Yasər Əfqan oğlu Bəkirov (19 may 2002; Quşçu, Şamaxı rayonu — 10 noyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Yasər Bəkirov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Quşçu, Şamaxı, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Tərtər, Azərbaycan |
Dəfn yeri | Şamaxı Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 |
Yasər Bəkirov 2002-ci il mayın 19-da Şamaxı rayonunun Quşçu kəndində anadan olub.[1] 2008-2019-cu illərdə F.Əzməmmədov adına Quşçu kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Yasər Bəkirov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Yasər Bəkirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb.
Yasər Bəkirov oktyabrın 1-də Madagizin azad edilməsi zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yasər Bəkirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]