Yasən Alim oğlu Mehdiyev (5 iyul 2001, Tərtər – 21 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Yasən Mehdiyev | |
---|---|
Yasən Alim oğlu Mehdiyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 iyul 2001(2001-07-05) |
Doğum yeri | |
Vəfat tarixi | 21 oktyabr 2020(2020-10-21) (19 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020, 2021, 2020 |
Yasən Mehdiyev 5 iyul 2001-ci ildə Tərtərdə anadan olub.[2][3][4]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Yasən Mehdiyev Füzuli və Hadrutun azad edilməsində savaşıb. 2 oktyabr 2020-ci ildə Füzuli rayon istiqamətində düşmən üzərinə hücuma kecərkən həlak olmuşdur. Tərtərdə dəfn edilmişdir..[5][6][7]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yasən Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[8]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yasən Mehdiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[9]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Yasən Mehdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[10]