azəhəmiyyətli
azərbaycanca
OBASTAN VİKİ
Azər
Azər bu mənaları ifadə edə bilər:
Alpay Azər
Alpay Azər oğlu Əhmədov və ya Alpay Azər (6 oktyabr 1974, Bakı) — Azərbaycanlı yazıçı. == Həyatı == Alpay Azər 6 oktyabr 1974-cü ildə Bakı şəhərində anadan olub. 1981–1991-ci illərdə 159 saylı Bakı şəhər tam orta məktəbində və H. Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Elmlər liseyində təhsil alıb. 1993–1999-cu illərdə Sankt-Peterburq Dövlət Universitetinin "Şərqşünaslıq" fakültəsində oxuyub. 1999–2001-ci illərdə həmin universitetin "Beynəlxalq münasibətlər" fakültəsinin aspirantı olub. Tarix üzrə fəlsəfə doktorudur. Hazırda Bakı Slavyan Universitetində dosent kimi pedaqoji fəaliyyətini davam etdirir. Mərhum yazıçı Azər Abdullanın oğludur. Evlidir, iki övladı var. == Fəaliyyəti == 2010-cu ildən Alpay Azər imzası ilə mətbuatda dərc olunmağa başlayıb.
Azər Cəfərov
Azər Məmməd oğlu Cəfərov (1954, Zərdab) — Azərbaycan ədliyyə nazirinin müavini (iyul 2012-ci ildən), ədliyyə nazirinin səlahiyyətlərinin icraçısı (16 fevral–27 fevral 2024), II dərəcəli dövlət ədliyyə müşaviri. == Həyatı == Azər Məmməd oğlu Cəfərov 1954-cü ildə Zərdab şəhərində anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmiş, Rusiya Elmlər Akademiyasının Dövlət və hüquq institutunun doktorantı olmuşdur. Hüquqşunas kimi əmək fəaliyyətinə Vəkillər Kollegiyasının üzvü (vəkil) kimi başlamış, 1982–1986-cı illərdə Ədliyyə Nazirliyinin aparatında böyük məsləhətçi, Məhkəmə orqanları idarəsində şöbə rəisi vəzifələrində işləmişdir. 1986-cı ildə prokurorluq orqanlarına keçirilmiş, Bakı şəhər və respublika prokurorluqlarının cinayət işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət şöbələrinin prokuroru, Bakı şəhər prokurorluğunda həmin şöbənin rəisi, 1992–2000-ci illərdə isə Bakı şəhəri Binəqədi və Nərimanov rayonlarının prokuroru, sonra Baş Prokurorluğun hüquqi təminat şöbəsinin rəisi vəzifələrində çalışmışdır. 2004-cü ildə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi və nazirliyin Kollegiyasının üzvü, 2012-ci ilin iyul ayında ədliyyə nazirinin müavini təyin edilmişdir. II dərəcəli dövlət ədliyyə müşaviridir. 2005-ci ilin fevralından, həmçinin, Məhkəmə-Hüquq Şurasının üzvüdür, Dünya Bankı ilə birgə həyata keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsinə rəhbərlik edir. Məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi problemləri üzrə Azərbaycan-Avropa Şurası İşçi qruplarının həmsədri, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) üzvü kimi ölkəmizin məhkəmə sisteminin Avropa standartlarına uyğunlaşdırılması məsələləri ilə məşğul olmuş, müxtəlif vaxtlarda ədliyyə, məhkəmə və prokurorluq orqanlarının fəaliyyətini tənzimləyən və sair qanunvericilik aktlarının hazırlanmasında yaxından iştirak etmişdir. Beynəlxalq Prokurorlar Assosiasiyasının, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının üzvüdür.
Azər Dadaşov
Azər Dadaşov (1 dekabr 1946, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2018). == Həyatı == Dadaşov Azər İsmayıl oğlu (01.12.1946, Bakı) – bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti (2018), Əməkdar incəsənət xadimi (2005), Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru (2009), "Humay" milli mükafatı laureatı (2001), bir çox respublika və ümumittifaq (keçmiş SSRİ) müsabiqələrinin qalibidir. Roma Papası II İoann Pavelin xüsusi medalı ilə təltif edilmişdir (2002). MDB dövlətləri Parlamentlərarası Assambleyası Şurasının "Mədəniyyət və incəsənətin inkişafındakı xidmətlərinə görə" Fəxri Nişanı ilə təltif edilmişdir (2013). 1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini dahi bəstəkar, akademik Qara Qarayevin sinfi üzrə bitirmişdir. 1973-cü ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının, hadelə Azərbaycan Peşəkar Rejissorlar Gildiyasının üzvüdür (2003). Yaradıcılığ diapazonu çox genişdir: 14 simfoniya, 20 kantata və oda, "Kiçik Mukun sərgüzəştləri" uşaq operası, "Şərq freskası" balet miniatürü, piano ücün 3 Konsert, fleyta, viola üçün Konsertlər, kamera, nəfəs alətləri, xalq çalğı alətləri orkestrləri üçün süitalar, çoxlu sayda kamera-instrumental və xor əsərləri, 20-dən artıq kinofilmlərə musiqi, mahnılar. Həmçinin Milli Paraolimpiya Himnin müəllifidir. A. Dadaşovun əsərləri 1968-ci ildən başlayaraq Azərbaycan Bəstəkarlar İttifaqının Qurultay və Plenumlarında səslənmiş, Respublikanın görkəmli dirijorları – Niyazi, Rauf Abdullayev, Nazim Rzayev, Ramiz Məlikaslanov, Yalçin Adıgözəlov, Teymur Göyçayev, Fəxrəddin Kərimov və b., xarici dirijorlar – D. Kitaenko (Rusiya), R. Matsov (Estoniya), R. Şilakadze (Gürcüstan), V. Runçak (Ukrayna) və b. tərəfindən təfsir edilmişdir.
Azər Eldarzadə
Azər Hacıəsgərli
Azər Əhməd oğlu Əsgərov (29 fevral 1984, Bakı) — Azərbaycanlı bəstəkar və səs rejissoru. == Həyatı == Azər Əhməd oğlu Əsgərov (Hacıəsgərli) 1984-cü il fevralın 29-da Bakı şəhərində anadan olub. 1990–2000-ci illər orta məktəbdə oxuyub. 1996–2005-ci illərdə 21 saylı Rastropoviçlər adına musiqi məktəbinin skripka sinfində təhsil alıb. 2000–2004-cü illərdə Bakı Mühəndislik Universitetinin "İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi" fakültəsini bitirib. 2005-ci ildə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinə (Xəyyam Mirzəzadənin sinfi) daxil olub. 2009-cu ildə təhsilini Ceyhun Allahverdiyevin sinfində bitirib. Aydın Əzimovun sinfində bəstəkarlıq fakültəsinin magistr pilləsində təhsil alıb (2009–2012). 2010–2011-ci illərdə Rusiyada Sankt-Peterburq Kino və Televiziya Akademiyasında(ГуКиТ. С. П) ixtisas artırma institutunda səs rejissorluğu fakültəsində təhsil alıb. Şair, nasir, mərhum Tofiq Mahmudun nəvəsi, şair İbrahim Göyçaylının qardaşı oğludur.
Azər Həsrət
Azər Həsrət (tam adı: Həsrət Azər Hacıqulu oğlu; 3 avqust 1968, Dədəli, Xaçmaz rayonu) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, hüquq müdafiəçisi. == Həyatı == Azər Həsrət 3 avqust 1968-ci ildə Azərbaycan SSR-in Xaçmaz rayonunun Dədəli kəndində anadan olmuşdur. 1976–1986-cı illərdə elə həmin kənddəki orta məktəbdə oxumuş, sonra Bakı Baza Energetika Texnikumuna daxil olmuşdur. 1986-cı ilin payızında həqiqi hərbi xidmətə çağırılan Azər Həsrət iki il Almaniyanın Zerbst şəhərində Almaniyadakı Sovet Qoşunları Qrupunun tərkibində sıravi əsgər kimi xidmət keçmişdir. Eyni zamanda o, xidmət etdiyi batalyonda idman təşkilatçısı vəzifəsini də yerinə yetirmişdir. 1988-ci ilin dekabrında hərbi xidmətini başa vurub Azərbaycana qayıdandan sonra texnikumda təhsilini davam etdirməklə bərabər Bakı Məişət Maşınları Təcrübə Zavodunda fəhlə kimi işləmişdir. 1991-ci ildə texnikumu bitirdikdən sonra doğma kəndinə qayıdıb Xaçmazdakı "Vəlvələçay" Kooperativində işə düzəlmiş, 1992-ci ilin sonunadək burada işləmişdir. 1992-ci ildə Elçibəy hökumətinin tələbə qəbulu ilə bağlı yeni qaydalarından yararlanaraq imtahan vermiş və Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə qəbul olunmuşdur. O, 1997-ci ildə həmin fakültəni "kitabxanaçı-biblioqraf" ixtisası üzrə qırmızı diplomla bitirmişdir. Eyni zamanda universitetdəki Hərbi kafedranı bitirdiyinə görə, ona ehtiyatda olan leytenant hərbi rütbəsi də verilmişdir.
Azər Həsənov
Azər Həsənsoy
Azər Həşimov
Azər Həşimov (d. 6.11.1984, Mingəçevir, Azərbaycan SSR, SSRİ) — Azərbaycan futbolçusu. Karvan futbol klubunun yarımmüdafiəçisidir. == Həyatı == Azər Həşimov ilk dəfə 11 yaşında Mingəçevirin uşaq futbol məktəbində futbolla məşğul olmağa başlamışdır. İlk məşqçisi Elbrus İsmayılov olmuşdur. 5 il bu məktəbdə futbolun sirrlərini öyrənən Azər, 2003-2004cü illərdə Azərbaycan Milli Ordusu sıralarında hərbi xidmət keçmişdir. 2013-cü ildə ailə həyatı qurmuşdur. Hazırda Azər Həşimov evlidir. 2 övladı var. == Karyerası == 1999-cu ildə, Həvəskarlar Liqasında çıxış edən Mingəçevirin "Ulduz" komandasında futbol oynamağa başlamışdır.
Azər Kərimli
Azər Kərimli (6 iyul 1964, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin 112 saylı Qax Seçki Dairəsindən V çağırış deputatı. == Həyatı == Azər Kərimli 6 iyul 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə 176 saylı orta məkəbi bitirmişdir. 1981-ci ildə Moskva Tekstil İnstituna daxil olmuşdur. 1983–1985-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1989-cu ildə Moskva Yüngül Sənaye Texnologiya İnstitunu fərqlənmə diplomu ilə bitirmiş, 1992-ci ildə həmin institutun aspiranturasını bitirmişdir. 1991–1999-cu ilədək Moskvada, "Фахри" şirkətinin təsisçisi və rəhbəri olmuşdur. 1999-cu ildən Azərbaycanın "Lotos Co Ltd", "Qamma Ltd" şirkətlərinə rəhbərlik etmişdir. Ailəlidir. 2 övladı var.
Azər Kərimov
Azər Kərimov (pedaqoq) (Fəzi oğlu) — texnika elmləri doktoru (1994), professor (1995). Azər Kərimov (riyaziyyatçı) (Əli oğlu) — fizika-riyaziyyat elmləri doktoru, professor.
Azər Mikayılov
Azər Əmrah oğlu Mikayılov (1 avqust 1980, Kəlbəcər rayonu – 12 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azər Mikayılov 1980-ci il avqustun 1-də Kəlbəcər rayonunun Quzeyçirkin kəndində anadan olub. == Hərbi xidməti == Azər Mikayılov 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub. Azərbaycan Ordusunun mayoru Azər Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azər Mikayılov oktyabrın 12-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Mikayılov "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Mikayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Mikayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azər Mirzəyev
Azər Mirzəyev (aktyor) — Teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti. Azər Mirzəyev (şahmatçı) — Azərbaycan şahmatçısı.
Azər Musazadə
Azər Mustafayev
Azər Mustafayev (27 iyun 1954, Bakı) — fəlsəfə elmləri doktoru, professor. == Həyatı == Azər Mustafayev 1954-cü il 27 iyun Bakıda anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun, Xalq Təsərrüfatının İqtisadiyyatı və planlaşdırılması fakültəsinə daxil olmuş, 1975-ci ildə həmin institutu bitirmişdir. 1977-1978-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1978-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasında çalışır. AMEA-nın İqtisadiyyat İnstitutunda laborant, kiçik elmi işçi vəzifələrində işlədikdən sonra 1979-cu ildən etibarən AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda işə başlamışdır. 1979-1982-ci illərdə Moskva şəhərində yerləşən SSRİ EA Fəlsəfə İnstitutunun əyani aspirantı olmuşdur. Alim 1983-cü ildə fəlsəfə elmləri üzrə namizədlik, 1991-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi, sektor müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. 1987-ci ildən Azərbaycanın müxtəlif ali məktəblərində fəlsəfə və politologiya fənlərini tədris etmişdir.
Azər Mustafazadə
Azər Abdulla oğlu Mustafazadə (27 mart 1939, Bakı – 31 yanvar 2023) — Azərbaycan Dövlət Nəşriyyatı direktoru; Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. == Həyatı == Azər Mustafazadə 1939-cu il martın 27-də Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Orta məktəbi doğma Bakıda bitirdikdən sonra həmin il Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur və 1964-cü ildə oranı müvəffəqiyyətlə bitirir. Həmin ildən də əmək fəaliyyətinə başlayan A. Mustafazadə bir neçə il "Literaturnıy Azerbaydjan" jurnalında şöbə müdiri və məsul katib vəzifəsində işləyir. 1968–1971-ci illərdə isə SSRİ Yazıçılar İttifaqının orqanı olan nüfuzlu "Literaturnaya qazeta"nın Azərbaycan üzrə xüsusi müxbiri təyin edilir. O, bu vəzifəsindən istifadə edərək işlədiyi müddətdə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənəti haqqında dəfələrlə dəyərli yazılar yazaraq qəzetin səhifələrində çıxış edir, Azərbaycanın ziyalılarını SSRİ oxucusuna tanıtdırırdı. Azər Mustafazadə 1972-ci ildən 1983-cü ilə qədər Moskvada SSRİ Yazıçılar İttifaqında Azərbaycan Ədəbiyyatı üzrə Şuranın məsul katibi vəzifəsinə irəli çəkilir. Bu vəzifəni şərəflə yerinə yetirən azərbaycanlı ziyalı ədəbi-bədii və tərcüməçilik fəaliyyətindən də qalmır, canla-başla Azərbaycanın ədəbiyyatının təbliğinə xidmət edir. Moskvada çalışdığı illərdə o, Mirzə İbrahimovun, Süleyman Rəhimovun, Fərman Kərimzadənin, Sabir Əhmədovun, Kamal Abdullanın və başqalarının əsərlərini rus dilinə çevirərək Moskvanın nüfuzlu nəşriyyatlarında çap etdirir. Bundan başqa, paytaxtda mühüm ədəbi-bədii tədbirlərin təşkil edilməsində və keçirilməsində xüsusi fəallıq göstərir.
Mehdi Azər
Mehdi Azər (1901, Məşhəd, Xorasan – 30 may 1994) — Siyasətçi və həkim. == Bioqrafiyası == Mehdi Azər, Mirzə Əli Ağa Təbrizinin oğlu idi və Məşhəd şəhərində dünyaya gəlmişdir. Mehdi Azər İranda daxili tibb sahəsinin təsisçisi hesab olunur. O, Məhəmməd Musaddıq kabinetində mədəniyyət naziri idi. Mehdi Azər ABŞınÇikaqo şəhərində yaşayırdı və orada vəfat edib. == İstinadlar == == Mənbə == Müvəhhidi, Məhəmmədmehdi.Hafiz Dil və Ədəbiyyat nəşriyyəsi.
İrina Azər
İrina Azər Abdurrezaevna (İren Azər) (1949) — SSRİ-də populyar kino-aktrisa. 1949-cu ilin sentyabr ayının 19-da (bəzi mənbələrə görə 18-də) Bakıda anadan olmuşdur. Sovet kinosunun ən gözəl sarışını, Sovet ekranının ən gözəl aktrisası, Sovet Merilin Monrosu kimi taninib. Ümumilikdə 1967 −1991-ci illərdə 31 filmdə çəkilmişdir. 1990-cı ildə kino sənətini tərk etmişdir. 1991-ci ildən kiçik bizneslə məşğul olmağa başlamışdır. Hal-hazırda qızı, kürəkəni və 2 nəvəsi ilə ABŞ (Los Anceles, Kaliforniya)- da yaşayır. == Erkən həyatı == Anası Liliya Georgievna İkinci Dünya müharibəsində Sovet Ordusunun tərkibində ön cəbhədə vuruşub. Dəfələrlə cəbhə xəttinin arxasına kəşfiyyata gedib. Atası Polşa aristokratı Yofan adlı şəxs idi.
İsayev Azər
Azər Novruzov
Azər Niftəliyev
Azər Qismət
Azər Qismət (tam adı: Azər Həsənağa oğlu Məmmədov; 9 oktyabr 1972, Sabirabad) — azərbaycanlı yazıçı, publisist, televiziya aparıcısı, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Azər Məmmədov 1972-ci il oktyabrın 9-da Sabirabad şəhərində anadan olmuşdur. Burada 5 saylı orta məktəbi bitirdikdən sonra Sabirabad rayonunda Təsərrüfatlararası Tikinti İdarəsində fəhləlik etmişdir (1989–1991). Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini telejurnalistika ixtisası üzrə bitirib (1991–1996). Universitet illərində BMTİ teleşirkətində çalışıb, "Telebenefis" və Xəbərlər verilişlərinin aparıcısı olub. Tələbə ikən Azərbaycanda ilk dəfə azərbaycandilli Şən və Hazırcavablar Klubunun təsisçilərindən biri kimi tanınıb. UŞU (Universitetin Şən Uşaqları) komandasının ssenari müəllifi kimi fəaliyyət göstərib. Parodiyalar üzrə diplomları var. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir. (1997–1998).
Azər Xəlilov
Azər Xəlilov — Telejurnalist. Azad Azərbaycan TV-nin prezidenti(2017-ci ildən), CBC Telekanalının baş direktoru (2013–2017), Azərbaycan Respublikasının əməkdar jurnalisti, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı. == Həyatı == Azər Nəriman oğlu Xəlillov 25 fevral 1959-cu ildə Bakıda doğulub. Paytaxtdakı 134 saylı məktəbdə orta təhsil, Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb. == İş fəaliyyəti == 1990-cı ildən Böyük Britaniyanın nüfuzlu BBC teleradiokompaniyasında işə başlayıb.2001-ci ildən etibarən BBC-Azərbaycan Xidmətinə rəhbərlik edib. Uzun illər Birləşmiş Krallığın paytaxtı Londonda – BBC-nin mərkəzi ofisində, həmçinin Bakıda çalışıb. 2012-ci ildə BBC-dəki işinə son verib. O, həmin il yaradılan "ATV International" televiziyasına rəhbərlik etməyə başlayıb. İki il bu vəzifəni icra etdikdən sonra – 2013–2017-ci illərdə "ATV International"ın bazası əsasında yaradılan CBC (Caspian International Broadcasting Company) telekanalına rəhbərlik edib. 2017-ci ildən ATV telekanalına rəhbərlik edir.
Azər (dəqiqləşdirmə)
Azər bu mənaları ifadə edə bilər:
Gənclər Günü (Azərbaycan)
Gənclər günü — Azərbaycanda 2 fevral tarixində qeyd edilən gün. Bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.
Gənclər və İdman Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi — Azərbaycan Respublikasında idman və gəncliyin inkişafı ilə bağlı fəaliyyət gösətərən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin nəzdində hökumət təşkilatı. == Tarixi == Müstəqillik dövründə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır. Nazirlik bu adla 2-ci dəfə Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, 539 saylı fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yaradılmışdır.
Gəvahir (Azərşəhr)
Gəvahir (fars. گواهر‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 158 nəfər yaşayır (31 ailə).
Heydər Əliyev. Azərbaycan elminin keşiyində (kitab)
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
Heydər Əliyev adına Hərbi İnstitut — Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən, orta ixtisas təhsili, ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsi. Heydər Əliyev adına Hərbi İnstitut Heydər Əliyev adına Ali Hərbi Məktəbin hüquqi varisidir. Döyüşlərdə göstərdiyi igidliklərinə görə məktəbin məzunlarından bir qismi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı və başqa fəxri adlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli fərmanına əsasən, məktəb Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin adını daşıyır. Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2015-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəbləri ləğv edilmiş, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə və Hərbi Dəniz Qüvvələri fakültələri yaradılmaqla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə birləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2022-ci il tarixli fərmanı ilə Ali Hərbi Məktəbin əsasında Heydər Əliyev adına Hərbi İnstitut yaradılaraq Milli Müdafiə Universitetinin tabeliyinə verildi. == Erkən tarixi == Məktəbin tarixi 1918-ci il fevral ayının 6-da Müsəlman Korpusunun komandiri general-leytenant Əliağa Şıxlinskinin bolşevik inqilabından sonra Cənubi Qafqazda legitim hakimiyyət orqanı olan Zaqafqaziya komissarlığına məktubla müraciət etməsi və Milli Hərbiyyə Məktəbinin açılması haqqında icazə istəməsi ilə başlayır. Zaqafqaziya Komissarlığının razılığı ilə 1918-ci il mart ayının 1-də Tiflis şəhərində Milli Hərbiyyə Məktəbi açılmış elan edildi və poruçik Cahangir bəy Zeynalbəy oğlu Nəsirbəyov Milli Hərbiyyə Məktəbinin rəisi təyin edildi, elə həmin gün də məktəbin dəftərxanası fəaliyyətə başladı və dərhal da kursant qəbulu elan edildi. Korpus komandiri Ə.Şıxlinskinin əmri ilə Milli Hərbiyyə Məktəbinin daimi heyəti və dəftərxanası 1918-ci il aprel ayının 2-də Tiflisdən Gəncəyə köçürüldü və həmin ayın 8-də Gəncədəki sənət məktəbində yerləşdirilərək öz fəaliyyətini davam etdirdi. 1918-ci ilin aprel ayında bolşevik-daşnak qoşunlarının Gəncə üzərinə hücuma başlaması ilə Azərbaycanda hərbi vəziyyət mürəkkəbləşdiyi üçün Milli Hərbiyyə Məktəbinin fəaliyyəti müvəqqəti olaraq dayandırıldı.
Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti
Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti — Gürcüstanın Elm və Təhsil Nazirliyində və Təhsilin Keyfiyyətli İnkişafının Qiymətləndirilməsinin Milli Mərkəzində qeydiyyatdan keçmiş rəsmi tədris universiteti. == Məzmun == Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti 2008-ci ildən fəaliyyət göstərir. Universitet Gürcüstanda fəaliyyət göstərən orta məktəblər üçün müəllim kadrları, eyni zamanda müxtəlif ixtisaslar üzrə mütəxəssislər hazırlayır. Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti təhsil sahəsində gürcü və dünya mədəniyyəti dəyərlərinə, demokratiya və humanizm ideyalarına və ümumi ictimai önəm daşıyan dövlət tədris və təhsil siyasətinə xidmət edir. Universitetin əsas vəzifələrindən biri vətəndaş cəmiyyətində regional inteqrasiya və demokratik dövlət quruculuğunda gedən proseslərə kömək etmək, gürcü və Azərbaycan xalqlarının mehriban qonşuluğunun tarixi təcrübəsini dirçəltməkdir. == Professor-müəllim heyəti == Universitetin rektoru, professor Novruz Bayramovdur. Təhsil ocağında müsabiqədən keçmiş 60-dan çox professor və müəllim çalışır. === Universitetin professorları === Novruz Bayramov Konstantin Ramişvili Həsən Həsənli == Fəxri doktorları == Zəlimxan Yaqub — 2010.
Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti (kitab)
Heydər Əliyev və Azərbaycan ədəbiyyatı (kitab)
Hüseyn Azəri
Hüseyn Azəri (Hüseyn Eyvaz oğlu Əzizov; 1979, Bakı) — jurnalist. == Həyatı == Hüseyn Azəri 1979-cu ildə Bakı şəhərinin Kürdəxanı qəsəbəsində anadan olub. Zabrat-1 qəsəbəsindəki 192 saylı orta məktəbi bitirdikdən sonra ali təhsilə yiyələnib. İxtisasca hüquqşünasdır. 1997-ci ildən jurnalistika sahəsində çalışır. "İnternews Azerbaijan"da "Güzgü", ANS TV də "İç xəbər", "Poçt qutusu", "Kişi işi" verilişlərində müxbir, aparıcı və redaktor vəzifələrində çalışıb. İctimai Televiziyada "Carçı" xəbərlər proqramının, ARB-24 TV-də əsas xəbər aparıcılarından olub, baş redaktor vəzifəsinədək yüksəlib. Dövlət Bayrağı Meydanında mətbuat xidmətinin rəhbəri kimi fəaliyyət göstərib. Hazırda Dövlət Reklam Agentliyinin mətbuat katibidir. Ailəlidir, 2 övladı var.
Hüseynçilər (Azərbaycan)
Hüsnü Mübarəkin Azərbaycandakı heykəli
Hüsnü Mübarəkin Azərbaycandakı heykəli — Abşeron rayonu Xırdalan şəhərinin "Misir" parkında Məhəmməd Hüsnü Mübarəkin şərəfinə ucaldılmış heykəl. Xırdalan Misirin Qalubiyyə şəhəri ilə 2008-ci ildə qardaşlaşmış şəhər elan edilib. Parkın yerləşdiyi küçə də Qalubiyyə adlanır. Misir hakimiyyəti də öz növbəsində Qalubiyyə şəhərində küçələrin birinə "Abşeron" adını verib. "Misir" parkında Hüsnü Mübarəkin heykəlinin yerləşdiyi qırmızı mərmər döşənmiş meydançanın ətrafı kəndirlə əhatələnib. Parkda Hüsnü Mübarəkdən başqa Misir fironu 3-cü Tutmosun da heykəli var. Ümumiyyətlə, Misir hakimiyyəti parkın salınmasında xəsislik etməyib. Parkda Misirdən gətirilmiş çox sayda heykəl qoyulub. 2007-ci ildə Xırdalan şəhərindəki Misir dostluq parkında Məhəmməd Hüsnü Mübarəkin heykəli qoyulmuşdur. 2011-ci il Misir iğtişaşları ilə əlaqədar 2011-ci il yanvarın 31-də Azərbaycan müxalifətinin təmsil olunduğu İctimai Palata bu heykəlin ləğvi üçün müraciət etmişdir.
Həftçeşmə (Azərşəhr)
Həftçeşmə (fars. دستجردهفت‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,755 nəfər yaşayır (387 ailə).
I Azərbaycan hökuməti
Azərbaycanın I Nazirlər Kabineti — 1991-ci il mayın 22-də və 23-də formalaşan müstəqil Azərbaycan tarixinin birinci Nazirlər Kabineti. Nazirlər Kabineti 16 nazirdən və 9 Dövlət Komitə sədrindən idi. Nazirlər Kabinetinin sədri Həsən Həsənov idi. Hökumət Ayaz Mütəllibov tərəfindən qurulmuşdu.
I Azərbaycan spartakiadası (film, 1934)
Idman Azərbaycan
'İdman TV' — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində yaradılan, Azərbaycanın ilk idman kanalı. == Tarixçə == İdman TV 2009-cu ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin şəxsi təşəbüsü ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində yaradılmışdı. Kanal 2009-cu il yanvarın 1-dən fevralın 1-nə qədər test yayımları keçirmişdir. Kanal öz tamaşaçılarına futbol, voleybol, güləş, cüdo, yüngül atletika və digər idman növləri üzrə beynəlxalq yarışları izləmək imkanı yaradır. İdman kanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqənin nəticələri 2008-ci il iyulun 18-də açıqlanıb. Müsabiqəyə üç iddiaçı – Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti – "AzTV Sport", "Lider" televiziyası – "Olimp TV" və "Rebrandinq" MMC – Sport Kanal Klub (SKC) sənəd təqdim etmişdi. İdman TV kanalı bu günə kimi Azərbaycan milli futbol komandasının, Azərbaycan Premyer Liqasının, Azərbaycan Kubokunun, İngiltərə Premyer Liqası, La Liqanın, İspaniya Kral Kubokunun, İtaliya A Seriyasının, Bundesliqanın, Ukrayna Premyer Liqasının, UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının seçmə və əsas mərhələlərinin, UEFA Superkubokunun, UEFA Avropa Kubokunun, FİFA Dünya Kubokunun, Olimpiya oyunlarının və 2015 Avropa Oyunlarının oyunlarını və qarşılaşmalarını yayımlamışdır. 6 noyabr 2013-cü il tarixində 16:9 təsvir formatlı yayıma keçmişdir. 12 oktyabr 2015-ci il tarixində isə 24 saatlıq yayım rejiminə keçmişdir. 16 sentyabr 2019-cu il tarixində "İdman Azərbaycan" olan telekanalın adı dəyişdirələrək "İdman TV" olmuşdur.
Idman Azərbaycan Televiziyası
'İdman TV' — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində yaradılan, Azərbaycanın ilk idman kanalı. == Tarixçə == İdman TV 2009-cu ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin şəxsi təşəbüsü ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində yaradılmışdı. Kanal 2009-cu il yanvarın 1-dən fevralın 1-nə qədər test yayımları keçirmişdir. Kanal öz tamaşaçılarına futbol, voleybol, güləş, cüdo, yüngül atletika və digər idman növləri üzrə beynəlxalq yarışları izləmək imkanı yaradır. İdman kanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqənin nəticələri 2008-ci il iyulun 18-də açıqlanıb. Müsabiqəyə üç iddiaçı – Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti – "AzTV Sport", "Lider" televiziyası – "Olimp TV" və "Rebrandinq" MMC – Sport Kanal Klub (SKC) sənəd təqdim etmişdi. İdman TV kanalı bu günə kimi Azərbaycan milli futbol komandasının, Azərbaycan Premyer Liqasının, Azərbaycan Kubokunun, İngiltərə Premyer Liqası, La Liqanın, İspaniya Kral Kubokunun, İtaliya A Seriyasının, Bundesliqanın, Ukrayna Premyer Liqasının, UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının seçmə və əsas mərhələlərinin, UEFA Superkubokunun, UEFA Avropa Kubokunun, FİFA Dünya Kubokunun, Olimpiya oyunlarının və 2015 Avropa Oyunlarının oyunlarını və qarşılaşmalarını yayımlamışdır. 6 noyabr 2013-cü il tarixində 16:9 təsvir formatlı yayıma keçmişdir. 12 oktyabr 2015-ci il tarixində isə 24 saatlıq yayım rejiminə keçmişdir. 16 sentyabr 2019-cu il tarixində "İdman Azərbaycan" olan telekanalın adı dəyişdirələrək "İdman TV" olmuşdur.
Kanada azərbaycanlıları
Kanada azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan Azərbaycan diasporunun Kanadada yaşayan etnik azərbaycanlıların təşkil etdiyi hissəsinin adı. Azərbaycandan, İrandan, Şərqi Avropadan və Türkiyədən gələrək Kanadada məskunlaşmışdırlar. Azərbaycan diasporasının məlumatına görə Kanadada 275 min azərbaycanlı yaşamaqdadır, onlardan 100 mini İran azərbaycanlıları, 50 mini Kanadada anadan olmuş azərbaycanlılar, təqribən 125 mini isə başqa ölkələrdən gəlmiş azərbaycanlılardır. == Tarixi == Kanadada məskunlaşmış ilk azərbaycanlılar 1930-cu illərdən ərazidə məskunlaşmış İran azərbaycanlılarıdır. Azərbaycan mühacirlərinin ikinci dalğası isə 1950-ci illərə təsadüf edir. İmmiqrasiyanın üçüncü dalğası soyuq müharibə dövrünə, Kanadaya çox sayda SSRİ-dən immiqrantın, o cümlədən azərbaycanlıların gəldiyi dövrə təsadüf edir. Dördüncü dalğa1979-cu ildən sonraya, İran inqilabı baş verdiyi dövrə təsadüf edir. Bu zaman çox sayda etnik iranlılar, o cümlədən azərbaycanlılar Kanadaya mühacir etdilər. Beşinci dalğa isə SSRİ-nin dağıldıqdan sonrakı dövrə təsdüf edir. == Statistika == (Mənbə: Kanada 2006 rəsmi əhali sayıları) Azərbaycan diasporasının məlumatına görə azərbaycanlılar əsasən Ontario vilayətində yaşayırlar.
Kanal 13 (Azərbaycan)
Kanal13 — Azərbaycanda ilk İnternet TV. 2008-ci il oktyabrın 10-dan 2022-ci ilə qədər canlı yayımlanıb. Saytı fəaliyyət göstərən illərdə (2008–2022) Kanal13 internet televiziyasının saytında bazar günü istisna olmaqla hər gün saat 10:00-dan 22:00-dək müxtəlif verilişləri canlı izləmək mümkün olub. Kanal13 QHT-lərin, hüquq müdafiəçilərinin, gənclər təşkilatlarının, ictimai birliklərin və digər qurum və təşkilatların nümayəndələrinə söz demək, həmçinin irqindən, dilindən, dinindən, cinsindən, milliyyətindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hamı üçün bərabər efir imkanı yaratdığını bildirib. Hal-hazırda sosial şəbəkələrdə fəaliyyətini davam etdirir. Təsisçisi Əziz Orucovdur.
Komando (Azərbaycan)
Konstitusiya Günü (Azərbaycan)
Azərbaycan Respublikasının Konstitusiya günü — Azərbaycan Respublikasının əsas qanununun – müstəqil Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edildiyi gün. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Heydər Əliyevin həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Heydər Əliyev bu barədə danışarkən bildirmişdi: Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 (164) maddədən ibarətdir. Konstitusiyaya əlavə və dəyişikliklər 2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə edilib. == Erkən tarixi == 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır.Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu Konstitusiyası qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.Azərbaycan dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.
Kuxalı (Azərşəhr)
Kuxalı (fars. كوخالو‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 203 nəfər yaşayır (45 ailə).
Könüllü ordu ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında demarkasiya xətləri
Könüllü ordu ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında demarkasiya xətləri — Anton Denikinin Könüllü ordusunun işğal etdiyi ərazilərdə Azərbaycan Xalq Cümhuriyyəti arasında müəyyən olunmuş sərhəd nişanları. Könüllü ordunun işğalı nəticəsində Dağlılar Respublikasının süqutu Azərbaycan üçün ciddi təhlükə yaradırdı. == Demarkasiya xəttinin yaradılması == Denikin Azərbaycan sərhədlərinə yaxınlaşırdı. Bunu nəzərə alan Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi müttəfiq qoşunların komandanlığına müraciət edərək, cənuba doğru irəliləyən bu ordunun qarşısının alınması və onun hissələrinin Dağıstandan çıxarılması üçün tədbirlər görülməsini tələb etdi. 1919-cü ilin, yanvarında Bakıdakı Böyük Britaniya qoşunlarının baş komandanı general Uilyam Tomson Qafqaz dağları boyunca Dağıstanın şimal hissəsindən keçən demarkasiya xəttini müəyyənləşdirmişdi. Lakin buna məhəl qoymayan Denikinin Könüllü ordusu Dərbəndi tutdu. Azərbaycanla Könüllü ordu arasında demarkasiya xətti pozuldu. Yeni demarkasiya xəttinin müəyyənləşdirilməsinə və Könüllü ordunun bu xətdən geri çəkilməsi haqqında ingilis komandanlığının tələbinə baxmayaraq, Denikinin hərbi qüvvələri Dərbənddə və bütün Dağıstanda qalmaqda davam edirdi. Bundan ciddi narahat olan Cümhuriyyət hökümətinin başçısı Nəsib bəy Yusifbəyli Cənubi Qafqazda ingilis qoşunlarının komandanı general Q.Kori ilə görüşmüşdü. General Q.Kori 1919-cu il iyunun 11-də Nəsib bəy Yusifbəyliyə göndərdiyi məktubunda general Denikinlə Cənubi Qafqaz respublikaları arasında yeni demarkasiya xəttinin keçdiyi əraziləri müəyyənləşdirmişdi.
Lalə Azərtaş
Lalə Azərtaş (tam adı: Lalə Qabil qızı Azərtaş; 30 mart 1982, Bakı) — Azərbaycanlı teleaparıcı. == Həyatı == 1982-ci il martın 30-da Bakı şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Dillər Universitetinin Tərcüməçilik fakültəsinin bakalavr, 2004-cü ildə isə magistr pilləsini qırmızı diplomla bitirib. 2002–2020-ci illərdə Azad Azərbaycan Tv-da, hal-hazırda isə Xəzər TV-də çalışır. Prezident tərəfindən fəxri diplomla təltif edilib. Bir çox beynəlxalq mükafatlarla təltif olunub. Azəriqaz İB-də İctimai Şuranın katibidir. Hal-hazırda BDU-nun Hüquqşünaslıq fakültəsinin 3-cü kursunda təhsil alır. İki qız övladı var. == İstinadlar == ""Bir Arzu var" - cəzb edir, düşündürür, həyacanlandırır… (VİDEO)" ( (az.)).
Latviya azərbaycanlıları
Latviya azərbaycanlıları — tarixi Azərbaycan ərazisindən kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Latviya Respublikasında yaşayan hissəsinin adı. == Sayı == Latviyada təxminən 1200 nəfərdən 2000 nəfərə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkəyə əsasən SSRİ dövründə köçmüşlər. Xüsusilə də İkinci dünya müharibəsindən sonra elm, təhsil, sosial-iqtisadi səbəblərlə Latviyaya yüzlərlə azərbaycanlı miqrasiya etmişdir. == Təşkilatları == === "Azəri" Cəmiyyəti === "Azəri" Cəmiyyəti Latviyadakı azərbaycanlıların birləşdiyi ilk ən böyük təşkilat idi. Cəmiyyətin yarandığı gündən məqsədi bu ölkədə yaşayan azərbaycanlıları vahid qüvvə kimi birləşdirmək, Azərbaycan barədə həqiqətlərin, əldə olunmuş nailiyyətlərin, erməni təcavüzünün acınacaqlı nəticələrinin Latviya siyasi və ictimai dairələrinin diqqətinə çatdırmaq və iki ölkə arasındakı əlaqələrdə körpü rolunda iştirak etmək olmuşdur. === "Ocaq" Mədəniyyət Mərkəzi === Latviya azərbaycanlılarının "Ocaq" Mədəniyyət Mərkəzi Azərbaycanın Latviya səfirliyinin təşəbbüsü və dəstəyi ilə 2007-ci ilin əvvəllərindən etibarən fəaliyyətə başlamışdır. 30 may 2007-ci ildə Latviya azərbaycanlılarının "Ocaq" Mədəniyyət Mərkəzinin nəzdində Bazar Günü Məktəbi açılmışdır. "Ocaq" Mədəniyyət Mərkəzinin rəhbəri və Riqa Klassik Gimnaziyasının direktoru olan Roman Əliyev 2007-ci ilin yanvar ayında səs çoxluğu ilə Latviya Respublikasının Təhsil Naziri yanındakı Məşvərət Şurasının sədri seçilmişdir. O, eyni zamanda, Latviya Respublikasının Prezidenti yanında Milli Azlıqlar üzrə Dövlət Komissiyasının Sədridir.
Limli (Şərqi Azərbaycan)
Limli (fars. خر‎) — Güney Azərbaycanın Muğan məntəqəsinin Xoruzlu mahalında yerləşən kənddir. İndiki durumda 20 ailədən ibarətdir. Limlinin qonşu kəndləri bunlardır: Quzeydən Tumar, Doğudan İdəli, Güney Doğudan Ocaq qışlaq, Güneydən Aşağı Sümüklü, Güney Batıdan Yuxarı Sümüklü və Pecnallı, Batıdan Dəmirçixarabası və Daşbulaq. Limli kəndində Cavanşir soyu daha çox yaşamışdır. Limlinin nüfusu keçən 50 ildə 100 oğuşdan (ailədən) ibarət olmuşdur. Ancaq şəhərlərə köç nəticəsində indi 20 ailədən ibarətdir. Limliyə yaxın kəndlər bunlardır: Tıbılğa, Xəmmət, Təkbulaq, Kolankəndi, Balabəyli, Nəzərəlbulağı, Məstalbəyli, Qızqalası, Məscidli, Şahtəpəsi, İncilli, Onbirbəylər. Limli Biləsuvar və Germiyə yaxındır. Əhalisinin çoxu Parsabada, Ərdəbilə və Tehrana köçmüşdür.

Значение слова в других словарях