdi. İlk hekayəsi "Balıqçı Kamil" 1928-ci ildə Tiflisdə buraxılan "Qızıl şəfəq" jurnalının 12-ci sayında çap olunmuşdur. Bundan sonra o ədəbi dərnəklərdə müntəzəm iştirak etmiş, 1931-ci ilin noyabnnda "Kommunist" qəzetinin partiya şöbəsinə ədəbi işçi qəbul olunmuşdur.
Eynulla Cəbrayılov
Eynulla Eynulla oğlu Cəbrayılov (8 aprel 1935–14 sentyabr 1992) — xanəndə. == Həyatı == E.Cəbrayılov 1952-ci ildən ömrünün sonuna kimi Kürdəmir rayonu Mədəniyyət İdarəsində çalışmış, eyni zamanda, respublikanın musiqi həyatında yaxından iştirak etmişdir. 1956 və 1957-ci illərdə Azərbaycan gənclərinin birinci və ikinci festivallarının laureatı olmuşdur. == Yaradıcılığı == Şirvan musiqi mühitində yetişən Eynulla Cəbrayılov bu bölgənin ustad sənətkarlarının ənənələrindən bəhrələnir, muğam və aşıq sənətinin sirlərinə yiyələnir. O, ifaçılığında bu iki sənətin xüsusiyyətlərini qovuşdurmağa nail olur. Gənc yaşlarından peşəkar xanəndə kimi respublikada tanınan E.Cəbrayılovun Aşıq Şakir və nəfəs alətləri ifaçısı Həsrət Hüseynovla birgə çıxışları xüsusilə əlamətdar olmuşdur. E.Cəbrayılov aşıq havalarını ("Nazlana-nazlana", "Bala nərgiz", "Kimə yalvarım" və s.) böyük şövqlə oxuyan xanəndə kimi məşhurlaşmışdır. Bu havalar bu gün xanəndələrin repertuarında kök salmışdır. E.Cəbrayılov geniş diapazonlu, rəngarəng tembrli güclü səsə malik xanəndə olmuşdur. Onun ifasında "Rast", "Segah-Zabul", "Mirzə Hüseyn Segahı", "Çahargah" və başqa muğamlar AzRT Fondunda saxlanılır.
Eynulla Fətullayev
Fətullayev Eynulla Emin oğlu (25 sentyabr 1976, Bakı) — tanınmış azərbaycanlı jurnalist, "haqqın.az" və "virtualaz.org" saytlarının baş redaktoru,"Gündəlik Azərbaycan" qəzetinin (2005–2007) baş redaktoru. Tənqidi yazılarına görə Azərbaycan hökuməti tərəfindən təqib olunmuşdur. Azərbaycan Respublikasının əməkdar jurnalisti. == Həyatı == Eynulla Fətullayev 1976-cı il sentyabrın 25-də Bakıda anadan olub. Jurnalistikaya gənc sosial demokrat, "İstiqlal" qəzetinin yazarı kimi gəlmişdir. 1990-cı illərin ortalarında Yeni Azərbaycan Partiyasına üzv olub, bir müddət əmək və əhalinin sosial müdafiəsi nazirinin köməkçisi işləyib. YAP-dan istefa verəndən sonra müstəqil yazarlığa başlayıb. Azərbaycan Silahlı Qüvvələrində xidmət edənədək bir müddət ANS televiziyasında analitik proqramların aparıcısı olan E. Fətullayev sonradan Elmar Hüseynovun nəşr etdiyi "Monitor" jurnalında çalışıb. 2005-ci ildə E. Hüseynovun qətlindən sonra "Monitor" bağlananda E. Fətullayev "Realnı Azerbaydjan", "Gündəlik Azərbaycan" qəzetlərini və "Azerbaydjan v mire" jurnallarını yaradıb. 2006-cı ilin oktyabrında o, davamlı təzyiqləri əsas gətirərək nəşrlərini bağladığını elan edib.
Eynulla Lətifov
Eynulla Mədətli
Eynulla Mədətli (tam adı: Eynulla Yadulla oğlu Mədətli; 18 aprel 1954, Naxçıvan) — 1990–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı. Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərində Baş konsulu və Azərbaycan səfirliyinin müşaviri (Tehran,1996–2001). Azərbaycan Xarici İşlər Nazirliyinin müşaviri (2001–2002). Azərbaycanın Pakistan İslam Respublikasında və Əfqanıstanda (iqamətqahı İslamabad olmaqla) Fövqəladə və Səlahiyyətli səfiri (2002–2010). Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri (2010–2015). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda aparıcı elmi işçi (2016–2017), 2017-ci ildən Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru. == Həyatı == == Elmi əsərlər == Azərbaycan həqiqətləri İran tarixşünaslığında. Bakı, 2011, XX əsrin əvvəllərində Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında. Bakı, 2017, İranda Azərbaycan tarixi məsələləri. Bakı, 2020, Bir millət-iki dövlət: fəlsəfi-tarixi təhlili.
Eynulla Əliyev
Eynulla Əliyev (tam adı: Əliyev Eynulla Dadaş oğlu; d. 1937, Bilgəh, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 2001, Özbəkistan) — Azərbaycan əsilli Özbəkistan rəssamı və heykəltaraşı. == Həyatı == Eynulla Əliyev 1937-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərinin Bilgəh kəndində anadan olmuşdur. Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində oxumuş, xalq rəssamı Tokay Məmmədovun sinfində təhsil almışdır. Daha sonra Daşkəndə getmiş və ali təhsilini 1960-1966-cı illərdə A.N.Ostrovski adına Daşkənd Teatr İncəsənəti İnstitutunda almış, Heykəltaraşlıq fakültəsini bitirmişdir. Təyinatla Səmərqənd şəhərində işləməyə göndərilmiş, ömrünün sonunadək burada yaşamış və yaratmışdır. 2001-ci ildə Özbəkistan Respublikasında vəfat etmişdir. == Yaradıcılığı == Eynulla Əliyev Özbəkistanda keçirilmiş bir sıra sərgilərdə fəal iştirak emiş, 1968-ci ildə Özbəkistan Rəssamlar İttifaqının üzvü, 1969-cu ildə isə Özbəkistan Rəssamlar İttifaqının Səmərqənd filialının sədri seçilmiş və 1986-cı ilə qədər ona rəhbərlik etmişdir. Heykəltaraş Eynulla Əliyev daş, mis, bürünc və ağacdan bir sıra unikal heykəllər yaratmışdır.
Eynullahkəndi (Meşkinşəhr)
Eynullahkəndi (fars. عين الله كندي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 161 nəfər yaşayır (29 ailə).
Kamil Eynullayev
Kamil Müzəffər oğlu Eynullayev (12 dekabr 1932, Bakı – 1 may 1988, Bakı) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu. == Həyatı == Kamil Eynullayev 12 dekabr 1932-ci ildə Bakı şəhərində 6 uşaqlı ailədə anadan olmuşdur. Onu "Neftyanik"də köməkçi məşqçi işləyən İsay Abramaşvili kəşf edib. Yüksək sürətə və yaxşı zərbələrə sahib olan Kamil, 1957-ci ildə "Neftyanik"in əsas heyətinə götürülüb. Həmin mövsüm çempionatın B qrupunda 24 oyun keçirib, 4 qol vurub. Növbəti mövsümü Moskvanın "Lokomotiv" komandasında keçirən futbolçu, A qrupunda 6 oyun, SSRi Kubokunda isə 2 oyun keçirib. 1959-cu ildə, bir illik aradan sonra yenidən "Neftyanik"ə qayıdıb. 1959-1962-ci illər aralığında Bakı təmsilçisinin heyətində 90 oyun keçirib, 9 qol vurub. Kamil futbolçu karyerasını 1964-cü ildə Riqanın "Dauqava RVZ" komandasında başa vurub. Şəkər xəstəliyindən əziyyət çəkən Kamil Eynullayev, 1 may 1988-ci ildə Bakı şəhərində dünyasını dəyişib.
Mətin Eynullayev
Mətin Balasən oğlu Eynullayev (22 mart 1975, Bakı) – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi (06 may 2021-ci il tarixindən), Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri (19 avqust, 2020-ci ildən), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini və Xidmətin rəisi səlahiyyətlərinin icraçısı (13 may, 2020-ci il tarixindən), Azərbaycan Respublikasının vergilər nazirinin müavini (2018–2020), 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (27 dekabr 2018), Azərbaycan Respublikasının təhsil nazirinin müavini (2017–2018), Azərbaycan Respublikasının Təhsil Nazirliyinin aparat rəhbəri (2013–2017) Mətin Eynullayev 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olub. Evlidir, 2 övladı var. 1992–1997-ci illər – Bakı Dövlət Universitetində təhsil alıb və hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1998–2002-ci illər – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas vəzifəsində çalışıb. 2002–2007-ci illər – Özəl sektorda çalışıb. 2007–2009-cu illər – Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb. 2009 – 2013-cü illər – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifəsində çalışıb. 2013 – 2017-ci illər – Azərbaycan Respublikası Təhsil Nazirliyində Aparat rəhbərinin müavini, Aparat rəhbəri vəzifəsində çalışıb. 11 yanvar 2017-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. 17 yanvar 2018-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.
Nadir Eynullayev
Nadir Müzəffər oğlu Eynullayev (20 sentyabr 1942, Bakı – 1993, Bakı) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu. Nadir Eynullayev 20 sentyabr 1942-ci ildə Bakı şəhərində 6 uşaqlı ailədə anadan olub. Futbolçu karyerasını 1961-ci ildə "Neftyanik"də başlayıb. 1966 mövsümündə "Neftyanik"in heyətində A qrupunda bürünc medal qazanıb. 1967-ci ili "Şaxtyor Qarağandı"da, 1968-ci ili isə "Dinamo Kirovabad"da keçirib. Peşəkar karyerasını 1972-ci ildə "Neftçi"də başa vurub. Nadir Eynullayev 9 iyun 1965-ci ildə Bakıda gənclərdən ibarət Polşa yığmasına qarşı keçirilmiş yoldaşlıq oyununda gənclərdən ibarət SSRİ yığmasının heyətində debüt edib. O, görüşün ikinci hissənin əvvəlində Viktor Zabrodinin əvəzinə meydançaya daxil olub. Oyun SSRİ yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Nadir Eynullayev futbolçu Kamil Eynullayevin qardaşı, şahmatçı Tatyana Zatulovskayanın isə bibisi oğludur.
Oqtay Eynullayev
Rövşən Eynullayev
Sənan Eynullayev
Sənan Eynullayev 1956-cı ildə Bakıda anadan olan rəssam-heykəltaraş Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və İncəsənət Universitetini bitirib. O, 1992-ci ildən bəri İstanbulda yaşayır. Türkiyədə çalışan azərbaycanlı rəssam və heykəltaraş Sənan Eynullayev Türkiyənin dövlət adamları və siyasətçilərinin bal mumundan heykəllərini hazırlayıb. Heykəlləri hazırlanan siyasətçi və dövlət adamları arasında Baş nazir Rəcəb Tayyib Ərdoğan, İstanbul valisi Müəmmər Gülər, İstanbul əmniyyət müdiri (baş polis idarəsinin rəisi) Cəlaləddin Cərrah və başqaları var. Bal mumundan olan heykəllər İstanbul Əmniyyət Müdirliyinin şəhərin Mərtər səmtindəki Polis Mərkəzində nümayiş etdiriləcək. Türkiyədə buraxılan 2008-ci il təqvim-kataloquna azərbaycanlı rəssam Sənan Eynullayevin son illərdə çəkdiyi yağlı boya əsərləri də daxil edilib. Təqvim-kataloqun əsas sponsoru "Azərbaycan Hava Yolları" Dövlət Konserni, sifarişçiləri isə "Sontek inşaat", "Hamle petrol" şirkətləri və "APA Uniprint" nəşriyyatıdır. S. Eynullayev iri həcmli kitabının çapa hazırlandığını da bildirib: "Bir çox firma kitabımın çapına sponsorluq etmək üçün mənə müraciət etsə də, üstünlük kataloq-təqvimə sponsorluq etmiş şirkətlərə veriləcək". İstanbulun Əsənyurd bələdiyyəsinin "Türk böyükləri" mövzusunda heykəllər ucaldıllması üçün elan etdiyi tenderdə azərbaycanlı rəssam-heykəltaraş Sənan Eynullayev qalib gəlib.
Sənətulla Eynullayev
Eynullayev Sənətulla İbrahim oğlu (1881, Simbirsk quberniyasının Buin qəzası, Əski Yukal k., - ?, Bakı) - mətbuat xadimi, naşir, redaktor, publisist. Ev təhsili almış, orduda xidmət etmişdir. Yaradıcılığa Simbirskdə başlamış, 20 əsrin 10-cu illərində Bakıya köçərək, "Məlumat" (1911), "Yeni İrşad" (1911-12) qəzetlərinin redaksiyalarında işləmiş, "Səda" (1909-11), "Açıq söz" (1915-18) və s. qəzetlərdə məqalələr dərc etdirmişdir. Müstəqil jurnalistlik fəaliyyəti göstərmiş, 1912 il martın 6-da "İqbal" gündəlik qəzetinin nəşrinə başlamışdır. Qəzetin 459 nömrəsi çıxandan sonra hərbi qulluğa çağırılmış, naşirlik və mühərrirlik hüququnu Seyid Hüseynə vermişdir. Ordudan tərxis olunduqdan sonra Məhəmməd Əmin Rəsulzadə ilə "İqbal", "Yeni iqbal" və "Açıq söz" qəzetlərində işləmiş və gündəlik redaktor vəzifəsini icra etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə "Azərbaycan" qəzetinin redaksiyasında işləmiş, qəzetin aparıcı müəlliflərindən biri olmuşdur. Əsasən publisistika sahəsində çalışmışdır. İmperialist ölkələrinin Balkan yarımadasında törətdikləri müharibələrin, Asiya və Afrika ölkələrini iqtisadi və siyasi asılılıqda saxlamaq cəhdinin, çarizmin köçürmə siyasətinin tənqidi, müsəlmanların iqtisadi və mədəni dirçəlişinin, ana dili, ədəbiyyat və maarifinin inkişafı uğrunda mübarizə Sənətulla Eynullayevin publisistik məqalələrinin əsas mövzuları idi.
Roza Eynula
Roza Kamal qızı Eynula və ya Eynullayeva (doğ. 10 sentyabr 1987, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan əsilli Cənubi Koreya şahmatçısı. Qadınlar arasında FİDE ustası. Roza Eynula 10 sentyabr 1987-ci ildə Bakı şəhərində anadan olub. 14 yaşlı qızlar arasında Azərbaycan çempionudur. 1998-2000-ci illər aralığında qızlardan ibarət Azərbaycan yığmasının üzvü olub. Sonralar ABŞ-yə köçüb və bu ölkəni təmsil etməyə başlayıb. 16 yaşında olarkən 21 yaşlı qızlar arasında ABŞ çempionu olub. Hazırda Cənubi Koreyada yaşayır və bu ölkəni təmsil edir. 2018-ci ildə Gürcüstanın Batumi şəhərində keçirilmiş 43-cü Ümumdünya Şahmat Olimpiadasında qadınlardan ibarət Cənubi Koreya yığmasının heyətində ikinci lövhədə çıxış edib.
Eynallı
Eynallı — Azərbaycan Respublikasının Ağstafa rayonunun Eynallı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Ağstafa rayonunun Eynallı kəndi Köçəsgər kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Eynallı kənd Soveti yaradılmışdır.
Eynallı bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Eynmolla (Soyuqbulaq)
Eynmolla (fars. عين ملا‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 39 nəfər yaşayır (5 ailə).
Feyzulla (Baymak)
Feyzulla (başq. Фәйзулла, rus. Файзуллино) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Tatlıbay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 14 km, kənd sovetliyindən (Tatlıbay): 24 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 17 km.
Feyzulla Qasımzadə
Feyzulla Səməd oğlu Qasımzadə (22 fevral 1898, Mərdəkan, Bakı qəzası – 29 mart 1976, Bakı) — ədəbiyyatşünas, pedaqoq, Azərbaycan EA-nın həqiqi üzvü (akademik), filologiya elmləri doktoru (1955), professor (1957), Azərbaycanın Əməkdar elm xadimi (1958) və Əməkdar müəllimi (1943). == Həyatı == Feyzulla Səməd oğlu Qasımzadə 22 fevral 1898-ci ildə Bakının Mərdəkan kəndində anadan olmuşdur. Ali təhsilini əvvəlcə 1923-1925-ci illərdə Azərbaycan Pedaqoji Unistitutunda, daha sonra 1926-1929-cu illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində almışdır. 1929-1931-ci illərdə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun aspirantı olmuşdur. == Əmək fəaliyyəti == Feyzulla Qasımzadə əmək fəaliyyətinə 1916-cı ildən Abşeron kəndlərində və Bakı şəhərinin məktəblərində müəllimliklə başlamışdır. O, 1928-1929-cu illərdə Bakı Pedaqoji Texnikumunda 1929-1931-ci illərdə APİ-də müəllim kimi fəaliyyət göstərmişdir. 1931-1938-ci illərdə Xalq Maarif Komissarlığında metodist-təlimatçı vəzifəsində çalışmışdır. Feyzulla Qasımzadə SSRİ EA Azər­bay­can Filialı­nın Dil və Ədə­biy­yat İns­titutunda baş elmi işçi, Azərbaycan Pe­daqoji İnstitu­tunda do­sent, kafedra müdiri, Bakı Dövlət Universitetində kafedra mü­di­ri, 1959-cu ildə Azərbaycan Pedaqoji İnstitu­tun­da Ədəbiyyat ka­fed­ra­­sının müdiri kimi fəaliyyət göstərmişdir. == Elmi fəaliyyəti == Azərbaycan ziyalılarının böyük bir ordusunun müəllimi olmuş, bir neçə nəsil onun dərslikləri ilə təhsil almışdır. Feyzulla Qasımzadə ədə­biy­­yat tarixçisi kimi tanı­nan ilk alim­lə­rdən biri olmuşdur.
Feyzulla Quliyev
Feyzulla Ağasəfər oğlu Quliyev (2 fevral 1940, Arbatan (Salyan), Salyan rayonu – 7 avqust 2023) — Azərbaycan Respublikasının əməkdar memarı.[mənbə göstərin] == Həyatı == Feyzulla Quliyev 2 fevral 1940-cı ildə Salyan rayonunun Arbatan kəndində anadan olmuşdur. Çingiz İldırım adına Azərbaycan Politexnik İnsitutunun memarlıq fakultəsini bitirmişdir. Beş ilə yaxın Kazaxıstanda memar kimi fəaliyyət göstərmişdir. Bu müddət ətzində Qaraqanda vilayətində Abay, Şaxtnski və Saran şəhərlərinin master planlarını hazırlamış, Qaraqanqa şəhərinin bir sıra yaşayış rayonlarının müfəssəl planlarının, o cümlədən bağlı buz örtüklü idman qurğusunun, pioner və məktəblilər sarayı kimi layihələrin müəllifi olmuşdur. Uzun müddət Bakı Dövlət Layihə İnstitutunda məsul vəzifədə fəaliyyət göstərmişdir. SSRİ dövründə tərtib edilmiş Bakı şəhəri Baş Planının yeganə azərbaycanlı müəllifidir. Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 2007-ci il 2485 №-li sərəncamı ilə ona Azərbaycanda memarlığın inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar memarı" fəxri adı verilmişdir. Hazırda Dünya Bankının dəstəyi ilə həyata keçirilən Böyük Bakının regional inkişaf planının hazırlanmasında şəhərsalma üzrə məsləhətçidir. Həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosentidir. == Ailəsi == Ailəlidir.
Feyzulla Əliquluzadə
[mənbə göstərin] Feyzulla Əliquluzadə — Azərbaycan şairi, "Azərbaycan" qəzetinin ilk naşiri və redaktoru. == Həyatı == 1891-ci ildə Şuşa şəhərində anadan olub. İbtidai təhsilini mollaxanada alıb. Daha sonra Şuşa Real məktəbi bitirib. Bir müddət müəllimliklə məşğul olub. Rusiya İmperiyası dağıldıqdan sonra, ilk "Azərbaycan" adlı qəzetin naşiri və redaktoru olmuşdur.
Qeybulla Qeybullayev
Qeybulla Ramazan oğlu Qeybullayev (9 may 1945, Katex, Balakən rayonu – 2 mart 2012, Türkiyə) — professor, elm və ictimai xadim; Türkiyə Cümhuriyyəti Baş Nazirinin Avrasiya məsələləri üzrə müşaviri. Qeybulla Qeybullayev 9 may 1945-ci ildə Balakən rayonunun Katex kəndində dünyaya gəlmişdir. 1963-cü idə Katex kənd orta məktəbini qızıl medalla bitirmişdir. 1968-ci ildə Politexnik İnstitutunun İnşaat fakultəsini fərqlənmə ilə bitirmiş, sonra Dövlət Layihə İnstitutunda mühəndis-konstruktor vəzifəsində çalışmışdır. 1971-ci ildə Moskva İnşaat Fizikası İnstitutunun aspiranturasında dissertasiyasa müdafiə edərək texnika elmləri namizədi adı almışdır. 1974-cü ildə Azərbaycana qayıtmış, Azərbaycan Dövlət İnşaat və Memarlıq Komitəsində şöbə müdiri işləmişdir. 1980–1984-cü illərdə nazir müşaviri vəsifəsində çalışmışdır. 1984–1992-ci illərdə Azərbaycan Tikinti və Memarlıq Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1989-cu ildə Azərbaycan EA-nın İqtisad İnstitutunda elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. Eyni zamanda Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru və kafedra müdiri vəzifələrində işləmişdir.
Qeybulla Rəsulov
Rəsulov Qeybulla İbadulla oğlu (18 mart 1922 – 11 sentyabr 1988) — dramaturq, Yazıçılar Birliyinin üzvü (1961). 1922-ci il martın 18-də Azərbaycanın Qax rayonunun İlisu kəndində anadan olmuşdur. İbtidai təhsili kənddə almış, yeddiillik məktəbi Qaxda bitirmiş, sonra Şəki feldşerlik məktəbində oxumuşdur (1935-1939). Ordu sıralarına çağırılmış, İkinci dünya müharibəsi dövrü bir müddət Sovet Ordusu tərkibində İranda olmuş (1942), sonra 402 və 416-cı atıcı diviziyalarında Hərbi feldşer işləmişdir Mozdok şəhərinin azad edilməsi uğrunda döyüşlərdə yaralanmışdır Ordudan tərxis olunandan sonra Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsil almışdır Sonra M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında ədəbi Hissə müdiri işləmişdir (1953-1955). Ədəbi fəaliyyətə "Qatar Bakıdan gəlir" birpərdəli pyeslə başlamış, xalq yaradıcılığı evi həmin pyesi ayrıca kitabça halında çap etmişdir (1955). Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində müxbir, redaktor (1955-1957), "Bakı" axşam qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1958-1965), M Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi Hissə müdiri işləmişdir (1965-ci ildən) Respublikada keçirilən ən yaxşı pyeslər müsabiqəsində dəfələrlə mükafata layiq görülmüşdür. "Əlvida, Hindistan", "Söz yarası", "Nəsillər", "Od parçası", "Gün aydın, əlahəzrət",, "Günəşlə oyananlar", "Şəhərli oğlan", "Molla Nəsrəddin zarafatı", "Dzerjinski koloniyası" pyesləri respublika dövlət dram teatrlarında səhnəyə qoyulmuşdur. Onun birpərdəli pyesləri, Habelə irihəcmli dramları özfəaliyyət dərnəklərində və xalq teatrlarında oynanmışdır. Eyni zamanda "Moskva", "Serebryannı bor", "Üç Gül", "Kranlar səslənir", "Büllur vaz", "Pırpız xanım", "Bir "Volqa" məhəbbət" adlı pyeslərinin televiziya tamaşaları göstərilmiş, "Sınaq", "Çağırış", "Ana və oğul", "Mayakovskinin Gözü ilə" və s. pyesləri isə radiola səslənmişdir.
Seyfulla Bədəlov
Seyfulla Hacı Əbdül oğlu Bədəlov (31 dekabr 1907 – 24 noyabr 1978) — Azərbaycan kinooperatoru, kinorejissor. 31 dekabr 1907-ci ildə doğulub. Operator Seyfulla Bədəlov İkinci Dünya müharibəsi iştirakçısı olmuşdur. 24 noyabr 1978-ci ildə vəfat edib. Azərbaycan kinosunun ilk kinooperatorlarındandır. 1929-cu ildən kinoda çalışmışdır. Kinostudiya ilə yanaşı 1963-cü ildən Azərbaycan televiziyasında da filmlər çəkmişdir. Operator kimi 100-ə yaxın film, bir o qədər də kinojurnallar üçün süjetlər çəkmişdir. Rejissor kimi isə 25-dən çox yaxın film çəkmişdir. "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 Operator kimi Bakıda Oktyabrın 17-ci ildönümü (film, 1934) (qısametrajlı sənədli film) İnqilab tribunu (film, 1934) (qısametrajlı sənədli film) Proletar Bakısının sovetlərini möhkəmləndirək (film, 1934) (qısametrajlı sənədli film) Azərbaycan günü (film, 1935) (qısametrajlı sənədli film) Azərbaycan SSR-nin 15 illiyi (film, 1935) (qısametrajlı sənədli film) Cəfər Cabbarlının dəfni (film, 1935) (qısametrajlı sənədli film) Şöhrətli Azərbaycan (film, 1935) (qısametrajlı sənədli film) Bakı İşçi Teatrının 15 illiyi (film, 1936) (qısametrajlı sənədli film) Klim Voroşilov Bakıda (film, 1936) Staxanov mayı (film, 1936) (qısametrajlı sənədli film) Türk qadınının baharı (film, 1936) (qısametrajlı sənədli film) Yüksək məhsul uğrunda (film, 1936) (qısametrajlı sənədli film) S. M. Kirova abidə özülünün qoyulması (film, 1937) (qısametrajlı sənədli film) SSRİ Ali Sovetinə seçkilər qarşısında (film, 1937) (qısametrajlı sənədli film) Azərbaycan aşıqları (film, 1938) (qısametrajlı sənədli film) İstedadlar məktəbi (film, 1938) (qısametrajlı sənədli film) Sovet gimnastları (film, 1938) (qısametrajlı sənədli film) Yaşasın Azərbaycan artistləri (film, 1938) (qısametrajlı sənədli film) Bir May Bakısı (film, 1941) (qısametrajlı sənədli film) Sovqat (film, 1942) (qısametrajlı bədii film) SSRİ EA-nın Azərbaycan filialı (film, 1943) (qısametrajlı sənədli film) Bakı neftçiləri (film, 1944) (qısametrajlı sənədli film) Xəzər dənizçiləri (film, 1944) (qısametrajlı sənədli film) Məktuba cavab (film, 1944) (qısametrajlı sənədli film) Şəfa nəğməsi (film, 1944) (qısametrajlı sənədli film) Əbədi odlar ölkəsi (film, 1945) (tammetrajlı sənədli film) General Həzi Aslanov (film, 1945) (qısametrajlı sənədli film) İran Azərbaycanının paytaxtında (film, 1945) (qısametrajlı sənədli film) Zəfər bayramı (film, 1945) (qısametrajlı sənədli film) Qırmızı Ordu hissələrinin İrandan yola salınması (film, 1946) (qısametrajlı sənədli film) Arazın o tayında (film, 1947) (tammetrajlı sənədli film) Xalq şairi (film, 1947) (qısametrajlı sənədli film) Xəzər nefti (film, 1948) (qısametrajlı sənədli film) Sovet Azərbaycanı (film, 1948) (tammetrajlı sənədli film) Yeni kənd (film, 1948) (qısametrajlı sənədli film) Sovet Naxçıvanı-şərqin qapısı (film, 1949) (qısametrajlı sənədli film) Səadət yolu ilə (film, 1956) (tammetrajlı sənədli film) Xalq hədiyyəsi (film, 1957) (qısametrajlı sənədli film) Səadət və əmək mahnıları (film, 1957) (qısametrajlı sənədli film) Məhəmməd Füzuli (film, 1958) (qısametrajlı sənədli film) Azərbaycan mədəniyyətinin baharı (film, 1959) (tammetrajlı sənədli film) Afrika görüşləri (film, 1961) (qısametrajlı sənədli film) Azərbaycanın kurortlarında (film, 1961) (qısametrajlı sənədli film) Sənin tərcümeyi-halın (film, 1963) (qısametrajlı sənədli film) Şən əhvalatlar (film, 1963) (qısametrajlı sənədli film) 10 dəqiqə poeziya (film, 1965) (qısametrajlı sənədli film) Bakıya xoş gəlmisiniz (film, 1965) (qısametrajlı sənədli film) Biz arzu edənlər nəslindənik (film, 1965) (qısametrajlı sənədli film) Daha iki nəfər (film, 1965) (qısametrajlı bədii film) "Artek"in bütün qızılı (film, 1965) (qısametrajlı sənədli film) Bahar gəlir (film, 1965) (qısametrajlı sənədli film) Molbertlə dünya ölkələrinə səyahət (film, 1965) (qısametrajlı sənədli film) Yun şal (film, 1965) (qısametrajlı bədii film) Camışçılıq (film, 1966) (qısametrajlı sənədli film) Cəlil Məmmədquluzadə (film, 1966) (qısametrajlı sənədli film) Şirəli dağdan endi (film, 1966) (qısametrajlı sənədli film) "Bakılı" press-avtomatı (film, 1967) (qısametrajlı sənədli film) Bizim milis (film, 1967) (qısametrajlı sənədli film) Hünər əbədidir (film, 1967) (qısametrajlı sənədli film) Quzu (film, 1967) (qısametrajlı bədii film) Leninlə görüş (film, 1968) (qısametrajlı sənədli film) Nizami yurdu (film, 1968) (qısametrajlı sənədli film) Oxu, tar (film, 1968) (qısametrajlı sənədli film) Azərbaycanın ağsaqqalları (film, 1969) (qısametrajlı sənədli film) İthaf (film, 1969) (qısametrajlı sənədli film) Səhhət (film, 1970) (qısametrajlı sənədli film) Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970) (sənədli serial)(6-cı seriya) Bakı arxipelaqı (film, 1971) (qısametrajlı sənədli film) Konsert proqramı (film, 1971) (I) (qısametrajlı sənədli film) Qurultaydan qurultaya (film, 1971) (qısametrajlı sənədli film) Sumqayıt (film, 1971) (qısametrajlı sənədli film) Torpaq patriarxları (film, 1971) (qısametrajlı sənədli film) Sovet Azərbaycanı (film, 1972) (tammetrajlı sənədli film) Azərbaycan Pedaqoji İnstitutu-50 (film, 1973) (qısametrajlı sənədli film) Günəşlə dolu dünya (film, 1973) (qısametrajlı sənədli film) Cəsurlar kəndi (film, 1974) (qısametrajlı sənədli film) Xalq istedadları (film, 1974) (qısametrajlı sənədli film) Üç monoloq (film, 1974) (qısametrajlı sənədli film) Yeddinci horizont (film, 1974) (qısametrajlı sənədli film) Şəki (film, 1977) (qısametrajlı sənədli film) Rejissor kimi Bakı İşçi Teatrının 15 illiyi (film, 1936) (qısametrajlı sənədli film) Klim Voroşilov Bakıda (film, 1936) Staxanov mayı (film, 1936) (qısametrajlı sənədli film) Türk qadınının baharı (film, 1936) (qısametrajlı sənədli film) İstedadlar məktəbi (film, 1938) (qısametrajlı sənədli film) SSRİ EA-nın Azərbaycan filialı (film, 1943) (qısametrajlı sənədli film) Xalq hədiyyəsi (film, 1957) (qısametrajlı sənədli film) Səadət və əmək mahnıları (film, 1957) (qısametrajlı sənədli film) Şanlı, qeyri-adi il (film, 1960) (qısametrajlı sənədli film) Afrika görüşləri (film, 1961) (qısametrajlı sənədli film) Azərbaycanın kurortlarında (film, 1961) (qısametrajlı sənədli film) Dağlarda zavod (film, 1962) (qısametrajlı sənədli film) Möhtəşəm tikintinin adamları (film, 1962) (qısametrajlı sənədli film) Camışçılıq (film, 1966) (qısametrajlı sənədli film) "Bakılı" press-avtomatı (film, 1967) (qısametrajlı sənədli film) Bizim milis (film, 1967) (qısametrajlı sənədli film) Hünər əbədidir (film, 1967) (qısametrajlı sənədli film) Leninlə görüş (film, 1968) (qısametrajlı sənədli film) Nizami yurdu (film, 1968) (qısametrajlı sənədli film) Oxu, tar (film, 1968) (qısametrajlı sənədli film) Azərbaycanın ağsaqqalları (film, 1969) (qısametrajlı sənədli film) Mahnıya həsr olunmuş həyat (film, 1969) (qısametrajlı sənədli film) Sumqayıt (film, 1971) (qısametrajlı sənədli film) Dostluq bayramı (film, 1972) (qısametrajlı sənədli film) Ürək dostluğu (film, 1972) (qısametrajlı sənədli film) Xəzərin polad adaları (film, 1974) (qısametrajlı sənədli film) Ssenari müəllifi kimi Şanlı, qeyri-adi il (film, 1960) (qısametrajlı sənədli film) Afrika görüşləri (film, 1961) (qısametrajlı sənədli film) Leninlə görüş (film, 1968) (qısametrajlı sənədli film) Dostluq bayramı (film, 1972) (qısametrajlı sənədli film) Xəzərin polad adaları (film, 1974) (qısametrajlı sənədli film) Азербайджанской ССР кинематография.
Seyfulla Mustafayev
Seyfulla Fuad oğlu Mustafayev (18 noyabr 1962) — ANS Şirkətlər Qrupunun Strateji Planlaşdırma üzrə vitse-prezidenti. Seyfulla Mustafayev 1962-ci ildə anadan olub. Azerbaijan News Service (Azərbaycan Xəbərlər Xidməti — ANS) 26 noyabr 1991-ci ildə 2 nəfər gənc jurnalist: Vahid və Seyfulla Mustafayev qardaşları tərəfindən yaradılıb. ANS Şirkətlər Qrupuna aid olan ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV — 1991), ANS ÇM Yayım və Media Şirkətinin — 1994, ANS-Kommers Şirkətinin — 1995 və ANS-PRESS NƏŞRİYYAT EVİ-nin — 2001, habelə ANS-in əhatə dairəsinə daxil olan digər şirkətlərin təsisçilərindəndir. ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV) 1997–1998-ci illərdə Baş Prodüseri və 2002–2004-cü illərdə Baş Direktoru olub. 2001-ci ildən ANS Şirkətlər Qrupunun Strateji Planlaşdırma üzrə vitse-prezidentidir. ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV) Şurasının üzvüdür. Çingiz Mustafayevin qardaşıdır. Vahid Naxışın qardaşıdır. Fuad Mustafayevin oğludur.
Seyfulla Qasımov
Seyfulla Şamil oğlu Qasımov (azərb. Qasımov Seyfulla Şamil oğlu‎) — Birinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin polkovniki, "Azərbaycan Bayrağı" ordeni kavaleri. Seyfulla Qasımov 25 avqust 1958-ci ildə Saatlı rayonunun Ağarəhimli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1965-1975-ci illərdə 33-saylı dəmiryol məktəbində təhsil almışdır. 1975-1980-ci illərdə Dövlət Neft Akademiyasında riyaziyyatcı-mühəndis ixtisasına yiyələnmişdir. 1980-1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun xüsusi konstruktor bürosunda çalışmışdır. 1985-2004-cü illərdə isə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində, daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində işləmişdir. MTN-nin Əks-kəşfiyyat İdarəsinin rəisinin 1-ci müavini vəzifəsində çalışdıqdan sonra, 2003-2004-cü illərdə Milli Təhlükəsizlik Nazirliyində yeni yaranan Terrora Qarşı Mübarizə Baş İdarəsində rəis əvəzi vəzifəsində çalışmışdır. 2004-cü ildə Eldar Mahmudov tərəfindən əsassız olaraq işdən azad edilmişdir. 2010-cu il 12 dekabrda ürək tutmasından vəfat etmişdir.
Seyfulla Qurbanov
Seyfulla Hüseyn oğlu Qurbanov — Azərbaycan alimi, texnika elmləri namizədi. Seyfulla Qurbanov 1931-ci ildə Naxçıvan MSSR Kəngərli rayonunun Qarabağlar kəndində anadan olmuşdur. 1949-cu ildə orta məktəbi bitirmiş və Azərbaycan Sənaye institutunun neft və qaz yataqları istismarı fakültəsinə daxil olmuşdur. 1954-cü ildə institutu fərqlənmə diplomu ilə bitirib Azərbaycan Elmlər Akademiyası nəznindəki neft ekspedisiyasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1958-ci ildən Akademiya nəznində olan neft və qaz yataqları istismarı institutunun hidromexanika labaratoriyasında kiçik elmi işçi, sonra isə mühəndis vəzifəsində çalışmışdır. Bu illər ərzində neçə-neçə elmi əsərləri çap olunmuşdur. 1964-1966-cı illər Azərbaycan Sənaye institunun materiallar müqaviməti kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 1966-1969-cu illər ərzində Azərbaycan neft və qaz yataqları istismarı institutunda çalışmışdır. 1970-ci ildən Odessa gəmi mühəndisləri institutunun Bakı filialında materiallar müqaviməti kafedrasında dosent kimi çalışmış və VODQEO elmi tədqiqat institutunda da elmi fəaliyyətini davam etdirmişdir. 1996-cı ildən ömrünün sonuna kimi Azərbaycan Dəniz Akademiyasında dərs demişdir.
Seyfulla Şamilov
Şamilov Seyfulla Əli oğlu (10 oktyabr 1902, Ağstafa, Qazax qəzası – 25 dekabr 1974, Bakı) — nasir, publisist, tərcüməçi, 1932-ci ildən AYB-nin üzvü, Azərbaycan Yazıçılar İttifaqının sədri (1936–1938). Seyfulla Şamilov 1902-ci il oktyabrın 10-da Rusiya İmperiyasının Qazax qəzasının Tatlı kəndində anadan olmuşdur. Bakıda partiya məktəbini bitirmişdir (1921–1925). Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fəlsəfə kafedrasının dosenti (1931–1933), "Kommunist" qəzetində məsul redaktorun müavini, "Gənc işçi" qəzetinin məsul redaktoru, Azərbaycan Proletar Yazıçılar Birliyi təşkilat komitəsinin sədri (1932), Azərbaycan Yazıçılar İttifaqı idarəsinin sədri (1936–1938), "İnqilab və mədəniyyət" jurnalının, "Ədəbiyyat qəzeti"nin məsul redaktoru (1936–1937), Uşaqgəncnəşrdə baş redaktor (1955–1962) vəzifələrində işləmişdir. Repressiya dövründə həbs edilərək sürgün olunmuşdur. 1974-cü il dekabrın 25-də vəfat etmişdir. "Şərəf nişanı" ordeni və Mədəniyyət Nazirliyinin "Əlaçı işçi" fəxri medalı ilə təltif olunmuşdur. "Leninin pedaqoji üsulları" (1925) "Dördüncü il" (1929) "Laçın" (1932) "Seçilmiş əsərləri (1974) "Nigarın məcarası" (1977) Fərrux Rüstəmov. Azərbaycan pedaqogikaşünaslığı. Bakı: Elm və təhsil, 2016.
Seyfulla Əkbərov
Seyfulla Əkbərov — Azərbaycan SSR və Azərbaycan Respublikasının tanınmış dövlət və ictimai-siyasi xadimi. Azərbaycan SSR Baş prokuroru. Seyfulla Əkbərov 1914 cü ildə Göyçayda anadan olub. 1931-1937-ci illərdə Bakıda Neft-Kimya İnstitutunda təhsil alıb. Böyük Vətən müharibəsindən əvvəl Bakıda neftayırma sənayesində bir sıra mühüm vəzifələrdə çalışıb. Müharibədən sonra isə respublika prokurorluğunun qısamüddətli hüquq kursunu bitirərək prokurorluğun Mərkəzi aparatında ümumi nəzarət şöbəsinə işə qəbul olunub. Sonralar Bakı şəhərinin keçmiş Orconikidze (indiki Suraxanı) rayon, Gəncə şəhərində rayon prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifələrində çalışıb. S.Əkbərov 1948-ci ildə Moskva Ümumittifaq Hüquq institutunu bitirib. 1951-1963-cü illərdə Respublika Prokuroru vəzifəsində işləyib. Keçmiş SSRİ Ali Soveti Rəyasət Heyətinin 25 sentiyabr 1959-cu il tarixli Fərmanı ilə ona II dərəcəli Dövlət Ədliyyə müşaviri xüsusi rütbə dərəcəsi verilib.
Seyfulla Əzimov
Seyfulla Səttar oğlu Əzimov (1970, Yuxarı Daşarx, İliç rayonu) — polis general-leytenantı, Daxili işlər nazirinin birinci müavini, Milli koordinator. Seyfulla Əzimov 1970-ci ildə anadan olmuşdur. Daxili İşlər Nazirliyinin Azərbaycan Polis Akademiyasını bitirib. Nəsimi Rayon 22-ci Polis Bölməsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəis müavini, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləmişdir. 2014-cü ilin noyabrın 4-dən DİN-in ən mühüm baş idarələrindən birinin – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsini tutmuşdur. Seyfulla Əzimov 5 iyul 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
Seyfulla Əsədullayev
Seyfulla Əsədullayev (19 iyun 1924, Ərçivan – 28 iyul 2011, Bakı) — ədəbiyyatşünas. Seyfulla Əsədullayev 1924-cü ildə anadan olmuşdur. 1942–1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmişdir. 1947–1949-cu illərdə Bakı Slavyan Universitetində təhsil almışdır. 1951-ci ildə ADPU-nu fərqlənmə diplomu ilə bitirmişdir. 1956–1959-cu illərdə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində Filologiya fakültəsinin Rus sovet ədəbiyyatı tarixi kafedrasının aspirantı olmuşdur. 1959–1966-cı illərdə Azərbaycan Dillər İnstitutunda müəllim, baş müəllim, dosent, dekan müavini, fakültə dekanı vəzifələrində çalışmışdır. 1959-cu ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1971-ci ildə professor elmi adı almışdır. 1966-cı ildən BDU-da kafedra müdiri vəzifəsində işləmişdir (Rus ədəbiyyatı tarixi kafedrası (1967–1984); Müasir rus ədəbiyyatı kafedrası (1984–2011).
Arzu Qeybulla
Arzu Qeybulla (tam adıyla: Arzu Qeybulla qızı Qeybullayeva; d. 1 avqust 1983, Bakı) — Azərbaycan jurnalisti. Regional məsələlər üzrə təhlilçi, bloqçu və sosial media üzrə təlimçidir; Münaqişələrin Transformasiyası üzrə "Imagine" mərkəzinin həmsədrlərindən biri, münaqişələrin həllində xalq diplomatiyası məsələləri ilə məşğuldur. == Həyatı == Arzu Qeybullayeva 1 avqust 1983-cü ildə Bakıda doğulub. 1999–2000-ci illər arasında Amerikada FLEX proqramı ilə oxumuşdur. Ankara Bilkənt Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində təhsil alıb. 2005-ci ildə İngiltərənin London School of Economics (LSE) and Political Science Universitetindən Qlobal Siyasət üzrə magistr təhsili alıb. Milli Demokratiya İnstitutunun proqramında çalışıb. İstanbulda nəşr edilən "Aqos" qəzetində yazar olaraq çalışmışdır. Müxtəlif vaxtlarda Milli Demokratiya İnstitutunda, Berlində yerləşən Avrasiya Stabillik Təşəbbüsü Mərkəzində çalışıb.
Qəyfulla (Arxangel)
Qəyfulla (başq. Ғәйфулла, rus. Гайфуллинское) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Təyəkəs kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 44 km, kənd sovetliyindən (Təyəkəs): 4 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 50 km. Kənd ərazisindən İnzer çayı axır. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (92%) üstünlük təşkil edir.