AYRIM
AYSIZ
OBASTAN VİKİ
Ayrım
Ayrım — qədim türk xalqı. Ayrım (Loru) — Qazax-Şəmsəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Aşağı Ayrım — Kəlbəcər rayonunun Aşağı Ayrım kənd inzibati ərazi dairəsində kənd. Ayrım (çay) — Kəlbəcər rayonu ərazisində çay. Yuxarı Ayrım — Kəlbəcər rayonunda kənd. Polad Ayrım — Qaraqoyunlu mahalında kənd. Quşçu Ayrım —Qazax rayonunda kənd. Bağanıs Ayrım — Qazax rayonunda kənd.
Ayrım (Loru)
Ayrım — Yelizavetpol (Gəncə) quberniyasının Qazax-Şəmsəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km şimal-qərbdə, Tona (Debet) çayının yanında, İrəvan - Tiflis dəmiryolunun üstündə yerləşir. Toponim ayrım türk etnonimi əsasında düzəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1926-cı ildə 46 nəfər, 1939 - cu ildə 100 nəfər, 1959 - cu ildə 282 nəfər, 1979 - cu ildə 2252 nəfər azərbaycanlı yaşamışdır. == Toponimiyası == Ayrım-Noyemberyan rayonunda kənd adı. 1960-cı ildən kəndin adı qeyri-rəsmi dəyişdirilib Ptxavan qoyulmuşdur.Orta əsrlərdə İrəvan əyalətində yaşamış türkmənşəli Ayrım (Ayrum) tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Ayrımların mənşəyi haqqında dəqiq tarixi məlumat yoxdur. A.Bakıxanova görə Əmir Teymur 1402-ci ildə Ankara vuruşmasından sonra 50 min türk ailəsini İrəvanda, Qarabağda və Gəncədə yerləşdirmişdir.
Ayrım (çay)
Ayrım — Kəlbəcər rayonu ərazisində çay. == Ümumi məlumat == Ayrım çayı Tərtər çayının qoludur. Etnohidronimdir. XIX əsrə qədər çayın sahilində Ayrım binəsi olmuşdur. Çay öz adını həmin binənin adından almışdır. Sonralar binənin yerində Aşağı Ayrım kəndi salınmışdır. Ayrım və ya Ayrum Kiçik Qafqazda yaşamış Azərbaycanlıların qədim etnoqrafik adıdır.
Ayrım mahalı
Ayrım mahalı — Gəncə xanlığının mahallarından biri. == Mahal haqqında qısa bilgi == Sahəsi — Əhalisi — Ayrımlar Yaranması — 1747-ci il Paytaxtı — Sərhədləri — == Mahalın tarixi == 1831-ci ildə dairədə keçirilmiş kameral təsvir sənədləri Yelizavetpolun 6 mahaldan ibarət olmasını qeyd edir. Onlardan biri də bütün dairəyə səpələnmiş, köçəriliklə məşğul olan Ayrumlar mahalıdır. Arxiv materiallarının təhlili əsasında aydınlaşdırıldı ki, Əsasnamələrin təsir dairəsi Şimali Azərbaycanın bütün ərazisini əhatə etməmiş, Yelizavetpol bölgəsinə, Ayrım mahalına və Zaqatala dairəsinə şamil olunmamışdı.
Aşağı Ayrım
Aşağı Ayrım — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Aşağı Ayrım kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Aşağı Ayrım Kəlbəcər rayonunun Oktyabrkənd inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Kənd Ayrım çayının Aşağı hissəsində yerləşdiyi üçün belə adlandırılmışdır. Digər məlumatlara görə Yuxarı Ayrım və Aşağı Ayrım kəndlərinin türk ayrım tayfalarının adı ilə bağlıdır. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Ayrım kəndində 129 evdə 684 şiə kürd yaşayırdı.
Bağanis Ayrım
Bağanıs Ayrım (keçmiş adı "Seyid Ayrım") — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. 1990-cı il martın 23-dən 24-ə keçən gecə ermənilər tərəfindən işğal edilmişdi. == Tarixi == Ermənilərin Azərbaycan ərazisində Qarabağ müharibəsinə başlayarkən törətdiyi ilk faciə Bağanıs Ayrım kəndində törədilib. Kənddə 5 üzvdən ibarət bir ailə xüsusi amansızlıqla qətlə yetirilərək yandırılıb. Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ilin martın 23-dən 24-ə keçən gecə qabaqcadan təşkil edilən plan əsasında hücuma məruz qalmış və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal olunub. Bununla da Ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşüb. İşğal zamanı Bağanıs Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı qətliam törədilib. 10 nəfər dünyasını dəyişib, 15 nəfərdən çox insan yaralanıb. 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilib. Bağanıs Ayrım faciəsi barədə Elçin İsmayıl "Bu, əsl faciə idi" adlı kitab yazaraq 1999-cu ildə "Azərbaycan nəşriyyatı"nda çap etdirmişdir.
Bağanıs Ayrım

Böyük Ayrım
Böyük Ayrım — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd. Rayon mərkəzindən 17 km şimal-şərqdə, İrəvan-Tiflis dəmiryolunun sol tərəfində yerləşir. == Tarixi == Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən böyük sözü ilə oğuzların eymur (eymir, imir) tayfa adının fonetik variantı olan ayrım etnoniminin əsasında əmələ gəlmişdir. M.Vəlili (Baharlı) ayrım tayfasını səlcu'qların bir qolu hesab edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1886-cı ildə 171, 1897-ci ildə 223, 1908-ci ildə 390, 1914 - cü ildə 381 nəfər azərbaycanlı yaşamışdır. 1918-20-cı illərdə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 454, 1926-cı ildə 282, 1931-ci ildə 391, 1939 - cu ildə 530 nəfər, 1959 - cu ildə 550 nəfər, 1970-ci ildə 815 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Kiçik Ayrım
Kiçik ayrım - Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km şimal-şərqdə, Borçalı (Debet) çayının sol sahilində yerləşir. Toponim Azərbaycan toponomiyasında fərqləndirici əlamət bildirən kiçik sözündən və ayrım türk tayfa adından əmələ gəlmişdir. Ə.Babazadə «Ayrım dialekti» əsərində göstərir ki, ayrımlar oğuz tayfalarından biri olan eymurların xələfləridir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1926-cı ildə 88 nəfər, 1931-ci ildə 154 nəfər, 1939 - cu ildə 207 nəfər, 1959 - cu ildə 233 nəfər, 1970-ci ildə 420 nəfər, 1979 - cu ildə 388 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik vətənlərindən qovulmuşlar. İndi buralarda yalqız ermənilər yaşayır.
Molla Ayrım
Molla Ayrım — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. Bir mülahizəyə görə, kəndi ayrım tayfasından olan molla saldığına görə belə adlanmışdır. Məlumdur ki, ayrımlar Azərbaycanın bölgələrində (Qazax, Tovuz, Gədəbəy və s. rayonlarda) yaşayan, mübariz həyat keçirmiş oğuz tayfalarından biri olmuşdur. Başqa ehtimala görə, Molla Ayrım şəxs adı olmuşdur. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd orta dağlıq qurşaqda yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Molla Ayrım kənd ibtidai məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Polad Ayrım
Polad (Polad Ayrım, 1991-ci ildən XAÇARDZAN) - azərbaycanlılar yaşamış kənd. Ermənistan SSR-in İcevan (Karvansara) rayonunda, Polad çayının mənbəyi yaxınlığında, rayon mərkəzindən 18 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 567, 1914-cü ildə 381, 1931-ci ildə 452 nəfər olub. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulmuşlar. Polad kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı. Müsrəddin Tağıyev - Fizika-riyaziyyat elmləri namizədi (1998), müəllim.
Quşçu Ayrım
Quşçu Ayrım — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. 1999-cu ildə Ermənistan Silahlı Qüvvələri kəndin ətrafında yerləşən dağları işğal edib. Ermənilər bütün örüş yerlərini tutub, ona görə də sakinlər mal-qaranı otarmağa apara bilmirlər. Onlar bulaqdan ancaq gecə su götürə bilirlər. Quşçu Ayrım oyk., miir. Qazax r-nunun Əskipara i.ə.v.-də kənd. Qazançı dağının ətəyindədir. Keçmişdə Qazax qəzasında Ayrım adlı iki kənd vardı. Bir-birindən fərqləndirmək üçün biri Quşçu kəndi yaxınlığında yerləşdiyinə görə Quşçu Ayrım, digəri Bağanıs çayı kənarında olduğuna görə Bağanıs Ayrım adlanırdı. Oykonim "Quşçu kəndi yaxınlığında Ayrım kəndi" mənasındadır.
Yuxarı Ayrım
Yuxarı Ayrım — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Aşağı Ayrım kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Ayrım kəndi Ayrım çayının (Tərtər çayının qolu) sahilində, dağətəyi ərazidədir. Keçmiş adı Yuxarı Binə olmuşdur. Yerli məlumata görə, yaşayış məntəqəsini indiki Qazax rayonu ərazisindən buraya gəlmiş Qazax Alı adlı şəxs salmışdir. Ona görə da kənd bir müddat Alıuşağı da adlanmışdır. Yaşayış məntəqəsi XIX əsrə qədər Ayrım çayının sahilində olmuş Ayrım binəsi əsasında yaranmış iki yaşayış məntəqəsindən biri olub, nisbətən yuxarıda yerləşdiyinə görə belə adlanmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Yuxarı Ayrım kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Ayrım kəndində 129 evdə 684 şiə kürd yaşayırdı.
Şamil Ayrım
Şamil Ayrım (1950, Duzluca, İğdır ili) — Türkiyə siyasətçisi. Əslən azərbaycanlıdır. İstanbul Texniki Universiteti Mexanika Fakültəsini gəmiqayırma və mexanika mühəndisi ixtisası ilə bitirib. Türkiyə Gəmi Sənayesi MMC baş müdirliyi və İdarə Heyəti başçılığı, Dəniz Nəqliyyat MMC baş müdir müşaviri, TBMM XX çağırış İğdır, XXI çağırış İstanbul millət vəkili olmuşdur. Evli və iki uşaq atasıdır. İbrahim bəy Cahangirzadə ata tərəfdən nənəsinin dayısıdır.
Bağanis-Ayrım qırğını
Bağanıs Ayrım qətliamı — 24 mart 1990-cı ildə Azərbaycanda, Qazax rayonunun Bağanıs Ayrım kəndində ermənilər tərəfindən törədilmiş qətliam. Qətliam nəticəsində 7 nəfər mülki şəxs öldürülmüş, 2 nəfər yaralanmışdır. == Qətliam == 24 mart 1990-cı ildə erməni silahlıları SSRİ hərbçilərinə məxsus hərbi texnikadan istifadə edərək Qazax rayonunun dağlıq kəndi olan Bağanıs Ayrıma hücum etmişdir. Hücumda yeddi nəfər kənd sakini ocağa atılaraq yandırılıb, iki nəfər isə güllələnib. Kənddə 17 ev qumbaraatanla dağıdılıb, 11 ev isə qarət edilib. Əsliyevlər ailəsinin 5 üzvü işgəncələrlə qətlə yetirildikdən sonra üstlərinə benzin tökülərək yandırılıblar. Alməmməd Məhərrəmov isə həyətindəki ot tayasına atılaraq diri-diri yandırılıb. Kənddə növbə çəkən milis əməkdaşı Məcid Əhmədov güllələnib, 2 nəfər isə odlu silahla yaralanıb. Qətlə yetirilənlərin ən yaşlısı Dədəş Əsliyev 75 yaşında, ən kiçiyi isə beşikdə olan 39 günlük Hafiz olub. Qırğın nəticəsində kənd sakinləri 1915-ci il təvəllüdlü Əsliyev Dədəkişi Bayram oğlu və onun ailə üzvləri — 1923-ci il təvəllüdlü Əsliyeva Pakizə Qulu qızı, 1959-cu il təvəllüdlü Əsgərova Havaxanım Dədəş qızı, 1963-cü il təvəllüdlü Adıgözəlova Alya Dədəş qızı, 1990-cı ilin fevral ayında anadan olmuş Adıgözəlov Hafiz Ramiz oğlu, onların həmkəndlisi, 1942-ci il təvəllüdlü Məhərrəmov Alməmməd Gülməmməd oğlu və xidməti vəzifəsini həyata keçirən 1965-ci il təvəllüdlü, polis əməkdaşı Məmmədov Məcid Oqtay oğlu odlu silahlarla qəsdən qətlə yetirmiş, Adıgözəlov Mülkədar İsrafil oğlu və polis əməkdaşı Əhmədov Zirəddin Musa oğlu isə odlu silahlarla yaralamışlar.
Məhəmmədhüseyn xan Ayrım
Məhəmmədhüseyn xan Ayrım (1882, Bakı – 1948, Lixtenşteyn) — Pəhləvi sülaləsindən olan Rza şahın hakimiyyəti illərində (1925–1941) İran ordusunun rəhbəri olmuşdur. O, general və Rza şahın qayınatası olan Teymur xan Ayrumlunun qardaşı oğlu, Rza şahın həyat yoldaşı Tacülmülukün əmisi oğludur. Ayrım ailəsinin yalnız bir neçə üzvünün soyadının sonunda "lu" sonluğu olmuşdur. 1882-ci ildə Rusiya imperiyasının bir hissəsi olan Bakıda anadan olmuşdur. Məhəmmədhüseyn xan Ayrımlu əslən Şəmşəddil mahalındandır. babaları Urmiyanın Sulduz mahalına köç etmişdilər. O, Rusiyada hərbi təhsil almışdır. 1948-ci ilin 31 martında vətəndaşı olduğu Lixtenşteyndə müalicə alarkən vəfat etmişdir. İran Kazak Diviziyasına qoşulmuş və həmin zamandan Rza xanla (sonradan Rza şah) yaxınlaşmışdır. Xidmət illərində sürətlə yüksələrək 1901-ci ildə polkovnik rütbəsi almışdır.
Paşa xan Ayrım
Paşa xan Xəlifəqulu xan oğlu Ayrım (?-?) — Qacarlar dövlətinin sərkərdəsi, general. Paşa xan Xəlifəqulu xan oğlu Maku xanlığının Avacıq mahalında anadan olmuşdu. Hərbi məktəb bitirmişdi. Mirpənc rütbəsi daşıyarkən Avacığa başçılıq etmişdi. Sonra sərhəddar olmuşdu. Cənubi Azərbaycandakı Ayrım elinə başçılıq edirdi. Paşa xanın Nəcəfqulu xan adlı oğlu vardı. Ənvər Çingizoğlu, Qacarlar dövrünün hərbçiləri, Bakı, "Mütərcim", 2013. 334 səh.
Bağanis-Ayrım qətliamı
Bağanıs Ayrım qətliamı — 24 mart 1990-cı ildə Azərbaycanda, Qazax rayonunun Bağanıs Ayrım kəndində ermənilər tərəfindən törədilmiş qətliam. Qətliam nəticəsində 7 nəfər mülki şəxs öldürülmüş, 2 nəfər yaralanmışdır. == Qətliam == 24 mart 1990-cı ildə erməni silahlıları SSRİ hərbçilərinə məxsus hərbi texnikadan istifadə edərək Qazax rayonunun dağlıq kəndi olan Bağanıs Ayrıma hücum etmişdir. Hücumda yeddi nəfər kənd sakini ocağa atılaraq yandırılıb, iki nəfər isə güllələnib. Kənddə 17 ev qumbaraatanla dağıdılıb, 11 ev isə qarət edilib. Əsliyevlər ailəsinin 5 üzvü işgəncələrlə qətlə yetirildikdən sonra üstlərinə benzin tökülərək yandırılıblar. Alməmməd Məhərrəmov isə həyətindəki ot tayasına atılaraq diri-diri yandırılıb. Kənddə növbə çəkən milis əməkdaşı Məcid Əhmədov güllələnib, 2 nəfər isə odlu silahla yaralanıb. Qətlə yetirilənlərin ən yaşlısı Dədəş Əsliyev 75 yaşında, ən kiçiyi isə beşikdə olan 39 günlük Hafiz olub. Qırğın nəticəsində kənd sakinləri 1915-ci il təvəllüdlü Əsliyev Dədəkişi Bayram oğlu və onun ailə üzvləri — 1923-ci il təvəllüdlü Əsliyeva Pakizə Qulu qızı, 1959-cu il təvəllüdlü Əsgərova Havaxanım Dədəş qızı, 1963-cü il təvəllüdlü Adıgözəlova Alya Dədəş qızı, 1990-cı ilin fevral ayında anadan olmuş Adıgözəlov Hafiz Ramiz oğlu, onların həmkəndlisi, 1942-ci il təvəllüdlü Məhərrəmov Alməmməd Gülməmməd oğlu və xidməti vəzifəsini həyata keçirən 1965-ci il təvəllüdlü, polis əməkdaşı Məmmədov Məcid Oqtay oğlu odlu silahlarla qəsdən qətlə yetirmiş, Adıgözəlov Mülkədar İsrafil oğlu və polis əməkdaşı Əhmədov Zirəddin Musa oğlu isə odlu silahlarla yaralamışlar.
Bağanıs Ayrım qətliamı

Ayrımlar
Ayrımlar (yaxud İmi, Eymi, Eymir, Eymür) — "Oğuz xaqan dastanı"na görə, 24 oğuz boyundan biri və Mahmud Kaşğarinin "Divanü Lüğat-it-Türk" kitabına görə 24 oğuz boyunun 11-cisi. Azərbaycanlıların etnoqrafik qolu hesab edilirlər. Əmir Teymur Ankara vuruşmasından (1402) sonra Türkiyə ərazisindən köçürdüyü 50 min ailəni Dağlıq Gəncəbasarda, Qarabağ və Ermənistanda yerləşdirmiş, onlar sonralar ayrım adı ilə tanınmışdır. Gəncə xanı Cavad xanın general Knorrinqə yazdığı məktubda eymurlar Gəncə xanlığının qədim elatı adlandırılır. XVII əsrdə eymurların bir hissəsi İrana keçərək şahsevən adlanmışdır. Eymurlar Türkiyə türkcəsinin Qara dəniz dialektində danışırlar. Əksəriyyəti islam dininin sünni məzhəbinə etiqad edirlər. == Eymur sözü ilə bağlı coğrafi adlar == Ermənistan ərazisində Ayrım – Noyemberyan və Tumanyan rayonlarında kənd adları, Böyük Ayrım – Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Tumanyan rayonunda) kənd adıdır. İmirli – İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı olmuşdur. Ziya Bünyadova görə, "Kiçik Qafqazda və Qazax qəzasında səpələnmiş ayrımlar Ağsaq Ayrum, Quşçu Ayrum, Baqanis Ayrum, Dadanis Ayrum, Polad Ayrum və başqa qollara bölünmüşlər".
Nimtac Ayrımlı
Tacülmüluk (və ya Nimtac Ayrımlı , fars. تاج‌الملوک‎; 17 mart 1896, Bakı – 10 mart 1982, Akapulko, Qerrero[d]) — mayor Teymur xan Ayrımlının qızı, Rza şah Pəhləvinin ikinci həyat yoldaşı və İranın şah xanımı və Məhəmməd Rza Pəhləvinin anası. Etnik azərbaycanlıdır. Əsl adı Nimtac Xanım olan Tacülmüluk əslən bakılı olub, 17 mart 1896-cı ildə anadan olmuşdur. Atası Teymur xan Ayrımlı Rusiya İmperiyası ordusunun polkovniki kimi İran Qacar İmperiyasında yerləşmiş rus ordusunda xidmət etmişdir. Tacülmüluk öz xatirələrində yazır ki, atası Bakıda ordu komandirinin müavini, Lənkəranda zastava rəisi olmuş, daha sonra briqada generalı kimi xidmət etmişdir. Qardaşı Nəriman və əmiləri 1900–1918-ci illərdə əvvəlcə ermənilər və azərbaycanlılar arasında, daha sonra isə bolşeviklərin Zaqafqaziyada iqtidara gəlməsi ilə yaşanan qarışıqlıqda itkin düşüblər. Bu səbəbdən də naməlum tarixdə Teymur xan öz ailəsini Bakıdan İrana gətirmiş, bolşevik hakimiyyətinin Zaqafqaziyada qurulmasından sonra isə bir daha geri qayıtmamışdılar. Teymur xan Bakıda qızının gələcək həyat yoldaşı və İran şahı Rza Savadkuhi ilə tanış olur və sonralar ikisi birliktə İrana yola düşür. Baş verən bu yaxınlaşmadan sonra Nimtac xanım Rza Savadkuhi ilə nişanlanır.
Teymur xan Ayrımlı
Teymur xan Ayrımlı (d. Şimali Azərbaycan, Rusiya imperiyası - ö. İran) — Azərbaycan türklərinin tayfalarından olan Ayrım tayfasına mənsub briqada generalı. Rza şah Pəhləvinin kraliçası Tacülmülukün atası, Pəhləvilərin sonuncu şahı Məhəmməd Rza şah Pəhləvinin ana babası. Teymur xan Ayrımlının və ümumiyyətlə Ayrımlı ailəsinin əsli Şəmşəddil mahalındandır. Teymur xan Ayrımlı Rusiya İmperiyası ordusunun polkovniki kimi Qacar İmperiyasında yerləşmiş rus ordusunda xidmət etmişdir. Tacülmüluk öz xatirələrində yazır ki, atası Bakıda ordu komandirinin müavini, Lənkəranda zastava rəisi olmuş, daha sonra briqada generalı kimi xidmət etmişdir. Qardaşı Nəriman və əmiləri 1900–1918-ci illərdə əvvəlcə ermənilər və azərbaycanlılar arasında, daha sonra isə bolşeviklərin Zaqafqaziyada iqtidara gəlməsi ilə yaşanan qarışıqlıqda itkin düşüblər. Bu səbəbdən də naməlum tarixdə Teymur xan öz ailəsini Bakıdan İrana gətirmiş, bolşevik hakimiyyətinin Zaqafqaziyada qurulmasından sonra isə bir daha geri qayıtmamışdılar. Teymur xan Ayrımlının ailəsini tam olaraq nə zaman Qacar imperiyasına apardığı bəlli deyil.

Значение слова в других словарях