Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rafiq
Rafiq — Azərbaycanda kişilərə verilən şəxsi ad. Rafiq Abdullayev — "Buduq" Cəmiyyətinin sədri. Rafiq Mahmudov Rafiq Alıcanov — Azərbaycanın milli qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Rafiq Abbasov — polis general-mayoru. Rafiq Nəbiyev — Azərbaycan Respublikasının əməkdar jurnalisti Rafiq Sədrəddinov — Azərbaycanlı jurnalist. Rafiq Allahverdiyev — Rafiq Xudayev Rafiq Nağıyev Rafiq Nağıyev (fotojurnalist) — Azərbaycan fotojurnalisti. Rafiq Nağıyev (hərbçi) — Azərbaycan zabiti. Rafiq Babayev — azərbaycanlı bəstəkar, Azərbaycanın xalq artisti. Rafiq Əliyev Rafiq Əliyev (aktyor) — Aktyor. Mətn oxuyan.
Rafiq Abbasov
Rafiq Abbasov (əsgər)
Rafiq Abdullayev
Abdullayev Rafiq Turabxan oğlu (Rafiq Turabxanoğlu) — Azərbaycan Xalq Demokrat Partiyasının rəhbəri. Antisovet düşüncəsinə görə Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən 1967–1968-ci illərdə həbsdə saxlanmışdır. Azərbaycanın müstəqilliyi dövründə — 1992-ci ildə prezidentliyə namizəd olmuşdur. Rafiq Turabxanoğlu 1946-cı ildə Qubadlı rayonunda anadan olub. 1965-ci ildə Neft Texnologiya Texnikumunu, 1975-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1966-cı ildə Ümum-Azərbaycan Zəhmətkeş Fəhlə Kəndli Partiyasını təsis edib. 1967-ci ildə antisovet düşüncəsinə görə həbs olunub. 1968-ci ildə azad ediləndən sonra bu partiyanı Azərbaycan Xalq Demokrat Partiyası adlandırıb və həmin vaxtdan təşkilatın rəhbəridir. 1992-ci ildə prezidentliyə namizəd olub. 1993-cü ildə Bakı şəhərində bütün türk xalqlarının nümayəndələrinin iştirakı ilə Turan Qurultayını keçirib.
Rafiq Allahverdiyev
Allahverdiyev Rafiq Allahverdi oğlu — Azərbaycan Respublikasının Qazax şəhərində anadan olmuşdur. 1961-ci ildə "Neft və qaz yataqlarının işləniməsi və istismarı" ixtisası üzrə AzNKİ-nun neft-mədən fakültəsini bitirmişdir. İnstitutu bitirdikdən sonra qazmaçı köməkçisi, operator, neft və qaz hasilatı ustası, böyük mühəndis, texniki şöbənin müdiri, "Leninneft" NQÇİ-nin baş mühəndisi işləmişdir. 1968-1972-ci illərdə AzETNÇİ-da aspirant olmuşdur. 1972-ci ildə "Mürəkkəbləşmələrin tədqiqi və fontan üsulu ilə hasilatın göstəricilərin yaxşılaşdırılması üzrə təkliflərin işlənilməsi (Qotur-Təpə yatağı timsalında)" mövzusunda namizədlik, 1992-ci ildə isə "Quyuların mürəkkəbləşmiş istismarı şəraitində neft hasilatının intensivləşdirilməsi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1984-1987-ci illərdə AzETNÇİ-da quyuların yeraltı və əsaslı təmiri sektorunun müdiri, laboratoriya müdiri, 1987-ci ildən isə Türkmənneft ETLİ-da (Nəbitdağ ş.) elmi iş üzrə direktor müavini işləmişdir. Allehverdiyev R.A. neft və qaz yataqlarının işlənilməsi və istismarı sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: neft və qaz axınının intensivləşdirilməsi proseslərinin öyrənilməsi; quyuların quyudibi zonasının qeyri-nyuton mühiti ilə emalı üsulları; quyuların mənimsənilmə üsullarının təkmilləşdirilməsi məsələləri; quyuların lülələrində qum tıxaclarının yuyulması məsələləri; Qərbi Türkmənistanın mürəkkəbləşmiş şəraitlərdə (sulaşma, qum təzahürü və parafinləşmə, layların məhsuldarlığının pisləşməsi), son işlənilmə mərhələsində olan yataqlarında neft hasilatı səviyyəsinin stabilləşməsi və işlənilmə mərhələsinin artırılması məsələləri. Allahverdiyev R.A. 100-dən artıq elmi məqalənin, 2 monoqrafiyanın, 11 rəhbər sənədin müəllifidir. İxtiralara görə 25 müəlliflik şəhadətnaməsi alıb.
Rafiq Alıcanov
Alıcanov Rafiq Cəfər oğlu (11 iyul 1965, Kəmərli, Qazax rayonu – 5 noyabr 1993, Füzuli rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Rafiq Alıcanov 11 iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olmuşdur. 1988-ci ildə təhsilini bitirib Ukraynada ixtisası üzrə işə başlamışdır. 1988-ci ildə Qarabağ müharibəsi başlayan zaman Azərbaycana geri dönmüşdür. Gənc zabitin hərbi təcrübəsi nəzərə alınaraq, Tovuz rayonunda yerləşən hərbi birləşmələrin birində mühəndis xidməti rəisi vəzifəsinə təyin edilir. Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarında və Naxçıvan MR-da döyüşlərdə iştirak etmişdir. Kapitan rütbəsinə yüksəlmişdir. 5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Köçəvəlli kəndində dəfn edilmişdir.
Rafiq Atakişiyev
Rafiq Qasım oğlu Atakişiyev (20 may 1940 – 27 sentyabr 2012) — teatr rejissoru, aktyor, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2000). R.Atakişiyev 1968-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Rejissorluq" fakültəsini bitirmişdir. 1968-ci ildən Ağdam Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayaraq baş rejissor kimi teatrın yaradıcılarından biri olmuşdur. 1976-1978-ci illərdə Moskva şəhəri Mayakovski adına Akademik Dram Teatrında rejissor-stajor işləmişdir. 1978-ci ildən 1989-cu ilə qədər Musiqili Komediya Teatrında quruluşçu rejissor işlədiyi müddətdə O.Kazımovun "Qızıl toy", E.Sabitoğlunun "Nəğməli Könül",(Azərbaycan bölməsi) Kolkar "Nəsrədinin Bağdada səyahəti"Ofentaxın "Fransız qonaq" və sair quruluşları olmuşdur. 1978-90-cı illərdə teatrla yanaşı İncəsənət və Mədəniyyət Universitetində əvvəl baş müəllim, dosent kimi pedaqoji fəaliyyəti ilə məşğul olmuşdur. O, teatr sənətçilərinə həsr olunmuş (T.Kazımovun yaradıcılığına həsr olunmuş monoqrafiya), "Rejissor teatra gəlir"və sair çox saylı kitabların müəllifidir. 1990-ci ildən 1999-cu ilə qədər Akademik Milli Dram Teatrında Sərəncamçı direktor işləmişdir. 1999-2005-ci illər Gənc tamaşaçılar teatrında quruluşçu rejissor işləmişdir. 1999-cu ildən ömrünün sonuna qədər Gəncə Dövlət Dram Teatrının bədii rəhbər direktoru vəzifəsində çalışmışdır.
Rafiq Ağayev
Rafiq Abbas oğlu Ağayev (6 iyun 1950; Cəlilabad, Azərbaycan SSR) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanı (1992). Rafiq Ağayev 1950-ci il iyunun 6-da Cəlilabad şəhərində anadan olub. Azərbaycan Prezidenti Ayaz Mütəllibovun 22 aprel 1992-ci il tarixli Sərəncamına əsasən Rafiq Ağayev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanı vəzifəsinə təyin edilib. 1992-ci il mayın 22-də isə həmin vəzifədən azad olunub. Daxili Qoşunlarının Komandanı vəzifəsindən azad olunandan sonra Rafiq Ağayev həbs edilib və 1997-ci ildə ölüm cəzası alıb. 2001-ci il avqustun 17-də Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı Sərəncama əsasən əfv olunub.
Rafiq Babayev
Rafiq Babayev (31 mart 1936 və ya 1936, Bakı – 19 mart 1994 və ya 1994, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (1993). 19 mart 1994-cü ildə Bakı metropolitenində Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil edilmiş terror hadisəsi zamanı həlak olub. Rafiq Babayev 1936-cı il martın 31-də Bakı şəhərində partiya orqanlarında işləmiş Fərzi Babayevin ailəsində anadan olmuşdur. 1937-ci ildə XDİK (Xalq Daxili İşlər Komissarlığı) həbsxanasına salınmış Fərzi Babayev güllələnmə cəzasına məhkum edilmişdir (1956-cı ildə o, bəraət qazanaraq azadlığa buraxılır). Rafiqin anası Şahbəyim xanım 6 övladını – Mərziyə, Vəsilə, Emilya, Oqtay, Rafiq, Armanusa-nı hədsiz çətin şəraitdə tərbiyə etməyə məcbur olur. Sonradan bu uşaqların hamısı peşəkar musiqiçi kimi tanınmışdır. 1943-cü ildə 160 nömrəli musiqi məktəbinə daxil olan Rafiq ilk caz kvartetini də məhz bu məktəbdə yaradır. 1950-ci ildə həmin məktəbi bitərək, A. Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olur, R. S. Levinanın sinfində təhsil alır. Bu məktəbdə təhsil almaqla yanaşı, Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində işləyir. O, caz musiqisi ilə də maraqlanır və improvizasiya ustalığını təkmilləşdirirdi.
Rafiq Bayramov
Rafiq Bayramov (həkim) — Azərbaycan alimi, tibb üzrə fəlsəfə doktoru. Rafiq Bayramov (siyasətçi) — dövlət məmuru, Mədəniyyət nazirinin müavini.
Rafiq Bağırov
Rafiq Bəyverdiyev
Rafiq Dadaşov
Rafiq Dadaşov (tam adı: Rafiq Ağahüseyn oğlu Dadaşov; 20 iyul 1946, Bakı – 5 fevral 2017, Bakı) — Azərbaycan rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2016). Rafiq Ağahüseyn oğlu Dadaşov 20 iyul 1946-cı ildə Bakı şəhərində anadan olub. 1953–1961-ci illərdə Bakı şəhərində 171 saylı məktəbdə oxuyub. 1963-cü ildə 5 saylı fəhlə-gənclər gecə məktəbini bitirib. 1963-cü ildə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəhlə vəzifəsində işə qəbul olunub. 1964-cü ildə rejissor köməkçisi kimi işə başlayıb. Həmin il M. A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət Və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinin qiyabi şöbəsinə daxil olub və 1970-ci ildə universiteti bitirib. 1969-cu ildə Moskva Dövlət Kino Komitəsinin nəzdində olan Ali ikiillik kinorejissor və ssenarist kurslarına daxil olub. 1971-ci ilin dekabrında kursları başa vurub və III dərəcəli kinorejissor ixtisası adı alıb. 1971–1972-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub.
Rafiq Feyzullayev
Rafiq Babaş oğlu Feyzullayev (10 sentyabr 1943, Bakı – 17 iyun 2001, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycanın xalq təhsili naziri (1989–1992), Azərbaycan Respublikası müdafiə nazirinin müavini (1992-ci ildən). Feyzullayev Rafiq Babaş oğlu 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir (1965). 1965–1983‑cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi katib, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. Xarkov Radiotexnika İnstitutunun aspiranturasında təhsil almışdır (1967–1970). 1971‑ci ildə Saratov Dövlət Universitetində cəbr və topologiya ixtisası üzrə namizədlik, 1985‑ci ildə Belorusiya Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda doktorluq dissertasiyalarını müdafiə edib. 1990‑cı ildə professor və 14 dekabr 1990‑ci ildə "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adına layiq görülüb. 1976–1983‑cü illərdə SSRİ Ali Attestasiya Komissiyasında Azərbaycanın səlahiyyətli nümayəndəsi olub. 1980–1983‑cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Xalq Nəzarəti Komissiyasının sədri kimi fəaliyyət göstərib. Rafiq Feyzullayev 1988‑ci ildə Azərbaycan KP Bakı Şəhər Komitəsinin üzvü, Bakı Şəhər Sovetinin deputatı seçilib.
Rafiq Fərəcov
Rafiq Fərəcov — Əməkdar jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Vətən səsi" qəzetinin baş redaktoru. Rafiq Fərəcov 1952–ci il dekabrın 18–də Qərbi Azərbaycanın Göyçə mahalının Ağbulaq kəndində müəllim ailəsində doğulub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. Ailəlidir, iki övladı var. Əmək fəaliyyətinə mətbuatdan başlayan Rafiq Fərəcov 1975–ci ilin oktyabrından 1979–cu ilin fevralınadək Krasnoselo rayonunda nəşr olunan “Dostluq” rayon qəzetində müxbir, məsul katib, 1979–cu ilin fevralından 1988–ci ilin dekabrınadək həmin qəzetin redaktor müavini, şöbə redaktoru vəzifələrində işləyib. Sonra qaçqınlıq həyatı başlayır və 1988–ci ildən Bakıda Azərbaycan Qaçqınlar Cəmiyyətində çalışır, 1992–ci ilin martında isə sevdiyi peşəsi üzrə işləməyə başlayır. Həmin ildən 1996–cı ilin aprelinədək “Vətən səsi” qəzetində şöbə müdiri, məsul katib, baş redaktorun müavini işləyən Rafiq Fərəcov hazırda bu qəzetin baş redaktorudur. Onun 35 ildən çox jurnalistlik fəaliyyətinin yarısı məhz “Vətən səsi” qəzeti ilə bağlıdır. Rafiq Fərəcov həm də Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Rafiq Hacıyev
Rafiq Sultan oğlu Hacıyev (doğ. 31 may 1947, Bakı, Azərbaycan SSR, SSRİ) — sovet sərbəst güləşçisi, dünya çempionatının gümüş mükafatçısı, Avropa və SSRİ çempionu, Dünya Kubokunun qalibi və gümüş mükafatçısı, beynəlxalq dərəcəli SSRİ idman ustası, "Azərbaycan Respublikasının Əməkdar məşqçisi", "Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi". Rafiq Hacıyev 31 may 1947-ci ildə Bakı şəhərində anadan olub. 1961-ci ildən güləşlə məşğul olmağa başlayıb. Bir il sonra yarışlarda debüt edib. 1963-cü ildə Bakı çempionatının qalibi, Azərbaycan SSRİ çempionatının isə bürünc mükafatçısı olub. 1966-cı ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılıb. Hacıyev idman dairələrində tanındığından, iki il yarım Şimali Qafqaz qoşunları ordusunun idman klubunda qulluq edib. 1970-ci ildə Avropa çempionatında qızıl, 1973-cü ildə isə isə gümüş medal qazanıb. 1970-ci ildə SSRİ kubokunda qızıl medal qazanıb.
Rafiq Heydərov
Rafiq Hümmət
Hümmətov Rafiq Hümmət oğlu (Rafiq Hümmət) - şair, publisist, tərcüməçi. Rafiq Hümmət 1965-ci il fevralın 13-də Borçalıda - Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndində dünyaya gəlib. Burada orta məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət edib (1983-1985). Tbilisi Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil alıb (1986-1991). 1991-ci ildən etibarən bir müddət (1991-1999) "Sovet Gürcüstanı" (indiki "Gürcüstan") və Rustavi şəhərində nəşr olunan "Region" qəzetlərində çalışıb. Gürcüstan Respublikası prezidentinin Fəxri fərmanı ilə təltif olunub (1997). 1998-ci ildən bir neçə il Bakıda yaşayıb və burada bir çox mətbu orqanlarla, o cümlədən "Şərq", "Faktor", "Yeni Azərbaycan", "Həyat" qəzetləri ilə əməkdaşlıq edib, "Milliyət" qəzetinin baş redaktoru olub. 2000-ci ildə Azərbaycanda gənc yazarlar üçün təsis olunmuş Prezident təqaüdünə layiq görülüb. 2004-cü ildə Gürcüstana qayıdıb və Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri seçilib, dilimizdə "Ədəbi Gürcüstan" adlı qəzet nəşr etdirib. 2009-cu ilin yazından Tbilisidəki "Varlıq" Mədəniyyət Mərkəzinin sədri, "Varlıq" həftəlik qəzetinin baş redaktorudur.
Rafiq Hüseynli
Rafiq Əyyub oğlu Hüseynov (4 avqust 1946, Şuşa, DQMV – 26 oktyabr 2017, Düsseldorf) — Azərbaycan Televiziyasının aparıcısı, diktor, Azərbaycan SSR xalq artisti (1990). Rafiq Hüseynov 1946-ci ildə Şuşa şəhərində anadan olub. 17 yaşında Azərbaycan Televiziyasında çalışdıqdan sonra 1966-cı ildə təcrübəçi diktor kimi fəaliyyətə başlayıb. 2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görülmüşdür. Televiziya diktoru Roza Tağıyevanın həyat yoldaşı olmuşdur. Leyli Hüseynlinin atasıdır. 26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişib. 2 noyabr 2017-ci ildə cənazəsi Almaniyadan Bakıya gətirilib. 3 noyabr 2017-ci ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan vida mərasimindən sonra Yasamal qəbiristanlığında dəfn olunmuşdur. Şəki (film, 1977) Ölü zona (film, 1988) Fəryad (film, 1993) Artilleriyanın allahı sayılırdı (film, 1996) Ailə (film) (tammetrajlı bədii film) — redaktor Kədərimiz...
Rafiq Hüseynov
Rafiq Hüseynov (aktyor) — aktyor Rafiq Hüseynov (diktor) — Azərbaycan Televiziyasının aparıcısı, diktor, kino redaktoru, Azərbaycan Respublikasının xalq artistı.
Rafiq Hüseynzadə
Rafiq Hüseynzadə (uroloq) — uroloq, tibb elmləri doktoru
Rafiq Həriri
Rəfiq Bəhaəddin əl-Həriri (ərəb. رفيق بهاء الدين الحريري‎; 1 noyabr 1944, Sayda – 14 fevral 2005[…], Beyrut) — Livanın sabiq baş naziri. Rəfiq Həriri 1944-cü ildə Livanın cənubundakı Sayda şəhərində doğulmuşdu. Gəncliyində təhsil almağa pulu olmadığından universiteti yarımçıq tullayıb iş dalınca Səudiyyə Ərəbistanı na yollanan Həriri cəmi 15 ilə milyardçı olur. O, ilk milyardını tikinti biznesində toplayır. Beynəlxalq Məhkəmə Livanın sabiq baş naziri Rəfiq Həririnin qətli ilə bağlı rəsmi araşdırma prosesinə start verib. Güman edilir ki, işin bütün məqamlarını əhatə etmək üçün Haaqa məhkəməsinə 5 il vaxt tələb oluna bilər. Məhkəmə mərhələsindən əvvəl BMT-nin xüsusi komissiyası Həririnin qətli ilə əlaqəli 4 il ərzində təhqiqat aparıb. BMT-nin son hesabatında qətlin cinayət qruplaşma tərəfindən təşkil olunduğu bildirilir. 2005-ci ildə Beyrut mərkəzində baş verən partlayış nəticəsində Rəfiq Həriri ilə yanaşı daha 22 nəfər öldürülmüşdür.
Rafiq Həşimov
Həşimov Rafiq Məhəmməd oğlu (11 avqust 1966, Ucar) — Azərbaycan Televiziyasının aparıcısı, diktor, ssenarist, rejissor, Azərbaycan Respublikasının əməkdar artisti. Rafiq Həşimov 1966-cı ildə anadan olmuşdur. 1985-ci ildə Bakı Rabitə Elektrotexnikumunun "Televiziya və Radio texnikası" fakültəsini bitirmişdir. 1985–1987-ci illərdə Sovet ordusunda xidmət etmişdir. Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində 1987-ci ildə texnik kimi işə başlamışdır. Sonradan videooperator, montajçı işləmişdir. 1997-ci ildə Baki Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. 1990-cı ildən bu günə qədər diktor kimi fəaliyyət göstərir. Ailəlidir, bir qızı var. Bu illər ərzində "Xəbərlər"in, müxtəlif dövlət tədbirlərinin, "XX əsr" müəllif proqramının, "Səhər" proqramının aparıcısı olmuşdur.
Rafiq Mahmudov
Mahmudov Rafiq Nəbi oğlu — texnika elmləri doktoru, professor Mahmudov Rafiq Nəbi oğlu Bakı şəhərində anadan olmuşdur. 1961-ci ildə "Avtomatika və telemexanika" ixtisası üzrə AzNKİ-nun neft-mexanika fakültəsini bitirmişdir. İnstitutu bitirdikdən sonra təyinat üzrə "Neftkimyaavtomat" elmi-tədqiqat və layihə institutunda işləmişdir. 1962-ci ildə AzETNÇİ-nun "Hidromexanika" laboratoriyasında kiçik elmi işçi olmuş, 1964–1966-cı illərdə isə bu institutun aspirantıdır. 1966-cı ildə "Mürəkkəbləşmiş şəraitlərdə qazımanın nəzəriyyə və praktikası məsələləri" mövzusunda namizədlik, 1976-cı ildə isə "Qazılan quyuların quyuağzı məlumatlarla tədqiqi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1967-ci ildə AzPİ-nun "Nəzəri mexanika" kafedrasında assistent, böyük müəllim, dosent vəzifələrində işləmişdir. 1986–1995-ci illərdə "Avtomexanika" fakültəsinin dekanı olmuşdur. 1991-ci ildə onun təşəbbüsü ilə AzTU və Almaniyanın Karlsruye şəhəri arasında elmi məsələlərin həlli sahəsində ikitərəfli əməkdaşlıq barədə memorandum imzalanmışdı. Mahmudov R. N. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: qazımada hidrodinamika; qazılan quyularda mürəkkəbləşmə məsələləri, quyuağzı məlumatın dağ-texnoloji interpretasiyası.
Rafiq Manaflı
Rafiq Hidayət oğlu Manaflı (22 sentyabr 1958, Salyan, Salyan rayonu) — Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sabiq sədri. Rafiq Manaflı 1958-ci ildə Salyan rayonunun Qardaşbəyli kəndində anadan olub. 1975–1980 – Voronej Meşə Texnikası İnstitutunda ali təhsil alıb. 1980–1991 – Ələt Ağac Emalı kombinatında mühəndis, baş mexanik, sex rəisi vəzifələrində çalışıb. 1992–1996 – Özünün təşkil etdiyi "Plastik" kiçik müəssisəsində direktor işləyib. 2000-ci ildən özünün təsis etdiyi "Təkamül" MMC-in direktorudur. 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin fəal üzvü, 1990–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin Qaradağ rayon təşkilatının sədri, Azərbaycan Xalq Cəbhəsinin Məclisinin üzvü olub. 1996-cı ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür, həmin ildən Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının üzvüdür. 2001-ci ildən 2021-ci ilədək VHP Ali Məclisinin sədri olmuşdur. 2012-ci ildən İctimai Palatanın Koordinasiya Şurasının üzvü olub.
Rafiq Masallınski
Rafiq Yavər oğlu Eyvazov — Azərbaycanlı qanuni oğru 1982-ci ildə Masallı şəhərində doğulmuşdur. İlk məhkumluqu cinayət məcəlləsinin naddəsi ilə qəsdən çox saylı adam yaralaması ilə cinayət işi açılmışdır. Həbsalan Eyvazov Rafiq Yavər oğlu azadlıqdan cıxdıqdan sonra Kirminal aləmə qoşulur. 2005-ci ildə Çingiz Lənkaranski tanınan kirminal avtoritet ilə əlaqə qurur. 2008-ci ildə Çingiz Lənkəranski evinin qarşısında güllələnir ve Eyvazov Rafiq dünya oğruların xaç atası (TARO) ləqəbli Krminal Avtoritet ile əlaqə qurur. 2013-ci ildə TARO yəni Tariyel Qoca Yasamallı 21-ci rus qanuni oğru 3-cü gürcü qanuni oğru Rafiq Eyvazova qanuni oğru adı verilir krişkası olaraq Masallınski verilir. Rafiq Eyvazov Sankt-Peterburq və Rusiyanın digər bazalarina baxır Rafiq Masallinskiy zəmanə üzrə ən hörmətli əsil qanuni oğrudur. Azərbaycan kaloniyalarinda 2 qanuni oğru qəbul olunursa biridə Rafiq Eyvazovdur. Rafiq Eyvazov gecə radələrində Gürcüstanlı avtoritet Kamo nu güllələmişdir. Rafiq Eyvazov Yavər oğlu 27 mart 2013-cü ildə cinayət məcəlləsindən Polis Əməkdaşları Tərəfindən 6-il həbs cəzası alıb.
Hacı Hacıyev Rafiq oğlu
Mehmed Rafiq Əfəndi
Mehmed Rafiq Əfəndi (1814 – 18 aprel 1871, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == Muvakkit, Târîh-i Bosna, Sarajevo Orijentalni Institut, nr. 3459, IV, 74. Devlet-i Aliyye-i Osmâniyye Salnâmesi (1294), def‘a 32, s. 83. Sicill-i Osmânî, II, 415. İlmiyye Salnâmesi, s. 596–599. Mehmed Handžić, Književni Rad Bosansko-Hercegovačkih Muslimana, Sarajevo 1934, s. 18–19.
Məhəmməd Rafiq Tarar
Məhəmməd Rafiq Tarar (2 noyabr 1929, Qucranvala, Britaniya Hindistanı – 7 mart 2022, Lahor) — Pakistan İslam Respublikasının 9-cu prezidenti.
Rafiq Abbasov (general-mayor)
Rafiq Abbasov (1960, Mahmudoba, Şahbuz rayonu) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru. Abbasov Rafiq Qoşunəli oğlu 1960-cı ildə Azərbaycan Respublikasının Şahbuz rayonunun Mahmudoba kəndində anadan olmuşdur. 1988-ci ildə Moskva Ümumittifaq Maliyyə-İqtisad İnstitutunu, 1996-cı ildə Rusiya Federasiyası DİN-in Hüquq İnstitutunu bitirmişdir. 1979–1981-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1985-ci ildən daxili işlər orqanlarında xidmət edir, ictimai təhlükəsizlik strukturunda müxtəlif vəzifələrdə işləmişdır. 1996–2001-ci illərdə Sumqayıt ŞPİ-nin rəis müavini, 2001–2002-ci illər ərzində Bakı şəhər Binəqədi RPİ-nin rəis müavini, 2002–2004-cü illərdə Zaqatala RPŞ-nin, 2004–2006-cı illərdə Lənkəran ŞRPŞ-nin rəisi, 2006–2007-ci illərdə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, 2007–2014-cü illərdə isə Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifələrində calışmışdır. 2014-cü ilin noyabrından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin rəisi vəzifəsindədir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1545 nömrəli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 28.12.2007-ci il tarixli 2606 nömrəli Sərəncamı ilə polis general-mayoru xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2018-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
Rafiq Abbasov (əsgər)
Rafiq Atakişiyev (I)
Rauf İsrafil oğlu Atakişiyev (15 iyul 1925 – 3 fevral 1994) — müğənni, lirik tenor, pianoçu, pedaqoq. Azərbaycan SSR xalq artisti (1967). Moskva Dövlət Konservatoriyasını Konstantin Nikolayeviç İqumnovun (1873-1948) sinfi üzrə bitirmiş və vokal üzrə Antonina Vasilyevna Nejdanovadan (1873-1950) dərs almışdır. Opera və Balet Teatrının solisti olmuşdur. Azərbaycan Opera və Balet Teatrının səhnəsində Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasında Əsgərin partiyasını ifa etmişdir. 1965-ci ildə çəkilmiş "Arşın mal alan" filmində də Əsgərin mahnıları Atakişiyevin ifasında səslənmişdir. Lenski ("Yevgeni Onegin", P.Çaykovski), Alfred ("Traviata", C.Verdi), Almaviva ("Sevilya bərbəri", C.Rossini), Faust ("Faust", Ş.Quno), Balaş ("Sevil", F.Əmirov) partiyalarını ifa etmişdir. Lirik-dramatik tenor səsi olub və həm də pianoçudur. Teatrda Əsgər ("Arşın mal alan"), Faust ("Faust"), Qraf Almaviva ("Sevilya bərbəri", Coakkino Rossini), Knyaz Sinoda ("Demon", Anton Rubinşteyn), Hofman ("Hofmanın nağılları", Jak Offenbax), Malxaz ("Daisi", Zaxari Paliaşvili), Alfred ("Traviata", Cüzeppe Verdi), Edmond ("Kornevil zəngləri", Rober Plaket), Anatoli ("İnsanın taleyi") partiyalarını oxuyub. Rəşid Behbudovun ifasında daha çox məşhur olan "Я встретил девушку" mahnısının ilk ifaçısıdır.
Rafiq Babayev (bəstəkar)
Rafiq Babayev (31 mart 1936 və ya 1936, Bakı – 19 mart 1994 və ya 1994, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (1993). 19 mart 1994-cü ildə Bakı metropolitenində Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil edilmiş terror hadisəsi zamanı həlak olub. Rafiq Babayev 1936-cı il martın 31-də Bakı şəhərində partiya orqanlarında işləmiş Fərzi Babayevin ailəsində anadan olmuşdur. 1937-ci ildə XDİK (Xalq Daxili İşlər Komissarlığı) həbsxanasına salınmış Fərzi Babayev güllələnmə cəzasına məhkum edilmişdir (1956-cı ildə o, bəraət qazanaraq azadlığa buraxılır). Rafiqin anası Şahbəyim xanım 6 övladını – Mərziyə, Vəsilə, Emilya, Oqtay, Rafiq, Armanusa-nı hədsiz çətin şəraitdə tərbiyə etməyə məcbur olur. Sonradan bu uşaqların hamısı peşəkar musiqiçi kimi tanınmışdır. 1943-cü ildə 160 nömrəli musiqi məktəbinə daxil olan Rafiq ilk caz kvartetini də məhz bu məktəbdə yaradır. 1950-ci ildə həmin məktəbi bitərək, A. Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olur, R. S. Levinanın sinfində təhsil alır. Bu məktəbdə təhsil almaqla yanaşı, Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində işləyir. O, caz musiqisi ilə də maraqlanır və improvizasiya ustalığını təkmilləşdirirdi.
Rafiq Bayramov (alim)
Rafiq İdris oğlu Bayramov (azərb. Bayramov Rafiq İdris oğlu‎; 9 sentyabr 1976, Daşkənd, Vardenis rayonu) — Azərbaycan alimi, həkim–ftiziator, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru. "Ağciyər xəstəlikləri" kafedrasının müdiri (2015-indi). Rafiq Bayramov 9 sentyabr 1976-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Doğulduğu kənddə orta təhsilə başlasa da Azərbaycanlıların Ermənistandan köçürülməsi nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Bərdə rayonunun Yeni Daşkənd kəndinə köçmüş, Yasif Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbində oxumuş, 1993-cü ildə isə Bakı şəhəri 12 saylı tam orta məktəbi bitirmişdir. 1993–1999-cu illərdə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsində təhsil almışdır. 2000–2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunda aspiranturada təhsilini davam etdirmiş və kiçik elmi işçi vəzifəsində çalışmışdır. 2003-cü ildə Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasına baş laborant, 2004-cü ildə assistent, 2013-cü ildə isə dosent vəzifəsinə təyin olunmuşdur. R. İ. Bayramov 2011-ci ildə ATU-nin I müalicə profilaktika fakültəsinin dekan müavini, 2013-cü ildən etibarən isə rektorun köməkçisi vəzifəsinə təyin olunmuşdur. 2011-ci ildə N. Ə. Abbasovun elmi rəhbərliyi ilə "Xroniki destruktiv ağciyər vərəmi zamanı ürəyin funksional vəziyyəti" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
Rafiq Bayramov (həkim)

Rafiq Bayramov (ictimai xadim)
Rafiq Bayramov (tam adı: Rafiq Yasin oğlu Bayramov; 10 noyabr 1972, Bakı) — Fəxri mədəniyyət işçisi, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini (2018–2020). Rafiq Bayramov 10 noyabr 1972-ci il tarixində anadan olub. 1989-cu ildə Bakı şəhərinin 10 saylı orta ümumtəhsil məktəbini fərqlənmə medalı ilə bitirib, 1990–1995-ci illər ərzində Bakı Dövlət Universitetində təhsil almış, 1995-ci ildə BDU-nun tarix fakültəsini Fərqlənmə Diplomu ilə bitirmişdir. Ali təhsil ocağında oxuduğu müddətdə, BDU-nun "Tarixi tədqiqatlarda kompüterin və riyazi üsulların tətbiqi" elmi-tədqiqat laboratoriyasında laborant vəzifəsində işləyib, tarixi-tətbiqi araşdırmalarda iştirak edib və bir sıra elmi məqalələrin müəllifi olub. 1995–1997-ci illər ərzində ordu sıralarında — Azərbaycan Respublikasının Milli Qvardiyasında müddətli hərbi xidmətdə olub. 1998–1999-cu illər ərzində Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsində, 1999–2001-ci illərdə Bakı şəhəri İcra Hakimiyyətinin Aparatın ictimai-siyasi şöbəsində məsul vəzifələrdə işləyib. 2001–2003-cü illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində baş təlimatçı, 2003–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirliyində nazirin köməkçisi vəzifələrində çalışıb. 2006–2014-cü illər ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi vəzifəsində işləyib. 2014-cü ilin iyul ayından təyinatadək Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. 2015-ci ilin yanvar ayından Mədəniyyət və Turizm Nazirliyində "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq yaradılmış Müsabiqə Komissiyasının sədridir.
Rafiq Bayramov (məmur)

Rafiq Bayramov (siyasətçi)