Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əs-Saməd
Əs-Saməd (ər. الصمد) — Allahın adlarından biri.
Saməddin Fərziyev
Saməddin Mehman oğlu Fərziyev (20 iyun 2001; Xanəgah, Lerik, Azərbaycan — 12 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Saməddin Fərziyev 20 iyun 2001-ci ildə Lerik rayonunun Xanəgah kəndində, zəhmətkeş bir ailədə anadan olub. Atası Mehman kişi fiziki qüsurludur. Ailədə 3 qardaş və 3 bacı olublar. Böyük qardaşı Samid uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib və 2017-ci ildə, 25 yaşında dünyasını dəyişib. Uşaqlıq illərini doğulduğu kənddə keçirən Saməddin orta təhsilini şəhid Qiyas Əhmədov adına Xanəgah kənd tam orta məktəbində alıb. Daha sonra Lökbatana köçüblər. Saməddin qarışıq döyüş sənətləri (MMA) və qaydasız döyüşlə məşğul olub, qatıldığı idman yarışlarında dəfələrlə birinciliklər, diplom və sertifikatlar əldə edib. == Hərbi xidmətləri == Orta təhsilini başa vurduqdan sonra Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilib. Xidmətini layiqincə yerinə yetirən Saməddin 2020-ci ilin iyulunda Ermənistanın növbəti təxribatları nəticəsində başlanan Tovuz döyüşlərinin iştirakçısı olub.
Saməddin Qəfərov
Saməddin Rasim oğlu Qəfərov (23 yanvar 1993; İsmayıllı rayonu, Azərbaycan — 28 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Saməddin Qəfərov 1993-cü il yanvarın 23-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Saməddin Qəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Saməddin Qəfərov sentyabrın 28-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Saməddin Qəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Saməddin Qəfərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Saməddin Əmrahov
Saməddin Şamil oğlu Əmrahov (2 oktyabr 1978, Kəlbəcər rayonu – 4 oktyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Saməddin Əmrahov 1978-ci il oktyabrın 2-də Kəlbəcər şəhərində anadan olub. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Əmrahovlar ailəsi Oğuz rayonunun Calut kəndində yaşamağa başlayıblar. 1985-1993-cü illərdə Kəlbəcər şəhərində 3 nömrəli tam orta məktəbdə, 1993-1996-cı illərdə isə Calut kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Aysu adında qızı və Şamil adında oğlu yadigar qaldı. == Hərbi xidməti == Saməddin Əmrahov 1996-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Saməddin Əmrahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Saməddin Əmrahov oktyabrın 4-də Murovdağ döyüşləri zamanı şəhid olub.
Saməddin Əsədov
Saməddin Fəxrəddin oğlu Əsədov (5 iyun 1985, Bakı) — 2021-ci ildən etibarən Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosda İdarə Heyətinin sədridir. == Karyera == 2007-2011-ci illərdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə, uçot və iqtisadi təhlil şöbəsində çalışmışdır. 2011-2014-cü illərdə "Azərkosmos"da müxtəlif vəzifələrdə çalışmışdır. 2014-2021-ci illərdə "Azərkosmos"da Maliyyə departamentinin direktoru kimi fəaliyyət göstərmiş. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2021-ci ildə Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur. == Təhsil == 2002-2006-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit ixtisası üzrə bakalavr dərəcəsi alıb. 2008-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit ixtisası üzrə magistr dərəcəsini bitirib. 2013-cü ildə ADA universitetinin "Executive Education" və "Maastricht School of Management" Strateji İdarəetmə üzrə ixtisasartırma proqramının məzunu olub. 2020-ci ildən təhsilini ADA universitetində "Executive Education" və "Duke University’s Fuqua School of Business-in Adaptive Strategic Execution Program" üzrə təhsilini davam etdirir.
Səməd
Səməd — Azərbaycanlı kişi adı. Səməd Vurğun — Azərbaycan şairi, Azərbaycanın ilk xalq şairi (1956). Səməd bəy Mehmandarov — Rusiya İmperator ordusunun tam artilleriya generalı.
Akif Səməd
Akif Səməd (22 iyul 1959, Qazax rayonu – 6 iyul 2004, Bakı) — Azərbaycanlı şair, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997). == Həyatı == Məmmədov Akif Səməd oğlu 1959-cu il iyulun 22-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1976-1982). 2004-cü il iyulun 6-da Bakıda vəfat etmiş, doğma Qaymaqlı kəndində torpağa tapşırılmışdır. == Yaradıcılığı == "Gənc müəllim" qəzeti və "Mərhəmət" jurnalı redaksiyalarında işləmiş, Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor vəzifəsində çalışmışdır. Tələbəlik illərindən bədii yaradıcılıqla ciddi məşğul olmuşdur. Şeirləri dövri mətbuatda dərc edilmişdi. "Qiblə yelləri" (1992), "Uzaqlardan gəlirik" (1994), "Adəmdən" (1995), "Özümə yol" (1996) kitabları nəşr olunmuşdur. === Əsərləri === "Qiblə yelləri" (1992), "Uzaqlardan gəlirik" (1994), "Adəmdən" (1995), "Ömrü özünə yaşasan" (1996) "Özümə yol" (2004) == Mənbə == XX əsr Azərbaycan yazıçıları,Ensiklopedik məlumat kitabı. Bakı, 2011.
Daməd Nəbiyev
Daməd Nəbiyev(Daməd Məcid oğlu Nəbiyev;d.1925, Yevlax rayonu, Varvara kəndi) - Böyük Vətən müharibəsi veteranı, mayor. == Həyatı == Daməd Nəbiyev 1925-ci ildə oktyabr ayının 15-də Yevlax rayonunun Varvara kəndində anadan olmuşdur. 1943-cü ildə Gürcustanın Qambori rayonunda yerləşən hərbi məktəbə yollanmışdır. İkinci dünya müharibəsində D.Nəbiyev Birinci Belarusiya cəbhəsinin 221-ci aviabombardmançı diviziyasının 8-ci qvardiya bombardmançı polkunda hava atıcı radisti kimi iştirak etmişdir. Müharibə bitdikdən sonra 1946-cı ilin payızında D. Nəbiyevin polku Ukraynanın Zaporoje şəhərinə gəlir və 5 ay qaldıqdan sonra hərbi hissəsi dağılır və D. Nəbiyev Leninqrada göndərilir. 1949-cu ilə kimi Leninqradda təlim uçuşları həyata keçirmişdir. 1950-ci ildə hərbi nazir marşal Jukovun əmri ilə D. Nəbiyev səhəti ilə əlaqədar aviasiyanın tərkibindən çıxarılmış və Bakı hərbi dairəsinə göndərilmişdir. Bir neçə il Bakıda, daha sonra Ağdamda qulluq etmişdir. 1960-cı ilin əvvəllərində D. Nəbiyevin hərbi hissəni ləğv etdilər və onu Gəncə şəhərinə göndərirlər. 1963-cü ildə qiyabi olaraq Gəncə Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsinə daxil olmuşdur.
Samid İmanov
Samid Gülağa oğlu İmanov (14 oktyabr 1981, Həsənabad, Neftçala rayonu – 4 aprel 2016, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Aprel döyüşləri şəhidi və Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == Samid Gülağa oğlu İmanov 14 oktyabr 1981-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində Gülağa və Xuraman İmanovların ailəsində anadan olmuşdur. Samid İmanov ailənin birinci oğul övladı idi. Onun özündən böyük Aybəniz və Gülbəniz (d. 1978) adında iki bacısı, Sadiq adında isə bir qardaşı var idi. Samid İmanov 1988-ci ildə Neftçala rayonu 1 nömrəli tam orta məktəbinin birinci sinfinə getmiş, 1998-ci ildə isə həmin məktəbi bitirmişdir. Ardınca təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirən İmanov 2003-cü ildə həmin hərbi məktəbi fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən mükafata layiq görülmüşdür. Samid İmanov 2013-cü ilin iyununda dayısı qızı Badam xanım ilə ailə həyatı qurdu. Şəhidin 2014-cü il təvəllüdlü Fidan adlı qızı və 2016-cı il təvəllüdlü Turan adlı oğlu yadigar qalıb. == Hərbi xidməti == Samid İmanov 2004-cü ilin iyun ayından müxtəlif illərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib.
Samid Əsgərov
Samid Gülmalı oğlu Əsgərov (12 oktyabr 1989; Boyat, Neftçala rayonu, Azərbaycan – 3 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsin şəhidi. == Həyatı == Samid Əsgərov 1989-cu il oktyabrın 12-də Neftçala rayonunun Boyat kəndində anadan olub. Cavid adında özündən kiçik bir qardaşı var. == Təhsili == 1996-cı ildə Neftçala rayonu Bəhruz Həşimov adına Boyat kənd tam orta məktəbinə daxil olmuşdur. 1999-cu ilə qədər həmin məktəbdə təhsil almış və sonra 1999-cu ildən 2005-ci ilə qədər təhsilini Neftçala rayonu Elton Həbibov adına 4 saylı orta məktəbdə davam etdirmişdir. 2005-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olmuşdur. 2008-ci ildə həmin liseyi bitirmiş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2012-ci ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirmişdir. == Ailəsi == Samid Əsgərov 2015-ci ilin yanvarın 17-si dayısı qızı Nübar xanım ilə ailə həyatı qurmuşdur. Bu nigahdan onların Kənan (2018) adlı oğlu dünyaya gəlir.
Səməd Abdullayev
Səməd Abdullayev (Sovet İttifaqı Qəhrəmanı) — Sovet İttifaqı Qəhrəmanı (17.11.1943). Səməd Abdullayev (leytenant) — I Qarabağ müharibəsi şəhidi. Səməd Abdullayev (əsgər) — əsgər, Vətən müharibəsi şəhidi.
Səməd Ağaoğlu
Ağaoğlu Səməd Əhməd bəy oğlu (1909, Bakı – 6 avqust 1982, İstanbul) — yazıçı, publisist və Türkiyənin dövlət və siyasi xadimi olmuşdur. Üç dəfə Türkiyə Böyük Millət Məclisinə deputat seçilmiş, baş nazirin müavini, dövlət naziri olmuşdur. == Həyatı və siyasi fəaliyyəti == Səməd Ağaoğlu 1909-cu ildə Bakıda dünyaya gəlmiş, hələ körpə ikən atasının Türkiyəyə mühacirəti ilə ömrünü, taleyini bu ölkəyə bağlamalı olmuşdur. Ankarada hüquq fakultəsini bitirdikdən sonra bir müddət Strasburqda işləmişdir. Bu illərdə yaradıcılığa başlamış, ilk qələm təcrübələrini sınaqdan keçirmişdir. Sonralar Fransada keçən illərini "Strasburq xatirələri" adlı kitabında əks etdirmişdir. Türkiyəyə döndükdən sonra bir sıra mühüm dövlət işlərində çalışmış, millət vəkili] seçilmiş, nazir vəzifəsi tutmuşdur. Siyasi baxışlarına görə bir müddət həbsdə yatmış, azadlığa çıxdıqdan sonra ömrünün sonlarına qədər bədii-publisistik yaradıcılıqla məşğul olmuşdur. 1960-cı ildə Calal Bayar — Adnan Menderes işinə görə, yəni 1960-cı il, 27 may dövlət çevrilişi ilə əlaqədar ömürlük həbs cəzasına məhkum olunmuş, 1964-cü ildə amnistiyaya buraxılmışdır. Ağaoğlu Səməd Əhmədbəy oğlu 1967-ci ildə ulularının vətəni Azərbaycanı ziyarət etmişdir.
Səməd Behrəngi
Səməd Behrəngi (24 iyun 1939, Təbriz – 31 avqust 1967 və ya 31 avqust 1968, Təbriz) — azərbaycanlı müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi. Daha çox özünün Balaca qara balıq əsəri ilə tanınıb. Uşaqlar üçün yazdığı əsərləri daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilmişdi. 1957-ci ildən etibarən kənd məktəblərində dərs demiş kitablarla yanaşı çox sayda pedaqoji məqalələr və inşalar yazmışdır. Dostu Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türkləri yaşayan kəndləri gəzmiş burada Azərbaycan folkloruna aid nümunələri toplamışdır. Daha sonra Əhməd Şamlı, Füruğ Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə tərcümə etmişdir. 1967-ci il avqustun 31-də Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək bir çox insanlar onun şah rejimi tərəfindən öldürülməsini iddia edirlər. Rəsmi mənbələr isə onun sadəcə çayda batdığını deyirlər. == Həyatı və təhsili == Səməd İzzət oğlu Behrəngi 24 iyun 1939-cu ildə Təbrizin Çərəndab məhəlləsində yoxsul bir ailədə anadan olub.
Səməd Bəşirli
Səməd Əlövsət oğlu Bəşirli (1976) — Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini. == Həyatı == 1976-cı ildə anadan olub. 1994–1998-ci illərdə Türkiyənin Qazi Universitetinin iqtisadiyyat və idaretmə elmləri fakültəsində bakalavr təhsili alıb. 1998–2000-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politologiya ixtisası üzrə magistr təhsili alıb. 2000–2001-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2007–2008-ci illərdə Böyük Britaniyanın Birminhem Universitetində maliyyə ixtisası üzrə magistr proqramını bitirib. === Əmək fəaliyyəti === 1999–2016-cı illərdə ticarət, iqtisadi inkişaf, iqtisadiyyat və sənaye və iqtisadiyyat nazirliklərində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışıb. 2016–2019-cu illərdə Çində yerləşən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu beynəlxalq təşkilatında şöbə müdiri vəzifəsində fəaliyyət göstərib. 2020–2022-ci illərdə İqtisadiyyat Naziriyində sənaye şöbəsinin müdiri və nazirin müşaviri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2012-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Səməd Canbaxşiyev
Səməd Canbağış oğlu Canbaxşiyev (19 mart 1972, Külüs, Şahbuz rayonu) — telejurnalist və aktyor. == Həyatı == 1972-ci il mart ayının 19-da Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Külüs kəndində anadan olub. 1990-cı ildə yaranan Naxçıvan Dövlət Kukla teatrının ilk aktyorlarındandır. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivi rejissoru və eyni zamanda Bakı Dövlət Universitetinin jurnalistika fakültələrinə (qiyabi təhsil) daxil olub.1997-ci ildə ADMİU-nu və 1998-ci ildə BDU-nu bitirib. 1993-cü ildə Naxçıvanda yaranan və Zabitlər Evində fəaliyyət göstərən "Meloman şou" qrupu və "7 ULDUZ" Şən və Hazırcavablar klubunun yaradıcılarındandır.1996-cı ildən Naxçıvan Dövlət Musiqili Dram teatrında aktyor və rejissor assistenti kimi çalışıb. Kukla teatrında 20-yə qədər, Dram teatrda isə 15-ə qədər rol oynayıb. 2000-ci il dekabrın 30-da Naxçıvan MR Ali Məclisi Sədrinin sərəncamı ilə Naxçıvan MR-nın Əməkdar artisti fəxri adına layiq görülüb. 2001-ci ildən Naxçıvan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor və baş redaktor vəzifəsində çalışıb. 2003-cü ildən Lider tv-nin Naxçıvan üzrə xüsusi müxbiri olub. 2009-cu ildə Kukla teatrında "Cik-cik xanım" adlı nağıl pyesi səhnələşdirilib.
Səməd Hüseynzadə
Səməd Sətdar oğlu Hüseynzadə (18 oktyabr 1998; Talıstan, İsmayıllı Azərbaycan — 2 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səməd Hüseynzadə 1998-ci il oktyabrın 18-də İsmayıllı rayonunun Talıstan kəndində anadan olub. 2020-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetini bitirdikdən sonra hərbi xidmətə yola düşüb. == Hərbi xidməti == 44 günlük İkinci Qarabağ müharibəsində iştirak edən Səməd Hüseynzadə Tərtərin Dəmirçilər kəndinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin atdığı top atəşi nəticəsində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməd Hüseynzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Hüseynzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Hüseynzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Hüseynzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Hüseynzadə ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Səməd Kərimli
Səməd İkram oğlu Kərimli (d. 16 dekabr 2000; Əliabad, Biləsuvar rayonu – ö. 8 noyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Səməd Kərimli 16 dekabr 2000-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. Kənd tam orta məktəbində təhsilini almışdır. == Hərbi xidməti == Səməd Kərimli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində orduya qoşularaq Cəbrayıl, Füzuli və Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 8 noyabrda Şuşa şəhəri uğrunda gedən döyüşdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Səməd Kərimli 9 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Əliabad kənd məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməd Kərimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməd Kərimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Səməd Mövləvi
Əbdülsəməd Mirzə Məhəmməd oğlu Mövləvi-Rzalı (20 fevral 1900, Təbriz, Cənubi Azərbaycan – 3 fevral 1962, Naxçıvan) — Azərbaycan teatr aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1960). == Həyatı == Əbdülsəməd Rzalı 20 fevral 1900-cü ildə Təbriz şəhərində yoxsul bir ailədə dünyaya göz açmışdır. Atası Mirzə Məmməd Mövləvi Təbrizdə xalçaçılıq karxanasında işləmişdir. Səməd Mövləvi 8 yaşında ikən atasını itirmiş və böyük qardaşı Əhməd ağanın himayəsində yaşamışdır. O, ilk təhsilini molla məktəbində almış və 1916-cı ildə buranı bitirmişdir. 1921-ci ildə Cənubi Azərbaycanda baş verən siyasi proseslərə görə Naxçıvana köçməyə məcbur olmuşdur. Həmin ildən etibarən Azərbaycanın görkəmli səhnə xadimi Hüseyn Ərəblinski tərəfindən səhnəyə cəlb edilmişdir. SSRİ Xalq artisti Sidqi Ruhulla öz xatirələrində belə yazır: "Mən qastrola gedərkən Təbrizdə Nəriman Nərimanovun "Nadir Şah" faciəsini tamaşaya qoyduğumuz zaman qadın surəti Gülcahanı ifa edən tapılmadı. Mən həmin rolu "Rüşdiyyə" məktəbində təhsil alan gənc tələbə Səməd Mövləviyə tapşırdım. O, heç nədən çəkinmədən çox böyük bir cəsarətlə Gülcahan rolunu ifa etdi".
Səməd Mənsur
Səməd Mənsur (tam adı: Səməd Hacı Əhməd oğlu Kazımov; 31 yanvar 1879, Bakı – 3 yanvar 1927, Bakı) — XX əsrin əvvəllərində yazıb yaratmış şair, publisist, dramaturq, aktyor. XX əsrin əvvəllərində Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biridir. Milli təəssübkeşliyi, maarif işığını, azad düşüncə tərzini təbliğ edən Səməd Mənsur yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yeri vardır == Həyatı == Səməd Mənsur Hacı Əhməd oğlu Kazımov (Kazımzadə) 1879-cu ildə Bakıda anadan olmuşdur. 10 yaşında ikən balaca İçərişəhərin Hamamçılar Məscidində Molla Səttar və Molla Ağababanın yanında ərəb əlifbasını, Quran surələrini öyrənməyə başlamışdır . İlk təhsilini 1891-ci ildə rus-müsəlman məktəbində almışdır. 1897-ci ildə Səməd Mənsur xəzinədar vəzifəsində çalışmış, 1911-ci ildən Balabəy Aşurovun idarəsində mühasib kimi çalışaraq 1917-ci ilə kimi burada xidmət etmişdir. Şair iki dəfə evlənmiş, birinci nikahı uğursuz nəticələnsə də, ikinci dəfə taleyi üzünə gülmüş, yaxşı ailə qurmağa müvəffəq olmuşdur, həyatının son günlərində Səməd Mənsur "Övladlarıma vəsiyyətim" adlı məktub qoyub getmişdir. O, 1927-ci il yanvarın 3-də Bakıda vəfat etmişdir. == Fəaliyyəti == O, 1910-cu ildə Bakıda düzələn "Səfa" cəmiyyətinin üzvü olmuş, teatr işlərində fəal iştirak etmişdir. Bütün bu illərdə S. Mənsur cəmiyyətin xeyriyyəçilik işlərində yaxından iştirak etmiş, yazdığı və tərcümə etdiyi səhnə əsərləri ilə tamaşalar hazırlamış, müxtəlif mədəni tədbirlərin həyata keçirilməsinə köməklik göstərmişdir.
Səməd Mərdanov
Səməd Həşim oğlu Mərdanov (22 sentyabr 1909, Tiflis – 6 avqust 1939, Bakı) — Azərbaycan kinorejissoru. == Həyatı == 1935-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. Sovet kino rejissoru Sergey Eyzenşteynin tələbəsi və peşəkar təhsil almış ilk Azərbaycan kinematoqrafçılarından biri olan Mərdanovun yaradıcılığı milli kino sənətinin inkişafına təsir göstərmişdir. Mərdanov ilk sovet kinokomediyalarından olan "Mavi dənizin sahilində" (quruluşçu rejissor Boris Barnet; "Azərfilm" və "Mejrabpomfilm" (Moskva) kinostudiyalarının birgə istehsalı) filminin rejissorudur. Mərdanovun 1939-cu ildə çəkdiyi "Kəndlilər" (1940-cı ildə ekrana buraxılmışdır) tarixi-inqilabi bədii filmi Azərbaycan kinosunun qızıl fonduna daxildir. == Əlavələr == Aktyor Mustafa Mərdanovun qardaşıdır. == Filmoqrafiya == Köçərilər (film, 1933) Mavi dənizin sahilində (film, 1935) Kəndlilər (film, 1939) == İstinadlar == == Mənbə == Səməd Mərdanov Arxivləşdirilib 2007-05-17 at the Wayback Machine Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Səməd ağa
Səməd ağa Vəli ağa oğlu Nəsibbəyov və ya Səməd ağa Kəsəmənli (1868, Zod, Yeni Bəyazid qəzası – 2 may 1918, Basarkeçər) — Göyçənin varlı bəylərindən, xeyriyyəçi. == Həyatı == Səməd ağa Vəli ağa oğlu Kəsəmənli 1868-ci ildə Göyçə mahalının Zod kəndində anadan olub. Atası Vəli ağadaan təsərrüfat işlərini öyrənmiş böyük var dövləti, geniş əraziləri olmuşdur. Böyük Məzrədən başlamış ta Kəlbəcərin Dəmirçidam kəndinə qədər və Dərə kəndi onun ixtiyarında olmuşdur. Göyçə mahalında elmə və təhsilə diqqət yetirən qabaqcıl adamlar sırasında Səməd ağanın xüsusi yeri vardır. O, yüksək mədəniyyətə malik olan bir şəxs kimi xalqın maariflənməsinə daim maraq göstərən, istedadlı və bacarıqlı uşaqların Avropanın böyük şəhərlərində təhsil almasına şərait yaradan, maddi köməklik göstərən adlı-sanlı bir tarixi şəxsiyyətdir. O, Avropanın məşhur təhsil ocaqlarında təhsil görmüş və beş dili mükəmməl bilən Mirzə Bəylərin və Mirzə Əsgərin təşəbbüsü ilə 1885-ci ildə Zod kəndində məktəb açır və məktəbin xərclərini öz üzərinə götürür. O həm də Mirzə Bəylərin və Hacı Əliş ağanın vasitəçiliyi ilə “Molla Nəsrəddin” jurnalının Göyçədə yayılmasına geniş imkan yaradanlardan biri olmuşdur. Daşnak generalı Sulikovun öldürülməsi tədbirinin təşkilatçısı olmuşdur. 2 may 1918-ci ildə Daşnak generalı Sulikovun başçılıq etdiyi terror qrupu zodlu (Göyçə mahalı) Səməd ağanı qətlə yetirirlər.
Səməd Əliyev
Səməd Əliyev — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri namizədi, dosent. == Həyatı == Səməd Əliyev 1959-cu il noyabrın 7-də Ermənistan Respublikası Amasiya rayonunda anadan olub. 1966-1976-cı illərdə Amasiya rayon orta məktəbində təhsil alıb. 1976-1981-ci illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1983-1987-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin aspiranturasında təhsil alıb. 1987-ci ildə «Bir sinif üçüncü tərtib xüsusi törəməli qeyri-xətti diferensial tənliklər üçün qoyulmuş çoxölçülü qarışıq məsələnin tədqiqi» mövzusunda namizədlik dissertasiyası müdafiə edib və fizika-riyaziyyat elmləri namizədi adı alıb. 1986-cı ildən BDU-da çalışır. BDU-nun mexanika-riyaziyyat fakültəsinin riyaziyyat və onun tədrisi metodikası kafedrasında laboratorant (1986-1988), assisent (1988-1991), baş müəllim (1991-1998), dosent (1998-2000), Türkiyə Respublikasında (Afyon, İsparta) müəllim (2000-2007) və yenidən BDU-nun mexanika-riyaziyyat fakültəsinin riyaziyyat və onun tədrisi metodikası kafedrasında dosent (2007-ci ildən) vəzifəsində çalışır. Səməd Əliyev “Məktəb riyaziyyat kursunun elmi əsasları”, “Çoxluqlar nəzəriyyəsi və riyazi məntiqin əsas elementləri”, “Riyaziyyat (Hazırlq şöbəsində təhsil alan xarici tələbələrə)” dərslərini aparır. Elmi tədqiqat sahəsinə “Qeyri-xətti xüsusi törəməli diferensial tənliklər” və “Riyaziyyatın tədrisi metodikası” sahələri daxildir.
Səməd Qurbanov
Səməd Qurbanov — XX əsrin 70-80-ci illərin tanınmış futbolçularından biridir. "Neftçi"nin tarixində xüsusi iz buraxıb. "Jiquli" ləqəbiylə tanınıb. Səməd Qurbanov 1953-cü il iyulun 10-da Qazaxda anadan olub. SSRİ-nin idman ustasıdır. Sol cinah yarımmüdafiəçisi mövqeyində çıxış edib. Futbol oynamağa 1965-ci ildə Qazaxda UGİM-də məşqçi F. İsmayılovun rəhbərliyi altında başlayıb. 1971-ci ildə Azərbaycanın gənclər yığmasının heyətində ümumittifaq "Ümid" kubokunun qalibi olub. 1971-ci ildə Bakının "Neftçi" komandasına qəbul olunub və 19 yaşından karyerasını bitirənədək bu komandanın əsas heyətində çıxış edib. "Neftçi"də, əsasən, 10 nömrəli formanı geyinib və 80-ci illərin əvvəllərində komandanın kapitanı olub.
Səməd Rzayev
Səməd Fizuli oğlu Rzayev (19 aprel 1995; Goranboy rayonu, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səməd Rzayev 1995-ci il aprelin 19-da Goranboy rayonunun Səfikürd kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Səməd Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Səməd Rzayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Goranboy rayonunun Səfikürd kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməd Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Rzayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Səməd Sabahi
Səməd Sabahi (1914, Bakı – 1978, Tehran) — Azərbaycan və İran rejissoru, aktyoru və ssenaristi. == Həyatı == Səməd Sabahi 1914-cü il Bakıda zəhmətkeş ailəsində doğulub. Bu vaxt ailə yaşadığı Mərənd şəhərinin Miab kəndindən yenicə köçmüşdü. Səmədin böyük qardaşı Gəncəli Sabahi bu ailənin hekayəsini "Mənim günlərim" əsərində yazıb. Bu əsərdə minlərlə köçkün ailənin həyat və taleyi əks olunub. Birinci Dünya Müharibəsi və Böyük Rusiya inqilabı dövründə Səməd hələ uşaq ikən Bakı Konservatoriyasına daxil olur. Bura getməsinə səbəb teatr aşiqi və aktivisti olan böyük qardaşı idi. Oranı uğurla bitirən Səməd öz yolunu Bakı Rəssamlıq Məktəbində davam etdirir. Qısa zaman ərzində şəhərin gənc aktyorları arasında tanınmağa başlayır və Bakı, Gəncə səhnələrində yer alır. İkinci Dünya Müharibəsinin yaxınlaşması ilə hələ sovet vətəndaşlığını qəbul etməmiş iranlı mühacirlərin həyatında da dəyişiklik baş verir.
Səməd Sadıqov
Səməd Qurban oğlu Sadıqov (1903, Qaçağan, Borçalı qəzası – 22 mart 1989, Qaçağan, Marneuli rayonu) — Sosialist Əməyi Qəhrəmanı. Gürcüstan SSR ictimai xadimi. SSRİ-nin "Lenin" və "Qırmızı Əmək Bayrağı" ordenləri laureatı. == Həyatı == Səməd Qurban oğlu Sadıqov 1903-cü ildə Tiflis quberniyası, Borçalı Qəzasının Qaçağan kəndində doğulub. Uşaqlığı və gəncliyi Qaçağan kəndində keçmişdir. 1920–1927-ci illərdə Qaçağan kənd ümüumtəhsil məktəbində oxuyub. Ömrünun sonuna qədər Qaçaəan kəndində yaşamışdır. 22 mart 1989-cu ildə Qaçağan kəndində dünyasını dəyişmiş və 23 mart 1989-cu ildə Qaçaəan kənd məzarlığında dəfn edilmişdir. == Soykökü == == Fəaliyyəti == Səməd Qurbanov əmək fəaliyyətinə 1920-ci ildə başlamış Sovet hakimiyyəti qurulduqdan sonra isə Qaçağanda yardılan kənd təsərüffatı artelində taxıl becərilməsi ilə məşğul olmuşdur. 1930-cu ildən Borçalı Qəzası "Kommunizm" kolxozunda əmək fəaliyyətinə başlamışdır.
Səməd Seyidov
Seyidov Səməd İsmayıl oğlu (18 yanvar 1964, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, psixologiya elmləri doktoru, professordur, Azərbaycan Dillər Universitetinin rektoru (2000–2015), Beynəlxalq Psixoloqlar Assosiasiyasının üzvü. == Həyatı == Səməd Seyidov 1964-cü il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. 1981–1986-cı illərdə Leninqrad Dövlət Universitetinin (indiki Sankt-Peterburq Dövlət Universiteti) Psixologiya fakültəsində təhsil almışdır. 1986-cı ildə Leninqrad Dövlət Universitetinin psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir və Leninqrad Dövlət Universitetində fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1986-cı ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. 1994-cü ildə Psixologiya Doktoru elmi dərəcəsinə və daha sonra professor elmi dərəcəsinə yüksəlmişdir. 1998–2000-ci illərdə Azərbaycanın təhsil sistemini Avropa Şurasında təmsil etmişdir. 1999-cu ildən Azərbaycan Dillər Univesitetinin psixologiya kafedrasının professorudur. Müasir dövrün tələbləri səviyyəsində yazılmış 150-dən çox elmi əsər, dərslik, dərs vəsaiti və monoqrafiyanın, həmçinin psixologiya dərsliyinin, "Menecment psixologiyası", "Yaradıcılığın fenomenologiyası" və s. kitabların da müəllifidir.
Səməd Səfərov
Səməd Səfərov — aktyor, rejissor assistenti. == Həyatı == Səməd Səfərov 1957-ci ildə Salyanda anadan olub. 1980-cu ildə ÜİRT-nun Televiziya texnikası və radiorele rabitəsi fakultəsini bitirib. İstehsal avadanlıglarının programlaşdırılması və elektromexaniki ekspulatsiya mühəndisidir. Elektronika sahəsində 3 işinə müəlliflik şəhadətnaməsi alıb. 1990-ci il 20 yanvarda AZTV-nin enerji bloku partladıldıqdan sonra 22 yanvar tarixindən gizlin televiziya efiri yaradaraq 7 gun 40-50 km radiusda 8-ci kanal ilə hadisələrlə əlaqədar informasiyalar yaydığına görə SSRİ DTK-sının axtarışında olub. Lütfizadə haqqında 1 monoqrafiyası mətbuatda çap olunub. AZTV-də filmlərin cəklişləri ilə də məşgul olur. Tanınmış rejissor Məhərrəm Bədirzadənin filmlərində prodüser, rejissor assisenti və aktyor kimi fəalliyyət göstərir.
Səməd Səmədov
Səməd Səmədov (17 sentyabr 1946, Aşqabad – 24 iyul 2021, Bakı) — Azərbaycan estrada müğənnisi, xalq artisti. == Həyatı == 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçür. Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu kimi musiqi xadimləri ilə birgə Bülbül adına musiqi məktəbinin skripka sinfini bitirdikdən sonra A.Zeynallı adına Musiqi Məktəbinin nəzəriyyə sinfinə daxil olur. 1988-ci ildən Səməd Səmədov toylarda çıxış edir. Müğənniyə əsas popularlıq 1992-ci il tarixdə, Eldar Mansurovun Piruz Dilənçinin "Qızlar" adlı şerinə bəstələdiyi mahnını ifa etdikdən sonra gəlib. 2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə Səməd Səmədov rəsmi olaraq "Toylar Kralı" adını qazandı. Ona bu adı Azərbaycan estradasının korifeyi Mirzə Babayev verib. Səməd Səmədov xalqın məhəbbətini özünün ən böyük uğuru hesab edir. O, Müstəqil 'Qrant' Milli İctimai Mükafatının ikiqat sahibi, 150 müxtəlif mahnının, 5 albomun, 20 klipin ifaçısıdır.
Safed
Safed — İsraildə, şimal bölgəsində olan bir şəhər. == Tarixi == Yəhudiliyin dörd müqəddəs şəhərindən biridir və Kobudla təriqətinin mərkəzidir. Bundan başqa 900 metrin üzərindəki rakımı sayəsində, mülayim yayları və qarlı qışları ilə məşhur bir tətil məkanıdır. == Əhalisi == 2003-cü ilə olan əhalisi 26.600-dür.
Samen
Samin — İranın Həmədan ostanının Məlayer şəhristanının Samen bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,025 nəfər və 1,207 ailədən ibarət idi.
Şamud
Şamud - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Allahverdi (Tumanyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 60 km məsafədə yerləşir. Kəndin adı Şamut formasında da qeyd edilir. Toponim ağac növü olan şam sözünə qədim türk dilində cəmlik bildirən -ud şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Ayelet Şaked
Ayelet Şaked (ivr. ‏איילת שקד‏‎; 7 may 1976, Tel-Əviv, İsrail) — İsrail siyasətçisi, aktivist və proqram mühəndisidir. 2013-cü ildən 2018-ci ilə qədər Yəhudi Evi üçün Knesset üzvü olaraq çalışdı, bundan sonra Yeni Haqqın üzvü oldu. Hal hazırda Yamina ittifaqını təmsil edir. 2015-ci ildən 2019-cu ilə qədər Ədliyyə Naziri idi. 2018-ci ilə qədər dini bir partiyanı təmsil etsə də, Şaked dünyəvi bir siyasətçi olaraq tanınır.
Masallı Mamed
Məmməd İsgəndər oğlu Hüseynov (4 noyabr 1960, Masallı – 21 mart 2011, Bakı) — Qanuni oğru. == İlk məhkumluq == 1961-ci ildə Masallıda anadan olan "qanuni oğru" ilk dəfə 17 yaşında məhkum olunub. Bu məhkumluq "Masallı Mamed"in atası İsgəndər Hüseynova görə baş verib. Univermaqda şöbə müdiri işləyən İsgəndər Hüseynovun xanım işçilərindən biri polisinin şərinə tuş gəlib. İsgəndər Hüseynov qızı həbsxanadan qurtarmaq üçün onun "təqsirini" öz üzərinə götürüb. Bu məsələ ilə bağlı məhkəmə prosesi davam edərkən 18 yaşlı "Masallı Mamed" həmin polislə görüşüb və ondan ifadəsini geri götürməyi tələb edib, lakin polis gənc Mamedin sözünü qulaqardına vurub. Masallının sayılıb-seçilən güləşçilərindən olan Mamed polisi əzişdirib. Bu əməlinə görə məhkəmə onun 3 il məcburi əməyə cəlb olunması barədə hökm çıxarıb. Bu olaydan qısa müddət keçdikdən sonra Bakıya gələn Mamed tələbə qohumu ilə şənliyə gedib. Şənlikdə tələbə qıza sataşan bir oğlanla mübahisəsi düşüb.
Samer Tauk
Samer Tauk (3 sentyabr 1998) — Livanlı xizək yürüşçüsü. Samer Tauk Livanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Samer Tauk birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 15 km məsafəyə sərbəst üsul yarışlarında iştirak etdi. Tauk 47:03.4 saniyəlik nəticəsi ilə 119 atlet arasında 109-cu yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Samet adası
Samet adası- (tay เกาะเสม็ด)- Siam körfəzində sahəsi-13,1 кm² olan kiçik bir adadır. İnzibati cəhətdən Rayonq əyalətinə aiddir. Materikin cənubundan 6,5 km məsafədə yerləşir. Balaca bir yaşayış məntəqəsi Nadan kəndi vardır. Adanın bütün plyajlarında otellərə rast gəlinir. Samet -sahildə yerləşən çox da iri olmayan adaların içərisində ən irisidir. Bu ada sakit dincəlməyin ən əsas yerlərindəndir. Lxao Layem Ya-Mu-Ko milli parkının tərkibinə daxil olan bu adada zəngin fauna və flora aləmi mövcuddur. Bu adada plyaj istirahətindən əlavə sorfinq, yelkənli idman növləri, su xizək növləri də keçirilir. Adanın ziyarəti ödənişlidir.