Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İsmarıc
İsmarış —virtual aləmində sözlə və ya yazıylə göndərilən məlumat, ya da xəbər növü.
İsmarış
İsmarış —virtual aləmində sözlə və ya yazıylə göndərilən məlumat, ya da xəbər növü.
Ismaria
Brickellia (lat. Brickellia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Barroetea A.Gray Bulbostylis DC. Clavigera DC. Coleosanthus Cass. Ismaria Raf. Kuhnia L. Phanerostylis (A.Gray) R.M.King & H.Rob.
İsmayıl
İsmayıl peyğəmbər – İbrahim peyğəmbərin Həcərdən olan oğludur. == Həyatı == Həcər Şamın qibtilərin şahı (yaxud bir çoxlarının dediyi kimi Misirin şahı) tərəfindən Saraya bağışladığı kəniz idi. Həcər həmişə Saranın qulluğunda hazır olar və onun evində yaşıyardı. İbrahim öz vətənindən hicrət etdikdən sonra Şamda yaşayırdı. İbrahimin birinci arvadı Sara onun xalası qızı idi. Amma üstündən bir neçə il keçsə belə onların övladı olmurdu. Bu zaman İbrahim Saraya Həcəri ona satmağını təklif etdi ki (Bəzi rəvayətlərdə bunun Sara tərəfindən təklif olunduğu yazılır), onunla evlənsin və bəlkə Allah ona bir övlad mərhəmət etdi. Nəhayət İbrahim Həcər ilə evləndi və ondan İsmail dünyaya gəldi. Bu hadisə Şamda baş verdi. Amma çox çəkmədi ki, İbrahim Həcər və oğlu İsmaili götürüb Məkkəyə gəldi və orada onları sakin etdi.
Cavid İsmayıl
Cavid İsmayıl (tam adı:İsmayıl Cavid Əjdər oğlu; 1 iyun 1972, Çomaxtur, İliç rayonu) — Azərbaycan iqtisadçısı, hüquqşunas. İqtisad üzrə fəlsəfə doktoru, "İqtisadi araşdırmalar — beynəlxalq jurnal"ın təsisçisi, "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin sədr müavini. == Həyatı == Cavid İsmayıl 1 iyun 1972-ci ildə Naxçıvan MSSR-nin Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 1988-ci ildə orta məktəbi, 1995-ci ildə Naxçıvan Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2014-cü ildə NDU-nun "Hüquq" fakültəsini, sonra isə 2018-ci ildə "Beynəlxalq münasibətlər" üzrə üçüncü ali təhsilini almışdır. Cavid İsmayıl hələ yeniyetmə vaxtlarından Azərbaycan xalqının SSRİ imperiyasına qarşı apardığı mübarizəyə, milli azadlıq hərəkatına qoşulmuş və könüllü olaraq Naxçıvan ərazisinə soxulmağa cəhd edən erməni quldurlarına qarşı döyüşlərdə fəal iştirak etmişdi. 1989-cu ildə sərhəd hərakatının və SSRİ imperiyasının sərhədlərinin dağıdığılmasının fəal iştirakçısı oıan yeniyetmə Cavid, 1991-ci ilin yanvar ayının 7-də, o vaxtın ən strateji sərhəd ərazisi sayılan, bugünkü Azərbaycan-Türkiyə sərhədinin yerləşdiyi ərazinin Azərbaycana aid olmasına baxmayaraq sərhəd idarə etmə tabeliyi o vaxtkı Ermənistan SSR-in ərazisində yerləşdiyindən Moskva bütün gücünü toplayaraq bu hissədən keçən sərhəd mühəndis-texniki qurğuların toxunulmazlığını təmin etməsində israrlı olduğu halda Cavid İsmayıl ilk olaraq az bir sayda silahdaşları ilə fədakarlıq göstərərək həmin strateji sahəni dağıtmağa nail oldular. Ümumilikdə milli azadlıq hərəkatı zamanı SSRİ DTK tərəfindən üç dəfə istintaqa cəlb edilən yeniyetmə Cavid İsmayıl məhz Türkiyə ilə sərhəddin açılmasında da fəallığına görə istintaqa da cəlb edilmişdi. Ümumiyyətlə xalq tərəfindən imperiyanın tikanlı məftillərinin dağıdılması və həmin hadisə Moskva şəhərində nəşr edilən ümumittifaq miqyaslı qəzet "Moskovski novosti"nin bir neçə nömrəsində işıqlandırlmışdı. Hərbi mükəlləfiyyətlidir, ailəlidir, üç övladı var.
Eldar İsmayıl
İsmayılov Eldar Ələsgər oğlu (10 mart 1942, Ağbulaq, Krasnoselsk rayonu – 20 fevral 2021, Bakı) – şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2003), Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" və "Araz" ali ədəbi mükafatı laureatı, "Əməkdar jurnalist" (20.09.2010) == Həyatı == Eldar İsmayıl 10 mart 1942-ci ildə Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində anadan olub. Bakı Mədəni Maarif Texnikumunda və 1972–1977-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb. 2021-ci il fevralın 20-nə qədər Azərbaycan Tibb Universitetinin nəşri olan "Təbib" qəzetinin baş redaktoru olub. İlk mətbu əsəri Eldar Ağbulaqlı imzası ilə "Lenin yolu" qəzetində 1961-ci ildə "Kəndimiz" adlı şeiri ilə başlayıb. 2003-cü ildən AYB-nin üzvü olub. "Ulu Göyçə", "Mən kiməm", "Türkün xilaskarı", "Ulu Turan yolunda" adlı poemalarında odlu vətənpərvərlik duyğusu ilə tamamlanmış silsilə şeirləri verilmişdir. Eldar İsmayıl "Xüsusi mükafat"a layiq görülmüş "Göyçənin qisası qalır" və "Səttar oğlu" tarixi romanlarının, "Məndən ötrü Ermənistan yoxdu, yox", "Ağrı dağı qədər ağrılarım var", "Ermənistan türklərinin 1988-ci il soyqırımı" publisistik əsərlərinin müəllifidir. "Türkün xilaskarı" (2005) poeması Türk xalqına, Türkiyə Cümhuriyyətinin banisi Atatürkə həsr olunmuşdur. Bu şairin türk dünyasına sevgisinin, məhəbbətinin təcəssümü deyilmi? Onun bu zəhməti də Türkiyədə yüksək qiymətləndirilmiş, Türk Dünyası Araşdırmaları Uluslararası Elmar Akademiyası Yüksək Yönetim Kurulunun qərarı ilə Türk ədəbiyyatının inkişafında xidmətinə görə "Türk Ədəbiyyatına Hizmət" beynəlxalq ödülü ilə mükafatlandırılmışdır.
Fazil İsmayıl
İsmayıl Fazil Mürşüd oğlu — (25.05.1938, Bakı şəhəri — 18.06.2013, Bakı şəhəri) — Azərbaycan Respublikasının Əməkdar Arxitektoru. == Həyatı == Fazil İsmayıl 25 may 1938-ci ildə Bakının Keşlə qəsəbəsində anadan olub. 1961-ci ildə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinin memarlıq şöbəsini bitirib. == Fəaliyyəti == Fazil İsmayılın adı Azərbaycanda su elektrik stansiyalarının layihələndirilməsi ilə bağlıdır. 20-ci əsrin 70-ci illərində Fazil İsmayıl Vyetnamda "Txak-ba" və "Xaobin" su elektrik stansiyalarının layihələndirilməsində iştirak edib və bu xidmətlərinə görə "Xalqlar dostluğu" medalı ilə təltif olunub. 1985–1989-cu illərdə Memarlar İttifaqının rəyasət heyətinə üzv seçilib. 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Memarı adına layiq görülüb. 1993-cü ildə memarlıq fəaliyyəti nəzərə alınaraq Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvi seçilib.
III İsmayıl
III Şah İsmayıl (fars. شاه‌اسماعیل سوم‎; tam adı: Əbu Turab İsmayıl ibn Seyid Murtuza; 1733, İsfahan – 1773, Abadan, Xuzistan ostanı) — Səfəvilər xanədanlığından olan XIII İran şahənşahı. Hüquqi olaraq İran şahı olmuşdur. Dövləti onun adından Kərim xan Zənd və Raziya Sultan idarə etmişdir. == Həyatı == Şah İsmayıl 1733-cü ildə anadan olmuşdur. Sultan Hüseynin nəslindəndir, atası Seyid Murtuza Mirzə, anası Səfəvi hökmdarı Sultan Hüseynin qızı Məryəm sultandir. 1747-ci ildə Nadir şah öldürüldükdən sonra İranda və Azərbaycanda hakimiyyət uğrunda mübarizə başlandı. İranın cənubunda isə özlərinə Şiraz şəhərini mərkəz seçən fars Zəndlər sülaləsi hakimiyyət uğrunda mübarizə aparırdılar. Onlara çox gözəl aydın idi ki, Nadir şahın öldürülməsinin və Əfşarlar İmperiyasının parçalanmasının ən böyük səbəblərindən biri də məhz Səfəvilər sülaləsi amili idi ki, Kərim xan Zənd və Əli Mərdan xan Bəxtiyari də bundan məharətlə istifadə etdilər. Belə ki, 1747–1749-cu illərdə Əfşar Xanədanlığı özü də dərin siyasi böhran keçirirdi.
II İsmayıl
II İsmayıl (fars. شاه اسماعیل دوم‎; 31 avqust 1533, Qəzvin – 24 noyabr 1577, Qəzvin) — Səfəvilər dövlətinin 3-cü şahı və I Təhmasibin oğlu. == İlkin həyatı == 28 may 1537-ci ildə Ərdəbildə doğulmuşdur. Atası I Təhmasib anası Sultanım bəyim Mosulludur. Atasının sıraca üçüncü, həyatda qalan ikinci oğlu idi (ən böyük qardaşı Əliqulu mirzə hələ 1529-cu ildə vəfat etmişdi). Hələ 1547-ci ildə Şirvan bəylərbəyi təyin olunmuşdu. Lələsi isə Göycə sultan Qacar idi. == Bəylərbəyi kimi fəaliyyəti == 1547-ci ildə Şirvanşah şahzadəsi Bürhan Əlinin hücumuna məruz qalmışdı, lakin bu hücumu dəf edə bilmişdi. 1554-cü ildə Ərzurumda İsgəndər paşa ilə Səfəvi ordusu arasında gedən döyüşdə qızılbaşlara sərkərdəlik edir və qaladan qıraqda gedən döyüşlərdə onun rəhbərlik etdiyi qoşun Osmanlını məğlub edir. Əxlat və Ərciş qalalarını ələ keçirir.
I İsmayıl
Şah İsmayıl Səfəvi, I İsmayıl və ya Şah İsmayıl (tam adı: Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəvi; 17 iyul 1487[…], اردبیل – 23 may 1524[…], اردبیل) — Səfəviyyə təriqətinin şeyxi (1494–1524); Səfəvilər dövlətinin banisi və ilk şahı; Azərbaycan şairi, Azərbaycan türklərinin piri. O, 1501-ci ilin iyul ayında Təbriz şəhərində Azərbaycan taxtına oturdu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Şah İsmayıl Xətai Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Onun yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olmuşdur. İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda On iki imam şiəliyinə əsaslanan səfəviliyi yayaraq 1509-cu ildə bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirmişdir. Bədii əsərlərini "Xətai" təxəllüsü ilə yazmışdır. Bununla əlaqədar olaraq "Şah İsmayıl Xətai" olaraq da tanınır. Əsərlərini əsasən Azərbaycan türkcəsində, qismən də fars və ərəbcə yazmışdır. == Soykökü == I Şah İsmayılın 6-cı əcdadı, mərkəzi Ərdəbildə yerləşən Səfəviyyə sufi təriqətinin əsasını qoymuş Şeyx Səfiəddin İshaqdır (1252–1334).
Kərbəlayı İsmayıl
Kərbəlayı İsmayıl — Qərbi Azərbaycanda bolşeviklərə qarşı dirəniş hərəkatının ən fəal üzvlərindən biridir. Həmin dövrdə Azərbaycanın, Ermənistanın və Gürcüstanın müxtəlif yerlərində xalq arasında hökumətə qarşı güclü müqavimət ruhu baş qaldırmışdı. O dövrdə Quba ətrafında gedən müqavimətə Qaçaq Mayıl, Lənkəranda Cankişi, Gəncədə və Gəncəbasarda Məmməd Qasım, Hacı Axund, Gürcüstanda (Qarayazıda) Qaçaq İsaxan başçılıq etmişlər. == Həyatı == Kərbəlayi İsmayıl 1870-ci ildə Vedibasar mahalının Çimən kəndində anadan olub. Ömrünün böyük hissəsini ermənilərin soyqırımı həyata keçirdikləri Azərbaycan torpaqlarında tarixi cinayətlərin baiskarlarına qarşı mübarizədə keçirib. 1931-ci ildə o, Araz çayını keçərək Daşburuna gəlib. Sovet xüsusi xidmət orqanları tərəfindən təqib edilən Kərbəlayi İsmayılı yerli əhali qoruyub. Bundan sonra o, daşburunlularla birlikdə türk torpaqlarını qorumaq üçün mücadilə aparıb. 1920-ci ildə Azərbaycanın Rusiya tərəfindən işğalı ilə barışmayanların əksəriyyəti hələ Sovet dönəmində xalqın sevimlisinə çevrilmişdi. Bu gün də haqqında maraqla danışdığımız Kərbəlayi İsmayıl kimi.
Məmməd İsmayıl
İsmayıl Mürşüd oğlu Məmməd (1 noyabr 1939, Əsrik Cırdaxan, Tovuz rayonu) — Azərbaycan şairi. == Həyatı == M. İsmayıl 1939-cu ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində dünyaya gəlmişdir. 1957-ci ildə Əsrik-Cırdaxan kənd orta məktəbini, 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirmişdir. 1998-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsini,2013-cü ildə Türkiyənin Çanaqqala On səkkiz Mart Universitetində professor ünvanı almışdır. 1966-1973-cü illərdə "Azərbaycan Dövlət Radio və Televiziya" komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1975-1976-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində müxbir, 1976-1980-ci illərdə "C.Cabbarlı adına Azərbaycanfilm" studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, 1980-1983-cü illərdə "Yazıçı" nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983-1987-ci illərdə "İşıq" nəşriyyatının direktoru, 1983-1992-ci illərdə Respublika Komsomolu Mərkəzi Komitəsi nəzdində gənc yazıçıların Respublika "Gənclik Ədəbi Birliyi"nin rəhbəri, 1988-1992-ci illərdə "Gənclik-Molodost" jurnallarının baş redaktoru vəzifələrində çalışmışdır. 1989-1993-cü illərdə Xalq hərəkatında iştirak etmiş və "Demokratik Qüvvələr Birliyi"nin həmsədri kimi fəaliyyət göstərmişdir. 1992-1993-cü illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" şirkətinin idarə heyətinin sədri vəzifəsində çalışmışdır. 1995-1996-cı illərdə Türkiyədə "TİKA" və "Türk Dil Qurumu"nun birgə lüğət layihəsində ekspert kimi fəaliyyət göstərmişdir. 1996-cı ilin may ayından Türkiyənin Çanaqqala On səkkiz Mart Universitetində professor kimi elmi fəaliyyətlə məşğuldur. == Ədəbi fəaliyyəti == 14 yaşından bədii yaradıcılıqla məşğuldur.
Qanlı İsmayıl
Qanlı İsmayıl (1810-1843) – qaçaq. == Həyatı == Rzaqulu bəyin üçüncü oğlu İsmayıl bəy 1810-cu ildə İyürmidörd mahalının Şirvanlı obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Rus dövlətinə qarşı çıxmış, qaçaq düşmüşdü. Qanlı İsmayıl ayaması ilə tanınırdı. Baba bəy Şakir yazırdı: Rus tədqiqatçısı 1844-cü ildə yazır: "Güclənən quldurluq və qarətçiliyin səbəbləri. Qarabağda güclənən quldurluq və qarətçiliyin səbəbləri və həmişə güclənməsi bağlıdır: a) Qarabağın xan soyunun və bəylərin saxtakarlara himayədarlığı, b) vilayətdə köçərilərin çoxluğu, v) cinayətlərin məsuliyyətə cəlb еdilməməsi: a)Qarabağ bəyləri ən azı 2 min nəfər kişi cinsindəndir, 8-10 nəfəri çıxmaqla, qalanı oğru və quldurları qoruyur, himayə еdir, qanun izləyicilərindən gizlədir, nəinki öz malikanələrində, hətta öz еvlərində saxlayırlar. Rəislərə onları yaxşı adam kimi qələmə vеrir, öz rəiyyətlərini quldurluğa təhrik еdirlər. Çoxları da onlara özlərini nümunə kimi göstərirlər. Xüsusiyyətlə, xan ailəsindən olanlar bu kеyfiyyətdə fərqlənirlər.
Rüfət İsmayıl
Rüfət Əli oğlu İsmayılov, daha çox Rüfət İsmayıl olaraq tanınır (2 fevral 1981, Bakı) — Azərbaycan modelyeri, modeli, sahibkarı, biznesmeni. Beynəlxalq arenada Türkiyə və Azərbaycanın rəsmi moda elçisi olan Rüfət İsmayıl "AFFFAİR" tekstil şirkətinin qurucusu, "AFFFAİR" brendinin yaradıcısıdır. O, ilk və Azərbaycan dizayneridir ki, kolleksiyaları Dubay, İstanbul, Tehran, Beyrut, Nyu-York, Florensiya və Buxarest moda həftələrində nümayiş etdirilmişdir. == Erkən illəri və təhsili == Rüfət Əli oğlu İsmayılov 2 fevral 1981-ci ildə Azərbaycan SSR-nin paytaxtı Bakı şəhərində, Əli İsmayılov və Dilbər Topçubaşovanın ailəsində anadan olmuşdur. Nigar Topçubaşovanın qardaşıdır. Rüfət İsmayıl 1986–1996-cı illərdə Bakı şəhəri Nərimanov rayonu 20 saylı orta ümumtəhsil məktəbinin 10 sinfini bitirmiş, eyni zamanda 1987–1995-ci illərdə Nərimanov rayonu 16 saylı Musiqi Məktəbində musiqi təhsili almış, fortepiano üzrə 8-ci sinfini bitirmişdir. O, 1994-cü ildə Osman Mirzəyev adına Jurnalistika kursuna da yazılaraq, oranı da fərqlənmə diplomu ilə bitirmişdir. 1996–2001-ci illərdə Azərbaycan Ali Diplomatiya Kollecinin Beynəlxalq Əlaqələr fakutəsindən məzun olmuş, 2002–2007-ci illərdə Almaniyanın Höte Universitetinin Beynəlxalq Əlaqələr fakültəsini bitirmişdir. Rüfət İsmayıl həmçinin, 2013–2014-cü illərdə Türkiyənin Esmod Vakko Tasarım Okulunda Tasarım və Modelist ixtisası üzrə təhsil almışdır. Azərbaycan, türk, rus, alman, flaman və ingilis dillərini bilir.
Salam İsmayıl
Salam Xeyrulla oğlu İsmayıl — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015). == Həyatı == Salam İsmayıl 23 aprel 1951-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitunun aktyorluq fakültəsini bitirmişdir. 1974–1976-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor köməkçisi vəzifəsində işləmiş, 1977-ci ildən Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərir. Kino sahəsində bir neçə irili və xırdalı rollarda çəkilmişdir. Teatr xadimlər ittifaqının üzvü, ""Qızıl Dərviş" mükafatı" mükafatı laureatıdır. 30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Əsas rolları == Solğun çiçəklər (C. Cabbarlı) — Bəhram, Aydın (C. Cabbarlı) — Novruz bəy Oqtay Eloğlu (C. Cabbarlı) — Mazadaranski Maral (H. Cavid) — Cəmil Atabəylər (N. Həsənzadə) — Abubəkir Sənsiz (S. Qurbanov) — Tərlan == Filmoqrafiya == Bizim küçənin oğlanları (film, 1973) Qocalar, qocalar... (film, 1982) Yük (film, 1995) Bir anın həqiqəti (film, 2003) Koroğlu (film, 2003) Acılar bitməz (film, 2009) (tammetrajlı bədii film) — rol: Qəzənfər Cavad xan (film, 2009) Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: bağban Kərim Həsənov Çölçü (film, 2012) Tək olanda qorxma...
Xaqani İsmayıl
Xədicə İsmayıl
Xədicə İsmayıl, bəzən Xədicə İsmayılova (tam adı: Xədicə Rövşən qızı İsmayılova; 27 may 1976, Bakı) — Azadlıq Radiosunun Bakı bürosunun jurnalistidir. Azadlıq Radiosuna gəlməzdən öncə İsmayılova 10 il jurnalistikada çalışmış, o cümlədən bir neçə Azərbaycan qəzetində müxbir və redaktor vəzifəsində işləmişdir. == Fəaliyyəti == "Exo", "Caspian Business News", "Eurasinaet.org", "Washington Times", "The New York Times", "BBC", "Deutsche Welle", "Voice of America" (Amerikanın Səsi) kimi kütləvi informasiya vasitələri üçün siyasi və iqtisadi mövzularda yazılar yazmışdır. Xədicə İsmayılova həm də İranda və Azərbaycanda insan hüquqları, eləcə də neft, iqtisadiyyat, daxili və regional siyasət barəsində materialların müəllifidir. Eyni zamanda Xədicə İsmayılova jurnalistika sahəsində təlimçi kimi kifayət qədər tanınır. === Mükafatları === 2001-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin Zərdabi mükafatına layiq görülmüşdür. John Aubuchon Mətbuat Azadlıığı Amerika PEN təşkilatının PEN/Barbara Goldsmith Yazmaq Azadlığı 2012-ci ildə İsmayılova Beynəlxalq Qadın Media Fondunun (International Women’s Media Foundation) Jurnalistikada Cəsarət Mükafatına layiq görülüb. == Həbs olunması == Xədicə İsmayıl 2014-ci ilin dekabrın 5-də həbs olunub. Əvvəlcə ona jurnalist Tural Mustafayevin "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə ittihamı irəli sürülüb. Fevralın 13-də isə ona qarşı daha 4 maddə ilə — cinayyət məcəlləsinin (CM) 179.3.2 (mənimsəmə və israf etmə — külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan edilib.
Yusif İsmayıl
Yusif İsmayıl (türk. Yusuf İsmail; 1857 – 4 iyul 1898, Atlantik okeanı) — "Qorxunc türk" ləqəbli əfsanəvi türk güləşçi. Yunan-Roma güləşi ilə idmanda böyük qələbələr qazanan ilk türk pəhləvanı olduğu güman edilir. 1885-ci ildə Kırkpınar güləşi üzrə əsas pəhləvan olmuşdur. 1894-cü ildən etibarən Avropa və ABŞ-də dövrün ən məşhur güləşçiləri ilə güləşmişdir. Məşhur idmançı 140 kiloqram çəkisində və 1,88 metr boyunda idi. Həyatını ABŞ-dən ölkəsinə dönərkən bir gəmi qəzasında itirmişdir.
İrəc İsmayıl
İrəc İsmayıllı (15 oktyabr 1961, Urmiya) — Əslən Cənubi Azərbaycandan olan yazıçı, publisist, tərcüməçi, lüğətçi. == Həyatı == İrəc İsmayıllı 1961-ci ilin oktyabr ayının 15-də Cənubi Azərbaycanın (İran) Urmiya şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Urmiyada almışdır. Erkən yaşlarından milli azadlıq mübarizəsinə qoşulmuşdur. Ötən əsrin 80-ci illərin ortalarından siyasi səbəblər üzündən vətəni tərk etməyə məcbur olmuş, Norveçə mühacirət etmişdir. Hal-hazırda Norveçin Stavanger şəhərində yaşayır. 1991–1995-ci illərdə Norveçin Stavanger Universitetinin bakalavr, (1995–1996) Böyük Britaniyanın Heriott-Watt Universitetinin magistratura pillələrini bitirmişdir. Bir müddət Stavanger şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinə rəhbərlik etmişdir. Həmin şəhərin mərkəzi kitabxanasında Azərbaycan dilində kitablardan ibarət bölmənin yaradılmasında mühüm rol oynamışdır. Müxtəlif illərdə Norveçdə neft şirkətində mühəndis kimi fəaliyyət göstərmişdir.
İsmayıl Allahverdiyev
İsmayıl Məhəmməd oğlu Allahverdiyev ( ) — Azərbaycanlı şəhid. == Həyatı == Allahverdiyev İsmayıl Məhəmməd oğlu 1974-ci ildə Gədəbəy rayonu, Arıqıran kəndində anadan olmuşdur. İsmayılın 6 qardaşı var idi. == Hərbi xidməti == 1992-ci ildə hərbi xidmətə gedib. İlk döyüş yolu Laçın bölgəsindən başlandı. Laçının süqutundan sonra evə gəlmişdi. Rayon komissarlığına ərizə yazıb təzədən cəbhəyə yollandı. Bu dəfə Kəlbəcər istiqamətdə döyüşə başladı. Elə həmin rayonun Qamışlı kəndində şəhid oldu. Qəribə xasiyyəti vardı.
İsmayıl Axundov
İsmayıl Axundov (rəssam) (1907—1969) — boyakar və teatr rəssamı, Azərbaycan SSR xalq xəssamı. İsmayıl Axundov (epidemioloq) (1897—1952) — ilk azərbaycanlı epidemioloq.
İsmayıl Ağakişiyev
İsmayıl Ağakişiyev — Rusiya alimi; tarix elmləri namizədi; M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin dosenti. Rusiya Dövlət Humanitar Universiteti yanında Qafqazşünaslıq Mərkəzinin rəhbəri. == Həyatı == Ağakişiyev İsmayıl Əlövsət oğlu 1961-ci il oktyabrın 29-da Bakıda anadan olub. 1988-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1988-1991-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin humanitar fakültələri nəzdində Vətən tarixi kafedrasında əyani aspiranturada oxuyub. 1991-ci ildə “Hümmət” sosial-demokrat partiyasının yaradılması və fəaliyyəti (1904-1911-ci illər)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2005-ci ildən İ.Ağakişiyev postsovet məkanının öyrənilməsi üzrə informasiyaanalitik mərkəzin əməkdaşıdır. “Rusiya–Azərbaycan” adlı xüsusi layihənin rəhbəridir. 2006-cı ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin yaxın xarici ölkələrin tarixi kafedrasında dərs deyir. İ.Ağakişiyev “Bakı neft sənayesinin tarixi və İkinci neft bumu (XIX əsrin ikinci yarısı – XXI əsrin başlanğıcı)” monoqrafiyasının (2011) müəllifidir.
İsmayıl Ağalarov
İsmayıl Əbdülhüseyn bəy oğlu Ağalarov (1910-1977) — II Dünya Müharibəsi iştirakçısı. == Həyatı == İsmayıl Həqqi bəy Əbdülhüseyn bəy oğlu Ağalarov 1910-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. İlk təhsilini o zaman Şamaxıda "Taxtalı məktəb" deyilən məktəbdə almışdır. Bu məktəbə ona görə "Taxtalı məktəb" de-yilirdi ki, 1831- ci illərdə tikilmiş bu bina taxtadan tikilmişdi. 1930-cu illərdə bu bina uşaq evi (el arasında "Yetimxana"), sonra da idarə binası oldu. İsmayıl bəy 17 yaşında ikən 1927-ci illərdə ailəsi ilə Bakı şəhərinə köçdü və burada Bakı Dövlət Universitetinin hüquq fakultəsinə daxil oldu. Təhsilini bitirdikdən sonra təyinatla 3 il Şamxor (indiki Şəmkir) rayonunda müstəntiq işlədikdən sonra Bakı şəhərinə qayıtdı. 1938-ci ildə Sənaye və mülki inşaat ixtisası üzrə Azərbaycan Sənaye İnstitutuna daxil oldu. Bütün bunlar İsmayıl Həqqinin elm və biliyə can atdığını göstərirdi. Dərin bilik və təşkilatçılıq bacarığına malik olan gənc İsmayıl İnstitutun 3-cü kursunda oxuyarkən İnstitut Həmkarlar təşkilatının sədri , sonra da, o zamankı Dzerjinski rayon Partiya Komitəsinin katibi seçilir.
İsmayıl Ağayev
İsmayıl Bayramov
Bayramov İsmayıl Xəlil oğlu (1900, Stavropol – 10 fevral 1945) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Stavropol vilayətində azərbaycanlı ailəsində dünyaya göz açmış və doğulduğu Dolinovka kəndində kolxoz sədri vəzifəsindən 1941-ci ildə orduda xidmətə çağırılmışdır. İsmayıl Bayramovun atası Xəlil kişi Borçalı nümayəndəliyinin Sarvan kəndindən, anası Tamam arvad isə həmin nümayəndəliyin Görarxı kəndindən idi. Kəndli ailəsində boya-başa çatan Xəlil kişi Tamamla ailə qurduqdan sonra Borçalıda yaşayış tərzinin çətinliyi gənc ailəni Şimali Qafqazda mulkədar kimi imkanlı, milliyyətcə rus olan Nemov, Bondarenko, Soljenıtsın, Bıkov və başqalarının qoyun sürülərinə çoban olmağa gətirib çıxartdı. Xəlil Stavropol diyarının Georgiyevski bölgəsində məskunlaşıb çobanlıq etməyə başladı. Gələcəyin qəhrəman oğlu, Borçalı balası İsmayıl 1910-cu ildə dünyaya göz açdı. Hələ uşaq yaşlarından atasının yanında çobanlıq edib təsərrüfatda bərkdən-boşdan çıxırdı. İsmayıl söyləmələrə görə, məktəb yaşlarında çox gözü açıq, qıvraq, qorxmaz və igid bir uşaq idi. Ailə vəziyyəti yeniyetmə İsmayıla yalnız 1922-ci ildə Georqovski şəhərində oxumağa imkan yaratdı. Burada cəmi beş il oxudu.
İsmayıl Budaqlı
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
İsmail
İsmayıl peyğəmbər – İbrahim peyğəmbərin Həcərdən olan oğludur. == Həyatı == Həcər Şamın qibtilərin şahı (yaxud bir çoxlarının dediyi kimi Misirin şahı) tərəfindən Saraya bağışladığı kəniz idi. Həcər həmişə Saranın qulluğunda hazır olar və onun evində yaşıyardı. İbrahim öz vətənindən hicrət etdikdən sonra Şamda yaşayırdı. İbrahimin birinci arvadı Sara onun xalası qızı idi. Amma üstündən bir neçə il keçsə belə onların övladı olmurdu. Bu zaman İbrahim Saraya Həcəri ona satmağını təklif etdi ki (Bəzi rəvayətlərdə bunun Sara tərəfindən təklif olunduğu yazılır), onunla evlənsin və bəlkə Allah ona bir övlad mərhəmət etdi. Nəhayət İbrahim Həcər ilə evləndi və ondan İsmail dünyaya gəldi. Bu hadisə Şamda baş verdi. Amma çox çəkmədi ki, İbrahim Həcər və oğlu İsmaili götürüb Məkkəyə gəldi və orada onları sakin etdi.
İmari
İmari (伊万里, Imari) — Yaponiyanın Kyuşu bölgəsində, Saqa prefekturasında yerləşən şəhər. 2018-ci ilin martının məlumatına görə şəhərin əhalisi 54,386 nəfərdir. Şəhərin sahəsi 254,99 km²-dir. == Tarix == Edo dövründə şəhər dulusçuluq sahəsində inkişaf etmişdir. Meyci dövründən 1955-ci ilə kimi kömür ixrac etmişdir. Şəhər müasir inzibati statusunu 1 aprel 1889-cu ildə əldə etmişdir. 1 aprel 1954-cü ildə İmari, Yamaşiro şəhərləri, Higaşiyamashiro, Kurokava, Hatatsu, Minamihata, Okava, Matsura və Niri qəsəbələri birləşərək vahid İmari şəhərini əmələ gətirmişdirlər. == Coğrafiya == Şəhər Yaponiyanın Kyuşu adasında, Saqa prefekturasının qərbində, İmari çayının mənsəbində yerləşir. Yaxınlıqdakı dağlar: Haçiman, Eboşi, Seyra. Çaylar: Matsura, İmari, Hara, Kurotake, Arita.
Nikolay Aşmarin
Nikolay İvanoviç Aşmarin (rus. Никола́й Ива́нович Ашма́рин; 22 sentyabr (4 oktyabr) 1870, Yadrin[d], Yardin qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 26 avqust 1933, Kazan, Tatarıstan MSSR, RSFSR, SSRİ) — Rus türkoloqu. == Həyatı == Uşaqlığını Çuvaş türkleri arasında keçirdiyindən Çuvaş dilinə və folkloruna ilgi duydu. Şərq dilləri üzrə oxudu (1892). Türkoloji doktoru. Kazan üniversitetinde dərs verdi. == Əsərləri == Материалы для исследования чувашского языка. (1897–1898); Болгары и чуваши. (1902) Опыт исследования чувашского синтаксиса. Часть I. (1903); Опыт исследования чувашского синтаксиса.