Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vainglory
Vainglory — Super Evil Megacorp şirkətin iOS və Android üçün MOBA oyunu. == İstehsalı == 2012-ci ilin fevralında Rockstar, Riot, Blizzard, və Insomniac-da işləyən bir neçə oyun yaradıcıları Kaliforniyanın San Mateo şəhərində planşetlər üçün çoxoyunçulu onlayn döyüş arenası (MOBA) oyunu yaratmaq məqsədi ilə Super Evil Megacorp şirkətinin əsasını qoyublar. Bu Vainglory oyunun yaradılmasının başlanğıcı idi.
Qain
Qain və ya Qayin — İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Qainat şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 32,474 nəfər və 8,492 ailədən ibarət idi.
Vaiz
Vaiz — minbərdən vəz (moizə) söyləyən şəxs. İslamla bağlı danışılan hər hansı bir hadisə və ya İslamdan bəhs edən söhbət vaiz adlanır. Vaiz ərəb sözü olub "vəz və nəsihət edən, moizə edən" mənasını verir. "Vaiz olaraq ölüm kifayətdir" yəni, nəsihət olaraq ölüm kifayətdir.
Vani
Vani (gürc. ვანი) — Gürcüstanın İmereti diyarında, Sulori çayının sahilində (Rioni çayının qolu), Kutaisi şəhərinin 41 km cənub-qərbində yerləşən şəhər. 2014-cü ilin siyahıalmasına görə şəhərin əhalisi 3744 nəfərdir. Vani şəhəri 40 kənddən ibarət Vani bələdiyyəsinin (sahəsi 557 km2, əhalisi 24.512 (2014)) mərkəzidir. == Tarixi == 1947-ci ildə Vani şəhəri ətrafında aparılan arxeoloji qazıntı işləri zamanı (N. Xoştariya və O. Lortkifanidze) qədim Kolxida şəhərinə aid yaşayış məntəqəsi ilə bağlı artifaktlar tapılmışdır. Bu şəhərin adı məlum olmasa da, tarixi 4 dövrə ayrılır. E.ə. VII–VIII əsrlərdə Vani şəhərinin mədəni mərkəz olduğu fərz edilir. Vanin e.ə VII–VI əsrlərdəki tarixi qədim mədni qatlarla, taxta məmulatlarla, qurbangahlarla, qəbiristanlıqlarla təmsil olunur. Vaninin Kolxida şəhərinin siyasi mərkəzi olduğu güman olunur.
Van
Van(türk. Van, erm. Վան, kürd. Wan) — Van ilinin mərkəzi, Türkiyədə şəhər. == Tarixi == “Van və Bitlisdə müsəlman əhalisinin cəmi 10 faizi sağ qalmışdı. Maddi dəlillər bizi belə bir ümumi faktlar həqiqətinə gətirib çıxarır ki, ermənilər müstəsna qəddarlıqla geniş miqyasda müsəlmanları qırmışlar. Nəticədə əhalinin dörddə bir qismi ancaq sağ qalmışdı. Ölkə dağılmışdı . Van Türkiyənin şərqində yerləşən bir şəhərdir. Tarixi eramızdan 7 min əvvələ gedib çıxır.
Ban Pain
Ban Pain (Norfolk dili Ban Pain) — Norfolk adasının ən iri şəhəri. Adanın əsas kommersiya mərkəzi, faktiki paytaxtı. Adanın bir kənarından digərinə yol şəhərdən keçir. == Əhalisi == Dəqiq əhali sayı məlum deyil. Müəyyən mənbələrə görə onun əhalisi 180 nəfərdir (2007-ci il) == İdarəetmə == Şəhərin bələdiyyəsi və dəqiq sərhədi yoxdur. Şəhərin ticarət-sənaye palatası sahibkarların şəhərin idarə edilməsində iştirakını təmin edir. Şəhərin emblemi və hansısa fərqlənmə nişanı yoxdur.
Maher Zain
Mahir Zeyn (ing. Maher Zain; ərəb. ماهر زين‎ 16 iyul; 1981, Tərabülüs əş-Şam, Livan) — Livan əsilli İsveçli R&B musiqiçisi, bəstəkar və musiqi prodüseri. Facebook sevərləri və bir çox sənətçilər tərəfindən müasir İslam musiqisinin ulduzu olaraq qəbul edilir. Mahir Zeynin 2009-cu ildə Awakening Records prodakşn etiketi ilə çıxan ilk albomu Thank You Allah beynəlxalq bir uğur əldə etmişdir. Sənətçinin növbəti-ikinci albomu Forgive Me isə eyni prodakşn etiketi ilə 2 aprel 2012-ci ildə çıxmışdır. == Karyerası == === Əsas === Mahir Zeyn səkkiz yaşında ikən ailəsilə birlikdə İsveçə köçmüşdür. Orada Aviasiya və Kosmos Mühəndisliyi fakültəsini bitirmişdir. Universitetdən sonra musiqi sahəsində iştirak etmiş və 2005-ci ildə Mərakeş təvəllüdlü İsveç prodüseri Nadir Xayat (səhnə adı ilə RedOne) ilə ünsiyyətə keçmişdir.2006-cı ildə Nadir Xayat Nyu-Yorka köçdüyü zaman, Mahir də musiqi karyerasını davam etdirmək üçün onun ardınca getmiş və Kat DeLuna kimi sənətkarlarla işləməyə başlamışdır. İsveçə etdiyi səfərlərdən birində İslamiyyətə bir daha bağlanmış və musiqi prodüserliyindən imtina edərək ilahi tərzində R&B söyləməyə qərar vermiştir.
Main Page
Rain Sultanov
Rain Sultanov — Azərbaycan musiqiçisi, Azərbaycanın əməkdar artisti (2018). [1] == Həyat və fəaliyyəti == Rain Sultanov 1965-ci ildə Bakıda dünyaya gəlib. Uşaqlıqdan musiqi sədaları altında böyümüş Rainin böyük sənətə gəlişində anasının və musqiçi qardaşları Raufla Raminin böyük rolu olub. Rəsmə böyük həvəs göstərdiyindən uşaq ikən rəsm dərnəyinə gedib. Qardaşlarının məsləhətilə 14 yaşında musiqi məktəbinin klarnet sinfinə yazılıb. İlk müəllimi Çingiz Babayev olub. Əla qiymətlərlə oxuduğu üçün ikinci sinifdən dördüncü sinfə keçirilib. Cazla hələ məktəbdə oxuduğu vaxtlardan maraqlanmağa başlayıb. Caz kompozisiyalarını ilk dəfə "Weater Report" qrupunun, Miles Davis-in ifasında dinləyib. Sonralar onun musiqi təfəkkürünün formalaşmasında Michael Brecker'in yüksək texniki və qeyri-adi anotal ifasının rolu böyük olub.
Sain (Nir)
Sain (fars. سايين‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 287 nəfər yaşayır (50 ailə).
The Rain
== Mövzusu == Jannik Tai Mosholt, Esben Toft Jacobsen və Christian Potalivo tərəfindən yaradılmış Danimarka post-apokaliptik dramıdır. 4 may 2018-ci ildə Netflix-də premyerası oldu. Serialda Lars Simonsen, Bertil De Lorenhmad, Evin Əhməd və Yohannes Bah Kuhnke tərəfindən təkrarlanan rollarla Alba August, Lucas Lynggaard Tønnesen, Mikkel Følsgaard, Lukas Løkken, Jessica Dinnage, Sonny Lindberg və Angela Bundalovic çəkilir. Son ikisi ikinci mövsümdə əsas personajlara çevrilir. İki danimarkalı qardaş Simone və Rasmus bunkerdə gizlənərkən yağışın daşıdığı virus Skandinaviyada demək olar ki, bütün insanları məhv etməyə başlayır.
Vaiz Qəzvini
Molla Rəfiəddin Məhəmməd Vaiz Qəzvini — Azərbaycanın Səfəvi dövründə şair. azərbaycan və fars dillərində şer yazıb. Bu şair 1027 Hicri-qəməridə Qəzvinin Səfiabad kəndində anadan olub və 1089 Hicri-qəməridə vəfat etmişdir.
Vani bələdiyyəsi
Vani (gürc. ვანის მუნიციპალიტეტი) Gürcüstanın İmereti regionunda bələdiyyədir. Onun əsas şəhəri Vanidir. == Coğrafiya == 1930-cu ildə ayrı bir rayona ayrıldı. İmeretinin ekstremal cənub-qərb hissəsində yerləşir. Bələdiyyə Bağdati, Samtredia, Tskaltubo, Adigen və Çoxataur bələdiyyələri ilə həmsərhəddir. Əsas relyef vahidləri Mesxeti silsiləsinin şimal yamacları, İmereti ovalığı və keçid cənub İmeretinin təpəli dağətəyidir. Şimal hissəsini İmereti düzənliyi tutur. Rioni çayı bələdiyyənin şimalından axır. Van ərazisində çaylar axır: Sulori, Kumuri və s.
Viktor Xain
Viktor Yefimoviç Xain (13 (26) fevral 1914, Bakı – 24 dekabr 2009, Moskva) — geologiya-mineralogiya elmləri doktoru, professor, geotektonika və regional geologiya sahəsi üzrə mütəxəssis, Rusiya Elmlər Akademiyasının akademiki, AMEA-nın Fəxri xarici üzvü, Paris Universitetinin fəxri doktoru, Bolqarıstan və Fransa geologiya cəmiyyətlərinin fəxri üzvüdür. == Həyatı == Viktor Yefimoviç Xain 1914-cü il fevralın 13(26)-də Bakı şəhərində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Neft İnstitutunun (indiki ADNSU) mədən fakültəsinin geoloji-kəşfiyyat şöbəsini bitirmişdir. 1940-cı ildə "Yuranın və təbaşirin fasiyaları və mezozoyda Cənub-Şərqi Qafqazın geotektonik inkişaf tarixi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Böyük Vətən müharibəsi illərində (1941-1945) havadan müdafiə hərbi hissələrində qulluq etmişdir. 1945-ci ildən Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) böyük elmi işçi, "Regional geologiya" şöbəsinin rəhbəri vəzifələrində işləmiş və eyni zamanda Azərbaycan Sənaye İnstitutunda müəllimlik etmişdir. 1947-ci ildə "Cənub-Şərqi Qafqazın geotektonik inkişafı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1954-cü ildən Moskva Dövlət Universitetində işləyir. 1 iyul 1966-cı ildən Yer haqqında (geologiya, geofizika) elmlər Bölməsi üzrə müxbir üzvü, 23 dekabr 1987-ci ildən geologiya, geofizika, geokimya və mədən elmləri (qlobal seysmologiya, tektonika) Bölməsi üzrə akademikdir. Viktor Yefimoviç Xain 2004-cü ildə AMEA-nın Fəxri xarici üzvü seçilmişdir.
Xain Bizans
Xain Bizans — Qani Müjdənin ssenarisini yazdığı və rejissorluğunu üstləndiyi 21 yanvar 2000-ci il çıxış tarixli türk parodiya filmi. Filmdə Mehmet Əli Ərbil, Demet Şener, Cem Davran, Hande Ataizi, Sümer Tilmaç, Ayşəgül Aldinç, Yılmaz Köksal, Nursəli İdiz kimi ustad aktyor və aktrisalar yer alır. == Mövzu == Film kenquru hücumları və quraqlıq üzündən vətənləri Avstraliyadan Fransaya köç edən Nacaroğullarının qabaqlarına çıxan itin bələdçili ilə Anadoluya gəlmələriylə başlayır. Bu dönəmdə Anadolu Şərqi Roma imperatorluğu hakimiyyəti altındadır. İmperator İlletyus bir yuxu görür və bunu kahinə yozdurur. Kahin imperatora illər sonra bu gün doğulan bir nacar oğlan uşağının əliylə öləcəyini xəbər verir. Buna görə də İlletyus nacarların yeni doğulan bütün oğlan uşaqlarının öldürülməsini əmr edir. Bizans əskərlərinin hücumu əsnasında əşirətin rəisi Süper qazi uşaqların və qadınların gizlənməsini əmr edir. Arvadı həmin gün doğulan üçəm oğullarını çaya buraxır. İllər sonra uşaqlar böyüyür.
Bora Van
Bora Van (9 aprel 1987) — Türkiyəni təmsil edən stolüstü tennisçi. == Karyerası == Bora Van Türkiyəni 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Cekson Van
Jackson Wang (çincə:王 嘉爾); kor. 왕 잭슨; 28 mart 1994, Honkonq) Honq Konqdan olan repçi, müğənni, modelyer və rəqqasdır. Team Wang səsyazma etiketinin qurucusudur və Team Wang Design moda markasının yaradıcı direktoru və baş dizayneridir. Çində solo sənətçi və televiziya aparıcısı kimi fəaldır. Cənubi Koreyalı Got7 oğlan qrupunun üzvü və eyni zamanda Çinli Panthepack hip hop qrupunun üzvüdür. Honq Konqda doğulub böyüyən Van, Honq Konq qılıncoynatma komandasının üzvü idi. 2010 Yay Gənclər Olimpiadasında on birinci oldu və 2011-ci ildə Qılıncoynatma üzrə gənclər və yeniyetmələr arasında Asiya Çempionatında birinci yeri qazandı. Musiqi dinləməsindən keçdikdən sonra 2011-ci ilin iyul ayında K-popda karyera qurmaq üçün Cənubi Koreyanın Seul şəhərinə köçdü.2014-cü ilin yanvar ayında, iki ildən çox məşq etdikdən sonra, Cekson "Girls Girls Girls" adlı single ilə Got7 üzvü olaraq debüt etdi. == Şəxsi həyatı == Çində, Koreyada və dünyanın qalan hissəsində əyləncə sənayesində çalışdığı üçün, Cekson bir çox dilləri bilir; Mandarin, Kanton, Koreya və İngilis dillərini mükəmməl bilir və başa düşür. 2019-cu ilin avqust ayında Van, Çin bayrağının bir fotoşəkilini yüklədi və 2019–20-ci illərdə Honq Konq etirazları zamanaı Çin bayrağı çıxarılaraq Victoria Limanına atıldıqdan sonra rəsmi Weibo hesabında özünü "Çin bayrağının 1,4 milyard qəyyumundan biri" elan etdi.
Cenvey Van
Cenvey Van (20 oktyabr 1995) — Çin aktyorudur. Karateçi uşaq (film, 2010) filmindəki Çenq rolu ilə tanınıb. == Bioqrafiya == Cenveyin ailəsi əslində Handandandır, lakin yaxşı təhsil onları Pekinə gəlməyə vadar edir. Onun 4 yaşı olanda "Pekin Şiçahai Həvəskar İdman Məktəbi"nə gedir. O məktəbə gedəndə zəif və xəstə idi. O, burada Kunq Funu öyrənməyə başlayır. Burada çox çətinliyə dözür, heç bir çətinlikdən şikayətlənmirdi. Onun yaşı az olmağına baxmayaraq, milli yarışlarda çox mükafat aldı. Üç il sonra onun atası onu Haidan Gimnaziyasına göndərdi və o, milli uşunu öyrənməyə başladı. İki il sonra onun 10 yaşı olanda, milli uşu komandası yeni üzvlər axtaranda o, 57 rəqibi üstələyir və B-Mannskaft milli uşu komandasına müvəffəqiyyətlə daxil olur.
Kim Van
Kim Van (27 mart 1961) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kim Van Cənubi Koreyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 25-ci, cüt turnirdə isə 4-cü pillənin sahibi olub.
Timoti Van
Timoti Van (17 avqust 1991) — Birləşmiş Ştatları təmsil edən stolüstü tennisçi. == Karyerası == Timoti Van Birləşmiş Ştatları 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
VAN əməliyyatı
Van əməliyyatı — ASALA terror təşkilatının 24 sentyabr 1981-ci ildə Parisdə Türkiyə konsulluğuna qarşı keçirdiyi terror aktı. 4 nəfərdən ibarət əslən Livan ermənisi olan terrorçu qrup konsulluğun binasına daxil olaraq konsul Kaya İnalı və təhlükəsizlik xidmətinin əməkdaşı Cəmal Özəni ağır yaralamışdır. Terrorçular konsulluqdakı 56 nəfəri girov götürərək 15 saat ərzində konsulluq binasını girovlarla birgə öz nəzarətlərində saxlamışlar. Terrorçular – dəstənin başçısı Vazgen Sislyan, onun əlaltıları Gevork Güzelyan, Akop Culfayan, Aram Basmacyan binanı tam ələ keçirdikdən sonra öz tələblərini irəli sürürlər. tələbləri isə Türkiyədə həbsdə olan bir neçə erməni və kürd terrorçusunun azad edilməsi idi. Lakin Türkiyə hökuməti bu tələbə rədd cavabı verir, bundan sonra terrorçular təslim olur və Fransa hökumətindən siyasi sığınacaq tələb edir. == Məhkəmə prosesi == Parisdə terrorçuların məhkəmə prosesində Fransadakı erməni diasporasının qabaqcıl nümayəndələri iştirak edir. Məhkəmə zamanı terrorçuların vəkili sonradan Fransa senatının üzvü və Fransanın sənaye naziri olmuş Lekler idi. Məhkəməyə hər tərəfdən təzyiqlər var idi Fransadakı erməni təşkilatları və buradakı ermənipərəst güvvələr də bunda iştrak edirdilər. Parisdə terrorçulara dəstək olaraq nümayişlər və yürüşlər keçirilirdi.
Vai (Krit)
Vai çimərliyi (yun. Βάι; yun. Φοινικόδασος του Βάι) — Kritin şərqində rerləşən milli park == Ümumi məlumat == Vai Sitiya şəhərindən 28 km və İtan kəndindən isə 2 km aralııda yerləşir. Burada Teofrast palması endemik bitkidir. Burada yerləşən meşə Avropada ən böyük təbii palma meşəsidir. Meşə 200 ha ərazini əhatə edir. Belə düşünülür ki, bu palma meşəliyini ilk dəfə finikyalılar və ya dəniz quldurları olan ərəblər salmışlar. == Görməli yerləri == Palmalı Vai çimərliyi qumdan ibarətdir. Dənizin dibi isə daşlıqdır. XV əsrə aid yunan kilsəsi parkın kənarında yerləşir.
Van (dəqiqləşdirmə)
Van — Türkiyədə şəhər. Van (rayon) — Van (titul) — Qədim Çində titul.
Van (rayon)
Van (fr. Vannes) — Fransanın Bretan regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Morbian. Suprefektura — Vann. Rayonun əhalisi 2006-cı ildə 276 862 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 94 nəf / km² . Rayon ərazisi — 2935 km².
Van (titul)
Van — e.ə. XVI əsrdən Qədim Çin hökmdarlarının adı. Xan sülaləsi dövründən "van" anlayışı yüksəkmənsəbli əyanların titulunu bildirir və hökmdar ailəsi üzvlərinə, xüsusi xidməti olan məmurlara verilirdi. Koreyanın qədim və orta əsrlər dövlətlərində də hökmdarlar "van" tituluna malik idilər.
Van Damm
Jan-Klod Van Damm (ing. Jean-Claude van Damme; 18 oktyabr 1960, Berkem-Sent-Aqat[d]) — Belçika (flamand) mənşəli ABŞ aktyoru, ssenaristi, prodüseri, montajçısı, bodibilderi, döyüş sənəti ustası və yazıçısı. Döyüş sənəti aksiyon filmləri ilə məşhurdur. == Gənclik illəri == Jan Klod Van Damm 18 oktyabr 1960-cı ildə Belçikanən paytaxtı Brüsseldə holland (flamand) əsilli ailədə anadan olmuşdur. Onun atası mühasib olmaqla bərabər, həm də gül dükanının sahibi idi. 10 yaşından başlayaraq karateyə gedir. Stilləri Shōtōkan Karate və Kikboksinqdən ibarət idi. 18 yaşında Avropa çempionu olaraq qara kəmər qazanır. 16 yaşından başlayaraq əlavə olaraq, beş il baletə məşğul olmağa başladı. Van Damm 1978-1979-cu illərdə Peşəkar Avropa Karate Federasiyasının orta çəki üzrə çempionu olmuşdur.
VIN
Nəqliyyat vasitəsinin identifikasiya nömrəsi - (ing. Vehicle identification number, qısaca VIN) — nəqliyyat vasitəsinin 17 simvoldan ibarət olan unikal kodudur. Kodda istehsalçı və nəqliyyat vasitəsinin xarakteristikaları haqqında informasiya və buraxılış ili göstərilmişdir. Kod strukturu ISO 3779-1983 və ISO 3780 standartlarına əsaslandırılmışdır. İdentifikasiya olunmuş nömrələr kuzovda və ya şassidə xüsusi olaraq nömrəli lövhəciklərdə göstərilmişdir. == VIN (İdentifikasiya nömrələri) strukturu == VIN-də latın əlifbasının simvollarından və ərəb rəqəmlərindən istifadə etməyə icazə verilmişdir : 0 1 2 3 4 5 6 7 8 9 A B C D E F G H J K L M N P R S T U V W X Y Z I, O, Q hərflərindən istifadə qadağandır, çünki onlar 1, 0 rəqəmlərinin şəkli formasına oxşardır. VIN 3 hissədən ibarətdir: WMI (World Manufacturers Identification) — ümumdünya istehsalçı indeksi VDS (Vehicle Description Section)— təsviri hissə VIS (Vehicle Identification Section) — fərqləndirici hissə == Xarici keçidlər == ISO 3779:2009 FMVSS 115, Part 565 VIN entry in the National Transportation Library FAQ Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine == VİN-in skan edilməsi == Hal-hazırda skan edilmə və VIN tanınması imkanı mövcuddur. Bu proses xüsusi skanerlərin köməyi ilə, həm də iOS və Android platformalarına yüklənən xüsusi proqramların köməyi ilə, fotokameradan istifadə edərək mümkündür. Skan edilmə nəticəsində alınmış kod avtomobil haqqında ətraflı informasiyanın axtarışı üçün internet resurslarından istifadə edir.
Vanın mühasirəsi
Van Mühasirəsi — Səfəvilər Dövlətinin əlində olan Vanın 1548-ci ildə Osmanlı İmperatorluğu tərəfindən mühasirəyə alınması. 1548-ci ilin 25 avqustunda başa çatan mühasirənin ardından şəhər, Osmanlı İmperatorluğunun hakimiyyəti altına girir. == Arxa plan və mühasirə == Səfəvi Şahı I Təhmasibə qarşı üsyan başladan qardaşı Əlqas Mirzə, 1547-ci ildə İstanbula gələrək Osmanlı Padşahı I Sülüymandan kömək istədi. Həyat yoldaşı Xürrəm Sultan ilə birlikdə 1544, 1545 və 1546-cı illəri Ədirnədə keçirən Süleyman, İstanbula geri qayıtdıqdan sonra Əlqas Mirzəni şərqə göndərdi və 1548-ci il 29 mart tarixində Səfəvilər üzərinə yürüşə çıxdı. Yürüşdə Süleymana, Fransa Krallığının İstanbuldakı səfiri Qabriel de Luetz de, Jak Gassut və Jan Çesneau adlı iki nəfər köməkçisi ilə birlikdə müşayiət edirdi. Süleymanın idarəsindəki qoşun, əvvəlcə Səfəvilər Dövlətinin əlində olan Təbrizi ələ keçirdi. Ancaq Səfəvilərin geri çəkilərkən həyata keçirdikləri yandırılmlş torpaq siyasəti ilə əlaqədar olaraq Süleyman, qüvvələrini geri çəkmək məcburiyyətində qaldı. Qısa bir müddət sonra, yenidən Səfəvilərin əlində olan Van mühasirəyə alındı. Daha sonra mühasirəni Ərzurum bəylərbəyi Üləma Paşa təhvil alarkən, 1548-ci ilin 25 avqustunda şəhər Osmanlı İmperatorluğunun tərkibinə qatıldı. Digər tərəfdən isə Şirvanşahlar Dövlətinin də Osmanlı İmperatorluğuna birləşdirilməsi ilə əlaqədar olan yürüş, 1549-cu ilin 21 dekabrında başa çatdı.