Azər Aydın oğlu Həsənov (6 may 1982, Qaradəmirçi, Bərdə rayonu – 13 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Azər Həsənov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qaradəmirçi, Bərdə, AzSSR |
Vəfat tarixi | (38 yaşında) |
Vəfat yeri | Ağdərə, Azərbaycan |
Dəfn yeri | Qaradəmirçi, Bərdə, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2014—2020 |
Rütbəsi | Çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 |
Azər Həsənov 1982-ci il mayın 6-da Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olub.[1]
Azər Həsənov 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun çavuşu olan Azər Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azər Həsənov oktyabrın 13-də Ağdərə istiqamətində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]