Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sədrəddin
Sədrəddin — ad. Sədrəddin Xiyavi — Azərbaycan türklərindən olan məşhur xəlvəti şeyxlərindən biri və sufi alimi. Şeyx Sədrəddin Ərdəbili — Səfəviyyə təriqəti şeyxi. Sədrəddin mirzə Qovanlı-Qacar — polkovnik. Sədrəddin Ayni — tacik sovet yazıçısı, ictimai xadimi və alimi. Sədrəddin Ələsgərov — Sosialist Əməyi Qəhrəmanı Muhəmməd Əmin ibn Sədrəddin Şirvani — Yaşayış məntəqələri Sədrəddin (Çaldıran) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd.
Sədrəddin Sədr
Sədrəddin Sədr (1882 – 26 noyabr 1953) Musa Sədrlə (1978-ci ildə Liviyada yox çıxdı) Rabab Sədrin atası və On iki imam şiə İslamın tanınmış alimlərindən ibarət Sədr ailəsinin adını daşıyan Böyük Ayətullah Sədrəddin bin Salehin nəvəsi. O, Böyük Ayətullah Seyyid İsmail Sədrin (ö.1920) ikinci oğludur. O, indiki İraqda livanlı valideynlərin ailəsində anadan olub və orada mütərəqqi dini qrupa rəhbərlik edib. Sonra o, Xorasana hicrət etdi və burada Ayətullah Hüseyn əl-Qumminin qızı ilə evləndi (wikidata:Q20557209). Sonra o, İranın Qum şəhərindəki şiə elm mərkəzinə (havzayi'ilmī) getdi və orada məşhur böyük Ayətullah oldu. 26 noyabr 1953-cü ildə İranda vəfat etmişdir.
Sədrəddin (Çaldıran)
Sədrəddin (fars. صدرالدين‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 69 nəfər yaşayır (14 ailə).
Sədrəddin Ayni
Sədrəddin Ayni (tac. Садриддин Айнӣ; əsl adı Sədrəddin Səid-Murodzoda; 1878—1954) — tacik sovet yazıçısı, ictimai xadimi və alimi. İkinci dərəcəli Stalin mükafatı laureatı (1950). Sədrəddin Səid-Murodzoda (Sədrəddin Ayni) 1878-ci il aprel ayının 15-də (bəzi mənbələrdə 27-də) Özbəkistanın Buxara vilayətinin Soktare kəndində anadan olmuşdur. İlk təhsilini Buxara mədrəsələrində almışdır. Tacik sovet ədəbiyyatının banisi və tacik ədəbiyyatının yaradıcılarından biridir. İlk əsəri “Qardaşımın ölümünə” elegiyası əmir hakimiyyətinin devrilməsinə çağırış kimi səslənmişdir. Böyük Oktyabr Sosialist İnqilabını sevinclə qarşılayan Ayni cədidizmdən uzaqlaşaraq, 1920-ci il Buxara xalq inqilabında iştirak etmişdir. 1920-ci ildə yazdığı “Buxara cəlladları” ilk nəsr əsəri, “Odina” povesti, “Doxunda” və “Qullar” romanlarından ibarət trilogiyası tacik xalqının inqilabdan əvvəlki ağır həyatının və sovet hakimiyyəti uğrunda mübarizəsinin epik salnaməsidir. Böyük Vətən müharibəsi illərində faşizm əleyhinə kəskin publisist məqalələr və tarixi-bədii oçerklər yazmışdır.
Sədrəddin Konəvi
Sədrəddin Konəvi (1210–1274)- Malatyada anadan olub. Türk-İslam fəlsəfəsində xüsusi yer və dəyərə sahib alim. Sədrəddin Konəvinin atası Şeyx Mecduddin İsak Malatyalıdır. Mecduddin İshak Bağdatda fütüvvet təşkilatında xidmət etmiş bir alimdir. Sədrəddin uşaq olarkən atası ölmüş, anası ünlü sufi və filosof alim İbn əl-Ərəbi ilə evlənməsi rəvayət edilir. O, Konyada yaşadığı və orada şöhrət qazandığı üçün Konevi kimi tanınır. Sədrəddin ilk dini və sufizm təhsilini ögey atası Muhyiddin ibn əl Ərəbidən aldı. Bir gün Şama getdi və dövlətin əhəmiyyətli dini rəhbərləri və sufiləri ilə görüşdü. Xüsusilə Evhadüddin Kirmanin Sədrəddinin üzərində təsir xüsusi əməyi olmuşdur. Çox yaxşı var-dövləti olduğu üçün Konyanın din və elm adamlarını tez-tez evində topladı və o dövrdə Şərqdəki ən əhəmiyyətli mədəniyyət mərkəzlərindən biri olan şəhərdə xüsusi bir akademiya qurdu.
Sədrəddin Xiyavi
Sədrəddin Xiyavi - mənşəcə Azərbaycan türklərindən olan məşhur xəlvəti şeyxlərindən biri və sufi alimidir. Xiyav və ya Müşəkkə kəndində doğulmuşdur. Mənbələr hansı kənddə doğulması haqqında ziddiyyətli məlumat verir. Ləmazatda isə Xiyavın qəza, Müşəkkənin isə kənd olduğu bildirilir. Həsən Krımi də Xiyavın Şirvanın kəndlərindən biri olduğunu, digər adının isə Cənaim olduğunu qeyd edir. Mehmet Rıhtım isə Xiyavın Şirvanda yer adı olduğunu qeyd edir. Şeyx Sədrəddin çoxlu fəhlə işlədərək yundan paltar tikdirib satan zəngin və səxavətli bir tacir olmuşdur. Şeyx İzzəddin Xəlvəti ilə Xiyavda görüşdükdən sonra təsirlənmiş və onun müridi olmuşdur. Bir müddət sonra seyri-sülukunu tamamladıqdan sonra Xiyava gələrək ətraf ərazilərdə irşada başlamışdır. Şeyx Sədrəddin kçik qızın Seyid Yəhya Bakuviyə ərə vermişdi.
Sədrəddin Şirazi
Sədrəddin Şirazi və ya Molla Sadra (1571, Şiraz – 1641, Bəsrə) — müsəlman filosofu. Molla Sadra (Sədrəddin Şirazi) varlı fars ailəsində anadan olmuşdur. Onun dövrü I şah Abbasın hakimiyyəti illərinə təsadüf edir. Həmin dövrdə şiəlik hakimiyyəti şəriət qanunlarının nufuzu dini fəlsəfə və teologiyanın populyarlığı öz apogeyinə çatmışdı. Molla Sadra özünü intellektual fənlərin, o cümlədən İbn Sinanın, Şihabəddin Yəhya Sührəvərdinin, neoplatoniklərin, xüsusilə İbn əl-Ərəbinin fəlsəfəsini öyrənməyə həsr etmişdir. Onun fəlsəfəyə olan güclü marağı bəzi ortodoksal əhval–ruhiyyəli qüdrətli siyasi hakimiyyətə malik və fəlsəfəni təriqətçi məşğələ hesab edən fakihləri qıcıqlandırırdı. Düşmənçilik edən bəzi ortodokslara görə bu sahədəki nailiyyətlərini (o nəinki fəlsəfəni öyrənirdi, həm də uğurla onu tədris edirdi) buraxaraq elmlə məşğul olduğu İsfahanı tərk edərək Qum şəhəri yaxınlığındakı kəndlərindən birinə köçməli olur. Burada Molla Sadra 12 il yaşamış düşüncələrə dalmış askez praktikasını dadmışdır. Bu isə öz növbəsində onun intellektual intiusiyasının kəskinləşməsinə gətirib çıxarmışdır. Molla Sadra bir sıra səbəblərə görə islam fəlsəfəsi tarixində mühüm yer tutur.
Sədrəddin Ələsgərov
Sədrəddin Ələsgərov (21 mart 1929, Quzanlı – 14 iyun 2019) — Sosialist Əməyi Qəhrəmanı, Ağdam Rayon Ağsaqqallar Şurasının sədri. Ələsgərov Sədrəddin Fərrux oğlu 1929-cu ildə Ağdam rayonun Quzanlı kəndində anadan olub. 1936-cı ildə Quzanlı kənd məktəbinin I sinfinə daxil olub. 1945-ci ildə kolxozda su cuvarı işləyib. 1947-ci ildən kolxozda yaxşı işlədiyinə görə kolxoz sədri Əkbər Bağırov onu "anbardar-xəzinadar" vəzifəsinə təyin edib. Əsgəri xidmətdən sonra kolxozda heyvandarlıqla məşğul olmağa başlayıb. Heyvandarlıqda əldə etdiyi yüksək nəaliyyətlərə görə 1958-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adı və "Lenin Ordeni"ilə təltif olunub. 1958-1975-ci illərdə kolxozda baş çoban, sahə zootexniki, ferma müdiri işləmişdir. 1981-ci ildən Sədrəddin Ələsgərov kolxozda sədr muavini vəzifəsinə irəli çəkilib. Sədrəddin Ələsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2 oktyabr 2002-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.
Sərhəddin Abdullayev
Sərhəddin Qubaddin oğlu Abdullayev (14 aprel 1939, Piral, Qusar rayonu) — Azərbaycan fiziki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin "Nəzəri fizika kafedrası"nın professoru, fizika-riyaziyyat elmləri doktoru. Sərhəddin Abdullayev 14 aprel 1939-cu ildə Qusar rayonunun Piral kəndində anadan olub. 1948-1958-ci illərdə Piral kənd orta məktəbində orta təhsil alıb. 1958-1963-cü illərdə Bakı Dövlət Universiteti fizika fakültəsində təhsil alıb. 1963-1964-cüillərdə – Quba rayonunun Qımıl kənd orta məktəbində fizika müəllimi kimi çalışıb. 1964-1967-ci illər – Bakı Dövlət Universitetinin Nəzəri fizika kafedrasında aspirantura təhsili alıb. 1970-ci ildə BDU-da “Lepton-lepton toqquşması zamanı bir sıra elektromaqnit və zəif qarşılıqlı təsir proseslərində polyarizasiya effektlərinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1970-ci il 8 oktyabr – BDU-nun Elmi Sovetinin qərarı ilə (protokol №8)fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinin verilməsi. 1974-cü il 16 may – Ali Attestasiya komissiyasının qərarı (protokol №6/ПТ) ilə nəzəri fizika kafedrası üzrə dosent elmi adı verilib. 1996-cı ildə AMEA-nın fotoelektronika İnstitutunda “Lepton-lepton toqquşması zamanı bir sıra elektromaqnit və zəif qarşılıqlı təsir proseslərində polyarizasiya effektlərinin tədqiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Şahrəddin Əsgərov
Şahrəddin İsabala oğlu Əsgərov (7 oktyabr 1966, Ardanış, Krasnoselsk rayonu) — "Aerostar" Ukrayna aviasiya şirkətinin prezidenti. SSRİ, Avropa və dünya çempionu. Şahrəddin Əsgərov 1966-cı il oktyabrın 7-də Ermənistan SSR-nin Artanış kəndində anadan olub. 1984-cü ildə Ş.Əsgərov "S7 sinfi"ndə raket modelləşdirməsi ilə peşəkarcasına məşğul olmağa başlayıb. Bu sahədə əla nəticələr əldə edib. SSRİ, Avropa və dünya çempionu olub. 1984-cü ildə Bakıda orta məktəbi qızıl medalla bitirib. Elə həmin il Kiyev Mülki Aviasiya İnstitutuna daxil olub və 1992-ci ildə təhsilini "aviasiya avadanlığının texniki istismarı" ixtisası üzrə qırmızı diplomla bitirib və mühəndis-elektrik ixtisası alaraq 1992-ci ildə aspiranturaya qəbul edilib. Əmək fəaliyyətinə 1992-ci ildə "Aviatexnika" müəssisəsində başlayıb, burada kommersiya direktoru vəzifəsində çalışıb. 1993-cü ildə aviabrokerliklə məşğul olmağa başlayıb.
Seyfəddin
Seyfəddin — Kişi adı.
Sədrəddin Mirzə Qacar
Sədrəddin Mirzə Qacar — hərbi xadim. Azərbaycan Qacarlar sülaləsindən olan Sədrəddin Mirzə Qacar Şahzadə Əmir Kazım Qacarın nəvəsi Azərbaycan SSR xalq artisti Sürəyya Qacarın atasıdır. O, Orenburqda hərbi məktəb bitirmişdir. Uşaq yaşlarından musiqiyə həvəs göstərən Sədrəddin Mirzə yaxşı skripka şalmış, sonralar musiqi müsabiqəsində qızıl medala layiq görülmüşdür. Hərbi xidmətini Sədrəddin Mirzə Qacar Vladivostokda kecirmişdi. Rusiyada baş verən Fevral inqilabından sonra (1917) Tiflisdə, daha sonra Gəncədə yaşamışdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra milli ordu sıralarında xidmətə başlamış, 1919-cu ilin sonlarınadək Bakı qəzasının hərbi rəisi, həmin vaxtdan isə hərbi nazirliyin dəftərxana rəisi olmuşdur. Aprel inqilabından sonra (1920) Sədrəddin Mirzə bolşeviklər tərəfindən həbs edilərək Arxangelskə sürgün olunmuş, bir ildən sonra isə Ryazan şəhərində güllələnmişdir. Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Sədrəddin Mirzəni Azərbaycanın istiqlal şəhidi adlandırıb. Azərbaycan Xalq Cumhuriyyəti.
Şeyx Sədrəddin Ərdəbili
Şeyx Sədrəddin Ərdəbili (1334-1391) — Səfəviyyə təriqəti şeyxi. Şeyx Sədrəddin Musa ibn Şeyx Səfiəddin İshaq 1334-cü ildə Ərdəbil şəhəri yaxınlığında yerləşən Kəlxoran kəndində anadan olmuşdur. 1334-1391-ci illərdə şeyxlik etmişdir. Bu dövrdə şeyxliyin gəlirləri və müridləri artmışdır. Tələbələrin arasında moğollar da var idi. 1391-ci ildə Ərdəbildə vəfat etmişdir. XIV əsrdə Əxi Mühibşahın oğlu Əxi Mirmir, Şeyx Səfiəddinin oğlu Şeyx Sədrəddinin vəkili idi. Onun adı “Şeyx Səfi təzkirəsi”ndə dəfələrlə qeyd olunmuşdur Şeyx Hüseyn ibn Şeyx Abdal Zahidinin sözlərinə görə Şeyx Səfiəddin İshaq sağlığında xələflərindən özünə naib təyin etidyi Şeyx Sədrəddin qısa müddət ərzində çox ciddi çalışaraq ağır zəhmətlə kamil ustad mərtəbəsinə yüksəlmişdi. Ərdəbil vilayətindən olan Mövlanə Şəmsəddin deyir ki, Marağa – Təbriz yolu ilə üç ay ərzində Həzrəti şeyxin ziyarətinə gələn talebanların (zərvar və müridlərin) sayı 30 min nəfər olmuşdu. İsgəndər bəy Münşi isə yazır ki, Şeyx Sədrəddinin səadət qapısı hörmətli şahların və əyanların müraciət etdiyi yer oldu.
Sədrəddin xan Ustaclı
Sədrəddin xan Ustaclı — Səfəvi sərkərdəsi, Astrabad hakimi, İsmayıl Mirzənin lələsi. Anonim müəllif tərəfindən qələmə alınan Tarixi-Qızılbaşan adlı əsərdə onun barədə məlumata rast gəlinir. Müəllif yazır: “Başqa birisi Sədrəddin xandır ki, Astrabad hakimi və İsmayıl Mirzanın lələsi idi. Axırda əmirlikdən azad edildi. Öz səxavəti ilə bütün əmirlərdən seçilirdi.” 1539–1540-cı ildə Xacə Bitikçinin oğlu Məhəmməd Saleh Bitikçi Astrabbada üsyan qaldırdı. O, Astrabbadda "qara geyimlilər"dən bir dəstə adamı öz ətrafında topladı. Yetəri qədər əsgər toplaya bilmədikdə Daşkənd və Fərqanə valisi ilə Burak xanın qardaşı oğlu Ömər Qazi Sultandan kömək istədi. Ömər Qazi öz ordusu ilə Astrabada gəldi. Astrabad hakimi Sədrəddin xan onlara qarşı mübarizə apara bilməyəcəyini anlayıb geri çəkilərək Bistana gəldi və Şah Təhmasibə üsyan xəbərini çatdırdı. Bu zaman Məhəmməd Saleh artıq Astrabadı ələ keçirmişdi.
Sədrəddin mirzə Qovanlı-Qacar
Sədrəddin Mirzə Qacar — hərbi xadim. Azərbaycan Qacarlar sülaləsindən olan Sədrəddin Mirzə Qacar Şahzadə Əmir Kazım Qacarın nəvəsi Azərbaycan SSR xalq artisti Sürəyya Qacarın atasıdır. O, Orenburqda hərbi məktəb bitirmişdir. Uşaq yaşlarından musiqiyə həvəs göstərən Sədrəddin Mirzə yaxşı skripka şalmış, sonralar musiqi müsabiqəsində qızıl medala layiq görülmüşdür. Hərbi xidmətini Sədrəddin Mirzə Qacar Vladivostokda kecirmişdi. Rusiyada baş verən Fevral inqilabından sonra (1917) Tiflisdə, daha sonra Gəncədə yaşamışdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra milli ordu sıralarında xidmətə başlamış, 1919-cu ilin sonlarınadək Bakı qəzasının hərbi rəisi, həmin vaxtdan isə hərbi nazirliyin dəftərxana rəisi olmuşdur. Aprel inqilabından sonra (1920) Sədrəddin Mirzə bolşeviklər tərəfindən həbs edilərək Arxangelskə sürgün olunmuş, bir ildən sonra isə Ryazan şəhərində güllələnmişdir. Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Sədrəddin Mirzəni Azərbaycanın istiqlal şəhidi adlandırıb. Azərbaycan Xalq Cumhuriyyəti.
Seyfəddin Balağayev
Seyfəddin Bilbəy
Seyfəddin Bilbəy və ya Yelbəy (II minillik – 1468) — 4 dekabr 1467-ci il tarixlərində Misirin Məmlük sultanı.
Seyfəddin Dadaşov
Seyfəddin Dağlı
Abbasov Seyfəddin Əliağa oğlu (Seyfəddin Dağlı) (27 avqust 1921, Xızı, Quba qəzası – 18 yanvar 1983) — Azərbaycan yazıçısı, şair, dramaturq, jurnalist. Seyfəddin Dağlı 1921-ci avqustun 27-də Xızıda doğulub. Bir müddət "Kommunist" və "Ordu" qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. Dövlət Radio Komitəsində baş redaktor (1956–1959), sonra Bakı Telestudiyasının direktoru və sədr müavini vəzifələrində çalışıb. Uzun müddət "Kirpi" jurnalının baş redaktoru olub. "Azərbaycanfilm" kinostudiyasında ssenari redkollegiyasının üzvü, "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1948-ci ildə "Dəniz kəşfiyyatçısı" adlı kitabı nəşr edilib. "Adı sənin, dadı mənim", "Aydınlığa doğru", "Mənziliniz mübarək", "Təzə gəlin", "Kölgələr pıçıldaşır" pyesləri, "Bahar oğlu", "Məşəl", "Kəcil qapısı", "Sabiqlər" və sair kitabları geniş oxucu kütləsinin rəğbətini qazanıb. Yazıçı Seyfəddin Dağlı 1983-cü il yanvarın 18-də dünyasını dəyişib. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı — 26.08.1981 Onun bəlalı sevgisi (film, 1980) Qayınana (film, 1978) Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (Aztv) Gecəniz xeyrə qalsın (film, 1977) Kommunist (film, 1969) Solmaz bir bahar kimi (film, 1979) Bakı şəhərinin Yasamal rayonunda adına küçə var.
Seyfəddin Muradov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Seyfəddin Qurbanov
Seyfəddin Əli oğlu Qurbanov (19 oktyabr 1962, Siyaqut, Noraşen rayonu – 16 noyabr 2021, Türkiyə) — azərbaycanlı heykəltaraş, memar, Ukrayna Rəssamlar İttifaqının Xarkov filialının üzvü. Ukraynanın Xalq Rəssamı, dosent. Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltaraşlıq kafedrasının müdiri Seyfəddin Qurbanov 1962-ci il oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olub. 1989-cu ildə Xarkov İncəsənət və Sənaye İnstitutunu bitirmişdir. Xarkov Dovlət Dizayn və İncəsənət Akademiyasının Heykəltaraşlıq kafedrasının dosentidir. 1987-ci ildən ümumukrayna və ümumittifaq sərgilərində iştirak etməyə başlamışdır. 1991-ci ildən Ukrayna Rəssamlar İttifaqının Xarkov filialının üzvüdür. Ukraynanın Kiyev şəhərindəki "Səməd Vurğun", İrpensk şəhərindəki "Zərifə Əliyeva" və digər abidələrin muəllifidir. 2004-cu ildə "Ukraynanın Əməkdar rəssamı", 2010-ci ildə isə "Ukraynanın Xalq rəssamı" fəxri adlarına layiq görülmüşdür. "Zolotoy yaquar", "Evropeyskoye kaçestvo", "Vısşaya proba", "Zolotoy merkuriy", "1000-letiye" kimi dövlət və beynəlxalq mükafatlar laureatıdır.
Seyfəddin Qutuz
Sultan Seyfəddin Qutuz əl-Anuştegini və ya sadəcə Qutuz — Bahri Məmlükər siyası qrupunun Anuştəkinlilər sülaləsindən Məmlük sultanı (1259–1260). Xarəzmşah Cəlaləddinin bacısının və əmisi Mahmud ibn Mamdudun evliliyindən dünyaya gəlmişdir. Ənəs Silahdar tərəfindən öldürülmüşdür. Əyn Cəllud döyüşündə İslam (Məmlük) Ordusuna başçılıq etmişdir. Uşaq ikən monqollar tərəfindən əsir alınmışdır. Sonra Misirdə satılmış, Әyyubi Sultanlığında xidmət etmişdir. Yeddinci Xaçlı Yürüşü iştirakçıları ilə əl-Mənsurə və Fəriskur döyüşlərində Əyyubi ordusuna komandanlıq etmişdir. Əyyubilərin devrilməsi və Məmlüklərin hakimiyyətə gəlməsində rolu olmuşdur. Yeni sultan Sultan Muizzəddin Aybəkin əmiri olmuş və Muizzi ləqəbi almışdır. Sonra Qutuz de-fakto hakimiyyətə gəlmişdi, çünki yeni Sultan Əli ibn Aybək (1257–1259) 15 yaşlı idi və dövləti idarə edə bilmirdi.
Seyfəddin Qəndilov
Seyfəddin Mirtağı oğlu Qəndilov (26 sentyabr 1930, Tərtər – 20 iyul 2010, Bakı) — əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru (1999–2010). Seyfəddin Mirtağı oğlu Qəndilov 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, 1953–1956-cı illərdə aspiranturada təhsilini davam etdirmiş, 1958-ci ildə namizədlik və 1967-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1969-cu ildə professor, sonrakı illərdə "Respublikanın Əməkdar Təbliğatçısı" və "Respublikanın Əməkdar Elm Xadimi" fəxri adlarına layiq görülmüşdür. Professor Seyfəddin Qəndilov uzun illər tarixçi-politoloq kimi dərin siyasi biliyi, elmi-pedaqoji səriştəsi, təşkilatçılıq qabiliyyəti ilə tanınan mütəxəssis olmuşdur. O, müxtəlif illərdə ali məktəblərdə kafedra müdiri vəzifələrində çalışmışdır. S. Qəndilovun tədqiqatlarının nəticələri 400-ə qədər elmi məqalədə, bir çox monoqrafiya və dərsliklərdə əks olunmuşdur. Alimin rəhbərliyi altında 5 doktorluq, 40 namizədlik dissertasiyası müdafiə edilmişdir. Professorun elmi-tədqiqatlarının mühüm bir istiqamətini siyasi tarix elmi ilə yanaşı beynəlxalq həyat və xarici siyasət məsələlərinə dair problemlərin tədqiqi təşkil etmişdir. O, bu sahədə də geniş fəaliyyət göstərərək xarici siyasət məsələlərinə dair çap olunmuş kitabların və çoxsaylı elmi məqalələrin müəllifi və redaktoru olmaqla bərabər, həm də peşəkar və yüksək ixtisaslı siyasi icmalçı, politoloq kimi respublikada və onun hüdudlarından kənarda tanınmış və şöhrət qazanmışdır. Alimin müxtəlif illərdə sülh, Avropada təhlükəsizlik, milli azadlıq hərəkatı və tərksilah məsələlərinə dair yazıb çap etdirdiyi "Avropa Təhlükəsizliyi", "Sülh proqramının həyata keçirilməsi uğrunda mübarizə", "Milli azadlıq hərəkatı və müasir dövr" kitabları, Yaxın Şərq, Latın Amerikası və Afrika qitəsinin problemlərinə dair elmi məqalələri, Azərbaycan tarixinə dair və eləcə də beynəlxalq aləmdə baş verən hadisələrin şərhi ilə əlaqədar müntəzəm televiziya çıxışları, respublikanın müxtəlif guşələrindəki məruzə və mühazirələri ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanmış və yüksək qiymətləndirilmişdir.
Seyfəddin Qəniyev
Qəniyev Seyfəddin Həmzə oğlu (28 mart 1952, Şamaxı rayonu – 16 yanvar 2023) — Azərbaycan folklorşünası, filologiya elmləri doktoru, professor. Seyfəddin Qəniyev 28 mart 1952-ci ildə Şamaxı rayonunun Dağ Kolanı kəndində anadan olmuşdur. Poladlı kənd 8 illik və Nərimankənd orta məktəbini tərifnamə ilə, ADPİ-nin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin institutun aspiranturasında təhsil almışdır. Şamaxı rayonunun Göylər kənd məktəbində ixtisasına uyğun müəllim işləmişdir. İşlədiyi müddətdə "metodist müəllim", SSRİ Maarif əlaçısı adlarına layiq görülmüşdür. Azərbaycan müəllimlərinin dördüncü qurultayının nümayəndəsi olmuşdur. "M. F. Axundovun "Kəmalüddövlə məktubları" əsərinin bədii metod və janr xüsusiyyətləri" mövzusunda namizədlik, "Azərbaycan folklorunun regional özunəməxsusluğu — Şirvan folklor mühiti" mövzusunda isə doktorluq dissertasiyası müdafiə etmişdir. 40 kitab (monoqrafiya toplu, metodik tövsiyə), 120-dən çox tezis və məqalənin müəllifidir. AMEA Folklor İnstitunda fəaliyyət göstərən müdafiə şurasının üzvüdur.
Seyfəddin Rzasoy
Seyfəddin Rüstəmov
Seyfəddin Rüstəmov (d.17 iyun 1962, Qusar, Azərbaycan SSR, SSRİ) — Rusiya milyarderi, iqtisadçı, “Metafraks” şirkətinin prezidenti. Seyfəddin Rüstəmov 17 iyun 1962-ci ildə Qusar rayonunda anadan olub. Rusiya Sosial-Humanitar İnstitutunu bitirib. İxtisaca iqtisaçıdır. Hərbi xidməti başa vurduqdan sonra Rusiyaya üz tutub və o zamandan Moskvada yaşayır. Əvvəllər kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan S.Rüstəmov 2000-ci ildən biznes sərhədlərini böyüdüb və energetika fondlarına, kommersiya və yaşayış təyinatlı daşınmaz əmlaka investisiya yatırmağa başlayıb. Rus mətbuatının verdiyi məlumatlara görə, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur. Hazırda “Metrafaks” Açıq Səhmdar Cəmiyyətinin majoritar səhmdarı olan “MetaHolding” şirkəti də onun idarəçiliyi altındadır. 2014-cü ildə “Metafraks”ın faktiki sahibi olub. Həmçinin “MetaHoldinq”in də Rusiyanın "Metafrax" şirkətinin əsas səhmdarı Seyfəddin Rüstəmovun rəhbərliyi altındadır.
Seyfəddin Soysal
Seyfəddin Soysal (27 iyul 1966, Şarkışla- 2 fevral 2012, Sivas), Türk heykəltaraş və rəssam. Niderland və Şarkışla'da sexləri var. Sivas Rəssamlar Dərnəyi qurucusudur. 1988-ci ildə yerləşdiyi Veghel (Şimali Brabant Rayonu), Hollandiyada şəkil və heykəl üzərinə təhsil alaraq bu sahələrdə əsərlər verən sənətçi, eyni zamanda Niderland Rəssamlar Birliyi 'nə üzv olub şəkil dərsləri də verdi. 4 fevral 2012-ci ildə evindəki buxarını çıxan karbonmonoksit qazından zəhərlənərək 45 yaşında vəfat etdi. Anısına Sivasda bir park və mesire sahəsinə adı verildi.
Seyfəddin Xoşqədəm
Seyfəddin Xoşqədəm (1413, Rum Səlcuqlu dövləti – 9 oktyabr 1467, Qahirə) — 28 iyun 1461–9 oktyabr 1467 tarixlərində Misir Məmlük sultanı.
Seyfəddin Yunusov
Seyfəddin Çaxmaq
Seyfəddin Çaxmaq (ərəb. الظاهر سيف الدين جقم‎; 1373 – 13 fevral 1453) — 9 sentyabr 1438–1 fevral 1453-cü illər arasında Misirin Məmlük sultanı.
Seyfəddin İbişov
Seyfəddin İnal
Malik Əşrəf Seyfəddin Əbu Nasir İnal əl-Əlai əz-Zahiri Nasiri əl-Əcrud (Səyfəddin İnal ya da Seyfəddin Aynal; 1380, Qahirə – 26 fevral 1461, Qahirə) — 1453–1461-ci illər arasında Misirin 13-cü Burci Məmlük sultanı. Seyfəddin İnal 1381-ci ildə Qahirədə çərkəz tacir ailəsində anadan olmuşdur. Əvvəlcə ona "əl-Əlai" adını verən tacir Ələddin tərəfindən alınmışdır. Sonra isə Burci xanədanının qurucusu Sultan əz-Zahir Barquqa satdı. Barquq ilə xidmət etdiyi müddətdə İnal hərbi hazırlıq keçdi.
Seyfəddin Şaban
Əbül-Fütuh əl-Məlikül-Kamil Seyfəddin Şaban ibn Məhəmməd bin Kalavun (d.? - ö.1346) — Məmlük sultanı (1345-1346). Məhəmməd ibn Kalavunun taxta keçən beşinci oğludur; qardaşı Əbül-Fida əl-Məliküs-Salih İsmailin ölümündən sonra taxta çıxdı (4 avqust 1345). Ögey atası Arqun əl-Alai digər şahzadələrdən Hacını dəstəkləyən əmirləri Qahirədən uzaqlaşdırdı və onun səltənət dönəminin son aylarına qədər hakimiyyəti əlində tutdu. əl-Məlikül-Kamilin iqtidarını sona çatdıran krizis, etməyi düşündüyü Hicaz səyahəti üçün yeni vergilər qoyması üzündən çıxdı. Bütün şikayətlərə rağmən anasıyla xanımlarının basqısından dolayı sultanın bu səyahətə çıxmaqda və vergiləri qaldırmamaqda israr etməsi bir çox əmiri ona qarşı hərəkətə keçirdi. Müxaliflərin lideri Dəməşq naibi Yelboğa əl-Yəhyavi, alınacaq vergi dolayısıyla Suriya xalqının böyük sıxıntıya düşəcəyini irəli sürərək sultana Hicaz səfərini gələcək ilə ertələməsini önərdi; ayrıca onu taxtdan endirməklə təhdid etdi. Arqun əl-Alainin müxalifləri haqlı bulması və Misir xalqının da eyni şəkildə maddi sıxıntıya düşəcəyini söyləməsi üzərinə əl-Məlikül-Kamil, Yelboğaya yumuşaq ifadəli bir məktub göndərərək tövsiyələrinə uyacağına və qarşı çıxılan davranışlarını düzəldəcəyinə dair söz verdi. Ancaq daha sonra yenə qadınların israrıyla fikrini dəyişdirdi və bütün naiblərə yeni vergiləri həmən toplayıb göndərmələrini əmr etdi. Bu gəlişməylə birlikdə ölkədə qiymətlər yüksəldi və xalq böyük bir sıxıntıya düşdü.
Seyfəddin Əliyev
Seyfəddin Vəli oğlu Əliyev (30 may 1930, Alışar, Naxçıvan MSSR) — Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun "Entomologiya şöbəsinin", həmçinin "Cücülərin fauna və sistematikası" laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru, professor. Seyfəddin Vəli oğlu Əliyev 30 may 1930-cu ildə Naxçıvan MR-in Şərur rayonunun Alışar kəndində ziyalı ailəsində anadan olmuşdur. O, 1937-ci ildə Alışar kənd 7-illik məktəbin I sinfinə getmiş, 1943-cü ildə həmin məktəbi bitirmişdir. Elə həmin il Naxçıvan Şəhər Tibb texnikumuna daxil olur. Oranı bitirdikdən sonra 1947-ci ildə Bakı şəhərinə gəlir, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Kimya-Biologiya fakultəsinə müvəffəqiyyətlə imtahan verib qəbul olur və 1951-ci ildə oranı bitirir. Seyfəddin Əliyev institutu bitirdikdən sonra əmək fəaliyyətini 1952-ci ilin sentyabrına qədər Naxçıvan Maarif Nazirliyində pedoqoji kabinetin müdiri vəzifəsində, axşamlar isə 4 saylı şəhər fəhlə-gənclər orta kimya və biologiya müəllimi işləməklə davam etdirmişdir. O, 1952-ci ilin sentyabrında Bakıya gələrək, Azərbaycan EA Zoologiya İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. 1961-ci ildə "Azərbaycanın gəmirici sovkaları" movzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1964-cü ildə müsabiqə yolu ilə baş elmi işçi vəzifəsinə, 1978-ci ildə "Pambıq sovkasının bioloji inkişafı" laboratoriyasına, 1986-cı ildə "Entomologiya" laboratoriyasına, 1988-ci ildə isə "Entomologiya" şöbəsinə müdir seçilmişdir. Yorulmaq bilməyən alim sovkalar üzrə tədqiqat işlərini davam etdirmiş və 1977-ci ildə Ukrayna EA Zoologiya İnstitunda "Azərbaycanın sovkaları" movzusunda doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru alimlik dərəcəsi almışdır.
Seyfəddin Hüseynli
Seyfəddin Mehdi oğlu Səfərov və ya Seyfəddin Hüseynli (15 avqust 1976, Mərzili, Ağdam rayonu) — azərbaycanlı ədəbiyyatşünas, tərcüməçi, esseist, redaktor. Azərbaycan Yazıçılar Birliyinin "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru, "525-ci qəzet"in ədəbiyyat, mədəniyyət və təhsil sahələri üzrə baş redaktor müavinidir. Son dövrün ədəbi-mədəni dərgilərindən olan "Kitabçı" jurnalının şef-redaktoru olub (2013–2015). 15 avqust 1976-cı ildə Ağdam rayonunun Mərzili kəndində doğulub. 1993–2002-ci illərdə Bakı Dövlət Universitetində və Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda ali təhsil alıb. Filologiya üzrə magistr dərəcəsi var. 1998-ci ildən dövri mətbuatda fəaliyyət göstərir. 1999-cu ildən 525-ci qəzetin əməkdaşıdır. 2001-ci ildən həmin qəzetin ədəbiyyat, mədəniyyət və təhsil sahələri üzrə baş redaktor müavinidir. 2007–2009-da Müdafiə Nazirliyinin "Azərbaycan Ordusu" qəzetində hərbi müxbir olub.
Seyfəddin Kalavun
Əbül-Məali əl-Məlikül-Mənsur Seyfəddin Kalavun əl-Əlfi əs-Salihi (d.1222 — ö. 1290)—Məmlük sultanı (1279–1290). == Həyatı == Qıpçaq türklərindən olub, həyatının ilk dönəmləri haqqında bilgi yoxdur. Monqolların 1244-cü ildə Dəşt-i Qıpçaqı istilası sırasında əsir düşdü. Bir kölə tüccarı tarafından Misirə götürülərək Əyyubi sultanı əl-Məlikül-Adilin məmlüklərindən Əmir Əlaəddin Ağsunqur əs-Sakiyə satıldı. Daha sonra Əyyubi sultanı əl-Məliküs-Salih Əyyuba satılan Kalavun (1249), azad edilərək Ravza adasındaki Bəhriyyə məmlükləri adı verilən yeni əsgəri birliyə daxil edildi. Mənsubu olduğu Bəhriyyə məmlüklərinin liderlərindən Farisəddin Aktayın Məmlük dövlətinin ilk sultanı İzzəddin Aybək tərəfindən öldürülməsi üzərinə bir qisim əmirlər, Baybars və diğər arxadaşlarıyla birlikdə Suriyaya qaçdı (1254). Suriya Əyyubi hökmdarı əl-Məlikün-Nasır Yusifin xidmətində gəçirdiyi üç ilin ardından Kərək hakiminin xidmətində çalışmağa başladı. 1259-cu ildə Suriya Elxanlılar dövlətinin hücumlarına uğrayınca arxadaşlarıyla bərabər Misirə dönüb yeni sultan Qotazın xidmətinə girdi. Kalavun daha sonra, Məmlük Sultanı Qotazı ortadan qaldırıb, taxta keçən I Baybars əl-Bundukdarinin yanında yer aldı.
Seyfəddin Tumanbəy
Əl-Adil Seyfəddin Tuman bəy — (ərəb. السلطان الملك العادل أبو النصر طومان باى الأشرفى قايتباى‎ Misir Burci sülaləsindən iyirmi beşinci Məmlük sultanı. 1501-ci ildə hakimiyyəti təxminən yüz gün çəkdi. Tuman bəy sultan seçildiyi zaman qırx yaşında idi. Sultan olmadan əvvəl populyar olmasına baxmayaraq, sultan olandan qısa müddətdə tədbirləri səbəbiylə populyarlığını itirdi. Bu da şahzadələrdən birini iddia edilən sui-qəsdlə asaraq ölümünə məhkum edilməsində özünü büruzə verdi. Əl-Əşrəf Qansu al-Ğavri tərəfindən hakimiyyətdən devrilərək yerinə gəldi.
Muhəmməd Əmin ibn Sədrəddin Şirvani
Muhəmməd Əmin ibn Sədrəddin Şirvani 1552-ci ildə Şamaxı yaxınlığında, Bico kəndində, din xadimi ailəsində anadan olmuşdur. Böyük mütəfəkkir kimi tanınır. Şamaxı dini mədrəsəsində təhsil aldıqdan sonra, İstanbula getmişdir. Atası onun qayıdıb gəlməsini və ailə qurmasını tələb etsə də, o, İstanbulda ömrünü elmə sərf etməyə üstünlük vermişdir. İstanbulda "Əhmədiyyə" məscidinin valisi olmuşdur. "Fəvadiul xaqaniyyə" (Xaqanlığın qaydaları), "Həşiyyətüşşərhi Şəmsiyyə" (Şəmsiyyənin şərhinə haşiyə), "Şərhü qavaid əl-Əqaid li-l-Qəzali" (Qəzali əqidələrinin qaydalarına şərh), "Təliqat ilə təfsir əl-Beyzavi" (Beyzavinin təfsirinə təliqə), "Məsahib əl-muxtəlifə li təvaif və vəluməm" (Tayfaların və xalqların müxtəlif məzhəbləri), "Cihət əl-vədlə" (Birlik yönü) və s. kimi məşhur əsərlərin müəllifidir. Bir çox əsərlərinin əlyazmaları Bakı, İstanbul, Qahirə, Berlin, Sankt-Peterburq və Vyana kitabxanalarında saxlanılır.
Məhəmməd Əmin ibn Sədrəddin Şirvani
Muhəmməd Əmin ibn Sədrəddin Şirvani 1552-ci ildə Şamaxı yaxınlığında, Bico kəndində, din xadimi ailəsində anadan olmuşdur. Böyük mütəfəkkir kimi tanınır. Şamaxı dini mədrəsəsində təhsil aldıqdan sonra, İstanbula getmişdir. Atası onun qayıdıb gəlməsini və ailə qurmasını tələb etsə də, o, İstanbulda ömrünü elmə sərf etməyə üstünlük vermişdir. İstanbulda "Əhmədiyyə" məscidinin valisi olmuşdur. "Fəvadiul xaqaniyyə" (Xaqanlığın qaydaları), "Həşiyyətüşşərhi Şəmsiyyə" (Şəmsiyyənin şərhinə haşiyə), "Şərhü qavaid əl-Əqaid li-l-Qəzali" (Qəzali əqidələrinin qaydalarına şərh), "Təliqat ilə təfsir əl-Beyzavi" (Beyzavinin təfsirinə təliqə), "Məsahib əl-muxtəlifə li təvaif və vəluməm" (Tayfaların və xalqların müxtəlif məzhəbləri), "Cihət əl-vədlə" (Birlik yönü) və s. kimi məşhur əsərlərin müəllifidir. Bir çox əsərlərinin əlyazmaları Bakı, İstanbul, Qahirə, Berlin, Sankt-Peterburq və Vyana kitabxanalarında saxlanılır.
Sədrəddin Sultan İbrahim əl- Əmini
Sədrəddin Sultan İbrahim əl- Əmini (?-?) — tarixçi. I Şah İsmayılın yürüşlərinin tarixi olan "Fütuhatişahi" ("Şahın qələbələri") adlanan əsərin müəllifidir. Bu əsərin tam nüsxəsi Tacikistan Respublikası Elmlər Akademiyasının Şərq Əlyazmaları fondunda saxlanılır3. Tacik şərqşünası A. M. Mirzoyev tərəfindən ("Şahənşahnamə"4 adlı tarixi əsərin müəllifini müəyyən etmək xidməti də ona məxsusdur) aşkar edilmiş və siyahıya alınmışdır. Sonuncu əsərin müəllifliyini B. A. Dorn səhvən Herat şairi Kamaləddin Binainin adına çıxırdı. A. M. Mirzoyev "Şahənşahnamə"nin və "Fütuhati-Şahi"nin mətnlərini tutuşduraraq sübut etdi ki, hər iki əsər bir müəllifin – Sədrəddin Sultan İbrahim əl- Əmininin qələminin məhsuludur, həm də "Şahənşahnamə" "Fütuhati-Şahi"nin ikinci cildidir5. A. M. Mirzoyevin nəticələrini təsdiq edən bir sıra cəhətləri göstərək. Səfəvi tarixşünasları öz əsərlərinin mətnlərində məlumatlarından faydalandıqları əsas mənbələrin adlarını çəkirlər. Dövrün bir sıra mənbələrində "FütuhatiŞahi" və yaxud "Fütuhati-Əmini"nin adları çəkilir. Xondəmir "Həbib əssiyər", Qazi Əhməd Qumi "Xülasət ət – təvarix", İsgəndər bəy Münşi "Tarix-i aləm aray-i Abbasi" əsərlərində bu əsəri özlərinin ilk mənbələrisırasında göstərirlər.
Fəxrəddin
Fəxrəddin — kişi adı. Fəxrəddin Manafov — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycanın xalq artisti (2000). Fəxrəddin Cavadov — tibb elmləri doktoru Fəxrəddin Cəbrayıl Əhəri — Eldənizlilər dövlətinin əmiri.
Nəsrəddin
Nəsrəddin — kişi adı. Bu adı olan tanınmış şəxslər Molla Nəsrəddin — Şərq xalqlarının hazırcavab xalq müdriklərinin ümumiləşdirilmiş obrazı. Nəsrəddin şah Qacar — Qacar sülaləsindən olan bir şah. 65 yaşında nаmаz qılаrкən Mirzə Rza Kirmani tərəfindən öldürülüb. Nəsirəddin Tusi — XIII əsrdə Azərbaycan filosofu, astronomu, riyaziyyatçısı, tarixçisi, maliyyəçisi və hüquqşünası. Nəsrəddin bəy Səfikürdski — hüquqşünas, vəkil. Nəsrəddin Qarayev — şərqşünas alim, filologiya elmləri namizədi. Molla Nəsrəddin incəsənətdə Molla Nəsrəddin (jurnal) — satirik jurnal Nəsrəddin Buxarada (film, 1943) — Nəsrəddinin macəraları (film, 1946) — Nəsrəddin Xoca və Teymurləng (film, 1954) — Nəsrəddin Xocəntdə, yaxud Məftun olmuş Şahzadə (film, 1959) — Nəsrəddin Xocanın 12 məzarı (film, 1966) — Halva dadı (film, 1975) — Nəsrəddinin ilk məhəbbəti (film, 1977) — Daha nəşəli bax (film, 1982) — Nəsrəddin Xoca (film, 1982) — Nəsrəddin Xocanın qayıdışı (film, 1989) — Nəsrəddin Xoca və Əzrayıl (film, 2004) — Molla Nəsrəddin Xoca (film) — rejissor Arif Məhərrəmovun çəkdiyi cizgi filmi.
Şəhabəddin
Şəhabəddin — kişi adı. Şeyx Şəhabəddin Mahmud Əhəri — təsəvvüf alimi, "Şəhabilik" təriqətinin banisi. Xədim Şəhabəddin Paşa — Osmanlı sultanı II Murad və Fateh Sultan Mehmed dönəmlərində vəzir. Şəhabəddin Abdulla Mirvarid — şair, musiqiçi, katib. Şəhabəddin Mərcani Şəhabəddin Əhməd bəy Ramazanoğlu Digər Şəhabəddin (Qürvə) Şəhabəddin (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Molla Şəhabəddin (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd.
Şəmşəddin
Berd, Tovuzqala — Ermənistan Respublikası ərazisində şəhər. Berd rayonunun mərkəzi. Tovuzqala Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (İndi ERmənistanın Şəmşədil rayonunda) kənd adı. Albaniyanın erkən orta əsrlərdə qalalarından birinin adıdır. “Alban tarixi”ndə adı 827-ci ilə aid hadisələrlə əlaqədar çəkilir (III kitab, 20-ci fəsil). Tovuz çayının sıldırım sahilində tikilmiş qala çayın adı ilə adlanmışdır (Qudyalçay və Qudyalqala-Quba kimi). Çayın adı isə qədim türk dillərində taus “səs-küy” sözündən ibarətdir. Tavusçay “səs-küylü çay” mə’nasındadır.
Sədrəddin Ayni adına Tacikistan Dövlət Pedaqoji Universiteti
Sədrəddin Ayni adına Tacikistan Dövlət Pedaqoji Universiteti (tac. Донишгоҳи давлатии омӯзгории Тоҷикистон ба номи С. Айнӣ) — Tacikistan Respublikasının ali təhsil müəssisəsi. Düşənbədə yerləşir. Tacikistan Respublikasının dövlət ali təhsil peşə qurumu statusuna malikdir. Sədrəddin Ayni adına Tacikistan Respublikası Təhsil Nazirliyinin səlahiyyətindədir. Universitet Tacikistan Respublikasının, əsasən təhsil sistemi üçün müəllim və tərbiyəçilər hazırlayan aparıcı universitetlərdən biridir. Universitetdə tələbələrin təhsili 34 ixtisas üzrə aparılır. 2012-ci ildə TDPU-da 8000-dən çox tələbə təhsil almışdır və 585 müəllim çalışmışdır. 1931-ci ildə qurulmuşdur. Universitetin keçmiş adları — Stalinabad Pedaqoji İnstitutu, T.Q.Şevçenko adına Düşənbə Pedaqoji İnstitutudur.
Fəxrəddin (tarixçi)
Fəxrəddin — XIII əsr müsəlman tarixçisi. O, 1258-ci ildə Abbasilər xilafətinin dağıdılmasına qədərki yeganə xəlifə tarixi haqqında əsər olan "Sülalələrin xronoloji tarixi"nin müəllifi olmuşdur. Bu, Fransa Milli Kitabxanasında əlyazma şəklində saxlanılır. Antuan İsaak Silvestr de Sasi ərəbdilli müntəxabatında əsərdən sitat gətimişdir. Georq Freytaq, Ogüst Şarbonno onun mühüm hissələrini tərcümə etmişdir.
Fəxrəddin Abdullayev
Fəxrəddin Abdullayev (Abdullayev Fəxrəddin Gülməmməd oğlu) — Fizika‑riyaziyyat elmləri doktoru, professor. Mersin Universitetinin riyaziyyat departamentinin müdiri. == Həyatı == Abdullayev Fəxrəddin Gülməmməd oğlu 1957-ci il mayın 15-də Azərbaycan Respublikasının Şamaxı rayonunun Sündü kəndində anadan olub. 1980-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini bitirib və təyinatla Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutuna göndərilib. 1980-ci ilin noyabr ayından Ukrayna EA Tətbiqi Riyaziyyat və Mexanika İnstitutunun (TRMİ, Donetsk) funksiyalar nəzəriyyəsi şöbəsində təcrübə keçib (elmi rəhbər — fizika-riyaziyyat elmləri doktoru, professor V.İ.Belıy). 1984-cü ilin yanvarında Ukrayna EA TRMİ-nin "riyazi analiz" ixtisası üzrə aspiranturasına daxil olub. 1986-cı ilin iyununda Ukrayna EA TRMİdə "Kvazikonform sərhədli oblastlarda sahəcə ortoqonal polinomlar" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1986–1994-cü illərdə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunun riyazi analiz şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində işləyib. 1994-cü ilin mart ayından Türkiyə universitetlərində (Trabzon, Mersin) çalışmağa başlayıb. 2003-cü ildə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda "Sahəcə ortoqonal polinomlar və Biberbax polinomları" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Fəxrəddin Altay
Fəxrəddin Altay (20 yanvar 1880 və ya 1880, Şkoder – 25 oktyabr 1974 və ya 1974, İstanbul) — Türkiyə İstiqlaliyyət müharibəsi qəhrəmanlarından olan hərbçi və siyasətçi. Dumlupınar döyüşündən sonra yunan ordusunun geri çəkilməsini təmin edərək İzmirə girən ilk Türk süvarilərinin komandiridir. == Həyatı == 12 yanvar 1880 tarixində Albaniyanın Şkoder şəhərində anadan olub. Atası, Piyada zabiti İzmirli İsmayıl bəy və anası Xeyriyyə xanımdır. Əli Fikri adında kiçik qardaşı olmuşdur. ===== Təhsili ===== Atasının vəzifə təyinatları səbəbilə təhsil həyatı müxtəlif şəhərlərdə keçmişdir. İbtidai təhsilini Mardində bitirdikdən sonra Ərzincanda hərbi ibtidai, Ərzurumda hərbi orta təhsilini tamamlamışdır. 1897-ci ildə İstanbul Hərb məktəbini bitirdikdən sonra 1900-cü ildə Hərb Akademiyasına daxil olmuşdur. Buradakı təhsilini 1902-ci ildə tamamlayaraq, peşə həyatına başlamışdır. == Hərbi karyerası == İlk vəzifə yeri olan Tunceli və ətrafında 8 il xidmət etmişdir.
Fəxrəddin Altun
Fəxrəddin Altun (11 sentyabr 1976, Ştutqart) — Türk bürokrat, akademik və sosiologiya professoru. == Həyatı == 11 sentyabr 1976-cı ildə Almaniyanın Ştutqart şəhərində anadan olub. 1998-ci ildə İstanbul Universitetinin Sosiologiya Bölməsini bitirib. 2014 ilə 2018 arasında SETA İstanbul Baş Koordinatoru və Baş Koordinator Köməkçisi vəzifələrini icra etmişdir. İbn Xaldun Universitetinin Rabitə fakültəsinin dekanı olmuşdur.
Fəxrəddin Atayev
Fəxrəddin Qəhrəman oğlu Atayev (31 yanvar 1972, Bakı) — azərbaycanlı dirijor, Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi (2016). Azərbaycan Dövlət Akademik Musiqili Teatrın simfonik orkestrinin baş dirijoru. == Həyatı == Fəxrəddin Atayev 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. F.Atayev əmək fəaliyyətinə 1988-ci ildə Azərbaycan Karlar Cəmiyyətinin mədəniyyət evində musiqiçi vəzifəsində başlamışdır. 1990-1992-ci illərdə həqiqi hərbi xidmətə çağırılmış və hərbi orkestrin baş musiqiçisi vəzifəsində xidməti başa vurmuşdur. F.Atayev 1993-1999-cu illərdə Bakı Musiqi Akademiyasını magistr dərəcəsi ilə, dirijor ixtisası üzrə bitirmişdir. Onun ixtisas müəllimləri Yusif Axundzadə *[1] və Yalçın Adıgözəlov *[2] olmuşdur. 1993-cü ildən 1998-ci ilədək Azərbaycan Dövlət Nəfəs Alətləri orkestrində, valtorna alətləri qrupunun konsertmyestri vəzifəsində çalışmış və 1988-2014-cü illərdə həmin orkestrin dirijoru vəzifəsində fəaliyyət göstərmişdir. == Musiqi yaradıcılığı == Azərbaycan Dövlət Nəfəs Alətləri orkestri məsuliyyətli dövlət tədbirlərində yüksək səviyyədə çıxışlar etmişdir. Bunlardan, 2001-ci ildə dünya şöhrətli musiqiçi Mistislav Rastropoviçin atası Liyapold Rastropoviçin ev muzeyinin açılış mərasimini, 2002-ci ildə “Üzeyir Musiqi günü” zamanı Dövlət Kapellasını müşayiət edən orkestr Üzeyir Hacıbəyovun “Qalx ayağa millət”, ”Koroğlu” operasının uverturasını və M.Maqomayevin “RV-8”marşını ifa etmişdir.
Fəxrəddin Ağayev
Fəxrəddin Güləli oğlu Ağayev (16 aprel 1956, Xaçmaz rayonu) — Azərbaycan Milli Aerokosmik Agentliyi, Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun direktoru, texnika elmləri doktoru, professor. == Həyatı == Fəxrəddin Ağayev 16 aprel 1956-cı ildə Azərbaycan Respublikasının Xaçmaz rayonunda anadan olmuşdur. 1978–1982-ci illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsində təhsil almışdır. 1982–1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. 1985 – 1993-cü illərdə Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyində elmi işçi, bölmə rəisi, baş direktorun müavini, müəssisə direktoru vəzifələrində çalışmışdır. 1993–1995-ci illərdə Azərbaycan Milli Aerokosmik Agentliyinin baş direktorunun müavini, 1995 – 2005-ci illərdə Kosmik Cihazqayırma Xüsusi Konstruktor Bürosunun direktoru, 2005 – 2007-ci illərdə elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutunda direktor, 2007-ci ildən hal–hazıradək Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun direktorudur. Ailəlidir, 4 övladı var.
Fəxrəddin Bəşirov
Fəxrəddin Cavadov
Fəxrəddin Gülmirzə oğlu Cavadov (21 iyun 1951, Bakı – 9 yanvar 2009, Bakı) — Azərbaycan alimi, tibb elmləri doktoru, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi. == Həyatı == Fəxrəddin Cavadov 20 aprel 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1968–1974-cü illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi fakültəsində təhsil almış, institutu bitirdikdən sonra 1975–1977-ci illərdə Bakı Şəhəri Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında səyyar həkim, 1977–1979-cu illərdə 5 saylı Şəhər poliklinikasında həkim-cərrah vəzifələrində işləmişdir. 1978–1986-cı illərdə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun urologiya kafedrasında baş laborant, assistent və eyni zamanda institutun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışmışdır. 1985-ci ildə Moskva vilayətinin M. Vladimirski adına Elmi-Tədqiqat Kliniki İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2008-ci ildə tibb elmləri doktoru ali dərəcəsi almışdır. == Fəaliyyəti == 1986-cı ildən Azərbaycan Respublikası KP MK-nın elm və təhsil müəssisələri şöbəsinin, 1989-cu ildən isə ictimai-iqtisadiyyat şöbəsinin təlimatçısı vəzifələrində çalışmışdır. 1990-cı ildə Azərbaycan Respublikası səhiyyə nazirinin I müavini vəzifəsinə irəli çəkilmiş və 1996-cı ilədək bu vəzifədə çalışmışdır. 1993-cü ilin iyul-noyabr aylarında Azərbaycan Respublikası səhiyyə nazirinin səlahiyyətlərini icra etmişdir. 1998-ci ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tibb fakültəsi üzrə prorektoru, daha sonra isə I prorektoru vəzifələrində işləmişdir.
Fəxrəddin Cəbrayılov
Cəbrayılov Fəxrəddin Mövsüm oğlu (12 avqust 1958, Gorus) — General-mayor, Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının sabiq rəisi, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş zabit. == Həyatı == Fəxrəddin Cəbrayılov 12 avqust 1958-ci ildə Ermənistan SSR-in Gorus şəhərində anadan olmuşdur. Orta təhsilini Culfada almışdır. 1975-ci ldə BAÜQKM-nə daxil olur. 1979-cu ildə təhsilini başa vurur. Onu təyinatla Almaniyada yerləşən Sovet ordusuna qrup komandiri göndərirlər. 1984-cü ildə fəaliyyətnini Zaqafqaziya Hərbi Dairəsində davam etdirir. Vətənə dönəndən sonra Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığında çalışmağa başlayır. 1986-cı ildə Ali Zabitlər Kursunu bitirir. 1992-ci il Müdafiə Nazirliyində Beynəlxalq Əlaqələr İdarəsində müqavilələrin imzalanması şöbəsinin rəisi vəzifəsinə təyin edilir.
Fəxrəddin Dadaşov
Fəxrəddin Əlisahib oğlu Dadaşov (26 sentyabr 1950, Bakı) — musiqiçi, kamança ifaçısı, professor, dosent (2007), Azərbaycan Respublikasının xalq artisti (2005). == Həyatı == F. Dadaşov 1963-cü ildə 2 nömrəli uşaq musiqi məktəbini bitirdikdən sonra, Bülbül adına orta-ixtisas musiqi məktəbinə daxil olub və 1972-ci ildə həmin sənət ocağını bitirmişdir. O, 1977-ci ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını kamança ixtisası üzrə bitirmişdir. 1966-cı ildən indiyədək Azərbaycan Televiziya və Radiosunun Ə. Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblında konsertmeyster vəzifəsində çalışır. Dünyanın bir neçə ölkəsində, o cümlədən Hollandiya, Fransada, Almaniyada, İtaliyada və Kanadada kompakt diskləri çıxıb. 1988 və 1998-ci illərdə Fransada keçirilən Beynəlxalq festivalın laureatı olmuşdur. 69 xarici ölkədə, F. Dadaşov o cümlədən Kanada, ABŞ-nin Texas ştatında, Nikaraqua, Kuba, Braziliya, Meksika, İngiltərə, Almaniya, Fransa, İsveç, İsveçrə, İtaliyada, İspaniya, Norveç, Avstriya, Tayland, Tayvan, Hindistan, Mərakeş və s. ölkələrdə konsertlər vermişdir. C. Qaryağdıoğlu adına muğam üçlüyünün solisti, Azərbaycan Milli Konservatoriyasının dosentidir. 28 oktyabr 2000-ci ildə əməkdar artist, 16 sentyabr 2005-ci ildə xalq artisti fəxri adlarına layiq görülmüşdür.