Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nəcməddin
Nəcməddin — kişi adı. Nəcməddin Sadıkov — Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Savalanov — Azərbaycan Silahlı Qüvvələrinin zabiti Nəcməddin Naxçıvani — XIII əsrdə yaşamış görkəmli Azərbaycan mütəfəkkiri. Nəcməddin Hacıyev — Professor, Nəcməddin Qəzvini — astronom, təbiətşünas filosof, məntiqçi alim Nəcməddin Ərbakan — Türkiyənin 33-cü baş naziri (1996-1997) Nəcməddin Əhmədov — ictimai-siyasi xadim. Nəcməddin Məsud Gilani — Səfəvilər dövlətinin vəkili. Nəcməddin Mürvətov — müəllim, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəcməddin Pamir Şeyx Nəcməddin Kübra — Kübravilik təriqəti şeyxi.
Nəcməddin (Auırqazı)
Nəcməddin (başq. Нәжметдин, rus. Назмутдиново) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Stepanovka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 12 km, kənd sovetliyindən (Stepanovka): 3 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 42 km. == Əhali == 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (94 %) üstünlük təşkil edir.
Nəcməddin (Avurğazı)

Nəcməddin Bədirov
Nəcməddin Nurəddin oğlu Bədirov (8 noyabr 2001; Düz Qırıqlı, Tovuz rayonu, Azərbaycan — 10 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Nəcməddin Bədirov 2001-ci il noyabrın 8-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. 2007–2018-ci illərdə Düz Qırıqlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Nəcməddin Bədirovun əmisi Polad Bədirov Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdu. == Hərbi xidməti == Nəcməddin Bədirov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Hərbi xidmət müddətində nümunəvi əsgər olduğuna görə üç tərifnamə alıb. === İkinci Qarabağ müharibəsindəki iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nəcməddin Bədirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nəcməddin Bədirov 10 oktyabr 2020-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirən zaman şəhid olub. Nəcməddin Bədirov bir müddət itkin kimi axtarılıb.
Nəcməddin Hacıyev
Nəcməddin Hacıyev (Dilbazi) (17 noyabr 1926, Musaköy, Qazax qəzası – 24 sentyabr 1980) — professor, Sovet Kosmik Tərabətinə öz töhfəsini vermiş ilk Azərbaycanlı, SSRİ idman ustası. SSRİ Alpinizm Federasiyasının ömürlük flaq-təbibi, bütün iri sovet alpinizm ekspedisiyalarının flaq-təbibi, Səbail və Nərimanov rayon sovetlərinin deputatı, Azərbaycan Elmi-Tədqiqat Həkim Nəzarəti və Müalicəvi Bədən Tərbiyəsi Cəmiyyətinin və Azərbaycan Alpinizm Federasiyasının sədri. == Haqqında == Nəcməddin Hacıyev 1926-cı ildə Qazax rayonun Xanlıqlar kəndində dünyaya göz açmışdı. Tibbi karyerasına ştatdankənar ordinator işləməklə başlayıb. 1948-ci il yanvarın 6-dan isə II fakültətiv cərrahiyyə kafedrasına baş laborant təyin edilir. 1948-ci ildə partiyaya üzv olmuşdur. 1954-cü il dekabrın 12-dək kafedrada bu vəzifədə çalışır və hazırlaşıb Azərbaycan Elmi-Tədqiqat Qematologiya və Qanköçürmə İnstitutunun aspiranturasına daxil olur. 1957-ci il dekabrın 22-dək onun aspirantura, gənclik həvəsi ilə elmi axtarış illəridir. Aspiranturanı başa vurub, Azərbaycan Elmi-Tədqiqat Qematologiya və Qanköçürmə İnstitutunun metodik şöbə təşkilatçısının müavini vəzifəsinə təyinat alır. 1958-ci ildə Moskvada SSRİ EA Tibbi-Bioloji Problemlər İnstitutunda sovet kosmik təbabətinin və kosmik biologiyasının atası Oleq Georgiyeviç Qazenkonun elmi rəhbərliyi altında "Alpinist idmançılarda periferik qanın laxtalanması və morfologiyasının gemodinamik göstəricilərinin, S-vitamin balansının dəyişilməsi" mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alır.
Nəcməddin Hüseynov
Nəcməddin Musa oğlu Hüseynov (12 iyun 1955, Çaylı, Qazax rayonu) — rəssam, Azərbaycan Rəssamlar İttifaqının fəal üzvü, Rusiya Peşəkar Rəssamlar ittifaqının üzvü. Beynəlxalq Müasir İncəsənət Akademiyasının fəxri üzvü. Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü == Həyatı == Rəssam Nəcməddin Musa oğlu Hüseynov 12 iyun 1955-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olub. Çaylı səkkizillik məktəbin birinci sinfinə 1965-ci ildə daxil olub, 1973-cü ildə başa vurub. Doqquzuncu və onuncu sinifləri isə 1973–1975-ci illərdə Çaylı orta məktəbində davam etdirib. Tatarıstanda il yarım hərbi xidmətdə olub. 1977-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub və 1981-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib. == Yaradıcılığı == Nəcməddin Hüseynov incəsənətin ən parlaq, parlaqlığı qədər də mürəkkəb olan rəssamlıq kimi qədim sənətin yaradıcılıq pillələrinə hələ orta məktəbin üçüncü sinifdə oxuyarkən qədəm qoymuşdur. Rəssam, daxili gözəlliyi ilə həyatın obyektiv cizgilərini üst-üstə qoyaraq, sehrli fırçasından axan əlvan boyalarla güclü əsərlər yaratmış, əsərlərdə öz sözünü və fikirlərini aydınca ifadə edə bilmişdir. O, bütün janrlarda yaratdığı dilsiz-ağızsız portretlərdə təsviri o qədər real və xətasız işləmişdir ki, əsərlərə tamaşa edərkən ondan soyuqqanlıqla və xəyallara dalmadan kənarlaşmaq mümkün deyildir.
Nəcməddin Mürvətov
Nəcməddin Mürvətov (azərb. Nəcməddin Taci oğlu Mürvətov‎; d. 5 dekabr 1953-cü il, Dəvəçi rayonu, Yuxarı Ələz kəndi) — şair, müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002). == Həyatı == Mürvətov Nəcməddin Taci oğlu 5 dekabr 1953–cü ildə Dəvəçi rayonunun Yuxarı Ələz kəndində anadan olmuşdur. 1960-cı ildə Dəvəçi rayonu Yuxarı Ələz kənd ibtidai məktəbinin I sinfinə qəbul olunmuş, 1961-ci ildə ailəsinin Siyəzən şəhərinə köçməsi ilə əlaqədar, təhsilini Siyəzən şəhər 1 saylı orta məktəbində səkkizillik, 1970-ci ildə isə C.Cabbarlı adına orta məktəbi bitirmişdir. Nəcməddin Mürvətov ADPU-nun (keçmiş V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun) riyaziyyat fakültəsinə daxil olmuş və 1974-cü ildə oranı bitirmişdir. == Fəaliyyəti == === İctimai fəaliyyəti === Nəcməddin Mürvətov ali məktəbdə oxuduğu illərdə qrup komsomol təşkilatının katibi, fakültə həmkarlar təşkilatının büro üzvi kimi ictimai vəzifələr daşımışdır. === Əmək fəaliyyəti === Nəcməddin Mürvətov universiteti riyaziyyat müəllimi ixtisası üzrə bitirdikdən sonra 1974-1977–ci illərdə Dəvəçi rayonun Böyük Həmyə səkkizillik məktəbində müəllim, 1977-1978-ci illərdə isə direktor vəzifəsində çalışmışdır. O, 1978-2008-ci illərdə Böyük Həmyə kənd orta məktəbinə direktor vəzifəsini icra etmişdir. 2008-ci ildən etibarən Siyəzən şəhər C.Cabbarlı adına 1 saylı orta məktəbində direktor vəzifəsində çalışır.
Nəcməddin Naxçıvani
Nəcməddin Naxçıvani (Naxçıvan – 1253) — XIII əsrdə yaşamış Azərbaycan mütəfəkkiri. O, özünün fəlsəfə, tibb, məntiq və təbiət elmlərinə dair əsərləri ilə Yaxın və Orta Şərq ölkələrində şöhrət tapmışdır. == Həyatı == Nəcməddin Əhməd Əbubəkr oğlu Naxçıvani təhsilini Naxçıvan şəhərində alıb, elmin bir sıra sahələrini mükəmmməl öyrənib. Orta əsr mənbələrində Nəcməddin Naxçıvaninin həyatı və dünyagörüşünə dair son dərəcə qısa, lakin mühüm məlumat verilib, İbn əl-İbrinin "Dövlətlərin müxtəsər tarixi" ("Müxtəsər tarix əd-düvəl") kitabını bu baxımdan qiymətli mənbə hesab edilir. Nəsirəddin Tusinin şagirdlərindən olmuş Qriqori Əbül-Fərəc İbn əl-İbri Nəcməddin Naxçıvanini böyük fəzilət sahibi, dəqiq elmlərin dərin bilicisi olduğunu yazmışdır. İbn əl-İbri mütəfəkkirin öz vətənində fəlsəfə ilə məşğul olduğunu, ölkələri səyahətə çıxdığını, axırda Kiçik Asiyaya daxil olaraq, böyük mənsəblər tutduğunu göstərmişdir. Müəyyən səbəblər üzündən o, buradan Suriyaya getməli olmuşdur. Nəcməddin Naxçıvani Hələb şəhərində ömrünün son çağlarında guşənişin olmuş, evdən heç yerə çıxmır, dostları ona baş çəkirmiş. Filosofun 1253-cü ildən sonra vəfat etdiyini yazırlar. Məzarı Suriyanın Hələb şəhərindədir.
Nəcməddin Qotsinski
Nəcməddin Qotsinski (1859-65 illər arasında- 1925) — Şimali Qafqaz dağlılarının azadlıq hərəkatı liderlərindən biri. Dağıstan və Çeçenistanın 5-ci imamı. == Həyatı == Avar dairəsinin Qotso aulunda İmam Şamilin naibi Donoqo Məhəmmədin ailəsində anadan olmuşdur. Ali dini təhsil almışdır. Dağıstanın ən iri torpaq sahiblərindən biri idi. Dini mövzulu şeirləri Dağıstan əhalisi arasında şöhrət qazanmış, Suriya və Türkiyədə də məşhurlaşmışdı. Şərqşünas akademik Kraçkovski Nəcməddin Qotsinskinin əsərlərini yüksək dəyərləndirmişdir. Qotsinski Avar dairəsinin Koysubul sahəsinin naib-rəisi olmuş, Dağıstan Xalq Məhkəməsinin üzvü seçilmişdir. 1903-cü ildə Türkiyəyə getmiş və bir müddət burada yaşayaraq dini təhsilini təkmilləşdirmişdir. Geri döndükdən sonra Dağıstanın Avar dairəsinin dini məktəblərində müəllimlik etmişdir.
Nəcməddin Qəzvini
Nəcməddin Qəzvini (1203, Qəzvin – 1277) — Nəsirəddin Tusinin fəlsəfi məktəbinin nümayəndələrindən, astronom, təbiətşünas filosof, məntiqçi alimdir. == Həyatı == Nəcməddin Qəzvini 1203-cü ildə anadan olmuşdur. Filosofun ləqəbi Nəcməddin, adı Əli, atasının adı Ömər, babasının adı Əlidir. Qəzvin şəhərindən olduğu üçün Qəzvini nisbəsini daşımışdır. Mütəfəkkir elmi əsərlərin üzünü köçürən mirzə sözünü ifadə edən Dəbirani və ya Katibi kimi də tanınmışdır. Mənbələrdə o, "Ən böyük alim" ("Əllamə") adı ilə yad edilmişdir. Professor Həbibulla Məmmədbəyli "Marağa rəsədxanasının banisi Nəsirəddin Tusi" kitabında Marağa rəsədxanasının iyirmi bir nəfər elmi əməkdaşının adlarının siyahısını vermişdir. O, burada Nəcməddin Qəzvininin adını beşinci sayda "Nəcməddin Qəzvini Dəbirani" kimi göstərdikdən sonra on üçüncü sayda yenidən onu "Nəcməddin Katibi" yazaraq ayrı şəxs hesab etmişdir. Lakin tədqiqatçı sonra filosof haqqında məlumat verərkən onu "Nəcməddin Omam ben Əli ben Məhəmməd Katibi Dəbirani Qəzvini" təqdim etmişdir. Burada Nəcməddin Katibi Dəbirani Qəzvini bir şəxs kimi düzgün göstərilmiş, amma onun, atasının və babasının adları yanlış verilmişdir.
Nəcməddin Sadıkov
Nəcməddin Hüseyn oğlu Sadıkov və ya Sadıqov (24 may 1956, Dərbənd, Dağıstan MSSR) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik (2005). == Həyatı == Nəcməddin Hüseyn oğlu Sadıkov 24 may 1956-cı ildə Dərbənd şəhərində anadan olub. Birinci Qarabağ müharibəsi başlayanda ailəsi ilə birlikdə Azərbaycana gəlmişdir. Ailəlidir, 3 övladı var. == Təhsili == 1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini "Qızıl medalla" bitirib; 1988-ci ildə Frunze adına Hərbi Akademiyasını bitirib; 1991-ci ildə Sovet İttifaqı Marşalı B. M. Şapoşnikov adına "Vıstrel" ("Atəş") Ali Zabit Hazırlığı kursunu bitirib; == Fəaliyyəti == 1979–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri, tabor komandiri, alay komandirinin müavini vəzifələrində xidmət edib; 1 fevral 1992-ci ildə Azərbaycan Ordusuna gəlmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini — Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib; Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib; Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb; Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib; Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası, xarici siyasət strategiyası və hərbi doktrinası ilə bağlı sənədlər hazırlayan və Milli Təhlükəsizlik Siyasəti Komissiyasının üzvü. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 858 nömrəli Sərəncamı ilə N. Sadıkov general-polkovnik rütbəsinə layiq görülmüşdür. 2020-ci ilin iyulunda Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun vəzifədən azad edilməsi və qardaşının Ermənistan ordusunda yuxarı vəzifə tutması iddiası barədə yayılan xəbərlərlə bağlı rəsmi açıqlama yayıb. 2020-ci ilin oktyabrında İkinci Qarabağ müharibəsi zamanı adı Müdafiə Nazirliyinin rəsmi saytının struktur bölməsindən çıxarılıb. 2021-ci ildə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxıldığı açıqlanıb.
Nəcməddin Sadıqov

Nəcməddin Sadıxov

Nəcməddin Sadığov

Nəcməddin Sarkayev
Nəcməddin Əli oğlu Sarkayev (9 oktyabr 1999; Şərif, Balakən rayonu — 6 noyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nəcməddin Sarkayev 1999-cu il oktyabrın 9-da Balakən rayonunun Şərif kəndində anadan olub. 2006-2017-ci illərdə N.Davudov adına 1 saylı Şərif kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Nəcməddin Sarkayev 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nəcməddin Sarkayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nəcməddin Sarkayev noyabrın 6-da Ağdərə döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Şərif kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcməddin Sarkayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Nəcməddin Savalanov
Nəcməddin Akif oğlu Savalanov (d. 26 fevral 1985; İmişli, Azərbaycan — ö. 8 may 2016; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (kapitanı). 2016-cı ildə Aprel döyüşləri zamanı yaralansada, may ayında şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. == Həyatı Haqqında == Nəcməddin Savalanov 1985-ci ilin 26 fevral günündə İmişli rayonunun Göbəktala kəndində anadan olub. Orta təhsilini Göbəktala kənd tam orta məktəbində tamamldıqdan sonra, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və oranı "Taktiki mühəndis qoşunları komandiri" ixtisası üzrə bitirib leytenant rütbəsi alaraq N saylı hərbi hissədə mühəndis taqım komandiri vəzifəsində çalışıb.Nəcməddin Savalanov ailəli idi, iki qız və bir oğlan övladı yadigar qalıb. == Hərbi xidməti == Kapitan Nəcməddin Savalanov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı ayağından və çiynindən ağır qəlpə yarası aldı. Mayın 8-i Nəcməddin Savalanov Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat etdi. Mayın 9-u isə Nəcməddin Savalanov doğulduğu İmişli rayonunun Göbəktala kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı.
Nəcməddin Əhmədov
Nəcməddin Xələf oğlu Əhmədov (23 iyun 1923, Əngəxaran, Şamaxı qəzası – 7 sentyabr 1995) — Azərbaycan ictimai-siyasi xadimi, Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1981–1986), Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi (1971–1981), Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin rəisi (1964–1971). == Həyatı == Nəcməddin Xələf oğlu Əhmədov 1923-cü ildə Şamaxı qəzasının Əngəxaran kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. Böyük Vətən müharibəsində iştirak etmiş, 1953-cü ilədək texnik, sərnişin xidməti rəisinin köməkçisi, yol distansiyası kadrlar şöbəsinin rəisi Zaqafqaziya dəmiryol Bakı şöbəsinin siyasi şöbəsində rəis köməkçisi, Bakı dəmiryol qovşağı qovşağı birləşmiş partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. 1954–1958-ci illərdə Bakı Ali Partiya Məktəbinin müdavimi olmuşdur. Nəcməddin Əhmədov 1959-cu ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin məsul təşkilatçısı, qrup rəhbəri, bölmə müdiri, şöbə müdirinin müavini, 1964–1971-ci illərdə isə Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin rəisi vəzifəsində çalışmışdır. 1971–1981-ci illərdə Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi, 1981–1986-cı illərdə isə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur. Təqaüdə çıxandan sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının baş müşaviri kimi fəaliyyət göstərmişdir. Nəcməddin Əhmədov 1951-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin VII, VIII, IX, X və XI çağırış deputatı seçilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.
Nəcməddin Ərbakan
Nəcməddin Ərbakan (türk. Necmettin Erbakan; 29 oktyabr 1926, Sinop – 27 fevral 2011[…], Ankara) — Türkiyənin 33-cü baş naziri (1996–1997) və keçmiş millət vəkili. == Həyatı == 29 oktyabr 1926-ci ildə Türkiyənin Sinop şəhərində adanalı Oğuz türklərinin Avşar elindən Kozanoğullarına mənsub olan Mehmet Səid Ərbakanın ailəsində dünyaya gəlmişdir. Nəcməddin Ərbakan ibtidai təhsilinə Kayseridə başlamışdı. 1937-ci ildə bu məktəbi əlaçı şagird kimi bitirmişdi. Həmin ildə İstanbul Oğlanlar Liseyində orta təhsilini davam etdirdi. Ərbakan həmin litseyi əlaçı tələbə kimi bitirdi. O zamanlar orta məktəbi əlaçı şagird kimi bitirənlər ali məktəblərə imtahansız qəbul olunurdu. Lakin Nəcməddin Ərbakan imtahansız qəbul olunmağı rədd edərək imtahana girmiş və yüksək nəticə göstədiyinə görə İstanbul Texniki Universitetinin ikinci kursuna qəbul edlimişdir. İbtidai təhsilinə altı yaşından, universitetə də ikinci kursdan başlamaqla özündən iki yaş böyük olanlarla eyni sinifdə təhsil aldı.
Nəcməddin Əyyubi
Necmeddin Eyyub (ərəb. الملك ألأفضل نجم الدين أيوب بن شاﺬي بن مروان‎) — "əl-Məlik əl-Əfdal Nəcməddin Əyyub ibn Şadi ibn Mərvan"; (d.? – ö. 9 avqust 1173). Əyyubi sülaləsinin əcdadı. == Həyatı == Atası Şadi, Bağdad şəhərinin hakimi olan Bəhruzun yaxın dostu idi. Bəhruz nüfuzundan yararlanaraq kullanarak Nəcməddin Əyyubinin Tikritin komandanlığına keçməsinə köməklik etdi. Beləliklə Böyük Səlcuq sultanı Məhəmməd Təpər Şadini ailəsi ilə birlikdə Tikrit ətrafına yerləşdirdi. I İmadəddin Zənginin ordusu 1131-ci ildə Qaraca əl-Saki tərəfindan məğlup edildi və Zəngi, Tikritə sığındı. Səlahaddinin atası Nəcməddin Əyyubi ve əmisi Əsədüdüddin Şirkuh (fars.
Xoca Nəzməddin
Xoca Nəzməddin (19 iyul 1894, Dəkkə, Benqal prezidentliyi[d], Britaniya Hindistanı – 22 oktyabr 1964, Dəkkə, Şərqi Pakistan, Pakistan) — Pakistanın Dəkkədan baş naziri olaraq ölkəyə başçılıq edən ilk lideri (1951-53), ikinci general qubernatoru olduğu (1948-51) qeyd olunur. 1894-cü ildə Benqalda bir aristokrat Nəvab ailəsində anadan olmuş, məzun olmasını təmin etmək üçün Kembric Universitetində təhsil almadan əvvəl Aligarx Müsəlman Universitetində təhsil almışdır. Geri qayıtdıqdan sonra, siyasi karyerasını Məhəmməd Əli Cinnənin başçılığı ilə ayrı-ayrı müsəlman vətəni Pakistana gətirmədən əvvəl Bengalda təhsil səbəblərinə diqqət yetirdiyi Müsəlman Birliyi platformasında başladı. 1943-1945-ci illərdə Benqalın baş naziri vəzifəsini icra etdi, daha sonra 1947-ci ildən 1948-ci ilə qədər Cinnahın ölümündən sonra general-qubernator kimi yüksəldikdən sonra baş nazir oldu. 1951-ci ildə, Liaquat Ali Xanın öldürüldüyünə görə Pakistanın baş naziri olaraq hökumətin nəzarətini əlinə aldı və general Muborak vəzifəsini Sir Malik Qulam'a verdi. Baş nazir olaraq, hökuməti daxili və xarici cəbhələrdə təsirli bir şəkildə idarə etmək üçün mübarizə apardı və beləliklə də cəmi iki il işlədi. Cəbhədə, ölkədə qanun və qaydanı qorumaq üçün mübarizə apardı və hərbi iğtişaşlar və dini iğtişaşlar və durğunluq səbəbiylə Lahorda hərbi vəziyyət tətbiq etmələrini əmr etdi. O, doğma benqal dilində populist dil hərəkəti ilə də qarşılaşdı və nəticədə Şərqi Pakistan hökumətinin bağlanmasına səbəb oldu. ABŞ, Sovet İttifaqı, Əfqanıstan və Hindistanla xarici əlaqələr, respublikaçılıq və sosializm evdə populyarlıq qazandı. Nəhayət, o, özünün təyin etdiyi general-qubernator Sir Malik Qulam tərəfindən diplomat Məhəmməd Əli Buğranın xeyrinə vəzifəsindən getməyə məcbur oldu və 1954-cü ildə keçirilmiş seçkilərdəki məğlubiyyətini etiraf etdi.
Nəcməddin Pamir
Nəcməddin Pamir (26 dekabr 1953, Nikosiya, Nikosiya rayonu[d]) — türk neyrocərrah. O, Acıbadem Universitetinin təsisçi rektorudur. == Həyatı == O, İstanbul Universitetinin Cerrahpaşa Tibb Fakültəsini bitirib. 1981-ci ildə Hacettepe Universiteti Tibb Fakültəsinin Neyrocərrahiyyə bölməsində neyrocərrahiyyə üzrə ixtisaslaşıb. 1985-ci ildə Stokholmda Karolinska İnstitutunda və Sürix Universitetinin keyrocərrahiyyə kafedrasında müəllim vəzifəsində çalışmışdır. O, Pittsburq Universitetində, Virciniya Universitetində və Corc Vaşinqton Universitetində kəllə bazası cərrahiyyəsi üzrə klinik və cərrahi təhsili, daha sonra Stokholmda Gamma Knife təhsili almışdır. 1992-ci ildə Marmara Universitetinin nevroloji Elmlər İnstitutunu qurmuşdur.
Seyfəddin
Seyfəddin — Kişi adı.
Zeynəddin
Zeynəddin — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Zeynəddin kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Zeynəddin kəndi Kərimbəyli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Zeynəddin kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == 1727-1728-ci illərdə qeydə alınan bu kəndin tarixi daha qədimlərə gedib çıxır. Zeynəddin antroponim addır. Kəndin əsası həmin şəxs tərəfindən qoyulub. K.N.Smirnov isə belə hesab edir ki, kənd burada yaşayan hər hansı sufinin adı ilə əlaqədardır. Kəndin keçmiş adı Zeynəddin məzrəsi olmuşdur. Güman etmək olar ki, kəndin ərazisi Zeynəddin adlı şəxsə məxsus əkin sahəsi olmuşdur və sonralar burada yaranan yaşayış məntəqəsi həmin əkin sahəsinin adı ilə bağlıdır. == Tarixi == === Tarixi abidələri === Zeynəddin kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Zəngəzur silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Eynəddin
Eynəddin(fars. عین الدین‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanının Tikmədaş bölümündəki Şərqi Ucan Qəsəbədə kənd. Kənd Səhəndova dağının arxasında yerləşir. Kəndin havası sərin yağışlı və dağlıdır. == Coğrafiyası və təbiəti == Kəndin adı ərəb mənşəlidir. Eynəddin Tikmədaş qiymətli azərbaycanca və farsca danışan Ustad Şəhriyar yurdu yaxınlığındadır. Təbrizdən 66 kilometr məsafəsi var. Onun ümumi sahəsi 1200 hektardır. 2006-cı ilin məlumatlarına görə kəndin əhalisi 2514, ev sayı 514-dür. == İqtisadiyyatı == Kənd təsərrüfatı məhsullarından kartof, kök, xiyar yetişdirilir.
Nəcməddin Çalışkan
Nəcməddin Çalışkan (1973, Malatya ili) — ilahiyatçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Nəcməddin Çalışkan 1973-cü ildə Malatya ilinin Darende ilçəsində anadan olub. İmam Hatip Liseyində təhsil alıb. Əlcəzairin Əl-Əzhər Universiteti İlahiyat Bölməsindən məzun olub. Ankara Universitetində magistr və PhD dərəcələri alıb. Hatay Mustafa Kamal Universitetində yardımçı dosent və dosent elmi adları alıb. Kənd təsərrüfatı, sənaye, ixrac və satış sahələrində uzun illər çalışıb. Ticarət və Sənaye Palatası Məclisinin sədr müavini, Hatay Mustafa Kamal Universiteti İlahiyyat Bölməsinin Kafedra müdirinin müavini, Əsas İslam Elmləri Bölməsinin müdiri və müəllim vəzifələrində çalışıb. Hatay Jurnalistlər Cəmiyyətinin (HGC) Fəxri Şurasının üzvü olub. Kitabları çap edilib, Millî Gazetedə məqalələri dərc olunub.
Fərəc Əhməd Nəcməddin
Fərəc Əhməd Nəcməddin və ya Molla Krikar (kürd. مەلا کرێکار , Krêkar; ərəb. ملا كريكار‎, Mulla Krikar) — kürd islamçı, cihadçı, "Ənsarül-İslam" terror təşkilatının lideri. 1991-ci ildə ailəsi ilə birlikdə İraqdan qaçqın olaraq Norveçə köşmüşdür. Onun həyat yoldaşı və uşaqları Norveç vətəndaşlığını almışlar. İraq Kürdüstanının liderləri dəfələrlə Molla Krikarın ekstradisiyasını tələb etmişdir, lakin o, Norveçdə həbsxanada saxlanılır və internet vasitəsilə "Ənsarül-İslam"a rəhbərlik edir.
Mahmud Nəcməddin Əfəndi
Mahmud Nəcməddin Əfəndi (23 iyun 1878 və ya 1876, Topqapı sarayı – 27 iyun 1913 və ya 1919) — 35-ci Osmanlı sultanı Sultan Rəşadın oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Nəcməddin Əfəndi 23 iyun 1878-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Rəşad Əfəndi, anası isə onun ikinci xanımı Dürrüadən Qadınəfəndidir. Atasının taxta çıxışının ardından 1909-cu ildə təşkil edilən Anadolu səyahəti boyunca qardaşları Ziyayəddin Əfəndi və Hilmi Əfəndiylə birlikdə atasının yanında yer aldı. Yenə 1911-ci ildə atası və qardaşlarıyla birlikdə Rumeliyə səyahət etdi. Dolmabağça və Ulduz saraylarında xüsusi otaqlar verilsə də, Nəcməddin Əfəndi 1910-cu ildən etibarən Beşiktaş sarayında yaşamağa başladı. Burada günlərini möhtəşəm yemək və musiqi ziyafətlərində keçirən Nəcməddin Əfəndi obez xəstəsi idi. Məhz ağır çəkili olması səbəbilə 27 iyun 1913-cü ildə keçirdiyi spazm səbəbilə anidən vəfat etdi. Cənazəsi Sultan Rəşad türbəsinə dəfn edildi. Övladı olmamışdır.
Nəcməddin Hacıyev (Professor)
Nəcməddin Hacıyev (Dilbazi) (17 noyabr 1926, Musaköy, Qazax qəzası – 24 sentyabr 1980) — professor, Sovet Kosmik Tərabətinə öz töhfəsini vermiş ilk Azərbaycanlı, SSRİ idman ustası. SSRİ Alpinizm Federasiyasının ömürlük flaq-təbibi, bütün iri sovet alpinizm ekspedisiyalarının flaq-təbibi, Səbail və Nərimanov rayon sovetlərinin deputatı, Azərbaycan Elmi-Tədqiqat Həkim Nəzarəti və Müalicəvi Bədən Tərbiyəsi Cəmiyyətinin və Azərbaycan Alpinizm Federasiyasının sədri. == Haqqında == Nəcməddin Hacıyev 1926-cı ildə Qazax rayonun Xanlıqlar kəndində dünyaya göz açmışdı. Tibbi karyerasına ştatdankənar ordinator işləməklə başlayıb. 1948-ci il yanvarın 6-dan isə II fakültətiv cərrahiyyə kafedrasına baş laborant təyin edilir. 1948-ci ildə partiyaya üzv olmuşdur. 1954-cü il dekabrın 12-dək kafedrada bu vəzifədə çalışır və hazırlaşıb Azərbaycan Elmi-Tədqiqat Qematologiya və Qanköçürmə İnstitutunun aspiranturasına daxil olur. 1957-ci il dekabrın 22-dək onun aspirantura, gənclik həvəsi ilə elmi axtarış illəridir. Aspiranturanı başa vurub, Azərbaycan Elmi-Tədqiqat Qematologiya və Qanköçürmə İnstitutunun metodik şöbə təşkilatçısının müavini vəzifəsinə təyinat alır. 1958-ci ildə Moskvada SSRİ EA Tibbi-Bioloji Problemlər İnstitutunda sovet kosmik təbabətinin və kosmik biologiyasının atası Oleq Georgiyeviç Qazenkonun elmi rəhbərliyi altında "Alpinist idmançılarda periferik qanın laxtalanması və morfologiyasının gemodinamik göstəricilərinin, S-vitamin balansının dəyişilməsi" mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alır.
Aşağı Zeynəddin
Aşağı Zeynəddin — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 dekabr 2012-ci il tarixli, 500-IVQ saylı Qərarı ilə Ağdaş rayonunun Ağdaş şəhər inzibati ərazi dairəsinin tərkibindəki Ağdaş şəhəri ilə həmsərhəd olan Aşağı Zeynəddin kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Zeynəddin kəndinin ərazisindən 141,8 ha (bundan dövlət mülkiyyətində olan 42,7 ha və xüsusi mülkiyyətdə olan 99,1 ha) torpaq sahəsi Ağdaş şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == XIX əsrin axırlarında həmin rayondakı Zeynəddin (indiki Yuxarı Zeynəddin) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 3 km qərbdə, Ləki dəmiryolu stansiyasından 13 km aralı, Şirvan düzündə yerləşir.
Niyaməddin Musayev
Niyaməddin Cabbar oğlu Musayev (1 iyun 1940, İmişli rayonu) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (1998), "Şöhrət" ordenli (2000). == Həyatı == Niyaməddin Cabbar oğlu Musayev 1940-cı il iyun ayının 1-də İmişli rayonunda anadan olub. 1957-ci ildən, yəni 17 yaşından peşəkar səhnədə olan sənətkarda musiqiyə olan sevgi və maraq uşaq yaşlarindan ona bu yolu seçməyə təhrik edən amillərdən olmuşdur. Gənc yaşlarında Rayon Mədəniyyət evində metodist və incəsənət məsləhətçisi işləyib. 1966-cı ildə ilk dəfə Ə. Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblında bir neçə mahnısı radio fonotekasında yazılıb. 1968-ci ildə "Muğam-68" festivalının qalibi olmuşdur. == Yaradıcılığı == 1970-ci ildən filarmoniya cəmiyyətində işləməyə başlayıb. 1978-ci ildən "Röya" vokal instrumental ansamblının bədii rəhbəri olan Niyaməddin Musayev, ilk dəfə olaraq, Azərbaycanda milli estrada janrının yaradıcısı olmuş və həmin ildəcə ansamblın bir valı buraxılmışdır. Onun 1987-ci ildə "Dünya sənin, dünya mənim", 1998-ci ildə "Vətən həsrəti" adlı albomları və bir diski buraxılmışdır. O, 1974-cü ildə "Şahnaz təsnifi" ifası ilə sənət aləmində daha çox tanınmışdır.
Seyfəddin Balağayev
Seyfəddin Vahid oğlu Balağayev (6 mart 1998, Dəvəçi – 7 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Seyfəddin Balağayev 6 mart 1998-ci il tarixində Azərbaycanın Şabran rayonunun (o vaxtlar Dəvəçi adlanırdı) eyniadlı şəhərində anadan olmuşdur. O, 2004-cü ildən 2015-ci ilə qədər Şabran şəhərində orta təhsilini almışdır. Balağayev 2015-cu ildə Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinə qəbul olmuşdur. == Hərbi xidməti == Seyfəddin Balağayev 2020-ci ilin sentyabr ayının axırlarında Azərbaycan Silahlı Qüvvələrinin ordu sıralarına qoşulmuşdur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Seyfəddin Balağayev Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, oktyabrın 7-də, 22 yaşında Füzuli rayonu ərazisində həlak olmuşdur. Seyfəddin Balağayev oktyabrın 8-də Şabran Şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Seyfəddin Bilbəy
Seyfəddin Bilbəy və ya Yelbəy (II minillik – 1468) — 4 dekabr 1467-ci il tarixlərində Misirin Məmlük sultanı.
Seyfəddin Dadaşov
Seyfəddin Məhiyyəddin oğlu Dadaşov (8 mart 1999, Beyləqan rayonu – 31 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Seyfəddin Dadaşov 1999-cu il martın 8-də Beyləqan rayonunda anadan olub. 2005-2016-cı illərdə Beyləqan rayon Mayak kənd tam orta məktəbində təhsil alıb. 2016-2020-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsində ali təhsil alıb. 2020-ci ildə magistratura pilləsinə qəbul olsa da, təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb. == Hərbi fəaliyyəti == Seyfəddin Dadaşov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb. == İkinci Qarabağ müharibəsi == Azərbaycan Ordusunun əsgəri olan Seyfəddin Dadaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan İkinci Qarabağ müharibəsinə qoşulub. Döyüşlər zamanı ayaq nayihəsindən yaralanıb hospitala göndərilsə də, orada sadəcə 2 gün qalıb və yenidən döyüşlərə qatılmaq üçün ön cəbhəyə qayıdıb. Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə fəal iştirak edib, xüsusi sücaət və qəhrəmanlıq göstərib.
Seyfəddin Dağlı
Abbasov Seyfəddin Əliağa oğlu (Seyfəddin Dağlı) (27 avqust 1921, Xızı, Quba qəzası – 18 yanvar 1983) — Azərbaycan yazıçısı, şair, dramaturq, jurnalist. == Həyatı == Seyfəddin Dağlı 1921-ci avqustun 27-də Xızıda doğulub. Bir müddət "Kommunist" və "Ordu" qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. Dövlət Radio Komitəsində baş redaktor (1956–1959), sonra Bakı Telestudiyasının direktoru və sədr müavini vəzifələrində çalışıb. Uzun müddət "Kirpi" jurnalının baş redaktoru olub. "Azərbaycanfilm" kinostudiyasında ssenari redkollegiyasının üzvü, "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1948-ci ildə "Dəniz kəşfiyyatçısı" adlı kitabı nəşr edilib. "Adı sənin, dadı mənim", "Aydınlığa doğru", "Mənziliniz mübarək", "Təzə gəlin", "Kölgələr pıçıldaşır" pyesləri, "Bahar oğlu", "Məşəl", "Kəcil qapısı", "Sabiqlər" və sair kitabları geniş oxucu kütləsinin rəğbətini qazanıb. Yazıçı Seyfəddin Dağlı 1983-cü il yanvarın 18-də dünyasını dəyişib. == Mükafatları == Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı — 26.08.1981 == Filmoqrafiya == Onun bəlalı sevgisi (film, 1980) Qayınana (film, 1978) Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (Aztv) Gecəniz xeyrə qalsın (film, 1977) Kommunist (film, 1969) Solmaz bir bahar kimi (film, 1979) == İrsi == Bakı şəhərinin Yasamal rayonunda adına küçə var.
Seyfəddin Muradov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Seyfəddin Qurbanov
Seyfəddin Əli oğlu Qurbanov (19 oktyabr 1962, Siyaqut, Noraşen rayonu – 16 noyabr 2021, Türkiyə) — azərbaycanlı heykəltaraş, memar, Ukrayna Rəssamlar İttifaqının Xarkov filialının üzvü. Ukraynanın Xalq Rəssamı, dosent. Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltaraşlıq kafedrasının müdiri == Həyatı == Seyfəddin Qurbanov 1962-ci il oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olub. 1989-cu ildə Xarkov İncəsənət və Sənaye İnstitutunu bitirmişdir. Xarkov Dovlət Dizayn və İncəsənət Akademiyasının Heykəltaraşlıq kafedrasının dosentidir. 1987-ci ildən ümumukrayna və ümumittifaq sərgilərində iştirak etməyə başlamışdır. 1991-ci ildən Ukrayna Rəssamlar İttifaqının Xarkov filialının üzvüdür. Ukraynanın Kiyev şəhərindəki "Səməd Vurğun", İrpensk şəhərindəki "Zərifə Əliyeva" və digər abidələrin muəllifidir. 2004-cu ildə "Ukraynanın Əməkdar rəssamı", 2010-ci ildə isə "Ukraynanın Xalq rəssamı" fəxri adlarına layiq görülmüşdür. "Zolotoy yaquar", "Evropeyskoye kaçestvo", "Vısşaya proba", "Zolotoy merkuriy", "1000-letiye" kimi dövlət və beynəlxalq mükafatlar laureatıdır.
Seyfəddin Qutuz
Sultan Seyfəddin Qutuz əl-Anuştegini və ya sadəcə Qutuz — Bahri Məmlükər siyası qrupunun Anuştəkinlilər sülaləsindən Məmlük sultanı (1259–1260). Xarəzmşah Cəlaləddinin bacısının və əmisi Mahmud ibn Mamdudun evliliyindən dünyaya gəlmişdir. Ənəs Silahdar tərəfindən öldürülmüşdür. Əyn Cəllud döyüşündə İslam (Məmlük) Ordusuna başçılıq etmişdir. == Həyatı == Uşaq ikən monqollar tərəfindən əsir alınmışdır. Sonra Misirdə satılmış, Әyyubi Sultanlığında xidmət etmişdir. Yeddinci Xaçlı Yürüşü iştirakçıları ilə əl-Mənsurə və Fəriskur döyüşlərində Əyyubi ordusuna komandanlıq etmişdir. Əyyubilərin devrilməsi və Məmlüklərin hakimiyyətə gəlməsində rolu olmuşdur. Yeni sultan Sultan Muizzəddin Aybəkin əmiri olmuş və Muizzi ləqəbi almışdır. Sonra Qutuz de-fakto hakimiyyətə gəlmişdi, çünki yeni Sultan Əli ibn Aybək (1257–1259) 15 yaşlı idi və dövləti idarə edə bilmirdi.
Seyfəddin Qəndilov
Seyfəddin Mirtağı oğlu Qəndilov (26 sentyabr 1930, Tərtər – 20 iyul 2010, Bakı) — əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru (1999–2010). == Həyatı == Seyfəddin Mirtağı oğlu Qəndilov 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, 1953–1956-cı illərdə aspiranturada təhsilini davam etdirmiş, 1958-ci ildə namizədlik və 1967-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1969-cu ildə professor, sonrakı illərdə "Respublikanın Əməkdar Təbliğatçısı" və "Respublikanın Əməkdar Elm Xadimi" fəxri adlarına layiq görülmüşdür. Professor Seyfəddin Qəndilov uzun illər tarixçi-politoloq kimi dərin siyasi biliyi, elmi-pedaqoji səriştəsi, təşkilatçılıq qabiliyyəti ilə tanınan mütəxəssis olmuşdur. O, müxtəlif illərdə ali məktəblərdə kafedra müdiri vəzifələrində çalışmışdır. == Elmi-pedaqoji fəaliyyəti == S. Qəndilovun tədqiqatlarının nəticələri 400-ə qədər elmi məqalədə, bir çox monoqrafiya və dərsliklərdə əks olunmuşdur. Alimin rəhbərliyi altında 5 doktorluq, 40 namizədlik dissertasiyası müdafiə edilmişdir. Professorun elmi-tədqiqatlarının mühüm bir istiqamətini siyasi tarix elmi ilə yanaşı beynəlxalq həyat və xarici siyasət məsələlərinə dair problemlərin tədqiqi təşkil etmişdir. O, bu sahədə də geniş fəaliyyət göstərərək xarici siyasət məsələlərinə dair çap olunmuş kitabların və çoxsaylı elmi məqalələrin müəllifi və redaktoru olmaqla bərabər, həm də peşəkar və yüksək ixtisaslı siyasi icmalçı, politoloq kimi respublikada və onun hüdudlarından kənarda tanınmış və şöhrət qazanmışdır. Alimin müxtəlif illərdə sülh, Avropada təhlükəsizlik, milli azadlıq hərəkatı və tərksilah məsələlərinə dair yazıb çap etdirdiyi "Avropa Təhlükəsizliyi", "Sülh proqramının həyata keçirilməsi uğrunda mübarizə", "Milli azadlıq hərəkatı və müasir dövr" kitabları, Yaxın Şərq, Latın Amerikası və Afrika qitəsinin problemlərinə dair elmi məqalələri, Azərbaycan tarixinə dair və eləcə də beynəlxalq aləmdə baş verən hadisələrin şərhi ilə əlaqədar müntəzəm televiziya çıxışları, respublikanın müxtəlif guşələrindəki məruzə və mühazirələri ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanmış və yüksək qiymətləndirilmişdir.
Seyfəddin Qəniyev
Qəniyev Seyfəddin Həmzə oğlu (28 mart 1952, Şamaxı rayonu – 16 yanvar 2023) — Azərbaycan folklorşünası, filologiya elmləri doktoru, professor. == Həyatı == Seyfəddin Qəniyev 28 mart 1952-ci ildə Şamaxı rayonunun Dağ Kolanı kəndində anadan olmuşdur. Poladlı kənd 8 illik və Nərimankənd orta məktəbini tərifnamə ilə, ADPİ-nin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin institutun aspiranturasında təhsil almışdır. Şamaxı rayonunun Göylər kənd məktəbində ixtisasına uyğun müəllim işləmişdir. İşlədiyi müddətdə "metodist müəllim", SSRİ Maarif əlaçısı adlarına layiq görülmüşdür. Azərbaycan müəllimlərinin dördüncü qurultayının nümayəndəsi olmuşdur. "M. F. Axundovun "Kəmalüddövlə məktubları" əsərinin bədii metod və janr xüsusiyyətləri" mövzusunda namizədlik, "Azərbaycan folklorunun regional özunəməxsusluğu — Şirvan folklor mühiti" mövzusunda isə doktorluq dissertasiyası müdafiə etmişdir. 40 kitab (monoqrafiya toplu, metodik tövsiyə), 120-dən çox tezis və məqalənin müəllifidir. AMEA Folklor İnstitunda fəaliyyət göstərən müdafiə şurasının üzvüdur.
Seyfəddin Rzasoy
Seyfəddin Gülverdi oğlu Rzasoy - AMEA-nın Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor == Həyatı == Seyfəddin Rzasoy 1961-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. 1986-cı ildə N.Tusi ad. ADPU-nu bitirmiş, müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. 1996-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasında çalışır. Hazırda AMEA Folklor İnstitutunda Mifologiya şöbəsinin müdiridir. 1997-ci ildən filologiya üzrə fəlsəfə doktoru, 2013-cü ildən filologiya elmlər doktorudur. 2010-cu ildə dosent, 2019-cu ildə professor elmi adlarını almışdır. S.Rzasoy folklor, mifologiya, ritual və ədəbiyyatla bağlı 17 kitabın, 250-dən çox elmi məqalənin müəllifidir. 1. İslam Ağayev: ömür və yaradıcılıq etüdləri.
Seyfəddin Rüstəmov
Seyfəddin Rüstəmov (d.17 iyun 1962, Qusar, Azərbaycan SSR, SSRİ) — Rusiya milyarderi, iqtisadçı, “Metafraks” şirkətinin prezidenti. == Həyatı == Seyfəddin Rüstəmov 17 iyun 1962-ci ildə Qusar rayonunda anadan olub. Rusiya Sosial-Humanitar İnstitutunu bitirib. İxtisaca iqtisaçıdır. Hərbi xidməti başa vurduqdan sonra Rusiyaya üz tutub və o zamandan Moskvada yaşayır. Əvvəllər kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan S.Rüstəmov 2000-ci ildən biznes sərhədlərini böyüdüb və energetika fondlarına, kommersiya və yaşayış təyinatlı daşınmaz əmlaka investisiya yatırmağa başlayıb. Rus mətbuatının verdiyi məlumatlara görə, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur. Hazırda “Metrafaks” Açıq Səhmdar Cəmiyyətinin majoritar səhmdarı olan “MetaHolding” şirkəti də onun idarəçiliyi altındadır. 2014-cü ildə “Metafraks”ın faktiki sahibi olub. Həmçinin “MetaHoldinq”in də Rusiyanın "Metafrax" şirkətinin əsas səhmdarı Seyfəddin Rüstəmovun rəhbərliyi altındadır.
Seyfəddin Soysal
Seyfəddin Soysal (27 iyul 1966, Şarkışla- 2 fevral 2012, Sivas), Türk heykəltaraş və rəssam. Niderland və Şarkışla'da sexləri var. Sivas Rəssamlar Dərnəyi qurucusudur. 1988-ci ildə yerləşdiyi Veghel (Şimali Brabant Rayonu), Hollandiyada şəkil və heykəl üzərinə təhsil alaraq bu sahələrdə əsərlər verən sənətçi, eyni zamanda Niderland Rəssamlar Birliyi 'nə üzv olub şəkil dərsləri də verdi. 4 fevral 2012-ci ildə evindəki buxarını çıxan karbonmonoksit qazından zəhərlənərək 45 yaşında vəfat etdi. Anısına Sivasda bir park və mesire sahəsinə adı verildi.
Seyfəddin Xoşqədəm
Seyfəddin Xoşqədəm (1413, Rum Səlcuqlu dövləti – 9 oktyabr 1467, Qahirə) — 28 iyun 1461–9 oktyabr 1467 tarixlərində Misir Məmlük sultanı.
Seyfəddin Yunusov
Seyfəddin Ağasəf oğlu Yunusov - Azərbaycanlı şəhid. == Həyatı == Yunusov Seyfəddin Ağasəf oğlu 1974-cü il 15 sentyabrda Gədəbəy rayonunun Arıqıran kəndində anadan olmuşdur. 1992-ci ildə orta məktəbi bitirib. == Hərbi xidməti == 1992-ci ildə orta məktəbi bitirdikdən sonra 1993-cü ildə Sumqayıtdan Azərbaycan ordusuna xidmətə çağırılıb. Bir müddət Nasosnuda xidmət etdikdən sonra Qusarda kəşfiyyatçı qrupunda xidmətə göndərildi. Sonra ermənilərə qarşı döyüşlər şiddətlənəndə o, Tərtər rayonunun Şəhlabat kəndində bir müddət xidmət etmişdir. Bu vaxt o, Ağdərə rayonu uğrunda gedən döyüşə kömək məqsədi ilə aparılmışdır. == Vəfatı == Ağdərə rayonunda Sərsənk su anbarı uğrunda gedən döyüşlərdə 9 nəfər hərbçi yoldaşı ilə kəşfiyyata göndərilmişdir (1994-cü il 20 aprel gecəsində). O zaman erməni quldurları tərəfindən mühasirəyə düşmüşlər. Düşmən bu barədə həmin anda arxa cəbhəyə xəbər verilmişdir.
Seyfəddin Çaxmaq
Seyfəddin Çaxmaq (ərəb. الظاهر سيف الدين جقم‎; 1373 – 13 fevral 1453) — 9 sentyabr 1438–1 fevral 1453-cü illər arasında Misirin Məmlük sultanı.
Seyfəddin İbişov
Seyfəddin İbişov Zabi oğlu — Qarabağ müharibəsi şəhidi. == Həyatı == 26 avqust 1974-cü ildə Yardımlı rayonunun Anzov kəndində doğulmuşdur.1981-ci ildə Anzov kənd orta məktəbinin 1-ci sinfinə daxil olur.1991-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirir.Seyfəddin 1991-ci ildə orta məktəbi bitirib Yardımlı Texniki Peşə məktəbinin Hamarkənd filialında traktorçu maşinist peşəsini öyrənmişdir. == Hərbi xidməti == 11 dekabr 1992-ci ildə Seyfəddin hərbi xidmətə çağırılır.Fevralın 4-nə kimi Lənkəranda hərbi təlim keçib fevralın 5-də Ağdərəyə yola salınır.1993-cü il martın 25-də Ağdamın Qalayçılar kəndinə aparırlar.Həmin gün kənd uğrunda atışma olur.Seyfəddin həmin gün şəhid olur.
Seyfəddin İnal
Malik Əşrəf Seyfəddin Əbu Nasir İnal əl-Əlai əz-Zahiri Nasiri əl-Əcrud (Səyfəddin İnal ya da Seyfəddin Aynal; 1380, Qahirə – 26 fevral 1461, Qahirə) — 1453–1461-ci illər arasında Misirin 13-cü Burci Məmlük sultanı. Seyfəddin İnal 1381-ci ildə Qahirədə çərkəz tacir ailəsində anadan olmuşdur. Əvvəlcə ona "əl-Əlai" adını verən tacir Ələddin tərəfindən alınmışdır. Sonra isə Burci xanədanının qurucusu Sultan əz-Zahir Barquqa satdı. Barquq ilə xidmət etdiyi müddətdə İnal hərbi hazırlıq keçdi.
Seyfəddin Şaban
Əbül-Fütuh əl-Məlikül-Kamil Seyfəddin Şaban ibn Məhəmməd bin Kalavun (d.? - ö.1346) — Məmlük sultanı (1345-1346). == Həyatı == Məhəmməd ibn Kalavunun taxta keçən beşinci oğludur; qardaşı Əbül-Fida əl-Məliküs-Salih İsmailin ölümündən sonra taxta çıxdı (4 avqust 1345). Ögey atası Arqun əl-Alai digər şahzadələrdən Hacını dəstəkləyən əmirləri Qahirədən uzaqlaşdırdı və onun səltənət dönəminin son aylarına qədər hakimiyyəti əlində tutdu. əl-Məlikül-Kamilin iqtidarını sona çatdıran krizis, etməyi düşündüyü Hicaz səyahəti üçün yeni vergilər qoyması üzündən çıxdı. Bütün şikayətlərə rağmən anasıyla xanımlarının basqısından dolayı sultanın bu səyahətə çıxmaqda və vergiləri qaldırmamaqda israr etməsi bir çox əmiri ona qarşı hərəkətə keçirdi. Müxaliflərin lideri Dəməşq naibi Yelboğa əl-Yəhyavi, alınacaq vergi dolayısıyla Suriya xalqının böyük sıxıntıya düşəcəyini irəli sürərək sultana Hicaz səfərini gələcək ilə ertələməsini önərdi; ayrıca onu taxtdan endirməklə təhdid etdi. Arqun əl-Alainin müxalifləri haqlı bulması və Misir xalqının da eyni şəkildə maddi sıxıntıya düşəcəyini söyləməsi üzərinə əl-Məlikül-Kamil, Yelboğaya yumuşaq ifadəli bir məktub göndərərək tövsiyələrinə uyacağına və qarşı çıxılan davranışlarını düzəldəcəyinə dair söz verdi. Ancaq daha sonra yenə qadınların israrıyla fikrini dəyişdirdi və bütün naiblərə yeni vergiləri həmən toplayıb göndərmələrini əmr etdi. Bu gəlişməylə birlikdə ölkədə qiymətlər yüksəldi və xalq böyük bir sıxıntıya düşdü.
Seyfəddin Əliyev
Seyfəddin Vəli oğlu Əliyev (30 may 1930, Alışar, Naxçıvan MSSR) — Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun "Entomologiya şöbəsinin", həmçinin "Cücülərin fauna və sistematikası" laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru, professor. == Həyatı == Seyfəddin Vəli oğlu Əliyev 30 may 1930-cu ildə Naxşıvan MR-in Şərur rayonunun Alışar kəndində ziyalı ailəsində anadan olmuşdur. O, 1937-ci ildə Alışar kənd 7-illik məktəbin I sinfinə getmiş, 1943-cü ildə həmin məktəbi bitirmişdir. Elə həmin il Naxçıvan Şəhər Tibb texnikumuna daxil olur. Oranı bitirdikdən sonra 1947-ci ildə Bakı şəhərinə gəlir, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Kimya-Biologiya fakultəsinə müvəffəqiyyətlə imtahan verib qəbul olur və 1951-ci ildə oranı bitirir. == Pedoqoji fəaliyyəti == Seyfəddin Əliyev institutu bitirdikdən sonra əmək fəaliyyətini 1952-ci ilin sentyabrına qədər Naxçıvan Maarif Nazirliyində pedoqoji kabinetin müdiri vəzifəsində, axşamlar isə 4 saylı şəhər fəhlə-gənclər orta kimya və biologiya müəllimi işləməklə davam etdirmişdir. == Elmi fəaliyyəti == O, 1952-ci ilin sentyabrında Bakıya gələrək, Azərbaycan EA Zoologiya İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. 1961-ci ildə "Azərbaycanın gəmirici sovkaları" movzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1964-cü ildə müsabiqə yolu ilə baş elmi işçi vəzifəsinə, 1978-ci ildə "Pambıq sovkasının bioloji inkişafı" laboratoriyasına, 1986-cı ildə "Entomologiya" laboratoriyasına, 1988-ci ildə isə "Entomologiya" şöbəsinə müdir seçilmişdir. Yorulmaq bilməyən alim sovkalar üzrə tədqiqat işlərini davam etdirmiş və 1977-ci ildə Ukrayna EA Zoologiya İnstitunda "Azərbaycanın sovkaları" movzusunda doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru alimlik dərəcəsi almışdır.
Nəsrəddin
Nəsrəddin — kişi adı. Bu adı olan tanınmış şəxslər Molla Nəsrəddin — Şərq xalqlarının hazırcavab xalq müdriklərinin ümumiləşdirilmiş obrazı. Nəsrəddin şah Qacar — Qacar sülaləsindən olan bir şah. 65 yaşında nаmаz qılаrкən Mirzə Rza Kirmani tərəfindən öldürülüb. Nəsirəddin Tusi — XIII əsrdə Azərbaycan filosofu, astronomu, riyaziyyatçısı, tarixçisi, maliyyəçisi və hüquqşünası. Nəsrəddin bəy Səfikürdski — hüquqşünas, vəkil. Nəsrəddin Qarayev — şərqşünas alim, filologiya elmləri namizədi. Molla Nəsrəddin incəsənətdə Molla Nəsrəddin (jurnal) — satirik jurnal Nəsrəddin Buxarada (film, 1943) — Nəsrəddinin macəraları (film, 1946) — Nəsrəddin Xoca və Teymurləng (film, 1954) — Nəsrəddin Xocəntdə, yaxud Məftun olmuş Şahzadə (film, 1959) — Nəsrəddin Xocanın 12 məzarı (film, 1966) — Halva dadı (film, 1975) — Nəsrəddinin ilk məhəbbəti (film, 1977) — Daha nəşəli bax (film, 1982) — Nəsrəddin Xoca (film, 1982) — Nəsrəddin Xocanın qayıdışı (film, 1989) — Nəsrəddin Xoca və Əzrayıl (film, 2004) — Molla Nəsrəddin Xoca (film) — rejissor Arif Məhərrəmovun çəkdiyi cizgi filmi.