Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fətulla Rzabəyli
Fətulla Rzabəyli (1885, Bakı – 10 oktyabr 1968, Bakı) — professor (1950), Əməkdar elm xadimi (1960). == Həyatı == Fətulla Rzabəyli 1911-ci ildə Novorossiysk Universitetini bitirmiş və 1913-cü ildən həmin universitetdə işləmişdir. o vətənə qayıdaraq müxtəlif vəzifələrdə də işləmişdir. 1930-cu ildə Azərbaycan Dövlət tibb institutu Azərbaycan Dövlət Universitetindən ayrılaraq yaradılanda "Biologiya" kafedrasını yaradaraq 1930–33-cü illərdə "Biologiya" kafedrasının müdiri olmuşdur. Bu kafedraya sonradan 1946–1964-cü illərdə də başçılıq etmişdir. 1950-ci ildə professor, 1960-cı ildə isə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. == Ailəsi == Fətulla bəy Rüxsarə xanım Vəkilova ilə ailə qurmuşdu. Zülfiqar, Davud adlı oğlanları, Gülrux, Törə adlı qızları var. == İstinadlar == == Mənbə == Respublika qəzeti. 26 may 2010-cu il.
İdris Rzabəyov
Rzabəyov İdris İbrahim oğlu – Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdçüsü İdris İbrahim oğlu Rzabəyov 13 fevral 1938-ci ildə Bakı şəhərində anadan olub, 31 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Neft Akademiyasının Geoloji-kəşfiyyat fakültəsinə qəbul edilib, 1961-ci ildə institutu bitirərək təyinatla "Neft Daşları" Neft Qaz Çıxarma İdarəsinə göndərilib, 1989-cu ilədək burada operator, mühəndis, sex rəisi, geologiya və işlənmə şöbəsinin müdiri vəzifələrində çalışıb. 1971-73-cü illərdə Kuba Respublikasında ezamiyyədə olub, neft-mədən geoloqu kimi bu ölkənin neft-qaz yataqlarının istismarında iştirak edib. Dəyərli fəaliyyətinə görə keçmiş sovetlər birliyinin Amerika qitəsindəki yeganə dost ölkəsindəki qurumların və SSRİ-nin Kubadakı Səfirliyinin Fəxri Fərmanlarına layiq görülüb. 1989-1994-cü illərdə "28 May" NQÇİ-nin Baş geoloqu-rəis müavini, 1994-2002-ci illərdə NQÇİ-nin rəisi vəzifəsində çalışıb. Onun rəisliyi dövründə Dövlət Neft Şirkəti üzrə ümumi neft hasilatının 80 faizi, qaz hasilatının 60 faizi "28 May" NQÇİ-nin payına düşürdü. İ.Rzabəyov dövlət idarəçiliyinə cəlb edilərək 2002-2011-ci illərdə yeni yaranan AR Yanacaq-Energetika Nazirliyində (indiki Sənaye və Energetika Nazirliyi-SEN) Aparat Rəhbəri vəzifəsinin icraçısı-Yanacaq-Energetika Əməliyyatları Baş İdarəsinin rəisi, SEN-in neft və qaz şöbəsinin müdiri vəzifələrində işləyib. Yaşına görə Dövlət qulluğuna xitam verildikdən sonra da indiyədək SEN və AR Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin ictimai əsaslarla baş məsləhətçi-eksperti kimi fəaliyyət göstərir. O, 20-dən çox ölkədə keçirilən beynəlxalq treyninqlər, seminarlar, konfranslarda Azərbaycanı təmsil edib, dəfələrlə "Azneft" İB, ARDNŞ-in Fəxri Fərmanlarını alıb. Müstəqil Dövlətlər Birliyinin-MDB-nin "Əməkdar energetiki", "Əmək veteranı", "Tərəqqi" medalları ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsüdür.
Yengicə-i Rzabəyli (Ərdəbil)
Yengicə-i Rzabəyli (fars. ينگجه رضابيگلو‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 403 nəfər yaşayır (85 ailə).
Atabəy
Atabəy (türk. "bəyin atası") - 1) səlcuq sultanlarının azyaşlı vəliəhdlərinin tərbiyəçisi və qəyyumları; 2) Səlcuqilər dövlətinin süqutu nəticəsində meydana gəlmiş sultanlıqların başçılarının titulu; 3) Misirdə məmlük sərkərdəsi. Səlcuqlularda atabəy rütbəsi daşıyan şəxs ölkənin və ya onun vilayətinin canişini və çox vaxt eyni zamanda kiçik yaşlı varis, yaxud vəfat etmiş hakimin övladları yanında regent və himayədar vəzifəsini yerinə yetirirdi. Bəzən atabəylər nikah və ya hər hansı başqa vasitələrlə hakimiyətə gəlirdilər. Atabəylərin bütöv sülalələri yaranırdı.
Ağabəy
Ağabəy (Təkab) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə ərazisinə daxil olan kənd. Ağabəy (Duzluca) — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd.
Atabəy (dəqiqləşdirmə)
Atabəy — 1) səlcuq sultanlarının azyaşlı vəliəhdlərinin tərbiyəçisi və qəyyumları; 2) Səlcuqilər dövlətinin süqutu nəticəsində meydana gəlmiş sultanlıqların başçılarının titulu; 3) Misirdə məmlük sərkərdəsi. Atabəy (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd.
Atabəy (Şəmkir)
Atabəy – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Atabəy kəndi Çənlibel kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Atabəy kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kənd 1924-cu ildə Atabəy yeri adlanan ərazidə salınmışdır. Burada keçmışdə Atabəy adlı kənd olmuşdur. Xalq etimologiyasına görə, Atabəy, İəkərbəy və Gədəbəy adlı uc qardaş olmuşdur. Onların hər birinin adı bir-birinə yaxın olan uc yaşayış məntəqəsindən birinə verilmışdır. Oykonim Azərbaycanda XII-XIII əsrlərdə fəaliyyət göstərən Eldəgizlər və ya Atabəylər sülaləsinin nümayəndələrindən birinin adı ilə bağlıdır. Mənbələrin məlumatına görə, Məhəmməd Cahan Pəhləvanın oğlu Atabəy Əbubəkr (1191-1210) 1203-cu ildə Şəmkir yaxınlığındakı döyüşdə müttəfiqlərə (gürcü çariçası Tamara, Şirvanşah I Axsitan və düŞmənlər tərəfə keçmış qardaşı Əmirmiran) məğlub olaraq qaçmağa məcbur oldu. Gəncə Əmirmiranın əlinə kecdi. Atabəy qədim Azərbaycan dilində "qəyyum" deməkdir.
Atabəy bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Yeni Azərbaycan Partiyası == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Atabəy Özbək
Özbək (Özbəy) Müzəffərəddin (? — v. 1225, Culfa rayonu) — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210–1225). 1225-ci il Xarəzmşah Cəlaləddinin hücumu zamanı həm sülalə hakimiyyətdən getmiş, həm də dövlət süquta uğramışdır. == Hakimiyyəti == === Gürcülərin hücumları === Məhəmməd Cahan Pəhləvanın kənizdən olan oğlu. Atabir qardaşı Əbu Bəkrin ölümündən sonra onun tabeliyində olan mülkləri idarə etməyə başlamış, hakimiyyətə gələnədək bölgənin siyasi həyatında fəal iştirak etmişdir. Hakimiyyətinın ilk ilində (1210–1211) gürcülərin Azərbaycana ən böyük hərbi yürüşlərindən biri baş verir. Naxçıvana hücum edən gürcülər şəhəri ələ keçirə bilməyərək, Culfaya doğru yönəlir, Dərədüz dərəsini keçib cənuba – Mərəndə, Təbrizə, Miyanəyə, Zəncana, Qəzvinə, Ərdəbilə və s. hücüm edir, talan və qarətlər törədirlər. Dövrün müəllifinin yazdığına görə, gürcülər geri qayıdarkən bir çox qalaları ələ keçirir, Naxçıvan və Beyləqan şəhərləri üzərinə xərac qoyurlar.
Ağabəy (Təkab)
Ağabəy (fars. اقابيك‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 139 nəfər yaşayır (27 ailə).
Ağabəy Azərbaycani
Ağabəy Azərbaycani (13 iyul 1939, Tehran) — Almaniyanın "Beynəlxalq Humanitar Tibbi Yardım" təşkilatının Azərbaycan üzrə rəhbəri, professor, Amerikanın MİR humanitar tibb Cəmiyyətinin qurucusu və rəhbəri . == Həyatı == Ağabəy Azərbaycani 1939-cü ilin 13 iyul Tehran şəhərində anadan olub. Atası professor Tahir Ağabəy Azərbaycani Tehran Universitetinin Malerioloji İnstitutunun direktoru olmuşdur. Maleriya xəstələyinin İranda kökünün kəsilməsində böyük əməyi olub. Anası Siddiqə Heyət professor Cavad Heyətin böyük bacısıdır. İranda Təhsil nazirliyinin baş müşaviri və Qızlar Pedoqoji Universitetinin rektoru olub. Ana babası Əli Heyət uzun illər İranda məhkəmə sədri, ədliyyə naziri işləmiş, müxtəlif vəzifələrdə çalışmışdı. Ata babası Hacı Qasım XIX əsrin 50-ci illərində, təxminən 165 il əvvəl Almaniyada çap təhsili aldıqdan sonra mətbəə avadanlıqları alıb İrana gətirmək istəsə də, Sultan Əbdülməcid imkan verməmiş, onu İstanbulda saxlamışdı. O, ilk mətbəəni də burada qurmalı olmuş, sonralar mədəniyyət naziri işləmişdi. === Uşaqlıq illəri, təhsili === 4 yaşında məktəbə gedib.
Ağabəy Məmmədquliyev
Ağabəy Novruzbəyli
Ağabəy Sultanov
Hacı Ağabəy Sultanov (1938, Bakı – 2007, Bakı) — tibb elmləri doktoru (1972), professor (1973), Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2007), Ümumdünya Psixiatriya Federasiyasının həqiqi üzvü, BMT-nin psixiatriya üzrə Azərbaycandakı koordinatoru. == Həyatı == Ağabəy Sultanov 22 fevral 1936-cı ildə Bakı şəhərində anadan olub. O, 1954-cü ildə orta məktəbi bitirərək, Azərbaycan Tibb Universitetinə daxil olub. 1960-cı ildə universitetin Müalicə-profilaktika fakültəsini bitirib. == Əmək fəaliyyəti == Ağabəy Sultanov əmək fəaliyyətinə 1 №-li Respublika Psixiatriya Xəstəxanasında həkim kimi başlayıb. 1962-1963-cü illərdə Azərbaycan Tibb İnstitutunun Psixiatriya kafedrasında klinik ordinatura keçdikdən sonra, 1964-1967-ci illərdə Moskvada Elmi_Tədqiqat Psixiatriya İnstitutunun aspiranturasında təhsil alıb. O, bir müddət Moskva şəhərində Elmi-Tədqiqat Psixiatriya İnstitutunda işləyib. Ağabəy Sultanov 1968-ci ildən ömrünün sonunadək Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasında müxtəlif vəzifələrdə çalışıb, 1990-cı ildən isə kafedranın müdiri vəzifəsini icra edib, Azərbay­canın baş psixiatrı olub. Azərbaycan Tibb Universitetində çalışdığı bütün bu dövr ərzində Ağabəy Sultanov tibbi kadrların yetişdirilməsi, ölkəmizdə psixiatriya xidmətinin təkmilləşdirilməsi, təbabət elminin inkişafı sahəsində böyük işlər görüb. == Akademik fəaliyyəti == Ağabəy Sultanov 1967-ci ildə namizədlik, 1972-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edib, 1973-cü ildə isə professor elmi adına layiq görülüb.
Ağabəy rəqsi
"Heyvagülü" və ya "Ağabəy rəqsi" — Azərbaycanın milli rəqsi. Segah muğamı üstündədir. Qara zurna ilə ifa olunan xalq rəqsidir. Solo rəqslərə aiddir. El arasında bu rəqsi "Ağabəy rəqsi" də adlandırırlar. Bu bəstə Əli Kərimov tərəfindən bəstələnmişdir. == İstinadlar == == Xarici keçidlər == "YouTube"da "Heyvagülü" rəqsi.
Ağabəy Əsgərov
Ağabəy Əsgərov (11 yanvar 1956, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, "Azərbaycan" nəşriyyatının baş direktoru (2005–2021), Yeni Azərbaycan Partiyasının qurucu heyəti olan "91-lər"dən biri. == Həyatı == Ağabəy Məmməd oğlu Əsgərov 1956-cı il yanvarın 18-də Bakı şəhərində anadan olub.Bakı şəhəri 6 nömrəli məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Filologiya elmləri namizədidir. == Siyasi-ictimai fəaliyyəti == Ağabəy Əsgərov "Səs" qəzetinin ilk baş redaktoru olub. O, həmin vəzifədə 1991-ci il yanvarın 11-dən 2005-ci ilin aprelinə kimi çalışıb. 1992-ci il iyul-noyabr ayları arasında Yeni Azərbaycan Partiyasının yaradılmasına təşəbbüs göstərmiş, "91-lər" hərəkatının fəal iştirakçısı olmuşdur. Partiyanın 5 mart 2021-ci il tarixli VII qurultayınadək Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub. 1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə Birinci çağırış Milli Məclisə deputat seçilib. 2000-ci il noyabrın 5-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə İkinci çağırış Milli Məclisə deputat seçilib.
Seyfəddin Rzasoy
Özbək (atabəy)
Özbək (Özbəy) Müzəffərəddin (? — v. 1225, Culfa rayonu) — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210–1225). 1225-ci il Xarəzmşah Cəlaləddinin hücumu zamanı həm sülalə hakimiyyətdən getmiş, həm də dövlət süquta uğramışdır. Məhəmməd Cahan Pəhləvanın kənizdən olan oğlu. Atabir qardaşı Əbu Bəkrin ölümündən sonra onun tabeliyində olan mülkləri idarə etməyə başlamış, hakimiyyətə gələnədək bölgənin siyasi həyatında fəal iştirak etmişdir. Hakimiyyətinın ilk ilində (1210–1211) gürcülərin Azərbaycana ən böyük hərbi yürüşlərindən biri baş verir. Naxçıvana hücum edən gürcülər şəhəri ələ keçirə bilməyərək, Culfaya doğru yönəlir, Dərədüz dərəsini keçib cənuba – Mərəndə, Təbrizə, Miyanəyə, Zəncana, Qəzvinə, Ərdəbilə və s. hücüm edir, talan və qarətlər törədirlər. Dövrün müəllifinin yazdığına görə, gürcülər geri qayıdarkən bir çox qalaları ələ keçirir, Naxçıvan və Beyləqan şəhərləri üzərinə xərac qoyurlar.
Şamil Atabəy
Şamil Atabəy 5.5.1925-20.11.1975 “Azərbaycan” jurnalında mətbu fəaliyyəti ilə məşğul olan legionerlərdən Şamil Atabəyin də adını çəkir. Şamil Atabəy yazılarında əsasən Stalin rejiminin tənqidi ilə məşğul olub. Özünün “Kommunistlərin “ideoloji işləri” məqaləsində isə göstərirdi ki, “Pravda” qəzetinin hər bir baş məqaləsi insanın şəxsiyyətini öldürən, insan vicdanına ləkə yaxan, insanı Kremlin kor bir aləti mənsəbinə endirən ən dəhşətli vasitədir”.
Atabəy Cahangirov
Atabəy Şahmur oğlu Cahangirov (7 iyul 1951, Novruzlu, Saatlı rayonu – 5 fevral 2022) — Azərbaycan ictimai-siyasi xadimi, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı (1991–1992), Saatlı Rayon Sovetinin sədri (1991), Azərbaycan Kommunist Partiyası Saatlı Rayon Komitəsinin birinci katibi (1987–1991). == Həyatı == Atabəy Şahmur oğlu Cahangirov 7 iyul 1951-ci ildə Saatlı rayonunun Novruzlu kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmiş, əmək fəaliyyətinə 1970-ci ildə Nəriman Nərimanov adına kolxozda aqronom kimi başlamışdır. Bu vəzifədə 1975-ci ilə qədər işləmiş, eyni zamanda kolxozun ilk komsomol təşkilatının katibi olmuşdur. Azərbaycan LKGİ Saatlı Rayon Komitəsinin ikinci, sonra isə birinci katibi vəzifələrinə seçilmişdir. Atabəy Cahangirov 1975–1981-ci illərdə Azərbaycan LKGİ Saatlı Rayon Komitəsində işləmişdir. 1981–1987-ci illərdə Azərbaycan Kommunist Partiyası Saatlı Rayon Komitəsinin katibi olmuş, 1987-ci ildə həmin komitənin birinci katibi seçilmişdir. Saatlı Rayon Sovetinin sədri olmuş, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. 28 iyul 1992-ci ildə vəzifəsindən azad edilmişdir. Atabəy Cahangirov Azərbaycan Ali Sovetinin XII çağırış deputatı seçilmiş, Ekologiya və təbii ehtiyatlardan istifadə olunmasına nəzarət komissiyasının, sonra isə Milli siyasət və millətlərarası münasibət məsələləri komissiyasının üzvü olmuşdur.
Ağabəy (Duzluca)
Ağabəy — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Ağabəq kimi qeyd olunur. == Coğrafiya == Kənd İğdır şəhər mərkəzindən 55 km, Duzluca şəhər mərkəzinə 19 km məsafədədir.
Atabəy Şəmsəddin Eldəniz
Şəmsəddin Eldəniz (tam adı: Şəms əl-Din Eldəniz, az.-əski. شمس الدین الدڭیز‎, fars. اتابک شمس‌الدین ایلدگز‎; -(d.1110 – ö.oktyabr 1175 Naxçıvan) — Azərbaycanın I böyük atabəyi, İraq Səlcuq Sultanlığının sərkərdəsi, Səlcuqlu şahzadəsi və sonradan Sultanı olan Sultan Arslan şahın atabəyi. Mənşəcə qıpçaqlardan olan Şəmsəddin Eldəniz Azərbaycan Atabəylər dövlətinin və Eldənizlər sülaləsinin yaradıcısı, siyasi xadim və sərkərdədir. 1136-cı ildə Səlcuqlu hökmdarı Sultan Məsuddan Aranı iqta olaraq alan Atabəy Eldəniz yerli xırda feodalları özünə tabe edə bilmiş, 1141-ci ildə isə Səlcuqluların Azərbaycandakı canişini Qara Sunqurun ölümündən sonra bütün Azərbaycanın idarəçiliyini tədricən ələ keçirmişdir. Azərbaycanın bir hissəsini iqta olaraq aldıqdan sonra mərkəzi hakimiyyətdəki saray çəkişmələrində aktiv iştirak etmiş, bununla bərabər Azərbaycan ərazisindəki digər canişinləri kənarlaşdıraraq onların torpaqlarını da özünə tabe etmişdir. Hətta bir müddət heç bir İraq Səlcuq Sultanlığının hökmdarına tabe olmamış, birbaşa Böyük Səlcuq imperiyasının hökmdarı Sultan Səncərin adına xütbə oxutmuş və pul zərb etdirmişdir. 1160-cı ildə Sultan Süleyman sui-qəsd nəticəsində öldürülür. Bundan sonra Şəmsəddin Eldəniz bir sıra Səlcuqlu sərkərdələrinin dəvəti ilə Arslan şahı taxta çıxarmaq və hakimiyyəti möhkəmləndirmək, eləcə də İraq Səlcuq sultanlığının idarəsini öz əlində saxlamaq üçün 1160-cı ildə 20 minlik ordu ilə Həmədana gəlir. Tacqoyma mərasimindən sonra oğulluğu Arslan şahı sultan elan edir.
Atabəy Əbu Bəkr
Atabəy Nüsrədəddin Əbu Bəkr və ya I Əbu Bəkr – Eldənizlər dövlətinin hökmdarı. == Hökmranlığı == Əbu Bəkrin dövründə Cahan Pəhləvanın oğulları arasında hakimiyyət uğrunda gedən mübarizə feodal çəkişmələri nəticəsində Eldəgəzlər dövlətinin tənəzzülü başladı. Qutluq İnanc və Əmiran Ömərin hakim olduqları İraq Əcəm, İsfahan və Rey vilayətləri Eldəgəz dövlətindən ayrıldı. Eldəgəz dövlətində gedən feodal çəkişmələrdən Xarəzmşahlar, Abbasilər, Əyyubi sultanları, Şirvanşahlar, gürcü çarları istifadə etməyə çalışırdılar. 1192-ci ildə sultan Toğrul ona sadiq əmirlərin köməyi ilə həbsdən azad oldu və qısa müddətə Rey, İsfahan və Həmədanda hakimiyyəti ələ keçirdi. Qutluq İnanc Toğrula qarşı Xarəzmşah Təkəşdən (1172–1200) hərbi yardım istədi. 1194-cü ildə Təkəş hücum edərək Xorasan, Rey və Həmədan vilayətlərini tutdu. Martın 25-də Rey yaxınlığında Toğrul öldürüldü. Xarəzmşah işğal etdiyi vilayətlərin idarəsini Qutluq İnanca tapşırdı. Lakin, Qutluq İnancın müstəqil dövlət yaratmağa çalışması Təkəşin ona münasibətinin kəskin surətdə dəyişməsinə səbəb oldu.
Atabəy parkı hadisəsi
Atabəy parkı hadisəsi (farsca:واقعه باغ اتابک)— əsasən Cənubi Azərbaycandan olan 300 üsyançının ölümünə səbəb olan münaqişə nəzərdə tutulur. 8 avqust 1910-cu ildə baş vermişdir. == Məşrutə inqilabında oynadığı rol == Səttar xan Bakıdakı cənubi azərbaycanlıların yaratdığı İctimaiyyun-Amiyyun və ya Sosial Demokrat Partiyası ilə yaxın əlaqələri var idi. Onun məşhurlaşmasının səbəbi Təbrizin Əmirxiz məhəlləsində məşrutə tərəfdarı şəxslərə rəhbərlik edərək üsyan başlatması olmuşdur. 1907-ci ildən etibarən o, üsyançıların rəhbərinə çevrilmişdir. Qacar şahı Məhəmmədəli şah Qacar Məclisi bombardman etdikdən sonra minlərlə ordu ilə məclisin qapadılmasına etiraz edən Təbrizə hücum etdi. Buna cavab olaraq, 1908-ci ilin iyununda Səttar xannı rəhbərliyi altlnda Ali Hərbi Şura yaradıldı. Səttar xan bu şuranın rəhbəri, Bağır xan onun köməkçisi təyin edildi. Əli Müsyö, Hacı Əli və Seyid Haşim bu şuranın üzvü olan digər məşhur şəxslər idilər. 1909-cu ilin aprelində Təbriz üsyançıları royalistləri şəhərdən qovmaq üçün öz qüvvələrinin xeyli hissəsini qurban verdilər.
Raley
Roli (ing. Raleigh) — Şimali Karolina ştatın paytaxtı.
Zabel
İzabella (erm. Զապել; 25 yanvar 1216, 25 yanvar 1217, 1212 və ya 1213, Kozan – 23 yanvar 1252, Kozan, Kilikiya Erməni Çarlığı) — həmçinin İzabel və ya Zabel kimi də tanınır, 1219-cu ildən 1252-ci ildə ölümünə qədər Erməni Kilikiya Çarlığının kraliçası. O, Bağraslı Adəmin hökmdarlığı altında kraliça elan edildi. O, öldürüldükdən sonra Baberonlu Konstantin (Hetumilər sülaləsindən) qəyyum seçildi. Bu məqamda III Rubenin nəvəsi (Zabelin atası Kral I Levonun böyük qardaşı) Raymund-Ruben Kilikiya taxtını özü üçün iddia etməyə cəhd etdi, lakin o, məğlub oldu, əsir düşdü və edam edildi. Baberonlu Konstantin tezliklə Antakya şahzadəsi IV Boemund ilə ittifaq axtarmağa istədi və o, gənc şahzadə ilə IV Boemunun oğlu Filip arasında evlilik təşkil etdi. Filip isə ermənilərin həssaslığını toxundu, hətta kral sarayını qarət edərək kral tacını Antakyaya göndərdi; buna görə də o, Sis (indiki Türkiyənin Kozan şəhəri) həbsxanasına salındı, ehtimal ki, zəhərlənərək öldürüldü. Məyus olmuş gənc Zabel Barbaronun oğlu Hethum Konstantinlə evlənmək məcburiyyətində qaldı. Uzun illər onunla yaşamaqdan imtina etsə də, sonda o, bunu qəbul etdi. Kilikiyanın iki əsas sülalə qüvvələrinin (Rubenilər və Hetumilər) nikahında aşkar birləşməsi bir əsrlik sülalə və ərazi rəqabətinə son qoydu və Hetumiləri Kilikiya Ermənistanında siyasi hökmranlığın ön sırasına gətirdi.
Qoşaqışlaq-i Rzalıbəy (Biləsuvar)
Qoşaqışlaq-i Rzalıbəy (fars. قوشاقشلاق رضالي بيگ‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 21 nəfər yaşayır (4 ailə).
Qışlaq-i Ərzbəy (Hurand)
Qışlaq-i Ərzbəy (fars. قشلاق ارض بيك‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Dəyanət Rzayev
Dəyanət Rzayev (5 avqust 1971, Bakı – 25 yanvar 2017, Bakı) — Azərbaycan psixoloqu. Dəyanət Rzayev yerli mediada tez-tez intiharlara dair ekspert rəyləri ilə çıxış edib, insanları intihardan çəkindirirdi. == Həyatı == Dəyanət Rzayev 3 avqust 1971-ci ildə anadan olub. İlk ali təhsili pedoqoji psixologiya, ikinci ali təhsili isə Bədən Tərbiyəsi İnstitutunda bakalavr və idman psixologiyası üzrə magistr dərəcəsi olmuşdur. 1990-cı illərdə futbol üzrə Azərbaycan milli komandasının psixoloqu olub və futbolçularla çalışıb. Sonradan Azərbaycanda ən böyük psixoloji mərkəzlərdən biri "Psixoterapiya Mərkəzi"ni yaratmışdır. Amerika və Avropa Psixoloji Müşavirə Assosiasiyasının üzvü idi. Dəyanət Rzayev evli və 3 uşaq atası idi. Həyat yoldaşı ilə ölümündən bir müddət əvvəl ayrılmışdı. == Ölümü == Onun cəsədi 2017-ci il yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda yerləşən evində aşkarlanıb.
Eldar Rzayev
Eldar Rzayev (azərb. Rzayev Eldar Həmid oğlu‎; 17 iyul 1968) — Azərbaycan Respublikası Prezidentin Protokol xidmətinin rəisinin müavini — Birinci vitse-prezidentin protokol sektorunun müdiri, 2-ci dərəcəli dövlət müşaviri, fövqəladə və səlahiyyətli səfir. == Həyatı == Eldar Həmid oğlu Rzayev 17 iyul 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir, daha sonra Fransa Respublikasının Milli Administrasiya Məktəbinin (ENA) ixtisasartırma kurslarında təhsilini davam etdirmişdi. Hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyinə 1994-cü ildə Gənclər və İdman Nazirliyində başlamışdır. 1995-ci ildən etibarən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsində müxtəlif vəzifələrdə işləmiş, o cümlədən Dövlət Protokolu İdarəsinin rəis müavini olmuşdur. 2003-cü ildə Vatikan Dövlətinin Müqəddəs Böyük Qreqori (Ordine di San Gregori Magno) ordeni ilə təltif olunmuşdur. 2004-cü ilin mayında Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətində işə başlamış, 2005–2007-ci illər arasında Prezidentin Protokol xidmətinin Protokol təminatı sektorunun müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 may 2007-ci il tarixli Sərəncamı ilə Eldar Həmid oğlu Rzayev Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini — sektor müdiri vəzifəsinə təyin edilmişdir.
Elnur Rzayev
Elnur Şahbaz oğlu Rzayev (2 aprel 1980, Aşağı Şorca, Vardenis rayonu) — Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Elnur Rzayev 2 aprel 1980-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olmuşdur. 1996–2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Biznes üzrə menecment" ixtisası üzrə bakalavr, 2000–2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "İstehsal sistemlərinin idarəedilməsi" ixtisası üzrə magistr, 2010–2013-cü illərdə Azərbaycan Respublikasınn Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə" idarəetməsi ixtisası üzrə təhsil almışdır. 2002-2003 - cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2004–2009-cu illərdə DSMF-nun Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 2009–2013-cü illərdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru, 2013–2015-ci illər ərzində Gəncə Asan Xidmət mərkəzinin direktoru, 2015–2019-cu illərdə isə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Ailəlidir. 3 övladı var.
Elxan Rzayev
Elxan Rza (29 iyun 1979, Sumqayıt) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının Əməkdar Artisti (2018). == Həyatı == Elxan Rzayev 1979-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1996-cı ildə Sumqayıt şəhər 23 nömrəli orta məktəbi bitirmişdir. Həvəskar aktyor kimi ilk dəfə Sumqayıtda fəaliyyət göstərən "Cavid" teatrında səhnəyə çıxmışdır. 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşdur. Tələbəlik illərində Əbdürrəhim bəy Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini", Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük", Cəfər Cabbarlının "Solğun çiçəklər", Anton Çexovun "Təklif" əsərlərində Ələsgər, Əşrəf bəy, Rəhman və Stepan Stepanoviç rollarını ifa etmişdir. Cəfər Cabbarlının "Solmaz yarpaq" ədəbi–musiqili kompozisiyasında Cəfər Cabbarlı obrazını məharətlə yaratmışdır. Tələbə ikən Azərbaycan Milli Dram Teatrında çalışmış, kütləvi səhnələrdə aktyor kimi çıxış etmişdir. Bu illər ərzində teatrın aparıcı artisti, baş rolların mahir ifaçısı kimi teatr ictimaiyyətinin diqqətini özünə çəkmişdir. 2000-ci ildən Bakı Bələdiyyə Teatrının aktyorudur.
Fazil Rzayev
Fazil Rzayev — Azərbaycanlı voleybol mütəxəssisi. == Həyatı == 1956-cı ildə Azərbaycan komandasının heyətində SSRİ kubokunu qazanan Rzayevin Azərbaycanda voleybolun inkişafında böyük rolu olub. O, həmçinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında voleyboldan dərs deyib. Fazil Rzayev qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Faiq Qarayevin və kişilərdən ibarət yığmnın sabiq baş məşqçisi Oqtay Musayevin də müəllimi olub. Voleybol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Fazil Rzayev 2010-cu ilin may ayında 77 yaşında vəfat edib. Yasamal qəbiristanlığında dəfn edilib.
Fikrət Rzayev
Fikrət Həsən oğlu Rzayev (d.1936 Naxçıvan-v.2013 Bakı) — Görkəmli tədqiqatçı-mühəndis, uzun müddət “AZİNMAŞ”da çalışıb. == Həyatı == 1995-1996-cı illərdə Fikrət Rzayevin “Adəm dili haqqında”, “Fonemlər nəyə işarədirlər” məqalələri N.Tusi adına ADPU-nun tematik toplularında dərc olunmuşdur və onun elmə gətirdiyi bu yeniliklər klassik dilçilik tədqiqatı sahəsinə novatorcasına yanaşmanın təməli hesab olunur. 1998-ci ildə Fikrət Rzayev o dövrəqədərki araşdırmalarını topladığı 600 səhifəlik əlyazmasının üstündə bir daha və yenidən işləyərək, sadə və geniş oxucu kütləsi üçün anlaşıqlı olsun deyə, iki aya “Sözün sirri-səsin sirri” kitabını çapa vermişdir. 1999-2000-ci illərdə qardaşı Vahid Rzayevlə həmmüəllif kimi “Yaranış haqqında söhbət” adlı üç hissədən ibarət elmi-fəlsəfi toplunu ictimaiyyətin müzakirəsinə çatdırmışdır. 2012-ci il müdriklik çağını yaşayan Fikrət Rzayevin həyatında yazdığı “Söz” və “Söz konstruktorluğu” kitablarının nəşr olunması ilə yaddaşlarda əbədi qalacaq. Fikrət Həsən oğlu Rzayev 28 fevral 2013-cü il tarixində qəflətən dünyasını dəyişmişdir. == Fəaliyyəti == Fikrət müəllim neft və qaz mədənlərinin maşın və avadanlığı üzrə ali təhsilli ən yüksək səviyyəli mütəxəssis olmaqla bərabər, novator dilçi-tədqiqatçı kimi də çox ciddi araşdırmalar aparmışdır. Onun Azərbaycan dilində (eyni zamanda alman və rus dilləriylə müqayisəli şəkildə) fonemlərin – sait və samit səslərin – məna əmələgətirmə xüsusiyyətlərini açması bu sahənin mütəxəssislərində özünəməxsus rəğbət yaratmışdır. Fikrət Rzayev yorulmadan Azərbaycan dilçiliyinin zənginliyini, ilkdən ilkinliyini çatdırmaq üçün çalışırdı. Onun üstündə işlədiyi son araşdırmalar da xüsusi təmkin, fenomenal bacarıq və sonsuz çalışqanlıq tələb edirdi.
Hacırza Rzayev
Hüseyn Rzayev
Həbib Rzayev
Rzayev Həbib Allahverdioğlu (26 dekabr 1923, Nehrəm – 12 avqust 1997, Bakı) — Naxçıvan MSSR-in Baş prokuroru, ədliyyə general-mayoru. == Həyatı == Həbib Rzayev 26 dekabr 1923-cü il tarixində Nehrəm kəndində anadan olmuşdur. 1942-ci ildə Orconikidze (indiki Vladiqafqaz) Səhra komandirləri kursunu, 1944-cü ildə Naxçıvan Müəllimlər İnstitutunu, 1947-ci ildə Bakı hüquq məktəbini, 1954-cü ildə isə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. İkinci Dünya müharibəsinin iştirakçısıdır. Həbib Rzayev 12 avqust 1997-ci ildə Bakıda vəfat etmişdir. == Fəaliyyəti == Həbib Rzayev 1961–1969-cu illərdə Noraşen rayonu prokuroru, 1970–1975-ci illərdə Kürdəmir rayon prokuroru, 1975–1980-ci illərdə Naxçıvan MSSR Baş prokuroru vəzifələrində çalışmışdır. == Mükafatları == Vətən müharibəsi ordeni və medallarla, SSRİ-nin əlaçı hüquqşünası döş nişanı ilə təltif olunmuşdur. == Mənbə == Naxçıvan Ensiklopediyası (Bakı–2002) Elmin Nuri. ""Bir kəndin məşhurları" – Cəlil Məmmədquluzadənin kəndinin tanınmışları". 28.08.2015.
Kamil Rzayev
Kənan Rzayev
Mariya İzabel
Mariya İzabel (İspanca:María Isabel; 4 yanvar 1995) — İspaniya müğənnisi, 2004-cü il Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi 2004 Avroviziya Mahnı Müsabiqəsində İspaniyanı "Antes muerta que sencilla" mahnısı ilə təmsil etmiş və qalib olmuşdur.
Miri Rzayev
Miri İsmayıl oğlu Rzayev (d. 20 dekabr 1949) — Azərbaycan rejissoru. Miri İsmayıl oğlu Rzayev 20 dekabr 1949-cu ildə anadan olmuşdur. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun və Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun məzunudur. 1979-1991-ci illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çalışmışdır. O, burada 25-dən çox film çəkmişdir. 1998-ci ildən "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində rejissor vəzifəsində çalışır. "Odu qoru", "Mövzuya improvizə", "Təbəssüm", "Gülüş". "İlk hücum", "Varis", "Uçuş xətti", "Qaçqınlar", və s. sənədli televiziya filmlərini lentə almışdır.
Mirsəfa Rzayev
Murad Rzayev
Rzayev Murad Yunis oğlu (7 dekabr 1947, Ağdam) — "Qarabağ bülbülləri" ansamblının bədii rəhbəri. Murad Rzayev 1947-ci ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olub. 1954-cü ildə 3№-li orta məktəbdə təhsil alıb. Hələ orta məktəbdə oxuyarkən Güllücə kəndində fəhlə işləmiş, elə balaca vaxtlarından da Ağdam rayon Xalq Teatrında bir çox tamaşalarda rollar oynamış, Respublika"Teatr Cəmiyyəti"nin fəxri fərmanına və diplomlarına layiq görülmüşdür. 1964-cü ildə orta məktəbi bitirib və həmin il Üzeyir Hacıbəyov adına Ağdam Musiqi Texnikomunun xor-dirijorluğu şöbəsinə daxil olub. 1968-ci ildə texnikomu bitirib və hərbi xidmətə yollanıb. 1970-ci ildən, 1971-ci ilin may ayına kimi Ağdam Rayon Mədəniyyət evində bədii rəhbər vəzifəsində çalışıb. Rayonda ilk dəfə olaraq müəllim və şagirdlərdən ibarət xor-qrupu və estrada orkestiri yaratmışdır. 1971-ci ilin may ayında Ağdam Rayon Komsomol Komitəsi bürosunun qərarına əsasən Ağdam Rayon Pioner və Məktəblilər Evinin (indiki Uşaq Yaradıcılıq Mərkəzi) müdiri vəzifəsinə təyin olunub. Hazırda da həmin vəzifədə çalışır.
Mübariz Rzayev
Mübariz Balağa oğlu Rzayev (20 may 1968, Lənkəran) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 3-cü Ordu Korpusunun sabiq komandanı, 2020-ci il Vətən müharibəsinin komandanlarından biri. Mübariz Rzayev 1968-ci il mayın 20-də Lənkəran şəhərində anadan olub. Polkovnik Mübariz Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2003-cü il tarixli 887 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Polkovnik Mübariz Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli 2176 nömrəli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. General-mayor Mübariz Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2020-ci il tarixli 2127 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edildi. General-mayor Mübariz Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli 2348 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun, Xocavənd rayonunun, Zəngilan rayonunun və Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Mübariz Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Zəngilanın azad olunmasına görə" medalı ilə, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. 2021-ci il martın 21-də 3-cü Ordu Korpusunun komandanı təyin olunub. Mübariz Rzayev 17 dekabr 2021-ci ildə vəzifəsindən azad olunub. Rzayev öz istəyi ilə ordu sıralarından ehtiyata buraxılıb.
Müşfiq Rzayev
Müşfiq Nazir oğlu Rzayev (23 mart 1998-ci ildə anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt klubunda yarımmüdafiəçi kimi çıxış edən Azərbaycanlı professional futbolçudur. Müşfiq Rzayev öz peşəkar karyerasında debütünü 4 avqust 2016-cı ildə Solyaris Moskva klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Spartak Kostroma klubuna qarşı oyunda etmişdir.
Məhəmmədbağır Rzayev
Bağır Kərbəlayı Ələsgər oğlu Rzayev və ya Məmmədbağır Rzayev və ya Məmmədbağır Rzayev və ya Bağır bəy Rzayev (1891, İrəvan – 1927) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin baş katibi, Araz Türk Cümhuriyyətinin inzibati naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü. Bağır bəy Rzayev 1893-cü ildə İrəvan şəhərində anadan olmuşdu. 1903–1912-ci illərdə İrəvan gimnaziyasında oxumuşdur. 1911-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuşdu. Aprel işğalından sonra mühacirət həyatı yaşamış daha sonra Azərbaycana geri dönmüşdür. 1927-ci ildə siyasi təzyiqlərə dözməmiş, özünü öldürmüşdü. Bağır Rzayev Müsəlman Sosialist Blokunun üzvü olaraq Zaqafqaziya Seyminə üzv seçilmiş, burada müsəlman fraksiyasının və Müsəlman Sosialist Bloku qrupunun üzvü olmuşdur. 27 may 1918-ci il tarixində Müsəlman Sosialist Bloku sıralarından Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilmişdir. Nəriman bəy Nərimanbəyli və Mir Hidayət bəy Seyidovla birgə İrəvan Milli Komitəsinin üzvü idi. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 1 iyun 1918 tarixli sayca 3-cü və Tiflis Canişin Sarayında baş tutan iclasında Bağır bəy Rzayev İrəvana göndəriləcək nümayəndə heyəti ilə bağlı müzakirələrdə belə fikir bildirmişdir: Bağır bəy Rzayev 7 dekabr 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sıralarından birbaşa Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti üzvlüyünə qəbul olunmuşdur.
Məmməd Rzayev
Məmməd Rzayev (tam adı: Rzayev Məmməd Hüseyn oğlu; 8 may 1952, Naxçıvan) — fəlsəfə elmləri doktoru, professor; Azərbaycan Respublikasının əməkdar müəllimi, Beynəlxalq Turizm Akademiyasının həqiqi üzvü. Məmməd Rzayev 8 may 1952-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, 1958-ci ili sentyabrın 1-də Naxçıvan şəhərindəki 4 nömrəli 8 illik məktəbə daxil olmuş, sonra şəhər 1 nömrəli orta məktəbində təhsilini davam etdirərək 1968-ci ildə həmin məktəbi bitirmişdir. 1968-ci il avqust ayında Azərbaycan Pedaqoji İnstutunun Naxçıvan filialına qəbul olunmuş və 1972-ci ildə həmin instutun tarix-filologiya fakültəsinin Tarix ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 1973-cü ilin may ayından 1974-cü ilin may ayınadək hərbi xidmətdə olmuşdur. 1974-cü ilin iyun ayından Naxçıvan Dövlət Universiteti fəlsəfə və sosial elmlər kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır. 1997-ci ildən 2015-ci ilədək Naxçıvan Dövlət Universitetində tərbiyə işləri üzrə prorektor vəzifəsində işləmişdir. Hal-hazırda Fəlsəfə və sosial İş kafedrasında professor vəzifəsində çalışır. 1958–1968-ci illərdə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1972-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialını, 1980-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasını bitirmişdir.
Məmmədbağır Rzayev
Bağır Kərbəlayı Ələsgər oğlu Rzayev və ya Məmmədbağır Rzayev və ya Məmmədbağır Rzayev və ya Bağır bəy Rzayev (1891, İrəvan – 1927) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin baş katibi, Araz Türk Cümhuriyyətinin inzibati naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü. Bağır bəy Rzayev 1893-cü ildə İrəvan şəhərində anadan olmuşdu. 1903–1912-ci illərdə İrəvan gimnaziyasında oxumuşdur. 1911-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuşdu. Aprel işğalından sonra mühacirət həyatı yaşamış daha sonra Azərbaycana geri dönmüşdür. 1927-ci ildə siyasi təzyiqlərə dözməmiş, özünü öldürmüşdü. Bağır Rzayev Müsəlman Sosialist Blokunun üzvü olaraq Zaqafqaziya Seyminə üzv seçilmiş, burada müsəlman fraksiyasının və Müsəlman Sosialist Bloku qrupunun üzvü olmuşdur. 27 may 1918-ci il tarixində Müsəlman Sosialist Bloku sıralarından Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilmişdir. Nəriman bəy Nərimanbəyli və Mir Hidayət bəy Seyidovla birgə İrəvan Milli Komitəsinin üzvü idi. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 1 iyun 1918 tarixli sayca 3-cü və Tiflis Canişin Sarayında baş tutan iclasında Bağır bəy Rzayev İrəvana göndəriləcək nümayəndə heyəti ilə bağlı müzakirələrdə belə fikir bildirmişdir: Bağır bəy Rzayev 7 dekabr 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sıralarından birbaşa Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti üzvlüyünə qəbul olunmuşdur.