Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İsi
İsi (keçmiş adları İsibəy və Bəykəndi) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Viləş çayının sahilində, Lənkəran ovalığındadır. Keçmiş adı İsibəy olmuşdur. Yaşayış məntəqəsi İsibəyə məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhali tərəfindən Bəykəndi də adlanırdı. Sovet hakimiyyəti illərində oykonimin tərkibindəki "bəy" sözü atılmışdır. == Əhalisi == === Tanınmışları === Mir Kazım Aslanlı (d. 1912, İsi, Masallı rayonu – ö. 25 yanvar 1975, Bakı) — şair, alim, həkim, müəllim və bəstəkar.
Məşədi İsi
Məşədi İsi (təq. 1840-cı illər – 1905, Ağdam, Şuşa qəzası) — XIX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyat və yaradıcılığı == Məşədi İsi ilk musiqi təhsilini Şuşada, Xarrat Qulunun məktəbində almışdır. Xanəndə Hacı Hüsünün "Xanəndələr məclisi"nin fəal üzvlərindən biri olmuşdur. Məşədi İsi klassik Şərq, xüsusilə Azərbaycan muğamlarının bilicisi olmuş, öz bilik və sənətkarlıq bacarıqlarını "Xanəndələr məclisi"nin gənc xanəndələrinə öyrətmişdir. O, "Rast", "Şur", "Hümayun", xüsusilə "Mahur" dəstgahını özünəməxsus fərdi xüsusiyyətlə ifa etmişdir. Azərbaycan şairlərinin qəzəl və qoşmaları ilə yanaşı, Hafiz və Sədi Şirazinin əsərlərini də oxumuşdur. Musiqişünas Cəlil Bağdadbəyovun yazdığına görə Azərbaycan şairlərinin şeirlərini ilk dəfə məclislərdə oxuyan Məşədi İsi olmuşdur. Məşədi İsi təkcə Qarabağda deyil, eləcə də Azərbaycanın bir çox şəhərlərində — Gəncə, Ağdaş, Şamaxı və Bakıda dəfələrlə müxtəlif məclislərdə çıxış etmişdir. Aylarla şamaxılı Mahmud ağanın məclislərində oxumuşdur.
İsi Məlikzadə
Məlikzadə İsi Abbas oğlu (1 may 1934, Ağcabədi rayonu – 12 may 1995, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan ədəbiyyatına yeni qəhrəman tipi gətirmiş, "60-cılar" nəslinin görkəmli nümayəndəsidir. == Həyatı == İsi Məlikzadə 1934-cü il mayın 1-də Azərbaycanın Ağcabədi rayonunda anadan olmuşdur. Orta təhsilini Ağcabədidə Xəlfərəddin kənd orta məktəbində, ali təhsilini indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində almışdı. == Fəaliyyəti == "Əzizbəyovneft" mədənlər idarəsində operator, yerüstü avadanlıq ustası (1957–1961), Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyi Başqaz idarəsində böyük mühəndis, şöbə rəisinin müavini (1961–1966), "Ulduz" jurnalı redaksiyasında publisistika şöbəsinin müdiri, məsul katib (1966–1973), Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasında ssenari redaksiya heyətinin üzvü (1974–1976), "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri (1976–1980), "Ulduz" jurnalı redaksiyasında nəşr şöbəsinin müdiri (1980–1981), "Mozalan" satirik kinojurnalında böyük redaktor (1981–1983), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor vəzifələrində işləmişdir (1983–1985). Sonra bir müddət yaradıcılıqla məşğul olmuşdur. Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi hissə müdiri (1988–1990) işləmişdir. Sonra ömrünün sonunadək "Azərbaycan" jurnalında publisistika şöbəsinin müdiri (1994-cü ildən), Azərbaycan Mədəniyyət Fondunun Qarabağ filialının sədri (1990-cı ildən) vəzifələrində çalışmışdır. 1995-ci il dekabrın 5-də vəfat etmişdir. Azərbaycan Milli İstiqlal Partiyasının baş katibi Əli Orucovun dediyinə görə, İsi Məlikzadə Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur.
İsim
İsim — Canlı və cansız varlığın adını bildirir. Kim? nə? hara? suallarından birinə cavab verir. İsmin 6 halı var: adlıq hal, yiyəlik hal, yönlük hal, təsirlik hal, yerlik hal və çıxışlıq hal. İsim hallanır, cəmlənir, mənsubiyyətə görə isimlər dəyişə bilir, tək və cəm olur, konkret və mücərrəd olur, şəxs şəkilçisi qəbul edə bilir. Lüğət tərkibindəki sözlərin çoxunu isimlər təşkil edir. == Konkret və mücərrəd isimlər == Gözlə görülməsi və əl ilə toxunulması mümkün olan, obyektiv aləmdə, fəzada müəyyən yer tutan əşyaların adını bildirən sözlər konkret isimlər adlanır. Məsələn, kitab, kağız, ot, süd, daş,günəş, ağac, stol, stul, və s.
Baraxov, İsidor Nikiforoviç
İsidor Baraxov (İvanov) (rus. Исидор Никифорович Барахов (Иванов); 31 yanvar 1898 – 15 sentyabr 1938, Kommunarka poliqonu[d], Moskva vilayəti) — sovet dövləti xadimi, XX əsrin əvvəllərində Yakutiyanın ictimai-siyasi xadimi, vətəndaş müharibəsinin iştirakçısı. Maksim Ammosov və Platon Oyunski ilə birlikdə RSFSR-in tərkibində Yakutiya ASSR-in yaradıcılarından idi. == Həyatı == 31 yanvar (12 fevral), 1898-ci ildə Yakutiya vilayətinin Verxnevilyui ulusunun Xarbalax nasleqində varlı bir kəndli-maldar ailəsində anadan olmuşdur. 1914-cü ildə Verxnevilyui kənd ibtidai məktəbini bitirmişdir. Yakutiya şəhərindəki müəllimlər seminariyasında oxuduğu müddət Y. M. Yaroslavski ilə tanış olmuş və onun inqilabi dərnəyində iştirak etmişdir. 1917-ci ilin sentyabrından RSDİPüzvüdür. Rusiya Kommunist Partiyası (b) Yakutya quberniyası, Vilyuy rayon bürosunun katibi (1920–1922), YaASSR Xalq Komissarları Sovetinin sədri (1922–1924), Ümumittifaq Kommunist Partiyası (b) Yakutiya Vilayət Komitəsinin birinci katibi (1926–1928). Millət vəkili, sonra — ÜKP (b) Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinin Şərqi Sibir və Uzaq Şərq sektorunun müdiri (1933–1938). Partiyanın X, XII, XV qurultaylarının nümayəndəsi, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin YMİK-nin üzvü seçilmişdir.
Elvin İsizadə
Elvin Azim oğlu İsizadə (4 sentyabr 2001; Ağalıkənd, Qaradağlı, Ağdam, — 26 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin İsizadə 2001-ci ildə sentyabrın 4-də Ağdam rayonunun Qaradağlı kəndində dünyaya göz açıb. 2007-ci ildə Ayaz Abbasov adına Qaradağlı kənd orta məktəbində təhsil almaqla yanaşı Qaradağlı kənd Musiqi məktəbində tar musiqi aləti üzrə də təhsil almışdır. 2018-ci ildə kollecə qəbul oldu. 2019-cu ildə isə könüllü olaraq hərbi xidmətə gedib. == Hərbi xidməti == 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 26-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid oldu. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılıb və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İsizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İsizadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Kadzuo İsiquro
Kazuo İşiquro (ing. Kazuo Ishiguro, yap. かずお・いしぐろ) — yapon əsilli Britaniya nasiri, kinodramaturqu və roman yazıçısı. Yazıçı 2017-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Mükafatlar == 1982: "Təpələrin solğun mənzərəsi" romanına görə "Uinifred Holtbi adına mükafat". 1983: "Qranta" jurnalının "Ən yaxşı gənc britaniyalı romançılar" siyahisına düşüb. 1986: "Üzən dünyanın artisti" əsərinə görə "Unitbred mükafatı". 1989: "Günün qalıqları" romanına görə "Buker mükafatı". 1993: "Qranta" jurnalının "Ən yaxşı gənc britaniyalı romançılar" siyahisına düşüb. 1995: Britaniya İmperiyası Ordeninin Zabiti.
Killan İsidore
Killan İsidore (17 oktyabr 1996) — Böyük Britaniyalı peşəkar kişi BMX velosipedçisi. Killan İsidore Böyük Britaniyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Killan İsidore 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.046 saniyəlik nəticəsi ilə 56-cı yeri tutdu.
Maksimillian Fransua Mari İsidor de Robespyer
Maksimilian Robespyer (6 may 1758[…], Arras – 28 iyul 1794[…], Paris) — Fransız inqilabının liderlərindən olan İrlandiya əsilli vəkil. == Həyatı == Maksimilian Robespyer 1758-ci il 6 may tarixində Fransanın şimalında olan Arras şəhərində anadan olub. Robespyer 1769-cu ildə, Parisdə Böyük Lüdovuq Kollecində daxil olur. Burada təhsil aldığı dövrdə çalışqanlığı ilə yoldaşlarından fərqlənib. 1781-ci ildə məktəbi bitirdikdən sonra, atasının yolunu davam etdirərək vəkil peşəsini seçir və bu sahədə fəaliyyət göstərir. O tezliklə müvəffəqiyyətli vəkil olur və Yepiskop Tribunalında hakim vəzifəsinə də yiyələnir. Məhkəmə dinləmələri ərzində, o maarifçi ideayları ilə tanınır və kasıb insanların lehinə hər zaman dəlil gətirə bilməsi ilə şöhrət qazanır. [mənbə göstərin] O,geniş mütaliələrlə məşğul olur,həmçinin cəmiyyətdə baş verən hadisələrlə dərindən maraqlanır. 1782-ci ildə o cinayət hakimi təyin edilir. Robespyerin siyasi ideyalarına ən böyük təsir göstərən Jan Jak Russonun fikirləri olub.
Phragmites communis var. isiacus
Qamış və ya Qəmiş (Phragmites australis), sulaq yerlərdə bitən uzun və içiboş bir bitki. == Sinonim == Arundo aggerum Kit. Arundo australis Cav. Arundo barbata Burch. Arundo donax Forssk. [Illegitimate] Arundo egmontiana Roem. & Schult. Arundo filiformis Hassk. [Invalid] Arundo flexuosa Brongn. [Illegitimate] Arundo graeca Link Arundo naga J.Koenig ex Steud.
Phragmites isiacus
Qamış və ya Qəmiş (Phragmites australis), sulaq yerlərdə bitən uzun və içiboş bir bitki. == Sinonim == Arundo aggerum Kit. Arundo australis Cav. Arundo barbata Burch. Arundo donax Forssk. [Illegitimate] Arundo egmontiana Roem. & Schult. Arundo filiformis Hassk. [Invalid] Arundo flexuosa Brongn. [Illegitimate] Arundo graeca Link Arundo naga J.Koenig ex Steud.
San-İsidro
San-İsidro (isp. San Isidro) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 11,7 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1874 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 40 km uzaqlıqda yerləşir.
Sevilyalı İsidor
Sevilyalı İsidor (lat. Isidorus Hispalensis; 560 – 4 aprel 636) — Məşhur xristian alimi, Kilsə Atalarından biri. Sevilyalı İsidoru orta əsrlərin ilk ensiklopedisti adlandırırlar. == Həyatı == Adllı-sanlı ispan-romalı və vestqot kralının qızının ailəsindəndir, yeniyetməliyində parlaq ritorik təhsil almış. Məşhur xristian ilahiyyatçısı Sevilyalı İsidor 560-cı ildə Karfagen (müasir Kartaxena) şəhərində tanınmış və dindar ailədə dünyaya gözlərini açmışdır. Öz dövrünə görə yaxşı təhsil almışdır. Onun Leandr və Fulhensi adlı qardaşı, Florentina adlı bacısı olmuşdur. Daha sonralar bu ailənin hər üzvü Roma-Katolik Kilsəsi tərəfindən müqəddəs elan edilmişdir. Valideynlərini tez itirən İsidor böyük qardaşının himayəsində yaşamışdır. Lakin onun qardaşı Leandr tərbiyəsi zamanı sərt tədbirlərə əl atırdı.
Tavennalı İsidora
Tavennalı İsidora və ya Misirli İsidora — xristianlıqda rahibə və müqəddəs, ilk müqəddəs dəlilərdən biri. Müqəddəslərin qarşısında hörmətlə qarşılanır, 10 mayda Pravoslav kilsəsində xatirəsi xatırlanır. İsidoranın həyatı haqqında çox az məlumat olsa da, o, Müqəddəs Pavelin yazılarına nümunə olması ilə xatırlanır: "Hər biriniz bu dünyanın meyarlarına görə müdrik olduğuna inanırsınız, həqiqətən də müdrik olmaq üçün dəli olmalısınız". İsidoranın hekayəsi xristianlıqda bir insanın tanınması və ya izzətinin onun hərəkətlərinin, hətta şəxsiyyətinin naməlum olması və ya səhv başa düşülməsi mənasına gəlsə belə, tanrının insanın hərəkətlərini görməsi ilə müqayisədə ikinci dərəcəli olması idealını təsirli şəkildə vurğulayır. == İstinadlar == == Əlavə ədəbiyyat == Исидора // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Житие преподобной Исидоры юродивой // Жития святых на русском языке, изложенные по руководству Четьих-Миней свт. Димитрия Ростовского : 12 кн., 2 кн.
Vilson İsidor
Vilson İsidor (27 avqust 2000-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Monako === 29 iyun 2018-ci ildə İsidor Renn klubunun əvəzedici komandası ilə debüt mövsümündən sonra Monako klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. İsidor peşəkar karyerasında debütünü 11 noyabr 2018-ci ildə Pari Sen-Jermen klubuna qarşı oyunda etmişdir. O, 49-cu dəqiqədə Jordi Mboulanı əvəz etmişdir. Liqa 1 görüşündə Monako rəqibinə 0-4 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == İsidor Fransada anadan olmuşdur. Valideynləri isə Haiti vətəndaşlarıdır. O, hal-hazırda Fransa millisinin müxtəlif yaş qruplarında çıxış edir.
Yelena İsinbayeva
Yelena Hacı qızı İsinbayeva (rus.Кики́мора Гадиевна Исинбаева; 3 iyun 1982[…], Volqoqrad) — Rusiya atleti. == Həyatı == Yelena Hacı qızı İsinbayeva 3 iyun 1982-ci ildə Rusiyanın Volqoqrad şəhərində anadan olmuşdur. Atası Qadcı Qadcıyev (Hacı Hacıyev) Dağıstan Ləzgi boylarından Tabasaran mənşəlidir. İsinbayevanın bacıları onu "İnna" deyə çağırıb. 5 yaşından 15 yaşına qədər gimnastika ilə məşğul olub. Ən böyük xəyalı məşhur, dünya səviyyəli gimnast olmaq idi. Lakin boyunun uzunluğu karyerasına mane olurdu. Boyu 1.74 metrdir. Bu səbəbdən gimnastika üçün yararlı hesab edilmirdi və xəyalından əl çəkməli olur. Gimnastika müəllimləri ona qapını göstərərək deyirlər: "Çox uzun boyun var, səndən gimnast olmaz." Lakin o, məşhur olmağı qarşısına məqsəd qoymuşdu.
İSimanqaliso Milli Parkı
iSimanqaliso bataqlıq parkı və ya iSimanqaliso Milli Parkı (əvvəllər Müqəddəs Lusiya gölü bataqlıq parkı kimi də tanınırdı) — CAR-ın Kvazulu-Natal vilayətinin şərq sahilində, yol ilə Durbandan təxminən 235 kilometr şimalda yerləşir. Şimalda Mozambik sərhəddindən Müqəddəs Lusiya gölünün cənubundakı Mapelanaya qədər sahil xəttinin 280 km-ni əhatə edən qoruq Cənubi Afrika Respublikasındakı üçüncü ən böyük qorunan ərazidir. Park iSimanqaliso səlahiyyətliləri tərəfindən idarə olunan və 3,280 km2 sahəsindəki təbii ekosistemlərdən ibarətdir. Park əvvəllər Böyük Müqəddəs Lusiya bataqlıq parkı olaraq tanınsa da, 1 Noyabr 2007-ci ildə ərazinin adı dəyişdirilmişdir. İsimanqaliso sözü zulu dilində "möcüzə" və ya "heyrətamiz bir şey" mənasında işlədilir. Bu ad Çakanın Tsonqa ölkəsinə göndərilməsinin nəticəsi olaraq ortaya çıxmışdır. O, geri qayıdanda gördüyü gözəlliyi bir möcüzə kimi təsvir etmişdi. == Biomüxtəliflik == Nisbətən kiçik bir ərazidə meydana gələn zəngin biomüxtəliflik, bənzərsiz ekosistemlər və təbii gözəlliklər səbəbiylə park ümumdünya irsi elan edilmişdir. Fauna və floradakı böyük müxtəlifliyin səbəbi, mərcan qayaları və qumlu çimərliklərdən tutmuş subtropik dyunlara , savannalara və bataqlıq ərazilərə qədər parkdakı müxtəlif ekosistemlərin çoxluğudur. Park ərazisindəki quru heyvanlarına fil, bəbir, qara və ağ kərgədan və Afrika kəli, okeanlarda isə balina, delfinl, və dəniz tısbağaları, o cümlədən dərili tısbağa və sini çanaqlı tısbağa daxildir.
İnfant Karl Mariya İsidro
İnfant Karl Mariya İsidro (isp. Carlos María Isidro Benito de Borbón y Borbón-Parma) (29 mart 1788[…] – 10 mart 1855[…], Triest) – İspaniya kralı IV Karlın ikinci oğlu, İspaniya infantı. Qardaşı VII Ferdinandın 1833-cü ildə ölümündən sonra İspaniya taxtına olan iddiasını irəli sürdü. Ancaq mərhum kralın körpə qızı İzabellanın tərəfdarları onun bu iddiasını qəbul etmədi və ölkəni idarə edən kortes birliyi 15 yanvar 1837-ci ildə İnfant Karl və onun övladlarının taxt hüququnu ləğv etdi. Buna baxmayaraq o və onun şəcərəsi XX əsrin ortalarına qədər İspaniya taxtı uğrunda taxt iddialarını davam etdirdilər. == Mənbə == Holt, Edgar. The Carlist Wars in Spain. Chester Springs, Pennsylvania: Dufour Editions, 1967. Moral Roncal, Antonio Manuel. Carlos V de Borbón.
İsiaka İrankunda
İsida
İsida —Qədim Misirdə ilahə. Osirisin arvadı, Qorun anası == Ana himayəçisi == Misirlilər, tarix boyunca , digər xalqlarla ünsiyyətə girərək, bu məbədlərə getdikçə daha çox yeniyeni tanrıları daxil edirdilər. Digər dinin nümayəndələri bəzən bu zəngin məbədə istehza ilə baxırdılar. Yalnız bir qədim ilahə, neçə minilliklər keçsə də, bütün ictimai və siyasi dəyişikliklərə baxmayaraq, bu məbəddə öz hakim mövqeyini saxlamağa nail oldu, öz simasını və funksiyalarını dəyişilməz saxladı (bəlkə daha da saflaşdırdı). Bu – Qorun anası İsidadır. İsida hər bir faraonun anası sayılır. Geniş Misir məbədində Günəş Allahı Ra hakim mövqe saxlayırdı, o, bütün Allahların atası, idarə edən sayılsa da, xalq daha çox Osirisin sadiq arvadını, Qorun mehriban anası, İsidaya daha çox səcdə edirdi. İsida Misir məbədində ən populyar ilahə idi. O, sədaqətli, ölümə baxmayaraq, ərini istəyən arvad, özünü qurban verməyə hazır olan ana idi. Onun xeyirxahlığında, məhəbbət və ümid verməsində özünə dayaq nöqtəsini axtaran tərəfdaşlarının sayı durmadan artırdı.
İsidor Baraxov
İsidor Baraxov (İvanov) (rus. Исидор Никифорович Барахов (Иванов); 31 yanvar 1898 – 15 sentyabr 1938, Kommunarka poliqonu[d], Moskva vilayəti) — sovet dövləti xadimi, XX əsrin əvvəllərində Yakutiyanın ictimai-siyasi xadimi, vətəndaş müharibəsinin iştirakçısı. Maksim Ammosov və Platon Oyunski ilə birlikdə RSFSR-in tərkibində Yakutiya ASSR-in yaradıcılarından idi. == Həyatı == 31 yanvar (12 fevral), 1898-ci ildə Yakutiya vilayətinin Verxnevilyui ulusunun Xarbalax nasleqində varlı bir kəndli-maldar ailəsində anadan olmuşdur. 1914-cü ildə Verxnevilyui kənd ibtidai məktəbini bitirmişdir. Yakutiya şəhərindəki müəllimlər seminariyasında oxuduğu müddət Y. M. Yaroslavski ilə tanış olmuş və onun inqilabi dərnəyində iştirak etmişdir. 1917-ci ilin sentyabrından RSDİPüzvüdür. Rusiya Kommunist Partiyası (b) Yakutya quberniyası, Vilyuy rayon bürosunun katibi (1920–1922), YaASSR Xalq Komissarları Sovetinin sədri (1922–1924), Ümumittifaq Kommunist Partiyası (b) Yakutiya Vilayət Komitəsinin birinci katibi (1926–1928). Millət vəkili, sonra — ÜKP (b) Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinin Şərqi Sibir və Uzaq Şərq sektorunun müdiri (1933–1938). Partiyanın X, XII, XV qurultaylarının nümayəndəsi, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin YMİK-nin üzvü seçilmişdir.
İsidor Ştraus
İsidor Ştraus (ing. Isidor Straus; 6 fevral 1845 – 15 aprel 1912) — Titanik gəmisinin birinci sinif sərnişinlərindən biri.
İsidora Sekuliç
İsidora Sekuliç (serb. Исидора Секулић d. 16 fevral 1877 – 5 aprel 1958, Belqrad) — Yuqoslaviyanın serb əsilli yazıçısı, tərcüməçi, ədəbiyyatşünas. Elmlər doktoru. Serbiya Elmlər və İncəsənət Akademiyasının ilk qadın akademiki (1950). XX əsrin birinci yarısının ən məşhur serb yazıçısı. == Bioqrafiyası == 1892-ci ildə Budapeştdə müəllimlər seminariyasını bitirib və bir müddət müəllim işləyib. 1922-ci ildə Almaniyada doktorluq dərəcəsi almışdır. Avropaya bir neçə dəfə səyahət edərək, uzun müddət İngiltərə, Fransa və Norveçdə yaşamışdır. Poliqlot olmuşdur.
İsihazm
İsiházm - (q. yunanca ἡσυχία, «sakitlik, sükunət, təkliyə çəkilmə») — Şərq Ortodoks Xristianlığında (Pravoslavlıqda) mistik dünyagörüşü. Xristianlıqda abid və rahib həyatının əsasını təşkil edir. == Yaranması və inkişafı == XIII-XIV əsrlərdə Şərq Xristianlığında rahiblərin arasında “İsihazm” adlanan mistik təlim yayılmışdı. Bu mistik cərəyanın ardıcılları günlərini İsaya “ağıllı” dua etməklə keçirirdilər. Bu cür dualar sonradan adi xristianlar tərəfindən də kilsələrdə yerinə yetirilirdi. Onları icra etmək üçün müəyyən hala daxil olmaq lazım idi. Duada diqqətin yalnız İsaya yönəldilməsi nəfəsin tənzimlənməsi yolu ilə əldə olunurdu. Nəfəsin tənzimlənməsinin müxtəlif metodları var idi. Onlardan ən çox istifadə olunanlar Simeon və Nikiforus (XIII əsr) tərəfindən tətbiq edilmişdi.
İsinmə hərəkəti
İsinmə hərəkəti — nümayiş və ya praktikadan əvvəl həyata keçirilir. Atletlər, müğənnilər, aktyorlar və başqaları əzələlərini istifadə etmədən əvvəl qızdırırlar. Bu güclü hərəkətlər üçün əzələləri hazırlayır. İstilik hərəkətləri əzələləri spazmalardan və zədələrin qarşısını alır.
Asi
Asi (عاصی - üsyançı):
Alaş işi
Alaş işi — 1928-ci ildən Alaş Partiyasının üzvlərinə qarşı kütləvi repressiyalar. Həbs edildikdən sonra onlara sovet hakimiyyətini devirmək üçün ona qarşı silahlı mübarizədə iştirak etməkdə, milliyətçi təbliğat aparmaqda, SSRİ-yə qarşı mübarizə aparan xarici dövlətlərlə əlaqədə olmaq ittihamı irəli sürülmüşdür. 1930-cu ilin aprelində təqribən 40 nəfər müxtəlif müddətə azadlıqdan məhrum edilmiş, ölüm cəzasına məhkum edilmişdir. Bunlardan Əhməd Baytursunov, Miryaqub Dulatov, Mirəzağalı Espolov, Xalil Qabbasov, Qasımbek Birimjanov və başqaları var. Xalel və Jaxanşa Dosmuxamedov, Maqjan Jumabayev, Yeldos Omarov, İbrahim Satbayev, Abuali Adilov, Abdolla Uzakbayev sürgünə göndərilmişdir. Sonradan azadlığa buraxılan Muxtar Auezov, Ualixan Ömərov, Bilal Suleyev, Alimjan Yermekov, Daniyal İskakov istintaqa cəlb edilmişdir.
Usi
Usi (və yaxud Vuşi, çin. 无锡), Çin Xalq Respublikasıın Jianqsu vilayətinin cənubunda şəhər və eyniadlı bələdiyədir. Tai gölünün şimal-şərqinin yaxınlığında, Büyük kanalın Xichenq kanalıyla birləştiyi nöqtədə yerləşmişdir. Jianqsu vilayətinin cənubunda əsas nəqliyyat sistemini teşkil edən suyolları və kanalların qovuşduğu əsas mərkəzdir. == Tarix == Yanszı çayının deltasında tikilən ilk yaşayış mərkəzlərindən biridir. Əvvəllər bir qalay rezerv mərkəzi kimi bilinirdi, sonra Şərqi Xan sülaləsi dövründə (b.e.ə. 206-b.e. 25) qalay rezervlərinin qutarması ilə əlaqəli adı "qalayı olmayan" mənasını verən Usi adlandırılmışdır. III əsrin sonlarından başlayaraq Bilinq (Changzhou) kapitanlığına verildi. Yuan sülaləsi dövründə (1206-1368) müstəqil bir vilayət oldu və illərcə müstəqil olaraq qaldı.
İSS
Beynəlxalq Kosmik Stansiya (BKS) (ing. International Space Station, ISS) — çoxməqsədli kosmik tədqiqatlar üçün istifadə edilən pilotlu orbital stansiyadır. BKS 23 ölkənin iştirak etdiyi birgə beynəlxalq layihədir. Bunlar Avstriya, Belçika, Braziliya, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kanada, Lyuksemburq, Niderland, Norveç, Portuqaliya, Rusiya, ABŞ, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiyadır. Bu orbital stansiyanın dəyəri 150 milyard dollar olmaqla tarixdəki ən bahalı layihədir. Çəkisi 450 ton, uzunluğu 73 metr, eni 109 metr, hündürlüyü 20 metr, sürəti saniyədə 7.6 km olan bu nəhəng stansiya 1998-ci ildən fəaliyyət göstərir və Yerdən 370 km hündürlükdə orbitdə fəaliyyət göstərir. Yer orbitində 1 tam dövrünü 92 dəqiqəyə başa vurur. Bu isə o deməkdir ki, 1 gün ərzində Yer ətrafında 15 dəfə dövr edir. Stansiyanın hissələri bir-bir kosmosa göndərilərək kosmonavtlar tərəfindən orada yığılmışdır. == Mənbə == Həvəskar teleskoplarda Beynəlxalq Kosmik Stansiya "Энергия" Ruysiya Kosmik Korporasiyası.
İbi
İbi (isp. Ibi) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Oyya-de-Kastalya ərazisinin 62,52 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 23861 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 30 km uzaqlıqda yerləşir. == Qalereya == == Həmçinin bax == Oyya-de-Kastalya Tibi Onil == İstinadlar == == Xarici keçidlər == Rəsmik sayt Arxivləşdirilib 2018-11-07 at the Wayback Machine Ayuntamiento de Ibi Arxivləşdirilib 2018-11-07 at the Wayback Machine Índice estadístico municipal de Ibi Ibi en el Registro de Entidades Locales de la Generalidad Valenciana Villa de Ibi noticias sobre Ibi Web de noticias de Ibi Portal sobre Ibi Reportajes gráficos de las fiestas de Moros y Cristianos de Ibi Federación Valenciana de Municipios y Provincias — Guía Turística Página de la comisión de fiestas de moros y cristianos, historia, fotos, comunicados, múscia, vídeos..
İki
İki — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Birdən sonra, üçdən əvvəl gəlir. == Ümumi məlumat == Bütün başlanğıcların başlanğıcı, yəni elə sayların da ilki olan birdən sonra insanlar iki sayı ilə qarşılaşmışlar. Bu sayın da ilkin yaranışı çeçələ barmaqdan sonra qatlanan adsız barmaqla bağlıdır. Özündən əvvəlki bir sayından fərqli olaraq iki sayı insanları "cüt"lük, "qoşa"lıq aləmi ilə qovuşdurur. Bu "qoşa"lıq, "cüt"lüklə yeni inam, etiqad, görüşlər silsiləsi yaranır. İki sayı fərq qoymadan mifoloji və gerçək hadisələri, nəsnələri öz içinə alır. Bunlar isə sırası kəsilməz saydadır. Bir neçə örnəyi yada salaq. İnsan çoxluğunun yaranma başlanğıcına səbəb tək bir böyük Tanrının xəlq etdiyi Adəm-Həvva, yəni kişi-qadın cütlüyü.
İri
Aşağı İri (Culfa)
İsa
İsa (ən tezi e.ə. 6 və ən geci e.ə. 4, Beytləhm, Roma imperiyası – 7 aprel 30 və ya 3 aprel 33) — İsa Məsih, Nazaretli İsa və bir çox başqa adlarla tanınan, birinci əsrdə yaşamış yəhudi təbliğçi və dini lider. O, dünyanın ən geniş yayılmış dini olan Xristianlığın əsas simasıdır. Əksər xristianlar İsanın Tanrının Oğlu və Əhdi-Ətiqə əsasən zühur etməsi gözlənilən peyğəmbər Məsih olduğuna inanırlar. Antik dövrlə məşğul olan bütün müasir elm adamları İsanın tarixən mövcud olması ilə razılaşır. İsanın həyatı haqqında məlumatlar İncillərdə, xüsusən də Əhdi-Cədiddəki dörd kanonik İncildə öz əksini tapır. Akademik araşdırmalar İncillərin tarixi etibarlılığına və onların İsanı tarixi bir şəxsiyyət olaraq nə dərəcədə düzgün əks etdirməsinə dair müxtəlif fikirlər ortaya qoyub. Səkkiz günlük ikən sünnət edilən və yetkinlik yaşına çatanda Vəftizçi Yəhya tərəfindən vəftiz olunan İsa 40 gün, 40 gecə səhrada oruc tutduqdan sonra öz xidmətinə başladı. Səyyah müəllim olduğu üçün onu adətən “ravvin” adlandırırdılar.
İİİ
İnsan İnkişafı İndeksi (İİİ) — 1990-cı ildən etibarən hər il BMT-nin İnkişaf proqramı tərəfindən nəşr edilən "İnsan İnkişafı Hesabatı"nda dünya ölkələrində əhalinin rifahını əks etdirən göstərici. Bu indeks əhalinin rifahını ÜDM-dən daha geniş şəkildə özündə ehtiva edir. İİİ insan inkişafının üç ölçüsünü özündə birləşdirir: uzun və sağlam ömür (orta ömür uzunluğu əsasında hesablanır); təhsil səviyyəsi (böyüklər arasında savadlılıq, həmçinin ibtidai, orta və ali məktəblərdə təhsil alanların say nisbəti əsasında hesablanır); layiqli yaşayış standartları (alıcılıq qabiliyyəti pariteti/AQP, gəlir əsasında hesablanır). Lakin, bu indeks insan inkişafının müfəssəl, hərtərəfli ölçü vasitəsi deyil. Məsələn, buraya gender və ya gəlir bərabərsizliyi, insan hüquqları və siyasi azadlıqların təmin olunması kimi göstəricilər daxil edilmir. Buna baxmayaraq, məhz bu indeks insan inkişafının və gəlirlə rifah arasında qarşılıqlı mürəkkəb münasibətlərin nəzərdən keçirilməsi üçün daha geniş prizmanı təmin edir. 2009-cu il hesabatındakı reytinq sistemi istisna olmaqla əvvəlki illərdə reytinq 3 kateqoriyaya bölünmüşdür. Əvvəlki sistemdə 1-dən 63-dək yerləri insan inkişafının yüksək, 64-dən 146-dək yerləri orta, daha sonra isə aşağı olduğu ölkələr tuturdu. 2009-cu ildən etibarən ölkələr 4 kateqoriyaya bölünür. Yeni sistemdə əvvəlkinə əlavə olaraq "çox yüksək" kateqoriyası daxil edilmişdir.
Adana ili
Adana ili — Türkiyənin cənubunda, Aralıq dənizi regionunda, Aralıq dənizi sahilində yerləşən il. İnzibati mərkəzi Adana şəhəridir. Şimaldan Kayseri, şimal-şərqdən Qəhrəmanmaraş, şərqdə Osmaniyə, cənub-şərqdə Hatay, cənubda Aralıq dənizi, cənub-qərbdə Mersin, qərbdə Niğdə illəri ilə əhatələnib. Ölkənin ən sıx əhalinin yaşadığı altıncı ildir. Adana ili ümumilikdə 15 ilçədən, 16 bələdiyyədən, 508 kənddən ibarətdir. Adana il mərkəzi Mersin, Adana, Osmaniyə, Hatay illərini əhatə edən Çukurova coğrafi bölgəsində yerləşir. Bu bölgə tarixən Luvilərin, Arzavaların, Xetlərin, Assuriyalıların, Farsların, Yunanların, Selevkilərin, Kilikiyalıların, Romalıların, Bizanslıların, Abbasilərin, Səlcuqluların, Məmlüklərin, Ramazanoğullarının və Osmanlıların hakimiyyəti altında olub. 1922-ci il tarixində Fransızların bölgədən çəkilməsi ilə bölgə Türkiyə Cümhuriyyətinin torpaqlarına qatılıb 1986-cı ildə qəbul edilən 3306 saylı qanunla Adana şəhər inzibati ərazi dairəsi (ŞİƏD) statusu verilib. İlk əvvəl Seyhan və Yüreğir ilçələri Adana bələdiyyəsi tabeçiliyinə daxil olub. 2004-cü ildə qəbul edilən 5216 saylı qanuna uyğun olaraq Adana şəhər inzibati ərazi dairəsi sərhədləri genişləndirilib və yeni sərhədlər daxilində qalan 5 ilçə şəhər ilçə bələdiyyələri kimi təsis edilib.
Adıyaman ili
Adıyaman ili — Türkiyədə il. == Ərazi == Türkiyə Statistika Qurumunun 2010-cu ilə olan məlumatlarına əsasən il ərazisində 9 inzibati ilçə (Besni, Çelikhan, Gərgər, Sincik, Tut, Kahta, Gölbaşı, Samsat və mərkəz Adıyaman), 19 bələdiyyə, 427 kənd yerləşir. == Əhali == 2011-ci ilə olan rəsmi təxminə əsasən əhalisi 593 931 nəfərdir. == İlçələr == 2010 TUIK məlumatlarına görə mərkəz rayonla yanaşı 9 rayonu, 19 şəhəri və 427 kənd vardır.
Afyonkarahisar ili
Afyonqarahisar ili — Türkiyədə il. Türkiyənin Egey Dənizi Bölgəsində Daxili Qərbi Anadolu Hissəsində yer alan bir ildir. 2010 TUIK məlumatlarına görə rayonda mərkəzi rayon ilə birgə 18 rayon (ilçə) və 388 kənd vardır. == Mahalları == Afyonqarahisar ilində olan ilçeler bunlardır: Başmaqçı Bayat Bolvadin Çay Çobanlar Dazqırı Dinar Əmirdağ Evçilər Müəllimlər Ehsaniyə İsçəhisar Qızılörən Sandıqlı Sincanlı Sultandağı Şuhud == Coğrafiya == Afyonqarahisar ili Anadolu yarımadasının qərb ortasında və Egey regionunun daxili hissəsindədir. Egey sahillərinə açılan Orta Anadolu yaylasının bir eşikidir. Əskişəhər, Konya, İsparta, Dənizli, Uşak və Kütahya ətrafındadır. Vilayətin digər qonşu vilayətlərlə sərhədlərinin ümumi uzunluğu 616 kilometrdir. == Tarix == Məlum olduğu kimi əvvəlcə Hititlərin hakimiyyəti altında olan Afyonkarahisar torpaqları, daha sonra sırasıyla Frigiya və Lidiyanın hakimiyyəti altına keçdi.[1] Sonra, VI əsrdə Makedoniyalı İsgəndər tərəfindən fəth edildi. Ölümündən sonra, torpaqlar Selevki və Pergamon Krallığının suverenliyi altına girdi, daha sonra Roma İmperiyasına qoşuldu. Alp Arslanın Malazgird döyüşünden sonra Türklər Anadolunu fəth etdilər və Karaşar türkləri Sultan I Məsudun əmri ilə Akronium qalasının ətəklərinə yerləşdilər və daha sonra qalaya Karahisar adı verildi.
Afyonqarahisar ili
Afyonqarahisar ili — Türkiyədə il. Türkiyənin Egey Dənizi Bölgəsində Daxili Qərbi Anadolu Hissəsində yer alan bir ildir. 2010 TUIK məlumatlarına görə rayonda mərkəzi rayon ilə birgə 18 rayon (ilçə) və 388 kənd vardır. == Mahalları == Afyonqarahisar ilində olan ilçeler bunlardır: Başmaqçı Bayat Bolvadin Çay Çobanlar Dazqırı Dinar Əmirdağ Evçilər Müəllimlər Ehsaniyə İsçəhisar Qızılörən Sandıqlı Sincanlı Sultandağı Şuhud == Coğrafiya == Afyonqarahisar ili Anadolu yarımadasının qərb ortasında və Egey regionunun daxili hissəsindədir. Egey sahillərinə açılan Orta Anadolu yaylasının bir eşikidir. Əskişəhər, Konya, İsparta, Dənizli, Uşak və Kütahya ətrafındadır. Vilayətin digər qonşu vilayətlərlə sərhədlərinin ümumi uzunluğu 616 kilometrdir. == Tarix == Məlum olduğu kimi əvvəlcə Hititlərin hakimiyyəti altında olan Afyonkarahisar torpaqları, daha sonra sırasıyla Frigiya və Lidiyanın hakimiyyəti altına keçdi.[1] Sonra, VI əsrdə Makedoniyalı İsgəndər tərəfindən fəth edildi. Ölümündən sonra, torpaqlar Selevki və Pergamon Krallığının suverenliyi altına girdi, daha sonra Roma İmperiyasına qoşuldu. Alp Arslanın Malazgird döyüşünden sonra Türklər Anadolunu fəth etdilər və Karaşar türkləri Sultan I Məsudun əmri ilə Akronium qalasının ətəklərinə yerləşdilər və daha sonra qalaya Karahisar adı verildi.
Aksaray ili
Aksaray ili — Türkiyədə il. Aksaray ili 1920-ci ildə təşkil olunmuşdur. 1933-cü ilə qədər 13 il illik etdikdən sonra illiyi ləğv edilmişdir. 20 mart 1933 tarixində 2197 saylı qanunun 3. maddəsi ilə Niğdə ilinə ilçə olaraq bağlanmışdır. 1989-cu ilin 15 iyun gününə qədər 56 il qəza olaraq qalmış olan Aksaray, bu tarixdə köhnə haqqı qaytarılmaq surətiylə təkrar il olmuşdur.
Altmış iki
Altmış iki — say sistemində ədədlərdən biridir. Altmış birdən sonra, altmış üçdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 31 və 62 ədədlərinə qalıqsız bölünür.
Amasya ili
Amasya ili — Türkiyədə il. Qara dəniz regionunda yerləşir. Əhalisi 375 000 (2007) nəfərdir. == İstinadlar == == Xarici keçidlər == Amasya şəkilləri Arxivləşdirilib 2012-01-14 at the Wayback Machine "1980 Genel Nüfus Sayımı: Tüm idari birimler (Şehir, belde, köy): Amasya İli" (türk). Türkiye İstatistik Kurumu. 2015-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-4..
Ankara ili
Ankara ili - Türkiyənin paytaxt ili. == İqtisadiyyatı == İqtisadiyyatına görə Türkiyədə birincidir. Burada əkinçilik, maldarlıq yaxşı inkişaf etməsə də, şərabçılıq və s. sahələrdə öndədir. == Əhali == 2011-ci ilin siyahıya alınmasına görə Ankara ilində 4 milyondan çox adam yaşayır. Onların 45%-i qadınlardır. = İqlim = İlin cənub və orta hissələrində iqlim in soyuq və qar yağmurlu qışları ilə isti və quraq yazları, şimalında isə Qara dəniz iqlimi 'nin mülayim və yağışlı halları görülə bilər. Yer iqlimin hakim olduğu bölgələrdə gecə ilə gündüz, yaz ilə qış mövsümü arasında əhəmiyyətli istilik fərqləri vardır. Ən isti ay iyul və ya avqustdur. Ildəki yerinə görə orta hesabla ən yüksək gündüz istilikləri 27-31 ° C 'dir.
Antalya ili
Antalya — Türkiyənin vilayəti. Turizm potansialı zəngin vilayətdir. Rusiyalı turistləri daha çox cəlb edir. Antalya Türkiyənin cənubunda dəniz səviyyəsindən 30 m yüksəklikdə, eyni adlı körfəzdə yerləşən kurort şəhəridir. O, aypara formasındadır. Ölkənin ikinci paytaxtı hesab olunur. Şəhəri hər tərəfdən Taurus dağı əhatə edir. Gözəl çimərlikləri ilə seçilir. Ərazisi 1,4 min kvadrat kilometrdir. Əhalisi 677 min nəfərdir.
Asi Rəhbani
Asi Rəhbani (ərəb. عاصي الرحباني‎; 3 may 1923, Əntilyas, Böyük Livan – 21 iyun 1986, Beyrut) — Livan bəstəkarı. Mənsur və İlyas Rəhbaninin qardaşı idi. Feyruz onun həyat yoldaşı idi. == Həyatı == Asi 4 may 1923-cü ildə Əntilyas kəndində (Livan, Beyrutdan 10 km şimalda) anadan olub. Valideynləri: Hanna Elias Rahbani və Saadi Saab. Böyüdüyü mühit onun ideya, mövzu və kontekst baxımından bədii zövqünə təsir etməkdə əsas rol oynayıb. O, erkən yaşlarından daha çox qərb musiqisindən bəhrələnirdi. İlk musiqi aləti, skripka, sonra isə fortepianonun incəliklərinə yiyələnmişdir.
Asi çayı
Asi (türk. Asi Nehri) və ya Əl-Asi (ərəb. ‏العاصي‎), həmçinin Oront (yun. ‏Ορόντης) — Livan, Suriya və Türkiyədə çay. Uzunluğu 571 km, hövzə sahəsi 22,300 km2 qədərdir. Orta su axını təxminən 80 m3/s təşkil edir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Asi çayı ilə əlaqəli mediafayllar var.
Balıkəsir ili
Balıkəsir ili — Türkiyənin Mərmərə və Egey bölgələrində il. İldə on doqquz ilçə var. 2008-ci il əhali sayına görə 1, 1 milyon şəxslə Türkiyənin ən sıx 17-ci ilidir. Sahəsi 14,5 min km²-dir. İnzibati mərkəzi Balıkəsir şəhəridir. Qərbi, cənub-şərqi və şərqi dağlıqdır (Kaz d.– 1774 m). == Məlumat == İlin bir qismi Mərmərə regionunda, bir qismi Egey regionundadır. Balıkəsirin həm Mərmərə dənizinə, həm də Egey dənizinə sahili var. Ərazisinin səthi çay dərləri ilə kəskin parçalanmışdır. Balıkəsir Ağ dəniz iqliminin təsiri altındadır; yayı quraq və isti, qışı soyuq və qarlı keçir.
İşıq ili
İşıq ili - işığın 1 il ərzində getdiyi yoldur. Daha dəqiq desək, Beynəlxalq Astronomiya İttifaqının (IUA) qəbul etdiyinə görə işıq ili, işığın vakuumda (boşluqda) heç bir qravitasiya təsiri olmadan 1 Yulian (365,25 gün) ili ərzində keçdiyi yoldur. İşığın adi sürəti isə təxminən saniyədə 300 min kilometrə bərabər olduğu nəzərə alınsa, onun 1 ildə getdiyi yol 10 trilyon kilometrə bərabərdir (1 işıq ili=10 trilyon kilometr).
Bank işi
Bank işi (Banking) — İqtisadi subyektlərin sərbəst pul vəsaitlərinin müvəqqəti cəlb edilməsi, kreditlərin yerləşdirilməsi, hesablaşmaların aparılması, eləcə də, müxtəlif bank xidmətlərinin göstərilməsi istiqamətində bank tərəfindən aparılan irili-xırdalı bütün əməliyyatlar. Bank işi aşağıdakı kimi əməliyyatları ehtiva edir: Aktiv bank əməliyyatları – kreditin təqdim edilməsi, qiymətli kağızların alınması və s., yəni sərbəst vəsaitlərin yerləşdirilməsi üzrə aparılan bank əməliyyatları. Məsləhətləşmə (konsaltinq) əməliyyatları – bankın müxtəlif maliyyə məsələləri ilə bağlı müştərisinə göstərdiyi məsləhət (konsaltinq) xidmətləri. Vasitəçilik (komisyon) əməliyyatları – iqtisadi subyektlər arasında vasitəçilik xidmətləri, verilən tapşırıqların icrası və s. ilə bağlı bank əməliyyatları. == Bankların pul və kapital bazarlarında fəaliyyəti == Müasir kapitalist iqtisadiyyatı funksional təyinatlı bazarlar sistemi kimi çıxış edir. Bu sistemin tərkibində aşağıdakıları göstərmək olar: – istehlak malları bazarı; – istehsal vasitələri bazarı; – xidmətlər bazarı; – əmək bazarı; – elmi-texniki məhsul bazarı; – borc kapitalı bazarı; – qiymətli kağızlar bazarı; – valyuta bazarı; – qiymətli metallar bazarı və s. Burada bizim diqqətimizi ilk növbədə borc kapitalı bazarı cəlb edir. Məlumdur ki, borc kapitalı bazarı (BKB) iqtisadi münasibələrin elə bir sahəsidir ki, burada baş verən əqdlərin obyekti kimi borc verilən pul kapitalı çıxış edir. Funksional baxımdan, BKB iqtisadiyyatın kreditləşdirilməsinin təmin olunması məqsədilə pul kapitallarının səfərbər edilməsi və yenidən bölgüsünün baş verdiyi bazar münasibətləri sistemidir.
Dreyfus işi
Dreyfus işi — 1894–1906-cı illərdə Fransa Ordusu Baş Qərargahının zabiti, əslən yəhudi olan kapitan Alfred Dreyfusa qarşı alman xüsusi xidmət orqanlarının xeyrinə casusluq etməsi ittihamı üzərində qurulan məhkəmə prosesi və bu proses ətrafında baş verən hadisələrə verilən ad. Bu proses XIX əsrin sonu XX əsrin əvvəllərində Fransa tarixində çox böyük iz buraxmış, o dövrkü Fransa cəmiyyətini "dreyfusçular"a və "antidreyfusçular"a bölmüşdür. Məşhur fransız yazıçısı Emil Zolyanın 1898-ci il yanvar ayının 13-də Parisdə nəşr olunan "L'Aurore" qəzetinin baş səhifəsində Fransa prezidenti Feliks Fora ünvanlanmış "Mən ittiham edirəm" (J'Accuse) başlıqlı məşhur məktubu dərc edildikdən sonra "Dreyfus işi" yeni mərhələyə qədəm qoymuşdur. Bu məsələ ətrafında hakim partiyalar və ordu rəhbərliyi arasında fikir ayrılıqları yaranmışdır. Dreyfusa qarşı irəli sürülən ittihamların əsassız olduğuna inananlar bu işin antisemitizm nümunəsi olduğunu iddia etmişlər. Kapitan Dreyfus 1894-cü ilin dekabrında məhkəmə qərarı ilə hərbi xidmətdən uzaqlaşdırılaraq ömürlük həbs cəzasına məhkum edilmiş və 1895-ci ilin yanvarında cəzasını çəkmək üçün Fransa Qvianasına, paytaxt Kayennadan 11 km aralıda yerləşən Şeytan adalarına göndərilmişdir. 1899-cu ilin sentyabrında kassasiya şikayəti əsasında məhkəmə işinə yenidən baxılmış və Alfred Dreyfusun həbs cəzası 10 ilə endirilmişdir, lakin tezliklə o, Fransa prezidenti tərəfindən əfv olunmuşdur. Buna baxmayaraq, Dreyfusun tərəfdarları onun bəraət alması üçün çalışmış və 1903-cü ilin noyabrında yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət etmişlər. 1906-cı ildə məhkəmənin qərarı ilə Dreyfus bəraət almış, üzərindəki bütün ittihamlar götürülmüş, ordudakı vəzifəsinə geri qaytarılmış və Fəxri Legion ordeni ilə təltif edilmişdir. == Xarici keçidlər == Greatest Newspaper Article of all Time Arxivləşdirilib 2005-11-26 at the Wayback Machine (Journalistic retrospective of Zola's "J'accuse!") Temporal and Eternal by Charles Péguy, translated by Alexander Dru Arxivləşdirilib 2008-02-29 at the Wayback Machine Anya Rous The Rising Celebrity and Modern Politics—The Dreyfus Affair Arxivləşdirilib 2007-05-13 at the Wayback Machine Leslie Derfler, The Dreyfus Affair.
Gömrük işi
Gömrük işi — Gömrükxananın işi. Gömrük işi ilə bağlı başqa bir məsələ gömrük orqanları tarifindən ölkəyə qaçaq yolla gətirilən narkotik vasitələrin müsadirə edilməsidir. İlk baxışdan iqtisadi səmərə verməyən bir hal kimi gözə dəyən bu məsələ, əslində mühüm strateji əhəmiyyətə malikdir. Belə ki, narkoticarətin qarşısını alan gömrük orqanları, ölkəni narkotik bazarına çevrilməsinə imkan verməməklə çoxlu dövlət vəsaitlərinə qənaət etmiş olurlar. Çünki dövlət təkcə narkotik alverinə qarşı mübarizəyə deyil, eyni zamanda narkomanların müalicəsinə də heç bir vəsait xərcləmir və həm də ölkənin inkişafında mühüm potensial sayılan intellektual bazanı da qorumuş olur. Başqa bir misal: gömrük orqanları ölkənin gömrük ərazisinə keyfiyyətsiz məhzulları (ərzaq malları, dərman preparatları, uşaq yeməkləri və s.) buraxmamaqla əhalinin sağlamlığını qorumaqla bərabər dövlət vəsaitlərinin digər sosial qayğılara yönəldilməsinə şərait yaratmış olurlar. Eyni zamanda gömrük orqanları təhlükəli tullantıların ölkə ərazisinə gətirilməsinin qarşısını almaqla, ölkənin ekoloji zibilxanaya çevrilməsinə şərait yaratmırlar ki, bu da ölkə əhalisinin həyatının təhlükə altında qalmasına imkan vermir. Beləliklə, gömrük işinin bu nəticələri dövlətin təhlükəsizliyinin təminatı baxımından mühüm əhəmiyyət kəsb etdiyi bir daha özünü büruzə vermiş olur. Dövlət gəlirlərinin formalaşmasında gömrük işinin təşkili mühüm rol oynayır. Müxtəlif ölkələrdə bu gəlirlərin payı müxtəlif olsa da, gömrük işi hər yerdə mühüm əhəmiyyət kəsb edir.
Nəşriyyat işi
Nəşriyyat işi – Klassik nəşriyyat fəaliyyətlərinə aşağıdakılar daxildir: əlyazma və müəlliflərin axtarışı, müəllif hüquqları əldə etmək, əlyazma çap üçün hazırlanması (redaktə, oxu, formatlaşdırma), çap (və onun elektron ekvivalentləri) və marketinq paylanması. Praktikada nəşriyyat fəaliyyəti yalnız müəllif və mətbəə arasındakı vasitəçilikdən ibarət ola bilər. Qısacası nəşr edən, düzəldən == Tarixi == Bugünkü nəşriyyatların prototipləri kitabxanalarda və monastırlarda mövcud olmuş qədim və orta əsrlərə aid skriptiyalar idi. Artıq qədim Romada (e.ə. I əsrdə) əlyazma kitabələrin kiçik tirajlarını satışa hazırlayan skripttoriyaların mövcud olduğuna dair sübutlar var. Bunlar (eyni vaxtda 30 nüsxəyə qədər) oxucunun diksiyası altında qul katiblər tərəfindən hazırlanmışdır. Orta əsr Avropasında, digər sənətkarlıqların nümayəndələri kimi peşəkar gildiyalarda yaradılan əlyazma kitablarının naşirləri. İohan Quttenberq tərəfindən XV əsrin ortalarında çap ixtirası nəşriyyatın sürətli böyüməsinə səbəb oldu. XV əsrin sonlarında Avropanın bir çox şəhərində nəşriyyatlar-mətbəələr meydana çıxdı, nəinki kitablar (baş səhifədə və ya kolofonda özləri haqqında məlumatlar var), həm də reklam broşürları, məhsullarının kataloqu nəşr olundu. XV – XVI əsrlərdə kitab ticarətinin inkişafı ilə öz kataloqlarını istehsal edən kitab yarmarkaları meydana çıxdı.
Pambıq işi
Pambıq işi (rus. хлопковое дело, özb. paxta ishi) və ya özbək işi (rus. узбекское дело, özb. o'zbek ishi) — Şərəf Rəşidovun rəhbərliyi altında olan Özbəkistan SSR-də və həmçinin SSRİ-n başqa yerlərində 70-ci illərin axırında və 80-ci illərində araşdırılan korrupsiya və iqtisadi sui-istifadələr ilə bağlı bir sıra cinayət işləri. == Arxa plan == Leonid Brejnevin SSRİ-n Baş Katibi olduğu dövründə korrupsiya adi hal idi. Amma, hətta o dövrün standartlarına görə, Özbək SSR-dəki korrupsiyanın səviyyəsi çox yüksək dərəcəyə çatmışdı. XX əsrin ortasında Mərkəzi Asiya Respublikaları və özəlliklə Özbəkistan, əsas hissəsi RSFSR-in Avropa hissəsində yerləşən SSRİ-n yüngül sənayəsi üçün xammal olan pambıq isehsalın mərkəzinə çevirmiş. 70-ci illərin əvvəlində artıq Özbəkistanın bütün əkilə bilən torpaqları pambıqçılıq üçün işlənilirdi. Mərkəzi Asiyada artıq yığılan pambığın miqyasını artmaq mümkünsüz idi, amma eyni zamanda, SSRİ-n dövlət planı (pambığın idxalının qarşısını almaq üçün) hər beşillik Özbəkistan və başqa Mərkəzi Asiya Respublikalarının pambıqçılığı üçün artıq onsuz da qeyri-realistik hədəfləri şişirdirdi.
Tuxaçevski işi
Tuxaçevski işi və ya "antisovet trotskiçi hərbi təşkilatı" işi — marşal Mixail Tuxaçevskinin başçılıq etdiyi bir qrup yüksək səviyyəli SSRİ hərbi liderlərinin hakimiyyəti ələ keçirmək üçün hərbi çevriliş təşkil etməkdə ittiham edilməsi ilə bağlı iş. Bu hadisə Qızıl Orduda kütləvi repressiyaların başlanğıcı idi. Bir sıra SSRİ, Rusiya və xarici tədqiqatçılar ittihamı uydurma hesab edirlər. 11 iyun 1937-ci ildə iş üzrə SSRİ Ali Məhkəməsinin Xüsusi Məhkəmə iclasının qapalı iclası keçirilmişdir. Bütün müttəhimlər təqsirli bilinmiş, hökmdən dərhal sonra güllələnmişdir. 1957-ci ildə bütün təqsirləndirilənlər cinayət tərkibinin olmaması səbəbindən ölümündən sonra reabilitasiya edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Викторов Б. А. Без грифа «Секретно»: Записки военного прокурора. Возвращение к правде (200000 nüs.). М.: Юридическая литература. 1990.
Tərtər işi
Tərtər işi — Azərbaycan Silahlı Qüvvələrinə mənsub olan şəxsi heyətin bir hissəsinin (mülki, əsgər, çavuş, gizir və zabit heyəti) və mülki vətəndaşların Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə mümkün əlaqəsi və bu mümkün əlaqələr nəticəsində Azərbaycanın əleyhinə olaraq Ermənistanın maraqlarını təmin etmək məqsədilə casusluq fəaliyyəti və bu mümkün fəaliyyətin Azərbaycanın dövlət orqanları tərəfindən ifşa olunmasından sonra mümkün təqsirkarların 2017-ci ilin aprel-iyun aylarında Azərbaycanın hüquq mühafizə orqanları əməkdaşları və hərbi qulluqçuları tərəfindən qeyri-insani fiziki və mənəvi işgəncələrə məruz qoyularaq ifadələrinin alınması, bu proses zamanı onların öldürülməsi, əlil edilməsi, mümkün təqsirkarları müxtəlif üsullarla məcbur edərək onların etirafedici ifadələrə imza atdırılması və s. kimi qeyri-qanuni əməlləri özündə ehtiva edən və yekunda keçirilən məhkəmə proseslərinin cəmləşdirilmiş adı. Məhkəmənin hökmünə əsasən, Ermənistan MTX-sı ilə mümkün əlaqələrə görə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunan 22 nəfər barəsində 5 ildən 20 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzaları çıxarıldı. Hökm, 1-ci mərhələdə 11 nəfər, 2-ci mərhələdə 7 nəfər, 3-cü mərhələdə 4 nəfər olmaqla 3-lü mərhələ şəklində çıxarıldı. İstintaq prosesinin qeyri-rəsmi olaraq “Tərtər işi” kimi adlandırılmasının səbəbi, kütləvi işgəncələrin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən istismara yararsız və istifadə edilməyən 1-ci Ordu Korpusunun tebeliyində olan hərbi hissənin keçmiş Qərargahında baş verməsi (həmçinin, işgəncələrin çox kiçik bir hissəsi Mingəçevir şəhərində yerləşən 3-cü Ordu Korpusuna tabe olan hərbi hissədə baş verib), istintaqın Tərtər Rayon Hərbi Prokurorluğunda aparılması, hökmün Gəncə və Tərtər Hərbi Məhkəmələrində çıxarılması və mümkün casusluq faktlarının Ağdam və Tərtər rayonlarının təmas xətti boyunca yerləşən mövqelərində baş verməsidir. Əslində isə rəsmi olaraq istintaq prosesinin heç bir xüsusi adı mövcud deyil. == Tarixi == 2017-ci ilin may ayında Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat verərək, hərbçilərin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə tutulduğunu bildirdilər. Daha sonra 2019-cu ildə tədricən daha geniş ictimaiyyət, rəsmi və qeyri-rəsmi olaraq casusluqda şübhəli bilinən hərbçilərə qarşı işlərin detallarını, xüsusən də 2017-ci ilin may və iyun aylarında edilən kütləvi işgəncələri açıqlamağa başladı. Hüquq müdafiəçisi Oktay Güləliyevin dediyinə görə, kütləvi həbslərin ilk aylarında nə ictimaiyyət, nə də hüquq müdafiəçiləri baş verənlər barədə heç nə bilmədilər. Azərbaycan hüquq müdafiəçilərinin bildirdiyinə görə, Azərbaycan Silahlı Qüvvələrinin 100-dən çox əsgər və zabitinə işgəncə verilmiş, 25 nəfər uzun müddətli həbs cəzası almış və 12 nəfər işgəncədən ölmüşdür.
XYZ işi
XYZ işi (eng.XYZ Affair) - 1797-1798-ci illər, Con Adamsın prezidentliyinin ilk dövrlərində ABŞ və Fransa Respublikası arasında elan edilməmiş Kvazi Müharibəyə səbəb olan siyasi və diplomatik hadisədir. Bu iş öz adını ABŞ-nin dövlət sənədlərində fransız diplomatları Hottinguer, Bellamy və Hauteval-ın müvafiq olaraq X, Y, Z adlandırılmasından götürüb. 1797-ci ilin iyulunda Amerika diplomatik heyəti müharibə təhlükəsini danışıqlar yolu ilə həll etmək məqsədilə Fransaya göndərilir. ABŞ diplomatları Çarlz Koutsuort Pinkni, Con Marşal və Elbric Cerriyə qeyri-rəsmi yolla Fransanın Xarici İşlər Naziri Taleyranın agentləri tərəfindən danışıqlara başlamazdan əvvəl rüşvət ödəməli olduqları barədə xəbərdarlıq edilir. Baxmayaraq ki, belə tələblər həmin dövr Avropa diplomatiyası üçün yad deyildi, amerikalılar razı olmayaraq Fransanı tərk edirlər. Elbric Cerri müharibədən yayınmaq üçün bütün vasitələri sınamaq istədiyinə görə komissiyanın iki üzvündən sonra bir neçə ay da Fransada qalır. Lakin onun Taleyranla danışıqları heç bir səmərə vermir. Danışıqların belə uğursuzluqla nəticələnməsi ABŞ-də diplomatik burulğan yaradır. Bu hadisə elan edilməmiş Kvazi Müharibəyə (1798-1800) gətirib çıxarır. == Tarixi şərait == 1789-cu il böyük Fransa İnqilabından sonra Corc Vaşinqtonun rəhbərlik etdiyi ABŞ hökuməti ilə yeni yaranmış Fransa Respublikası arasında münasibətlər mürəkkəbləşir.
Şohaçi İşi
Şohaçi İşii (yap. 石井 庄八; 20 sentyabr 1926, Tokio, Yaponiya — 4 yanvar, 1980) — Yaponiya sərbəst güləşçisi. Olimpiya Oyunlarının qalibi. == Həyatı == Şohaçi İşii 20 sentyabr 1926-cı ildə Tokioda anadan olub. O, 1952-ci ildə Helsinkidə keçirilmiş XV Yay Olimpiya Oyunlarında sərbəst üsulla güləş yarışlarında qızıl medal qazanıb. Həlledici görüşdə sovet idmançısı Rəşid Məmmədbəyovu məğlub edən Şohaçi, İkinci Dünya müharibəsindən sonra Olimpiya Oyunlarının qızıl medalını qazanan ilk Yaponiya idmançısı olub. 4 yanvar 1980-cı ildə böyrək xərçəngindən vəfat edib.
Əl işi
Bəzən daha dəqiq bir şəkildə sənətkarlıq olaraq ifadə edilən əl işi, faydalı və dekorativ əşyaların tamamilə əl ilə və ya yalnız qayçı, oyma alətləri kimi sadə, avtomatlaşdırılmamış əlaqəli alətlərdən istifadə edilməklə hazırlanan işlərdir. Sənətkarlığın ənənəvi əsas sektorudur və toxuculuq, qəliblənə bilən və sərt materiallar, kağız, bitki lifləri, gil və s. ilə işləmək də daxil olmaqla, öz əlləri və bacarığı ilə əşyaların düzəldilməsi ilə əlaqəli geniş yaradıcılıq və dizayn fəaliyyətlərinə aiddir. Ən qədim əl sənətlərindən biri Dokradır. Bu, Hindistanda 4000 ildən çoxdur hələ də istifadə olunan bir növ metal tökümdür. İranın Sistan və Bəlucistan ostanında qadınlar hələ də kəndin yaxınlığındakı bir arxeoloji sahə olan Kalpurganın 5000 illik saxsı ənənəsinə bənzər nöqtəli bəzəkli qırmızı əşyalar əl istehsalı saxsı məmulatlar hazırlayırlar. Əl sənayesi, maşınları istifadə etmədən yerləşdikləri məkanda insanların ehtiyaclarını ödəmək üçün əl ilə əşyalar istehsal edən sahədir. Bir çox sənətkar təbii, hətta tamamilə yerli materiallardan istifadə edir, digərləri isə müasir, qeyri-ənənəvi materiallara və hətta yüksək səviyyəli sənaye materiallarına üstünlük verə bilər. Əl işi olan bir əşyanın fərdi sənətkarlığı birinci dərəcəli meyardır yəni kütləvi istehsal və ya maşınlar tərəfindən hazırlananlar əl işləri deyil. Tələbələrin ümumiyyətlə və bəzən müəyyən bir sənətkarlıq və ya ticarət sahəsindəki bacarıqlarını və yaradıcı maraqlarını inkişaf etdirmək olaraq görülən əl işləri, həm qeyri-rəsmi, həm də formal olaraq təhsil sistemlərinə inteqrasiya olunur.
Petrov işi
Petrov işi — 1954-cü ildə DTK zabiti Vladimir Petrovun Sovet İttifaqının Kanberradakı səfirliyindən qaçması ilə bağlı Soyuq Müharibə illərində Avstraliyada baş vermiş casus hadisəsi. Bu ayrılma Kral Komissiyasına səbəb oldu və nəticədə yaranan mübahisə İşçi Partiyasının parçalanmasına gətirib çıxartdı. == Arxa plan == Petrov, nisbətən kiçik diplomatik statusuna baxmayaraq, (1954-cü ildə) KQB-nin, Sovet məxfi polisinin polkovniki, həyat yoldaşı isə Daxili İşlər Nazirliyinin (MVD) zabiti idi. Petrovlar 1951-ci ildə Sovet Təhlükəsizlik İdarəsinin rəisi Lavrenti Beriya tərəfindən Kanberra səfirliyinə göndərilmişdi. 1953-cü ilin martında İosif Stalinin ölümündən sonra Beriya Stalinin xələfləri tərəfindən həbs edilmiş və güllələnmişdi və Vladimir Petrov yəqin ki, Sovet İttifaqına qayıtsa, "Beriya adamı" kimi "təmizlənəcəyi"ndən qorxurdu. == Sığınma == Petrov Avstraliya Təhlükəsizlik Kəşfiyyat Təşkilatı (ASIO) ilə əlaqə saxladı və siyasi sığınacaq müqabilində Sovet casusluğunu sübut etməyi təklif etdi. Bu ayrılma, təxminən iki ilə yaxındır Petrovu yetişdirən, onunla dostluq edən və onu Sidneyin King's Cross bölgəsində fahişələrə baş çəkməyə aparan polşalı həkim və musiqiçi və yarımştat ASIO agenti Maykl Bialoquski tərəfindən təşkil edildi. Bialoquski Petrovu ASIO-nun yüksək rütbəli zabiti Ron Riçardsla tanış etdi, o, Petrova sığınacaq və səfirlikdən özü ilə gətirə biləcəyi bütün sənədlərin müqabilində 5000 funt sterlinq təklif etdi. Potensial qaçqınların "Kabin Namizədləri" kimi qeyd edilməsinin standart təcrübəsinə əsasən, Petrovun qaçmasının planlaşdırılmas 11 saylı Əməliyyat Kabini olaraq təyin olunduqdan sonra qısa müddət ərzində Əməliyyat Kabin 12 olaraq kodllandırıldı. Petrov 3 aprel 1954-cü ildə ölkəni tərk etdi.
Yapon işi
Yapon işi (türk. Japon İşi) – 1987-ci ildə Kartal Tibetin rejissorluğu ilə çəkilmiş Türkiyə filmi. Komediya janrında olan filmin baş rollarında Kamal Sunal, Fatma Girik, Sümer Tilmaç, Reha Yurdakul və Necdet Yakın çıxış edirlər. Film bir gecə klubunda ofisiant kimi işləyən Veysəldən və yapon dostu tərəfindən göndərilmiş qadın robotdan bəhs edir. == Məzmun == Veysəl bir gecə klubunda işləyən ofisiantdır. Klubun solisti olan Başak Billursesə aşiqdir. Lakin nə qədər çalışsa da, Başak ona maraq göstərmir. Bir gün Veysəlin kömək etdiyi bir yapon müştəri ona Başaka çox bənzəyən bir robot göndərir. Veysəl "Yapon Başak" adlandırdığı robot ilə birlikdə yaşamağa başlayır. Başak həbsdə olan və cəzasının bitməsinə çox az qalan mafiya lideri Dəli Dilavərin evlənmə təklifini qəbul etməmək üçün İsveçrəyə qaçır.
AbzasMedia işi
"AbzasMedia" jurnalistlərinin həbsi və ya ictimaiyyət arasında tanınan adı ilə "AbzasMedia" işi — 2023-cü il noyabrın 20-dən etibarən Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən "AbzasMedia" müstəqil media plaftormasının rəhbərliyi və jurnalistlərinə qarşı aparılan həbslər dalğasıdır. Həbslər zamanı "AbzasMedia"nın təsisçisi və direktoru Ülvi Həsənli, direktorun müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, reportyorlar Nərgiz Absalamova polislər və Elnarə Qasımova həbs edilmiş və onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılmışdır. "AbzasMedia" jurnalistlərinin həbsi yerli və beynəlxalq hüquq müdafiəçiləri və qurumları tərəfindən sərt tənqid edilmişdir. == Arxa plan == "AbzasMedia" Azərbaycanda dövlət rəsmiləri və məmurlarının bizneslərini, o cümlədən 2020-ci ildən Qarabağda aparılan yenidənqurma işlərində iddia edilən korrupsiya halları ilə bağlı araşdırmaları ilə tanınan müstəqil media plaftormasıdır. "AbzasMedia"da Azərbaycan Prezidenti İlham Əliyevin ailəsi, xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin mühafizə xidmətinin rəisi Bəylər Eyyubov, DTX rəisi Əli Nağıyevlə bağlı korrupsiya araşdırılmaları, o cümlədən nazir və məmurlarla bağlı olan onlarla araşdırılmayan cinayətlərlə bağlı materiallar dərc olunmuşdur. == Ülvi Həsənli və Sevinc Vaqifqızının həbsi == 2023-cü il noyabrın 20-də saat 07:00 radələrində "AbzasMedia"nın baş direktoru Ülvi Həsənli xarici dövlətə səfər məqsədilə evdən hava limanına gedən zaman evinin yaxınlığında saxlanıldı. Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparılan Həsənlinin evində və "AbzasMedia"nın ofisində axtarışlar aparıldı. Həsənlinin hüquqlarını müdafiə edən Zibeydə Sadıqova ofisdə 5 saat davam edən axtarış zamanı polislər tərəfindən 40 min avro məbləğində pulun tapıldığını bildirdi. "AbzasMedia" isə bu ittihamları rədd elədi və bunu "Ülvi Həsənliyə qarşı ittihamın irəli sürülməsi üçün qurulan ssenari" olduğunu bildirdi. Axtarış prosesi zamanı Ülvi Həsənlinin gözünün altında qırmızı rəngdə yara izi müşahidə edilib.
Kobani işi
Kobani işi (türk. Kobani Davası) — Xalqların Demokratik Partiyasının (HDP) siyasətçilərinin 2014-cü ilin oktyabrında Kobani etirazları zamanı 37 nəfərin ölümünə səbəb olmaqda və "dövlətin birliyini və ərazi bütövlüyünü" pozmaqda ittiham olunduğu hüquqi prosedur. Etirazlar HDP-nin Kobanini mühasirəyə alan İslam Dövlətinə (İD) qarşı Türkiyə hökumətindən dəstək tələb etməsi ilə başlamışdır. Türkiyə hökuməti və prokuroru HDP-nin belə tələbləri terror təşkilatı kimi gördüyü Kürdüstan Fəhlə Partiyasının (PKK) sifarişi əsasında irəli sürdüyünü iddia etmişdir. Etirazlarla bağlı istintaq 2014-cü ildə başlasa da, ittiham aktı 2020-ci ilin dekabrında təqdim edilmiş və məhkəmə prosesi 2021-ci ilin aprelində başlamışdır. == Zəmin == 2014-cü ilin oktyabrında Türkiyənin kürdlərin çoxluq təşkil etdiyi bölgələrdə İD-nin Suriyanın əsasən kürdlərin yaşadığı Kobani şəhərini mühasirəyə almasına qarşı etirazlar başlamışdır. Suriyadan Türkiyəyə 200 minə yaxın qaçqın daxil olmuşdur. Türkiyə hökumətinin mühasirəyə yanaşması ilə kifayətlənməyən HDP Kobanidə baş verəcək qırğına qarşı etirazlara çağırmışdır. Etirazlar Hürr Dava Partiyasının əks etirazları ilə qarşılanmışdır. HDP Türkiyə Böyük Millət Məclisində etiraz aksiyalarının araşdırılmasını tələb etsə də, onların tələbləri təmin edilməmişdir.
Diplom İşi (1979)
== Məzmun == Rəssamlıq məktəbinin tələbəsi heykəltaraş Mahmud (Şamil Süleymanov) tətil günlərində kəndə nənəsinin yanına gəlir və burada öz diplom işi üçün həmkəndlisi Zümradı (Firəngiz Mütəllimova) canlı model seçir. İş başa çatanda Zümradın qohumları, onların ardınca bütün kənd camaatı Mahmuddan tələb edir ki, qızla evlənsin. Gənc rəssam qaçmaqla canını qurtarır. Axı, o, işləyəcəyi bütün canlı modellərlə evlənə bilməz ki... == Festivallar və mükafatlar == 1) 1979-cu ildə Karlovı-Varı Beynəlxalq Kinofestivalı Film diploma layiq görülmüşdür. == Film haqqında == Film rejissor Cahangir Mehdiyevin kinoda ilk işidir. Kinokomediya yazıçı A.İbanoidzenin "İmeretiyasayağı evlənmə" romanının motivləri əsasında çəkilmişdir. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Təmam şud işi
Təmam şud işi, həmçinin Somerton kişisinin sirri olaraq da bilinən Avstraliyanın Adelaida şəhərinin şimalındakı Somerton çimərliyində 1948-ci ilin 1 dekabr tarixində yerli vaxtla saat 06:30-da ölü şəkildə tapılmış kişinin üstü açılmamış cinayət işi. Kişinin şalvarının gizli cibindən bir ay sonra aşkarlanmış kağız parçası çap olunmuş və fars dilində "bitdi" və ya "tamamlandı" mənasını verən təmam şud sözünün şərəfinə adlandırılmışdır. Bu parça XII əsr şairi Ömər Xəyyama aid olan şeirlər toplusu - Rübailər kitabının bir nəşrinin son səhifəsindən çırılmışdı. İşin ilkin protokollarında Təmam sözü orfoqrafik səhv nəticəsində Təman olaraq qeyd edilmiş və bu səhv tez-tez təkrarlanır. Tamam şud işi (ing. Tamam Shud case) - 1948-ci ilin 1 dekabr tarixində yerli vaxtla saat 06:30-da Avstraliyanın Adelaida şəhərində baş vermiş hadisə. Hadisə şəhərdə yerləşən Somerton çimərliyi ərazisində naməlum kişi cəsədinin tapılması ilə meydana gəlmişdir. Cəsədin üzərində şəxsiyyəti təsdiq edən heç bir sənəd aşkarlanmamışdır. 40-45 yaşlarında olan, qalın geyimli kişi cəsədinin ayaqqabılarının təmiz olması onun bura sonradan gətirildiyi ehtimalını gücləndirir. Cəsəddən götürülmüş diş və dırnaq nümunələri əsasında şəxsin ərazinin yerlisi olmadığı güman edilmişdir.
Biri var idi, biri yox idi (III mövsüm)
Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın üçüncü mövsümünün çəkiləcəyi ABC tərəfindən 10 may 2013-cü ildə elan edilmişdi. İcraçı prodüserlər Adam Horovitz və Edvard Kitsis bildirmişdilər ki, üçüncü mövsüm iki hissəyə bölünərək, birinci mövsüm 29 sentyabr-15 dekabr 2013-cü ildə, ikinci hissə isə 9 mart-11 may 2014-cü ildə efirə veriləcək. Birinci hissədə qəhrəmanların Yoxlandiyada Piter Penlə mübarizəsi və Storibruka qayıtmaları, ikinci hissədə isə qəhrəmanların şəhərə yol tapmış Qərbin Qəddar Cadugəri Zelena ilə mübarizələri göstərilir. İki hissənin əsas antoqonistləri olan Qərbin Qəddar Cadugəri və Piter Pendən başqa üçüncü mövsümdə Din-din, Ariel, Şahzadə Erik, Ursula, Meduza, Rapunzel, Oz cadugəri, Xeyirxah Cadugər Qlinda, Şimalın Xeyirxah Cadugəri, Cənubun Cadugəri, Doroti Geyl, Qarasaqqal və Elza obrazları da debüt edir. Mövsüm premyerası 8.52 milyon nəfər tərəfindən izlənmiş və 18-49 yaş arası 2.6/7 reytinq qazanmışdır. Mövsüm ortası finalı tənqidçilər tərəfindən qiymətləndirilmiş və Cənab Qoldun özünü qurban etməsi və keçmişlə bağlı göstərişlər qeyd edilmişdir. Mövsümün ikinci hissəsi yaxşı reytinq nəticəsi göstərərək, ikinci seriya həftənin ən yüksək reytinq nəticəsinə nail olmuşdur və bu 2012-ci ilin oktyabrında ikinci mözsümün ikinci seriyasının yayımlanmasından sonra serialın göstərdiyi ən uğurlu nəticə idi. Seriya tənqidçilər tərəfindən yüksək qiymətləndirilmiş, ssenari müəllifləri və prodüserlər tərəfindən yaradılmış yeni ssenari xəttinə dəyər verilmişdir. İki saatlıq mövsüm finalı 6.8 milyon nəfər tərəfindən izlənmiş və 18-49 yaş arası 2.3/7 reytinq nəticəsi göstərmişdir ki, bu da serialın reytinqlərinin yaxşılaşmasına baxmayaraq, ən zəif final göstəricisi olmuşdur.
Dişi
Dişi — daşınamayan artıma hüceyrəsi (yumurta) çıxaran fərdlərə deyilir. == Simvol == Ümumiyyətlə Veneranın simvolu (♀) dişilər üçün istifadə edilir.
ISIN
ISIN (ing. International Securities Identification Number — Qiymətli kağızın beynəlxalq identifikasiya kodu) — maliyyə alətini xarakterizə edən informasiyanı özündə daşımayan, sadəcə qiymətli kağızlarla hesablaşmalar və əqdlərin bağlanması zamanı qiymətli kağızların birmənalı identifikasiyasına xidmət edən 12 işarəli hərfi-rəqəmli kod. İlk iki işarə ölkə kodunu müəyyən edir. Ölkə kodu iki hərfdən ibarət olub qiymətli kağızın qeydiyyata alındığı ölkəni və ya borc qiymətli kağızları istisna olmaqla, emitentin hüquqi yerləşdiyi yeri müəyyən edir. Növbəti doqquz rəqəm qiymətli kağızın buraxıldığı ölkədə qiymətli kağıza verilən dövlət qeydiyyat nömrəsindən (National Securities Identification Number və ya NSIN) götürülür. Sonuncu rəqəm – yoxlayıcı rəqəmdir. 0-dan 9-a qədər olan bir rəqəmlə ifadə olunur. Yoxlayıcı işarənin konkret rəqəmli ifadəsi 10 "ikiqat artır – topla — ikiqat artır" ("Modulus 10 Double Add Double technique") moduluna əsasən hazırlanmış xüsusi alqoritm vasitəsilə hesablanır.