Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
X-XI əsrlərdə Bağdada ideoloji mübarizə
X-XI əsrlərdə Bağdadda siyasi mübarizə — Xilafətin paytaxtı Bağdadda, ideoloji və məzhəb qarşıdurmalarında təzahür edən, sosial-iqtisadi səbəbləri olan üsyanlar. 991-ci ildə xəlifə Əl-Qadirin taxta çıxmasından 1092-ci ildə Sultan Məlikşahın vəfatına qədər İslam tarixi, həm dini, eyni zamanda siyasi mənada "keçid tarixi" kimi səciyyələnə bilər. Xilafətin paytaxtında, davamını gur kütləvi toqquşmalarda və alimlərin mübahisələrində tapan çoxsaylı təlatümlər, adi həyat hadisələrindən daha artıq idi. İnkişafını izləməyə və anlamağa çalışanlar üçün, onlar nəinki sünnüliklə şiəliyin münasibətlərini, eləcə də hakimiyətin mənası aydınlaşdırar. Buveyhilərin 945-ci ildə Bağdada varmasından sünnülərlə şiələr arasında toqquşmalar çoxaldı, buveyhi əmirlərinin xəlifələr üzərindəki himayəsi isə bütövlükdə məhdud idi. Əl-Qadirin hakimiyətindən(991–1031) yeni an müəyyən olundu: sünnəni müdafiə etmək və xəlifənin hakimiyətini bərpa etmək. Bunun üçün əlbəttə ki Əl-Qadir, xəlifələrə həmişə kifayət etməyən maddi vəsaitlərdən deyil, çevik diplomatiyadan və missioner fəaliyətindən (da'va) istifadə etməli idi. 994-cü ildə ilk mədrəsə sayılan və şiəliyin müdafiəsi üçün nəzərdə tutulan Sabur bin Ərdəşirin (Dar əl-elm)inə qarşı, xəlifə əl-Hərbiyyə məhəlləsində xütbələrin də nəzərdə tutulduğu cümə məsçidi açdırdı. O biri yandan, ciddi xalq təlatümləri, bağdadlı şiələrin xüsusi canfəşanlıqla qeyd etdikləri Aşura və Qədiri-Xum mərasimləri ilə əlaqədar, 998-ci ildə alovlandı. Sünnülər buna qarşı iki tədbirə əl atdılar: Mus'eib bin Zubeyrin qəbrinin ziyarətinə, və Mağara günü bayramına (Yaum əl-qar).
X-XI əsrlərdə Bağdadda ideoloji mübarizə
X-XI əsrlərdə Bağdadda siyasi mübarizə — Xilafətin paytaxtı Bağdadda, ideoloji və məzhəb qarşıdurmalarında təzahür edən, sosial-iqtisadi səbəbləri olan üsyanlar. 991-ci ildə xəlifə Əl-Qadirin taxta çıxmasından 1092-ci ildə Sultan Məlikşahın vəfatına qədər İslam tarixi, həm dini, eyni zamanda siyasi mənada "keçid tarixi" kimi səciyyələnə bilər. Xilafətin paytaxtında, davamını gur kütləvi toqquşmalarda və alimlərin mübahisələrində tapan çoxsaylı təlatümlər, adi həyat hadisələrindən daha artıq idi. İnkişafını izləməyə və anlamağa çalışanlar üçün, onlar nəinki sünnüliklə şiəliyin münasibətlərini, eləcə də hakimiyətin mənası aydınlaşdırar. Buveyhilərin 945-ci ildə Bağdada varmasından sünnülərlə şiələr arasında toqquşmalar çoxaldı, buveyhi əmirlərinin xəlifələr üzərindəki himayəsi isə bütövlükdə məhdud idi. Əl-Qadirin hakimiyətindən(991–1031) yeni an müəyyən olundu: sünnəni müdafiə etmək və xəlifənin hakimiyətini bərpa etmək. Bunun üçün əlbəttə ki Əl-Qadir, xəlifələrə həmişə kifayət etməyən maddi vəsaitlərdən deyil, çevik diplomatiyadan və missioner fəaliyətindən (da'va) istifadə etməli idi. 994-cü ildə ilk mədrəsə sayılan və şiəliyin müdafiəsi üçün nəzərdə tutulan Sabur bin Ərdəşirin (Dar əl-elm)inə qarşı, xəlifə əl-Hərbiyyə məhəlləsində xütbələrin də nəzərdə tutulduğu cümə məsçidi açdırdı. O biri yandan, ciddi xalq təlatümləri, bağdadlı şiələrin xüsusi canfəşanlıqla qeyd etdikləri Aşura və Qədiri-Xum mərasimləri ilə əlaqədar, 998-ci ildə alovlandı. Sünnülər buna qarşı iki tədbirə əl atdılar: Mus'eib bin Zubeyrin qəbrinin ziyarətinə, və Mağara günü bayramına (Yaum əl-qar).
Geoloji kəsiliş
Geoloji kəsiliş — süxurların yatım şəraitinin, müxtəlif yaşlı və tərkibli süxurların qarşılıqlı münasibətinin, geoloji kütlələrin forma və qalınlıqlarının dəyişməsinin, qırışıqlıq və qırılma pozulmalarının xarakterinin, müxtəlif fatsiyaların və onların bir-birinə qarşılıqlı münasibətinin şaquli müstəvidə qrafik təsviri. Geoloji kəsiliş geoloji xəritə ilə birlikdə tərtib edilir və dərinə getdikcə quruluşun dəyişməsini əyani şəkildə göstərir. Geoloji kəsiliş tərtibində təkcə yerüstü müşahidə materialları deyil, həmçinin quyu və geofiziki müşahidə materiallarından da istifadə olunmalıdır. Bəzən Geoloji kəsiliş məfhumu əvəzinə səhvən "Geoloji profil" termini işlədilir. == Azərbaycanda == === Paleontoloji və stratiqrafik nadir geoloji obyektlər === === Geotektonik nadir geoloji obyektlər === === Mineraloji-petroqrafik nadir geoloji obyektlər === === Geomorfoloji nadir geoloji obyektlər === === Hidrosferin nadir geoloji obyektləri === == Həmçinin bax == Geoloji planalma Geoloji tsikl (geoloji inkişaf tsikli) == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Geoloji planalma
Geoloji planalma - Yer qabığının hər hansı bir sahəsinin geoloji quruluşunun və perspektiv mineral-xammal ehtiyatlarının müəyyən edilməsinin əsas üsullarından biri; sahənin birbaşa naturadan geoloji xəritəsini qurmaq üçün aparılan işlərin məcmusu. İki mərhələdən ibarətdir: çöl tədqiqatları və toplanmış faktiki materialın kameral işlənilməsi. Çöl işləri zamanı çöl geoloji xəritəsi tərtib edilir. Bunun üçün təbii çıxışlar, qazıma quyuları, layların yatım elementlərini göstərməklə dağ-mədən qazımaları planlı surətdə öyrənilərək topoqrafik əsasa köçürülür. Geoloji sərhədlər, tektonik strukturlar, qırılma pozulmaları izlənilir, süxurların litoloji tərkibi, mənşəyi, yatma şəraiti və təxmini yaşı müəyyən edilir. Eyni zamanda, kontakt zonaları, faydalı qazıntıların, xüsusilə qaz və neftin təzahürləri qeydə alınır. Süxur, faydalı qazıntı, fauna və flora nümunələri götürülür. Bütün müşahidələr geoloji gündəlikdə qeyd edilir. Kameral işləmə prosesində çöl tədqiqatlarının nəticələri dəqiqləşdirilir: çöldə yığılmış süxur və faydalı qazıntı nümunələri xüsusi laboratoriya tədqiqat üsulları (mikroskopik, kimyəvi, spektroskopik, lüminssent və b.) öyrənilir. Fossil fauna və flora qalıqları təyin edilir, qrafiklər (stratiqrafik sütunlar, geoloji kəsilişlər, xəritələr və b.) çəkilir və geoloji hesabat tərtib edilir.
Geoloji proseslər
Geoloji proseslər — Yerin daxilində və yer qabığında strukturların, yer səthi relyefin dəyişilməsinə, süxurların və mineralların parçalanmasına, onların əmələ gəlməsinə, yatım şəraitinin dəyişilməsinə səbəb olan proseslər.
Geoloji xəritə
Geoloji xəritə - hər hansı bir sahənin geoloji quruluşunun topoqrafik xəritədə qrafik təsviri. Belə xəritələrdə şərti işarələrlə Yer səthinə çıxan müxtəlif geoloji yaşlı çökmə, püskürmə və metamorfik süxurlar, qırılma pozulmaları göstərilir. Maqmatik süxurlar tərkib və yaşına görə ayrılır. Geoloji xəritə miqyaslarına görə icmal (1:1000000-dan kiçik), kiçik (1:1000000 və 1:500000), orta (1:200000 və 1:100000), böyükmiqyaslı və ya mükəmməl (1:50000) və daha böyükmiqyaslı olur. İcmal geoloji xəritələr böyük əraziləri, qitə və bütün Yer kürəsi, digər xəritələr isə ayrı-ayrı region və rayonlar üçün tərtib edilir. == Həmçinin bax == Topoqrafik xəritə == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Çöküntülər (geoloji)
Çöküntülər (geoloji) — fiziki, kimyəvi və bioloji proseslər nəticəsində çökən, hələ sonrakı dəyişilmələrə məruz qalmamış və müasir çöküntü toplanma zonasının səthində yatan məhsullar (qum, lil, sapropel) Subakval çöküntülərdən başqa bunlara küləyin, buzun və başqa amillərin fəaliyyəti və aşınma prosesləri nəticəsində bilavasitə qurunun səthində toplanan məhsullar da aiddir. Dəyişilməyə məruz qalmamış, lakin qədim çöküntü qatlarının tərkibində olan çöküntülərə (məsələn, qumlar, gillər) süxur kimi baxılmalıdır. Süxurları (o cümlədən sementləşməmiş süxurlar) "çöküntü" adlandırmaq olmaz. Qədim çöküntü süxurlar arasında bir sıra çöküntü analoqları məlumdur. Bu isə müasir çöküntülərə aid olan məlumatlardan litoloji və fatsial tədqiqatlar üçün müqayisəli şəkildə istifadə etməyə əsas verir. Çöküntülərin sıxlaşması — diagenez və katagenezdə çöküntülərin qalınlığının azalması. Çöküntülərin sıxlaşması prosesi çöküntülərin həcm çəkisinin artması ilə müşayiət olunur. Gilli, gilli-alevritli və qumlu-gilli çöküntülərin sıxlaşma qabiliyyəti daha yüksəkdir və molluska qabıqlarının və lilyeyənlərin hərəkət izlərinin basılıb yastılaşması və sıxlaşması kimi əlamətlərə görə asanlıqla aşkar edilir. Silisiumlu çöküntülərin sıxlaşması sinerezis nəticəsində yaranır və bu da bəzən çöküntülərdə olan iri qabıqların deformasiyaya uğramasına səbəb olur. Karbonat süxurlarda, yenidən kristallaşma ilə müşayiət edilən sürətli daşlaşma prosesi getdiyinə görə sıxlaşma qabiliyyəti ən aşağı olur.
Teoloji fatalizm
Azad iradə haqqında arqument, azad iradə paradoksu və ya teoloji fatalizm — insan həyatının hadisələrini və gedişatına nəzarət edən ilahi təqdirə inam. Hər bir fərd onun həyat yolunu, qərarlarını və seçimlərini müəyyən edən ali güclərin təsirinə məruz qalır. İnsan həyatına ilahi müdaxiləni vurğulayan İslam, Kalvinizm və Yansenizm də daxil olmaqla müxtəlif dini təlimlərlə əlaqələndirilir. Əsas fikir ondan ibarətdir ki, taleyin əvvəlcədən müəyyən edilmiş planı var, daha yüksək bir güc tərəfindən idarə olunur və dəyişdirilə bilməz. Lakin Allahın hər şeyi bildiyi, xüsusən də hər şeyi bilməklə iradənin bir araya sığmaması və hər iki xüsusiyyəti özündə birləşdirən hər hansı bir Tanrı anlayışının ağlasığmaz olduğu iddiaları ilə bağlı bir çox ziddiyyətlər də vardır. == Hər şeyi bilmə və azad iradə == Tanrının varlığına qarşı bəzi arqumentlər insanlarıb azad iradəyə malik olması ilə Tanrının hər şeyi bilməsi arasında iddia edilən uyğunsuzluğa diqqət yetirir. Məşhur yəhudi filosofu Maymonid ilahi hərşeyə qadirlik ilə yaratdığı insanın azad iradəsi arasındakı ziddiyyəti ənənəvi yaxşı və pis əməllər baxımından belə təsvir etmişdir: Anqlikan teoloq Montqomeri Vott xristian vəhyinin oxşar təsvirini verdi: Bu arqumentin məntiqi forması aşağıdakı kimi ola bilər: İnsanın “azad yaradılmış” olduğunu iddia edən “S”-i (seçimi) Tanrı bilir. İndi “S”-in baş verməsi (gerçəkləşməsi) lazımdır. Əgər indi “S”-in baş verməsi zəruridirsə, “S” başqa cür ola bilməz (“zəruri”nin tərifi budur). Yəni, ilahi təqdirə görə faktiki “imkanlar” yoxdur.
Azərbaycanda hidroloji rejim
Azərbaycanda su ehtiyatları−Azərbaycanda 8359 çay var, onlardan ikisinin (Kür və Araz çaylarının) uzunluğu 500 kilometrdən artıqdır. Daha 22 çayın uzunluğu 101–500 km arasında, 40 çayın uzunluğu 51–100 km, 107 çayın uzunluğu isə 26–50 km arasındadır. Kür çayı hövzəsində 5141, Araz çayı hövzəsində 1177 çay var. Qolları ilə birlikdə birbaşa Xəzər Dənizinə tökülən çayların sayı 3218-dir. Ümumilikdə çay şəbəkəsinin sıxlığı 0,36 km/km2 -dir. == Hidroloji müşahidə şəbəkəsi == Azərbaycanın əsas transsərhəd çayları (21 çay) Kür, Araz, Qanıxçay, Qabırrıçay, Samurçay, Astaraçay çayları və Kür, Araz çaylarının qollarını təşkil edən, kiçik çaylardır. Respublikanın su obyektlərində — çaylarda, göllərdə və su anbarlarında stasionar hidroloji müşahidələr Milli Hidrometeorologiya Departamenti tərəfindən 59 hidroloji məntəqədə aparılır. Həmin məntəqələrdə təlimata uyğun olaraq su obyektlərinin vəziyyəti, suyun səviyyəsi, temperaturu, su sərfləri, dalğalanma və su rejiminin başqa elementləri üzərində standart hidroloji müşahidələr aparılır. == Yerüstü su ehtiyatları == Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və bütöv regiondakı su ehtiyatının yalnız 15 faizini əhatə edir. Qafqazda cəmi 310 milyard kubmetr su ehtiyatı var ki, bunun da Azərbaycan üzrə adambaşına düşən su payı qonşu respublikalarla müqayisədə ən aşağı səviyyədədir.
Asiyanın geoloji quruluşu
Asiya müəyyən hissəsi əvvəllər Qondvana superkontinentinin tərkibində olmuş kembriyəqədərki qabıq bloklardan ibarətdir. == Ümumi məlumat == Fanerozoyda blokların Qondvananın kənarından qopması, onların litosfer plitələri ilə birlik də şimala doğru dreyfi və toqquşma (kolliziya) prosesində əvvəlcə Lavrasiyaya, Mezozoyun ortalarından isə Avrasiyaya birləşməsi (tektonik akkresiya) baş vermişdir. Bu zaman qədim okeanlar (Paleoasiya, Paleotetis, Mezotetis və Neotetis) dövri olaraq açılmış və qapanmışdır. Asiyada şimal (Lavrasiya) blokları sırasına qədim Sibir platforması, kembriyəqədərki kiçik massivlər, cənubda (Qondvana) blokları sırasına isə Hindistan, Ərəbistan, Çin-Koreya, Tarim, Cənubi Çin platformaları, Hind-Çin, Şimali və Cənubi Tibet və s. qədim massivlər aid edilir. Blokları bir-birindən ayıran Son Proterozoy və Fanerozoy qırışıqlıq sahələri və sistemləri 3 mütəhərrik qurşaq əmələ gətirir: qədim okeanların qapanması zamanı əmələ gəlmiş Ural-Oxot və Aralıq dənizi qurşaqları, həmçinin Asiya ilə Sakit okean sərhədində inkişaf edən Qərbi Sakit okean qurşağı. Mütəhərrik qurşaqların qırışıqlıq strukturlarının bir hissəsi cavan platformaların (Qərbi Sibir, Turan və s.) çöküntü qatı ilə örtülmüşdür. Platformaların və qırışıqlıq sahələrinin ayrı-ayrı hissələri Kaynozoyda orogenezə məruz qalmış və törəmə dağ qurşaqları (Mərkəzi Asiya və s.) formalaşmışdır. Müasir rift əmələ gəlmə prosesi Baykal gölü rayonunda və Şimali Çində fəal təzahür edir. Qırmızı dənizin yaranmağa başlayan okean rifti Ərəbistan platformasını Afrika platformasından ayırır.
Aspirant teoloji birliyi
Aspirant teoloji birliyi, QTU (ing. Graduate Theological Union) — Berkli şəhərində doqquz müstəqil seminariya və on bir tədqiqat mərkəzinin birləşməsi. == Tarixi == QTU 1962-ci ildə qurulmuşdur və Berkli Kaliforniya Universitetinin törəməsidir. QTU-nun İlahiyyat Fakültəsi ABŞ-də ən böyüyüdür. QTU, Berklidəki Kaliforniya Universitetinin və Stanford Universitetinin kitabxanaları tərəfindən qəbul edilməsinə nəzarət edilən dünyanın ən böyük teoloji kitabxanalarından birini saxlayır. QTU-nun məktəb və seminariyalarının əksəriyyəti Kaliforniya Universitetinin Berkli şəhərciyinə bitişikdir. Tələbə sayı təxminən 1300 nəfərdir. QTU məktəblərinin ənənəvi teoloji fənlərdən əlavə tədris proqramı humanitar, mədəni və tarixi tədqiqatlar, mənəviyyat, fəlsəfə və fənlərarası tədqiqatları əhatə edir. QTU, aşağıdakı magistr dərəcələri üçün təhsil proqramları təklif edir: Sənət Ustası, İlahiyyat Magistri, İlahiyyat Magistri və (Berklidəki Kaliforniya Universiteti ilə əməkdaşlıqda) PhD və İlahiyyat Doktoru. Xristianlıq (Protestantizm, Katoliklik, Yunan Pravoslavlığı), İslam, Yəhudilik və Buddizm kimi dini ənənələrin nümayəndələri QTU-da təhsil alırlar.
Azərbaycanın geoloji quruluşu
Blok (geoloji termin)
Blok (geoloji termin) - tektonikada Yer qabığının stabil və ya bütöv kütləsilə hərəkət edən, yarıqlarla hududlanmış, iri ölçülü (yuzlərlə km2-dən min km2-dək) sahəsi. Blok planda üçbucaqlı, dördbucaqlı, poliqonal, habelə pazvari, prizmatik şəkildə olur. Daha böyük ölçülü bloklar mozaik quruluşlu qırışıqlıq vilayətlərində və plaformaların özülündə müşahidə edilir. Çox vaxt blok hüdudlayan yarıqlar, adətən, anomal fiziki sahələr (qravitasion pillələr, xətti maqnit anomaliyaları) şəklində izlənilir. Bloklar arası qovuşma zonası tektonik tikiş və ya pozulma zonası olub bəzən maqmatik cismlərlə zəngin olur. == Həmçinin bax == Tektonika == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Dializ (geoloji termin)
Dializ (geoloji termin) -' kolloid məhlulları həqiqi məhlul halında olan maddə qarışıqlardan təmizləmək üçün diffuziya qanunlarına əsaslanmış üsul. Molekulyar-həll olmuş maddələri (elektrolit) keçirən, lakin kolloid hissəcikləri buraxmayan məsaməli membranadan istifadə edilir. Gillərin tədqiqində, əsasən, davamlı suspenziyalar almaq məqsədilə həll olan duzların su suspenziyalarını kənar etmək üçün tətbiq edilir. Dializ sabit elektrik cərəyanı sahəsində daha da tezləşir və bu halda elektrodializ adlanır. == Həmçinin bax == Kolloidlər Diffuziya Elektrolit Gillər == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Naxçıvanın geoloji quruluşu
Naxçıvan MR geoloji quruluşu Ş. Əzizbəyov, A. Antonov, B. Budaqov, və b. tərəfindən öyrənilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisi geoloji baxımdan Kiçik Qafqazın Naxçıvan qırışıqtektonik zonasında yerləşir. Ərazinin geoloji quruluşunun qalınlığı 14 km-dir. (Kaynazoy, Mezazoy və Paleozoy eraları). Ərazidəki yer qabığının qalınlığı 48–54 km olaraq "qranit" qatı 15–20 km, "bazalt" qatı isə 20–25 km-dir. Geoloji quruluşuna görə Naxçıvan Muxtar Respublikası ərazisi Birinci dərəcəli üç qarışıqlı strukturu əhatə edir: Şərur-Culfa antiklinorisi, Ordubad sinklinorisi və Zəngəzur antiklinorisi. Bu strukturlar Ümumqafqaz istiqamətlidir. Şərur – Culfa antiklinorisində təbaşirə qədər, Ordubad sinklinorisində isə oliqosendən sonrakı və miosendən əvvəlki xətti qırışıqlıqla əlaqədar əmələ gəlmişdir. Göründüyü kimi, Naxçıvan MR-in Arazboyu maili düzənlik zonası ayrıca bir geoloji struktur təşkil etməyib, dağlıq ərazi ilə eyni struktura malikdir.
Qalxan (geoloji termin)
Qalxan və ya Sipər –platformanın kristallik, iri müsbət strukturu. Q. daxilində kristallik süxurlardan təşkil olunmuş, qırışıq əsas səthə çıxır. Q. adətən yer qabığının qalxmış hissəsinə uyğun gəlir. Termin birinci dəfə Avstriya geoloqu E. Züss (1885) tərəfindən təklif edilmişdir.
Aspirant Teoloji İttifaqı
Aspirant teoloji birliyi, QTU (ing. Graduate Theological Union) — Berkli şəhərində doqquz müstəqil seminariya və on bir tədqiqat mərkəzinin birləşməsi. == Tarixi == QTU 1962-ci ildə qurulmuşdur və Berkli Kaliforniya Universitetinin törəməsidir. QTU-nun İlahiyyat Fakültəsi ABŞ-də ən böyüyüdür. QTU, Berklidəki Kaliforniya Universitetinin və Stanford Universitetinin kitabxanaları tərəfindən qəbul edilməsinə nəzarət edilən dünyanın ən böyük teoloji kitabxanalarından birini saxlayır. QTU-nun məktəb və seminariyalarının əksəriyyəti Kaliforniya Universitetinin Berkli şəhərciyinə bitişikdir. Tələbə sayı təxminən 1300 nəfərdir. QTU məktəblərinin ənənəvi teoloji fənlərdən əlavə tədris proqramı humanitar, mədəni və tarixi tədqiqatlar, mənəviyyat, fəlsəfə və fənlərarası tədqiqatları əhatə edir. QTU, aşağıdakı magistr dərəcələri üçün təhsil proqramları təklif edir: Sənət Ustası, İlahiyyat Magistri, İlahiyyat Magistri və (Berklidəki Kaliforniya Universiteti ilə əməkdaşlıqda) PhD və İlahiyyat Doktoru. Xristianlıq (Protestantizm, Katoliklik, Yunan Pravoslavlığı), İslam, Yəhudilik və Buddizm kimi dini ənənələrin nümayəndələri QTU-da təhsil alırlar.
Şimali Amerikanın geoloji tarixi
Mezozoy erasının ilk dövrü olan Trias dövründə dinozavrlar meydana çıxmağa başlamış və stünlüklərini artıraraq sürətlə ABŞ-yə yayıldılar. Tezliklə Pangeya parçalandı və Şimali Amerika şimal və qərbə sürüşməyə başladı. Yura dövrünün sonlarında qərb ştatlarının subasarları Allosaurus, Apatosaurus və Stegosaurus kimi dinozavrların yaşayış məskəni oldu. Təbaşir dövrü ərzində Meksika körfəzi Şimali Amerikanı yarıya bölənə qədər genişləndi. Plesiosaurs və Mosasaurs sular altında qaldı. Bu dövrün sonunda su geri çəkilməyə başladı və qərb əyalətlərinin sahilboyu düzənlikləri Edmontosaurus, Triceratops və Tyrannosaurus kimi dinozavrların yaşayış məskəni oldu. Digər bir kütləvi məhv olma dinozavrların hökmranlıqlarına son qoydu. Kaynozoy erasında Təbaşir erasında yaranan daxili dənizlər tədricən yox olmağa və məməlilər quruda hakimiyyət qurmağa başladı. Eosen dövründə qərb ştatları kiçik ibtidai dəvə və atlar, eləcə də ətyeyən kreodontların yaşayış məskəni oldu. Qısa müddət sonra məməlilər okeana daxil oldular və ibtidai balina Basilosaurus cənub sahil sularında üzməyə başladı.
Geoloji Kəşfiyyat Agentliyi (Azərbaycan)
Milli Geoloji Kəşfiyyat Xidməti — Milli Geoloji Kəşfiyyat Xidməti sistemləşdirilmiş geoloji tədqiqatların (regional geoloji, geofiziki, hidrogeoloji, mühəndis-geoloji, geoekoloji) aparılmasını, perspektiv sahələrdə geoloji axtarış və geoloji-kəşfiyyat işlərinin yerinə yetirilməsini, mineral-xammal ehtiyatlarının və resurslarının hesablamasını, yerin dərinlik quruluşunun, seysmohidrogeodinamik şəraitinin, ekzogen geoloji proseslərin və digər təbiət hadisələrinin öyrənilməsini həyata keçirir.
Azərbaycan relyefinin geoloji inkişaf tarixi
== Azərbaycan relyefinin geoloji inkişaf tarixi == Respublika ərazisinin relyefinin inkişafının neotektonik mərhələsi Kaynozoy erasının Oliqosen epoxasından Holosen də daxil olmaqla Dördüncü dövrədək mərhələni əhatə edir. Bu mərhələdə Oliqosen-Erkən Miosen, Orta - Son Miosen, Erkən Pliosen (Balaxanı əsri), Son Pliosen (Ağçagil əsri) və Dördüncü dövr epoxaları ayrılır.
Milli Geoloji Kəşfiyyat Xidməti (Azərbaycan)
Milli Geoloji Kəşfiyyat Xidməti — Milli Geoloji Kəşfiyyat Xidməti sistemləşdirilmiş geoloji tədqiqatların (regional geoloji, geofiziki, hidrogeoloji, mühəndis-geoloji, geoekoloji) aparılmasını, perspektiv sahələrdə geoloji axtarış və geoloji-kəşfiyyat işlərinin yerinə yetirilməsini, mineral-xammal ehtiyatlarının və resurslarının hesablamasını, yerin dərinlik quruluşunun, seysmohidrogeodinamik şəraitinin, ekzogen geoloji proseslərin və digər təbiət hadisələrinin öyrənilməsini həyata keçirir. Azərbaycan Respublikasının mövcud mineral-xammal bazasını strateji əhəmiyyətli faydalı qazıntı yataqları və eləcə də sənaye xammalları və tikinti materialları, mineral,süfrə,sənaye,termal su ehtiyatları hesabına genişləndirmək məqsədilə yer təkinin kompleks geoloji öyrənilməsi zamanı regional geoloji, hidrogeoloji, mühəndis-geoloji, geoekoloji və bu qəbildən olan digər məxsusi tədqiqatların planauyğun və məqsədyönlü aparılması tələb olunur. Hal-hazırkı dövrə qədər 1:50000 miqyaslı geoloji planalma işləri ilə ölkə ərazisinin xeyli hissəsi örtülmüşdür. Keçən əsrin ortalarından başlanan 1:50000 miqyaslı geoloji planalma işlərinin nəticəsində tərtib olunan geoloji və faydalı qazıntı yataqlarının yerləşmə qanunauyğunluqları xəritələrinin əksəriyyəti müasir dövrün tələblərinə tam cavab vermədiyi üçün onların daha da dəqiqləşdirilməsinə (yer səthinin aerokosmikfotoşəkillərinin məsafədən zondlaşdırılmasına, spektroqramlar vasitəsilə incələnən perspektiv sahələrin ərazi doğrulama çalışmaları vasitəsilə, gizli strukturların isə buruq qazma işləri vasitəsilə öyrənilməsinə) zərurət yaranmışdır. Son dövrlərdə geologiya elminin inkişaf aspektləri içərisində ən önəmli yer alan aerokosmik (TERRA, Aster və digər) fotoşəkillərin məsafədən incələnməsi üzrə tətbiq olunan kompüter proqramları (Arc.GİS, Arc View, Erdas İmagine, Pci Geomatica, Envi) vasitəsilə yer səthinin geoloji strukturunun öyrənilməsi, spektroqramlar əsasında minerallaşmış, hidrotermal dəyişmiş və digər (faydalı qazıntılara perspektiv) sahələrin müəyyənləşdirilməsi həyata keçirilir. Ərazi doğrulama çalışmaları (müvafiq miqyaslı geoloji marşrutların keçilməsi, dag-qazma, sınaqlaşdırma işlərinin aparılması) ilə müşayiət olunan bu tədqiqatlar vasitəsilə faydalı qazıntılara perspektiv olan sahələrin müəyyənləşdirilməsinə daha operativ surətdə nail olmaq mümkündür. Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatının son nəticəsi olan sənaye potensiallı filiz, qeyri filiz, inşaat materialları, su yataqlarının ehtiyatları dövlət qeydiyyatına alındıqdan sonra onların xalq təsərrüfatı dövriyyəsinə cəlb edilməsi, iqtisadiyyatın kəşf edilmiş və sənaye ehtiyatı təsdiq olunmuş mineral xammala və yeraltı sulara (şirin, mineral, termal, sənaye) tələbatının ödənilməsi zərurəti meydana çıxır.. Respublikamızda aşkar olunmuş filiz yataqları aşağıdakı mineral-xammal qruplarına ayrılır: dəmir və dəmir-ərinti materialları;əlvan metallar; nəcib metallar və radioaktiv metallar. Respublikamızda mövcud olan sənaye sahələrinin tələbatını ödəmək məqsədilə aşağıdakı istiqamətlərdə geoloji-tədqiqat işləri aparılmış və müvafiq xammal ehtiyatları qeydə alınmışdır: kükürd, barit, gips, anhidrit, gəc, bor, keramika xammalı, dolomit, maqnezium oksidi, serpentinit, seolit, bentonit gilləri, kvarsit, xörək duzu, daş kömür, qonur kömür, kömürlü süxurlar, yanar şistlər, mineral boyalar, flyus və soda üçün əhəngdaşı xammalı ,şüşə xammalı, vermikulit ,selitra, korbanat xammalı, əlvan daşlar, kaolin gilləri, fosforit, apatit. Azərbaycan Respublikası ərazisində və eləcə də Abşeron yarımadası ərazisində ekzogen geoloji proseslərin öyrənilməsi, tədqiqi və monitorinqi işləri mütamadi olaraq davam etdirilir.
Şimali Amerika materikinin geoloji quruluşu və relyefi