Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nə? Harada? Nə Zaman?
Nə? Harada? Nə zaman?, qısaca NHN (rus. Что? Где? Когда?, qısaca ЧГК) — 1975-ci ildə SSRİ-də yaranan və hal-hazırda Rusiyada və MDB məkanında populyar olan intellektual oyun. Televiziya və "idman" versiyaları mövcuddur. Komandaların onlara verilmiş suala məhdud vaxt ərzində cavab tapmaq qabiliyyətində yarışdıqları bu oyunda məqsəd rəqibləri ilə müqayisədə daha çox suala düzgün cavab tapmaqdır. == Tarixi == Oyunun televiziya versiyası 4 sentyabr 1975-ci ildə, tanınmış televiziya xadimi Vladimir Voroşilov və onun həyat yoldaşı Nataliya Stetsenko tərəfindən SSRİ-də yaradılmışdır. NHN-in idman versiyası 1989-cu ildə yaranmış və televiziya versiyasına nəzərən daha kütləvi xarakter almışdır.
Nə faydası
Nə Faydası - 2010-cu ildə video kimi təqdim olunmuş, mahnı isə 2009-cu ilin dekabrında satışa çıxan Dəniz albomundandır. Mahnının sözləri və musiqisi Hüseyn Abdullayevə aiddir.
Nə? Harada? Nə zaman? Məcəlləsi
“Nə? Harada? Nə zaman?” Məcəlləsi (rus. Кодекс спортивного “Что? Где? Когда?”) — “Nə? Harada? Nə zaman?” intellektual oyununun gedişində yaranan əksər vəziyyətləri və oyunun təşkilinin təfərrüatlarını tənzimləyən metodik vasitə və qaydalar külliyatı. == Tarixi == Məcəllə intellektual oyunlar hərəkatının əlaqələndirici beynəlxalq təşkilatı olan “Nə? Harada?
Nə? Harada? Nə zaman? (idman versiyası)
Nə? Harada? Nə zaman? (NHN) (rus. Что? Где? Когда?, qısaca ЧГК)) oyununun idman versiyası rəsmi olaraq 1989-cu ildə SSRİ-də IAC-nin Mariupoldakı ilk təsis qurultayından sonra meydana gəlmişdir, 1983-cü ilin sonunda Odessanın "Erudit" klubunda oxşar qaydalara uyğun oynanılmağa başlanmışdı . Oyun, 1975-ci ildə Vladimir Voroşilov və Natalia Stetsenko tərəfindən yaradılan"Nə? Harada? Nə zaman?"oyununun əsasında yaradılmışdı, lakin bir çox fərqlər mövcuddur: məsələn, eyni suallar üzrə komandaların bir-birinə qarşı yarışması dünyanın bir çox ölkəsində eyni vaxtda həyata keçirilir.
Nə faydası (mahnı)
Nə Faydası - 2010-cu ildə video kimi təqdim olunmuş, mahnı isə 2009-cu ilin dekabrında satışa çıxan Dəniz albomundandır. Mahnının sözləri və musiqisi Hüseyn Abdullayevə aiddir.
Nə vaxt evlənəcəksən?
"Nə vaxt evlənəcəksən?" (taiti Nafea faa ipoipo?) — Fransız rəssamı Pol Qogen 1892-ci ildə çəkdiyi rəsm əsəri. == Təsviri == Rəsmdə iki taitili qız əks olunub. == Qiyməti == Əsər 2015-ci ildə "Sotbis" hərrac evinin isveçrəli keçmiş əməkdaşı Rudolf Ştehelin tərəfindən satışa çıxarıb. Əsəri Qətər şeyxlərindən biri 300 milyon dollara – rekord qiymətə satın alıb. Əsər yeni sahibinə 2016-cı ilin yanvar ayında çatıb. == Sərgilənməsi == Əsər 2015-ci ilə qədər təxminən 50 il Bazel İncəsənət muzeyində nümayiş olunmuşdur. Yaxın gələcəkdə isə ardıcıl olaraq Bazeldə yerləşən "Beyeler" fondunda, Madriddə Kraliça Sofiya incəsənət mərkəzində və Vaşinqtondakı Fillips kolleksiyasında sərgilənməsi planlaşdırılmışdır.
Həyat nə qəribəsən
Həyat nə qəribəsən — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmi. Bədii obrazın müəllifi Zaur Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərəsəyə gətirilib Baş obrazı Postmodern Aktyorluq Məktəbinin tələbəsi Həyat Məlikova canlandırır. 2021-ci il, iyun ayının 9-u filmin Həyat həkim obrazının qısa görüntüsü sosial şəbəkədə paylaşıldı və obraz fenomen oldu. == Məzmunu == Anasının arzularını gerçəkləşdirmək üçün tibb təhsili üçün Türkiyəyə gedən Həyat təhsil ala bilmir amma bunu anasından gizlədir. Təhsil müddətində Türkiyədə yaşayır və ordakı özəl klinikaların birində xadimə kimi çalışır. Bütün tibbi bilgiləri də məhz burda alır. Təhsil müddəti bitdikdən sonra Azərbaycana, kəndlərinə qayıdır. Hər kəs onu həkim olduğu üçün təbrik edir. Həyat da təhsil almadığı deməyə utanır və həkimlik fəaliyyətinə başlayır.
Nə sən bilirsən, nə də mən (film, 2002)
Nə sən bilirsən, nə də mən (hind: Na Tum Jaano Na Hum) 2002-ci ildə baş rollarda Saif Əli Xan, Hritrik Roşan və Esha Deolun oynadığı hindi dilli romantik dram filmidir. Bu, Roşan və Xanın birlikdə rol aldığı ilk filmdir. Filmin rejissoru Arjun Sablok, prodüseri isə Future Groupun sahibi Kishore Biyani olmuşdur. Filmin adı Roşanın debüt filmi Kaho Naa... Pyaar Hai (2000) filminin bir mahnısından götürülmüşdür. Film buraxıldıqdan sonra çox mənfi rəylərlə qarşılaşdı və mükəmməl bir aktyor heyətinə sahib olmasına baxmayaraq, kassa fəlakəti olmuşdur.
Heç nə əbədi deyil
Heç nə əbədi deyil (ing. Nothing Lasts Forever) — Sidni Şeldonun 1994-cü ildə yazdığı romandır.
Yarasa olmaq nə deməkdir?
«Yarasa olmaq nə deməkdir?» (ing. «What is it like to be a bat?», rus. «Каково быть летучей мышью?») — amerikalı filosof Tomas Nagelin 1974-cü ildə Philosophical Review jurnalında dərc edilmiş və şüur ​​tədqiqatı üçün klassika çevrilmiş məqaləsi. Məqalədə Tomas Nagel o dövrdə elmdə və analitik fəlsəfədə psixofiziki problemin həllinə dominant yanaşma olan fiziki reduksionizmi tənqid etmişdir. Nagelin fikrincə, varlıq ancaq o zaman şüurlu ola bilər ki, o varlıq “nədirsə”, yəni dünya həmin varlığın subyektiv nöqteyi-nəzərindən dərk olunduqda. Zehni hadisələri beyindəki fiziki proseslərlə eyniləşdirmək cəhdi, Nagelin fikrincə, şüurun özünün mahiyyəti olan şüurun subyektiv təbiətinə görə uğursuz olur. Odur ki, insanda olmayan exolokasiya orqanının köməyi ilə ətraf aləmi qavrayan yarasa olmağın nə demək olduğunu heç bir insan təsəvvür edə bilməz. Elm isə müşahidəçidən və onun subyektiv təcrübəsindən asılı olmayaraq yalnız obyektiv faktlarla fəaliyyət göstərir. Elmi metoddan istifadə edərək şüurun mahiyyətini dərk etməyin mümkünsüzlüyündə israr edən filosoflar Nagelin bu məqaləsindən bir növ öz baxışlarının manifestosu kimi istifadə edirdilər. == Məqalənin məzmunu == Tomas Nagel məqaləsində müasir şüur ​​elmində ən məşhur sualı qoydu: yarasa olmaq nə deməkdir?
Nə geri çəkil, nə də təslim ol (film, 1986)
Nə geri çəkil, nə də təslim ol (ing. No Retreat, No Surrender) — Jan-Klod Van Damm ilk seçilən filmidir. Van Damm İvan roluna görə mükafatı cəmi $250 ABŞ dollar olub. Filmdə Ceyson Stilvell rolunu taekvondo üzrə qara kəmər sahibi Kurt Makkini və Brüs Linin ruhu rolunu Taekvondo üzrə qara kəmər sahibi Tai Çanq Kim ifa edir. Tai Çanq Kim 1978-ci ildə çəkilən Ölüm oyunu filmində Brüs Linin rolunu canlandırmışdır. Filmin sonuncu döyüş səhnəsində aktyor Kurt Makkinni Van Damma təpik vuraraq arxaya fırlanması göstərilir. Bu səhnə filmin ən məşhur səhnəsidir. Hərəkəti isə Makkinninin yerinə kaskadyor Manq Hoi yerinə yetirir. Film tənqidçilər tərəfindən zəif qarşılanmışdır. == Məzmun == Ceyson Stilvell Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Şerman Oaks məntəqəsində atası Timoti Bakerin idarə etdiyi karate məktəbində məşq edir.
Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları
Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları (ing. No Retreat, No Surrender 3: Blood Brothers) — 1990-cı ildə Luks Lou tərəfindən çəkilən döyüş filmidir. == Məzmun == Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndələrindən biri Con Aleksandr köhnə düşməni Franko tərəfindən öldürüldükdən sonra onun böyük oğlu Keysi kiçik qardaşı Uili kəşfiyyata qatılmasını istəmir. Ancaq Vill şəxsən Frankodan qisas almağı planlaşdırır və Floridaya gəlir. Keysi Mərkəzi Kəşfiyyat İdarəsinin köməyi ilə Frankonu axtarmağa çalışır... == Xarici keçidlər == Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları — Internet Movie Database saytında.
Həyat nə qəribəsən (film, 2022)
Həyat nə qəribəsən — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmi. Bədii obrazın müəllifi Zaur Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərəsəyə gətirilib Baş obrazı Postmodern Aktyorluq Məktəbinin tələbəsi Həyat Məlikova canlandırır. 2021-ci il, iyun ayının 9-u filmin Həyat həkim obrazının qısa görüntüsü sosial şəbəkədə paylaşıldı və obraz fenomen oldu. == Məzmunu == Anasının arzularını gerçəkləşdirmək üçün tibb təhsili üçün Türkiyəyə gedən Həyat təhsil ala bilmir amma bunu anasından gizlədir. Təhsil müddətində Türkiyədə yaşayır və ordakı özəl klinikaların birində xadimə kimi çalışır. Bütün tibbi bilgiləri də məhz burda alır. Təhsil müddəti bitdikdən sonra Azərbaycana, kəndlərinə qayıdır. Hər kəs onu həkim olduğu üçün təbrik edir. Həyat da təhsil almadığı deməyə utanır və həkimlik fəaliyyətinə başlayır.
Nə Faydası (Zülfiyyə Xanbabayeva mahnı)
Nə Faydası - 2010-cu ildə video kimi təqdim olunmuş, mahnı isə 2009-cu ilin dekabrında satışa çıxan Dəniz albomundandır. Mahnının sözləri və musiqisi Hüseyn Abdullayevə aiddir.
Nə Gözəldir Bu Dünya... (1999)
"Nə gözəldir bu dünya..." — Eldar Quliyev və Natiq Rəsulzadənin ssenarisi əsasında rejissor Eldar Quliyevin filmi. == Məzmun == Filmdə göstərilir ki, ölkə bazar iqtisadiyyatına keçəndən sonra ruhi xəstəliklər xəstəxanası vəsaitsiz qalır. Baş həkim (Yaşar Nuri) xəstələri evlərinə buraxır. Lakin ətraf bu xəstələrdən betər xəstədir. Xəstələr vəziyyəti belə görüb xəstəxanaya qayıtmağa məcbur olurlar. Bugünkü həyatımızın problemlərindən bəhs edən bu film ruhi xəstələrin həyatından danışsa da, əslində burada cəmiyyətimizdə, elə ətrafımızda baş verən eybəcərliklər, çatışmazlıqlar acı gülüşlə tamaşaçılara çatdırılır. == Film haqqında == Film aktyor Həsənağa Turabovun kinoda son işidir. Filmin ssenarisi rejissorun ideyası əsasında yaranıb. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Eldar Quliyev Ssenari müəllifi: Eldar Quliyev, Natiq Rəsulzadə Quruluşçu operator: Yuri Varnovski Quruluşçu rəssam: Mayis Ağabəyov, Rafiq Nəsirov Bəstəkar: Müslüm Maqomayev Səs operatoru: Teymur Abdullayev Rejissor: Akif Rüstəmov Montaj edən: Tamara Nərimanbəyova Məsləhətçi: Ağabəy Sultanov (tibb elmləri doktoru) İcraçı prodüser: Vladimir Dudniçenko Operator: Eldar Ağayev Geyim rəssamı: Şahin Həsənli Qrim rəssamı: Hikmət Qurbanov Rejissor assistenti: Çingiz Həsənov, Cəbrayıl Rzayev Montaj üzrə assistent: Lyudmila Lotina İnzibatçı: Əbdülnəsir Kutiyev, Ədalət Yunusov, Rüfət Əsədov(R. Əsədov kimi) İşıq ustası: Rüstəm Rüstəmov, Əliağa İbrahimov Səs texniki: O. Süleymanov Geyimçi: Elmira Balaməmmədova === Rollarda === Yaşar Nuri-Asim Əliyeviç Həsənağa Turabov-Müstəntiq Rasim Balayev-Mirzəyev Ayan Mirqasımova-Səbinə Elşən Rüstəmov-Emin Muxtar Maniyev-Kazım Rafiq Əzimov-Arif Rafiq Əliyev (II)-Ramiz Nahidə Orucova-Asim Əliyeviçin arvadı İradə Ağasıbəyli-Kazımın qızı Məbud Məhərrəmov-Kazımın kürəkəni Cəmil Quliyev-Həkim Zərnigar Ağakişiyeva-Həkim Nadir Ağayev-Sürücü Nadir Əbdülrəhimbəyov-Xəstə Arif Kərimov-Sanitar Xalidə Şərifova-Həkim Sona Əliyeva-Katibə Səfa Mirzəhəsənov Ömür Nağıyev-Səbinənin qardaşı Maqsud Məmmədov Sidiqqə Heydərova Rafiq Qasımov Vahid Əliyev-Xəstə Salman Bayramov-Xəstə Emil Tahirov A. Əfqanlı A. Əliyev R. Əliyev A. Quliyev Rahib Əliyev E. İbrahimov A. Sadıqov A. Rəhimov Y. Həşimov Ağaxan Şərifov Mehman Cəfərov R. Əzimov A. Şirinov Rövşən Kərimduxt-Səbinənin qardaşı İsmayıl Zeynalov-Uşaq Elvin Abdullayev-Uşaq Rüstəm Bağırov-Uşaq Rəhimə Bağırova-Uşaq Elxan Quliyev-Məhəllə sakini Kübra Dadaşova-Məhəllə sakini === Filmi səsləndirən === Eldəniz Rəsulov — sürücü (Nadir Ağayev)(titrlərdə yoxdur) == Sponsor == "Azərkinovideo" İB == İstinadlar == == Mənbə == Xamis Muradov. Kinofabrikdən başlanan yol.
Sonra nə oldu? (veriliş, 2019)
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun sxemi == Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun tarixi == Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
Şair, nə tez qocaldın sən...
Şair, nə tez qocaldın sən… — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1956-cı ildə yazıdığı şeir. Bu, şairin son əsərlərindən biridir. S.Vurğunun özünün dediyinə görə, son dövrlər yazdığı ən sevimli şeirlərindəndir. == Yaranması == Şeir Səməd Vurğunun ömrünün sonlarında yaxın 1956-cı ildə yazılmış şeirlər silsiləsinin bir hissəsidir ("Mən tələsmirəm …", "Teloqreyka", "Məni xatırla" və s. ilə birlikdə). "Şair, nə tez qocaldın sən?!" şeiri eyni adla, eyni mövzuda iki şeirdir. Lakin onların adı eyni olsa da, şair bu əsərlərdə özü-özünü təkrar etməyib. Hər iki şeirin özünə məxsus yaranma tarixi var. Güclü ov həvəskarı olan Səməd Vurğun Azərbaycanın səfalı yerlərini oba-oba, kənd-kənd gəzirdi. Onun məqsədi özü demişkən, çöllər gözəli ceyranı, cüyürü, turacı məhv etmək deyildi.
Şair, nə tez qocaldın sən?

Yer ətrafında 80 günə səyahət etmək (film, 2004)
80 gün dünya ətrafında (ing. Around the World in 80 Days) — film Jül Vern-nin məşhur romanı əsasında Frank Koracinin rejissorluğu ilə çəkilmişdir. == Məzmunu == Film ingilis bankının naməlum bir Çinlinin (sonradan Lao Şin olduğu ortaya çıxır) qarət etməsindən başlayır. Polisdən gizlənmək üçün, Paspartu adı ilə 50 mil sürət maneəsini qırmağa çalışan gənc bir alim Filyas Foq-a xidmət edir. Uğurlu bir təcrübədən sonra onlar Kral Elmlər Akademiyasına göndərilir, lakin Foq Britaniyanın "ən yaxşı ağılları" nın, xüsusən də hər şey artıq açıq olduğundan, daha da irəliləməyin cəfəngiyat olduğuna inanan lütfkar Lord Kelvinin istehza obyektinə çevrilir. Həmin iclasda soyğunçuluqdan da bəhs olunur. Bundan hirslənən Foq, bankın qarət olunduğuna sevindiyini və oğrunun xidmətçisinin çox maraqlandığı bir ay ərzində Çinə çatacağını iddia edir. Kelvin və Foq mərc girilər. Foq-un qələbəsi ilə Lord Kelvin qarşılığında Elm naziri olacaq; itkisi halında laboratoriyasını məhv etməyə və elmi fəaliyyətdən tamamilə çəkilməyə məcbur olacaqdır. Foq evinə qayıtmaq üçün isti xasiyyətindən və tələskənliyindən təəssüflənsə də, Paspartu onu Foq'un edə biləcəyinə inandırır.
Nə geri çəkil, nə də təslim ol 2: Şiddətlənmiş ildırım (film, 1987)
Nə təslim ol, nə də geri çəkil 2: Şiddətlənmiş ildırım (ing. No Retreat, No Surrender 2) — 1987-ci ildə döyüş janrında çəkilən filmdir. Əslində, filmin orijinal adı "Şiddətlənmiş ildırım" (ing. Raging Thunder) kimi səslənir və Nə geri çəkil, nə də təslim ol filminin davamı deyildir. == Məzmun == Skott Tailanda yola düşür ki, nişanlısı Sulin və sparrinq-dostu Mak Cervis ilə görüşsün. Lakin onun görüşməsi qorxulu hadisə ilə üzləşir. Skottun nişanlısını qaçırırlar. Skott və Mak qonşu Kambocaya getmək üçün vertolyot təyin edirlər ki, burada Sulini tapa bilsinlər. Vertolyotun pilotu isə Skottun əvvəllər istədiyi qız Terri olur. Terri öyrənir ki, Sulin sovet-vyetnam hərbi düşərgəsində əsir saxlanılır.
Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları (film, 1990)
Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları (ing. No Retreat, No Surrender 3: Blood Brothers) — 1990-cı ildə Luks Lou tərəfindən çəkilən döyüş filmidir. == Məzmun == Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndələrindən biri Con Aleksandr köhnə düşməni Franko tərəfindən öldürüldükdən sonra onun böyük oğlu Keysi kiçik qardaşı Uili kəşfiyyata qatılmasını istəmir. Ancaq Vill şəxsən Frankodan qisas almağı planlaşdırır və Floridaya gəlir. Keysi Mərkəzi Kəşfiyyat İdarəsinin köməyi ilə Frankonu axtarmağa çalışır... == Xarici keçidlər == Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları — Internet Movie Database saytında.
Bardaqdan nə tökülə bilər (film, 1988)
Bardaqdan nə tökülə bilər qısametrajlı sənədli televiziya filmi rejissor M. Ağayev tərəfindən 1988-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Respublikamızın ən uzaq rayon mərkəzlərindən və yüksək dağ kəndlərindən olan bu gənclər rus dili və ədəbiyyatı institutuna daxil olmuşlar. Qızlar məktəbi yenicə qurtarmış, oğlanlar isə Əfqanıstan müharibəsində iştirak etmişlər. Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Rus Dili və Ədəbiyyatı İnsitutunun pedaqoqları və tələbələri "Gənc Müəllim" klubunda müzakirədə iştirak edirlər. Dərs prosesinə həsr olunmuş bu müzakirə filmin əsas süjet xəttini təşkil edir. == Məzmun == Respublikamızın ən uzaq rayon mərkəzlərindən və yüksək dağ kəndlərindən olan bu gənclər rus dili və ədəbiyyatı institutuna daxil olmuşlar. Qızlar məktəbi yenicə qurtarmış, oğlanlar isə Əfqanıstan müharibəsində iştirak etmişlər. Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Rus Dili və Ədəbiyyatı İnsitutunun pedaqoqları və tələbələri "Gənc Müəllim" klubunda müzakirədə iştirak edirlər. Dərs prosesinə həsr olunmuş bu müzakirə filmin əsas süjet xəttini təşkil edir.
Həyat, sən nə qəribəsən (teleserial, 2013)
Həyat, sən nə qəribəsən — 2013-2016-cı illərdə yayımlanan serial. Serial "Xəzər" televiziyasının xüsusi layihəsi olaraq ərsəyə gəlib. Çəkilişlərinin əsas hissəsi AAAF Parkda aparılırdı. == Məzmun == Serial uşaqlıqda ata-anası öldürülmüş yetim bir qızın həyatından bəhs edir. Serialın qəhrəmanı Həyat əmisinin himayəsində yaşayır. Günlərin birində varlı ailənin oğlu Sadiqlə rastlaşır. Xalası qızına nişanlı olsa da, qəlbi boş, tənha Sadiq ona vurulur.Həyat rolunun ifaçısı, Gənclər Teatrının aktrisası Asya Atakişiyevadır. Onun personajı səmimidir, mərddir, mayası yaxşılıqdan yoğurulub, pislik nədir bilmir, alnının təri ilə çörəyini qazanır. Gördüyü ən kiçik haqsızlığa belə dözə bilmir, ürəyindən qara qanlar axır, o, bütün varlığı ilə daim böyüdüyü mühitlə, ədalətsiz düzənlə ziddiyyət içindədir. Keçmişin ağrılı-acılı günləri tez-tez onun yaddaşında oyanır, onu rahat buraxmır, addımbaaddım təqib edir.
Həyat sən nə qəribəsən (teleserial, 2013)

Nə gözəldir bu dünya... (film, 1999)
"Nə gözəldir bu dünya..." — Eldar Quliyev və Natiq Rəsulzadənin ssenarisi əsasında rejissor Eldar Quliyevin filmi. == Məzmun == Filmdə göstərilir ki, ölkə bazar iqtisadiyyatına keçəndən sonra ruhi xəstəliklər xəstəxanası vəsaitsiz qalır. Baş həkim (Yaşar Nuri) xəstələri evlərinə buraxır. Lakin ətraf bu xəstələrdən betər xəstədir. Xəstələr vəziyyəti belə görüb xəstəxanaya qayıtmağa məcbur olurlar. Bugünkü həyatımızın problemlərindən bəhs edən bu film ruhi xəstələrin həyatından danışsa da, əslində burada cəmiyyətimizdə, elə ətrafımızda baş verən eybəcərliklər, çatışmazlıqlar acı gülüşlə tamaşaçılara çatdırılır. == Film haqqında == Film aktyor Həsənağa Turabovun kinoda son işidir. Filmin ssenarisi rejissorun ideyası əsasında yaranıb. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Eldar Quliyev Ssenari müəllifi: Eldar Quliyev, Natiq Rəsulzadə Quruluşçu operator: Yuri Varnovski Quruluşçu rəssam: Mayis Ağabəyov, Rafiq Nəsirov Bəstəkar: Müslüm Maqomayev Səs operatoru: Teymur Abdullayev Rejissor: Akif Rüstəmov Montaj edən: Tamara Nərimanbəyova Məsləhətçi: Ağabəy Sultanov (tibb elmləri doktoru) İcraçı prodüser: Vladimir Dudniçenko Operator: Eldar Ağayev Geyim rəssamı: Şahin Həsənli Qrim rəssamı: Hikmət Qurbanov Rejissor assistenti: Çingiz Həsənov, Cəbrayıl Rzayev Montaj üzrə assistent: Lyudmila Lotina İnzibatçı: Əbdülnəsir Kutiyev, Ədalət Yunusov, Rüfət Əsədov(R. Əsədov kimi) İşıq ustası: Rüstəm Rüstəmov, Əliağa İbrahimov Səs texniki: O. Süleymanov Geyimçi: Elmira Balaməmmədova === Rollarda === Yaşar Nuri-Asim Əliyeviç Həsənağa Turabov-Müstəntiq Rasim Balayev-Mirzəyev Ayan Mirqasımova-Səbinə Elşən Rüstəmov-Emin Muxtar Maniyev-Kazım Rafiq Əzimov-Arif Rafiq Əliyev (II)-Ramiz Nahidə Orucova-Asim Əliyeviçin arvadı İradə Ağasıbəyli-Kazımın qızı Məbud Məhərrəmov-Kazımın kürəkəni Cəmil Quliyev-Həkim Zərnigar Ağakişiyeva-Həkim Nadir Ağayev-Sürücü Nadir Əbdülrəhimbəyov-Xəstə Arif Kərimov-Sanitar Xalidə Şərifova-Həkim Sona Əliyeva-Katibə Səfa Mirzəhəsənov Ömür Nağıyev-Səbinənin qardaşı Maqsud Məmmədov Sidiqqə Heydərova Rafiq Qasımov Vahid Əliyev-Xəstə Salman Bayramov-Xəstə Emil Tahirov A. Əfqanlı A. Əliyev R. Əliyev A. Quliyev Rahib Əliyev E. İbrahimov A. Sadıqov A. Rəhimov Y. Həşimov Ağaxan Şərifov Mehman Cəfərov R. Əzimov A. Şirinov Rövşən Kərimduxt-Səbinənin qardaşı İsmayıl Zeynalov-Uşaq Elvin Abdullayev-Uşaq Rüstəm Bağırov-Uşaq Rəhimə Bağırova-Uşaq Elxan Quliyev-Məhəllə sakini Kübra Dadaşova-Məhəllə sakini === Filmi səsləndirən === Eldəniz Rəsulov — sürücü (Nadir Ağayev)(titrlərdə yoxdur) == Sponsor == "Azərkinovideo" İB == İstinadlar == == Mənbə == Xamis Muradov. Kinofabrikdən başlanan yol.
Günəş günü
Günəş günü (kor. 태양절, theyancol) — Şimali Koreyada dövlət bayramı. Bayram Şimali Koreyada "Xalqın Günəşi" tituluna layiq görülən keçmiş prezident Kim İr Senin doğum günü münasibətilə 15 aprel tarixində qeyd olunur. Günəş günü ölkədəki ən əhəmiyyətli bayramdır və Şimali Koreyada Milad bayramıyla bərabər sayılır.Kim İr Senin 1968-ci ildən bəri rəsmi bayram olduğu doğum günü, ölümündən üç il sonra, 1997-ci ildə Günəş günü adlandırıldı. Hökumət öz vətəndaşlarına daha çox ərzaq və elektrik ilə təmin etməyə çalışır, lakin müvəffəqiyyət həmişə tam qarantiyalı deyil. Xüsusilə uşaqlar, rəhbərləri tərəfindən göstərilən sevgini simvolikləşdirmək üçün konfet və digər hədiyyələr alırlar.Şənliklər tarixi ilə məhdudlaşmır. Anmalar Kim Çen İrin ad günündə, 16 fevral tarixindən başlayır. Bu bayram Sadiqlik Festivalı adlanır. Günəş gününə yaxın vaxtlarda, aprel ayında keçirilən qeyd etmələr Günəş Festivalı adlanır. Bayram üç günlükdür.
Qalıq
Fosil və ya qalıq — havayla təması birdən kəsildiyi üçün qoruna bilmiş canlı qalıqlarına verilən ümumi addır. Qabıq, sümük, diş, toxum, yarpaq ya da bir heyvan və ya bitki qalığı milyonlarla il əvvəlindəki canlı həyat haqqında məlumat verər. Qalıqları və qalıqlaşmağı araşdıran elm sahəsinə paleontologiya deyilir. Latınca fodare, qazmaq sözcüyündən törəmişdir. == Bitki qalıqları == Ümumiyyətlə sərt toxumlar və taxta qisimlər qalıqlaşmış olaraq tapılar. Çiçək və yarpaqların özləri qorunmazlar ancaq karbon təsiri onların quruluşundakı çox incə detalları dahi qorumaqdadır. == Heyvan qalıqları == Dişlər, sümüklər və qabıqlar, dəri, et/ət, kürk, tükdən daha çox rast gəlinən qalıqlardır. Ümumiyyətlə sümüklər tapılar ancaq Alyaska, Sibir kimi yerlərdə nadir olaraq bütün mamut qalığına rast gəlinmişdir. Bu bölgələrdəki donmuş heyvanlar qalıq olaraq tamamilə milyonlarla il qorunmuşdur. == Qabıqlı dəniz canlıları == Milyonlarla il əvvəl dənizlərlə qablı olan bölgələrdən su geri çəkildiyində qabıqlı dəniz canlıları palçıq, qum və palçığa basdırılmışlar.
Qalış
Galışlar və ya Galeşlər (Söz Sanskrit dilində "inəkçi" mənasını verir) — Gilan və Mazandaranın dağlarında yaşayan köçəri xalqdır ki Qalış dialektində danışırlar. Anzolu/Anzoli, Bradi, Bürsülüm/Bırsılım, Conu/Coni, Çayrud, Tülü/Tüli, Hamarat, Rvarud, Siyov/Siov, Veri kəndlərində (Lerik rayonu), Biləsər, Daştatük, Rəzvan/Razano, Rvo kəndlərində (Lənkəran rayonu), və Miyanku kəndində (Masallı rayonu) yaşayırlar.
Qalib Ölkənin Bir Günü (1947)
== Məzmun == Filmdə sovet ölkəsinin həyatının bir günü-gün çıxandan ta gün batana qədər öz əksini tapmışdır. == Film haqqında == Bu kinolent ölkə studiyalarının müştərək istehsalıdır.
Qalib Qadir
Qalib Əhmədov — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1984), Azərbaycan Fəlsəfə Cəmiyyətinin üzvü (1986). "Dünyaya pəncərə" qəzetinin təsisçisi və baş redaktoru. == Həyatı == 1949-cu il iyunun 1-də Azərbaycanda Qəbələ rayonunun Sileyli kəndində anadan olmuşdur. Hacallı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə daxil olmuş (1966), sonra təhsilini filologiya fakultəsində davam etdirmişdir (1967-1972). 2020-ci il iyunun 16-da vəfat etmişdir. == Karyerası == Əmək fəaliyyətinə Qəbələ rayonunda müəllim kimi başlamış, sonra Sumqayıtda 49 saylı orta texniki-peşə məktəbində tərbiyyəçi, müəllim, tədris hissə müdiri vəzifələrində işləmişdir (1973-1980). Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə aspiranturaya daxil olmuşdur (1979). Azərbaycan Elmlər Akeademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı kimi ictimai şüur, ünsiyyət, siyasi mədəniyyət və digər problemlərə dair bir sıra elmi məqalələrlə çıxış etmişdir (1983-1987). "İflas: səbəblər və nəticələr" (1991) kitabında cari ictimai-siyasi hadisələr haqqında elmi araşdırmaları toplu halda nəşr olunmuşdur. "Təşviqatçı", "Dialoq" jurnallarında elmi-nəzəri şöbənin müdiri (1980-1990), "Azərbaycan kommunisti" və "Dirçəliş" jurnallarında ideologiya şöbəsinin müdiri, "Ayna" qəzetində tərcüməçi (1990-1993), Bakının Nərimanov rayonunda Əmək və Məşğulluq Mərkəzinin direktoru (1993-1995), "Xalq qəzeti", "Yeni Azərbaycan" qəzetlərində ədəbi işçi, şöbə müdiri, redaktor müavini (1996-1998) "Respublika" (2004-2006), "Azərbaycan" (2006-2008) qəzetlərində müxbir, bölgə müxbiri vəzifələrində işləmişdir.
Qalib Ağayev
Qalib Ağayev (tam adı: Qalib Ağabala oğlu Ağayev; 13 iyul 1941, Bakı – 22 sentyabr 2015, Bakı) — Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri. Azərbaycan SSR əməkdar iqtisadçısı (1991). == Həyatı == Qalib Ağayev 13 iyul 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. Kirov adına Azərbaycan Dövlət Universitetini bitirmişdir.Əmək fəaliyyətinə Bakıda SSRİ Dövlət Bankının rayon bölməsində inspektor kimi başlamış, daha sonra sədr müavini, SSRİ Dövlət Bankının rayon bölməsinin sədri, SSRİ Dövlət Bankının Azərbaycan kontorunun sədrinin müavini, SSRİ Dövlət Bankı Azərbaycan Respublika bankının İdarə Heyətinin sədrinin birinci müavini vəzifələrində çalışmışdır.Sovet dövrünün son illərində SSRİ Dövlət Bankı Azərbaycan Respublika Bankının İdarə Heyətinin sədri olmuş, Qalib Ağayev 1 sentyabr 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Soveti sədri Heydər Əliyevin təqdimatına əsasən Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri təyin edilmişdir. O, 22 aprel 1994-cü il tarixində vəzifəsindən azad edilmişdir.22 sentyabr 2015-ci ildə vəfat etmişdir.
Qalib Cəfərov
Qalib Cəfərov (7 aprel 1989, Temir, Aqtöbe vilayəti, Qazaxıstan SSR, SSRİ) — qazaxıstanlı həvəskar-boksçu, dünya və Asiya çempionu. Qazaxıstan Respublikasının əməkdar idman ustası. == Həyatı == Qalib Cəfərov 7 aprel 1989-cu ilda Temir şəhərində azərbaycanlı ailəsində anadan olub. Kudayberqen Jubanov adına Aqtöbə Dövlət Universitetinin "bədən tərbiyəsi və idman" fakültəsini bitirib.
Qalib Həsənoğlu
Qalib Məmmədov - Azərbaycanlı bəstəkar. == Həyatı == Bəstəkar 1946-cı ildə anadan olmuşdur. 1969-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konsertvatoriyasını bəstəkarlıq sinfi üzrə prof. Qara Qarayevin sinfini bitirmişdir. "Sirrlər Xəzinəsi" baletinin, "Oratorium Albanum" oratoriyasının, bir çox vokal silsilələrin, simfonik və kamera musiqisinin, mahnıların, tamaşa və filmlərə yazılmış musiqinin və s. əsərlərin müəllifidir. Beynəlxalq əhəmiyyətli musiqi festivallarının və layihələrinin təşkilatçısı və iştirakçısı olmuşdur (1997-də Norveçdə məşhur "SKRUK" xoru ilə "Landet vi kommer fra" layihəsi, 2003-də “Sommerlandet” layihəsi, Eyvind Skeienin sözlərinə və s.), əsərləri Qərbi Avropa, Rusiya, Amerika və Türkiyədə səhnələrində səslənmişdir. 2002-ci ildən etibarən Norveçdə yaşayır.
Qalib Məmmədov

Qalib Nurizadə
Qalib Habil oğlu Nurizadə (10 iyun 1996, Gəgiran, Lənkəran, Azərbaycan — 4 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qalib Nuruzadə 10 iyun 1996-cu ildə Lənkəran rayonu Gərgiran kəndində dünyaya gəlib. Lənkəran şəhər, Gəgiran kənd orta məktəbində təhsil almışdır. 2014-2015-ci illərdə hərbi xidmətdə olmuşdur. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qalib Nurizadə, Füzuli, Şuşanın azad edilməsində savaşıb. 5 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olmuşdur. Qalib Nurizadə Lənkəranda torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalib Nurizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalib Nurizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Qalib Nurizadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Qalib Qarayev
Qalib Şalon oğlu Qarayev (17 yanvar 1947, Qaryagin) — tibb elmləri doktoru, professor, Rusiya Federasiyasının Tibbi Texniki Akademiyasının üzvü, Əməkdar elm xadimi == Həyatı == Qalib Şalon oğlu Qarayev 17 yanvar 1947 ildə Füzuli rayonunun Qarğabazar kəndində anadan olmuşdur. O, 1953–1963 illərdə Qarğabazar kənd orta məktəbində oxumuş, 1966–1972 illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda (indiki Azərbaycan Tibb Universiteti) ali təhsil almışdır. Qalib Qarayev ali təhsil aldığı illərdə tələbə elmi cəmiyyətinin fəal üzvü olmuş və 1970 ildə "Ən yaxşı tələbə elmi işi" Ümumittifaq müsabiqasinin "Ürəyin işemik xəstəliyinin cərrahi müalicəsi" adlı eksperimental tədqiqat işi bürünc medala layiq görülmüşdür. Qalib Qarayev 1972–1982 illərdə Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzində müxtəlif vəzifələrdə işləmişdir. 1982 ildən Elmi-Tədqiqat Mərkəzin direktorudur. Qalib Qarayev "Sağlamlıq" jurnalının baş redaktorudur. Uzun illər AAK-nın ekspert şurasının üzvü olmuş, elmi katibi vəzifəsində çalışmışdır. Dissertasiya müdafiə şurasının sədr müavini kimi fəaliyyət göstərmişdir. Qalib Qarayev 2013 ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tibb elmləri üzrə ekspert şurasının sədri təyin edilmişdir. Rusiya Federasiyası alimləri ilə birlikdə sünii ürək və yardımçı qan dövranı aparatı üzərində apardığı elmi tədqiqat işlərini nəzərə alaraq 2014 ildə Rusiya Federasiyasının Tibbi Texniki Akademiyasının üzvü seçilmişdir.
Qalib Qasımov
Qalib Əhməd oğlu Qasımov (31 mart 1978, Zod kəndi) — Sənətşünas, qalerist, mentor, ekspert, Contemporary Baku şirkətinin təsisçisi və direktoru. == Həyatı == Qalib Qasımov 31 mart 1978-ci ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. Orta məktəbi 1995-ci ildə Xanlar rayonunda bitirmişdir. 1997-1999-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. 2000-2004-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsini bakalavr, 2004-2006-cı illərdə isə magistr pilləsi üzrə fərqlənmə diplomları ilə bitirmişdir. 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun dissertanturasında sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının 17 mart 2022-ci il tarixli qərarına əsasən sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 25-i elmi olmaqla, Azərbaycan, Türkiyə, Qazaxıstan və Rusiyada çap olunmuş onlarla məqalənin, Azərbaycan rəssamlarının kataloq və kitablarının ön sözlərinin, "Təsviri sənətdə ənənə və müasirlik" (Bakı-2022) kitabının müəllifi, beynəlxalq səviyyəli elmi konfransların iştirakçısıdır. 2021-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının 24-cü qəbul SADİMAK-nu bitirmişdir. == Karyerası == Əmək fəaliyyətinə 2005-ci ildə Azərbaycan İstiqlal Muzeyində başlamışdır.
Qalib Qurbanov
Qalib İslam oğlu Qurbanov (1945) — Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, Zaqatala Rayon Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Zaqatala Rayon Komitəsinin birinci katibi. == Həyatı == Qurbanov Qalib Islam oğlu 1945-ci ildə anadan olub. 1952-ci ildə Zaqatala şəhəri 2 nömrəli orta məktəbə daxil olub və 1963-cü ildə oranı bitirib. Həmin il Azərbaycan Neft-Kimya İnstitutunun energetika fakultəsinə qəbul olunub və 1969-cu ildə institutu bitirərək mühəndis-elektromexanik ixtisası alıb. Əmək fəaliyyətini 1965-ci ildə başlayıb. Müvafiq olarak "AzərDənizNeftTikinti" Trestinin 3 nömrəli TQİ-də fəhlə, "VOTQEO" Ümümittifaq Elmi Tədqiqat İnstitutunda, Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda, Azərbaycan Dəmir Yollarında, Ət və Süd Sənayesi Nazirliyi SMK-da müxtəlif texniki-mühəndis vəzifələrində işləyib. 1971–1972-ci illərdə hərbi xidmətdə olub. 1972–1979-cu illərdə "Azerenerji"nin enerjisatış idarəsində mühəndis-müfəttiş, qrup rəhbəri, "Dövlətenerjinazarət"in rəis müavini vəzifələrində işləyib. Evlidir. İki övladı var.
Qalib Zülfüqarlı
Qalib Laim oğlu Zülfüqarlı (d. 20 dekabr 1992; Lənkəran, Azərbaycan — ö. 27 mart 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı. 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Qalib Zülfüqarlı 1992-ci ilin 20 dekabr günündə Lənkəran şəhərinin Vilvan kəndində anadan olub. Qalib Zülfüqarlı nişanlı idi, yaxın günlərdə toy mərasimi baş tutmalı idi. == Hərbi xidməti == Leytenant Qalib Zülfüqarlı 2016-cı ildə, martın 27-si Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Elə martın 27-si isə Qalib Zülfüqarlı doğulduğu Lənkəran şəhərinin Vilvan kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və leytenant Zülfüqarlı uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Qalib İbrahimoğlu
Qalib İbrahimoğlu (9 may 1972, Yevlax) — Ekspress qəzetinin redaktoru, Həsən bəy Zərdabi mükafatçısı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Qalib İbrahimoğlu 1972-ci il mayın 9-da Yevlax şəhərində anadan olub. 1979-cu ildə Yevlax şəhər Ş. Qurbanov adına 8 saylı orta məktəbin birinci sinfinə getmiş, 1989-cu ildə həmin məktəbi bitirib. 1990–92-ci illərdə keçmiş Sovet Ordusunda hərbi xidmət keçib. === Təhsili === 1992-ci ildə keçmiş Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Prezident yanında İdarəçilik Akademiyası) sosial idarəetmə və sosiologiya fakültəsinə qəbul olmuş, 1998-ci ildə həmin institutu bitirib. === Ailəsi === Ailəlidir, üç övladı var. == Fəaliyyəti == === Mətbuat fəaliyyəti === 1994-c ildən mətbuatdadır. Həmin il Yevlaxda çıxan "Nicat" qəzetində müxbir vəzifəsində işləyib. 1996-cı ildə Bakıda nəşr olunan "Hürriyyət" qəzetində müxbir, şöbə redaktoru, baş redaktorun I müavini vəzifəsində çalışıb. 1997-ci ildə "Bu gün" qəzeti baş redaktorunun I müavini, "Hürriyyət" qəzetinin baş redaktoru vəzifəsində işləyib.
Qalib İmanov
Qalib Gəncəvi oğlu İmanov (8 avqust 1974, Qoşabulaq, Vardenis rayonu) — Tibb üzrə fəlsəfə doktoru (11 aprel 2012), invaziv və pediatrik kardioloq, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında Kardiologiya şöbəsinin müdiri. == Həyatı == Qalib İmanov 8 avqust 1974-cü ildə Göyçə mahalının Qoşabulaq kəndində anadan olub. 1977-ci ildə ailəsi ilə birlikdə Zaqatala rayonuna köçmüşdür. 1981-ci ildə Zaqatala şəhər Şıxəli Qurbanov adına 3 saylı orta məktəbin I sinfində təhsil almağa başlamış və 1991-ci ildə həmin orta məktəbi medalla bitirmişdir. 1992-ci ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsinə daxil olmuş, 1998-ci ildə ali təhsilini başa vurmuşdur. 1998–1999-cu illərdə 1 saylı Bakı Şəhər Kliniki Xəstəxanasında həkim-interna olaraq "Anestezoloq-reanimotoloq" ixtisasına yiyələnmişdir. Qalib İmanov 1999–2001-ci illərdə Azərbaycan Səhiyyə Nazirliyi C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun "Reanimasiya və İntensiv Terapiya şöbəsi"ndə həkim-reanimotoloq işləmişdir. Həmçinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda klinik ordinator olaraq fəaliyyət göstərmişdir. 2001–2009-cu illər ərzində Mərkəzi Klinik Xəstəxanada "Ürək Mərkəzi"nin Kardiologiya bölümünün həkimi işləmişdir. 2009-cu ildən 2014-cü ilə qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalının "Kardiologiya şöbəsi"ndə invaziv kardioloq və pediatrik kardioloq olaraq fəaliyyət göstərib.
Qalib Əfəndiyev
Qalib Əfəndiyev (Əfəndiyev Qalib Məmməd oğlu; d. 09.05.1946, Bakı) — texnika elmləri doktoru, Professor, AMEA müxbir üzvü (26.04.2007). == Həyatı == Əfəndiyev Qalib Məmməd oğlu 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1969-cu ildə "Neft və qaz mədənlərinin maşın və avadanlıqları" ixtisası üzrə AzNKİ-nun neft-mexanika fakültəsini bitirmişdir. 1970–1996-cı illərdə Azərbaycan EA-nın DNQYPİ-da mühəndis, böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, "Qazımada geoloji-texnoloji proqnozlaşdırma" sektorunun rəhbəri işləmiş, 1996-cı ildən "Quyuların qazılmasının geoloji şəraiti" şöbəsinin rəhbəri, 2003-cü ildən bu günə kimi isə, AMEA-nın Geologiya və Geofizika İnstitutunda həmin şöbənin müdiri vəzifəsində işləyir. 1985-ci ildə "Dağ süxurlarının xassələrini nəzərə almaqla kəsici tipli baltaların rasional seçimi yolu ilə işinin səmərəliliyinin artırılması" mövzusunda namizədlik, 1997-ci ildə isə "Dağ süxurlarının qazılması prosesinin səmərəliliyinin artırılması və xassələrinin öyrənilməsi üçün geoloji-texnoloji informasiyanın kompleks istifadəsinin elmi əsasları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Əfəndiyev Q. M. ADNA-nın "Neft və qaz quyularının qazılması" kafedrasının professoru olmaqla bərabər elmi və pedaqoji fəaliyyət göstərir. 2007-ci ildə o AMEA-nın müxbir üzvü seçilmişdir. == Elmi fəaliyyəti == Əfəndiyev Q. M. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: quyuların qazılması zamanı optimal qərarların qəbulu; qazıma prosesində geoloji-texnoloji və geofiziki tədqiqatlar kompleksi əsasında geoloji kəsilişlərin öyrənilməsi; dağ süxurlarının dağılması prosesləri və süxurdağıdıcı alətin işi; quyuların qazılması zamanı mümkün mürəkkəbləşmələrin proqnozlaşdırılması və qarşısının alınması (Anomal Yüksək Lay Təzyiqləri zonalarının, udulma intervallarının və s.
Qalib Əhmədov
Qalib Əhmədov — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1984), Azərbaycan Fəlsəfə Cəmiyyətinin üzvü (1986). "Dünyaya pəncərə" qəzetinin təsisçisi və baş redaktoru. == Həyatı == 1949-cu il iyunun 1-də Azərbaycanda Qəbələ rayonunun Sileyli kəndində anadan olmuşdur. Hacallı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə daxil olmuş (1966), sonra təhsilini filologiya fakultəsində davam etdirmişdir (1967-1972). 2020-ci il iyunun 16-da vəfat etmişdir. == Karyerası == Əmək fəaliyyətinə Qəbələ rayonunda müəllim kimi başlamış, sonra Sumqayıtda 49 saylı orta texniki-peşə məktəbində tərbiyyəçi, müəllim, tədris hissə müdiri vəzifələrində işləmişdir (1973-1980). Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə aspiranturaya daxil olmuşdur (1979). Azərbaycan Elmlər Akeademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı kimi ictimai şüur, ünsiyyət, siyasi mədəniyyət və digər problemlərə dair bir sıra elmi məqalələrlə çıxış etmişdir (1983-1987). "İflas: səbəblər və nəticələr" (1991) kitabında cari ictimai-siyasi hadisələr haqqında elmi araşdırmaları toplu halda nəşr olunmuşdur. "Təşviqatçı", "Dialoq" jurnallarında elmi-nəzəri şöbənin müdiri (1980-1990), "Azərbaycan kommunisti" və "Dirçəliş" jurnallarında ideologiya şöbəsinin müdiri, "Ayna" qəzetində tərcüməçi (1990-1993), Bakının Nərimanov rayonunda Əmək və Məşğulluq Mərkəzinin direktoru (1993-1995), "Xalq qəzeti", "Yeni Azərbaycan" qəzetlərində ədəbi işçi, şöbə müdiri, redaktor müavini (1996-1998) "Respublika" (2004-2006), "Azərbaycan" (2006-2008) qəzetlərində müxbir, bölgə müxbiri vəzifələrində işləmişdir.
Qalib Əkbərov
Qalib Əbdüləhəd oğlu Əkbərov (6 aprel 2002; Kərgəlan, Lənkəran rayonu, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qalib Əkbərov 2002-ci il aprelin 6-da Lənkəran rayonunun Kərgəlan kəndində anadan olub. 2008—2019-cu illərdə Lənkəran rayon Kərgəlan kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Qalib Əkbərov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Əvvəlcə, Ağcabədi rayonunda, sonra Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdi. Azərbaycan Ordusunun əsgəri olan Qalib Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qalib Əkbərov sentyabrın 27-də Füzuli rayonu istiqamətində döyüş tapşrığının yerinə yetirilməsi zamanı şəhid olub. Lənkəran rayonunun Kərgəlan kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalib Əkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalib Əkbərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qalib Əsədov
Əsədov Qalib Əliəfsər oğlu — həkim-nevroloq, "Space" TV-də "Sağlam yaşa" layihəsinin və "Şəki və onun təbabət tarixi" kitabının müəllifi, Avropa Nevroloji Akademiyanın həqiqi üzvü. == Həyatı == Qalib Əliəfsər oğlu Əsədov 1968-cı il yanvarın 20-də Azərbaycan Respublikasının Şəki şəhərində hərbçi ailəsində anadan olub. 1984-cü ildə Şəki şəhər M. Fizulin adına 3 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1984-1985-ci illərdə Şəki şəhəri Mərkəzi Rayon Xəstəxanasının nəzdində olan 652 saylı aptekdə fəhlə işləyib. 1985-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitunun müalicə profilaktika fakultəsinə qəbul olunub. 1986-1988-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətdən tərxis edildikdən sonra təhsilimi davam etdirib. Təhsil aldığı dövrdə Bakı şəhər Təcili yardım stansiyasında və Respublika Neyrocərrahiyyə Mərkəzində tibb qardaşı vəzifəsində işləyib. 1992-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra Tibb Universitetinin Nevrologiya Kafedrasinda işləyib, elmi fəaliyyətlə məşğul olub. 1993-cü ildə “Epilepsiya xəsətəliyinin əmələ gəlməsində meyilli faktorlar“ adlı elmi işinə görə Bakı Dövlət Universitetinin Elmi Şurasının keçirdiyi müsabiqdə “İlin ən yaxşi gənc elmi tədqiqatçisi” nominasiyasında birinci yeri qazanıb.
Aşıq Talıb
Aşıq Talıb (1877, Ağkilsə, Yeni Bəyazid qəzası – 21 may 1979, Azad, Vardenis rayonu) — Göyçə aşığı, Aşıq Ələsgərin oğlu. == Həyatı == Aşıq Talib Ələsgər oğlu 1877-ci ildə Ağkilsə kəndində anadan olmuş, aşıqlıq sənətini atasından öyrənmişdir. İlin yaz-yay aylarında əkinçilik etmiş, payız-qış aylarında isə xalqımızın toylarında, el şənliklərində sazlı-sözlü söhbətləri ilə şərəfli ömür yolu keçmişdir.Klassik və müasir aşıq sənətini mükəmməl bilən Aşıq Talıb Göyçə sənətkarlarının, xüsusən atası Aşıq Ələsgərin irsinin sinədəftəri kimi aşıqlar arasında böyük nüfuza malik olmuşdur. Yaşadığı, ömür sürdüyü mühitin təsiri onu ustad aşıq zirvəsinə qaldırmışdır. Aşıq Talıb 1979-cu ilin 21 mayında 102 yaşında Ağkilsə kəndində vəfat etmişdir. XX yüzillik Göyçə aşıqlığının saz-söz aləmindəki sənət uğurları birbaşa Aşıq Talıbın iştirakı və ya onun xeyir-duası ilə qazanılmışdır. == Kitabları == "Könlüm Vətən arzular". == İstinadlar == == Xarici keçidlər == Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan nəşriyyatı, 2010.
Qalıq balıqlar
Zirehli balıqlar (lat. Placodermi) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. == Maraqlı fakt == 380 milyon il bundan əvvəl Materpiscis zirehli balığı məlum olan ən qədim diri doğan orqanizm hesab olunur.
Qalıq yanacaqlar
Qalıq yanacaqlar — mineral yanacaqlar olaraq da bilinər, hidrokarbon ehtiva edən kömür, neft və təbii qaz kimi təbii enerji qaynaqlarıdır. Qalıq yanacaqlar sənaye sahədə çox geniş bir istifadə sahəsi tapmaqdadır. Elektrik istehsalında, ümumiyyətlə qalıq yanacağın yanması ilə ortaya çıxan enerji bir turbinə güc olaraq çatdırılar. Köhnə generatorlarda ümumiyyətlə yanacağın yanması ilə əldə edilən buxar turbini çevirmək üçün istifadə edilərdi, lakin yeni enerji stansiyalarında yanma ilə əldə edilən qazlar, birbaşa olaraq qaz turbinini çevirməkdədir. 20 və 21-ci əsrdə dünya səviyyəsindəki texnoloji inkişaflarla, qalıq yanacaqlardan əldə edilən enerjiyə olan ehtiyac artmaqdadır. Xüsusilə neftdən əldə edilən benzin, dünya səviyyəsində və regional olaraq böyük qarşıdurmaların ana səbəbi halına gəlməkdədir. Kömür, neft və təbii qaz dünyanın bu günki enerji ehtiyacının çox hissəsini təmin edir. Strukturlarında karbon və hidrogen elementlərini saxlayan bu qalıq yanacaqlar, uzun müddətlər içərisində meydana gəlməkdə lakin çox tez istehlak edilməkdədir. Dünyanın müəyyən bölgələrində toplanmış bu yanacaqların günümüz texnologiyasıyla ¾-nün yarısının çıxarılması qeyri-mümkün; digər yarısının isə çıxarılması texniki olaraq çox bahalıdır. Bu da qalıq yanacaqları yenilənə bilməyən və məhdud yanacaqlar sinifinə daxil edilir.
Qayıb Qayıbov
Qayıb Musa bəy oğlu Qayıbov — hərbi həkim, mayor. Mirzə Hüseyn bəy Qayıbovun nəvəsi. == Həyatı == Qayıb Musa bəy oğlu Qayıbov 1915 ildə Şuşa şəhərində anadan olmuşdur. Qayıb Qayıbov orta təhsilini Şuşa şəhərində almışdır. O, 1934–1939-cu illərdə Azərbaycan Tibb İnstitutunda ali təhsil almış, 1936-cı ildə Bakı Aeroklubunu bitirmişdir. II Dünya Müharibəsindən sonra Moskva şəhərində Partiya Məktəbində oxumuşdur. Qayıb Qayıbov 3 medala, "Səhiyyə əlaçısı" döş nişanına, müxtəlif illərdə 3 dəfə "Sosializm yarışının qalibi" vahid ümumittifaq döş nişanına layiq görülmüşdür. O, istefada olan mayor idi. Qayıb Qayıbov 9 fevral 2000-ci ildə Bakıda vəfat etmişdir. == Fəaliyyəti == Qayıb Qayıbov ali təhsilini başa vurduqdan sonra V. P. Çkalov adına Hərbi Aviasiya Məktəbinə həkim göndərilmişdir.
Talıb (Çaroymaq)
Talıb (fars. طالب‎‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 84 nəfər yaşayır (19 ailə).
Qalib ölkənin bir günü (film, 1947)
== Məzmun == Filmdə sovet ölkəsinin həyatının bir günü-gün çıxandan ta gün batana qədər öz əksini tapmışdır. == Film haqqında == Bu kinolent ölkə studiyalarının müştərək istehsalıdır.
Şeyx Qalib
Şeyx Qalib (təxəllüsü, Məhəmməd Esad Qalib dədə, 1757[…], Konstantinopol – 3 yanvar 1799, Konstantinopol) — Osmanlı şairi, sufi cərəyanının nümayəndəsi. Şeyx Sufi Mövlavilik ordeni. Şair İsmət Özelin fikrincə, Qalib Allahı deyil, insanı kainatın mərkəzində yerləşdirən ilk türk yazıçılarından idi. == Həyatı == 1757-ci ildə İstanbulda anadan olub. Atası və babası da daxil olmaqla bir sıra qohumları Mövlud Sufi ordeninin üzvləri idilər. Onlar həm də onun ilk müəllimləri oldular. Bundan əlavə, Qalibə özəl müəllimlər dərs deyirdi, xüsusən də ona fars və ərəb dillərini öyrədirdilər . Sultan məhkəməsində bir məmur olaraq çalışdı, ancaq 26 yaşında "çilə" adlanan mingünlük sufi təcrübəsini ruhani müəllimi Çələbi Seyyida Əbubəkr Əfəndinin rəhbərliyi altında keçmək üçün.Konyaya getdi. Bir müddət sonra, Ebubekir Xoca Əfəndi, Qalibin atasının istəyi ilə onu İstanbula göndərdi və Qalib burada "çilə"ni tamamladı. Bundan sonra "baba" mənəvi başlığı aldı.
Qali
Qali (gürc. გალი, rus. Га́ли) və ya Qal (abx. Гал) – Gürcüstan Respublikasının Abxaziya Muxtar Respublikasının Qali bələdiyyəsində (qismən tanınmış Abxaziya Respublikasının Qali rayonu) şəhər. == Tarixi == Müasir Qali ərazisi orta əsrlərdə Abxaziyada mövcud olmuş Samurzakan knyazlığının tərkibində idi.. Yerli tarixşünas Konstantin Maçavariani bu ərazi barədə yazmışdır: 1990-cı illərin əvvəllərində Qali şəhəri Gürcüstan-Abxaziya münaqişəsinin mərkəzində idi. == Əhali == 1989-cu ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərin əhalisi 15,763 nəfər ibarət idi. Bunların 93,3%-i gürcü (meqrellər), 3,2%-i rus, 1,6%-i abxaz idi. 2003-cü ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərin əhalisi yalnız 7,169 nəfərdən ibarət idi. Əhalinin kəskin şəkildə azalmasının səbəbi Abxaziya müharibəsi zamanı və sonrası Abxaziyada gürcülərə qarşı olan etnik təmizləmə və digər demoqrafik dəyişikliklərdir.
Talib ibn Əbu Talib
Talib ibn Əbu Talib (ərəb. طَالِب بْن أَبِي طَالِب‎) — İslam peyğəmbəri Məhəmmədin birinci əmisi oğlu və Əlinin qardaşı. == Ailəsi == O, Məkkədə, Əbu Talib ibn Əbdülmüttəlibin və Fatimə binti Əsədin böyük oğlu olaraq anadan olmuşdur. Gənc Məhəmməd Taliblə hər ikisi səkkiz yaşında olandan onların evində yaşayırdı.:79Onun övladı yox idi. == Vərəsəlik hüququ == Atası Əbu Talib 620-ci ildə vəfat etdikdə:191  onun mirası Talib və qardaşı Əqil arasında bölündü. Onların iki kiçik qardaşı, Cəfər və Əli heç bir şeyə varis olmadılar. Bu, İslam hüquq prinsipini təsbit etdi: “Heç bir mömin kafirin malına və heç bir kafir möminin malına varis olmayacaq.” == Bədr döyüşü == 624-cü ildə Talib müsəlmanların hücumu ilə təhdid edilən ticarət karvanını xilas etmək üçün Məkkə ordusu ilə yola düşdü.:291 Əbu Süfyandan xəbər gələndə ki, karvanın sağ-salamat evə çatdığına görə yürüşə davam etməyə ehtiyac qalmadı, Qureyşdən bəziləri buna baxmayaraq Bədrə qədər davam etmək istədilər. Talibə dedilər: “Biz bilirik ki, ey Haşim oğlu, əgər bizimlə çıxmısansa, ürəyin Məhəmmədlədir." Məkkəyə qayıtmaq qərarına dair bir şeir ona aid edilir. Bir qədər müzakirədən sonra Talıb onları müşayiət etməmək qərarına gəldi. Talib heç vaxt Məkkəyə gəlmədi.
Balıq günü (film, 1983)
Balıq günü qısametrajlı bədii filmi rejissor Cəmil Quliyev tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinokomediyada balıq həvəskarı Əbdüləlinin (Arif Qasımov) başına gələn məzəli əhvalatdan bəhs edilir. Əsas rolları Arif Qasımov (aktyor) və Gülşən Qurbanova ifa edirlər. == Məzmun == Kinokomediyada balıq həvəskarı Əbdüləlinin (Arif Qasımov) başına gələn məzəli əhvalatdan bəhs edilir. == Film haqqında == Film yazıçı Anton Çexovun "Çapaq balığı" hekayəsinin motivləri əsasında çəkilmişdir.
Qalib Müharibə Muzeyi
Qalib Müharibə Muzeyi və ya Qalib Anavətənin Qurtuluş Müharibəsi Muzeyi Şimali Koreyanın paytaxtı Pxenyan şəhərində yerləşir.Muzey əslində 1953-cü ilin avqustunda Qalib Anavətənin Qurtuluş Müharibəsi Muzeyi adı altında Pxenyanın mərkəzi küçəsində tikilmişdir. 1963-cü ilin aprel ayında muzey Sosonq küçəsində ona uyğun şəkildə inşa edilmiş digər binaya köçürülmüşdür. Bir müddət öncə muzey əhəmmiyyətli bir şəkildə genişləndirilərək yaxınlıqdakı çaya qədər uzadılmışdır.Muzeydə sərgilənənlərə parça üzərində əks edilən Taejon döyüşü daxildir. Əlavə olaraq heykəllərə, divar rəsmləri və sənətəsərlərinə burada ABŞ hərbi donanmasına aid olan USS Pueblo adlı gəmidə daxildir ki, bu da da Şimali Koreya ordusu tərəfindən Şimali Koreyanın məhəlli sularını pozduğu üçün 1968-ci ildə girov götürülmüşdür.
Dünən, Bu Gün və... (1989)
== Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ramiz Əliyev Ssenari müəllifi: Eldar Quliyev Operator: Nemət Rzayev, Bağır Rəfiyev, Azad Rzayev Səs operatoru: Akif Nuriyev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 320.
Aslan və Günəş
Aslan və Günəş (həmçinin Şir və Günəş, Şiri-Xurşid; fars. شیر و خورشید‎, Şir-o xorşid, pronounced [ˌʃiːɾo xoɾˈʃiːd]) — qədim Şərq simvollarından biri. Əsasən oğuz türklərinin (xüsusən də Azərbaycan türklərinin) və İranın gerblərindən biri kimi tanınır. Bu, 1979-cu il İran inqilabına qədər İranın milli bayrağının elementi olmuş, hələ də İran İslam Respublikası hökumətinə müxalif qruplar tərəfindən istifadə olunur. Qədim və müasir İran adət-ənənələrini əks etdirən motiv XII əsrdə İranda məşhur simvola çevrilmişdir. "Aslan və Günəş" simvolu əsasən astronomik və astroloji konfiqurasiyalara əsaslanır. Şir bürcünün arxasındakı Günəş simvolu qədimdir, mənşəyi Babil astrologiyasına və Yaxın Şərq ənənələrinə gedib çıxır.Motivin bir çox tarixi mənası var. Bu, ilk növbədə, elmi və sekulyar bir motiv olaraq, yalnız astroloji və zodiakal simvol idi. "Aslan və Günəş" Səfəvilər və erkən Qacar ​​padşahlarının hakimiyyətləri dövründə daha çox şiə islam ilə əlaqələndirilmişdir. Səfəvilər dövründə "Aslan və Günəş" cəmiyyətin iki sütununu, dövləti və islam dinini təmsil edirdi.
Günəş və Aslan

Şir və Günəş

Gülə
Gülə (Sərdəşt)
Günəş
Günəş (simvolu: ) – Günəş sisteminin mərkəzində yerləşən ulduzdur. Günəş orta ölçülü ulduz olmaqla Günəş sisteminin kütləsinin 99,8%-ni təşkil edir. Günəş radiasiyası formasında Günəşdən yayılan enerji Yerdəki həyatın var olmasına və iqlimə əsaslı təsir göstərir. Bizim Qalaktikanın məlum olan təqribən 200 milyard ulduzundan biri olan Günəşin kütləsinin mütləq əksəriyyəti isti qazlardan ibarətdir. Günəş ətrafına istilik və işıq şəklində radiasiya yayır. Yerlə müqayisədə Günəşin diametri 109 dəfə, həcmi 1,3 milyon dəfə, kütləsi isə 333000 dəfə daha çoxdur. Günəşin sıxlığı Yerin sıxlığının 1/4-ü qədərdir. Günəş öz oxu ətrafında saatda 70000 km sürətlə hərəkət edir və bir dövrəsini təqribən 25 gündə tamamlayır. Günəşin səthinin istiliyi 5500 °C, nüvəsinin istiliyi isə 15,6 milyon °C-dir. Günəşdən ayrılan enerjinin 2,2 milyardda biri Yerə çatır.
Gənə
Gənə- tünd qırmızı qəhvəyində yastı oval 8 ayaqlı bir parazitdir. Məməlilər, quşlar və sürünənlərdən qan əmərək yaşayarlar. Bahar və yay mövsümündə yaşıllıq sahələrində vardırlar. Dişləmələri ağrısızdır. Bir neçə gün içində qaşıntı və ya gənənin görülməsiylə fərq edilər. Bir çox bakteriya və virusu heyvanlardan insanlara bulaşdıra bilər. Gənə ilə bulaşan xəstəliklərin çoxu yüksək qızdırmayla seyr edən lyme xəstəliyi, dönmə qızdırma, tularemi kimi və son zamanlarda səslənilən, müalicəsi olmayan, gənələrin bulaşdırdıqları viruslarla yaranan Krım- Kongo qanamalı qızdırma(KKKA) sayıla bilməkdədir. Bu xəstəlik Azərbaycanda son illərdə görülməkdə olsa da ilk olaraq 1944-cü ildə Krımda, 1956-cı ildə də Konqoda görülmüşdür. KKKA xəstəliyi gənə dişləməsindən 1-3 gün içində (ən çox 9 gün ) qızdırma, qırıqlıq, baş ağrısı, halsızlıq, oynaq ağrıları, iştahsızlıq, bəzən qusma, qarın ağrısı və ishalla başlar. Bədənin dəyişik yerlərində özbaşına yaranan göyərmələr, burun qanaması və qan itirməyə davam edər.
Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü
Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü qadınların elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində tam və bərabər çıxışını və iştirakını təşviq etmək üçün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 22 dekabr 2015-ci ildə 70/212 saylı qətnamə qəbul edərək, fevralın 11-ni hər il qeyd olunan xüsusi gün kimi elan etdi. Elmdə gender bərabərliyi üçün fokus nöqtəsi ətrafında xüsusi diqqət və müzakirə sahəsini vurğulamaq üçün hər il mövzu seçilir. Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü hər il UNESCO tərəfindən BMT-nin Qadınlar Təşkilatı ilə birgə təşkil olunur. Hər iki təşkilat elmi sahələrdə qadınların və qızların rolunu təşviq etmək və bu sahədə artıq uğur qazananları qeyd etmək kimi ortaq məqsədə nail olmaq üçün milli hökumətlər, hökumətlərarası təşkilatlar, vətəndaş cəmiyyəti tərəfdaşları, universitetlər və şirkətlərlə işləyir.
Gülə-gülə (Takab)
Gülə-gülə (fars. گوله گوله‎) - İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd.
Fasiya və Qalıq üsulu
Fasiya və Qalıq üsulu- (rus. метод мощностей и фаций, ing. method of thickness and facies), çöküntülərin qalınlıq və fasial tərkibinin təhli¬linə əsasən müəyyən sahədə yer qabı¬ğının şaquli hərəkətinin sürətini, amplitudunu və çöküntülərin əmələgəlmə dərinliyinin dəyişilməsi məsələlərini müəyyənləşdirməyə imkan verir. Hazırda müəyyən çöküntü qalınlığının çökmənin dərinliyinə müvafiq gəldiyi qəbul edilmişdir. Vulkanogen çöküntülərin və bir sıra başqa törəmələrin sürətlə toplanmasını nəzərə alaraq, F. və q.ü. müəyyən düzəlişlə tətbiq edilir.
.ne
.ne — Nigerin internet kodu.
NE
Naxçıvan Ensiklopediyası — Naxçıvan Muxtar Respublikasının təbiətindən, tarixindən, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatından sistemli şəkildə bəhs edən elmi nəşr.İlk dəfə 2002-ci ildə, təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşri isə 2005-ci ildə çap edilib. == Həmçinin bax == Şablon:Naxçıvan Ensiklopediyası Şamaxı Ensiklopediyası == İstinadlar == == Xarici keçidlər == "Naxçıvan ensiklopediyası: I cild" ( (az.)). ebooks.az. 2015-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-25. "Naxçıvan ensiklopediyası: II cild" ( (az.)). ebooks.az. 2015-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-25.