Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yasəf Rza
Yusuf Reza Gilani (9 iyun 1952[…], Kəraçi, Sind[d]) — pakistanlı siyasi xadim, Pakistanın 18-ci baş naziri (25 mart 2008-ci ildən). 1952-ci il iyun ayının 9-da Kəraçidə anadan olmuşdur. Atası Ələmdar Hüseyn Gilani 50-ci illərdə parlamentin üzvü və əyalət naziri olmuşdur. Y. R. Gilani Pəncab Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1978-ci ildə Pakistan Müsəlman Liqasının üzvü olmuşdur. 1980-ci ildən siyasi fəaliyyətə başlamışdır. General Ziya Ül Həqqin (1977–1988) zamanında federal nazir olmuşdur. 1988-ci ildə Pakistan Xalq Partiyasının sıralarına daxil olmuşdur. 1988–1990-cı illərdə – Səhiyyə naziri olmuşdur. 1993–1996-cı illərdə – Parlamentin spikeri olmuşdur.
Asəf
Asəf — kişi adı. Asəf İsgəndərov — fizika-riyaziyyat elmləri doktoru, professor Asəf ibn Bərxiyə Asəf Zeynallı — Azərbaycan bəstəkarı. Asəf Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Yasif Kərimov
Yasif Nəsirli
Nəsirli Yasif Mirzə oğlu (23 dekabr 1938, Kavdar, Cəbrayıl rayonu) — nasir, tənqidçi, publisist, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Juralistlər Birliyinin üzvü (1964), fılologiya elmləri doktoru (1991), Azəbaycan Milli Yaradıcılıq Akademiyasının akademiki (1996), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), Beynəlxalq mükafat lureatı (1994), "Qızıl qələm" mükafatı laureatı (1999). Yasif Nəsirli 1938-ci il dekabrın 23-də Azərbaycanda Cəbrayıl rayonunun Kavdar kəndində anadan olmuşdur. Həmin rayonun Soltanlı kənd orta məktəbini bitirdikdən sonra Bakı Mədəni-Maarif texnikumunu (1958) və Azərbaycan Dövlət Universitetini (1963) fərqlənmə diplomu ilə bitirmişdir. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda, Ali Ədəbiyyat kurslarında (1968), ÜİLKGİ MK-nin Ali komsomol məktəbində (1964), SSRİ DTK-nin F.Dzerjinski adına Ali məktəbində (1973-1975) təhsilini artırmışdır. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Universitetinin Elmi Cəmiyyətinin sədri və universitet qəzetinin baş redaktorunun müavini, Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı kimi başlamış, sonra burada şöbə müdiri vəzifələrində (1962-1969) işləmişdir. "Ulduz" ədəbi-bədii və ictimai-siyasi jurnalının məsul katibi və ilk baş redaktoru (1967-1968) olmuşdur. Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı (1969-1973), Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində şöbə müdiri, İdarə rəisi və orada Kollegiya üzvü (1975-1987) olmuşdur. Azərbaycan KP MK-da İnzibati orqanlar şöbəsinin müdiri (1987-1991) vəzifəsində çalışmışdır. Azərbaycan KP MK-ya üzv seçilmişdir. Zaqafqaziya Hərbi dairəsi Hərbi Şurasının üzvü (1989-1991) olmuşdur.
Yasən Mehdiyev
Yasən Əhmədov
Yasər Bəkirov
Asəf Ağayev
Asəf Bayat
Asəf Bayat (31 iyul 1954) — əslən İran azərbaycanlısı olan ABŞ alimi. O, hal-hazırda Urbana-Şampeyn İllinoys Universitetinin qlobal və transmilli tədqiqatlar, eləcə də sosiologiya və Yaxın Şərq tədqiqatları üzrə professorudur. Əvvəllər Bayat Niderlandın Leyden Universitetində sosiologiya və Yaxın Şərq tədqiqatları üzrə professoru, Müasir Yaxın Şərqin Cəmiyyəti və Mədəniyyəti Departamentinin rəhbəri olmuşdur. O, Müasir Dünyada İslamın Tədqiqi üzrə Beynəlxalq İnstitutun (ISIM) və Leyden Universitetində "ISIM" İslam və Müasir Dünya Departamentinin akademik direktoru vəzifəsində çalışmışdır (2003–2009). Bayat siyasi sosiologiya, ictimai hərəkatlar, şəhər məkanı və siyasəti, gündəlik siyasət və dindarlıq, müasir İslam və müsəlman Yaxın Şərqi mövzularında geniş çapda əsər nəşr etmişdir. O, İran İslam İnqilabı, 1970-ci illərdən bəri müqayisəli perspektivdə islamçı hərəkatlar, şəhər yoxsullarının qeyri-hərəkatları, müsəlman gənclər və qadınlar, əyləncə siyasəti və Ərəb baharı ilə bağlı geniş araşdırmalar aparmışdır. == Seçilmiş əsərləri == === Kitablar === Revolution without Revolutionaries: Making Sense of the Arab Spring Stanford University Press, 2017 Post-Islamism: The Changing Faces of Political Islam. Oxford University Press, 2013. Being Young and Muslim: New Cultural Politics in the Global South and North. (co-edited with Linda Herrera.) New York: Oxford University Press, 2010.
Asəf Cəfərov
Asəf (Ağasəf) Əli İskəndər oğlu Cəfərov (28 iyul 1927, Bakı – 3 aprel 2000, Bakı) — Azərbaycan SSR xalq rəssamı (1989). == Haqqında == Asəf Əli İskəndər oğlu Cəfərov 1927-ci ildə Bakıda, İçərişəhərdə anadan olmuşdur. 1945–1950-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində ilk rəssamlıq təhsilini almış, 1951–1957-ci illərdə B.İ. Surikov adına Rəssamlıq İnstitutunda ali təhsilini davam etdirmişdir. 1957-ci ildə İnstitut tərəfindən Hindistan va Pakistana yaradıcılıq ezamiyyətinə göndərilmişdir. "Bilərzik seçimi" (1957) həmin dövrün seçilən işlərindəndir. A. Cəfərov tematik tablo, portret, mənzərə və natürmort janrlarında özünə məxsuz kompozisiya, kolorit və işlənilmə üslubu ilə fərqlənən əsərlər qalereyası yaratmışdır. Rəssamın yaradcılığında milli çalarlar, folklora müraciət və ənənəvi məzmunlu mövzular üstünlük təşkil edir. Rəssam bədii estetik təsir yükünə malik süjetli əsərlər yaratmışdır. Buna misal olaraq "Tarlada", "Dəniz kənarında", "Görüş", "Mənim Azərbaycanım", "Musiqiçilər" və başqalarını qeyd etmək olar. Asəf Cəfərov həm də bir çox portretlərin muəllifidir.
Asəf Hacıyev
Asəf Hacıyev (deputat) — Milli Məclisin sabiq üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik, BDU-nun ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri. Asəf Hacıyev (jurnalist) — Xəzər TV və "Xəzər radiosu"nun təsisçisi və prezidenti çalışmışdır. BDU-nun Tarix fakültəsi, "Azərbaycanşünaslıq" ETM-nin "Dünya azərbaycanlıları" bölməsinin elmi işçisi. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Hazırda Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri çalışır.
Asəf Lənbərani
Asəf Lənbərani — şair. == Həyatı == Asəf Lənbərani 1843-cü ildə Şuşa qəzasının Kəbirli sahəsinin Lənbəran kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Şair idi. Asəf təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Onun haqqında ədəbiyyatşünas Salman Mümtaz araşdırma aparmışdı. == Yaradıcılığı == Asəf Lənbəraninin bir neçə qəzəli və bir müxəmməsi Məhəmməd ağa Müctəhidzadənin "Riyazül-aşiq" təzkirəsində verilmişdir.
Asəf Maşıyev
Asəf Mehman
Asəf Mehman oğlu Abdullayev (ləzg. Абдуллайрин Асеф Мегьманан хва; 18 aprel 1930, Əcəxur, Quba rayonu – 23 iyun 2015, Mahaçqala) — ləzgi şairi. == Həyatı == Məşhur bəstəkar, şair, nasir və dramaturq, Dağıstanın əməkdar incəsənət xadimi Asəf Mehman 1930-cu ildə Qusar rayonunun Əcəxür kəndində anadan olmuşdur. 1937-ci ildə kənddə məktəb təşkil edib orada müəllimlik fəaliyyəti ilə məşğul olan atası Mehman Abdullayev "xalq düşməni" kimi həbs olunub Sibirə sürgün edildikdə onun altı övladının tərbiyəsi ilə anası Xaselem və böyük bacısı Çimnaz məşğul olur. Həyat onu nə qədər ağır sınaqlara çəksə də, Asəf uşaqlıqdan oxumağa meyl göstərir. Onun anası övladlarının təhsil almasına yaxından kömək göstərir. Uşaqlıqdan zehinli və bacarıqlı olması ilə seçilən Asəf Quba pedtexnikumuna daxil olur. Buranı başa çatdırmamış onu Xızı rayonuna müəllim işləməyə göndərirlər. Sonra o, hərbi xidmətə çağrılır. Xidməti borcunu yerinə yetirdikdən sonra, Qubadakı texnikum bağlandığına görə o, təhsilini Dərbənd pedaqoji texnikumunda davam etdirir.
Asəf Mütəllimov
Özdəmir Asəf
Ozdemir Asef — türkiyəli musiqiçi və şair. Özdəmir Asəf 11 iyun 1923-cü ildə Ankara şəhərində doğulub, boya-başa çatmış, əsl adı isə Xalid Özdəmir olmuşdur. O ilk və orta təhsilini Qalatasaray liseyində almışdır. 1942-ci ildə Kabataş oğlanlar liseyindən məzun olmuşdur. İstanbul universitetində öncə Hüquq fakültəsində, sonra İqtisad fakültəsində təhsilini davam etdirmişdir. Lakin bir sıra səbəblərin ucbatından təhsilini 1947-ci ildə yarımçıq qoymuşdur. O, "Zaman" qəzetində tərcüməçi işləmişdir. 1951-ci ildə öz məqalələri ilə mətbuat aləminə daxil olmuşdur və beləliklə öz şeir kitablarını çap etdirmişdir. 28 yanvar 1981-ci il də İstanbul şəhərində vəfat etmişdir.
Asəf (film)
Asəf — Asəf Zeynallının həyatından bəhs edən, 2020-ci il istehsalı qısametrajlı bədii film. == Haqqında == Filmdə Asəf Zeynallının həyatını onun həyat yoldaşı Kövkəb Səfərəliyevanın dilindən eşidilir.
Asəf Məmiyev
Asəf Məmmədov
Asəf Nadirov
Asəf Abbasqulu oğlu Nadirov (13 mart 1929, Şərur rayonu, Naxçıvan MSSR – 14 mart 2014, Bakı) — Əməkdar elm xadimi, iqtisad elmləri doktoru (1968), professor (1970), AMEA-nın həqiqi üzvü (1989). == Həyatı == Asəf Nadirov 13 mart 1930-cu ildə Naxçıvan MR Şərur rayonunun Cəlilkənd kəndində anadan olmuşdur. Ali təhsilini 1946-1951-ci illərdə Bakı Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinin İqtisadi coğrafiya ixtisası üzrə almışdır. == Əmək fəaliyyəti == Asəf Nadirov əmək fəaliyyətinə 1951-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyətinin aparatında məsləhətçi kimi başlamışdır. 1956-cı ildən etibarən fəaliyyətini Azərbaycan EA-da davam etdirmişdir. 1956-1958-ci illərdə Akademiyanın Coğrafiya İnstitutunun İqtisadiyyat bölməsində kiçik elmi işçi və baş elmi işçi kimi çalışmışdır. 1958-1992-ci illərdə Azərbaycan Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda şöbə müdiri vəzifəsini icra etmişdir. 1964-1981-ci illərdə Azərbaycan EA İqtisadiyyat İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir. 1980-1989-cu illərdə yenə həmin institutun nəzdindəki ixtisaslaşmış müdafiə şurasının sədr müavini, 1990-1998-ci illərdə isə sədri olmuşdur. Asəf Nadirov 1997-ci ilədək Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin baş elmi katibi və akademik-katibi olmuşdur.
Asəf Nəsibov
Asəf Orucoğlu
Asəf Orucoğlu, Asəf Qaya, Asəf Əliyev (Əliyev Asəf Oruc oğlu; 21 oktyabr 1967, Daşkəsən – 2018, Bakı) — "Millət" qəzetinin redaktoru və baş redaktoru, MSK-nın sabiq üzvü. == Həyatı == Asəf Orucoğlu 1967-ci ildə Daşkəsən şəhərində anadan olub. Atası Göyçə mahalının Kəsəmən kəndindəndir. 1985–1987-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. 2018-ci ilin sentyabr ayının 6-da Bakıda vəfat etmişdir. == Təhsili == 1984-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirib. 1996-cı ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsini fərqlənmə diplomu ilə bitirib. == Əmək fəaliyyəti == Asəf Orucoğlu "Millət" qəzetində jurnalist və baş redaktor, AMİP-də mətbuat katibi, mətbuat və təbliğat məsələləri üzrə katib, "Araşdırma və proqnoz şöbəsi"nin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat katibi işləyib. 2003–2005-ci illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olub. == Ədəbi yaradıcılığı == Asəf Qaya imzası ilə şeirlər yazırdı.
Asəf Salamov
Asəf Tağıyev
Asəf Tağı oğlu Tağıyev (30 aprel 1952, Yengicə, Noraşen rayonu) — baş həkim, Naxçıvan Muxtar Respublikasının V çağırış Ali məclisinin deputatı. == Həyatı == Asəf Tağıyev 1952-ci il 30 aprel ayında Şərur rayonunun Yengicə kəndində anadan olub. 1959-cu ildə Yengicə kənd orta məktəbinin birinci sinfinə daxil olub və 1969-cu ildə məktəbi fərqlənmə diplomu ilə bitirib. Elə həmin il Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktika fakültəsinə daxil olub. == Fəaliyyəti == Asəf Tağıyev 1971-ci ildə Azərbaycan Lenin Kominist Gənclər İttifaqının mərkəzi komitəsində Azərbaycan tələbə inşaat dəstələrinə baş sanitar həkim, 1973-cü ildə Bakı sahə Semaşko adına xəstəxanada anestezialoq, reanimotoloq vəzifələrində çalışmışdır. 1976-cı ildə Şərur rayonuna gələrək Çərçiboğan kənd sahə xəstəxanasında sahə həkimi, 1986-cı ildə Çərçiboğan kənd sahə xəstəxanasına baş həkim təyin edilir. 1987-ci ildə müəsissələrin icarə və özünüidarə etməsi ilə bağlı Moskva şəhərində kursda olmuşdur. 1988-ci ildə qabaqcıl kənd həkimlərinin Moskva müşavirəsinin iştirakçısı olmuşdur. 1990-cı il yanvar ayında Şərur rayonunda gedən hücumlar ərəfəsində, göstərdiyi həkimlik fəaliyyətinə görə Asəf Tağıyev, "Müharibə Veteranı" adına layiq görülür. 1991-ci ilin iyun ayından Şərur rayon mərkəzi xəstəxanasında müalicə işləri üzrə müavin, 1999-cu ildə isə baş həkim təyin olunur.
Asəf Zamanov
Asəf Zamanov (tam adı: Asəf Dağbəyi oğlu Zamanov; 10 may 1957, Şahbuz rayonu) — Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor, deformasiya olunan bərk cisim mexanikası sahəsində tanınmış mütəxəssis. == Həyatı == Asəf Zamanov 10 may 1957-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuşdur. 1979-cu ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsini bitirmişdir. 1978-79-cu tədris ilində Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsində təhsil almış, SSRİ Dövlət mükafatı laureatı, professor A.S.İlinskinin rəhbərliyi ilə diplom işini yerinə yetirmişdir. 1979-cu ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyətə başlamışdır. 1994-cü ilə qədər Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi vəzifələrində işləmişdir. 1994-cü ildən 1997-ci ilə qədər AMEA Rəyasət Heyətinin fizika-riyaziyyat və texnika elmləri bölməsinin elmi katibi vəzifəsində işləmişdir. 1997-ci ildən 2007-ci ilə qədər Təhsil Nazirliyinin Elm İdarəsinin rəisi vəzifəsində işləmişdir. Eyni zamanda, 2000–2001-ci illərdə Təhsil Problemləri İnstitutunun ilk direktoru vəzifəsində çalışmışdır. 2007–2016 cı illərdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun (Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu) rektoru vəzifəsində çalışmışdır.
Kamil Yaşen
Kamil Yaşen (12 (25) dekabr 1909, Əndican, Fərqanə vilayəti – 25 sentyabr 1997, Daşkənd) — Özbəkistan yazıçısı. == Həyatı == Kamil Yaşen 1909-cu ildə doğulmuşdu. Kamil Yaşen Özbəkistan Yazıçılar İttifaqının sədri olmuşdu. Kamil Yaşen 1997-ci ildə vəfat edib.
Mikolas Yosef
Mikolas Yosef (çex. Mikolas Josef; d. 4 oktyabr 1995, Praqa, Çexiya) — Çexiya müğənnisi, bəstəkarı və keçmiş modeli. O, ifa etdiyi "Lie to Me" mahnısı ilə Çexiyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Mikolas Yosef 4 oktyabr 1995-ci ildə Çexiyanın paytaxtı Praqada musiqiçi ailəsində anadan olmuşdur. Onun hər iki valideyni ingilis dili müəllimi olaraq çalışırlar və Mikolas da ingilis dilli məktəbdə təhsil almışdır. Onun Pyotr adlı gitarist qardaşı da var. Mikolas London Musiqi və Dramatik incəsənət akademiyasında təhsil almışdır. 17 yaşında ikən Mikolas model olaraq fəaliyyət göstərmiş və Diesel və Prada kimi geyim brendləri üçün təşkil edilmiş moda şoularında iştirak etmişdir. Lakin daha sonra o, çalışdığı sahədə dürüstlüyün və düzgünlüyün olmadığını bildirərək, modellik fəaliyyətini dayandırmışdır.
Yasen dili
Yasen dili — qumdan təşkil olunan dil Azov dənizinin şərq sahillərində, Yasen körfəzi ilə Beyqus limanı arasında yerləşir. Yasen dilinin uzunluğu 14 km, maksimal eni şimalda 3 km-dir. Dil fəal şəkildən şimala uzanır. Səbəb isə qərb, cənub-qərb istiqamətində əsən külək və cənubdan şimala hərəkət edən dəniz axınları səbəb olur. Axınlar qum və balıqqulağı ilə qarışaraq dilin ərazisini genişləndirir. Kamışevat dili Ясенская коса // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907. Лотышев И. П. География Кубани.
Yosef Karo
Yosef Karo və ya Yosef ben Efraim Karo Yəhudi hüququnun son böyük kodlaşdırılmasının (Şulxan Arux) müəllifi olmuşdur. Yosef Karo 1488-ci ildə İspaniyanın Toledo şəhərində anadan olub. 1492-ci ildə, 4 yaşında, o, ailəsi ilə İspaniyadan qaçmaq məcburiyyətində qaldı və Əlhambra qanunnaməsinə əsasən İspan yəhudilərinin qalan hissəsi Portuqaliya Krallığına yerləşdirildi. 1497-ci ildə yəhudilərin Portuqaliyadan çıxarılmasından sonra, Osmanlı İmperiyası yəhudiləri öz əraziləri daxilində yerləşməyə dəvət etdi. Karo valideynləri ilə Nikopolisə, daha sonra isə Osmanlı hakimiyyəti altında bir şəhərə getdi. Nikopolda ilk təlimatını görkəmli Talmud olan atasından almışdır. Karonun ilk evliliyi tanınmış talmudist olan İshaq Saba'nın qızı ilə olmuşdur. Onun ölümündən sonra isə görkəmli talmudist Hayyim Albalagın qızı ilə evlənmişdir. 1520-ci ildən 1522-ci ilə qədər Karo Ədirnədə məskunlaşdı. Daha sonra o, 1535-ci ildə olan Safed, Osmanlı Qaliley yerləşdi və bir neçə il Saloniki (1533) və İstanbula səyahət etmişdir.
Yosef Plaçi
Yosef Plaçi (1 aprel 1971) — Çexiyanı təmsil edən stolüstü tennisçi. Yosef Plaçi Çexiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub. Daha sonra Yosef Plaçi Çexiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Yosef Kadraba
Yosef Kadraba (çex. Josef Kadraba) — Hücumçu kimi çıxış edən slovakiyalı futbolçu. Sokolun (Rakovnik) klubunun yetirməsidir. Böyüklər səviyyəsində 1953-cü ildə oynadığı Liberecin Slovan klubunda oynamağa başlayır, sonra paytaxtın Tankista klubunda karyerasını davam etdirir. 1955-ci ildən o, Spartak Praqa Sokolovo adlanan Spartada (Praqa) oynayır. O, futbolçu karyerasının növbəti üç mövsümünü Praqa komandasında keçirib. 1958-ci ildən o, 1960-cı ildə yüksək diviziona çıxmağa kömək edən ikinci divizion klubu SONP Kladno-da oynayıb. Ümumilikdə o, karyerasının səkkiz ilini komandada keçirib. 1965-ci ildən iki mövsüm Slaviya klubunun komandasının rənglərini qoruyub. Bu müddət ərzində o, 114 oyun keçirib və 46 qol vurub.
Ozdemir Asef
Ozdemir Asef — türkiyəli musiqiçi və şair. Özdəmir Asəf 11 iyun 1923-cü ildə Ankara şəhərində doğulub, boya-başa çatmış, əsl adı isə Xalid Özdəmir olmuşdur. O ilk və orta təhsilini Qalatasaray liseyində almışdır. 1942-ci ildə Kabataş oğlanlar liseyindən məzun olmuşdur. İstanbul universitetində öncə Hüquq fakültəsində, sonra İqtisad fakültəsində təhsilini davam etdirmişdir. Lakin bir sıra səbəblərin ucbatından təhsilini 1947-ci ildə yarımçıq qoymuşdur. O, "Zaman" qəzetində tərcüməçi işləmişdir. 1951-ci ildə öz məqalələri ilə mətbuat aləminə daxil olmuşdur və beləliklə öz şeir kitablarını çap etdirmişdir. 28 yanvar 1981-ci il də İstanbul şəhərində vəfat etmişdir.
Asif, Vasif, Ağasif
Asif, Vasif, Ağasif tammetrajlı bədii filmi rejissor Rasim İsmayılov tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Filmdə əsas rolları Emil Pənahov, Ramin Aslanov, Hökümə Cəlilova, Məmməd Məmmədov, Şükufə Yusupova və Leyla Bədirbəyli ifa edirlər. == Məzmun == Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Ata (Məmməd Məmmədov) vaxtının çoxunu iş yerində keçirdiyindən övladlarının tərbiyəsini ana (Şükufə Yusifova) öz öhdəsinə götürmüşdür. O, oğlanlarını dəbdə olan "tərbiyə üsulları" ilə böyütmək fikrindədir. Ana xüsusi cədvəl tərtib edir: uşaqlar musiqi və idmanla məşğul olmalı, xarici dil, süfrə arxasında, böyüklərin yanında davranmaq qaydalarını öyrənməlidirlər.
Casey Kasem
Kemal Amin "Casey" Kasem (27 aprel 1932, Detroyt, Miçiqan – 15 iyun 2014) — amerikalı aktyor və aparıcı. == Həyatı == 27 aprel 1932-ci ildə doğulmuşdur. 15 iyun 2014-cü ildə vəfat etmişdir.