Yasən Yelmar oğlu Əhmədov (16 sentyabr 1974, Kosalar, Ağdam rayonu – 23 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Yasən Əhmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 sentyabr 1974(1974-09-16) |
Doğum yeri | |
Vəfat tarixi | 23 oktyabr 2020(2020-10-23) (46 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1992—2020 |
Rütbəsi | Baş gizir |
Döyüşlər |
Birinci Qarabağ müharibəsi İkinci Qarabağ müharibəsi • Talış döyüşləri |
Təltifləri | 2020 2020 2020 2020 |
Yasən Əhmədov 1974-cü il sentyabrın 16-da Ağdam rayonunu Kosalar kəndində anadan olub.[1] 1981-1991-ci illərdə Eyvazxanlı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.
Yasən Əhmədov 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı atası Yelmar Əhmədovun xidmətdə olduğu Ağdam rayonunun "N" saylı hərbi hissəsinin özünümüdafiə batalyonunda xidmətə başladı. 1993-cü ildə Ağdam Həbi Komisarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırıldı və 1994-cü ildə Müdafiə Nazirliyinin əmrinə əsasən "baş çavuş" hərbi rütbəsi alaraq Motoatıcı Bölüyün Komandiri vəzifəsinə təyin olundu. 1993-2002-ci illərdə "N" saylı hərbi hissədə müxtəlif vəzifələrdə xidmət edən Yasən Əhmədov, 2002-ci ildə ehtiyata buraxılıb.
2004-2006-cı illərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı CM-də təsərrüfat işləri üzrə rəis müavini vəzifəsində olan Yasən Əhmədov, 2006-cı ildə yenidən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı və təyinata əsasən Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam elədi. 2017-ci ildən Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.
Azərbaycan Ordusunun baş giziri olan Yasən Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yasən Əhmədov oktyabrın 9-da Talış döyüşləri zamanı ağır yaralanıb və Hərbi Hospitala aparılıb. 14 gün Koma vəziyyətində qaldığdan sonra oktyabrın 23-də şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.