Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağaverdi Xəlil
Ağaverdi Sərxan oğlu Xəlil — filologiya üzrə fəlsəfə doktoru, dosent 1962-ci il avqust ayının 30-da Kürdəmir rayonunun Həmzəli kəndində anadan olmuşdur. 1979-cu ildə Bakıda orta məktəbi fərqlənmə ilə qurtarmış, 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. "Mahmud Kaşqarlının "Türk dillərinin divanı kitabı"nda paremioloji vahidlərin struktur-semantik təhlili" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, "Oğuz eposunda ritual və janrın struktur tipologiyası" mövzusunda doktorluq dissertasiyası yazmışdır. 2001–2002-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda "İntellekt-nəzəri eksperimental laboratoriyası"nın, 2003–2006-cı illərdə AMEA Folklor İnstitutunda "Folklor laboratoriyası"nın, 2007–2011-ci illərdə "Folklor nəzəriyyəsi" şöbəsinin müdiri olmuşdur. 2012-ci ildən "Mərasim folkloru" şöbəsinə rəhbərlik edir. "Mahmud Kaşqarlının "Türk dillərinin divanı kitabı"nda ədəbi mətnlər" (2001), "Əski türk savlarının semiotikası" (2006), "Folklor terminləri" (2010), "Türk xalqlarının yaz bayramları və Novruz" (2012) kitablarının, bir sıra tərcümə, toplama və tərtib işlərinin, dərs proqramlarının, 100-dən çox elmi məqalənin müəllifidir. Əksəriyyəti xarici ölkələrdə olmaqla, 60-dan çox Beynəlxalq elmi konfrnsda türk xalqlarının dili, folkloru və ədəbiyyatının müxtəlif problemlərinə həsr olunmuş məruzələr etmişdir. Əsərləri Azərbaycan və bir sıra türk dilləri ilə yanaşı, rus və ingilis dillərində nəşr olunmuşdur. "İnternet-İntellekt" toplusunu (2001) və "Struktur-semiotik araşdırmalar" (2002) dərgisini nəşrə hazırlamışdır. Türkiyədə çıxan "Motif Akademi" folklor jurnalının Azərbaycan üzrə təmsilçisi və Azərbaycana həsr olunmuş xüsusi saylarının (2011/1;2) redaktorudur.
Ağ Xəlili
Ağ Xəlili — üzüm növü. İran mənşəlidir. Dağıstanda, Stavropol diyarında, Özbəkistanda və Türkmənistanda müxtəlif adlarla yayılmışdır. Ancaq heç bir yerdə sortun təmiz əkinləri yoxdur. Sort Azərbaycanda naməlum vaxtdan ən çox Gəncəbasarda becərilmişdir. Hazırda onun əkinləri xeyli azalmışdır. Kolları güclüdür. Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta-iri, konusvari və yaxud silindrik-konusvari, əsasən sıx və orta sıxdır. Salxım saplağı uzundur, oduncaqlaşmır.
Ağa Xəlilov
Ağaoğlan Xəlilov
Ağaoğlan Xəlilov (Xəlilov Ağaoğlan Ağanəbi oğlu; d. 1915 – ö. 2005) — Azərbaycan alimi. "Xəlilov açarı" 1956-cı ildə Ağaoğlan Xəlilov tərəfindən yaradılıb və Azərbaycanın neft mədənlərində uğurla sınaqdan keçirilib.
Aşıq Abbasəli Xəlilov
Aşıq Abbasəli (tam adı:Xəlilov Abbasəli Süleyman oğlu) — aşıq, şair. Aşıq Abbasəli 31 dekabr 1913-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Şair Məmmədhüseynin nəticəsidir. 1941–1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmiş, orden və medallarla təltif olunmuşdur. Aşıq Abbasəli müharibədən qayıtdıqdan sonra uzun müddət Gədəbəy rayonunda yaşamışdır. 1953-cü ildə ata-baba yurdu olan Göyçə mahalından həmkəndliləri və qohumları deportasiya olunduqdan sonra 1965-ci ildə Aşıq Abbasəli də Bərdə rayonunun Yeni Daşkənd kəndinə köçmüşdür. Aşıq Abbasəli 93 il yaşamış və 30 sentyabr 2007-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir. Yeni Daşkənd kənd qəbiristanlığında dəfn edilmişdir. Aşıq Abbasəlinin ustadı Göyçə mahalının Yarpızlı kəndindən olan Aşıq İslam olmuşdur. Aşıq Abbasəli qardaşı Aşıq Novruzun ustadı idi.
Aşıq Məhbub Xəlili
Aşıq Məhbub Xəlili (1963, İran) — azərbaycanlı aşıq. Aşıq Məhbub Xəlili 1963-cü ildə Qaradağın Xudafərin məntəqəsinin Oyru kəndində dünyaya gəlib. Öz fitri isteadı və musiqi duyumu ilə bütün saz havalarını öyrənib. Gözəl səsi, çalğısı, rəvan dastan danışığı var, onlarca dastanı sinədən bilir. Məhbub Xəlili həm də ustad aşıqdır, on nəfərdən çox şagirdi var. O, hazırda Tehran şəhərində yaşayır.
Bosniyalı Xəlil Paşa
Bosniyalı Xəlil Paşa (ö. 23 dekabr 1603) — III Murad və III Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. Əslən boşnaq olub, Əndərunda yetişmişdir. Silahdarlığa qədər yüksəldikdən sonra 1591-ci ildə yeniçəri ağası olaraq saraydan ayrıldı. 1592-ci ilin martında Konya sancaqbəyi və 1593-cü ildə Anadolu bəylərbəyi təyin olundu. Bu vəzifədə ikən Sultan Muradın qızlarından Fatma Sultanla nikahlandı. Toy mərasimi Köhnə sarayda keçirildi. Tarixçi Mustafa Əfəndi və Xoca Sadəttin Əfəndinin qeydlərinə görə, 7 gün davam edən möhtəşəm toy mərasimində əhaliyə ovuc-ovuc qızıl paylandı. Qırmızı tül pərdəli kəcavəylə ərinin sarayına aparılan Fatma Sultana mehr olaraq 300 min qızıl pul hədiyyə verilmişdi. Toy mərasimi səbəbilə divan üzvlərinə 7 gün boyunca davam edən mükəmməl ziyafət verildi.
Bostançı Xəlil Paşa
Bostançı Xəlil Paşa (ö. 1 aprel 1633) — IV Murad səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Holt, P. M. (1961) "The beylicate in Ottoman Egypt during the seventeenth century" Bulletin of the School of Oriental and African Studies 24(2): pp.
Buludxan Xəlilov
Buludxan Əziz oğlu Xəlilov (25 iyul 1966, Ellərkənd, Amasiya rayonu – 26 sentyabr 2021, Bakı) — publisist, dilşünas, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1999), professor. B.Xəlilov 2021-ci il sentyabrın 27-də Bakı şəhərində vəfat etmişdir. Buludxan Xəlilov 1966-cı il iyulun 25-də Qərbi Azərbaycanda Amasiya rayonunun Ellərkənd kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1983-1990). Ordu sıralarında Uzaq Şərqdə hərbi xidməti borcunu yerinə yetirmişdir (1985-1987). Əmək fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili kafedrasında laborant kimi başlamışdır. 1992-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1994-cü ilin mart ayından müsabiqə yolu ilə Müasir Azərbaycan dili kafedrasında müəllim, 1996-cı ilin may ayından dosent, 2001-ci ilin iyul ayından professor və­zifəsində çalışıb. Xəlilov 2001-ci ildən 2011-ci ilə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetində yeni yaradılmış Dədə Qorqud elmi-tədqiqat la­bo­ratoriyasına rəhbərlik etmişdir. 2006-cı ildə Filologiya fakültəsinin dekanı seçilmiş, 2011-ci ildə yenidən dekan vəzifəsinə təyin olunmuşdur.
Bürc Xəlifə
Bürc Xəlifə — dünyanın ən hündür tikilisi. 2004-cü ilin 21 sentyabrında tikilməyə başlayan "Burc Xəlifə"nin (digər adı "Bürc Dubay") layihəsi memar Adrian Smit tərəfindən verilib. Smeta dəyəri 4.1 milyard dollar olan binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün isə 22 milyon saat çalışılıb. Binanın tikintisinə 2004-cü ildə, iqtisadi arıtımın çiçəkləndiyi bir vaxtda başlanıb, açılışı isə bu yaxınlarda maliyyə böhranının Dubaya kəskin təsir etdiyi bir vaxtla üst-üstə düşür. Binanın dəqiq hündürlüyünün nə qədər olması məxfidir, amma onun Taybey 101 binasından daha hündür olması dəqiqdir. Binanın tikintisi 1.5 milyard dollara başa gəlib. Bina həmçinin ən hündür mərtəbədə yaşayış, ən hündür xidmət lifti və 124-cü mərtəbədə ən hündür müşahidə zonasına görə fərqlənir. Dünyanın əh hündür məscidi və üzgüçülük hovuzu 158-ci və 76-cı mərtəbələrdə yerləşəcək. Burc Xəlifə şəhərin idarəçisi Şeyx Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən rəsmən açılıb.
Bürhanəddin xəlifə
Bürhanəddin xəlifə (XVII əsr) — Toxmaqlı oymağının məşhur simalarından biri. Urmiya yörəsindəki Dumdum qalasını kürdlərin Mükri əşirəti möhkəmləndirib qızılbaşlara asi olmuşdu. 1610-cu ildə Bürhanəddin xəlifənin atası II İlyas xəlifə qoşunla Dumdum qalası ətrafına gəlib Mükri əşirətini qorxuya salmışdı. Mükrilərin böyükləri (başda Xan Abdal Mükri olmaqla) II İlyas xəlifənin yanına gəlir. Xan Abdalın qardaşı Məhəmməd bəy xəncərlə II İlyas xəlifəni öz çadırında xaincəsinə yaralayır və xəlifə bir neçə gündən sonra dünyasını dəyişir. Çadırına qonaq gələn mükriləri şirin-şərbətlə qarşılayan II İlyas xəlifə qəfil hücuma məruz qalmışdı. "Qonaqlar" düz əqidəli sufi ilə birgə iki qohumunu da öldürmüşlər. Çadırdan bir qədər kənarda olan Bürhanəddin atasının yaralandığını eşidib çadıra qaçaraq "qonaqları" qılıncdan keçirib doğrayır. Şah Abbasın hicri-qəməri ilə 1019-cu ildə (1610-1611)Dizmar və Üzümdil mahallarının xəlifəsi təyin olunub. II İlyas xəlifənin oğlu, II Şəmsəddin xəlifənin atası.
Bəhman Xəlilov
Bəhman Xəlilov - Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, entomologiya üzrə biolo­giya elmləri doktoru, Əməkdar Elm Xadimi və professor olmuşdur. 1930-cu ildə Gəncə şəhərində ana­dan olmuşdur. 2011-ci ildə vəfat etmişdir. Azərbaycan Dövlət Aqrar Universitetinin (o dövrki AKTİ) məzunu olmuşdur. 1973-1983-cü illərdə institutun 11-ci rektoru olmuşdur. AKTİ-nin mə­zunudur. , entomologiya üzrə biolo­giya elmləri doktoru, Əməkdar Elm Xadimi və professor olmuşdur. Rektor işlədiyi müddətdə instituta tələbə qəbulu xeyli artırılmış, yeni kompleksin inşası üçün Azərbaycan KP MK, SSRİ Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan SSR Nazirlər Sovetinin birgə qərarı qəbul olunmuş və qərara əsasən 1991-ci ilədək bir sıra tikinti işləri aparılmış, 1979-cu ildə AKTİ “Şərəf Nişanı” ordeni ilə təltif olunmuşdur.
Bəhmən Xəlilov
Bəhman Xəlilov - Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, entomologiya üzrə biolo­giya elmləri doktoru, Əməkdar Elm Xadimi və professor olmuşdur. 1930-cu ildə Gəncə şəhərində ana­dan olmuşdur. 2011-ci ildə vəfat etmişdir. Azərbaycan Dövlət Aqrar Universitetinin (o dövrki AKTİ) məzunu olmuşdur. 1973-1983-cü illərdə institutun 11-ci rektoru olmuşdur. AKTİ-nin mə­zunudur. , entomologiya üzrə biolo­giya elmləri doktoru, Əməkdar Elm Xadimi və professor olmuşdur. Rektor işlədiyi müddətdə instituta tələbə qəbulu xeyli artırılmış, yeni kompleksin inşası üçün Azərbaycan KP MK, SSRİ Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan SSR Nazirlər Sovetinin birgə qərarı qəbul olunmuş və qərara əsasən 1991-ci ilədək bir sıra tikinti işləri aparılmış, 1979-cu ildə AKTİ “Şərəf Nişanı” ordeni ilə təltif olunmuşdur.
Bərk xəlitə
Bərk xəlitə - tərkibində volfram, titan, tantal karbidləri və kobalt qarışığından ibarət metal-keramik tərkibli alət materialıdır. Tərkibində olan bu karbidlər yüksək kəsicilik xassələrini təmin edirlər. Bu xassələr tezkəsən alət polada nisbətən qat-qat yüksəkdir. Bərk xəlitənin özlülüyü aşağıdır. Kobalt bərk xəlitədə özlülüyə və möhkəmliyə təsir edərək sementləşdirici rolunu oiynayır. Onun miqdarı artdıqca xəlitənin əyilməyə və zərbəyə qarşı möhkəmliyi də artır. Ümumilikdə bərk xəlitələr əyilmədə və kəsilmədə aşağı, sıxılmada isə yüksək möhkəmlik göstərirlər. Bu effektdən istifadə edərək kəsici alətlərin qabaq bucağı mənfi qiymətdə hazırlanır ki, kəsmədə sıxılma deformasiyası yaransın. Bərk xəlitədən hazırlanmış alətlər 800÷900 °C temperaturda öz kəsicilik xassələrini saxlayırlar. Metal-keramik bərk xəlitələr tərkibindəki karbidlərin sayına görə: bir (BK), iki (TK) və ya üç karbidli (TTK) olurlar.
Cabbar Xəlilov
Xəlilov Cabbar Əsədulla oğlu (9 may 1928-29 mart 1994) — Azərbaycan arxeoloqu, Qafqazşünas alim, tarix elmləri doktoru, professor, Azərbaycanda çöl arxeologiyasının əsas təşkilatçılarından biri. C.Ə.Xəlilov 1928-ci il mayın 9-da Quba rayonunda Alpan çayının (Quru çay) sahilində yerləşən Xucbala kəndində anadan olmuşdur. 1941-ci ildə həmin kənddə orta məktəbi bitirmişdir. Onun yeniyetməlik illəri II Dünya müharibəsinin davam etdiyi bir dövrə təsadüf edir. Bu zaman o, ilk əmək fəaliyyətinə başlamışdır. Bu çətin dövrü arxada qoyduqdan sonra 1946-cı ildə Quba Pedaqoji məktəbinə qəbul olunmuş, 1947-ci ildə həmin məktəbdə təhsilini başa vuraraq elə həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. C.Ə. Xəlilov 1952-ci ildə universitetdə arxeologiya ixtisası üzrə təhsilini başa vurmuş, professor Y.A. Paxomovun rəhbərliyi altında "Skif və sarmatlarda atJarm dəfni və onların Azərbaycanda təsadüf edilmiş qəbirlərlə müqayisəsi" mövzusunda diplom işini müdafiə etmişdir. Onun arxeoloji çöl-tədqiqat işlərinə ilk dəfə cəlb olunması 1950-ci ilə təsadüf edir. Həmin ildə o, müəllimi məşhur arxeoloq S.M. Qazıyevin rəhbərliyi altında Mingəçevir arxeoloji abidələri kompleksində küp və katakomba qəbirlərinin qazıntılarında iştirak etmişdir. Hələ tələbə ikən onda təşkilatçılıq bacarığı üzə çıxmış və universitetdə təhsil almaqla yanaşı 1952-ci ildə o, Azərbaycan tarixi muzeyinin Arxeoloji texnologiya laboratoriyasına muzeyin direktoru S.M. Qazıyev tərəfindən müdir təyin edilmişdir.
Cabir Xəlilov
Cabir Xəlilov Zahid oğlu 1958-ci il martın 24-də Gəncə şəhərində anadan olmuşdur. 1975-ci ildə Nəsimi rayonu 42 saylı məktəbi, 1980-ci ildə isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1980- 2001-ci illərdə Bakı Dövlət Universitetində müəllim və baş müəllim vəzifələrində çalışmışdır. 1999-cu ildə hüquq elmləri namizədi adını almışdır. 2001-ci ildən hal-hazıra qədər Bakı Dövlət Universitetinin dosentidir. 1997-2007 illərdə Xəzər Universitetində müəllim, Hüquq departamentinin müdiri və dekanı vəzifələrində işləmişdir. 2007-cil ildən hal-hazira qədər isə Xəzər Universitetinin Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial elmlər fakültəsinin dekanıdır. C.Xəlilovun tədqiqat sahəsi andlı iclasçılar institutunun müqayisəli təhlili və Azərbaycan məhkəmə sistemində tətbiqinə həsr olunmuşdur. C.Xəlilov 1999-cu ildə, Qafqаz regiоnundа yaradılmış və ixtisаslаşdırılmış təhsil qurumu kimi Xəzər Universitetində Hüquq klinikаsının yaradılmasında aparıcı rola malik olmuşdur. O, həmçinin, Amerika Hüquqşünaslar Assosiasiyasının Mərkəzi Avropa və Asiya üzrə Hüquq təşəbbüsünün (ABA CEELI) dəstəyi ilə 2004-cü ildə ilk dəfə Xəzər Universitetində yaradılmış Məhkəmə zalı layihəsinə rəhbərlik etmişdir.
Ceyhun Xəlilov
Ceyhun Azər oğlu Xəlilov (22 sentyabr 2001, Padarqışlaq, Ağsu rayonu – 28 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Ceyhun Xəlilov 22 sentyabr 2001-ci il tarixdə Azərbaycanın Ağsu rayonunun Padarqışlaq kəndində anadan olmuşdur. Ceyhun Xəlilov orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışdır. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Xəlilov növbəti gün Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuşdur. 18 may 2021-ci il tarixində Xəlilovun anadan olduğu Padarqışlaq kəndində onun adına tikilən bulağın açılışı olmuşdur. Açılış mərasimində rayonun rəhbər şəxsləri və kənd sakinləri iştirak etmişdir. Bulağın açılış mərasimdə Ağsu Rayon İcra Hakimiyyəti başçısının I müavini Füzuli Kərimli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin rəisi Aqşin Xancanov və başqaları çıxış etmişdir.
Coşqun Xəlilov
Coşqun Mikayıl oğlu Xəlilov (29 oktyabr 1998, Neftçala rayonu – 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Coşqun Xəlilov 1998-ci il oktyabrın 29-da Neftçala rayonunun Xol Qaraqaşlı kəndində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan Coşqun Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Coşqun Xəlilov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Neftçala rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşqun Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşqun Xəlilov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cübran Xəlil Cübran
Cübran Xəlil Cübran (ərəb. جبران خليل جبران‎ Jubrān Khalīl Jubrān; ing. Kahlil Gibran; 6 yanvar 1883[…], Bişari[d], Osmanlı imperiyası – 10 aprel 1931[…], Nyu-York, ABŞ) — Livan yazıçısı. Cübran Xəlil Cübran "Qələmlər cəmiyyətinin" yaradıcısı və sədri, Amerikada yaranmış ərəb ədəbiyyatının ən görkəmli nümayəndəsi olmuşdur. Onun şöhrəti yalnız Şərq aləmi ilə məhdudlaşmır. Avropada və Amerikada da onu istedadlı yazıçı və mahir rəssam kimi tanıyırlar. Cübran Xəlil Cübran haqqında ən dolğun məlumatı onun yaxın dostu və silahdaşı, "Qələmlər cəmiyyətinin" məsləhətçisi Mixail Nüeymənin "Cübran Xəlil Cübran: Həyatuhu, mautuhu, ədəbuhu va fənnuhu" (Cübran Xəlil Cübran: həyatı, vəfatı, ədəbiyyatı və sənəti) kitabından alırıq. 1934-cü ildə nəşr olunmuş bu əsəri sovet şərqşünası Kraçkovski yeni ərəb ədəbiyyatı tarixinin, ümumiyyətlə, ərəb ədəbiyyatının böyük hadisəsi adlandırmışdır. Bu iki ədib 1916-cı ildə tanış olmuş və 1931-ci ildə Cübranın vəfatına qədər onların arasında səmimi bir münasibət olmuş, qürbət həyatı bu iki yazıçını yaxınlaşdırmışdır. Məhz bu yaxınlıq, Cübranın həyatının incəliklərinə bələd olma Nüeyməyə olduqca hərtərəfli, dəyərli bir əsər yaratmağa imkan vermişdir.
Cəfər Əsəd Əl Xəlilli
Cəlil Xəlilov
Cəlil Xəlilov (geoloq)
Cəlil Xəlilov (geoloq)
Cəlil Mustafa oğlu Xəlilov (1900-1976) — geologiya-mineralogiya elmləri doktoru, professor. Cəlil Xəlilov 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin təbiət fakültəsini bitirdikdən üç il sonra elmə gəlmişdir. Cəlil Mustafa oğlu geologiya elminin istiqamətlərindən biri — mikropaleontologiya ilə məşğul olmuşdur. O, ancaq mikrofaunaları müəyyən etməklə yox, həm də onların ekocoğrafi şəraitini, coğrafi yayılmasını, zaman və məkan daxilində təkamülünü və başqa regionlarda yaşamış qohum növləri ilə müqayisəsini tədqiq etməklə bir çox nəzəri, eləcə də praktiki problemləri həll etmişdir. Məcid Ə. Bağmanov, Elm fədaisi, böyük alim prof. Cəlil Mustafa oğlu Xəlilov haqqında xatirələrim. Azərbaycan paleontologiya cəmiyyətinin 4 saylı toplusu. Bakı, 2001. B. Budaqov, GÖRKƏMLİ MİKROPALEONTOLOQ, Azərbaycan paleontologiya cəmiyyətinin 4 saylı toplusu. Bakı, 2001.
Cəlil Xəlilov (polkovnik)
Cəlil Xəlilov (9 avqust 1958, Masallı) — siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik. Cəlil Xəlilov 1982-ci ildə Simferopol Ali Hərbi Siyasi Məktəbini bitirmiş, həmin ildən SSRİ DTK-nın Cənub Sərhəd dairəsinin Pamir sərhəd dəstəsində zastava rəisinin müavini vəzifəsində hərbi xidmətə başlamışdır. 1985–1987-ci illərdə Pamir sərhəd dəstəsində siyasi şöbədə təlimatçı vəzifəsində xidmət etmişdir. 1990-cı ildə Tacikistan Dövlət Universitetinin Hüquq fakültəsini (qiyabi) bitirmişdir. 1987–2012-ci illərdə Sərhəd Qoşunları və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmişdir. O, bu gün ölkə rəhbərliyinin veteranlarla bağlı həyata keçirdiyi dövlət siyasətinin uğurla yerinə yetirilməsində, gənclərin azərbaycançılıq məfkurəsinə uyğun, vətənpərvərlik, öz tarixinə hörmət ruhunda tərbiyə olunmasında yaxından iştirak edir. Onun Respublika Veteranlar Təşkilatının dövlət orqanları və ictimai təşkilatlarla sıx əlaqələrinin qurulması, veterenların ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına nail olunmasında böyük əməyi vardır. O, ölkənin təhsil ocaqları, müxtəlif idarə və müəssisələri, xüsusilə cəbhə bölgəsində yerləşən hərbi hissələrdə veterenlarla gənclərin müntəzəm görüşlərini təşkil edir. Xəlilov Cəlil Malik oğlu. 1958-ci ildə Masallı rayonunda anadan olmuşdur.
Dizac Xəlil (Şəbüstər)
Dizac Xəlil (fars. ديزج خليل‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 4,048 nəfər yaşayır (1,203 ailə).
Dünyamin Xəlilov
Dünyamin Zakir oğlu Xəlilov (11 dekabr 1961, Tbilisi) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı. Dünyamın Xəlilov 11 dekabr 1961-ci il tarixində Tiflis şəhərində anadan olmuşdur. O, Azərbaycan Neft və Kimya İnstitutunun elektromexanika fakültəsini və Azərbaycan Universitetinin hüquq fakültəsini bitirmişdir. Dünyamın Xəlilov 1984-cü ildən "Xəzərdənizneftqazsənaye" Ümumittifaq Sənaye Birliyində mühəndis, mühəndis-sazlayıcı, "Şelfqazavtomatika" İdarəsində mühəndis-sazlayıcı, mühəndis-dispetçer, 1991-ci ildən "İntexsentr" mərkəzində şöbə rəisi, Azərbaycan Kinematoqrafçılar İttifaqının "Damla" təşkilatında sərəncamçı menecer, direktor müavini işləmişdir. Dünyamın Xəilov 1992-ci ildən Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyinin "Vneşekspertservis" şirkətində şöbə rəisi, direktor müavini, 1994-cü ildən "Avant" Məhdud Məsuliyyətli Cəmiyyətinin meneceri, 1997-ci ildən "Nurimpeks" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru, 1998-ci ildən "Vneşekspertservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş meneceri vəzifələrində çalışmışdır. 2004–2005-ci illərdə "General Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru olmuşdur. Rus, gürcü və ingilis dillərini bilir. Evlidir, 1 övladı var Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı seçilmişdir. O, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Gürcüstan, Azərbaycan-Latviya, Azərbaycan-Mərakeş, Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
Mirzə Əli Ləli
Mirzə Əli Ləli və ya Mirzə Əlixan İrəvani (1845, Təbriz və ya İrəvan, Gürcüstan-İmeretiya quberniyası – 1907, Tiflis və ya Təbriz) — azərbaycanlı şair, həkim. Mirzə Əli Ləli 1845-ci ildə Təbrizdə dünyaya gəlib. Ata-anası əslən irəvanlı olub. Təbriz mədrəsələrində təlim-tərbiyə alıb. Ərəb və fars dillərini öyrənib. Təbrizdə əttarlıq dükanı açıb və bir müddət ticarətlə məşğul olub. Sonra o dövrün məşhur həkimlərindən təbabət elmini öyrənib. Bu sahədə biliklərini təkmilləşdirmək üçün Tehrana gedib. Sonra Təbrizə qayıdaraq həkimlik etməyə başlayıb. Öz bilik və təcrübəsini artırmaq üçün Misirə, İstanbula, hətta Avropanın bəzi şəhərlərinə səfərlər edib.
Mirzə Əli Xan Ləli
Mirzə Əli Ləli və ya Mirzə Əlixan İrəvani (1845, Təbriz və ya İrəvan, Gürcüstan-İmeretiya quberniyası – 1907, Tiflis və ya Təbriz) — azərbaycanlı şair, həkim. Mirzə Əli Ləli 1845-ci ildə Təbrizdə dünyaya gəlib. Ata-anası əslən irəvanlı olub. Təbriz mədrəsələrində təlim-tərbiyə alıb. Ərəb və fars dillərini öyrənib. Təbrizdə əttarlıq dükanı açıb və bir müddət ticarətlə məşğul olub. Sonra o dövrün məşhur həkimlərindən təbabət elmini öyrənib. Bu sahədə biliklərini təkmilləşdirmək üçün Tehrana gedib. Sonra Təbrizə qayıdaraq həkimlik etməyə başlayıb. Öz bilik və təcrübəsini artırmaq üçün Misirə, İstanbula, hətta Avropanın bəzi şəhərlərinə səfərlər edib.
Dəli
Dəlilik və ya çılğınlıq yarı qalıcı, ağır bir zehni pozğunluqdur. Ümumiyyətlə bir zehni xəstəlik tipindən törəyir. Dəlilik termini tibbi bir termin olmaqdan çox hüquqi və mədəni bir termindir. Dəlilik Modernizmlə birlikdə inkişaf edən bir anlayışdır. Əvvəllər ruhi çətinliklər Amerikada intellektual bir rəftar kimi qəbul edilib. Dickensin Lord Artur Günahı adlı kitabında buna bənzər təsvir də vardır. Postmodern mədəniyyət isə yaratdığı bütün dəyişənləri yazıdığı kimi dəliliyə də istisna edir. Bu cür xəstəliklər şəxsiyyət pozğunluğundan meydana gələ bilər.
Xili
Xili – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Xili kəndi «„Xili-Pənceh kənd sovetliyinə“» daxildir. Milli tərkibi: Azərbaycanlılar. Mono etnik kənddir. Dini baxımdan islam dininin şiə məzhəbində etiqad edirlər. 2002-ci ildə əhalisi 511, 2010-cu ildə isə 575 nəfər təşkil etmişdir.
Zəli
Zəlilər və ya Sülüklər (lat. Hirudinea)— Həlqəvi qurdlar (lat. Annelida) tipinə, Kəmərlilər (lat. Clitellata) yarım tipinə aid olan heyvan sinfi. Onlar bu tipin mühüm siniflərindən biri olan Azqıllı qurdların (lat. Oligochaeta) kəskin dəyişilmiş nəsli və ya onun bir şaxəsi hesab olunurlar. Azqıllı qurdlar sinfinin xarakterik əlaməti hesab olunan seyrək "qıl" örtüyü bunların ən primitiv qədim nümayəndələrində az da olsa rast gəlinir. Bədən seqmentlidir və ya ayrı –ayrı həlqələrdən (tipə xas olan əlamət) ibarətdir. Azqıllı qurdlardan fərqli olaraq bunlarda iki cür seqmentləşmə ayır edilir: xarici (və ya yalançı) və daxili (və ya əsl) seqmentləşmə. Azqıllı qurdlardan fərqli olaraq bütün zəlilərdə əsl seqmentlərin sayı sabitdir – ibtidai zəlilərdə (lat.
Vəli
Vəli — kişi adı. Molla Vəli Vidadi — XVIII əsr Azərbaycan şairi. Vəli Xuluflu — ədəbiyyatşünas, publisist Vəli Əliyev (tarixçi) — tarixçi Vəli Məmmədov (filoloq) — filologiya elmləri namizədi, dosent. Vəli Şahmurov Vəli İsrafilov — Azərbaycanı təmsil edən üzgüçü. Vəli Ələkbərov — İctimai-siyasi xadim, tarixçi, pedaqoq. Vəli Məmmədov — Azərbaycan dövlət xadimi, ədəbiyyatşünas, publisist, SSRİ xalq deputatı.
Xəlil
Xəlil — kişi adı. Xəlil Rza Ulutürk — şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi. Xəlil bəy Xasməmmədov — Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli siyasi və dövlət xadimi. Xəlil Məmmədov — Azərbaycan-sovet hərbi və dövlət xadimi, Sovet İttifaqı Qəhrəmanı (1945). Xəlil Məliki — İranlı sosialist, intellektual və siyasi xadim.
Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir.
Aşıq Vəli
Aşıq Vəli (1854, Yarpızlı, Yeni Bəyazid qəzası – 1929, Yarpızlı, Yeni Bəyazid qəzası) — Göyçəli ustad aşıq. Aşıq Vəli 1854-cü ildə Göyçə mahalının Yarpızlı kəndində anadan olub. Aşıq Vəli Göyçə mahalında və eləcə də Azərbaycanın digər bölgələrində tanınmış aşıq olub. Aşıq Alının və qızılvəngli Aşıq Qulunun şəyirdi olub. Aşıq şeirinin bir çox şəkillərində şeirlər yazsa da, əldə hələlik heç bir şeiri yoxdur. Aşıq Vəli 1929-cu ildə Göyçə mahalının Yarpızlı kəndində vəfat edib. Aşıq Vəli Aşıq Orucun atası, professor İsmayıl Məmmədovun babasıdır. İlyas Əfəndiyev, "Geriyə baxma qoca", Bakı, Yazıçı, 1984. Ziyəddin Məhərrəmov, "XX əsr Göyçə aşıq mühiti (1920–1950-ci illər)" Bakı, NPB-1997. səh.
Dəli (dəqiqləşdirmə)
Dəli
Dəli Alı
Dəli Alı (tam adı: Dəli Alı Məhərrəm oğlu, 1857, Annenfeld – 1917) — Azərbaycanın xalq qəhrəmanı. Dəli Alı Məhərrəm oğlu 1857-ci ildə Şəmkirin Keçili kəndində anadan olub. Həyatının gənc çağlarından çobanlıq etməyə başlayıb. Alı və qardaşı Aslan Qovlarasarı kəndində çobanlıq edirdi. Çar məmuru Alının atası Məhərrəm kişini vergi ödəmədiyinə görə qətlə yetirir və bu səbəbdən Alı məmurdan atasının qisasını alır. Ondan sonra Alıgilin Keçilidə yaşamı çətinləşir və onlar Goranboyun Qarasuçu kəndinə köçürlər. Goranboyda yaşadıqları zaman Gəncənin Bağmanlar qəsəbəsindən olan İbrahim adlı bir nəfərin sürülərini otarırdılar. Yay qabağı Göyçənin Canəhmədli yaylağına heyvanları aparardılar. Göyçəyə gedəndə erməni pristavı onların qarşısını kəsir və atışma başlayır. Nəticədə Alı pristavı öldürür.
Dəli Domrul
Duxa Qоca oğlı Dəli Domrul— Kitabi-Dədə Qorqudda obraz. V boyda işlədilmişdir. "Duxa" "Kitabi-Dədə Qorqud"un antroponimiyasına daxil olan, lakin müasir antroponimiyamızda işlənməyən adlardandır. Bu antroponimik vahiddən bəhs edən Ş.Cəmşidov və E.Əlibəyzadə onun formalaşmasında zahiri səslənmə-alliterasiya, yaxud poetiklik yaratma keyfiyyətlərini əsas götürmüşlər. Deli Dumrul əhvalatı Türk xalq inancında "Aylanu" motivinin ən gözəl və ən mükəmməl olaraq törədildiyi yerdir. "Domrul" antroponimi Mirəli Seyidov, Tofiq Hacıyev, Arif Acalov, Osman Mirzəyev və başqa müəlliflərin diqqətini cəlb etmişdir. Onun leksik-semantik xüsusiyyətləri, antroponimik vahid kimi formalaşmasında "nəsil verən", "həyat başlanğıcı" kimi keyfiyyətin əsas olması həmin müəlliflər tərəfindən təsdiqlənmişdir. "Duxa Qoca" antropоnimik vahidi isə araşdırmalardan kənarda qalmışdır. Mövcud tədqiqatlarda "Duxa" antroponiminin yalnız yunanlardakı "Duka" şəxs adından olduğu göstərilir. Göründüyü kimi, "Duxa" antroponiminin leksiksemantik xüsusiyyətləri, onun yaranması üçun əsas olan apelyativin tarixi-linqvistik baxımdan araşdırılması, həmçinin həmin vahidin adyaratma üçün seçilmə, yaxud motivləşmə səbəbi müəyyənləşdirilməmişdir.
Dəli Kür
Dəli Kür — Azərbaycan yazıçısı İsmayıl Şıxlının geniş oxucu kütləsinin rəğbətini qazanmış və XIX əsrin sonlarında baş verən mürəkkəb tarixi proseslərin Azərbaycan xalqının həyatında əmələ gətirdiyi əsaslı dəyişiklikləri realistcəsinə göstərən bir əsərdir. Əsər tamamlanaraq çap olunduqdan düz 2 il sonra, yəni 1969-cu ildə isə həmin əsərin motivləri əsasında Dəli Kür adlı film çəkilmişdir. Əsərdə Azərbaycan xalqının milli oyanış dövrünün ziddiyyətli hadisələri təsvir edilir və bu əsər milli-tarixi roman janrının nümunələrindən biri sayılır. Bununla belə, həmin əsərdə ailə-məişət məsələləri də geniş təsvir olunmuşdur. Yazıçı 1957-ci ildə ilk romanı olan Ayrılan yollar adlı əsərinin nəşr olunmasının ardınca 10 il ərzində yorulmadan bu əsəri yazmağa başlamış və onu 1967-ci ildə müvəffəqiyyət ilə tamamlamağa nail ola bilmişdir. Əsərdəki hadisələr kiçik bir Azərbaycan kəndi olan Göytəpədə cərəyan edir. Roman kəndin ağası və nüfuzlu bir mülkədar olan Cahandar ağanın Allahyar adlı bir şəxsin həyat yoldaşı Mələyi götürüb qaçması ilə başlayır. Daha sonra hadisələr yüksələn xətt ilə inkişaf edir. Cahandar ağanın birinci həyat yoldaşı Zərnigar xanım olanlara narazılığına bildirərək Mələyi evdən qovmağa cəhd edir. Cahandar ağanın böyük oğlu Şamxal anasını haqlı sayaraq atası ilə toqquşur və evi tərk edir.
Dəli Pyotr
I Pyotr və ya Pyotr Alekseyeviç Romanov (Rusca: Пётр I Великий, Пётр Алексеевич Романов; 30 may (9 iyun) 1672, Moskva – 28 yanvar (8 fevral) 1725, Sankt-Peterburq) — ilk Rusiya imperatoru. 7 may 1682-ci ildə qardaşı V İvanla birlikdə taxta çıxmış, 1696-cı ildə qardaşının vəfatı ilə Çar Rusiyasının yeganə hakimi olmuşdur. Döyüş meydanında qazandığı ard-arda qələbələrlə, Rus çarlığını Avropanın güclü dövlətləri sırasına daxil etmiş, Azov və Baltik dənizi sahillərindəki liman şəhərlərini ələ keçirərək rus donanmasının da əsasını qoymuşdur. Həmçinin ölkədə mədəni, elmi və sosial islahatlar apararaq müasirləşmə hərəkatına da rəhbərlik etmişdir. Pyotrun islahatları ölkədə uzun müddət tətbiq edildi və hökumət strukturunun bir çox qurumları məhz bu dönəmdə yaradıldı. Pyotr eyni zamanda 1917-ci ilədək Rusiyanın paytaxtı olan Sankt-Peterburq şəhərinin də təməlini qoymuşdur. Pyotr 9 iyun 1672-ci ildə Moskvada dünyaya gəlmişdir. Atası Rus çarı I Aleksey, anası isə onun ikinci xanımı olan Naruşkin ailəsinə mənsub Nataliya Narışkinadır. Saray qeydlərinə görə, yeni doğulan körpə olduqca sağlam idi və anasının qara çəkik gözlərini almışdı. Saray xadimlərindən Nikita Zotov və Patrik Qordon kimi xadimlər körpə Pyotrun təlim-tərbiyəsiylə məşğul oldular.
Dəli Qurd
Dəli qurd - türk şairi, tarixçisi, yazıçısı və türk millətçiliyinin ideoloqlarından olan Hüseyn Nihal Atsızın 1958-ci ildə yazdığı romandır. Roman, Osmanlı imperiyasında olan hadisədən bəhs edir. Osmanlıda çoxhakimiyyətlilik dövründə taxta namizədlərdən biri olan İsa bəy, gücünü itirməyə başlayınca xanımı Bala Xatunu adamlarından biri olan Çakıra əmanət edir və onu qaçırmasını istəyir. Çünki Osmanlı adətlərinə görə taxt uğrunda mübarizələrdə sadəcə həmin şəxsin özü yox, onun soyundan gələn hər kəs öldürülürdü və Bala Xatun da hamilə idi. Çakır uğurla Bala Xatunu qaçırır və süd anasının yanına yerləşdirir. İllər keçir, Çakır sipahi olur və süd anasının yanına gəlir. Süd anasının yanına getdiyi vaxt Bala Xatunun İsa bəyin ölümündən qısa müddət sonra öldüyünü öyrənir. Bu zaman İsa bəyin oğlu Murad böyümüşdür. At minməyi, hərəkətlərinə görə ona "Dəli qurd" ləqəbi verilmişdir. Murad, 16 yaşındakı Osmanlı ordusuna girmiş və qısa müddət sonra isə sipahi olmuşdur.
Dəli Quşçu
Dəli Quşçu — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Seyfi Mehrəliyev — Sosialist Əməyi Qəhrəmanı.
Dəli Yuanna
Kastiliyalı I Yuanna (ing. Juana I de Castilla) və ya Dəli Yuanna (isp. Juana I la Loca; 6 noyabr 1479[…], Toledo – 12 aprel 1555[…], Tordesilyas[d], Kastiliya və Leon) – Kastiliya və Araqon kraliçası. Yuanna 6 noyabr 1479-cu ildə Kastilya krallığının paytaxtı Toledo şəhərində dünyaya gəldi. Kastilya kraliçası I İzabella və Araqon kralı II Ferdinandın üçüncü övladı və ikinci qızı idi. Ağ bənizi, mavi gözləri və anası ilə bacısı Ketrində olduğu kimi narıncı saçları vardı. Ailənin Yuannadan başqa 4 övladı daha vardı: İzabella, Con, Mariya və Ketrin. Yuanna ağıllı və çalışqan bir şagird idi. Yeni qurulan Kastilya-Araqon ittifaqının gücünün qorunması üçün gələcəkdə siyasi evlilik qurması planlaşdırılırdı və bu məqsədlə mükəmməl təhsil aldı. Kralın qızı olduğu üçün nə Kastilya, nə də Araqon taxtına namizəd göstərilmirdi.
Dağ kəli
Zubr və ya Avropa bizonu (lat. Bison bonasus) — boşbuynuzlular fəsiləsindən məməli növü. XX əsrin əvvəllərində Avropa bizonunun adı Azərbaycan dilində dağ kəli kimi gedirdi. Müasir Azərbaycan dilində bu canlı üçün işlədilən "zubr" sözü polyak mənşəli sözdür. Erkəklərin bədəninin uzunluğu 3,5 m-dək, süysününün hündürlüyü 1,6–1,9 m, kütləsi 700–900 kq (bəzən 1,2 t) olur. Dişiləri kiçikdir (kütləsi 400–600 kq). Rəngi müxtəlif çalarlı qonurdur. Peysərində və boynunun aşağı hissəsindəki uzun tüklər çətir, saqqal və döşünün aşağısında saçaq əmələ gətirir. Quyruğu qısadır; ucunda uzun və yumşaq fırça var. Dişilər cinsi yetkinliyə 3–4 illiyində, erkəklər isə bir qədər tez çatır.
Dəli bəng
Dəlibəng (lat. Datura) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. Dəlibəng - Qaragilə fəsiləsinə aid olan birillik bitkidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, yumurtavari formadadır. Meyvəsi tikanlı qutu formasında olub şara oxşayır, toxumu qara-qonur qəhvəyi rəngdə olub böyrəyə bənzəyir. Dəlbəng başlı-başına buraxılmış, çürümüş torpaq və peyinlə zəngin olan torpaqda, bağça və bostanda bitir. Tərkibində atropin, hiostiamin skopalamin alkaloidləri vardır. Bitkinin bütün hissələri, xüsusilə meyvələri daha kəskin zəhərlidir. Körpə heyvanlar üçün təhlükəlidir.
Dəli yığıncağı
Əsər təxminən 1926 və ya 1927-ci ildə yazılmışdır. AMEA-nın Əlyazmaları İnstitutunun arxivində 6 müxtəlif əlyazma nüsxəsi mühafizə olunur. İlk dəfə H.Səmədzadə 1938-ci ildə əsəri Bakıda kitab halında nəşr etdirmişdir. Əsər rejissor Mehdi Məmmədov tərəfindən 1928-ci ildə Bakıda tamaşaya qoyulmuşdur. Cəlil, Məmmədquluzadə. Əsərləri (PDF). Öndər. 2004. səh. 664.
Hacı Xəlil
Hacı Xəlil (Abaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında kənd. Hacıxəlil (Miyanə) — Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Hacıxəlil (Adıyaman) — Türkiyədə kənd. Hacıxəlil (Qars) — Türkiyədə kənd.
Kəli (Əbhər)
Kəli (fars. كلي‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 167 nəfər yaşayır (29 ailə).
Miskinli Vəli
Bayramov Vəli Alı oğlu (Miskinli Vəli) (1894, Miskinli, Yelizavetpol qəzası – 21 dekabr 1995, Gədəbəy rayonu) — Azərbaycan aşığı. Miskinli Vəli 1894-cü ildə Gədəbəy rayonunun Böyük Qarabulaq (indiki Miskinli) adlanan kənində yoxsul bir ailədə doğulmuşdur. Atası Vəlinin 2 yaşı olanda vəfat edib. O, doqquz yaşında ikən muzdurluğa başlamış, sonralar bir müddət çobanlıq etmişdir. 19–20 yaşlarında aşıqlığa başlamışdır. Onun ustadı olmayıb. Saz çalmağı, məclis aparmağı və ümumiyyətlə, aşıqlıq sənətinin sirlərini müstəqil öyrənib. Aşıq Vəli təhsil almadığından yazıb-oxumağı bacarmasa da, güclü hafizəsinin köməyi ilə Azərbaycan el ədəbiyyatından saysız-hesabsız şeirləri, dastanları və folklor nümunələrini yadda saxlamışdır. Miskinli Vəlinin şerləri janrca müxtəlifdir. Onun qoşma, qoşayarpaq qoşma, gəraylı, təcnis, dodaqdəyməz, gedərgəlməz təcnis, müxəmməs, divani, qıfılbənd və s.
Nemətulla Vəli
Nemətulla Vəli (1330, Hələb – 28 aprel 1429, Mahan, Kirman ostanı) — ərəb şairi, sufi, alim. Nemətulla Vəli ("Vəli", yəni "müqəddəs" — ona verilmiş ləqəbdir. Bu, Allahın adlarından biridir) 1330-cu ildə Hələb (Aleppo) şəhərində anadan olmuşdur. Onun atası Mir Abdullah Vəli ərəb sufi və mürşidi, anası isə Cənubi İranın zadəgan farslarından idi. Nemətilla Vəlinin nəsil şəcərəsi beşinci imam Məhəmməd Baqirdan başlayır. Gənc ikən Nemətulla islam ölkələrinə uzunmüddətli səyahətdə olmuşdur. Hər bir müsəlmana vacib bilinən Məkkə ziyarətinə (Həccə) yollanmışdır. Burada Şeyx Abdulla əl-Yəfi ilə rastlaşaraq yeddi il müddətində ona müridlik etmişdir. Müridlik müddətindən sonra ikinci dəfə (bu dəfə kamil bir insan kimi) yenidən səyahətə çıxmış, Qahirəni, Suriyanı, İraqı, Azərbaycanı və İranı gəzmişdir. O, İranın Kirman şəhərində həmişəlik məskunlaşmışdır.
Deli
Deli — Türkiyəni 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnı. Bu mahnı ilə Türkiyə Avroviziyada 43 ölkə arasında 7-ci oldu. Mahnını rok qrupu olan Mor ve Ötesi ifa edirdi. Mahnının sözləri də bu qrupa məxsus idi.
Peli
Peli — dünyanın ən qədim dövlətçilik ənənəsi olan dövlətlərdən biri olan Cənubi Azərbaycanın, yəni indiki İran İslam Respublikasının cənubunda, e.ə. III minillikdə meydana gəlmiş Elam dövlət qurumunun adı dövrümüzə qədər gəlib çatmış ilk hökmdarlarından biridir. Elam dövlət qurumunun erkən siyasi tarixi Avan sülaləsinin adı ilə bağlıdır.
Xalı
Xalı — ənənəvi xalça məmulatlarının ölçü etibarilə ən böyük növü olub, çox vaxt dəst halında toxunur. Xalılar əsasən, evin döşəməsinə salındığından xalının boyu otağın ölçüsünə müvafiq olaraq, 4,5 arşından 6, bəzən isə 7 arşına çatırdı. Xalı adətən, dəst halında işləndiyindən o, "miyanə xalılar", yaxud "ortalıq xalılar" adlanmaqla, 2 arşın enində toxunurdu. Bu gün dilimizdə xalı kimi işlənən söz vaxtı ilə dilimizdə və bütün türkdilli xalqların dilində xali, qali və yaxud da qalı formasında rast gəlinir. Böyük xovlu xalçalar Ərəb əlifbalı türk ədəbiyyatında "qalı" kimi yazılmış, müəyyən zaman ərzində "xalı" formasını almışdır. "Qalı" sözü qalmaq sözü ilə də səsləşir ki, bu da xovlu xalçalara xas olan uzunömürlülük, davamlılıq mənasını ifadə edir. Bu gün də indiki İran ərazisində böyük xovlu xalçaları "qali" adlandırırlar.
Eli
Eli — ad. Eli Vizel — Nobel Sülh mükafatı laureatı, ədəbiyyatçı. Eli Dükommen — isveçrəli jurnalist, pasifist. Eli Puje — ABŞ aktrisası. Eli Qlader — Norveç rəssamı.
Bayram Yeli
Vədə Yeli – Azərbaycanda bayramdan qabaq əsən yeldir. Bu yelin əsməsi önəmli bir hadisə sanılır. Azərbaycan folklorunda bu yelin əsməsindən yeddi-on gün sonra, ilin təhvili (köhnə ilin təzə ilə dəyişilməsi) sanılır. Ona görə də, onu “bayram yeli”, və ya “vədə yeli” (müjdə verən yel) adlandırırlar. Bayram yelinin, başqa yellər (ağyel, meh) kimi olsun deyə, müəyyən bir xarakteri yoxdur, ancaq onun hadisələnməsi önəmli sayılır. Çünki qasırğa olduqda hər şeyi dəyişər. Xalq inanır ki, bu yel əsəndə “halal üşüməz amma haram üşüyər!” (halal ətli heyvanlar üşüməz amma haram ətli heyvanlar üşüyər!). İnsan da haram ətli olduğu üçün bu yeldə üşüyər. Burada, örnək olaraq, Şəhriyar`ın Heydərbaba`sından bir bənd verilir: Meh Qaraçuxa (roman), Nasir Mənzuri.
Byorn Deli
Byorn Deli (d.19.6.1967, Elverum) –Norveç idmançısı. 1992-1999-cu illər ərzində Byorn Deli 6 dəfə Norveç Dünya Kubokunu qazanmışdır. İkincisini 1994-1998-ci illər ərzində əldə etmişdir. Deli 1991 və 1999-cu illər ərzində Olimpiya və Dünya Çempionatlarının tam 29 medalını qazanmışdır. Bu hadis Delinin həyatında karyerası ərzində ölkəsindən kənarda qazandığı ən böyük nailiyyətidir. 1967-ci ildə Norveçdə Elverum bölgəsində anadan olmuşdur. Deli daha sonralar Nannestad şəhərinə köçmüşdür. Delinin qazandığı müvəffəqiyyətlərdə özünün ovçuluq, balıqçılıq, haykinq, dağadırmanma, futbol və xizəksürmə kimi müxtəlif idman növləri ilə məşğul olmasının böyük tohfələri olduğunu qeyd edir. Uşaqlıqda Deli daha çox futbol ilə maraqlanırdı və peşəkar futbolçu olmaq istəyirdi. Lakin məşqçisiin təkidindən sonra o xizəksürmə üzrə fəaliyyət göstərməyə başladı.
Deli (mahnı)
Deli — Türkiyəni 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnı. Bu mahnı ilə Türkiyə Avroviziyada 43 ölkə arasında 7-ci oldu. Mahnını rok qrupu olan Mor ve Ötesi ifa edirdi. Mahnının sözləri də bu qrupa məxsus idi.