Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İrlandiya
İrlandiya Respublikası – Avropada dövlət. 2006-cı ildə aparılmış siyahıya almaya əsasən əhalisi 4 239 848 nəfər, ərazisi isə 70 208,67 km² təşkil edir. İrlandiya Respublikası Qərbi Avropada, İrlandiya adasının böyük bir hissəsində yerləşir. Paytaxtı Dublin şəhəridir. İki rəsmi dili var: irland və ingilis. Ölkənin 70 min km 2-ə bərabər olan ərazisi 4 əyalətə, 26 qraflığa bölünür.
Yeni İrlandiya
Yeni İrlandiya (ing. New Ireland) — Bismark arxipelaqına daxil olan Papua-Yeni Qvineya ərazisində yerləşən ada. Ümumi sahəsi 7 404,5 km², əhalisi 118 350 nəfər təşkil edir. Ada Yeni İrlandiya vilayəti ərazisinə daxildir. Mərkəzi Kavienq şəhəridir. Ada Bismark arxipelaqının Yeni Britaniya. Ada uzunsov formaya malikdir. Uzunluğu 400 kilometrdir. Eni 10 km təşkil edir. Tropik meşələri ilə örtülüdür.
İrlandiya (ada)
İrlandiya (irl. Éire [ˈeːɾʲə], ing. Ireland [ˈaɾlənd], olst.-şot. Airlann, lat. Hibernia [İyepna]) — Avropada böyüklüyünə görə üçüncü ada (Böyük Britaniya və İslandiya adalarından sonra). Ada ərazisi İrlandiya Respublikası və Birləşmiş Krallığının dövlət sərhədləri ilə iki dövlət arasılnda bölüşdürülüb.
İrlandiya Könüllüləri
İrlandiya Könüllüləri(irl. Óglaigh na hÉireann) və ya İrland Könüllü Qüvvəsi və ya İrland Könüllü Ordusu—İrland milliyətçiləri tərəfindən 1913-də yaradılmış hərbi təşkilat. 1912-ci ildə yaradılan Ulster sədaqətçilərinə əks təşkilat olaraq quruldu və əsas məqsədinin "İrlandiya xalqının hüquq və azadlıqlarını qorumaq" olduğunu elan etdi. Üzvlər Kelt Liqası,Şinn Feyn və İrlandiya Respublikaçı Birliyindən ibarət idi. 1914-cü ilin ortalarına qədər sürətlə artaraq sayları 200000-ə çatan İrlandiya Könüllüləri Con Redmondun Britaniya qüvvələrinə olan sadiqliyi təşkilatı kiçik qruplara parçaladı.
Şimali İrlandiya
Şimali İrlandiya (ing. Northern Ireland, İrlandca: Tuaisceart Éireann) — Böyük Britaniya krallığına daxil ölkə. İrlandiya adasının şimal hissəsində yerləşir. Sahəsi: 244,827 min km², (İrlandiya – 70 min km²); əhalisi: 62 mln nəfər (İrlandiya 4,2 mln nəfər) paytaxtı: London (7,6 mln nəfər) rəsmi dili: İngilis pul vahidi: funt sterling B.Britaniya Qərbi Avropada, Atlantik okeanla Şimal dənizi arasında eyni adlı adada yerləşir. Ölkənin qurudan yalnız İrlandiya ilə sərhəddi var. Relyefində düzənliklər üstünlük təşkil edir. Ən yüksək dağ zirvəsi: Ben Nevisdir (1343 m) Qranpian dağları. İqlimi: Mülayim dəniz iqlim tipidir. B.Britaniyanın rəsmi adı, Böyük Britaniya və Şimali İrlandiya birləşmiş krallığıdır. 4 tarixi ərazidən – İngiltərə, Şotlandiya, Uels, Şm.
İrlandiya Respublikası
İrlandiya Respublikası – Avropada dövlət. 2006-cı ildə aparılmış siyahıya almaya əsasən əhalisi 4 239 848 nəfər, ərazisi isə 70 208,67 km² təşkil edir. İrlandiya Respublikası Qərbi Avropada, İrlandiya adasının böyük bir hissəsində yerləşir. Paytaxtı Dublin şəhəridir. İki rəsmi dili var: irland və ingilis. Ölkənin 70 min km 2-ə bərabər olan ərazisi 4 əyalətə, 26 qraflığa bölünür.
İrlandiya bayrağı
İrlandiya bayrağı (irl.An Bhratach Náisiúnta) — İrlandiyanın Dövlət bayrağı. Bayraq üç rəngdən ibarətdir (yaşıl, ağ, və narıncı). Bayrağın hər rəngi ölkədəki ən yayılmış din konfessiyasıları bildirir: yaşıl katolisizmi, narıncı protestantizmini və ağ həmin konfessiyalar arasında sülhü bildirir. İlk dəfə bayraq Parisdə 1848-ci ildə Tomas Frensis Meqer tərəfindən ifadə edildi. Dövlət bayrağı kimi ilk dəfə 1916-cı ildə Pasxa üsyanında ( irl.Éirí Amach na Cásca ) istifadə edilmişdir.
İrlandiya himni
Əsgərin mahnısı (irl. Amhrán na bhFiann) — irlandca mahnı, İrlandiya Respublikasının dövlət himni. Əvvəldən sözləri 1907-ci ildə Pidar Kirni (Peadar Kearney) ingilis dilində yazmışdı. Sonra, Partrik Hini ilə bir yerdə musiqi qoşulmuşdu, Layam O'Rinn (Liam Ó Rinn) sözləri irland dilinə tərcümə etmişdir. Birinci dəfə mahnının sözləri 1912-ci ildə Balmer Xobson ilə ingilis dilində "İrland azadlıqı" («Irish Freedom») qəzetində dərc olmuşdu. İrland respublikaçılar arasında, mahnı çox məşhur olmuşdu və üsyançılar Pasxa qiyamı vaxtında onu oxuyardılar, sonra da Britaniya həbsxana düşərgəsilərində. İrland dilində sözləri 1 noyabr 1923-cü ildə irland müdafiə güc jurnalında "An tÓglach" çap olmuşdu. İrlandiya dövlət himni kimi bu mahnı 1926-cı olub, Britaniyalı «God Save the King» əvəz edib. Köfnə himn, heç getmirdi təzə azad İrlandiya dövlətinə. İrlandiya himni ancaq "Əsgərin mahnısı" mahnının xorudur, hansıkın irland dilində oxuyullar.
İrlandiya mətbəxi
İrlandiya mətbəxinin əsasını kelt yeməkləri təşkil edir. Onların qidalarında əsas yeri kartof və balıq tutur. Sevimli içkiləri çaydır. Onlar çayı tünd halda südlə içirlər. Ən qədim ənənələrdən biri torfda açıq halda ət qızartmaqdır. İrlandların ən sevimli yeməklərindən biri isə buğda bişirilmiş qoyunun döş ətidir. Yerli "blin"lərin dadından isə doymaq mümkün deyil. Onu hazırlayan zaman xəmirə rom və ədviyyat qatırlar. İçkilərə gəlincə, pivə və porterin (qara pivə) mütləq dadına baxmaq lazımdır. Pab deyilən məkanın da adını çəkməliyik.
İrlandiya şəhərləri
İrlandiya şəhərlərinin siyahısı.
İrlandiya Homrul hərəkatı
İrlandiya Homrul hərəkatı (muxtariyyət hərəkatı-"self-government") — İrlandiyanın Britaniya içərisində avtonomiya qazanması məqsədilə başladılan hərəkatdır. Home Rule 1885–1918-ci illərdə irland seçicilərinin böyük hissəsinin başlıca tələbi idi.1801-ci il Birləşmə Aktından sonra Vestminster tərəfindən idarə olunan İrlandiya parlamenti idarəçiliyini milliyyətçilər yenidən İrlandiyaya qaytarmağın yollarını axtarırdılar. İlk Homrul krizisinin 1885-ci ildə Uilyam Qladston Homrul haqqında çıxış etdikdə başladı. Əvvəlki baş nazirliyi dövründə(1868–1874) o, İrlandiyanı "sakitləşdirməyin" yollarını axtarmış , bunun üçün İrland kilsəsini dövlətdən ayırmış və təsirsiz qalmış 1870-ci il Torpaq Aktını qəbul elətdirmişdi.1879–1881-ci il Torpaq müharibəsindən sonra Qladston konstitusiya dəyişikliyini Birləşmiş Krallığın bütünlüyünü qorumaq üçün tək vasitə kimi görürdü. O, 1886-cı ildə ilk Homrul billini təqdim etdi , ancaq bu bill aşağı palatadan keçmədi,1893-cü ildə təqdim olunan ikinci bill isə Lordlar palatası tərəfindən rədd edildi. İlk Homrul krizisinin İrlandiyada iki əsas nəticəsi oldu: Olsterdə liberal siyasətin sonu gəldi və dini siyasətin başlanğıcı qoyuldu. Katoliklər milliyyətçilərə , protestantlar isə konservativ birlik tərəfdarlarına səs verdilər.
İrlandiya Milli Kitabxanası
İrlandiya Milli Kitabxanası - İrlandiyanın milli kitabxanası. Əsas funksiyası İrlandiya xalqı, onun tarixi və mədəniyyəti haqqında sənədləşdirilmiş informasiya mənbələrini mühafizə etməkdən ibarətdir. 1877-ci ildə Dublində yaradılmışdır. Əsas funksiyası İrlandiya xalqı, onun tarixi və mədəniyyəti haqqında sənədləşdirilmiş informasiya mənbələrini mühafizə etməkdən ibarətdir. Çap məhsulları, fotoqrafiya və əlyazmalar və təhsil şöbələri vardır. 1990-cı ildən elektron kitabxana yaratmağa başlamışdır. Oxucular informasiyanı avtomatlaşdırılmış kataloq vasitəsilə əldə edir. Kitabxananın sas məqsədi kitabxana fondunu istifadəçilərin tələbainə uyğunlaşdırmaqdır. İstifadə səviyyəsinə görə fond aktiv və passiv hissələrə bölünür.
Şimali İrlandiya konflikti
Şimali İrlandiya konflikti — XX əsrin 60-cı illəriin sonunda Şimali İrlandiyada baş verən konfliktə verilən ad. İrlandiyaya müstəqillik verildikdən sonra altı qraflıqdan ibarət və əhalisinin çox hissəsi protestant ingilislərdən ibarət olan Şimali İrlandiya Böyük Britaniyanın tərkibində qaldı. Şimali İrlandiyadakı katolik azlıq 1968-ci ildə İrlandiyaya birləşmək uğrunda mübarizəyə başladı. Kütləvi iğtişaşlar başlandı. Bir il sonra hökumət Olster şəhərinə qoşun yeritdi. Buna cavab olaraq katoliklər adından çıxış edən İrlandiya Respublika ordusu yerli protestantlara və ingilis siyasi xadimlərinə qarşı partizan müharibəsinə başladı. Qarşılıqlı zorakılıq dinc əhalinin çoxlu qurbanlar verməsinə səbəb oldu. Zorakılıq Olsterdən kənara çıxdı. Londonda və başqa şəhərlərdə partlayışlar törədildi. Ölkədə fövqəladə vəziyyət elan olundu.
İrlandiya 2015 Avropa Oyunlarında
İrlandiya — iyun ayının 12-dən 28-nə kimi Azərbaycanda keçirilən 2015 Avropa Oyunlarında iştirak edən ölkələrdən biridir. İrlandiya ümumilikdə 62 idmançı ilə təmsil olunub.
İrlandiya Avroviziya Mahnı Müsabiqəsində
İrlandiya Avroviziya Mahnı Müsabiqəsinə 1965-ci ildə qoşulmuş və ümumilikdə 53 dəfə müsabiqədə iştirak etmişdir. Neapolda keçirilən müsabiqədəki debütdən sonra İrlandiya 1983 və 2002-ci illəri çıxmaq şərtilə hər il Avroviziyada iştirak etmişdir. İrlandiya Avroviziyanın ən çox uğur qazanan ölkəsidir. Ölkə iştirak etdiyi illər ərzində yeddi dəfə Avroviziyada qələbə qazanmışdır. Müsabiqə 7 dəfə İrlandiyada keçirilmişdir; bunlardan altısı paytaxt Dublində, biri isə Kork şəhərində baş tutmuşdur. 1972-ci ildə irland dilində səslənən mahnıdan başqa İrlandiyanın bütün Avroviziya mahnıları ingilis dilində ifa olunmuşdur. İrlandiyanın ilk Avroviziya qələbəsini 1970-ci ildə Dananın ifa etdiyi "All Kinds of Everything" mahnısı ilə qazanmışdır. 1980-ci ildə Conni Loqan "What's Another Year" mahnısı ilə ölkəyə ikinci qələbə sevincini yaşatmışdır. Növbəti dəfə İrlandiyanı Avroviziyada 1987-ci ildə özünün bəstələdiyi "Hold Me Now" mahnısı ilə təmsil etmək fürsəti əldə edən Loqan ölkəsinə ikinci, ümumilikdə isə üçüncü qalibiyyəti qazandırmışdır. İrlandiya dördüncü Avroviziya qələbəsini isə 1992-ci ildə Conni Loqanın bəstələdiyi və Linda Martinin ifa etdiyi "Why Me?" mahnısı ilə əldə etmişdir.
İrlandiya Home Rule hərəkatı
İrlandiya Homrul hərəkatı (muxtariyyət hərəkatı-"self-government") — İrlandiyanın Britaniya içərisində avtonomiya qazanması məqsədilə başladılan hərəkatdır. Home Rule 1885–1918-ci illərdə irland seçicilərinin böyük hissəsinin başlıca tələbi idi.1801-ci il Birləşmə Aktından sonra Vestminster tərəfindən idarə olunan İrlandiya parlamenti idarəçiliyini milliyyətçilər yenidən İrlandiyaya qaytarmağın yollarını axtarırdılar. İlk Homrul krizisinin 1885-ci ildə Uilyam Qladston Homrul haqqında çıxış etdikdə başladı. Əvvəlki baş nazirliyi dövründə(1868–1874) o, İrlandiyanı "sakitləşdirməyin" yollarını axtarmış , bunun üçün İrland kilsəsini dövlətdən ayırmış və təsirsiz qalmış 1870-ci il Torpaq Aktını qəbul elətdirmişdi.1879–1881-ci il Torpaq müharibəsindən sonra Qladston konstitusiya dəyişikliyini Birləşmiş Krallığın bütünlüyünü qorumaq üçün tək vasitə kimi görürdü. O, 1886-cı ildə ilk Homrul billini təqdim etdi , ancaq bu bill aşağı palatadan keçmədi,1893-cü ildə təqdim olunan ikinci bill isə Lordlar palatası tərəfindən rədd edildi. İlk Homrul krizisinin İrlandiyada iki əsas nəticəsi oldu: Olsterdə liberal siyasətin sonu gəldi və dini siyasətin başlanğıcı qoyuldu. Katoliklər milliyyətçilərə , protestantlar isə konservativ birlik tərəfdarlarına səs verdilər.
İrlandiya Həmkarlar İttifaqları Konqresi
İrlandiya Həmkarlar İttifaqları Konqresi (ing. Irish Congress of Trade Unions) — İrlandiyanın ən irimiqyaslı və nüfuzlu həmkarlar ittifaqı təşkilatı. Beynəlxalq Əmək Təşkilatının üzvüdür. Konqresin sədri Devid Beqdir. İrlandiyada həmkarlar ittifaqlarının yaranması XVIII əsrə təsadüf edir. Həmin vaxtlarda bənnalar, qəssablar və müxtəlif sahələrin sənətkarları qruplaşaraq yerli təşkilatlar yaradırdılar. XIX əsrin ortalarından etibarən İrlandiya və İngiltərənin fərqli peşə sahibləri həmkarlar ittifaqlarının bünövrəsini daha da möhkəmlədirlər. Təxminən 1889-cu ildən indiki təşkilatlar yaranmağa başlayır. İlk əvvəl xüsusi fəallığı dəmiryolu və dəniz limanı işçiləri göstərirlər. Vaxt keçdikcə əhatə dairəsi daha da genişlənir və onlara bir sıra sahələrin işçiləri də qoşulurlar.
Azərbaycan–İrlandiya münasibətləri
Azərbaycan–İrlandiya münasibətləri — Azərbaycan Respublikası ilə İrlandiya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1996-cı ilin iyul ayının 1-də qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Teymur Bünyadov olmuşdur. Bu işçi qrupu 6 mart 2009-cu il tarixində yenidən yaradılmış və rəhbəri Rafael Cəbrayılov olmuşdur. 4 mart 2016-cı il tarixindən də Rafael Cəbrayılov işçi qrupunun rəhbəridir.
Böyük aclıq (İrlandiya)
Böyük aclıq və ya "İrland kartof qıtlığı" (irl. an Gorta Mór) — 1845-1849-cu illərdə İrlandiyada davam kütləvi aclıq və xəstəlik dövrü. İrland dilinin dominant olduğu qərb və cənub ərazilərinə güclü təsir göstərən bu dövr An Drochshaol olaraq tanınır (hərfi mənada "Pis həyat", ümumi olaraq isə "çətin vaxtlar" kimi tərcümə olunur). Bu dövrün ən pis ili "Qara 47" adlandırılan 1847-ci il idi. Aclıq dövründə bir milyona yaxın insanın ölməsi və daha bir milyon insanın İrlandiyadan köçməsi adanın əhalisinin 20-25%-ə qədər azalmasına səbəb oldu. İrlandiyadan kənar ərazilərdə bu hadisə bəzən İrland kartof aclığı adlanır. Aclığa "kartof küfü" adlı bitki xəstəliyinin səbəb olduğu güman olunur. 1840-cı illərdə bütün Avropadakı kartof məhsulunda özünü büruzə verən bu xəstəlik İrlandiyadan kənarda 100,000 insanın ölümünə səbəb oldu və 1848-ci ildə geniş yayılmış Avropa inqilablarına öz təsirini göstərdi. Xəstəliyin təsir gücü Viq hökumətinin 1846-cı ildən laissez-faire adlı iqtisadi siyasəti tətbiq etməsi ilə daha da kəskinləşdi. Aclığın uzunmüddətli olmasının digər səbəblərinə torpaq sahibinin mülkiyyətində yaşamaması və tək məhsuldan asılılıq daxil idi.
İrlandiya Respublikaçı Birliyi
İrlandiya Respublikaçı Birliyi-1858-1924 illəri arasında demokratik İrlandiya Respublikasının qurulması üçün yaradılmış gizli təşkilat.
İrlandiya Respublikaçı Ordusu
İrlandiya Respublikaçı Ordusu (IRA) (irl. Óglaigh na hÉireann)—İrlandiya Respublikasının qurulması üçün yaradılmış inqilabçı yarımhərbi təşkilat. Pasxa üsyanını başladan İrlandiya Könüllülərindən yaradılan İrlandiya Respublikaçı Ordusu 1919-cu ildə təsis edilən irland parlamenti tərəfindən rəsmi ordu olaraq tanındı. Bundan sonra,İRA İrlandiya İstiqlal müharibəsində uğurlu bir şəkildə hərbi əməliyatlar təşkil edə bilmişdir. İstiqlal müharibəsini sonlandıran Anqlo-İrland sülh müqaviləsinin imzalanması ilə İRA-da ayrılıqlar meydana gəldi. Müqaviləni dəstəkləyən üzvlər İrlandiya Milli Ordusunun özəyini təşkil edirdi. Bununla belə,İRA-nın böyük bir hissəsi bu müqaviləyə qarşı çıxmışdı. Müqaviləyə qarşı çıxan İRA döyüşçüləri müqavilədən sonra yaranan İrlandiya Azad Dövlətinə qarşı İrlandiya vətəndaş müharibəsini başlatdılar. Bu müharibədə məğlub olan İRA döyüşçüləri (müqavivələyə qarşı çıxanlar) İrlandiya Azad Dövlətini və Şimali İrlandiya hökumətini devirmək üçün varlığını dəvam etdirdi.
İrlandiya İstiqlal müharibəsi
İrlandiya İstiqlal müharibəsi (irl. Cogadh na Saoirse) və ya Anqlo-İrland müharibəsi— İrlandiya Respublikaçı Ordusu'nun Britaniya İmperiyasına və İrlandiyadakı hərbi qüvvələrinə qarşı müharibəsi. 21 yanvar 1919-da İrlandiya Krallıq Polisinə Solohedbegdəki pusqu ile başlayan müharibənin əvvəlində İrlandiya Respublikası Dublində İstiqlaliyyət bəyannaməsini qəbul etmişdi. Sonralar İrlandiya Respublikaçı Ordusu adını alacaq olan İrlandiya Könüllüləri İrlandiya Krallıq Polisi və Birləşmiş Krallıq Silahlı Qüvvələrinə aid hərbi bazaları hədəf aldı, bölükləri pusquya düşürdü, silahlarını ələ keçirdi və bəzi hərbi bazaların ləğv edilməsinə səbəb oldu. Britaniya Hökuməti,İrlandiya Krallıq Polisinə Britaniyadan dəstək göndərdi. Qara və Narıncılar və Auxiliary Division olaraq bilinən dəstək birlikləri özbaşınalıqları və sivillərə qarşı törətdikləri cinayətlərlə tanınmağa başlandı. Bu səbəbdən İrlandiya İstiqlal müharibəsi həm də Qara və Narıncılar müharibəsi və ya Narıncılar müharibəsi olaraq da bilindi . 1920-ci ilin sonuna qədər silahlı münaqişələrdə təxminən 300 nəfər öldürülsə də, o ilin noyabr ayında şiddət hadisələrində böyük bir artım oldu. Qanlı Bazar olaraq bilinən 21 noyabr 1920-də 14 Britaniyalı kəşfiyyat əsgəri səhər saatlarında Dublində öldürüldü və günortadan sonra bir futbol oyununda İrlandiya Krallıq Polisi azarkeşlərin üzərinə atəş açaraq 4 nəfəri öldürdü, 65 nəfəri yaraladı. Bu hadisədən sonra, 17 Auxiliary əsgəri İRO trəfindən Korkda pusquya düşürülərək öldürüldü.
İrlandiya İstiqlaliyyət müharibəsi
İrlandiya İstiqlal müharibəsi (irl. Cogadh na Saoirse) və ya Anqlo-İrland müharibəsi— İrlandiya Respublikaçı Ordusu'nun Britaniya İmperiyasına və İrlandiyadakı hərbi qüvvələrinə qarşı müharibəsi. 21 yanvar 1919-da İrlandiya Krallıq Polisinə Solohedbegdəki pusqu ile başlayan müharibənin əvvəlində İrlandiya Respublikası Dublində İstiqlaliyyət bəyannaməsini qəbul etmişdi. Sonralar İrlandiya Respublikaçı Ordusu adını alacaq olan İrlandiya Könüllüləri İrlandiya Krallıq Polisi və Birləşmiş Krallıq Silahlı Qüvvələrinə aid hərbi bazaları hədəf aldı, bölükləri pusquya düşürdü, silahlarını ələ keçirdi və bəzi hərbi bazaların ləğv edilməsinə səbəb oldu. Britaniya Hökuməti,İrlandiya Krallıq Polisinə Britaniyadan dəstək göndərdi. Qara və Narıncılar və Auxiliary Division olaraq bilinən dəstək birlikləri özbaşınalıqları və sivillərə qarşı törətdikləri cinayətlərlə tanınmağa başlandı. Bu səbəbdən İrlandiya İstiqlal müharibəsi həm də Qara və Narıncılar müharibəsi və ya Narıncılar müharibəsi olaraq da bilindi . 1920-ci ilin sonuna qədər silahlı münaqişələrdə təxminən 300 nəfər öldürülsə də, o ilin noyabr ayında şiddət hadisələrində böyük bir artım oldu. Qanlı Bazar olaraq bilinən 21 noyabr 1920-də 14 Britaniyalı kəşfiyyat əsgəri səhər saatlarında Dublində öldürüldü və günortadan sonra bir futbol oyununda İrlandiya Krallıq Polisi azarkeşlərin üzərinə atəş açaraq 4 nəfəri öldürdü, 65 nəfəri yaraladı. Bu hadisədən sonra, 17 Auxiliary əsgəri İRO trəfindən Korkda pusquya düşürülərək öldürüldü.
İrlandiya şəhərlərinin siyahısı
İrlandiya şəhərlərinin siyahısı.
İrlandiya–Türkiyə münasibətləri
Türkiyə–İrlandiya münasibətləri — İrlandiya və Türkiyə Respublikası arasındakı mövcud ikitərəfli münasibətlər. İrlandiya Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik əlaqələr 1972-ci ildə qurulmuşdur. İrlandiyanın Ankaradakı səfirliyi 1998-ci ildə açılır. Türkiyənin 1973-cü ildən bu yana Dublində səfirliyi var. Hər iki ölkə Avropa Şurasının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) həqiqi üzvüdür, hər ikisi də Aralıq dənizi Birliyindədir və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvüdür. Ayrıca İrlandiya Avropa İttifaqının üzvüdür, Türkiyə isə bu quruma üzv olmaq üçün namizəddir. 1840-cı illərdə İrlandiyadakı Kartof aclığı dövründə Osmanlı Sultanı Əbdülməcid kömək üçün 1000 funt bağışlamışdır. İrlandiyalıların Sultana yazdığı bir təşəkkür məktubu Osmanlı arxivində saxlanılır. Rəvayətə görə sultan əvvəlcə 10.000 funt göndərmək istəyir, lakin ingilis diplomatlar və ya öz nazirlər onu 2000 funt bağışlayan Kraliça I Viktoriyadan daha çox ianə verməkdən çəkindirdilər. Üç-beş gəminin də ərzaqla dolu göndərilməsini əmr edir.
Yeni il İrlandiyada
İrlandiya 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
İrlandiya — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. İrlandiya Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu.
İrlandiya 2018 Qış Olimpiya Oyunlarında
İrlandiya 2018 Qış Olimpiya Oyunlarında xizəklə yürüşü və dağ xizəyi olmaqla 4 idman növündə 5 idmançı ilə təmsil olunacaqdır. Nümayəndə heyətinin rəhbəri Andri Stefanssondur Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları "B" kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən İrlandiya "A" kateqoriyası üzrə 2 idmançı ilə təmsil olunacaqdır. Kişilər Qadınlar Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. "A" kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri "B" kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər. Təsnifata əasən İrlandiya "A" kateqoriyasında 1 idmançı ilə təmsil olunacaqdır. Ölkəni Tomas Yalmar Vestiqor təmsil edəcəkdir.
İrlandiya 2021 Avroviziya Mahnı Müsabiqəsində
İrlandiya Avroviziya 2021 Mahnı Müsabiqəsində Lesli Royun "Maps" mahnısı ilə təmsil olunmuşdur.
İrlandiya Avroviziya Uşaq Mahnı Müsabiqəsində
İrlandiya ilk dəfə 2015-ci ildə Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak etmişdir. Ölkə iştirak etdiyi illər ərzində müsabiqədə heç vaxt qələbə qazanmamışdır. Müsabiqədə İrlandiyanın indiyədək qazandığı ən yaxşı nəticə 2016-cı ildə əldə etdikləri 10-cu yerdir.
İrlandiya Müasir İncəsənət Muzeyi
İrlandiya Müasir İncəsənət Muzeyi (irl. Áras Nua-Ealaíne na hÉireann) və ya qısaca IMMA — İrlandiyanın paytaxtı Dublində yerləşir. İrlandiya Müasir İncəsənət Muzeyi 1991-ci ildə XVII əsrdə tikilmiş köhnə Kral mehmanxanasının binasında təşkil olunmuşdur . Binanın müasir incəsənət muzeyi üçün yenidən qurulması zamanı müasir tələblər səviyyəsində binanın daxilində eksponatların yerləşdirilməsi zamanı işıqlandırmanın lazımi səviyyədə olması üçün şüşə pillələrdən və arakəsmələrdən istifadə olunmuşdur . Muzeydə mövsümi sərgilər, teatr tamaşaları və konsertlər təşkil olunur.
İrlandiya Qırmızı Xaç Cəmiyyəti
İrlandiya Qırmızı Xaç Cəmiyyəti (ing. Irish Red Cross) — 1939-ci il iyulun 1-də 1938-ci il Qırmızı Xaç Qanununun şərtləri ilə Dublin Şəhər Xəstəxanasının tibb bacısı Elizabet O Herrin tərəfindən təsis edilmişdir. Onun konstitusiyası 1949-cu il Cenevrə Konvensiyasına, 1977 və 2005-ci ildəki İrlandiyanin da bir hissəsi olduğu əlavə protokollara (Cenevrə Konvensiyaları), İrlandiya Parlamentinin aktlarına və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının müvafiq müddəalarına əsaslanır. Cəmiyyət İrlandiya Müdafiə Nazirliyi tərəfindən dəstəklənir və ümumi xərci 739.000 avroya başa gəlir. Bununla yanaşı Müdafiə Nazirliyi hər il Beynəlxalq Qırmızı Xaç Komitəsinə 130 min avro verir. Son bir neçə il ərzində təşkilat əhəmiyyətli idarəetmə və struktur dəyişikliklərini həyata keçirmişdir. 2011-ci ildə yeni idarə heyəti ilə yeni baş katib təyin olundu. Cəmiyyət könüllü olaraq təşkil edilir. İrlandiyada onların fəaliyyətlərinə dağ xilasetməsi, ictimaiyyətin ilk yardım təhsili, ictimai tədbirlərdə ilk yardım və təcili yardım xidmətlərinin təmin edilməsi, yaşlılar üçün müəyyən xidmətlər və qayğıya ehtiyacı olan digər xidmətlər daxildir. İrlandiyadan kənarda cəmiyyət təbii fəlakətlərə və münaqişə bölgələrinə reabilitasiya və humanitar xidmətlər göstərir.
Şimali İrlandiya milli futbol komandası
Şimali İrlandiya milli futbol komandası - Şimali İrlandiyanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası.
Şimali İrlandiya milli voleybol komandası (qadınlar)
Şimali İrlandiya qadın milli voleybol komandası — Şimali İrlandiyanı qadın voleybolunda təmsil edən milli komandadır. Milliyə bu ölkənin ən güclü voleybolçuları cəlb olunur.
Şimali İrlandiya qadın milli voleybol komandası
Şimali İrlandiya qadın milli voleybol komandası — Şimali İrlandiyanı qadın voleybolunda təmsil edən milli komandadır. Milliyə bu ölkənin ən güclü voleybolçuları cəlb olunur.
İrlandiyalı (film)
İrlandiyalı (ing. The Irishman) — Martin Skorsezesin rejissorluğu ilə 2019-cu ildə çəkilmiş amerikan bioqrafik, cinayət janrında cəkilmiş filmdir. Filmin baş rol aktyorları Robert De Niro, Al Paçino və Co Peskidir. Filmdə İkinci Dünya müharibəsindən sonra Amerikadakı cinayət aləmi, 20-ci əsrin ən böyük mafiozları ilə birlikdə işləyən Frank Şirinin gözü ilə izah edilir. Film eyni zamanda ABŞ tarixindəki ən böyük sirrlərdən biri olaraq qalan bir zamanlar ABŞ-də Bitlz qədər məşhur olduğudu deyilən həmkarlar ittifaqının prezidenti Cimmi Hoffanın itkin düşməsindən bəhs edir. Film tamaşaçıları cinayətkar dünyanın gizli dəhlizləri ilə böyük bir səyahətə aparır, bu dünyanın necə işlədiyini, rəqabətlərini və əsas siyasətlə əlaqələrini ortaya qoyur. Filmin premyerası 27 sentyabr 2019-cu ildə 57-ci Nyu-York Film Festivalında baş tutmuşdur. Film 27 noyabr 2019-cu ildə etibarən Netflix-də göstərildi. Jurnalist Dan Moldea, filmin əslində reallığı əks etdirmədiyini iddia edərək, Hoffanın cəsədinin tapılmadığını və Şiranın evində qan izləri tapılmadığını demişdir. Filmin baş rol aktyorlarından Robert De Niro iddialara qarşı olaraq bildirmişdir ki, "İnsanların bizimlə eyni fikirdə olmaması isə bağlı heç bir problemim yoxdur.
HGTV (Britaniya və İrlandiya telekanalı)
HGTV (keçmiş Ev) hazırda Warner Bros. Discovery şirkətinə məxsus olan,Birləşmiş Krallıq və İrlandiyada yayımlanan,ev və bağ yönümlü həyat tərzinə əsaslanan İngilis pulsuz televiziya kanalıdır.Kanal ilk olaraq 1 noyabr 1997-ci ildə Böyük Britaniya Stili adı ilə fəaliyyətə başlamış,sonra 30 aprel 2009-cu ildə Home (Ev) olaraq Re-brendinq edilmiş və 21 yanvar 2020-ci ildə indiki formasına rebrendinq edilmişdir. HGTV 24 saat Sky və TVPlayer -də yayımlanır.UK Style 2002-ci ildə şirkətin dağılmasına qədər ITV Digital yerüstü provayderi tərəfindən gündə 24 saat ötürülürdü.UKTV Style -a cüzi rebrendinqdən sonra kanal 2000-ci illərin ortalarında indi sıradan çıxmış Top Up TV sisteminin bir hissəsi kimi bir müddət yerüstü ekranlara qayıtdı.Ev 2016-cı il martın 1-dən Freeview -də pulsuz xətti xidmət kimi əlçatan oldu == Mövcudluq məlumatı == === Onlayn === Discovery+ UK and Ireland: Canlı baxın === Peyk === Freesat UK: Kanal 166 və Manual (+1) Sky UK: Kanal 158 və Kanal 258 (+1) Səma Ireland: Kanal 162 və Kanal 262 (+1) Freeview UK: Kanal 44 Kanalın çıxışı daxili istehsal şoularının, BBC arxivindən şouların təkrarlarının və beynəlxalq idxalın birləşməsindən ibarət olan həyat tərzi proqramlarını,əsasən bağçılıq, ev abadlıq və DIY şoularını göstərir. Görkəmli şoular və verlişlərin bir qismi aşağıdakılardır: 60 dəqiqəlik makiyaj Dəniz kənarında bir yer Günəşdə bir yer: evdə yoxsa uzaqda?
İrlandiyada Yeni il
Yeni il İrlandiyada — İrlandiyada təntənə ilə qeyd olunan bayram Yeni il ərəfəsində İrlandiyada evlərin qapıları taybatay açıq olmalıdır. İstənilən adam istədiyi evə daxil ola bilər, onu ən əziz qonaq kimi qarşılayacaq, bayram süfrəsi ətrafında ən şərəfli yerdə oturdacaq və şirin şəraba qonaq edəcəklər. Və "Bu evdə və bütün dünyada sülh naminə" badə qaldıracaqlar. O birisi gün bayramın dostlar və tanışlar arasında qeyd olunması adətdir. == Mənbə == Yeni il dünyada necə qeyd edilir?
İslandiya
İslandiya (isl. Ísland [ˈislant]), "buzlar ölkəsi") — Atlantik okeanının şimal hissəsində yerləşən ada dövləti. İslandiya adasından və ətrafındakı bir neçə kiçik adalardan ibarətdir, ərazisi 123 min kv. km-dir. İslandiyanın şimaldan Qrenlandiya, şərqdən İsveç və Norveç, cənubdan isə Böyük Britaniya ilə su sərhəddi vardır. İslandiyanın yerləşdiyi ada vulkanik mənşəlidir. Adada gündəlik şəkildə vulkan püskürmələri baş verir. İslandiyaya ən yaxın quru ərazisi Danimarka tabeliyində olan Qrenlandiyadır, onlar arasında məsafə 350 km-dir. Digər dövlətlərlə olan məsafə Norveçlə 1050, Şotlandiya ilə 800 km təşkil edir. İslandiyanın paytaxtı Reykyavik şəhəridir.
İslandiya (ada)
İslandiya (isl. Ísland [ˈislant]), "buzlar ölkəsi") — Atlantik okeanının şimal hissəsində yerləşən ada dövləti. İslandiya adasından və ətrafındakı bir neçə kiçik adalardan ibarətdir, ərazisi 123 min kv. km-dir. İslandiyanın şimaldan Qrenlandiya, şərqdən İsveç və Norveç, cənubdan isə Böyük Britaniya ilə su sərhəddi vardır. İslandiyanın yerləşdiyi ada vulkanik mənşəlidir. Adada gündəlik şəkildə vulkan püskürmələri baş verir. İslandiyaya ən yaxın quru ərazisi Danimarka tabeliyində olan Qrenlandiyadır, onlar arasında məsafə 350 km-dir. Digər dövlətlərlə olan məsafə Norveçlə 1050, Şotlandiya ilə 800 km təşkil edir. İslandiyanın paytaxtı Reykyavik şəhəridir.
İslandiya Prezidenti
İslandiya Prezidenti — 1944-cü ildə Danimarkadan müstəqilliyini qazanan İslandiyanın, dövlət başçısı. İslandiya Prezidenti, İslandiya Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. İslandiya Prezidenti vəzifəyə, İslandiya Konstitusiyasının müvafiq maddələri ilə təyin olunur. 2016-cı ilin 1 avqust tarixində vəzifəni, Qvyudni Youhannesson icra edir.
İslandiya Respublikası
İslandiya (isl. Ísland [ˈislant]), "buzlar ölkəsi") — Atlantik okeanının şimal hissəsində yerləşən ada dövləti. İslandiya adasından və ətrafındakı bir neçə kiçik adalardan ibarətdir, ərazisi 123 min kv. km-dir. İslandiyanın şimaldan Qrenlandiya, şərqdən İsveç və Norveç, cənubdan isə Böyük Britaniya ilə su sərhəddi vardır. İslandiyanın yerləşdiyi ada vulkanik mənşəlidir. Adada gündəlik şəkildə vulkan püskürmələri baş verir. İslandiyaya ən yaxın quru ərazisi Danimarka tabeliyində olan Qrenlandiyadır, onlar arasında məsafə 350 km-dir. Digər dövlətlərlə olan məsafə Norveçlə 1050, Şotlandiya ilə 800 km təşkil edir. İslandiyanın paytaxtı Reykyavik şəhəridir.
İslandiya Universiteti
İslandiya Universiteti ( isl. Háskóli Íslands ), İslandiyanın Reykyavikdəki ictimai araşdırma universitetidir və ölkənin ən qədim və ən böyük ali təhsil müəssisəsidir. 1911-ci ildə qurulan kiçik iyirmi məmur məktəbindən iyirmi beş fakültədə təxminən 14000 tələbə üçün təlim verən müasir bir hərtərəfli universitetə qədər inkişaf etmişdir. Tədris və tədqiqat ictimai elmlər, humanitar elmlər, hüquq, tibb, təbiət elmləri, mühəndislik və müəllim təhsili sahəsində aparılır. Mərkəzi Reykyavikdəki Suðurgata küçəsi ətrafında cəmlənmiş bir kampusa sahibdir. Əlavə qurğular yaxın ərazilərdə, eləcə də kənd yerlərində yerləşir. İslandiya Universiteti, üç keçmiş orta təhsil müəssisəsini birləşdirən Altinq tərəfindən 17 İyun 1911-ci ildə qurulmuşdur: Prestaskólinn, Læknaskólinn və Lagaskólinn, müvafiq olaraq ilahiyyat, tibb və qanunu tədris edir. Universitetin əvvəlcə humanitar fakültədən əlavə bu üç sahə üzrə fakültələri var idi. Fəaliyyətə başladığı ilk il ərzində 45 tələbə təhsil aldı. Universitetin ilk rektoru, humanitar elmlər fakültəsinin professoru Björn M. Ólsen idi.
İslandiya adası
İslandiya (isl. Ísland [ˈislant]), "buzlar ölkəsi") — Atlantik okeanının şimal hissəsində yerləşən ada dövləti. İslandiya adasından və ətrafındakı bir neçə kiçik adalardan ibarətdir, ərazisi 123 min kv. km-dir. İslandiyanın şimaldan Qrenlandiya, şərqdən İsveç və Norveç, cənubdan isə Böyük Britaniya ilə su sərhəddi vardır. İslandiyanın yerləşdiyi ada vulkanik mənşəlidir. Adada gündəlik şəkildə vulkan püskürmələri baş verir. İslandiyaya ən yaxın quru ərazisi Danimarka tabeliyində olan Qrenlandiyadır, onlar arasında məsafə 350 km-dir. Digər dövlətlərlə olan məsafə Norveçlə 1050, Şotlandiya ilə 800 km təşkil edir. İslandiyanın paytaxtı Reykyavik şəhəridir.
İslandiya bayrağı
İslandiya bayrağı — İslandiyanın Dövlət bayrağı
İslandiya krallığı
İslandiya krallığı (isl. Konungsríkið Ísland, dan. Kongeriget Island) — 1 dekabr 1918-ci ildə Danimarka-İslandiya Birləşmə Aktı nəticəsində qurulmuş dövlət. 17 iyun 1944-cü ildə İslandiyanın respublika elan olunmasınacan mövcud olmuşdur. İslandiya 1380-ci ildən bəri Danimarka ölkəsinin içindəki Norveç krallığının mülkü idi. 1874-cü ildə Danimarka İslandiyaya muxtariyyət hüquq verdi. Bu hüquq 1903 və 1904-cü illərdə genişləndirildi. 1 dekabr 1918-ci ildə iki tərəf arasında Danimarka-İslandiya Birləşmə Aktı imzalandı və İslandiya suveren dövlətə çevrildi. Danimarka kralı həm də İslandiya kralı olmaq şərtilə və xarici münasibətlərin Danimarkanın öhdəliyinə keçməsi şərtilə İslandiya müstəqil dövlət elan olunurdu. 9 aprel 1940-cı ildə Nasist Almaniyasının Danimarkanı işğalı iki dövlət arasındakı əlaqələrdə problemlər yaratmağa başladı.
İslandiya kronu
İslandiya kronu — İslandiyanın pul vahidi. 1885-ci ildə dövriyyəyə buraxılıb. İlk dövrdə 1 kron 100 eyreyə bərabər idi, ancaq 1 yanvar 1995-ci ildən eyre dövriyyədən çıxarılıb. 1 yanvar 1999-cu ildən isə 36 №-li 27 aprel 1998-ci il il Qanuna əsasən haqq-hesabda məbləğ 50 eyreyə qədər yuvarlaqlaşdırılmalıdır. 1 oktyabr 200-cü ildən isə eyre rəsmi surətdə mövcud deyil. İslandiya kronu (ISK) 10 (göy rəngdə), 50 (şabalıdı), 100 (yaşıl), 500 (qırmızı), 1000 (), 2000 (çox rəngli), 5000 (göy) nominalında buraxılır. Hal-hazırda 10, 50 və 100 nominallıq əskinazlar buraxımır. 2012-ci il valyuta kursu 126 ISK 1 ABŞ dollarına bərabərdir.
İslandiya qaratoyuğu
İslandiya qaratoyuğu (lat. Turdus poliocephalus) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid quş növü.
İslandiya qumluqcası
İslandiya qumluqcası (lat. Calidris canutus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
İslandiya setrariyası
İslandiya setrariyası lat. Cetraria islandica — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir– VU A2c +3c. Nadir növdür. Tallom nizamsız düzülmüş şaquli kolluqlurdan ibarətdir. Lövhəciklərin hündürlüyü 10 sm, eni 0,5-5 sm-dir, kənarları yuxarıya doğru burulub, yaşılımtıl-qəhvəyi rəngdədir, azca parıltılıdır. Tallomun hər iki tərəfi eynidir. Bəzən alt səthi az parıldayan olub, yalançı sifellərlə əhatə olunmuşdur. Lövhəciklərin kənarları kirpikciklidir, bəzən soridili və izidilidir. Apotesilər lövhəciklərin kənarlarında yerləşir, diametri 1,4 sm, tallomla eyni rəngdədir. Apotesilərin kənarları mişardillidir.
İslandiya tarixi
İslandiya Respublikasının yerləşdiyi eyni adlı adanın tarixinə verilən ümumi ad. İslandiya qədim tarixə sahib ölkə hesab edilir. IX və X əsrlərdə, əsasən Norveçlilər tərəfindən məskunlaşmalar başlamışdır. İslandların Xristianlıq dinini qəbul etməsi 1000-ci ildə baş vermişdir. 1262-ci il uniyasına əsasən İslandiya Norveçdən tam asılı vəziyyətə düşür. İslandiyada parlament vəzifəsini yerinə yetirən aypinq qanunvericilik funksiyalarının əksəriyyətindən məhrum edilir. 1380-cı ildə İslandiya, Norveç və Danimarka arasında üçtərəfli uniya imzalanır. 1537-ci ildə krallıq funksiyasını itirən Norveç eyni zamanda İslandiya üzərində olan hüquqlarından da məhrum olur və bununla da İslandiyanın idarəsini Danimarka tək başına icra etməyə başlayır. Danimarkanın İslandiyada Lüteranlıq məzhəbini rəsmi din kimi tətbiq etməsi ilə İslandiya müstəqilliyini tamamilə itirmişdir. Kilsə tərəfindən keçirilən islahatlar yerli əhalinin kəskin etirazı ilə qarşılandı.
İslandiya şpatı
İslandiya şpatı — kalsitin şəffaf, rəngsiz, yaxud açıq sarı, çəhrayı, limonu, abı və b. rəngli növ müxtəlifliyi. Bazalt (trapp), yaxud əhəngdaşlarındakı qeyri-şəffaf kalsit və ya kalsit seolitlərdən ibarət olan damar və yuvacıqlarda rast gəlinir. İslandiya şpatı əmələ gəlməsi hidrotermal məhlulların fəaliyyəti ilə əlaqədardır. Müxtəlif cihazların (mikroskop, saxarimetr, polyarimetr, spektrofotometr fototeleqraf cihazları, kinosəs və televizion aparatlar və b.), polyarizasion prizmalarının hazırlanmasında istifadə edilir. Böyük ehtiyatlı keyfiyyətli yataqları bazaltlarla əlaqədardır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
İslandiya şəhərləri
Finlandiya
Finlandiya, rəsmi adı ilə Finlandiya Respublikası — Şimali Avropada yerləşən Skandinaviya ölkəsi. Şimal-qərbdə İsveç, şimalda Norveç və şərqdə Rusiya ilə həmsərhəddir. Qərbində Botniya körfəzi, cənubunda isə Estoniyanın qarşısındakı Fin körfəzi yerləşir. Finlandiya 338.145 km2 əraziyə və 5,6 milyon əhaliyə malikdir. Helsinki paytaxt və ən böyük şəhərdir. Əhalinin böyük bir hissəsi etnik finlərdən ibarətdir. Rəsmi dövlət dilləri fin dili və isveç dilidir. Əhalinin 84,9 %-i ana dil kimi fin dilində, 5,1 %-i isə isveç dilində danışır. Finlandiyanın iqlimi cənubda rütubətli kontinental iqlimdən şimalda subarktika iqliminə qədər dəyişir. Torpaq örtüyü əsasən tayqa biomudur və 180.000-dən çox qeydə alınmış göl vardır.
Zelandiya
Zelandiya (ing. Zealandia) — dünyanın səkkizinci qitəsi kimi təklif olunur. Alimlər yer qabığındakı çatlar üzərində apardıqları araşdırmalarla Avstraliyanın şərqində yeni bir qitənin olduğunu iddia etmişdilər, lakin bu təklif hələ elmi ictimaiyyət tərəfindən qəbul edilməyib. Bruce Luyendyk bu adı ilk dəfə işlətdiyi halda, Hamish Campbell onu qitə kimi təklif edən ilk alim olmuşdur. Kempbellin tezisi ondan ibarətdir ki, Zelandiya əslində tamamilə su altında qaldığı halda, Yeni Zelandiya kimi böyük hissələri qitələr arasındakı toqquşmalar nəticəsində səthə qalxıb. Son araşdırmalar Amerika Geoloji Cəmiyyətinin Jurnalında dərc olunub. Bu araşdırmalara görə, Zelandiya coğrafi qitədir (mikro qitə və ya kontinental hissə deyil) və təxminən 4,9 milyon kvadrat kilometr ərazini əhatə edir, 94 faiz su və Yeni Zelandiyanın Şimal və Cənubi Adaları, Yeni Kaledoniya və digər adalardan ibarət qurudan ibarətdir. Bu araşdırmalara görə, Zelandiya coğrafi qitədir (mikro qitə və ya qitə parçası deyil) və təxminən 4,9 milyon kvadrat kilometr ərazini əhatə edir, 94 faiz su qismi ilə Yeni Zelandiyanın şimal və cənubi adaları, Yeni Kaledoniya və digər adalardan ibarət qurudan ibarətdir. Dörd fərqli səbəbə görə Zelandiya ayrı bir qitə hesab olunur.