Ceyhun Azər oğlu Xəlilov (22 sentyabr 2001, Padarqışlaq, Ağsu rayonu – 28 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Ceyhun Xəlilov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 sentyabr 2001(2001-09-22) |
Doğum yeri | |
Vəfat tarixi | 28 sentyabr 2020(2020-09-28) (19 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019–2020 |
Rütbəsi | Kiçik çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Suqovuşan |
Təltifləri | 2020 2020 2020 2020 |
Ceyhun Xəlilov 22 sentyabr 2001-ci il tarixdə Azərbaycanın Ağsu rayonunun Padarqışlaq kəndində anadan olmuşdur.[1]
Ceyhun Xəlilov orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışdır. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Xəlilov növbəti gün Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuşdur.[1][2]
18 may 2021-ci il tarixində Xəlilovun anadan olduğu Padarqışlaq kəndində onun adına tikilən bulağın açılışı olmuşdur. Açılış mərasimində rayonun rəhbər şəxsləri və kənd sakinləri iştirak etmişdir. Bulağın açılış mərasimdə Ağsu Rayon İcra Hakimiyyəti başçısının I müavini Füzuli Kərimli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin rəisi Aqşin Xancanov və başqaları çıxış etmişdir.[3]