Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nağıl
Nağıl — şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrıdır. Nağıllar xalq nağılları və müəllif nağılları olmaqla iki qrupa bölünür. Müəllif nağıllarından fərqli olaraq xalq nağıllarının yazıldığı tarix və müəllifi bəlli olmur. == Xüsusiyyətləri == Nağıllarda xalqın həyatı və məişəti, dünyagörüşü və inancları, arzu və xəyalları əks olunur. Nağıllar əsasən, qaravəlli adlandırılan girişlə başlayır. Bu girişlər nağılın məzmunu ilə bağlı olmur. Məsələn, "Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə hamam içində, hamamçının tası yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onun da xaltası yox. Nağıl-mağıl bilmərəm, bilsəm də söyləmərəm, xandan gəlmiş nökərəm, dinmə böyrünü sökərəm" Nağılın əvvəlində "Biri vardı, biri yox", sonunda isə "Göydən üç alma düşdü: biri mənim, biri özümün, biri də nağıl deyənin" sözləri işlənir. Başlanğıcda və sonluqda verilən həmin epik formullarla yanaşı qəhrəmanlarla, hadisələrlə bağlı formullardan da istifadə olunur. Məsələn, "Qız nə qız, görən bunun camalına heyrandı, qaş qara, gözlər sürməyi, boyu sərv…", "dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi", "Dağların dabanıynan, yolların qırağıynan, ayaq üzəngidə, diz qabırğada…" və s.
Tağım
Taqım və ya dəstə , ehtiyaclara və şərtlərə görə sayı dəyişməklə birlikdə təməl olaraq 35-40 şəxsi heyətdən ibarət olan hərbi bölmə. Dəstə komandiri Kiçik leytenant, Leytenant və ya Baş leytenant rütbəsindədir. Müstəqil vəzifə icra edə biləcək ən kiçik bölmədir. Təməl olaraq bir piyada dəstəsi,dəstə qərargahı, 3 piyada manqası və topçu manqasından ibarətdir. Ancaq bu birliyin vəzifələrinə görə dəyişə bilər. Sərhəd dəstəsi, Kəşfiyyat taqımı, Topçu taqımı, Minaatan taqımı kimi növləri var və bunların vəzifəyə görə özlərinə xas quruluşları vardır.
Lağım (1993)
== Məzmun == Dustaqlar lağım atıb həbsxanadan qaçırlar. Sonra dustaqlar nəzarətçiyə, nəzarətçilər isə dustağa çevrilirlər. == Film haqqında == Film mətnsizdir.
Nazım Axtılı
Nazım Axtılı — XVIII əsr ləzgi əsilli Azərbaycan şairi. Əsl adı Məhərrəm olan şair Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Axtı kəndində anadan olub. O, Nazım Axtılı və Şair Axtılı təxəlüssü ilə yazıb yaratmışdır. == Həyatı == Nazım Axtılının şəxsi həyatı barədə mənbələrdə demək olar ki, məlumat yoxdur. Onun əsl adının Məhərrəm olduğu və Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Axtı kəndində anadan olduğu məlumdur. XVIII əsrdə Səfəvilər Dövləti, Əfşar imperiyası və Quba xanlığı dövründə yazıb yaratdığı məlumdur. == Yaradıcılığı == Yaradıcılığına gəldikdə isə şair "Nazim Axtı" və "Şair Axtı" təxəllüsü ilə yazıb. Molla Pənah Vaqiflə mehriban münasibətdə idi. Nazimin sevgi lirikası klassik üslubda yaradılıb. Aşiqin ülvi obrazı ənənəvi bədii vasitələrlə formalaşır.
Akif Nağı
Akif Nağı (13 avqust 1957, Ağdam rayonu) — azərbaycanlı siyasətçi, tarix elmlər namizədi, dosent; əvvəl Qarabağ Azadlıq Təşkilatının sədri, sonra isə Azad Vətən Partiyasının sədri. == Həyatı == 13 avqust 1957-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib daha sonra Bakıya gəlib. Bakıda 1 saylı evtikmə kombinatında işləmişdir. 1976–1978-ci illərdə Sovet ordusunda, Baltik flotunda xidmət etmişdir. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olub, 1982-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinə daxil olub. 1985-ci ildə oranı bitirib, həmin ildən Azərbaycan Politexnik İnstitutun (indiki Texniki Universitet) tarix kafedrasında işləmişdir. 1991-ci ildə dissertasiya müdafiə etmiş, tarix elmləri namizədidir. 2004-cü ildə həmin universitetin dosenti olub. == İctimai-siyasi fəaliyyəti == 2004-cü ilin iyun ayında erməni zabitlərinin Bakıya səfərinə etiraz olaraq aksiya keçirdib, həbs olunub.
Ceyhun Nağı
Ceyhun Nağıyev (d. 1972 – ö. 2011) — Həftə içi qəzetinin sabiq redaktoru, əmək fəaliyyəti dövründə müxtəlif mətbuat orqanlarında çalışmış azərbaycanlı jurnalist. == Həyatı və əmək fəaliyyəti == Ceyhun Aşır oğlu Nağıyev 1972-ci il 7 oktyabr tarixində Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olub. 1982-ci ildə orta məktəb təhsilini davam etdirmək üçün Bozalqanlı orta məktəbində təhsil almış və 1989-cu ildə isə həmin məktəbi bitirmişdir. Ceyhun Nağıyev, 1988-ci ildə Neft Akademiyasının məktəblərarası keçirdiyi Kimya olimpiyadasında II yer, 1989-cu ildə isə I yer tutmuşdur. Orta məktəbdən məzun olduğu il ali məktəbə daxil ola bilməyən jurnalist 1991-ci ildə hərbi xidmətə yollanır. Ceyhun Nağının hərbi xidməti SSRİ imperiyasının dağılması illərinə təsadüf etdiyindən o, iki ölkənin ordusunda xidmət keçməli olur. Sovet ordusu tərkibində Krasnodar şəhərində hərbi xidmət keçdiyi müddət də imperiyanın dağılması səbəbindən Gəncə şəhərinə göndərilir və yerdə qalan xidmətini burada Azərbaycan ordusunun tərkibində tamamlayır. Hərbi xidmətdən sonra bir necə dəfə Azərbaycan Tibb Universitetinə sənəd versə də, qəbul ola bilmir.
Nağı Axundov
Nağı Axundov (dekabr 1920, Salyan, Salyan qəzası) — Bərdə Şəhər Partiya Komitəsinin birinci katibi. == Həyatı == 1920-ci ilin dekabr ayında Salyan şəhərində anadan olmuşdur. O, 1935-ci ildə 1 nömrəli orta məktəbi bitirdikdən sonra Salyan kənd təsərrüfatı texnikumuna daxil olmuş, 1939-cu ildə həmin texnikumu bitirdikdən sonra Kənd Təsərrüfatı Nazirliyinin göndərişi ilə Dağlıq Qarabağ Muxtar Vilayətində işə başlamışdır. 1939-cu ilin sentyabr ayında ordu sıralarına çağırılmış, iki orta hərbi məktəb bitirmiş, leytenant rütbəsində orta tank tağımının komandiri kimi Kursk məntəqəsində vuruşmuş, 1943-cü ilin iyulunda ağır yaralanandan sonra Sovet ordusu sıralarından tərxis olunmuşdur. 1944-1951-ci illərdə Salyan rayonunda sovet və partiya işlərində çalışmışdır. 1951-ci ildən Azərbaycan KP Salyan Rayon Komitəsinin katibi, ikinci katibi olmuşdur. 1958-1962-ci illərdə Salyan Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmiş, partiya məktəbində oxumuşdur. 1963-cü ildən Bərdə Rayon Partiya Komitəsinin birinci katibi işləmiş, daha sonralar yenidən Salyan Rayon İcraiyyə Komitəsinin sədri, Kolxoz-Sovxoz İstehsalat İdarəsinin rəisi və 1965-ci ildən Azərbaycan KP Puşkin PK-nin birinci katibi vəzifələrində çalışmışdır. Salyan Rayon Partiya Komitəsinin katibi, ikinci katibi, rayon icraiyyə komitəsinin sədri vəzifələrində çalışdı. Sov.İKP MK-nın Ali Partiya Məktəbini bitirdikdən sonra Bərdə Rayon Partiya Komitəsinin birinci katibi seçildi.
Nağı Hacıbayramlı
Nağı Hacıbayramlı Mustafa oğlu — bolşevik kommunist hakimiyyətinə qarşı Qarayazı gizli təşkilatın üzvü, kolxoz quruculuğuna qarşı Qarayazı kəndli qiyamının iştirakçısı, bəzi halda rəhbəri, siyasi mühacir. == Sosial mənşəyi == Nağı Mustafa oğlu Hacıbayramlı Tiflis quberniyasının, Tiflis qəzasının Qarayazı pristavlığının Kosalı kəndində 1902-ci ildə mülkədar ailəsində anadan olmuşdur. Atası Mustafa Hacıbayramoğlu (1870–1916) zamanəsinin qabaqcıl fikirli, zəngin insanlarından biri olmuşdur. Çox böyük sürüləri, naxırları, qışlaq və yaylaqda otlaq yerləri, əkin sahələri, bağları, kənddə, pristavlıqda, Tiflis şəhərində mülkləri, digər daşınmaz əmlakları, çoxsaylı ticarəti, bankda hesabı və möhürü olmuşdur. Çar Rusiyası dövründə var-dövləti qiymətləndirilərkən bir milyon o zamankı pul vahidində dəyərləndirilmişdir. Birinci dünya müharibəsinin başlanması eləcə də Çar Rusiyasında baş verən məlum siyasi hadisələr mülkün rəsmiləşdirilməsinə mane olmuşdur. İndiki Qardabani, keçmiş Qaratəpədəki mülkünə dəmiryol vağzalından XIX əsrin sonlarında elektrik xəttinin çəkilməsi, süd-yağ və tikiş məhsullarının istehsalı üçün sənaye miqyaslı maşınlarının Qaratəpəyə gətirilməsi, böyük un dəyirmanının inşaası, aclıq illərində öz vəsaiti hesabına Odessa şəhərindən vaqonla unun gətirdib təmənnasız xalqa paylanılması Nağı Hacıbayramlının atası Mustafa Hacıbayramoğlu tərəfindən edilmişdir. Kosalı, Nəzərli kəndlərinin ağsaqqallarının ümumi iclası əhalinin vəsaiti hesabına kənddə məktəb açılmasına qərar vermiş və bu işin icrasına tapşırılanlardan biri Mustafa Hacıbayramoğlu olduğu göstərilmişdir. Dövrünün çox nüfuzlu şəxslərindən olan Mustafa Hacıbayramoğlu indi də Qarayazıda müxtəlif fikirlərin qısa ifadəsində insanların məsəl yeridir. Mustafa Hacıbayramoğlu övladlarının təhsil alması və Tiflis şəhər işguzar mühitinə qarışmasında mühüm işlər görmüş, oğlu Nağı 1919-cu ildəTiflisdə dördillik rus dilində kommersiya təmaüllü gimnaziyanı bitirmişdir.
Nağı Həşimov
Nağı Anar oğlu Həşimov (20 avqust 1998; Gəncə, Azərbaycan — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nağı Həşimov 1998-ci il avqustun 20-də Gəncə şəhərində anadan olub. 2005-2013-cü illərdə Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-2015-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə orta təhsilini davam etdirib. 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2019-cu ildə ali hərbi məktəbi “yerüstü artilleriya bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi” (Mülki ixtisası: Xüsusi təyinatlı texnika və sistemlər) ixtisasıyla bitirib. == Hərbi xidməti == Nağı Həşimov 2015-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təyinatı ilə “N” saylı hərbi hissədə taqım komandiri kimi xidmətə başlayıb. Azərbaycan Ordusunun leytenantı olan Nağı Həşimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nağı Həşimov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Nağı Nağıyev
Nağı Nağıyev — yazıçı, dramaturq. == Həyatı == Nağı Kərim oğlu Nağıyev 13 iyul 1910-cu ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. O, 1930-cu ildə Naxçıvan Pedaqoji Texnikomunu bitirmiş,1930–1941 illərdə Ordubad və Babək rayonlarının kənd məktəblərində müəllimlik etmişdir. Nağı Nağıyev 1935–1938 illərdə Azərbaycan Qiyabi Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil almışdır. Nağı Nağıyev 1942–1945 illərdə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsində mətbuat bölməsinin müdiri, 1946–1949 illərdə Naxçıvan Mətbuat İdarəsinin rəisi, 1949–1951 illərdə Naxçıvan Dövlət Radio Verilişləri Komitəsinin müdiri vəzifələrində çalışmışdır. O, 1945–1951 illərdə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan filialının məsul katibi olmuşdur, Nağı Nağıyev 1951-ci ildən ömrünün sonuna kimi Bakıda yaşamış, "Azərnəşr"də bədii ədəbiyyat şöbəsinin müdiri işləmişdir. Nağı Nağıyev II Dünya Müharibəsi iştirakçısıdır. Nağı Nağıyev 13 may 1981-ci ildə Bakıda vəfat etmişdir. == Yaradıcılığı == Nağı Nağıyev qırx ilə yaxın bədii yaradıcılıqla məşğul olmuşdur. O, üç səhnə əsərinin bir çox hekayə, oçerklərin və ilk iri həcmli əsəri olan "Həsrət" romanının müəllifidir.
Nağı Əbdüləzimov
Nağı Əbdüləzimov (14 dekabr 1936, Zod, Basarkeçər rayonu – 8 sentyabr 2001, Gəncə) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == Nağı Kərim oğlu Əbdüləzimov 14 dekabr 1936-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndində anadan olub. 1953-cü ildə Zod kənd orta məktəbini bitirdikdən sonra Gəncə Pedaqoji institutun Dil-ədəbiyyat fakültəsinə daxil olub. 1957–1962-ci illərdə orta məktəbdə dil-ədəbiyyat müəllimi işləyib. 1962-ci ilin sentyabr ayında Basarkeçər rayon Komsomol Komitəsinin birinci katibi seçilərək, 1967-ci ilin avqust ayına kimi həmin vəzifədə çalışıb. 1967–1969-cu illərdə Bakı Ali Partiya Məktəbində oxuyub. 1969–1974-cü illərdə Zod kəndində kolxoz sədri işləyib. 1974–1976-cı illərdə Gəncə şəhəri Yüngül Sənaye Texnikumunda müəllimlik edib. 1976-cı ilin fevralından 1981-ci ilin aprel ayına qədər Azərbaycan KP Gəncə şəhər komitəsində təlimatçı, 1981-ci ilin aprel ayından 1991-ci ilin noyabr ayına kimi Gəncə şəhər PK də şöbə müdirinin müavini – Siyasi Maarif Evinin müdiri işləyib. 1991–1997-ci illərdə Mədəniyyət İşgüzarlıq Mərkəzinin müdiri kimi fəaliyyət göstərib.
İmam Nağı
İmam Əliyyən-Nəqi (8 sentyabr 829, Mədinə, Abbasilər xilafəti – 27 iyun 868, Səmərra, Abbasilər xilafəti) — Əli ibn Məhəmməd əl-Hadi.
Nazim
Nazim — Azərbaycanda və Türkiyədə daha çox işlədilən kişi adı. Nazim Hikmət — türk şair, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı (1950) Nazim Mahmudov — Azərbaycanlı professor. Nazim Mədətov — Azərbaycan Respublikasının Əməkdar mühəndisi. Nazim Məmmədov Nazim Məmmədov (rejissor) — Azərbaycanlı rejissor, kino rəssamı, animator. Nazim Məmmədov (alim) — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru. Nazim Məmmədov (professor) — professor. Nazim Məmmədov (iqtisadçı) — iqtisadçı. Nazim Məmmədov (general-leytenant) — general-leytenant. Nazim Qasımov — Nazim İmamverdiyev — Nazim Nağıyev — Səbail rayon polis idarəsi (1995–2003) və Binəqədi rayon polis idarəsinin (2003–2006) rəisi. Nazim Əlicanov — sərbəst güləş üzrə Avropa çempionu (2002), əməkdar idman ustası.
Taqım
Taqım və ya dəstə , ehtiyaclara və şərtlərə görə sayı dəyişməklə birlikdə təməl olaraq 35-40 şəxsi heyətdən ibarət olan hərbi bölmə. Dəstə komandiri Kiçik leytenant, Leytenant və ya Baş leytenant rütbəsindədir. Müstəqil vəzifə icra edə biləcək ən kiçik bölmədir. Təməl olaraq bir piyada dəstəsi,dəstə qərargahı, 3 piyada manqası və topçu manqasından ibarətdir. Ancaq bu birliyin vəzifələrinə görə dəyişə bilər. Sərhəd dəstəsi, Kəşfiyyat taqımı, Topçu taqımı, Minaatan taqımı kimi növləri var və bunların vəzifəyə görə özlərinə xas quruluşları vardır.
Lağım (film, 1993)
== Məzmun == Dustaqlar lağım atıb həbsxanadan qaçırlar. Sonra dustaqlar nəzarətçiyə, nəzarətçilər isə dustağa çevrilirlər. == Film haqqında == Film mətnsizdir.
Qar kraliçası (nağıl)
Qar kraliçası (dan. Snedronningen)— Hans Xristian Andersen tərəfindən 1844-cü ildə yazılmış nağıl.
Xeyirxah Nağıl (1986)
== Məzmun == Film müdrik qoca sehrbazın yaratdığı çətinlikləri aradan qaldırıb nənəsinin arzusunu həyata keçirən balaca Zaur haqqındadır. == Festivallar və mükafatlar == 1)1991-ci ildə Bu filmlə yanaşı "Sehrli çıraq" və "Basatın igidliyi" filmlərinə görə rejissor Vaqif Behbudov Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülmüşdür. == Film haqqında == Kukla filmidir.
Yatmış gözəl (nağıl)
Yatmış gözəl (nağıl) — ənənəvi Avropa nağılıdır. Nağılın 1697-ci ildə Şarl Perro tərəfindən nəşr edilmiş versiyası dərsliyə çevrildi. Nağılın Qrimm qardaşlarının versiyası da məlumdur. Aarne-Tompson təsnifatına görə, bu süjet 410 rəqəminə malikdir və süjeti fövqəltəbii qohumlar (kralın arvadı, baş qəhrəmanın ögey anası) üzərində qurulmuş nağıllara aiddir. Bu nağıl üçün çoxlu rəsmlər, baletlər, filmlər var. == Süjeti == Kral və kraliçanın çoxdan gözlənilən qızı dünyaya gəlir və bir pəridən başqa krallığın bütün pərilərini bayrama dəvət edirlər - çünki o, yarım əsridi ki, öz qəsrindən ayrılmamışdı və hamı onun öldüyünü düşünürdü. Vəftiz ziyafətinin qızğın vaxtında çağırılmamış pəri peyda olur, ona elə gəlirdi ki, ona hörmətsizlik edilir, çünki onun üçün kifayət qədər qiymətli qab-qacaq qoyulmayıb. Çağırılmamış pərilərdən və digər birindən başqa, bütün pərilər şahzadəyə sehrli hədiyyələr təqdim etdikdə, qoca pəri Karabos şokedici kəhanətini söylədi: şahzadə barmağını cəhrənin iynəsinə sancaraq öləcək. Sonuncu pəri hökmü yumşaldır: “Bəli, şahzadə barmağını iynəyə sancacaq, amma düz 100 il yatacaq” (Perronun orijinal variantında şahzadənin adı çəkilmir). Padşah bütün cəhrələri və iynələri yandırmaq üçün fərman verir, amma boş yerə: 16 ildən sonra şahzadə şəhərdən kənar qəsrdə, kral fərmanı haqqında heç nə eşitməyən və ip əyirən yaşlı bir qadın tapır.
Hacı Nağı körpüsü
Orta əsrlər zamanı Ordubad rayonu ərazisində inşa olunmuş körpülərdən biri də yerli əhali arasında "Hacı Nağı körpüsü" kimi tanınan körpü olmuşdur. == Coğrafi mövqeyi == Körpü rayon ərazisinin şimalından cənuba doğru axaraq Dəstə kəndinin Tub-Basar kövşənindən keçərək Araza qovuşan Vənəndçayın üzərində salınmışdır. Bir aşırımlı bu daş körpü (çayın yatağında, şərq va qərb dayaqlar arasında uzunluğu 6 metr, eni 3 m) Böyük İpək Yolunun Naxçıvandan keçən qolları ilə hərəkət edən edən ticarat karvanlarının hərəkətini asanlaşdırmaq məqsədi ilə inşa edilmişdi. Uzun müddət şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarına xidmət edən körpü XX yüzilliyin ortalarınadak salamat olmuşdur. El arasında banisinin adı ilə "Hacı Nağı körpüsü" kimi tanınan körpünün qalıqları hazırda qalmaqdadır. == İnşa tarixi == Körpünün üzərində onun inşa tarixi, sifarişçisi, memarı və s. haqqında məlumatları əks etdirən kitabə olmamışdır. Yaxud da belə bir kitabə olmuşdursa da indiyədək gəlib çatmamışdır. Ancaq bu körpü haqqında rayonun Dəstə kəndində 1610-1611-ci illərdə inşa olunmuş və əhali arasında "Meydan məscidi" adlandırılan məscidin kitabəsində məlumat verilir. Hazırda məscidin qərbdən giriş qapısının baş tərəfində qoyulmuş kitabənin məlumatından aydın olur ki, məscid və Dəstə kəndinin Tub-Basar kövşənindəki körpü eyni vaxtda – 1610-1611-ci ildə Məşədi Huseynəli Dəstəqinin oğlu Fəxrül-Hac Hacı Məhəmmədnəqi tərəfindən inşa edilmişdir.
Mirzə Nağı Nasiri
Mirzə Nağı Nasiri və ya Mirzə Nağı Ordubadi (ö. 1731) — Səfəvilər sülaləsinin son dövrlərində məmur kimi çalışmış şəxs. O, məşhur Ordubadi ailəsinə mənsubdur. == Həyatı == Mirzə Nağı uzun müddət şah şurasının (məcles-nevis və ya vaqāye'-nevis) katibi vəzifəsində çalışmışdır. O, önəmli risalənin nüəllifi olmuşdur. Bu traktat 1731-ci ildə II Şah Təhmasibin hakimiyyəti illərində tamamlanmışdır. Risalədə imperiyanın təşkili, orqanları, rütbələri və əməkhaqqı sistemi barədə məlumatlar əks etdirilmişdir. Müasir dövrdə bu kitabın əlyazması Hacı Hüseyn ağa Naxçıvani adlı şəxsin əlində idi. Orijinal adı naməlum olan əsərə məzmununa görə "Alqāb va Mavājeb-e Dowreh-ye Salātin-e Safaviyeh" adı verilmişdir. Hacı Hüseyn ağa sonradan bu əlyazmanı Təbriz ktabxanasına hədiyyə etmişdir.
Nağı Hacıbayramlı-Bayramgil
Nağı Hacıbayramlı Mustafa oğlu — bolşevik kommunist hakimiyyətinə qarşı Qarayazı gizli təşkilatın üzvü, kolxoz quruculuğuna qarşı Qarayazı kəndli qiyamının iştirakçısı, bəzi halda rəhbəri, siyasi mühacir. == Sosial mənşəyi == Nağı Mustafa oğlu Hacıbayramlı Tiflis quberniyasının, Tiflis qəzasının Qarayazı pristavlığının Kosalı kəndində 1902-ci ildə mülkədar ailəsində anadan olmuşdur. Atası Mustafa Hacıbayramoğlu (1870–1916) zamanəsinin qabaqcıl fikirli, zəngin insanlarından biri olmuşdur. Çox böyük sürüləri, naxırları, qışlaq və yaylaqda otlaq yerləri, əkin sahələri, bağları, kənddə, pristavlıqda, Tiflis şəhərində mülkləri, digər daşınmaz əmlakları, çoxsaylı ticarəti, bankda hesabı və möhürü olmuşdur. Çar Rusiyası dövründə var-dövləti qiymətləndirilərkən bir milyon o zamankı pul vahidində dəyərləndirilmişdir. Birinci dünya müharibəsinin başlanması eləcə də Çar Rusiyasında baş verən məlum siyasi hadisələr mülkün rəsmiləşdirilməsinə mane olmuşdur. İndiki Qardabani, keçmiş Qaratəpədəki mülkünə dəmiryol vağzalından XIX əsrin sonlarında elektrik xəttinin çəkilməsi, süd-yağ və tikiş məhsullarının istehsalı üçün sənaye miqyaslı maşınlarının Qaratəpəyə gətirilməsi, böyük un dəyirmanının inşaası, aclıq illərində öz vəsaiti hesabına Odessa şəhərindən vaqonla unun gətirdib təmənnasız xalqa paylanılması Nağı Hacıbayramlının atası Mustafa Hacıbayramoğlu tərəfindən edilmişdir. Kosalı, Nəzərli kəndlərinin ağsaqqallarının ümumi iclası əhalinin vəsaiti hesabına kənddə məktəb açılmasına qərar vermiş və bu işin icrasına tapşırılanlardan biri Mustafa Hacıbayramoğlu olduğu göstərilmişdir. Dövrünün çox nüfuzlu şəxslərindən olan Mustafa Hacıbayramoğlu indi də Qarayazıda müxtəlif fikirlərin qısa ifadəsində insanların məsəl yeridir. Mustafa Hacıbayramoğlu övladlarının təhsil alması və Tiflis şəhər işguzar mühitinə qarışmasında mühüm işlər görmüş, oğlu Nağı 1919-cu ildəTiflisdə dördillik rus dilində kommersiya təmaüllü gimnaziyanı bitirmişdir.
Nağı bəy Şeyxzamanlı
Şeyxzamanlı Nağı bəy Saleh bəy oğlu (1883, Yelizavetpol – 1967, İstanbul) — Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı olan Əks-inqilab ilə mübarizə təşkilatının rəisi. 1883-cü ildə Gəncə şəhərində dünyaya gəlib. Əvvəlcə Gəncədə əsası 1905-ci ildə Əhməd bəy Ağayev tərəfindən qoyulan Difai təşkilatının, 1917-ci ildən isə Nəsib bəy Yusifbəyli tərəfindən təsis edilən Türk Ədəmi-Mərkəziyyət partiyasının üzvü olub. 1917-ci ilin may ayında Müsəlman Demokratik Müsavat partiyası ilə birləşərək Müsavat adını almış həmin partiyanın üzvü kimi Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edib. N. Şeyxzamanlı 1919-cu ilin avqust ayında "Əksinqilabla Mübarizə Təşkilatı"nın rəisi təyin edilib. 1920-ci ilin mart ayında təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərib. Aprel ayının 28-də Azərbaycanın Rusiya tərəfindən istilasından sonra mühacir həyatı yaşamağa məcbur olan N. Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-də yaşayıb. Mühacirətdə olarkən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı fikirlərini və xatirələrini Keykurun imzası ilə yazan N. Şeyxzamanlının İstanbulda 1957-ci ildə Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev, 1963-cü ildə Dərdləşmə və 1964-cü ildə Azərbaycan istiqlal mücadiləsi xatirləri adlı kitabları çapdan çıxıb. N. Şeyxzamanlının sonuncu iki kitabında toplanmış əsərləri 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təkrar nəşr edilib. == Həyatı == Nağı bəy Şeyxzamanlı 1883-cü ildə Gəncə şəhərində Saleh bəy Şeyxzamanlının ailəsində dünyaya gəlmişdir.
Nağı bəy Əlizadə
Nağı bəy Əlizadə — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Mühafizə Dəstəsinin rəisi, podpolkovnik. == Həyatı == Əlizadə Nağı bəy 1897-ci ildə Bakı şəhərində dünyaya gəlib. == Fəaliyyəti == 1919-cu il fevralın 18-də Azərbaycan Parlamentində "Parlamenti Mühafizə Polisinin təşkili" məsələsini müzakirə edilir. Belə bir strukturun yaradılması zəruri hesab edilir və 4 maddədən ibarət qanun layihəsi təsdiq olunur. Yeni qanuna görə 200 nəfərlik polis dəstəsinin yaradılması məqbul sayılır. Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə yeni yaradılan polis strukturu "Parlamenti Mühafizə Dəstəsi" adlandırılır(sənədlərdə "Parlamentin Qoruyucu Bölüyü" də yazılmışdır…). Yeni strukturun təşkilinə dövlət xəzinəsindən 2.200000 manat ayrılır. Parlamenti Mühafizə Dəstəsinin komanda (idarə) heyəti 6 ştat vahidi üzrə təsis olunur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Mühafizə Dəstəsinin rəisi podpolkovnik Nağı bəy Əlizadə təyin edilir. Onun aylıq məvacibi 4500 rubl idi.
Nağı xan Qarapapaq
Nağı xan Qarapapaq (?-?) — Qarapapaq elinin rəisi. == Həyatı == 14 may 1827-ci ildə rus polkovniki Qurko Arazın sağ sahilində çoxsaylı alaçıqlar görür. Casusluq edən ermənilər xəbər gətirirlər ki, bu alaçıqları Qarapapaq Nağı xan qurub. Başkomandan general İ. Paskeviçin bununla bağlı qraf Nesselroda göndərdiyi rəsmi məktubundan bəzi sətirləri nəzərinizə çatdırırıq: "İrəvan vilayətindən 100 qarapapaq ailəsi Türkiyəyə keçdi. Başqa qarapapaqlar (800 ailə) öz düşərgələrini Arazın o tayında salıblar və Nağı xan ilə İsmayıl ağanın rəhbərliyi altında onların ən yaxşı miniciləri Həsən xana xidmət edir. Rəisləri İsgəndər xan 9 mayda bizimlə vuruşda öldürülmüş Çobankərəlilər (20 ailə) də onlarladır… Qarapapaq eli arasında ətraf vilayətlərin hamısında uğurlu qaçaqçılıqla şöhrətlənmiş çox cəsur insanlar var". V. Potto: "Şadlılardan 60 nəfər silahlarını atıb Sərdarabaddan qaçdı, Nağı xanın ən yaxşı atlılarından olan 50 qarapapaq onu tərk edib Göyçəyə qayıtdı. Ancaq bu hələ ki, ayrıca istisnalar idi. Tatar tayfalarını daha təhlükəsiz etmək üçün müvafiq tədbirlər həyata keçirmək lazım gəlirdi. Belə tədbirlərdən daha məqsədəuyğunu onlarla dinc münasibətin yaradılması idi.
Nağı xan Şahsevən
Nağı xan Şahsevən (1867-?) — İran hərbçisi, general-mayor == Həyatı == Nağı xan 1867-ci ildə Ərdəbil şəhərində anadan olmuşdur. Mükəmməl hərbi təhsil almışdır. Sərdari-Rəşid ləqəbini daşıyırdı. Məşrutə hərəkatında iştirak etmişdi. Məhəmmədəmin Rəsulzadə yazır: "Gilanın iki mühüm səngəri vardır. Biri Tehran yolunda Qəzvin səmtində olub, yuxarıda zikr olunan səngərdir. Digəri isə Astara səngəridir. Gilanı talan etmək qəsdi ilə Tehran hökuməti belə bir nəqşə götürmüşdür ki, Qəzvinə zikr olunduğu üzrə qoşun yeritmiş, o biri tərəfdən dəxi Ərdəbil-Rəşidülmülkünü təhrik və onun vasitəsi ilə Nəmin xanlarını təşviq edib, Astara üstünə göndərilir ki, iki tərəfdən Gilanı giridara salsın. Lakin Gilan məşrutəçilərinin Tehran yolunda hazırlıqları nə dərəcədə isə Astara dəxi əhəmiyyətsiz deyildir. Hətta əvvəlinci bir müqabilədə məşrutəçilərin düşmənə qalib gəldikləri məlumdur.
Tağı Nağı oğlu
Tağı Əliyeviç Nağıyev (Rusiya imperiyası) — Bakı Şəhər İctimai Özünüidarəsinin üzvü, Bakı Şəhər Dumasının üzvü, keçmiş Hümmətçi, Müsavat Partiyası qurucularından biri. == Siyasi fəaliyyəti == 1911-ci ilin oktyabr ayında Bakıda Tağı Nağıyev və Məhəmməd Əli Rəsulzadə ilə Abbasqulu Kazımzadə Məhəmməd Əmin Rəsulzadənin tapşırıq və tövsiyələrinə uyğun olaraq Müsəlman Demokrat Müsavat Partiyasının əsasını qoymuşdur. Məhəmməd Əli Rəsulzadə daha sonralar yazırdı: 1918-ci ildə Bakı Şəhər Dumasının 36 üzvü tərəfindən Duma əvəzinə işə düşəcək Bakı Şəhər İctimai Özünüidarəsinin 46 yeni üzvü seçilmiş bütün 80 üzvün siyahısı 22 sentyabr 1918-ci ildə hökumət tərəfindən təsdiqlənmişdi. Yeni seçilən üzvlər arasında Tağı Nağyev də var idi. == Mənbə == === Ədəbiyyat === Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
Əli Nağı Hüseynov
Əli Nağı Məmmədhəsən oğlu Hüseynov (5 may 1900, Salyan, Cavad qəzası – 27 yanvar 1957, Bakı) — Fəhlə-Kəndli Qızıl Ordusunun polkovniki (1942), 402-ci Azərbaycan Atıcı Diviziyasının komandiri. 5 may 1900-cü il tarixində Salyanda anadan olub. 1918-ci ilin dekabrından 1919-cu ilin sonunadək Azərbaycan Xalq Cümhuriyyəti Silahlı Qüvvələrinin 4-cü Quba alayının sıravi üzvü idi. 1919-cu ilin dekabr ayından 1920-ci ilin aprel ayına qədər Gəncədəki hərbi (yunker) məktəbində, sonra 1920-ci ilin sentyabrınadək Bakı Birləşmiş Hərbi Məktəbində oxumuşdur. 2-ci sərhəd briqadasında eskadron komandiri vəzifəsinə təyin edildi. 1920-ci ildən Fəhlə-Kəndli Qızıl Ordusunda xidmətini davam etdirir. Qış müharibəsi zamanı kapitan rütbəsində olan Əli Nağı Hüseynov atıcı alayının komandiri vəzifəsinə təyin olunur. Сəsarət və hünərinə görə Qırmızı Bayraq ordeni ilə təltif olunur və Timoşenkonun əlindən fərdi mükafat kimi qılınc alır. 1941-ci ildə - mayor, Qərb və Orta Cəbhələrdəki 151-ci atıcı diviziyasında alay komandiri oldu. Yaralandı, mühasirədən çıxdı, ikinci Qırmızı Bayraq ordeni ilə təltif olundu.
Bilal Nazim
Bilal Nazim( (tam adı-Molla Bilal bin Molla Yusuf Nazim;1825 və ya 1824 – 1899) — Uyğur şairi və yazıçısı, XIX əsr uyğur ədəbiyyatının mərkəzi siması, uyğur klassik ədəbiyyatının son nümayəndəsi. == Həyatı == Bilal Nazim 1825-ci ildə Çinin Kulja şəhərində çəkməçi ailəsində anadan olmuşdur. Kuljadakı Baytulla mədrəsəsində təhsil almışdır. Şəxsi mütaliəsi sayəsində Şərq xalqlarının tarixi və ədəbiyyatı ilə yaxından tanış olmuşdur. O, Uyğur xalqının milli-azadlıq hərəkatının fəal mübarizlərindəndir. 1864-1867-ci illərdə Şərqi Türküstanda Uyğur, Qazax və Dungan xalqlarının Mançu-Çin müstəmləkəçilərinə qarşı milli-azadlıq hərəkatı yayılarkən Sadır Paluan, Molla Şakir, Səidməhəmməd Kaşi kimi şairlərlə yanaşı, Bilal Nazim da hərəkatda yaxından iştirak etmişdir. Müəllif Çün müstəmləkəçiliyinə qarşı azadlıq hərəkatı ilə bağlı təəssüratını “Çin dövlətində hərəkat” (1876) tarixi poemasında yüksək bədii sənətkarlıqla əks etdirmişdir. === Vəfatı === Bilal Nazim 1899-cu ildə Qazaxıstanın Yarkənd (indiki Jarkənd) şəhərində vəfat etmişdir. == Yaradıcılığı == === Bədii yaradıcılığı === Ədəbi yaradıcılığa 1840-cı illərdə şeirlə başlamışdır. Lakin müəllifin 26-27-yaşlarına qədər yazdığı əsərlər haqqında məlumat yoxdur.
Faytonçu Nazim
Nazim Pişyari və ya Faytonçu Nazim olaraq da tanınır. (26 avqust 1968, Lənkəran) — Azərbaycan müğənnisi, aktyoru. == Həyatı == 1968-ci il avqustun 26-da Lənkəranda anadan olub. 1985-cı ildə Bakı şəhəri 26 saylı orta musiqi məktəbinin klassik gitara və ümumi fortepiano şöbəsini bitirib. 1988-1991-ci illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fərdi qaydada vokal dərsləri alıb. 1990-cı ildən peşəkar səhnədədir. 1994-cü ildə İsveç və Norveçdə qastrol səfərlərində olub. 1995-ci ildə "Kainat" qrupunu yaradıb. 1998-ci ildə "Kainat" qrupuyla Almanıyanın bir sıra şəhərlərində qastrolda olub.
Nasim Abışov
Şablon:"Əməkdar müəllim Nasim Əjdər oğlu Abışov — pedaqogika üzrə elmlər doktoru, professor, Respublikanın Əməkdar müəllimi. Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü. == Həyatı == Abışov Nasim Əjdər oğlu 12 may 1974-cü il tarixində Yardımlı rayonunun Bozayran kəndində anadan olmuşdur. Orta məktəb şagirdləri arasında kimya fənni keçirilmiş Respublika fənn olimpiadalarının qalibi kimi 1991-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə imtahansız qəbul olunmuş və 1996-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. N.Ə.Abışov BDU-da oxuduğu dövr ərzində ali məktəb tələbələri arasında kimya fənni üzrə keçirilmiş Respublika fənn olimpiadalarının qalibi olmuşdur. O, 1996-cı ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Fiziki kimya” ixtisası üzrə aspiranturasına daxil olmuş, 1999-cu ildə oranı bitirmiş, 2000-ci ildə həmin ixtisas üzrə kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. Aspiranturada oxuduğu dövrdə BDU-da yaradılmış “Kimyadan dünya olimpiadasına hazırlıq mərkəzində” orta məktəb şagirdlərindən ibarət Azərbaycan yığma komandasının hazırlığında fəal iştirak etmişdir. N.Ə.Abışov yığma komandanın uğurlu nəticələrinə görə MDB ölkələrinin “Kimyadan Təhsil Assosiasiyasının“ diplomu, 2 dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı, 2 dəfə BDU- nun Fəxri Fərmanı ilə təltif olunmuşdur. 2011-ci ildə ADPU-nun "Kimyanın tədrisi metodikası" ixtisası üzrə doktoranturasını bitirmişdir. 2013-cü ildən pedaqogika üzrə elmləri doktoru, 2017-ci ildən professordur.
Nazim Abbas
Nazim Hüseynqulu oğlu Abbasov (14 dekabr 1938, Lənkəran – 16 sentyabr 2000) — Azərbaycan rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). == Həyatı == Nazim Abbas 1938-ci ildə Lənkəran şəhərində anadan olub. 1961-ci ildə ADTİ-nin (indiki ADMİU) teatr və kino fakültəsini, 1972-ci ildə LDTM və Kİ-nin televiziya rejissorluğu fakültəsini bitirmişdir. 1961-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsində rejissor köməkçisi, rejissor assistenti, rejissor, baş rejissor işləyib. 1979–1991-ci illərdə "Bakı" televiziya stansiyasının direktoru və baş rejissoru olmuşdur. 1993–2000-ci illərdə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin direktoru olmuşdur. Yüzdən artıq televiziya filminə rejissorluq edib. Onun çəkdiyi filmlər Azərbaycan Televiziyasının qızıl fondunda qorunub saxlanılır. Nazim Abbas işlədiyi 37 il ərzində 5 bədii, 17 musiqili və 127 sənədli filmlərin rejissoru və bəzilərinin ssenari müəllifidir. Nazim Abbasın çəkdiyi 12 film mükafat və prizlərə layiq görülüb.
Nazim Abbasov
Nazim Abbasov (alim)
Nazim Abdullayev
Nazim Abdullayev (polis) — şəhid, polis baş serjantı. Nazim Abdullayev (həkim) — əməkdar həkim.
Nazim Kazımov
Nazim Kazımov (4 aprel 1950, Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR) — tarzən, pedaqoq, əməkdar insəsənət xadimi (2006), professor (2008). == Həyatı == Nazim Kazımov 1950-ci aprelin 4-də Naxçıvanda anadan olub. 1966-1970 illərdə ADMT-nun "Xalq çalğı alətləri" şöbəsində tar ixtisası üzrə təhsil almışdır. Eyni zamanda, 1967—1973-cü illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1973—1978 illərdə ADK-nın Xalq musiqisi fakültəsində xalq artisti, Dövlət mükafatı laureatı, professor Səid Rüstəmovun sinfində (tar ixtisası üzrə) təhsilini davam etdirmişdir. 1978-ci ildə konservatoriyanı bitirib təyinatla yenidən ilk əmək fəaliyyətinə başladığı Əli Bayramlı musiqi məktəbinə göndərilən Nazim Kazımov 4 il burada müəllim və direktor müavini kimi çalışmış, 1981—1984-cü illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq musiqisi kafedrasında müəllim, 1984-cü ildən 1992-ci ilədək isə Əli Bayramlı musiqi məktəbində direktor vəzifəsində işləmişdir. 1992-ci ildə yenidən Təhsil Nazirliyində inspektor, aparıcı mütəxəssis, baş mütəxəssis və idarə rəisinin müavini vəzifələrində çalışmışdır. 2001-ci ildə onu vaxtilə təhsil aldığı A. Zeynallı adına Musiqi Texnikumuna - həmin ərəfədə artıq Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə çevrilən musiqi təhsili ocağına direktor təyin olunur. N. Kazımov geniş erudisiyalı, musiqi təhsilinin müasir problem və inkişaf meyillərini dərindən bilən pedaqoqdur. Təlimi Azərbaycan və rus dillərində aparılan ümumtəhsil məktəblərinin I, V, VII və VIII sinifləri üçün son illərdə nəşr olunan "Musiqi" dərsliklərinin müəlliflərindən biridir.
Nazim Kirxlarov
Nazim Nadir oğlu Kirxlarov (20 dekabr 1993; Suraxanı rayonu, Azərbaycan — 23 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nazim Kirxlarov 1993-cü il dekabrın 20-də Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olub. O internat məktəbini bitirib. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Nazim Kirxlarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nazim Kirxlarov oktyabrın 23-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim Kirxlarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim Kirxlarov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim Kirxlarov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim Kirxlarov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim Kirxlarov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Nazim Mahmudov
Nazim İdris oğlu Mahmudov (12 iyun 1958, Cəbrayıl rayonu) — Fizika‑riyaziyyat elmləri doktoru, professor. Doğu Akdeniz Universitetinin riyaziyyat kafedrasının müdiri. == Həyatı == Mahmudov Nazim İdris oğlu 1958-ci il iyunun 10-da Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Sultanlı kəndində anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib. 1980–1984-cü illərdə Azərbaycan EA Kibernetika İnstitutunun aspiranturasında oxuyub. "Hilbert fəzasında stoxastik optimal idarəetmə" mövzusunda namizədlik dissertasiyası müdafiə edəndən sonra Azərbaycan EA Kibernetika İnstitutunun riyazi kibernetika laboratoriyasında işləməyə başlayıb. N. Mahmudov 1993-cü ildən Şimali Kipr Türk Respublikasının Doğu Akdeniz Universitetinin riyaziyyat kafedrasında işləyir. 2004-cü ildə ona professor elmi adı verilib. 2011-ci ildən Doğu Akdeniz Universitetinin riyaziyyat kafedrasının müdiridir.
Nazim Mirişli
Nazim Ramiz oğlu Mirişli (6 mart 1962, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2012). == Həyatı == 1962-ci il martın 6-da anadan olub. Əsərləri: Kamera orkestri üçün 4 Pyes (1994); Piano üçün 7 Pyes silsiləsi (1993 – 1997); Kamera orkestri üçün türk xalq mövzuları əsasında Süita (1998); E. Ertemin söz. xor və simfonik orkestr üçün "Epcies" Odası (1999). Kinofilmlərə musiqi: "Qəzəlxan" /həmmüəllif — R. Mirişli/ (1991), "Yarasa" (1995). Bəstəkarlar — Ramiz Mirişlinin oğlu, Yusif Mirişlinin qardaşıdır.
Nazim Mustafa
Nazim Yusif oğlu Mustafayev (Nazim Mustafa; 2 yanvar 1957, Güllübulaq, Amasiya rayonu) — Azərbaycan tarixçisi, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (2012). Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı. == Həyatı == Nazim Mustafa 2 yanvar 1957-ci ildə Ermənistan SSR Amasiya rayonunun Güllübulaq kəndində anadan olmuşdur. 1963–1972-ci illərdə Güllübulaq kənd orta məktəbində, 1972–1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Riyaziyyat fakültəsində təhsil almışdır. Təhsilini bitirdikdən sonra 1977–1980-ci illərdə təyinatla Güllübulaq kənd orta məktəbində riyaziyyat müəllimi işləmişdir. 1980–1981-ci illərdə Ermənistan Kommunist Partiyası Amasiya Rayon Komsomol Komitəsində məktəblər üzrə üçüncü katib işləmiş, 1980-ci ilin noyabr-dekabr aylarında Ermənistan LKGİ MK-nin göndərişi ilə Bakı Zonal Komsomol Məktəbinin müdavimi olmuşdur. 1981-ci ilin sentyabr ayında Amasiya Rayon Komsomol Komitəsində ideoloji məsələlər üzrə ikinci katib seçilmiş, 1982-ci ilin dekabr ayınadək bu vəzifədə işləmişdir. 1983–1984-cü illərdə Amasiya Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsini icra etmişdir. 1983-cü ilin mart ayında Ermənistan LKGİ MK nəzdində Komsomol Məktəbinin müdavimi olmuşdur. Nazim Mustafa 1985-ci il yanvarın 1-dən 1988-ci il dekabrın 1-dək Ermənistan KP Amasiya Rayon Komitəsində idoloji məsələlər üzrə təlimatçı işləmişdir.
Nazim Mustafayev
Nazim Mustafayev (tam adı: Nazim Pirməmməd oğlu Mustafayev; 9 aprel 1941, Nuxa)— kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, professor, kimya üzrə elmlər doktoru. == Həyatı == Nazim Mustafayev 1941-сi il aprelin 9-da Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırki BDU) kimya fakültəsinə qəbul olunub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra aspiranturada təhsilini davam etdirmək üçün saxlanılmış, lakin elmi-tədqiqat işini Universitetin ezam olunmuş aspirantı kimi akademik Ə.M.Quliyevin rəhbərliyi ilə əvvəl Neft-Kimya Prosessləri, sonra isə Aşqarlar Kimyası İnstitutunda yerinə yetirmişdir. 1968-ci ildə "Ksantogenatlar, tiollar və arilxlorfosfitlər əsasında kükürd- və fosforsaxlayan birləşmələrin sintezi və sürtkü yağlarına aşqar kimi tədqiqi" mövzusu üzrə kimya üzrə fəlsəfə doktoru, 1991-ci ildə isə "Tiokarbon turşuları törəmələri əsasında sürtkü yağlarına effektli yeyilmə və siyrilməyə qarşı aşqarların işlənilməsinin elmi əsasları" mövzusunda kimya üzrə elmlər doktoru elmi dərəcələrini, 1992-ci ildə professor elmi adını almışdır. 1966-cı ildə Aşqarlar Kimyası İnstitutunun "Transmissiya yağları üçün aşqarlar" laboratoriyasına kiçik elmi işçi vəzifəsinə qəbul edilən N.Mustafayev ardıcıl olaraq böyük mühəndis, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1983-cü ildən bu günə qədər laboratoriya müdiri kimi elmi fəaliyyətini davam etdirir. O, eyni zamanda 1988–1998-ci illərdə İnstitutun struktur bölməsi olan "Aşqar kompozisiyaları" şöbəsinə ictimai əsaslarla rəhbərlik etmişdir. == Elmi fəaliyyəti == Professor Nazim Mustafayevin ellmi fəaliyyətinin əsas istiqaməti element-üzvi birləşmələrin, xüsusən kükürdlü, fosforlu və xlorlu üzvi maddələrin sintezi, sürtkü yağlarına aşqar kimi tədqiqi və müasir texnikanın tələblərini ödəyən sürtkü kompozisiyalarının yaradılmasıdır.
Nazim Muğanlı
Nazim Müzəffərli
Nazim Müzəffər oğlu İmanov və ya Nazim Müzəffərli (11 iyun 1955, Bakı) — AMEA İqtisadiyyat İnstitutunun direktoru, Azərbaycan Milli Məclisinin I çağırış üzvü, Azərbaycan Milli İstiqlal Partiyasının sabiq sədr müavini, iqtisad elmləri doktoru, professor. == Həyatı == Nazim İmanov 1955-ci il iyun ayının 11-də Bakı şəhərində anadan olmuşdur. 1977-ci ildə indiki Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1983-cü ildə AMEA İqtisadiyyat İnstitutunda namizədlik, 1990-cı ildə Moskva şəhərində İctimai Elmlər Akademiyasında doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1992-ci ildən professordur. 1994-cü ildən Beynəlxalq Eko-Enerji Akademiyasının həqiqi üzvüdür. 2016-cı ildən "Elm və ali təhsil sahəsində Beynəlxalq Konsultativ Komitə"nin (ÇXR) baş məsləhətçisidir. Nazim İmanov 1977–179-cu ilərdən Azərbaycan Dövlət Plan Komitəsi nəzdindəki İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, 1982–1986-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, 1986–1991-ci illərdə Bakı Ali Partiya Məktəbində baş müəllim, dosent, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda professor olaraq çalışmışdır. Nazim İmanov 1991–1995-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda elmi işlər üzrə prorektor vəzifəsində də çalışmışdır. Həmçinin Naim İmanov 2003–2005-ci illərdə Avropa İttifaqının eksperti, 2005–2015-ci illərdə "Qafqaz və Qloballaşma" elmi məcmuəsinin baş redaktoru, 2007–2014-cü illərdə isə Azərbaycan Banklar Assosiasiyasında müşavir kimi fəaliyyət göstərmişdir.
Nazim Mədətov
Nazim Mədətov (d. 4 yanvar 1952, Kirovabad , Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikasının Əməkdar mühəndisi. == Həyatı və fəaliyyəti == 4 yanvar 1952-ci ildə Kirovabad şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunun avtomatik elektrik rabitəsi ixtisasını bitirmişdir. 1974-cü ildən təyinatla Azərbaycan Respublikasının Rabitə Nazirliyinin Məlumat Hesablama Mərkəzinin böyük mühəndisi vəzifəsində calışmışdır. 1976-cı ildə qrup rəhbəri, 1982-ci ilə şöbə rəisi və 1987-ci il tarixdən başlayaraq MHM-nin direktor müavini vəzifəsində çalışır. == Mükafatları və fəxri adları == 1986 — "Əməkdə Fədakarlıq" medalı; 2004 — Azərbaycan Rabitə Ustası; 05.12.2006 — Azərbaycan "Əməkdar Mühəndis".
Nazim Məmmədov
Nazim Məmmədov (rejissor) (1934—2004) — Azərbaycanlı rejissor. Nazim Məmmədov (fizik) (d. 1953) — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru. Nazim Məmmədov (bioloq) (d. 1958) — Bioloq. Nazim Məmmədov (iqtisadçı) (d. 1963) — İqtisadçı, Milli Məclisinin deputatı. Nazim Məmmədov (general-leytenant) (1951—2022) — dövlət xadimi.
Nazim Nağıyev
Nazim Teymur oğlu Nağıyev — Səbail rayon polis idarəsi (1995-2003) və Binəqədi rayon polis idarəsinin (2003-2006) keçmiş rəisi.Hal hazırda Milli Aviasiya Akademiyasında çalışır. == Həyatı == Nazim Nağıyev 1972-ci ildə Bakı Dövlət Universitetini riyaziyyatçı ixtisası üzrə bitirib. Mərkəzi Statistika İdarəsində mühəndis (1974-1976), Milli Elmlər Akademiyasının “Kaspi” elmi mərkəzində elmi işçi (1976-1977), Daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır (1977-2006). 1995-2003-cü illərdə Səbail rayon polis idarəsində, 2003-2006-cı illərdə isə Binəqədi rayon polis idarəsində polis rəisi olmuşdur. İstefada olan polis polkovnikidir. Hal-hazırda Milli Aviasiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur. == Həmçinin bax == Keçmiş nazir Əli Nağıyevin qardaşıdır.
Nazriya Nazim
Nazriya Nazim (malaya. നസ്രിയ നസീം, ing. Nazriya Nazim; 20 dekabr 1994, Tiruvanantapuram[d]) — Hindistan aktrisası, müğənnisi, modeli, teleaparıcısı.
Raqim Hadiyev
Raqim Teymur oğlu Hadiyev (19 mart 1999, Ələzəpin, Lənkəran, Azərbaycan — 4 noyabr 2020, Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Raqim Hadiyev 1999-cu il martın 19-u Lənkəran rayonunun Alazepin kəndində anadan olub. Orta təhsilini Alazepin kənd məktəbində aldıqdan sonra hərbi xidmətə yollanıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Həci Hüseynov Füzuli, Cəbrayıl, Hadrut istiqamətində gedən döyüşlərdə savaşıb. 4 noyabr 2020-ci il tarixində Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Lənkəranda torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Raqim Hadiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Raqim Hadiyev "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Raqim Hadiyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Raqim Hadiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Tənha Narın Nağılı (1984)
== Məzmun == Bu, müharibədən sonrakı ilk illərdə çiyinlərinə dövrün ağır yükü düşmüş adamlar, Azərbaycan şəhərlərindən birinin həyatı, insan mənəviyyatının paklığı haqqında film-xatirədir. Filmin balaca qəhrəmanı, məktəbli Sadiq(Ruslan Nəsirov) ona ən yaxın olan yeganə adamı, bibisi Mədinə(Şükufə Yusifova) ilə birlikdə kənddən şəhərə köçür. Bir vaxtlar bibisi Sadığa guya yeni evlərinin pəncərələrinin altında böyüyən gözəl nar ağacı haqqında nağıl danışmışdı. Məlum olur ki, müharibədən sonrakı Azərbaycan şəhərinin həyatı heç də oğlanın təsəvvür etdiyi kimi deyilmiş. Lakin müharibənin yükünü öz üzərində hiss etmiş adamlarla ünsiyyət saxlaması Sadığı daha da nəcibləşdirir və xeyirxah edir. == Film haqqında == Film aktyor İdris Rüstəmovun kinoda ilk işidir. Film yazıçı Əkrəm Əylislinin "Adamlar və Ağaclar" silsilə povestlərindən biri-"Tənha Nar Ağacı" əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin Müəllifi : Əkrəm Əylisli Ssenari müəllifi : Roza Hüsnitdinova Quruluşçu rejissor : Şamil Mahmudbəyov, Həsənağa Turabov Quruluşçu operator : Zaur Məhərrəmov Quruluşçu rəssam : Kamil Nəcəfzadə Bəstəkar : Tofiq Quliyev Səs operatoru : Ağahüseyn Kərimov Rejissor : Tofiq Məmmədov Operator : Nizami Abbasov Mahnı Mətni : Eyvaz Borçalı Geyim rəssamı : Kamil Nəcəfzadə Qrim rəssamı : Elbrus Vahidov Dekor rəssamı : Səyyad Bayramov Montaj edən : V. Mironova, G. Hüseynova Rejissor assistenti : Ə. Əhmədov, Fərid Hümbətov, F. Hüseynov Operator assistenti : Sərvər Rəşidoğlu(Sərvər Quliyev kimi) Rəssam assistenti : M. Manuvaxova Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı : Sərvər Musayev(S. Musayev kimi) İşıq Ustası : Rüstəm Rüstəmov Redaktor : Ramiz Rövşən(R. Əliyev kimi) İnzibatçı : Məmməd Qurbanov, Sahib Quluzadə Çalır : Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Simfonik Orkestri Dirijor : Əli Cavanşir Filmin direktoru : Aydın Dadaşov Kadrarxası mətn : Fəxrəddin Manafov Mahnı İfa edən : Akif İslamzadə(titrlərdə yoxdur) === Rollarda === Ruslan Nəsirov-Sadıq Şükufə Yusifova-Mədinə Nəcibə Hüseynova-Mərcan Yaşar Nuri-Qubad Rasim Balayev-Yaqub Natəvan Məmmədova-Surət Süsən Məcidova-Bəyxanım Əminə Yusifqızı-Firuzə Həsən Əbluc-Səyyad İlqar Ağayarov-Xəzər Həsənağa Turabov-Əli Nadir Əzməmmədov Mayak Kərimov-Leytenant Ötkəm İsgəndərov-Mənsur İdris Rüstəmov-Səlim N. Rukoviçkina Lətifə Əliyeva-Sədəf == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Tənha narın nağılı (film, 1984)
== Məzmun == Bu, müharibədən sonrakı ilk illərdə çiyinlərinə dövrün ağır yükü düşmüş adamlar, Azərbaycan şəhərlərindən birinin həyatı, insan mənəviyyatının paklığı haqqında film-xatirədir. Filmin balaca qəhrəmanı, məktəbli Sadiq(Ruslan Nəsirov) ona ən yaxın olan yeganə adamı, bibisi Mədinə(Şükufə Yusifova) ilə birlikdə kənddən şəhərə köçür. Bir vaxtlar bibisi Sadığa guya yeni evlərinin pəncərələrinin altında böyüyən gözəl nar ağacı haqqında nağıl danışmışdı. Məlum olur ki, müharibədən sonrakı Azərbaycan şəhərinin həyatı heç də oğlanın təsəvvür etdiyi kimi deyilmiş. Lakin müharibənin yükünü öz üzərində hiss etmiş adamlarla ünsiyyət saxlaması Sadığı daha da nəcibləşdirir və xeyirxah edir. == Film haqqında == Film aktyor İdris Rüstəmovun kinoda ilk işidir. Film yazıçı Əkrəm Əylislinin "Adamlar və Ağaclar" silsilə povestlərindən biri-"Tənha Nar Ağacı" əsasında ekranlaşdırılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin Müəllifi : Əkrəm Əylisli Ssenari müəllifi : Roza Hüsnitdinova Quruluşçu rejissor : Şamil Mahmudbəyov, Həsənağa Turabov Quruluşçu operator : Zaur Məhərrəmov Quruluşçu rəssam : Kamil Nəcəfzadə Bəstəkar : Tofiq Quliyev Səs operatoru : Ağahüseyn Kərimov Rejissor : Tofiq Məmmədov Operator : Nizami Abbasov Mahnı Mətni : Eyvaz Borçalı Geyim rəssamı : Kamil Nəcəfzadə Qrim rəssamı : Elbrus Vahidov Dekor rəssamı : Səyyad Bayramov Montaj edən : V. Mironova, G. Hüseynova Rejissor assistenti : Ə. Əhmədov, Fərid Hümbətov, F. Hüseynov Operator assistenti : Sərvər Rəşidoğlu(Sərvər Quliyev kimi) Rəssam assistenti : M. Manuvaxova Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı : Sərvər Musayev(S. Musayev kimi) İşıq Ustası : Rüstəm Rüstəmov Redaktor : Ramiz Rövşən(R. Əliyev kimi) İnzibatçı : Məmməd Qurbanov, Sahib Quluzadə Çalır : Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Simfonik Orkestri Dirijor : Əli Cavanşir Filmin direktoru : Aydın Dadaşov Kadrarxası mətn : Fəxrəddin Manafov Mahnı İfa edən : Akif İslamzadə(titrlərdə yoxdur) === Rollarda === Ruslan Nəsirov-Sadıq Şükufə Yusifova-Mədinə Nəcibə Hüseynova-Mərcan Yaşar Nuri-Qubad Rasim Balayev-Yaqub Natəvan Məmmədova-Surət Süsən Məcidova-Bəyxanım Əminə Yusifqızı-Firuzə Həsən Əbluc-Səyyad İlqar Ağayarov-Xəzər Həsənağa Turabov-Əli Nadir Əzməmmədov Mayak Kərimov-Leytenant Ötkəm İsgəndərov-Mənsur İdris Rüstəmov-Səlim N. Rukoviçkina Lətifə Əliyeva-Sədəf == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Kazım
Kazım — Kişi adı.
Kağız
Kağız — məktub yazmaq, şəkil çəkmək və ya nəyi isə qablaşdırmaq üçün istifadə edilən xüsusi material. == Tarixi == Kağız Çinin dörd möhtəşəm (barıt, kompas, kağız və kitab çapı) kəşfindən biri sayılır. İlk kağız bizim eradan əvvəl II əsrdə Çində, ipəkdən hazırlanıb. Han sülaləsinin saray əyanı Çay Lon yazırdı ki, o, e.ə. 105-ci ildə tut ağacından kağız istehsal etmişdir. Çində ilk olaraq kağızdan bağlamalar və yazı yazmaq üçün istifadə edilirdi. Tan sülaləsi dövründə ilk tualet kağızı və kağız çay torba və qutucuqları meydana çıxır. Sun imperiyası dövründə ilk kağız pul əskinazı kəsilmişdir. İlk kağız fabriki 794-cü ildə Bağdadda Harun ər-Rəşidin vəzirinin oğlu İbn Fəzl tərəfindən qurulmuşdur. Belə bir fabrik 800-cü ildə Misirdə, 950-ci ildə isə Əndəlüsdə (İspaniya) inşa edilmişdir.
Naadım
Naadim ( Tuvan : Наадым - Naadim) Tuva Respublikasında ənənəvi bir festivaldır. Tuva Respublikasının maldarlarının bayram şənliyi və bayramı. Son tədbir avqustun ortalarında. Naadim, 1922-ci ildə Tuva Xalq Respublikasının qurulmasından bəri qeyd olunmağa başladı. == Haqqında == Nadim festivalı hər il baş verir. Festivaldan əvvəl Tuvadakı bütün vilayətlər arasından keçir və son mərhələsi vahid olaraq reallaşır. Baş vermə vaxtı: iyul-avqust-sentyabr. Festival zamanı yarışlar, güləş, at yarışı və ox atma kimi fəaliyyətlər keçirilir. Tiva Xalq Respublikası yarandığı gündən bəri bir tətil kimi qeyd olunur. Sovet dövründəki qadağalarla aradan qalxsa da, 1993-cü ildə yenidən milli bayram kimi qeyd olunmağa başladı.
Nanıc
Nanıc — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Lahıc turizm zonasında yerləşir. Əhalisi 73 nəfərdir ki onunda 33 nəfəri kişi, 40 nəfəri qadındır.. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 10 km yolu piyada və ya atla eləcə də Namazgah kəndindən Müdrü çayı boyunca 8 km yolu atla və ya piyada getmək olar. Nanıc kəndindən Küpüc dağını aşmaqla atla Aşağı Cülyan kəndinə gəlmək üçün dağ yolu (cığır) vardır. İlin aprel-may aylarında kəndin ərazisində məşhur "Xarı-bülbül" çiçəyinə rast gəlmək olar.
Narın
Narın (şəhər) — Qırğızıstanda şəhər. Narın çayı — Qırğızıstanda çay. Narin vilayəti — Qırğızıstanda vilayət.
Naxış
Ornament (Naxış, Nəqqaşlıq) — bəzək deməkdir. Ritmik elementlərdən ibarət naxış. Ornamentin ilk rüşeymlərinə Paleolit dövrü abidələrində təsadüf olunur. Xalq yaradıcılığında naxış nisbətən daha yığcam olur, ciddi riyazi qanunlara əsaslanır. == Tarixçə == Azərbaycanda sənətkarlığın inkişafı haqqında burada müxtəlif dövrlərdə olmuş çoxsaylı tacirlər, səyahətçilər və diplomatlar çoxlu maraqlı faktları bildirirlər. İtaliya səyahətçisi Marko Polo (XIII əsr) Şamahı və Bərdənin ipək mə"mulatlarının gözəlliyini vurğulamışdır. İngilis səyahətçisi – tacir Antoniy Cenkinson (XVI əsr) yay iqamətgahının təbdəbəsini təsvir edərək yazır: "Kral ipək və qızılla bəzədilmiş zəngin bir çadırda oturmuşdu", onun paltarı mirvari və qiymətli daş-qaşla bəzədilmişdi. XIX əsrin sonu – XX əsrin əvvəllərində naxış tikmələr üçün istifadə olunan parçalar yerli istehsala aid qanovuz, darai və məxmər idi. Onlar Şamaxı, Baskal, Gəncə, Şəki, Şuşa və Azərbaycanın digər şəhərlərində hazırlanırdı. Naxış tikmək üçün ipək, yun saplar və yerli istehsala aid möhürlü nişancıqlardan (metal bövhəciklər) istifadə olunurdu.
Nağan
Nağan— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kiyar şəhristanının Nağan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,928 nəfər və 1,210 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
İlğım
İlğım — dünya dillərinin böyük qismində bu hadisə fr. mirage olaraq işlədilir. Yer Atmosferində baş verən bu optik hadisə ani, müxtəlif işıq axınlarının və havada olan temperatur qatlarının fəaliyyəti ilə yaranır. Bu hadisənin özəlliyi ondadır ki, real obyektlə onun səmada təzahürünü müşahidə etmək olur == Təsnifat == İlğımlar alçaq, obyekt üzərində görünən, obyektin altında görünən, aldadıcı və yan olmaqla beş tipə bölünür. === Aşağı ilğım === Bu tip ilğım düzən ərazilərdə yüksək temperaturda əsasən səhra şəraitində, yol üzərində müşahidə edilir. Mövcud olmayan bu qeyri maddi təsvir yer sətindən suyun buxarlanması fonunda yaranır. === Yuxarı ilğım === Bu tip isə əsasən soyun səthə malik ərazilərdə müşahidə edilir. Yuxarıya qalxdıqca temperatur artırsa bu tipi müşahidə etmək mümkünləşir. Çox nadir hallarda müşahifə edilsə də, dəyişməz görünüşü ilə fərqlənirlər. Səbəb isə soyuq havanın ağırlığı səbəbindən səmaya qalxa, isti havanın isə yüngül olması səbəbindən aşağı enə bilməməsindəndir.
Mazım
Mazım — Azərbaycanın Balakən rayonu ərazisində və Gürcüstanın ərazisində çay. Qanıx (Alazan) çayının qoludur. Mənbəyini Mxol Rosso dağının yamacından (2300 m. yüksəklikdən) alır. Üzərində SES qurulmuşdur. Bu çayın adı qədim gürcü mənbələrində Matsis tsxalı formasında qeyd olunmuşdur. Udinlər bu çayı Matsixe adlandırırlar. Tədqiqatçıların fikrincə, yerli azərbaycanlılar bu hidronimi Mazım kimi tələffüz etmişlər. Hidronim udin dilindəki matsı (ağ) və xe (çay) sözlərindən ibarət olub, "ağ çay" mənasındadır.