Alıcanov Rafiq Cəfər oğlu (11 iyul 1965, Kəmərli, Qazax rayonu – 5 noyabr 1993, Füzuli rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
Rafiq Alıcanov | |
---|---|
Rafiq Cəfər oğlu Alıcanov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kəmərli, Qazax rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | Kürdmahmudlu, Füzuli rayonu, Azərbaycan |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru qoşunları |
Xidmət illəri | 1988-1993 |
Rütbəsi | Kapitan |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Rafiq Alıcanov 11 iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olmuşdur. 1988-ci ildə təhsilini bitirib Ukraynada ixtisası üzrə işə başlamışdır. 1988-ci ildə Qarabağ müharibəsi başlayan zaman Azərbaycana geri dönmüşdür. Gənc zabitin hərbi təcrübəsi nəzərə alınaraq, Tovuz rayonunda yerləşən hərbi birləşmələrin birində mühəndis xidməti rəisi vəzifəsinə təyin edilir.[1] Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarında və Naxçıvan MR-da döyüşlərdə iştirak etmişdir. Kapitan rütbəsinə yüksəlmişdir.
5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.[2]
Köçəvəlli kəndində dəfn edilmişdir.
Ailəli idi, bir qızı və bir oğlu var.
Azərbaycan Respubliksı Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə kapitan Alıcanov Rafiq Cəfər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Köçəvəlli kənd orta məktəbi onun adını daşıyır. Köçvəlli kənd orta məktəbində və Ağstafa şəhərinin mərkəzində büstü var. Büstün qoyulduğu ərazidə yerləşən park onun adını daşıyır. Eyni zamanda Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində və Ağstafa rayonunun mərkəzində adına küçə verilmişdir.
Rafiq Aıcanovun qəhrəmanlığından, keçdiyi həyat yolundan bəhs edən Güləmail Muradla Salatın Əhmədlinin "Vətən sağ olsun" şeir kitabı və Fəridə Ləmanin "Lalələr şəhid qanı" poeması işıq üzü görmüşdür. Haqqında müxtəlif qəzetlərdə məqalələr nəşr olunmuş, Qarabağ uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyinə görə (ölümündən sonra) bir sıra diplomlarla təltif olunmuşdur.
2013-cü ildə onunla yanaşı Qazax rayonundan olan digər iki Milli Qəhrəman - Mərifət Nəsibov və Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edən "Qartal yuvası" sənədli-bədii filmi çəkilmişdir[3].
2015-ci ildə Qazax və Ağstafada doğulub boya-başa çatmış üç igidin — Mərifət Nəsibov, Rafiq Alıcanov və Şamoy Çobanov haqqında “İZ Production” studiyası tərəfindən “Ölümə qənşər” adlı bədii-sənədli film çəkilmişdir. Ekran əsərində onların döyüş yolundan söz açılıb, yaxın dostlarının, ailə üzvlərinin və qohumlarının xatirələrinə yer verilib.[4]