Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kommersiya
Kommersiya — (lat. com — birlikdə, əlaqəli lat. merx (mercisrı)) : qısa mənada — ticarət, ticarət əlaqəsi, ticarət-vasitəçilik fəaliyyəti və ticarət xidmətinin marketinqi mənasını verir; geniş mənada — sahibkarlıq fəaliyyəti deməkdir.
Kommersiya avtomobili
Kommersiya avtomobili (CV) motorlu nəqliyyat vasitələrinin bir növüdür. Kommersiya nəqliyyatı mənfəət əldə etmək məqsədi ilə malların və sərnişinlərin daşınması üçün istifadə edilən və kommersiya nömrələri alan nəqliyyat vasitələridir. Avropa İttifaqı “kommersiya məqsədləri üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi”ni hər hansı bir mühərrikli magistral yol nəqliyyat vasitəsi kimi müəyyən etmişdir. Daha kiçik tipi yüngül kommersiya nəqliyyat vasitəsidir.
Kommersiya bankı
Kommersiya bankları – bank qanunvericiliyinin imkan verdiyi bütün əməliyyatları yerinə yetirirlər. Bank sisteminin fəaliyyət mexanizmində əsas rol kommersiya banklarına məxsusdur. Belə ki, məhz kommersiya bankları ölkədə kredit resurslarının əsas hissəsinin toplanmasına xidmət göstərir və müştərilərə maliyyə-kredit xidmətlərinin bütöv kompleksini təqdim edir. Bu gün kommersiya bankları müştərilərə 200 növə qədər müxtəlif bank xidmətləri göstərmək qabiliyyətinə malikdir. Kommersiya bankının yerinə yetirdiyi ən əsas vəzifə pul yaratmaqdır. Borc alana kredit vermək vasitəsilə banklar əlavə ödəmə qabiliyyəti olan tələbat yaradır. Kommersiya vəzifəsi kreditdə vasitəçilikdir, onlar bunu müəssisə fondlarının dövriyyəsi prosesində müvəqqəti azad olmuş pul vəsaitinin və özəl şəxslərin pul gəlirlərinin yenidən bölüşdürülməsi vasitəsilə həyata keçirir. Kommersiya bankı – pul vəsaiti toplamaq məqsədi ilə pul bazarında müxtəlif əməliyyatlar həyata keçirən və müştərilərin tapşırıqlarını yerinə yetirən kredit təşkilatıdır. Ümumiyyətlə kommersiya sözünün hərfi mənası latın mənşəli söz olub (commercium), ticarət deməkdir. Uzun müddət ərzində bank sistemi yalnız Kommersiya bankları kimi fəaliyyət göstərmişdir, lakin sonralar bir sıra səbəblərlə, ilk növbədə isə, pul emissiyasının tənzimlənməsi ilə əlaqədar mərkəzi bankların yaranması vacib məsələ kimi ortaya çıxmışdır.
Kommersiya hüququ
Kommersiya hüququ — kommersiya, və ya sahibkarlıq (biznes) hüququ ticarət, kommersiya, satışla məşğul olan şəxslərin və hüquqlarına, münasibətlərinə və hərəkətlərinə tətbiq olunan hüquq sahəsidir. O, mülki hüququn sahələrindən biri hesab olunmaqla bərabər, xüsusi və ümumi hüquqla bağlı məsələlərin tənzimlənməsini həyata keçirir. Kommersiya hüququ özündə tapşıran və agent; quru və su yolu ilə daşınmalar; ticari gəmiçilik; qarantiya; dəniz, yanğın, həyat və qəza sığortası; qiymətli kağızlar və ortaqlıq kimi sahələri ehtiva edir. O, həmçinin, korporativ müqavilələr,əmək münasibətləri və istehlak mallarının istehsalı və satışını tənzimləmək üçün istifadə oluna bilər. Bir çox ölkələr, Azərbaycan da daxil olmaqla, özündə kommersiya hüququna dair normaları geniş şəkildə əks etdirən mülki məcəllələr qəbul etmişdir. ABŞ-də kommersiya hüququ Konqres tərəfindən ştatlararası sahibkarlıq münasibətlərini tənzimləyən normalarla yanaşı, ştatların də öz səlahiyyətləri dairəsində oxşar münasibətləri nizamlayan daxili aktları mövcuddur. Kommersiya hüququ sahəsində vahid normativ akt yaratmağa bir neçə dəfə cəhd edilmişdir; bu cəhdlərdən ən uğurlusu isə bütün 50 ştatda (ştat qanunvericilikləri tərəfindən bəzi dəyişikliklərlə birgə), Kolumbiya Federal Mahalı və Birləşmiş Ştatların digər ərazilərində tətbiq olunan Vahid Kommersiya Məcəlləsinin qəbul edilməsi olmuşdur. Müxtəlif tənzimləyici vasitələr biznesin, xüsusilə işçilər və müştərilərlə əlaqədar fəaliyyətin necə aparılmasına nəzarət edir. Şəxsi həyatla bağlı aktlar, Təhlükəsizlik barədə qanunlar ( məsələn, ABŞ-də Əməyin Təhlükəsizliyi və Sağlamlıq Aktı), ərzaq və dərman vasitələri haqda qanunları nümunə kimi göstərmək olar. == 1. ==
Qeyri-kommersiya
Qeyri-kommersiya təşkilatı (həmçinin qeyri-ticarət müəssisəsi kimi də tanınır) — kollektiv, ictimai və ya sosial məqsədlər üçün təşkil edilmiş fəaliyyət göstərən hüquqi şəxsdir. Sahibləri üçün mənfəət əldə etməyi hədəfləyən biznes kimi fəaliyyət göstərən müəssisədən fərqli olaraq fayda. Qeyri-kommersiya təşkilatı bölüşdürülməmə məhdudiyyətinə tabedir: xərcləri aşan hər hansı gəlir şəxsi tərəflər tərəfindən alınmamaqla, təşkilatın məqsədinə yönəldilməlidir. Bəzi siyasi təşkilatlar, məktəblər, biznes assosiasiyaları, kilsələr, sosial klublar və istehlak kooperativləri də daxil olmaqla bir sıra təşkilatlar qeyri-kommersiya təşkilatıdır. Qeyri-kommersiya təşkilatları vergidən azad olmaq üçün hökumətlərdən icazə istəyə bilər, bəziləri də vergidən çıxılan töhfələr almaq hüququna malik ola bilər, lakin müəssisə vergidən azad statusunu təmin etmədən qeyri-kommersiya təşkilatı kimi daxil ola bilər. Qeyri-kommersiya təşkilatlarının əsas aspektləri hesabatlılıq, etibarlılıq, dürüstlük və təşkilata vaxt, pul və inam sərf edən hər bir şəxsə açıqlıqdır. Qeyri-kommersiya təşkilatları donorlar, təsisçilər, könüllülər, proqram alıcıları və ictimai ictimaiyyət qarşısında cavabdehdirlər. Fəaliyyətlərini ianələr vasitəsilə maliyyələşdirməyə çalışan qeyri-kommersiya təşkilatı üçün ictimai etimad, qeyri-kommersiya təşkilatının toplaya bildiyi pul məbləğində bir amildir. Qeyri-kommersiya təşkilatları öz missiyalarına nə qədər çox diqqət yetirsələr, bir o qədər ictimai etimad qazanacaqlar. Bu, təşkilat üçün daha çox pulla nəticələnəcək.
Ədalətli istifadə
Ədalətli istifadə (ing. fair use). Amerika Birləşmiş Ştatları Müəllif hüquqları Qanununda olan və müəlliflik hüquqları ilə qorunan əsərlərin elm və incəsənətin inkişafı naminə müəllifdən icazə istənmədən məhdud şəkildə istifadə edilməsinə imkan verən bir doktrinadır. Azərbaycan Respublikasının qanunlarında ədalətli istifadə nəzərdə tutulmayıb. "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunun "Əsərlərdən informasiya, elmi, tədris və digər məqsədlər üçün istifadə" haqqında 19-cu maddəsində müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı verilmədən, lakin istifadə olunan əsərin müəllifinin adını və götürülmə mənbəyini mütləq göstərməklə aşağıdakı hallara yol verilir: elmi, tədqiqat, polemika, tənqidi və informasiya məqsədi ilə qanuni dərc edilmiş əsərdən, həmçinin qəzet və jurnallardan, sitatın məqsədinə müvafiq həcmdə çap icmalı formasında qısa parçaların orijinalda və ya tərcümədə sitat kimi verilməsinə; qanuni dərc edilmiş əsərlərdən qısa parçaları müəyyən məqsəd üçün lazım olan həcmdə tədris xarakterli nəşrlərdə, radio və televerilişlərdə, səs və vidioyazılmalarda istifadə etməyə; müəllif və ya müəlliflik hüquqlarının digər sahibinin qadağan etdiyi hallar istisna olmaqla, qanuni əsasda dərc edilmiş cari iqtisadi, siyasi, sosial və dini məsələlər üzrə məqalələrin, yaxud efirlə verilmiş eyni xarakterli əsərlərin qəzetlərdə, jurnallarda digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə; fotoqrafiya, kinematoqrafiya, efir və ya kabel televiziyası vasitələri ilə cari hadisələr haqqında icmalda hadisələrin gedişində görülənlərin və eşidilənlərin informasiya məqsədi üçün lazım olan həcmdə surətinin çıxarılmasına və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanılır; açıq siyasi nitqlərin, mülahizələrin, müraciətlərin, təbliğat xarakterli fikirlərin və məhkəmənin gedişində söylənən nitqlər də daxil olmaqla digər oxşar əsərlərin qəzetlərdə, jurnallarda və digər dövri nəşrlərdə çap edilməsinə və ya kütləvi bildirişinə; bununla birlikdə, müəllifin belə əsərləri toplularda dərc etdirmək hüququ saxlanır; qanuni dərc edilmiş əsərlərin gəlir götürmədən qabarıq-nöqtəli şriftlə və ya digər xüsusi üsullarla korlar üçün surətinin çıxarılmasına (xüsusi olaraq belə üsullarla dərc etmək məqsədi ilə yaradılmış əsərlərdən başqa).
Bakı Kommersiya Məktəbi
Bakı kommersiya məktəbi — XX əsrin əvvəllərində Bakıda fəaliyyət göstərmiş təhsil müəssisəsi. Məktəbi yaratmaqda məqsəd müəyyən ixtisaslarda çatışmayan mütəxəssisləri hazırlamaq olub. == Tarixi == 1901-ci ildə Bakıda Ticarət və Sənaye Nazirliyi tabeliyində fəaliyyətə başlamışdır. O, yerli sahibkarların səyi və maliyyə dəstəyi sayəsində açılmışdı. Onlardan təkcə 1906-cı ilə qədər bu məktəbin ilk fəxri qəyyumu olmuş Hacı Zeynalabdin Tağıyev 50000 manat ayırmışdı. Digər xeyriyyəçilər sırasında Şəmsi Əsədullayev, F. Vəzirov, A. Mantaşov, Nobel qardaşları da var idilər. Müqəddəs Bakirə Məryəmin kosteli ilə üzbəüz yerləşirdi. == Məqsədi == Məktəb müəyyən peşələr üzrə çatışmayan mütəxəssislərin hazırlaması nəzərdə tutulmuşdu. == Təhsil kursu == Burada təhsil kursu 8 sinifdən ibarət idi ki, onlardan son ikisi ixtisas kursu hesab olunurdu. Hazırlıq sinifləri rus dilini bilməyənlər üçün idi.
Kommersiya (film, 1992)
== Məzmunu == Filmdə kommersiyanın heç də asan bir iş olmadığı göstərilir. == Film haqqında == "Mozalan" Satirik Kinojurnalı № 163, 2-ci süjet == Səhvlər == Adlar : Aktyor Eldəniz Rəsulovun adı E. Quliyev kimi yazılmışdır.
MKT İstehsalat Kommersiya
Hüquqlardan sui-istifadə
Hüquqlardan sui-istifadə — mülki hüquqda şəxslərin yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hüquqlara münasibətdə istifadə olunur. Hüquqlardan sui-istifadə edən şəxs öz hərəkətləri ilə dəymiş zərərə görə məsuliyyət daşıyır. Bu qrupa vəzifə səlahiyyətlərindən sui-istifadə, vergidən yayınmanı aid etmək olar. Bu prinsip presedent hüququnda formalaşmışdır. Müvafiq prinsip "hüquqdan istifadə edən kəs heç kimə zərər vermir" klassik nəzəriyyəsindən fərqlənir və özündə "sui-istifadə başladıqda hüquq başa çatır" (fr. le droit cesse où l'abus commence) maksimasını əks etdirir. == Qanunvericilikdə təsbiti == Hüquqlardan sui-istifadə prinsipi Alman Mülki Məcəlləsində təsbit olunmuşdur. §226-da qeyd edilmiş müddəaya görə: İsveçrə Mülki Məcəlləsinin 2-ci maddəsində qeyd edilir ki: Filippin Mülki Məcəlləsinin 19, 20 və 21-ci maddələrində qeyd olunur ki: Maddə 19: Hər kəs öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən ədalətlə hərəkət etməlidir, hər kəsə haqqını verməlidir və dürüstlük və vicdanlılıq nümayiş etdirməlidir. Maddə 20: Qanuna zidd olaraq qəsdən və ya ehtiyatsızlıqdan başqasına zərər vuran hər kəs dəymiş zərəri ödəməlidir. Maddə 21: Əxlaq və ictimai qaydalara zidd şəkildə başqasına qəsdən zərər və ya ziyan vuran hər kəs dəymiş zərəri ödəməlidir.
Neodim oksiddən istifadə
Neodim oksid (Nd2O3) neodim əlvan metalının havada qızdırılması yolu ilə əldə edilir ki, həmin hava bunun hesabına çox tez qızır və qeyri-metallarla – azot, halogenlər, kükürd, hidrogen və digərləri ilə reaksiyaya daxil olur. Xarici görünüşü – mavi, refrakter toz. Elementin bütün tərkib hissələrindən ən çox onun oksidi əhəmiyyət kəsb edir, hansı ki bir sıra fiziki-kimyəvi xüsusiyyətli üstünlüklərə malikdir: -ərimə temperaturu – 2200° C; -qaynama temperaturu – 3300° C; -suda və orta güclü mineral turşularda həll olunur; -asan higroskopik material; -soyuq su, alkalilər və ammonium hidratla reaksiyaya daxil olmur. Onun təmizliyi 99%, 99,9%, 99,99%, 99,999% təşkil edir. == İstifadə == Neodim oksidin yaxşı xüsusiyyətlərinə görə, tətbiq sahəsi kifayət qədər genişdir. Hər şeydən çox keramika və şüşəəritmədə istifadə olunur. Neodim şüşəsi onun şüşə ərintilərinə daxil edilməsi yolu ilə əldə edilir. Belə şüşələr lazer və kosmik cihazlarda, yarımkeçirici lazerlərdə və inertial termoatom sintezi üçün multişüa sistemlərində istifadə olunur. Neodim oksid dielektrik olaraq çox az genişlənmə əmsalı ilə istifadə olunur. Onun istifadəsinə hətta gündəlik həyatda da rast gəlmək olar.
Vəzifədən sui-istifadə
Sui-istifadə etmək – bir şeyin və ya bir adamın zərərinə işləmək. Vəzifəsindən sui-istifadə etmək. Özünə olan etimaddan sui-istifadə etmək.
Həyat məqsədi (film, 2004)
Həyat məqsədi (Rom: Lakshya; Az: Məqsəd) 2004-cü ildə Farhan Akhtarın rejissorluğu və Riteş Sidhvaninin prodüseri olduğu hind dilli yetkinlik dövründə olan insanlar üçün nəzərdə tutulan müharibə dram filmidir. Baş rollarda Amitabh Bachchan, Hrithik Roshan və Preity Zinta, köməkçi rollarda isə Boman Irani, Om Puri, Amriş Puri və Anjula Bedi oynamışdır. 1999-cu ildəki Kargil müharibəsinə əsaslanan film, Hindistan ordusuna qatılan və sevgilisi Romila Duttanın onunla fəxr etməsi üçün özünü əsgərə çevirən Dehlidən olan məqsədsiz və tənbəl oğlan Karan Şeirgilldən bəhs edir. == Süjet xətti == Əsərin qəhrəmanı gününü eyş-işrətdə keçirən gənc Karandır. O atasının və ailə biznesini idarə edən böyük qardaşının pulu hesabına yaşayır. Karan bütün günü dostları ilə əylənir və gözəlçə Romi ilə eşqbazlıq edir. Günlərin birində döyüş filminə baxdıqdan sonra Karan dostları ilə birlikdə hərbi xidmətə yollanmaq qərarına gəlirlər, lakin hərbi xidmət onların düşündüyü kimi heçdə asan olmur. Üzləşdiyi çətinliklərə dözə bilməyən Karan, evə qayıtmaq məcburiyyətində qalır. Qayıdışı ilə ailəsinin və Rominin hörmətini birdəfəlik itirdiyini hiss edən Karan, hərbi xidmətini davam etdirmək qərarına gəlir.
Tiflis Kommersiya bankının binası
Tiflis Kommersiya bankının binası — Bakının Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən bina. Binada Tiflis Kommersiya Bankının Bakı filialı yerləşirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli sərəncamı ilə bina dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələri siyahısına əlavə edilmişdir. == Tarixi == Tiflis Kommersiya bankının Bakı filialı 1886-cı ildə açıldı və yalnız 1905-ci ildə Tərlan Əliyarbəyov (o zamankı Milyutinskaya küçəsi) və Əbdülkərim Əlizadə (o zamankı Baryatinskaya küçəsi) küçələrinin kəsişməsində yerləşən öz binasına köçdü.
Yüngül kommersiya nəqliyyat vasitəsi
Yüngül kommersiya nəqliyyat vasitəsi (LCV) avtonəqliyyat və kommersiya məqsədli nəqliyyat vasitəsi növüdür. Avropa İttifaqında bu, ümumi çəkisi 3,5 tondan çox olmayan kommersiya nəqliyyat vasitələri üçün rəsmi termindir. İxtisaslaşdırılmış yüngül kommersiya avtomobillərinə pikaplar, panel furqonlar, mikrofurqonlar, mikroavtobuslar və üç təkərli nəqliyyat vasitələri daxildir.
Gübrələr və onlardan istifadə
Gübrə — Bitkiləri qida maddələrlə təmin etmək üçün torpağa, bəzən isə yarpaqlara (kökdənxaric qidalanma) verilən üzvi və mineral maddələrdir. Gübrələr birinci növbədə, bitkini asan mənimsəyə biləcəyi formada olan qida maddələrlə təmin edirlər. Bundan başqa gübrələr torpağın fiziki, kimyəvi və bioloji xassələrini yaxşılaşdırır ki, bu da məhsulun artmasına və onun keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Gübrə verməklə məhsulla birlikdə torpaqdan götürülmüş qida maddələri də torpağa qaytarılır. Bununla da torpağın məhsuldarlığı bərpa edilir. Gübrələr bir neçə qrupa bölünürlər: tərkib və ya mənşələrinə görə: üzvi, mineral, üzvi-mineral, bakterial, hormonal gübrələr; tərkibində qida maddələrinin miqdarına görə: birtərəfli (sadə) və çoxtərəfli (mürəkkəb və qarışıq) gübrələr; tərkibindəki faydalı elementlərin kəsifliyinə görə: sadə və zənginləşdirilmiş gübrələr; torpağa göstərdikləri təsirə görə: turş, neytral və qələvi gübrələr; 5.təsiretmə səciyyəsinə görə: bilavasitə təsir edən, dolayı yolla təsir edən və stimulə edən gübrələr. Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə etmək və torpağın münbitliyini artırmaq üçün aqrotexniki sistemlər içərisində gübrələrdən istifadə tədbirləri ən vacib yerlərdən birini tutur. Üzvü və mineral gübrələrin tətbiqi bütün kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəldir və onların keyfiyyətini yaxşılaşdırır. Gübrələrdən səmərəli istifadə, bitkilərdə şəkərin, nişastanın, yağların, zülalların və vitaminlərin miqdarını artırır. Üzvü və mineral gübrələr torpağın strukturuna təsir etməklə, torpaq məhlulunun reaksiyasını, mikrobioloji prosesləri yaxşılaşdırmaqla onun (məhsul) münbitliyinin artmasında aktiv iştirak edir.
Təkrar istifadə olunabilən komponentlər
Reusable components ~ повторно используемые компоненты ~ yeniden kullanılabilir bileşenler ~ təkrar istifadə olunabilən komponentlər – hər hansı proqram təminatının başqa proqramlarda istifadə oluna bilən parçası. Məsələn, Java sinifləri yenidən istifadə olunabiləndir; onlar ilkin olaraq yazılmış olduqları proqramlardan fərqli proqramlar tərəfindən də istifadə oluna bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Uşaqlardan hərbidə istifadə edilməsi
Uşaqlardan hərbidə istifadə edilməsi — Uşaqlardan hərbidə istifadə edilməsi halı əsasən bir neçə formada müşahidə edilir: Uşaqların bir başa hərbi əməliyyatlarda iştirak etməsi, uşaqlardan müşahidəçi, xəbərçi və kəşfiyyat məqəsədləri ilə istifadə edilməsi. Tarix boyunca baş vermiş bir çox müharibələr zamanı uşaqlardan hərbi əməliyyatların gedişində fəal şəkildə istifadə edilmişdir. Bir çox dini və mənəvi dəyərlərdə uşaqlardan bu məqsədlərlə istifadə edilməsi qadağan edilsədə, 1970-ci ildən bəri yaşanan müharibələrdə uşaq əməyindən istifadə hallarının artması müşahidə edilir. 1970-ci illərdə qəbul edilmiş Uşaqlardan hərbidə istifadə edilməsinin dayandılması barədə Konvensiyasının qəbul edilməsinə baxmayaraq belə halların sayı azalmamışdır. 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən Uşaq Hüquqları Konvensiyasına əsasən müharibə aparan tərəflər 15 yaşından aşağı uşaqların hərbi əməliyyatlardan kənar tutulması ilə bağlı öhdəlik daşıyırlar.
İnternetdə istifadə olunan dillər
Internetdə ən çox istifadə olunan dil qeyri-müəyyəndir, baxmayaraq ki, İnternetdə ən çox ziyarət edilən veb saytlarının təxminən yarısının ana səhifələri ingiliscədir. W3Techs verdiyi məlumata görə ən çox istifadə olunan başqa dil Rus dili, Alman dili, İspan dili, Fransız dili, Çin dili və Portuqal dili. == İstifadə olunan dillər == 2009-cu ildə UNESCO-nun 1996-ci ildən 2008-ci ilə qədər, 12 il ərzində apardığı monitorinqin nəticəsi olaraq çap etdiyi hesabatda ingilis dilinin veb saytlarda işlədilmə faizinin 1998-ci ildə 75 %-dən 2005-ci ildə 45 %-ə düşdüyü qeyd olunmuşdur. Müəlliflər müəyyən etmişdir ki, 2005-ci ildən 2008-ci ilə qədər ingilis dili sabit 45 %-də qalmışdır. Amma buna ingilis dilinə axtarış sistemlərinin üstünlük verməsi də səbəb ola bilər. Hal-hazırda davam edən W3Techs tərəfindən aparılan monitorinq 2015-ci il üçün göstərirdi ki, ingilis dili 55 %-dən çox veb saytın ana səhifəsində istifadə edilir. Qeyri-ingilis dilli veb səhifələrin sayı hər gün artmaqdadır. 2001-ci ildən 2011-ci ilə qədər internetdə ingilis dilindən istifadə təxminən 2.8 dəfə, ispan dilindən istifadə təxminən 7.4 dəfə, çin dilindən istifadə təxminən 13 dəfə, rus dilindən istifadə təxminən 18 dəfə və ərəb dilindən istifadə təxminən 25 dəfə artmışdır. == Vebsaytlarda istifadə olunan dillər == 10 milyon vebsaytın 2020-ci il 25 mart tarixində dillərdən istifadə faizləri aşağıdakı kimidir: Bütün digər dillər vebsaytlarda 0.1 %-dən az istifadə olunur. == İnternet istifadəçiləri dillərinə görə == 2016-ci ilin İyun ayı üçün internet istifadçilərinin sayı dillərinə görə aşağıdakı kimidir: == İstinadlar == == Xarici keçidlər == Internet World Users by Language, Internet World Stats.
İnternetdən münasib istifadə siyasəti
İnternetdən münasib istifadə siyasəti (Acceptable Internet Use Policy)− İnternetdən istifadə müddətlərini və şərtlərini, o cümlədən, onlayn davranış və giriş imtiyazlarını təsvir edən yazılı müqavilə. Bu siyasət istifadəçilər tərəfindən imzalanır. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Cəlal ilə Ceren
Celal ilə Ceren — Türkiyə istehsalı komediya film. "Hər kəsin bir Cereni var" şüarı ilə çəkilən film, altı ildir birlikdə olan sevgililərin ayrıldıqdan sonra yaşadıqları hekayədən bəhs edir. Şahan Gökbakar filmdəki baş rolu Ezgi Mola ilə bölüşdü. İstifadəçilərin səsverməsi nəticəsində IMDb Worst 100 siyahısında birinci yerdədir. == Mövzu == 30 yaşında olan Celal (Şahan Gökbakar), Karaköydə atasının elektrikçi dükanında işləyir. Sözlüsü yenə 30 yaşında olan Ceren (Ezgi Mola) isə bir mebel mağazasında işləməkdədir. İki sevgilinin birlikdə olması 6 il davam etmişdir və hələ də Celal evlilik təklifi etməmişdir. Celal bir dostunun subaylığa vida şənliyinə getmək istəyəndə cütlük dəhşət dərəcədə savaşır və ayrılırlar. Ceren getməyini istəməsə də, Celal yalan deyib Cereni aldadaraq Aksaraydakı Rus qadınlarının olduğu şənliyə gedir. Şənlikdə Cəlalın dostu böyük bir saflıqla Cəlalın Rus qızlarla bərabər əyləndiyi video görüntüləri İnternetə qoyur.
Fil ilə edam
Fil ilə edam — Cənubi və Cənub-Şərqi Asiyada, asiya fillərindən istifadə olunaraq gerçəkləşdirilmiş edam növü. Fil ilə edam üsulu orta əsrlərdə Hindistanda geniş istifadə edilmişdir. Bu məqsədlə asiya fillərinin xüsusi şəkildə əhilləşdirildikləri məlumdur. Fil bələdçiləri xüsusi əhilləşdirilmiş fillər vasitəsilə edam ediləcək şəxsi anidən yox, əzab verərək öldürməyi bacarırdılar. Fil ilə edamların gerçəkləşdirilmişəsi Böyük Moğol imperiyasının hökmdarları üçün sonsuz güc və səltənət simvolu olaraq qəbul edilmişdir. Asiya qitəsində və xüsusilə Hindistan ərazilərində məhkumların fillərin ayaqları altına atılaraq edam edilməsi həmin dövrdə Avropadan gəlmiş səyyah və tacirlərin böyük marağına səbəb olmuşdur. Orta əsrlərdə yaşamış bir çox avropalı səyyah şahidi olduğu mənzərələr haqqında müxtəlif qeydlər yazmışdır. Fil ilə edam üsulu XVIII və XIX əsrlərdə Hindistanda müstəmləkəçilik siyasəti yeridən ingilislər tərəfindən zamanla qadağan edilmişdir. Hindistana qədər insanların fillərin ayaqları altına atılaraq edam edilməsi üsulu, nadir hallarda olsa da Qədim Roma və Karfagen dövlətində üsyançı əsgərlərə qarşı istifadə edilmişdir. == Mədəni xüsusiyyətlər == Fillərin həssaslığı, dözümlülüyü və çox yönlü olması, romalılar tərəfindən döyüş məqsədilə istifadə olunmuş şir və ayılara nəzərən daha çox üstünlük yaratmışdır.
Fotoqrafiya ilə evlilik
Fotogəlin (写真花嫁, şaşin hanayome, ing. picture bride) və ya bəzən poçtla gələn gəlin (ing. mail-order bride) – XX əsrin əvvəllərində ABŞ-yə miqrasiya etmiş yapon kişilərin özlərinə Yaponiyadan gəlin tapmaq üçün istifadə etdikləri praktika. Yaponiyaya qayıtmaq istəməyən kişi miqrantlar ölkələrindəki əlaqələndirici şəxslərin vasitəsilə özlərinə uyğun gəlin tapırdılar. Bu zaman cütlük bir-birini ancaq fotoşəkillərdən tanıyırdı və fotogəlin ancaq ABŞ-yə gələndə əri ilə tanış ola bilirdi. Fotogəlinlər ABŞ-də yapon icmasının formalaşmasında vacib rol oynamışdırlar: ABŞ-də yapon kişilərlə qadınların sayında bərabərliyi təmin etmiş və ABŞ yaponları arasında ailə həyatını stabilləşdirmişdir. Onların uşaqları ABŞ vətəndaşı olmuş və yapon icmasının ABŞ cəmiyyətinə assimilasiyası üçün vasitəçi olmuşdurlar. == Arxa plan == ABŞ-yə miqrasiya etmiş birinci nəsil yaponların çox böyük qismi kişilər olmuşdur. 1905-ci ildən sonra ABŞ-də məskunlaşmağa qərar verən kişi miqrantlar evlənmək üçün fotogəlin praktikasından istifadə etməyə başlamışdırlar. Fotogəlin praktikasının mənşəyi Yaponiyadakı evlilik konsepsiyası ilə əlaqədardır.
Kəsmə ilə emal
Kəsmə ilə emal - mexaniki emal üsullarına aid olan texnologiyadır. Burada pəstahda olan artıq material yonularaq (kəsilərək) çıxarılır və lazımi olan formaya salınır. Baxmayar ki, bu üsullarla qeyri metallar da emal oluna bilirlər, çox vaxt kəsmə ilə emal metalların emalı ilə əlaqələndirilir. Bunun səbəbi sənaye inqilabı dövründə maşınqayırmanın inkişafı ilə bağlıdır. Maşınlarda çalışan peşəkarlardan tornaçılar və başqa mütəxəssislər meydana gəlirlər. Əslində əl ilə emal da (məsələn, yonma, yiyələmə, mişarlama) bu sahəyə aiddir. Kəsmə ilə emal istehsal prosesinin tərkib hissəi olub ayrıca bir elm kimi tədqiq olunur. Kəsmənin əsas prinsipi iti tilə malik kəsici alətinin pəstahın səthinə girməsi və bunun nəticəsində nazik material qatını - yonqarı çıxarmasından ibarətdir. Alətin materialı emal olunan pəstahın materialından bərk olmalıdır. Yumşaq materialların emalında adi polad kəsici material kimi tətbiq oluna bilir.
Slavyanka ilə vidalaşma
"Slavyanka ilə vidalaşma" (rus. Прощание славянки) — bəstəkar Vasili Aqapkin tərəfindən Birinci Balkan müharibəsində ərlərini müşayiət edən slavyan qadınların şərəfinə yazılmış Rusiya vətənpərvərlik marşı. Marş 1912-ci ilin sonunda Tambovda yazılmış və premyerası olmuşdur. 1915-ci ilin yayında Kiyevdə qrammofon sinqlı kimi buraxıldı. Slavyanka "slavyan qadını" deməkdir. == Tarixi == Melodiya Rusiyada və ona daxil olan ölkələrdə Birinci Dünya müharibəsi illərində, rus əsgərləri evlərini tərk edərkən və marşın musiqisi ilə müşayiət olunanda populyarlıq qazandı. 1941-ci il noyabrın 7- də Qırmızı meydanda keçirilən parad zamanı da nümayiş edildi, bundan sonra əsgərlər birbaşa Moskva döyüşünə getdilər. Bu marş həm də admiral Kolçakın Ağ Ordusunun qeyri-rəsmi himni kimi istifadə olunurdu. Qərb mənbələri iddia edirdi ki, mahnı 1957-ci ildə mükafata layiq görülmüş "Durnalar uçur" filmində istifadə edilməzdən əvvəl senzuradan keçməyən mövzular ilə bağlı sözləri olduğu üçün qadağan edilib. Bununla belə, bundan əvvəl ifa olunan mahnının bir çox sənədləri var, bir çoxunu Aqapkinin özü idarə etdi.
Məqsəd
Məqsəd — subyektin şüurlu surətdə can atdığı real və ya ideal zirvə; prosesin hərəkət etdiyi son nəticə. == Məqsəd və vasitələr == Məqsəd və vasitələrin qarşılıqlı münasibəti məsələsi müxtəlif dövrlərdə mütəfəkkirlərin diqqət mərkəzində olmuş, bu problemə fəlsəfi, etik, siyasi nöqteyi-nəzərdən yanaşılmışdır.Mənəvi məqsədlər, onların fəaliyyətinin nəzəri təsviri, adətən şəxsiyyətlərarası münasibətlər sahəsilə məhdudlaşırdı, siyasi sahələrdə isə o, təbliğat vasitəsi kimi qəbul olunurdu. Buna görə də bu mənada siyasi məqsəd və vasitələrin tədqiqi çox mürəkkəb xarakter daşıyır. Siyasi məqsəd və vasitələr probleminin əsasını siyasət və ideologiya üzərində nəzarət təşkil edir.Bu nəzarətə isə şəxsiyyətin azadlığı səbəb olur. Siyasi məqsəd və vasitələrin qarşılıqlı münasibətləri problemi ümumi milli mənafelərin nəzərə alınması, xüsusi maraqlar üzərində nəzarət sisteminin yaradılmasının zəruriliyini nəzərdə tutur. == Mənbə == Robert F. Mager. Goal Analysis, 3rd. edition, 1997. Eliyahu M. Goldratt, Jeff Cox. The Goal: A Process of Ongoing Improvement.
Məşədi İsə
Məşədi İsə Kərbəlayi Musa oğlu (1845, Qaraiman – 27 sentyabr 1924, Qaraiman, Yeni Bəyazid qəzası) — qlava, el qəhrəmanı. == Həyatı == Məşədi İsə “Çanaqlı” soyundandır. O, 1845-ci ildə kəndli ailəsində anadan olmuşdur. Uşaqlıqdan cəsarətli və zirəkliyi ilə tay-tuşlarından fərqlənmiş, inadkarlığı ilə ulu babası Çanaq Vəlini xatırlatmışdır. XIX əsrin birinci qərinəsində Çarizm İran və Türkiyə ilə apardığı müharibələrdə Zaqafqaziyanı, o sıradan Qərbi Azərbaycanı və Naxçıvanı işğal etdikdən sonra keçirdiyi inzibati dəyişikliklər nəticəsində burada yaşayan xalqların tarixən mövcud olan ərazilərinin sərhədləri ermənilərin xeyrinə pozuldu. 1850-ci ildə İrəvan quberniyası yaradılarkən keçmiş Naxçıvan xanlığının ərazisi, qədimdən oğuzların yaşadığı Qərbi Azərbaycan ərazisi, ulu Göyçə bu quberniyaya tabe edildi. Göyçənin hələ ermənilərin olmadığı Basarkeçər bölgəsindəki 44 kənd Məzrə kənd cəmiyyətinin starşinası tərəfindən idarə edilirdi. Əvvəllər Göyçədə məscid olmayan kənd yox imiş. Qaraiman kəndindəki məscid Hacı Əli və Məşədi İsə qardaşları tərəfindən tikilmişdir. Ziyarətə hər il Göyçədən minlərlə adam Xorasana gedən ziyarətçilər arasında qaraimanlı İsa Kərbəlayi Musa oğlu da varmış, yolda quldurların dəstəsi qarətə məruz qalarkən o, cəldliklə iri bir daşın arxasına atılaraq “onaçılan” deyilən silahı ilə quldurbaşını yerə sərir, pərənləri pozulan quldurlar qarət etdikləri malları atıb qaçırlar.
Məqsəd (psixologiya)
Məqsəd — subyektin şüurlu surətdə can atdığı real və ya ideal zirvə; prosesin hərəkət etdiyi son nəticə. == Məqsəd və vasitələr == Məqsəd və vasitələrin qarşılıqlı münasibəti məsələsi müxtəlif dövrlərdə mütəfəkkirlərin diqqət mərkəzində olmuş, bu problemə fəlsəfi, etik, siyasi nöqteyi-nəzərdən yanaşılmışdır.Mənəvi məqsədlər, onların fəaliyyətinin nəzəri təsviri, adətən şəxsiyyətlərarası münasibətlər sahəsilə məhdudlaşırdı, siyasi sahələrdə isə o, təbliğat vasitəsi kimi qəbul olunurdu. Buna görə də bu mənada siyasi məqsəd və vasitələrin tədqiqi çox mürəkkəb xarakter daşıyır. Siyasi məqsəd və vasitələr probleminin əsasını siyasət və ideologiya üzərində nəzarət təşkil edir.Bu nəzarətə isə şəxsiyyətin azadlığı səbəb olur. Siyasi məqsəd və vasitələrin qarşılıqlı münasibətləri problemi ümumi milli mənafelərin nəzərə alınması, xüsusi maraqlar üzərində nəzarət sisteminin yaradılmasının zəruriliyini nəzərdə tutur. == Mənbə == Robert F. Mager. Goal Analysis, 3rd. edition, 1997. Eliyahu M. Goldratt, Jeff Cox. The Goal: A Process of Ongoing Improvement.
Məqsəd Həsənov
Məqsəd Mahir oğlu Həsənov (21 noyabr 1991; Ağdam rayonu, Azərbaycan - 7 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Məqsəd Həsənov 21 noyabr 1991-ci ildə Ağdam Şəhərində anadan olub. == Hərbi xidməti == Məqsəd Həsənov İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Məqsəd Həsənov oktyabrın 7-də Suqovuşan ətrafında gedən döyüşlərdə Şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məqsəd Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Məqsəd Həsənov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Məqsəd Həsənov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Məqsəd Nur
Yazar Həyatı Məqsəd Nur 1968-ci ildə anadan olub. 1988-ci ildə "Mingəçevir işıqları" qəzetində peşə fəaliyyətinə başlayıb. Elə həmin il gənclərin həyatından yazdığı bir çox məqalə və reportajlara görə qəzetin illik mükafatını alıb. 1989-1993-cü illər arasında Azərbaycanın bir çox aparıcı qəzetlərində hərbi reportyor və fotoreportyor kimi çalışıb. Bu illərdə Qafqazda, Rusiyada və Azərbaycanda baş verən qaynar hadisələrin içindən hazırladığı reportajları, müsahibələri və fotoşəkilləri ilə tanınıb. 1993-1998-ci illər arasında həftəlik "Press-fakt" qəzetinin baş redaktoru və qurucusu olub. Qəzet bu illərdə ədəbi-bədii, ictimai-siyasi, intellektual mühitdə ən öndə gedən və art-sektorun ən avanqard sahələrini təmsil edən tanınmış mətbu orqanlardan biri olub. Məqsəd Nurun ilk ədəbi yazıları da bu qəzetdə yaratdığı "Yarıqaranlıq" rubrikasında dərc edilib. Bu rubrika altında yazılmış ilk miniatür hekayələri o vaxtın ictimai əhvalının mahiyyətini açır, eyni zamanda yazı və düşüncə stereotiplərini dağıdırdı. "Yarıqaranlıq"da yazıçı dövrün qarmaqarışıqlarını əks etdirir, qəhramanlarının psixoloji sıxıntılarını, lokal konfliktlər məngənəsində əziyyət çəkən sadə insanların əzablarını qələmə alırdı.
Məqsəd Qocamanov
Məqsəd Qocamanov — texniki elmlər doktoru, professor, BDU-nun kafedra müdiri, Geodeziya və Kartoqrafiya sahəsi üzrə ilk və yeganə elmlər doktoru, beynəlxalq Fotoqrammetriya və məsafədən Duyma Təşkilatının Azərbaycan nümayəndəliyinin sədri. == Həyatı == Məqsəd Qocamanov 1960-cı il martın 20-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1967-1977-cü illərdə 2 №-li Daş Salahlı kənd orta məktəbində oxuyub. 1977-1982-cı illərdə Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetinin (MİİQAiK) geodeziya fakültəsində astronomik-geodeziya ixtisası üzrə (əlavə dəniz geodeziyası ixtisaslaşması almaqla) əyani şöbədə, 1986-1989-cu illərdə MİİQAiK-də əyani aspiranturada (namizədlik dissertasiyasının mövzusu: "Dənizdə obyektlərin koordinatlarının təyin edilməsi üçün Yerin süni peyk sistemi və Yerüstü radiogeodeziya sistemlərindən birgə istifadə metodlarının işlənməsi "; elmi dərəcəsi: texnika elmləri namizədi), 2002-2005-ci illərdə MİİQAiK-də əyani doktoranturada (doktorluq dissertasiyasının mövzusu: "Ərazi xüsusiyyətlərini nəzərə almaqla Dövlət Geodeziya Şəbəkələrinin yenidən qurulması və inkişaf etdirilməsi üçün müasir peyk texnologiyalarının işlənməsi"; elmi dərəcəsi: texnika elmləri doktoru) təhsil alıb. Ali təhsilin bütün pillələrini(universitet, aspirantura, doktorantura) əyani şöbədə Moskva Dövlət Geodeziya və Kartoqrafiya universitetində keçmiş, geodeziya-kartoqrafiya elmi sahəsində ilk və yeganə azərbaycanlı elmlər doktorudur. 1985-ci ildə Azərbaycan Xarici Dillər İnstitutu nəzdində iki illik ingilis dili kursunu bitirib. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl Təhsil işçisi" döş nişanı( 30 noyabr 2012-ci il), Fəxri fərman ( 17 dekabr 2014-ci il), "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı (25 noyabr 2019-cu il), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2019-cu il tarixli sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür. 1982-1986-cı illərdə SSRİ Nazirlər Soveti yanında Baş Geodeziya və Kartoqrafiya idarəsinin 16 №-li müəssisəsində ( AR Dövlət Torpaq və Xəritəçəkmə komitəsi) mühəndis-briqadir, Texniki Nəzarət şöbəsində baş müfəttiş, 1989-1992-ci illərdə AzNEFTKİMYA İnstitutunda laboratoriya müdiri, assistent, 1992-1994-cü illərdə BDU-nun Geodeziya və kartoqrafiya kafedrasında baş müəllim, 1994-2006-cı illərdə dosent olaraq çalışıb. 2006-cı ilin iyulundan kafedranın professoru, 2011-ci ilin iyulundan isə müdiridir. "Geodeziya", "Geodeziya ölçmələrinin riyazi hesablanması və tarazlaşdırılması", "Xəritələrin geodeziya əsasları", "Geodeziya və kartoqrafiya", "Ali və kosmik geodeziya" fənnlərindən dərs deyir.
Məqsəd Səttarov
Məqsəd Səttarov (1925, Ağstafa – 2000, Bakı) — AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor == Həyatı == Məqsəd Məhəmmədəli oğlu Səttarov 1925-ci ildə Poylu kəndində kəndli ailəsində anadan olmuşdur. O, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tarix fakültəsinin nəzdindəki Fəlsəfə şöbəsinə daxil olmuş, 1950-ci ildə oranı bitirmişdir. Məqsəd Səttarov 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda şöbə müdiri, AMEA-nın Fəlsəfə kafedrasının müdiri vəzifələrində çalışmışdır. Müharibə və əmək veteranı kimi medallarla və fəxri fərmanlarla təltif edilmişdir. Məqsəd Səttarov 2000-ci ildə Bakıda vəfat etmişdir. Professor Tofiq Məmmədovun əmisi oğlu. == Elmi yaradıcılığı == Məqsəd Səttarovun elmi yaradıcılığı ictimai şüurun inkişaf qanunauyğunluqları istiqamətlərini, din və ateizm məsələlərini əhatə etmişdir. Alim Azərbaycanın mənəvi-mədəni həyatında islamın yeri və rolu, ictimai şüurun strukturu və onun ünsürlərinin qarşılıqlı təsiri, ictimai şüurun yeniləşdirilməsi yollarını araşdırmışdır. Azərbaycan Texnologiya Universitetinin Fəlsəfə və tarix kafedrasının elmi-nəzəri və kadr potensialının artırılmasında Məqsəd Səttarovun xidmətləri çox olmuşdur.
Məqsəd Tələbə
"Məqsəd Tələbə — Kim Ukraynada təhsil almaq istəyir?" (qaz. “Миссиям Студент — Украинада оқығыңыз келе ме?”) – viktorina formatında qurulmuş maarifləndirici və əyləndirici teleşou. Müsabiqə Azərbaycan və Qazaxıstanın 10-11-ci sinif şagirdləri üçün, Ukrayna Təhsil və Elm, Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb. Şounun əsas mükafatı Ukraynada ali təhsil almaq üçün grantdır. Müsabiqənin çəkilişləri Ukraynada keçirilib, televiziya proqramları Qazaxıstan və Azərbaycanın Mərkəzi və reqional kanallarında nümayiş edilir. == Format == Şounun formatı Ukraynanın Euromedia şirkəti tərəfindən, Azərbaycanın (ATV) və Qazaxıstanın (“Хабар” və “Билим”) aparıcı kanalları ilə birgə işi nəticəsində, hazırlanıb və reallaşdırılıb. Teleşou, Ukraynanın Təhsil və Elm, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yanındakı Azərbaycan Gənclər Fondunun dəstəyi ilə, və həmçinin Qazaxıstanda, Respublika İctimai İttifaqı — “Жас Ұлан” Vahid uşaq-gənclər təşkilatı”nın dəstəyi ilə çəkilir. Teleşou yaradmaq fikiri, Ukraynada təhsilin tanıdılması aləti kimi, əmələ qəlib və özündə intellektual və əyləndirici oyunu birləşdirən unikal format vasitəsi ilə həyata keçirilib. “Məqsəd Tələbə” maarifləndirici-əyləndirici şou formatının başqalarından fərqi ondadır ki, tamaşaçılar təkcə studiyada baş verən intellektual oyunu yox, həmçinin iştirakçıların layihə zamanı sərgüzəştlərini görürlər: səyahətlər, ekskursiyalar, iştirakçıların Ukraynanın müxtəlif şəhərlərində beş universitetinə gedişləri, Azərbaycan və Qazaxıstan tələbələri, universitetlərin administrasiyası ilə, və həmçinin Ukrayna və xarici şou-biznes ulduzları ilə görüşləri. Verilişin çəkilişləri, layihənin ilk mövsümündə şou iştirakçılarının ziyarət etdiyi, Ukraynanın beş universitetində aparılıb: T. Şevçenko adına Kiyev Milli Universiteti, Milli Aviasiya Universiteti, Karazin adına Xarkov Milli Universiteti, Odessa milli politexnik Universiteti, Kondratuk adına Poltava Milli Texniki Universiteti.
Məqsəd İsayev
Məqsəd Müzəffər oğlu İsayev (7 iyun 1994-cü ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qəbələ klubunda müdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-19 milli futbol komandasında çıxış etmişdir. == Bioqrafiyası == Məqsəd İsayev 1994-cü ildə Bakıda anadan olmuşdur. Məqsəd 9 yaşı olarkən Əli Abuzərovun rəhbərliyi altında Bakı olimpiya idman liseyində futbolla məşğul olmağa başlamışdır. O, beş il bu liseydə təhsil almışdır. Məqsəd Tiflisdə yerləşən rus-gürcü müasir humanitar universitetinin idarəetməsinin fakultəsinin tələbəsi olmuşdur. == Klub karyerası == === Çempionat === Məqsəd İsayev Neftçi Bakı klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. O, peşəkar karyerasına 2009-cu ildə Neftçi klubunun gənclərdən ibarət U-17 millisində başlamışdır. İki il burada çıxış etdikdən sonra Neftçi Bakı klubunun əvəzedici komandasına keçmişdir. Məqsəd 2013-cü ildən Neftçi Bakı klubunun əsas heyətinin oyunçusudur.
Pis məqsədli proqram
Ziyankar proqram, ziyanverici proqram, zərərli proqram (rus. вредоносная программа, ing. malware - malicious — "pisniyyətli" и software — "proqram təminatı") — kompüter sistemlərində informasiya təhlükəsizliyinə təhdidlərin əsas, mənbələrindən biridir, icazəsiz və əksər hallarda ziyankar əməllərin həyata keçirilməsi üçün yaradılan və istifadə edilən bütün proqramları birləşdirir. == Növləri == Təsir mexanizmindən asılı olaraq ziyankar proqramların növləri: məntiqi bombalar - kompüterdə daimi yerləşən və yalnız müəyyən şərtlər ödəndikdə yerinə yetirilən proqramlardır. Belə şərtlərə misal: verilmiş tarixin başlaması, kompüter sisteminin müəyyən iş rejiminə keçməsi, bəzi hadisələrin müəyyən dəfə baş verməsi və s. ola bilər. kompüter virusları - digər proqramlara yeridilmə yolu ilə müstəqil yayılan, müəyyən şərtlər yerinə yetirildikdə kompüter sisteminə mənfi təsir göstərən kiçik proqramlardır. soxulcanlar - müstəqil, yəni başqa proqramlara yeridilmədən öz surətlərini kompüter sistemlərində yaymağa və onları işə salmağa qabil olan proqramlardır (virusun aktivləşməsi üçün yoluxmuş proqramın işə salınması tələb olunur). Soxulcanların axın kimi yayılması rabitə kanallarının, yaddaşın həddən artıq yüklənməsinə və son nəticədə sistemin iflic olmasına gətirib çıxarır. Troyan proqramı - funksional cəhətdən faydalı proqram kimi görünən ziyankar proqramlardır.
Məqsəd budaq cümləsi
Məqsəd budaq cümləsi baş cümlədəki hərəkətin məqsədini bildirir və niyə? nə üçün? nə məqsədlə? suallarından birinə cavab olur. Məqsəd budaq cümləsində də baş cümlə əvvəldə gəlir. Bu zaman əlaqə vasitəsi kimi "ki" bağlayıcısından istifadə olunur. Məs: Biz Nabrana getdik ki, istirahət edək. Başqa ölkələrdə yaşayan azərbaycanlılar gəlmişdilər ki, vətənə kömək etsinlər. Çox zaman baş cümlədə əvəzlik-qəlib rolunda ona görə, ondan ötrü sözləri də işlənir. Məs: Məktəblilər Fəxri xiyabana ona görə gedirdilər ki, ulu öndər H.Əliyevin məzarını ziyarət etsinlər.
İntifada
İntifada (oxunuşu: intifadah, sözün mənası ayağa qalxmaq, müqavimət deməkdir) — ümumilikdə fələstinlilərin İsrail işğalina qarşı başlatdığı müqavimətin adı. == İlk İntifada == İsrail işğalına qarşı ərəb xalqının müqaviməti xarakterini daşıyan ilk İntifada, 1987-ci ildə başlandı. Birinci İntifada, kütləvi olaraq fələstinlilər, İsrail dövlətinə qarşı qalxdı . Müqavimət Jabalia qaçqın düşərgəsində başlandı və qısa müddətdə Qəzzə, Qərb Sahili və Şərqi Qüdsün hər yerinə yayıldı. İsrail ordusuna aid bir maşının 4 fələstinlini vurub öldürməsi bu müqaviməti bir az da artırdı. Fələstinlilər mitinqlərlə şiddətli müqavimət göstərirdi. Ümumi amaldan əlavə, İsrail məhsullarına baykot, plakatlar və barikadalar, İsrail qüvvələrinə daş atmalar beynəlxalq aləmi sirkələdi. Buna cavab olaraq, İsrail bu hərəkatı yatırmaq üçün 80,000 nəfər əsgəri səfərbər etdi. İsrail təhlükəsizlik qüvvələri 1087 nəfər fələstinlini öldürdü, fələstinlilər də buna cavab olaraq 100 nəfər İsrailli mülkini və 60 nəfər də təhlükəszilik işçisini öldürdü, 1400-dən çox mülki vətəndaşı, 1700-dən çox əsgəri yaraladı. Fələstinlilər 822 nəfər fələstinli də İsraillə əməkdaşlıq etməkdə ittiham edərək öldürdü.
İstifadəçi
İstifadəçi (ing. User) — Mühafizə olunan, yaxud çoxistifadəçi kompüter sistemində: istifadəçinin sistemə və onun resurslarına müraciət etmə vasitələri. Adətən, sistem inzibatçısı tərəfindən yaradılan istifadəçinin hesabı istifadəçi haqqında informasiyadan (məsələn, adından və istifadəçinin tanınması və sistemə "daxil olması" üçün, eləcə də sistemdən və onun resurslarından istifadə edə bilməsi məqsədilə müəyyən hüquqları ona vermək üçün tələb olunan şəxsi paroldan) ibarət olur. İstifadəçinin təyin etdiyi verilənlər tipi (ing. User-defined data type) — Proqramda, adətən, verilmiş proqramlaşdırma dilində istifadə olunan verilənlər tiplərinin kombinasiyası kimi təyin olunan xüsusi verilənlər tipi. İstifadəçiyə münasib (ing. User-friendly) — Öyrənilməsi asan, istifadəsi rahat (yüngül) olan sistem haqqında işlədilən termindir. İstifadəçilər qrupu (ing. User group (UG)) — Eyni bir kompüter sisteminə, yaxud proqram təminatına maraqlarına görə birləşmiş insanlar qrupu. Bəzi üzvləri böyük və nüfuzlu qurumlar olan istifadəçi qrupları yeni başlayanları dəstəkləyir və üzvlərinin ideya, informasiya mübadiləsi etmələri üçün forumlar təşkil edirlər.
İstiazə
İstiazə (ərəb. إِسْتِعَاذَة‎) və ya Əuzubillah (ərəb. أعوذ بالله‎) — Müsəlman dualarından biri, “Allahda kömək üçün üz tuturam” ifadəsini söyləməklə Allahdan hər cür bəladan qorunmaq üçün edilən dua. İstiazə xoşagəlməz şeylərdən qorunmaq üçün Allahdan sığınacaq istəməkdir. Tam versiya - “Daşlanmış şeytandan Allaha üz tuturam” (ərəb.
Kommersi (rayon)
Kommersi (fr. Commercy) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Möz. Suprefektura — Kommersi. Rayon əhalisi 2006-cı ildə 44 995 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 23 nəf / km². Rayon sahəsi — 1932 km².
Son istifadəçi
Son istifadəçi – hazırlanmış məhsulu istifadə edən və ya istifadə etməsi gözlənilən şəxs. Son istifadəçi adminlər, sistem administratorları, verilənlər bazası administratorları, informasiya texnologiyaları (İT) mütəxəssisləri, proqram təminatı mütəxəssisləri və kompüter texnikləri kimi məhsulu idarə edən istifadəçilərdən fərqlidir. Son istifadəçilər ümumiyyətlə tərtibatçıların sahib olduğu texniki biliyə və ya məhsul tərtib etmə bacarıqlarına sahib deyil. Bu daha sonra müştəri məmnuniyyətinin azalmasına səbəb olur. İT sahəsində son istifadəçilər "müştəri" demək deyil, müştərinin işçiləri deməkdir. Məsələn, böyük bir pərakəndə şirkət işçilərinin istifadə etməsi üçün hansısa proqram paketini alırsa həmin şirkət paketi alan "müştəri" olsa da, son istifadəçilər proqramı istifadə edəcək şirkət işçiləridir. Bəzi Amerika məhsulları və müdafiə ilə əlaqəli məlumatlar ITAR və EAR-a uyğun olaraq ABŞ hökumətindən ixrac icazəsi tələb edir. İxrac lisenziyasını əldə etmək üçün ixracatçı son istifadəçi sertifikatını almaq üçün həm son istifadəçini, həm də son istifadəni göstərməlidir. EULA-da son istifadəçi proqramı quraşdıran VAR-dan (ing. value-added reseller) və ya proqramı satın alan və idarə edən təşkilatdan fərqlənir.
İstifadəçi hesabı
İstifadəçi (ing. User) — Mühafizə olunan, yaxud çoxistifadəçi kompüter sistemində: istifadəçinin sistemə və onun resurslarına müraciət etmə vasitələri. Adətən, sistem inzibatçısı tərəfindən yaradılan istifadəçinin hesabı istifadəçi haqqında informasiyadan (məsələn, adından və istifadəçinin tanınması və sistemə "daxil olması" üçün, eləcə də sistemdən və onun resurslarından istifadə edə bilməsi məqsədilə müəyyən hüquqları ona vermək üçün tələb olunan şəxsi paroldan) ibarət olur. İstifadəçinin təyin etdiyi verilənlər tipi (ing. User-defined data type) — Proqramda, adətən, verilmiş proqramlaşdırma dilində istifadə olunan verilənlər tiplərinin kombinasiyası kimi təyin olunan xüsusi verilənlər tipi. İstifadəçiyə münasib (ing. User-friendly) — Öyrənilməsi asan, istifadəsi rahat (yüngül) olan sistem haqqında işlədilən termindir. İstifadəçilər qrupu (ing. User group (UG)) — Eyni bir kompüter sisteminə, yaxud proqram təminatına maraqlarına görə birləşmiş insanlar qrupu. Bəzi üzvləri böyük və nüfuzlu qurumlar olan istifadəçi qrupları yeni başlayanları dəstəkləyir və üzvlərinin ideya, informasiya mübadiləsi etmələri üçün forumlar təşkil edirlər.
İstifadəçi interfeysi
İstifadəçi interfeysi (ing. user interface) —İsifadəçi interfeysi proqramın qrafik tərtibatıdır. İnsanlar və kompüterlər arasında əlaqə yaradır. UI dizayneri istifadəçi məmnunluğuna diqqət yetirməlidir. Müştərilərin ehtiyaclarını və fərqində olmasalar belə daha asan istifadə edə biləcəkləri dizaynları araşdırmaq, tapmaq və uyğunlaşdırmaq istifadəçi interfeysi dizayneri olan UI dizayn mütəxəssisinin məsuliyyəti olmalıdır. Sektordakı rəqiblərdən başlamaq və daha əvvəl görülən işləri araşdırmaq burada ən əsas başlanğıc nöqtəsidir. UI dizaynerləri proqramın istifadəçi interfeysinin görünüşünü və hissini yaradırlar. İstifadəçi interfeysi əsasən iki formada olur. Daxiletmə. İstifadəçiyə sistem üzərində işləmək imkanı verir.
İstifadəçi profili
İstifadəçi profili — istifadəçi ilə əlaqəli parametrlər və məlumat toplusu. Bu, şəxsiyyəti müəyyən etmək üçün istifadə olunan kritik məlumatları, məsələn, adı, yaşı, fotoşəkili, həmçinin bilik və ya təcrübə kimi fərdi xüsusiyyətləri özündə əks etdirir. İstifadəçi profilləri ən çox "Facebook", "Instagram" və "LinkedIn" kimi sosial media saytlarında mövcuddur. Onlar fərdin könüllü rəqəmsal şəxsiyyəti kimi xidmət edir, onların əsas xüsusiyyətlərini və xüsusiyyətlərini vurğulayır. Fərdi kompüter və əməliyyat sistemlərində istifadəçi profilləri faylları, parametrləri və sənədləri "hesablar" kimi tanınan fərdi istifadəçi mühitləri üzrə kateqoriyalara ayırmağa xidmət edir. Həmçinin əməliyyat sistemini istifadəçiyə daha yaxın və uyğunlaşdırılmış olmağa imkan yaradır. Fiziki istifadəçi profilləri pasportlar, sürücülük vəsiqələri və hüquq sistemində fərdi şəxsiyyəti müəyyən etmək üçün istifadə edilən hüquqi sənədlər kimi şəxsiyyət sənədləri kimi xidmət edir. İstifadəçi profili həmçinin, istifadəçi modelinin kompüter təsviri kimi qəbul edilir. İstifadəçi modeli fərdi istifadəçi haqqında müəyyən xüsusiyyətləri əldə etmək üçün istifadə edilən (məlumat) strukturdur və istifadəçi profilinin əldə edilməsi prosesi istifadəçi modelləşdirmə və ya profilləşdirmə adlanır. == Mənşəyi == İstifadəçi profillərinin mənşəyi pasportun mənşəyi ilə izlənilə bilər ki, bu da 1920-ci ildə Birinci Dünya müharibəsindən sonra Millətlər Liqasında aparılan danışıqlardan sonra məcburi hala gətirilən şəxsiyyət vəsiqəsi (ŞV) ilə əlaqəlidir.
Bala Məşədi
== Həyatı == Bala Məşədi 1870-cu il Gəncə şəhərində anadan olmuşdur. Kərbəlayı Qasım kişinin 3 oğlan övladı olmuşdur. Bala Məşədi övladlardan kiçiyi olmuşdur. 1881-ci ildə Kərbəlayı Qasım kişinin ortancıl oğlunu quldurlar öldürür. 11 yaşında olan Bala Məşədi odlu silah əldə edərək, qardaşının qisasını alır və axtarıldığı üçün bir müddət yaxın qohumları tərəfindən gizlədilir. Sonradan Bala Məşədi Gəncədə sayılıb seçilən bir şəxs olur. O dövrdə təşkil olunan cıdır yarışlarında dəfələrlə qələbə çalır. Deyilənə görə, o zaman Gəncənin xanı olan Hüseynqulu xan ona yaxınlaşaraq qələbə münasibətilə təbrik edir və qızlarından birini ona vermək istədiyini bildirir. Lakin Bala Məşədi üzrxahlıq edərək, özünün bir qədər çılğın olduğunu söyləyir və deyir: “Sən xan, mən bəy. Mən söz götürən deyiləm.
Məşədi Abbas
Məşədi Abbas Məşədi Həşim oğlu Rzazadə (1878-1954) 1878-ci ildə, Şuşada Məşədi Həşim Rzazadənin evində dünyaya gələn körpənin adını Abbas qoyurlar. Məşədi Həşim 3 qızdan sonra oğlunun doğulmasına çox sevinir. O, Ağdam və Şuşa bazarlarında bal satırmış, ailəsini çox çətinliklə dolandırırmış. Uşaqlıq illərində varlıların mal-qarasını otaran Abbas sonra dərzi yanında şagirdlik eləyirmiş. Ancaq 6 nəfərlik ailə yenə sıxıntı içindəymiş. Həşimin qardaşı Məşədi Səlimsə varlı nəsildən olan Molla Mirzə Dadaşın qızı Məxmərlə ailə qurduğundan heç nəyə ehtiyacı yoxmuş, pula-pul demirmiş. Amma qardaşına və onun ailəsinə heç kömək etmirmiş. Məşədi Həşim yay-payız ona meyvə sovqatı göndərər və umurmuş ki, bəlkə Səlim zənbili pay-püşlə qaytara. Ancaq kiçik Abbas hər dəfə evə əliboş qayıdarmış. Bir dəfə oğlunu yenə qardaşıgilə göndərən Həşim ona deyir: "Əminə de ki, atam mənə pal-paltar ala blimir, bir az pul versin".
Məşədi Məmməd
Məşədi Məmməd; İsgəndər xan; İsgəndər bəy — sonuncu Şəki xanı Hüseyn xanın oğludur. İranda yaşayırdı. 1837-ci ildə xəlvəti Nuxaya gəlmişdi və Rusiya əleyhinə üsyan hazırlamaq məqsədiylə başına adam toplayırdı. Çox keçmədən Nuxada ruslar tərəfindən həbs edilir və hərbi məhkəmənin mühakiməsinə verilir. Lakin 20 avqust tarixində özü kimi iki başqa azərbaycanlı dustaq və iki sabiq əsgərlə birlikdə türmədən qaça bilir və Quba mahallarının dağlarında gizlənir. 1838-ci ilin iyun ayında isə rutullu Ağa bəylə Acınohur gölü ətrafına gəlir, burada başına çoxlu adam toplayır. O, əyalət əhalisinə xəbər göndərir ki, şəkililəri özü ilə həmməzhəb və özünə dost hesab edir, onlara heç bir pislik etmək fikrində deyil, amma əvəzində şəkililəri dinsiz hökumətin zülmündən qurtarmaq istəyir və bütün rusları, erməniləri məhv edəcəkdir. Rus mənbələrində etiraf edildiyi kimi, həqiqətən də ləzgilər yerli əhalidən yeməkdən başqa heç nə istəmədilər. Nəticədə, Nuxanın müdafiəsinin təşkil edilməsi üçün bura bir gün əvvəl − 12 sentyabr tarixində, ruslar tərəfindən xeyli əlavə hərbi qüvvələrinin gətirilməsinə baxmayaraq, ertəsi gün – 13 sentyabr tarixində, əhalinin dəstəyini qazanmış İsgəndər xan ləzgi qoşunu ilə Nuxanı tutdu və Nuxa qalasını mühasirəyə aldı. Hansı ki cəmi bir rota əsgər tərəfindən müdafiə olunan bu qalada komendantın evi, əyalət idarəsi və xəzinə vardı.
Məşədi Qasım
Məşədi Qasım Hacı Kərim oğlu (1863, Daşkənd, Yeni Bəyazid qəzası – 1921, Şuşa) — erməni daşnaklarına qarşı vuruşan xalq qəhrəmanı, sərrast gülləatan. == Həyatı == Məşədi Qasım 1863-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1918-ci ildə erməni daşnaklarının hücumlarına qarşı xalqı səfərbər edib. Göyçədən Qarabağa gəlib, laçınlı Sultan bəylə bərabər ermənilərə qarşı döyüşüb. Bir neçə il Sultan bəy tərəfindən onun adına verilmiş Ağdamın Qasımlı kəndində yaşadıqdan sonra 1921-ci ildə Göyçəyə qayıdarkən Şuşada vəfat edib və orada da dəfn olunub. Qardaşı Kərbəlayi Əmrah qardaşı uşaqlarını doğma ata-baba yurdu olan Göyçəyə aparıb. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra oğlu Fəzi əmisi Kərbəlayi Əmrahla yenidən dədə-baba yurduna qayıdıb. Məşədi Qasımın nəvələri, nəticələri və digər qohumları hazırda Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayırlar. == Məşədi Qasım dərslikdə == 11-ci sinif "Azərbaycan tarixi" dərsliyində: Göyçə mahalının kəndləri də daşnak quldur dəstələrinin hücumlarına məruz qalırdı. Həmin mahalın Daşkənd kəndinin sakini Məşədi Qasım kişi erməni quldurlarına qarşı mübarizədə ad qazanmışdı.
Məşədi Süleyman
Məşədi Süleyman bəy Mansurov (15 oktyabr 1872, Bakı – 19 aprel 1955, Bakı) — Azərbaycan musiqisinin tədqiqatçısı, Bakı muğam məclislərinin rəhbəri. == Həyatı == Məşədi Süleyman bəy Mansurovlar nəslinin layiqli nümayəndələrindən biridir. Onun musiqiyə həvəsi atası - Bakıda muğam məclislərinin yaradıcısı Məşədi Məlik bəydən keçib. Tarixi sənədlərdən məlumdur ki, Məşədi Məlik bəy Mansurovun (1845-1909) İçəri Şəhərdə öz evində təşkil etdiyi muğam məclislərinin başlanğıcı 1863-cü ilə təsadüf edir. Məşədi Məlik bəy özü tar, kamança, dəf, qoltuq sazı və yeddidilli qarmonda çox yaxşı ifa edirmiş. Muğamların şöbə və guşələrini, həmçinin də poeziyanı, xüsusən qəzəlləri çox gözəl bilirdi. İrandan, Tiflisdən, İrəvandan və Azərbaycanın hər yerindən Bakıya gələn musiqiçilər aylarla onun evlərində yaşayıb, muğam və poeziya məclislərində iştirak edirdilər. Məşədi Məlik bəyin musiqiyə olan həvəsi oğulları - Məşədi Süleyman bəyə və Mirzə Mansur bəyə də keçmişdi. Hələ uşaq yaşlarından tar çalmağa meyl göstərən Məşədi Süleyman bəy sonralar mahir ifaçı və muğamların gözəl bilicisi kimi tanınıb. Öz dövrünün görkəmli musiqiçiləri ilə, xüsusən Mirzə Sadıq ilə yaxından dostluq etmişdir.
Məşədi Zeynal
Məşədi Zeynal Haqverdiyev (1850-ci illər, Kərkicahan, Şuşa qəzası – 1918, Bakı) — XIX–XX əsr Azərbaycan tarzəni, Azərbaycan musiqi tarixində ilk solo çalan tarzənlərdən biri. == Həyatı == Məşədi Zeynal Haqverdiyev 1850-ci illərdə (bəzi mənbələrə əsasən 1861-ci ildə) Şuşa qəzasının Kərkicahan kəndində anadan olmuşdur. Şuşa real məktəbində oxuyarkən Firudin bəy Köçərli, Yusif bəy Məlikhaqnəzərov, Azad bəy Əmirov, Kərim bəy Mehmandarov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cabbar Qaryağdıoğlu kimi tanınmış mədəniyyət xadimlərinin mühitində böyümüşdür. Məşədi Zeynal dövrünün tanınmış tarzənləri Əli Əsgərdən və Sadıqcandan dərs almış, gənc yaşlarından Şuşa məclislərində iştirak etmişdir. O, sədəfli tarı ilə uzun illər xalq məclisləri və "Şərq konsertləri"ndə Şahnaz Abbası, Əbdülbaqi Zülalovu, Çəkməçi Məhəmmədi, Məşədi Məhəmməd Fərzəliyevi, Segah İslamı, Məcid Behbudovu, sonralar isə Seyid Şuşinskini və başqalarını müşayiət etmişdir. Şuşada keçirilən ilk "Şərq konsertləri"ndə çıxış etmişdir. 1911–1918-ci illərdə Bakı, Tiflis və Şuşa şəhərlərində verilən opera, dram tamaşalarında və xeyriyyə gecələrində Məşədi Zeynal tarzən kimi çıxış etmiş, teatr tamaşalarının fasilələrində xanəndələri — Segah İslamı, Seyid Şuşinskini, Məcid Behbudovu müşayiət etmişdir. 1907-ci il yanvarın 20-də Müsəlman Xeyriyyə Cəmiyyəti tərəfindən yoxsul müsəlmanların xeyrinə həsr edilmiş gecədə digər sənətçilərlə birlikdə iştirak etmişdir. O, Üzeyir Hacıbəyov tərəfindən opera tamaşalarına dəvət edilmiş, 1911-ci ildə "Leyli və Məcnun" operasında tar ifa etmişdir. 1915-ci ilin mart ayının 13-də Bakıda Nicat Cəmiyyəti tərəfindən keçirilən "Şərq gecəsi"ndə Məşədi "Rahab" muğamını çalmışdır.
Məşədi İbad
Məşədi İbad Kərbəlayi Xocaverdixan oğlu — "O olmasın, bu olsun" komediyasında Əliağa Ağayev tərəfindən canlandırılan obrazdır. == Haqqında == Məşədi İbad, hər şeydən göründüyü kimi, qalanlarından imkanlıdır. Amma pulu başqalarından fərqli olaraq tamaşaçının gözləri qarşısında özünün dar dükanında halal yolla qazanır. Məşədi İbad bütün süjet boyu yeganə adamdır ki, heç kəsi aldatmaq istəmir. O, hamıyla son dərəcə səmimidir, nə istədiyini və istəklərini gerçəkləşdirmək üçün vasitələri gizlətmir. Ətrafda hamı bir-birinə kələk gəlir, oyunbazlıq edir. O, sadəlövhlük dərəcəsində doğruçuldur, hamıya inanır və tərəf müqabillərindən də eyni münasibət gözləyir. Filmdə hamı onun səmimiliyindən istifadə edir. Bu yalançıların "bacarığı"ndan və düzgünlüyə səmimi olaraq inanan Məşədinin "primitivliyi"ndən ləzzət alıb heyrətlənmək neçə illərdir tamaşaçılarda bir səbəbə çevrilib. Hər halda ondan başqa heç kim heç kimə pul vermir.
Məşədi İsi
Məşədi İsi (təq. 1840-cı illər – 1905, Ağdam, Şuşa qəzası) — XIX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyat və yaradıcılığı == Məşədi İsi ilk musiqi təhsilini Şuşada, Xarrat Qulunun məktəbində almışdır. Xanəndə Hacı Hüsünün "Xanəndələr məclisi"nin fəal üzvlərindən biri olmuşdur. Məşədi İsi klassik Şərq, xüsusilə Azərbaycan muğamlarının bilicisi olmuş, öz bilik və sənətkarlıq bacarıqlarını "Xanəndələr məclisi"nin gənc xanəndələrinə öyrətmişdir. O, "Rast", "Şur", "Hümayun", xüsusilə "Mahur" dəstgahını özünəməxsus fərdi xüsusiyyətlə ifa etmişdir. Azərbaycan şairlərinin qəzəl və qoşmaları ilə yanaşı, Hafiz və Sədi Şirazinin əsərlərini də oxumuşdur. Musiqişünas Cəlil Bağdadbəyovun yazdığına görə Azərbaycan şairlərinin şeirlərini ilk dəfə məclislərdə oxuyan Məşədi İsi olmuşdur. Məşədi İsi təkcə Qarabağda deyil, eləcə də Azərbaycanın bir çox şəhərlərində — Gəncə, Ağdaş, Şamaxı və Bakıda dəfələrlə müxtəlif məclislərdə çıxış etmişdir. Aylarla şamaxılı Mahmud ağanın məclislərində oxumuşdur.
Məşədi İsmayıllı
Məşədiismayıllı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şəfibəyli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.