Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kafir
Kafir (ərəbcə كافر – örtən) – Küfr imanın əksidir. Kafir sözünün lüğəti mənası örtən deməkdir. Bu səbəbdən də buğdanı torpağa basdıran əkinçiyə də kafir (küfr edən) deyilir. Küfr 3 cürdür: cəhli, cuhudi, cəlali . Küfrdə inad edənlər öz imanlarını itirirlər. Qurani-Kərimdə haqqı bilə-bilə onu inkar edənlər kafirlər haqqında deyilir: "(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər.
Kefir
Kefir — yüksək kalorili qida məhsuludur. O südün mayalanmasından əldə edilir. Adətən açıq-sarı rəngdə olur. Kеfir qarışıq spirtə və süd turşusuna qıcqırdılmış pəhriz məhsuludur. Bunun mayasının tərkibində kеfir göbələkləri, süd turşusuna qıcqırdan strеptоkоkklar və süd mayaları vardır. Süd pastеrizə еdilir, sоyudulur, üzərinə 5%-ə qədər baktеrial işçi maya əlavə еdilir. 18-24°C-də 8-16 saat saхlanılır. Turşuluğu bu dövrdə 75-80° T-yə qədər artır. Məhsul 8- 11°C-yə qədər sоyudulur. və mayaların inkişafı üçün12-36 saat saхlanılıb yеtişdirilir.
Don Kifer
Donald H. "Don" Keefer (18.8.1916, Highspire, Pennsilvaniya, ABŞ) — aktyor.
IAI Kfir
IAI Kfir (İv כְּפִיר, “Aslan balası”) IAI tərəfindən buraxılmış İsrail istehsalı bir döyüş təyyarəsidir. Təyyarənin ilk prototipi 19 oktyabr 1970-ci ildə istehsal edilmiş, ilk uçuşunu 1973-cü ilin iyununda etmiş və 1976-cı ildə istismarına başlanılmışdır. Kfir, Fransa mənşəli Dassault Mirage V bazasında hazırlanmışdır və General Electric J79 mühərriki və İsrail istehsalı avionika və silahlarla təchiz edilmişdir.
Kafir Günbəd Türbəsi
Kafir Günbəd Türbəsi – İranda, Qəzvinin Niyaq kəndi yaxınlığında yerləşən və inşa tarixi XII – XIII əsrlərə aid edilən türbə. Türbə ümumilikdə səkkizbucaqlı quruluşa malikdir. Türbənin tinləri bayır tərəfdə qabarıq olub üzləri yelən kimi dövrələyir. İçəridə isə hər üzdə sivri tağça qurulmuşdur. Tağçaların üst əyri hissəsi ümumi səthdən bir az irəli çıxmışdır. Onların arasındakı tromplar günbəz oturacağının çevrəsinə keçidi təmin edir. İç məkan sferokonik günbəzlə örtülü olmuşdur. Qalıqlara əsasən araşdırmaçılar Kafir Günbəd türbəsinin səkkizüzlü piramida biçimli günbəzlə örtüldüyü qənaətindədirlər. Kafir Günbəd türbəsinin iç və dış səthlərində bəzək izləri qalmamışdır. Bu abidəni Azərbaycanın digər səkkizüzlü türbələrindən fərqləndirən bir cəhət də onun üzlərində dünyanın dörd yönünə açılan qapı gözlərinin olmasıdır.
Kafir Qala döyüşü
Kafir Qala döyüşü — Herat yürüşünün nəticəsini müəyyən edən toqquşmalar seriyasıdır. Bəzi xüsusiyyətlərinə görə Səngan döyüşünə bənzəyən Kafir Qala döyüşü Abdali əfqanlarla Nadir xanın rəhbərlik etdiyi Səfəvi ordusu arasında baş tutmuş və Səfəvi ordusunun qələbəsi ilə nəticələnmişdir. == Arxa plan == Nadir xanın bundan əvvəlki yürüşü Sənganın yağmalanması və Abdali əfqanlar üzərində taktiki qələbə ilə nəticələnmişdi. Lakin Nadir xan bu yürüşündə heç bir yeni ərazi əldə edə bilməmiş və kiçik qələbədən sonra Məşhədə geri dönməyə məcbur olmuşdu. Onun planlarını pozan Səfəvi şahı II Təhmasib olmuşdu. Beləki II Təhmasib onu xain elan etmiş və bu Nadiri geri dönməyə məcbur etmişdi. Geri dönüb şah üzərində qələbə qazanan və onu özündən asılı vəziyyətə salan Nadir, bütün daxili problemləri həll etdikdən sonra çoxdan gözlənilən Herat yürüşünə başladı. == Döyüş == === İlk toqquşmalar === "Tarix-e Cahanqoşa-ye Naderi"də olan məlumata görə, Nadir qoşunu ilə 1729-cu ilin Novruz bayramından 46 gün sonra Abdali əfqanları ilə döyüşə yola düşdü. Kafir qala ətrafında düşərgə salandan sonra Niyazqulu bəy Qacarın rəhbərliyi altında 500 nəfərdən ibarət qarovul dəstəsi yaratdı və qoşunun mühafizəsini bu dəstəyə tapşırdı. Nadir yürüşünə cavab vermək üçün Abdali əfqanların rəhbəri olan Allahyar xan Heratın 80 km qərbində olan Kafir Qala adlanan yerdə onu qarşıladı.
Sıfır
Sıfır — ədəd oxunu müsbət və mənfi ədədlərə ayıran tam ədəd. Qədim yunan astronomu və riyaziyyatçısı Klavdi Ptolemey astronomik cədvəllərində boş kvadratlara O işarəsi qoyardı (yunan əlifbası ilə omikron hərfi, q.yun. ονδεν — heç nə). Sıfır rəqəmi işarəsinin ondan yarandığı güman edilir. İstənilən ədədin üzərinə 0 əlavə etsən, cəm dəyişmir. Bu xassə genişləndirilmiş sistemlərdə, o cümlədən həqiqi və kompleks ədədlər meydanında da doğrudur. İstənilən ədədin 0-a hasili sıfra bərabərdir. Sıfırın işərəsi yoxdur, yəni o, nə mənfi, nə də müsbət ədəddir. 0 nə tək ədəddir, nə də cüt ədəddir. 0 istənilən natural ədədə bölünür və qismət 0-a bərabərdir.
Kiçik gizir
Kiçik gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kiçik miçman rütbəsidir.
Sıfır hipotezi
Sıfır hipotezi — statistikada seçilmiş təsadüfi verilənlərin paylanma ehtimalının yoxlanmasıdır. Çox vaxt sıfır hipotezi kimi araşdırılan parametrlər arasında asılılığının və ya korrelyasiyanın olmaması, iki və daha artıq seçimlərdəki qiymətlərin fərqli olmaması götürülür. Elmi araşdırmalarda hipotezin yoxlanması onun mövcud olmamasını, daha doğrusu onun mövcud parametrlərlə əlaqədə olmamasını sübur etməyə gətirilir. Bu halda başqa hipotez- sıfır hipotezini inkar edən konkurent hipotezdən istifadə edilir. Əliyev, R. Maşınqayırma leksikonu. Bakı: Apostroff, I hissə, 2012.427 s. Şahbazov, Ə. Ehtimal nəzəriyyəsi və riyazi statistika: ali məktəblər üçün dərslik / red. M. Bunyatov. Bakı: Maarif, 1973. 577s.
Sıfır ili
Sıfır ili (Kxmercə: ឆ្នាំសូន្យ chhnam saun) — 1975-ci ilin aprelində Kambocada Qırmızı kxmerlər tərəfindən elan olunmuşdur. Bunu Fransada 1 ili hadisəsinin analogiyası hesab etmək olar. Sıfır ilinin arxasında duran fikir budur ki, cəmiyyətdəki bütün mədəniyyətlər və ənənələr tamamilə məhv edilməli və ya atılmalı və sıfırdan başlayaraq yeni bir inqilabi mədəniyyətlə əvəz edilməlidir. Sıfır ilindən əvvəl xalqın və ya ölkənin bütün tarixi əhəmiyyət kəsb etmir, çünki təmizlənəcək və yenidən dəyişdiriləcəkdir.
Amin Novruzov (kiçik gizir)
Amin Taciddin oğlu Novruzov (16 avqust 1996, Qullar, Balakən rayonu – 2 noyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Amin Novruzov 1996-cı il avqustun 16-da Balakən rayonunun Qullar kəndində anadan olub. 2002–2013-cü illərdə Qullar kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Amin Novruzov 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2017-ci ildən isə Dövlət Sərhəd Xidmətinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Amin Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amin Novruzov noyabrın 2-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Anar Məmmədov (kiçik gizir)
Aqşin Quliyev (kiçik gizir)
Daşqın Rzalı (kiçik gizir)
Elnur İbrahimov (kiçik gizir)
Elçin Əhmədov (kiçik gizir)
Fərid Quliyev (kiçik gizir)
Kərim Əliyev (kiçik gizir)
Orxan Cabbarov (kiçik gizir)
Samir Mehdiyev (kiçik gizir)
Tural Abdullayev (kiçik gizir)
Yaşar Əhmədov (kiçik gizir)
Şahin Tağıyev (kiçik gizir)
Əli Hüseynov (kiçik gizir)
Əli Rəşid oğlu Hüseynov — Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrin giziri; Vətən Müharibəsi Qəhrəmanı. Əslən Samux rayonundan olan Əli Hüseynov Xüsusi Təyinatlı Qüvvələrdə "gizir" hərbi rütbəsində xidmət edib. 2020-ci ilin sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşanın azad edilməsi uğrunda gedən hərbi əməliyyatlar zamanı fərqlənib. Xüsusi xidmətləri nəzərə alınaraq Vətən Müharibəsi Qəhrəmanı adı verilib, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilib.
Əli Məmmədov (kiçik gizir)
Fikir
Təfəkkür — cisim və hadisələr arasındakı qanunauyğun əlaqə va münasibətlərin ümumiləşmiş və vasitəli inikasından ibarət olan mürəkkəb idrak prosesidir. Təfəkkür başqa idrak proseslərindən fərqli olaraq cisim və hadisələrin daxili əlaqələrini, mahiyyətini əks etdirir. Bunsuz xarici aləmi dərk etmək, onun qanunauyğunluqlarından istifadə etmək mümkün olmazdı. Hiss və duyğular vasitəsilə toplanan məlumatın beyində cəmlənməsi və istehsalı ′′′təfəkkür′′′ adlanır. Təfəkkür cism və hadisələrin mahiyyətinin onlar arasında asılılıqların insan şüurunda ümumiləşmiş və vasitəli inkasından ibarət idrak prosesidir. Şüur onun özəyi, duyğu və qavrayış isə mənbəyidir. == Təfəkkür anlayışı == Təfəkkür ali psixi fəaliyyətin insana məxsus bir forması olub, cisim və hadisələrdən, onlar arasındakı əlaqə və qanunauyğunluqlardan əqli nəticə çıxarmaq qabiliyyətinə deyilir. Təfəkkür prosesinin əsasını əqli (insana məxsus olan həyat təcrübəsi, bilik ehtiyatları) qabiliyyət təşkil edir. Başqa sözlə, təfəkkürə intellektin aktiv fəaliyyət forması da demək olar. Duyğu, qavrama, təsəwür proseslərindən fərqli olaraq təfəkkür zamanı insan faktları müqayisə və təhlil edir, onların arasındakı əlaqələri, qanunauyğunluqları və digər münasibətləri nəzərdən keçirir, bunların əsasında mühakimə yürüdür.
Gizir
Gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə miçman rütbəsidir.
Sıfır-gün hücumları
Termodinamikanın sıfır qanunu
Termodinamikanın sıfır qanunu — temperaturu ətraflı nəzərdən keçirmək üçün termodinamik tarazlığın mövcud olması haqqında yaradılan qanundur. İlk dəfə bu qanun 1931-ci ildə ingilis fiziki Ralf Hovard Fauler tərəfindən yaradılmışdır.
Sıfır-gün (informatika)
Sıfır-gün (ing. Zero-day; həmçinin Sıfır-saat və ya 0-gün kimi tanınır) açığı əvvəlcədən aşkara çıxarılmamış gizli kompüter proqramı açığıdır və xakerlər tərəfindən, məlumat, kompüter və ya şəbəkəyə mənfi təsir üçün istifadə olunur. Bu qüsur məlum olan kimi proqram müəllifinin onun mənfi məqsədlər üçün istifadə olunmasının qarşısını almaq üçün sıfır günü mövcuddur. Xakerlər hücumlarında sıfır-gün açığını ictimayyətə açıqlandığı gün və ya ondan əvvəlki gün istifadə edirlər. Bu hücumlar çox təhlükəlidir. "Sıfır-gün" termini ilkin olaraq yeni proqram təminatının ictimaiyyətə təqdim edilməsindən sonrakı günlərin sayını nəzərdə tuturdu, buna görə də "sıfır gün proqramı" buraxılışdan əvvəl tərtibatçının kompüterinə sındırılaraq əldə edilmişdir. Nəhayət, bu termin bu sındırmağa icazə verən zəifliklərə və satıcının onları düzəltməli olduğu günlərin sayına tətbiq olundu. Təchizatçılar zəiflik barədə məlumat əldə etdikdən sonra adətən zəiflikləri aradan qaldıracaq və ya onu azaltmaq üçün həll yollarını məsləhət görəcəklər. Sıfır-gün adının iki əsas mənşəyi mövcuddur. Proqram təminatında zəiflik tapıldığı zaman onu mənfi məqsədlə istifadə etmək üçün bir neçə gün tələb olunur, eyni zamanda antivirus satıcıları tərəfindən bu boşluğu qaldırmaq üçün həllər axtarılır.
Sıfır əsaslı büdcələşdirmə
Sıfır əsaslı büdcələşdirmə (ing. zero-based budgeting, ZBB) — əvvəlki dövrlərin büdcələrinin faktiki dəyərlərinin nəzərə alınmadığı büdcə planlaşdırma metodu. Bu zaman büdcələrin əsasını satış proqnozları, texnoloji məsrəf standartları və iqtisadi hesablamalar təşkil edir. Ümumiyyətlə, metod ənənəvi yanaşma ilə müqayisədə daha dəqiq nəticə verir. İngilis professoru Kolin Druri sıfır əsaslı büdcələşdirməni planlaşdırılan xərclərin sıfırdan müəyyən edildiyi, yəni hər bir dövrün (ilin) ​​büdcəsinin cari xərclər proqramı yeni başlamış kimi tərtib edildiyi büdcə üsulu kimi müəyyən edir. Amerikalı iqtisadçı Je Şimin fikrincə, sıfır əsaslı büdcələşdirmə müəssisədə resursların bölüşdürülməsini təkmilləşdirmək üçün layihələrin və funksiyaların xərc-fayda təhlilindən istifadə edən planlaşdırma və büdcələşdirmə vasitəsidir. Ənənəvi büdcələşdirmə, əvvəlki ilin fəaliyyətlərinin əhəmiyyətli olduğunu və eyni tendensiya ilə davam etməli olduğunu nəzərə alaraq, əvvəlki ildən artan dəyişikliklərə diqqət yetirir. Sıfır əsaslı büdcələşdirmədə xərc və fayda smetaları sıfırdan, sıfırdan qurulur və əsaslandırılmalıdır. Hər bir menecer sıfır balansdan başlayaraq öz büdcə tələbini ətraflı əsaslandırmalıdır. Sıfır əsaslı büdcələşdirmə aşağıdakı üç addımı əhatə edir: qəbul edilmiş qərarların ümumi paketi çərçivəsində qərarların qəbul edildiyi hər bir fəaliyyət növünün təsviri; həllərin prioritetliyinə görə qiymətləndirilməsi və sıralanması; ayrılmış vəsaitlərin ümumi həcmi nəzərə alınmaqla prioritet əsasında resursların ayrılması.
Almaniya, sıfır ili
Almaniya — sıfır ili (it. Germania anno zero) — 1948-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş dramatik film. == Məzmun == 1948-ci il, Berlin şəhəri. İkinci dünya müharibəsi qurtarmağına baxmayaraq, şəhərdə kasıbların sayı çoxalmışdır. Onların içində Edmund adında 12 yaşlı oğlan var idi. Onun atası ciddi xəstədir. Ailəsinə yardın göstərə bilmir. Bu səbəbdən, Edmund həyatını zirzəmilərdə keçirir. Müəllim Cənab Henninq kasıb uşaqları öz evinə gətirir. Edmund da onların içində idi.
Sıfır faiz dərəcəsi siyasəti
Sıfır faiz dərəcəsi siyasəti (ing. Zero interest rate policy, ZIRP) — 16 dekabr 2008-ci ildən Yaponiya və ya ABŞ kimi çox aşağı faiz dərəcələrində makroiqtisadi siyasət və zəif iqtisadi artım. Bu siyasətlə Mərkəzi Bank sıfır nominal faiz dərəcəsi müəyyən edir və pul kütləsini artırmaq və borclanmanı stimullaşdırmaq üçün faiz dərəcəsini daha da aşağı salmaq imkanına malik deyil. Siyasət borc bazarının şəffaflığı problemlərinə görə nominal faiz dərəcələrinin aşağı salına bilmədiyi likvidlik tələsi problemi ilə sıx bağlıdır. Pul siyasəti maksimum həddə olduqda, hökumət yeni iş yerləri yaratmaq üçün fiskal siyasətdən istifadə etməlidir. Hökumət xərclərinin fiskal multiplikatoru sıfır faiz dərəcələrində, sıfırdan yuxarı olduqda daha çox əhəmiyyət kəsb edir. Keyns iqtisadiyyatında multiplikator birdən böyükdür, yəni dövlət xərcləri ÜDM-i effektiv şəkildə artırır. Tanınmış Keynsçi Maykl Vudford (ing. Michael Woodford) hesab edir ki, faiz dərəcələrinin sıfır olması vəziyyətində optimal hökumət siyasəti ÜDM fərqini aradan qaldırmaq üçün xərcləri artırmaqdır. Mümkündür ki, dövlət belə bir siyasətə sadiq qalaraq sıfır faiz dərəcəsi və xərclərin artırılması ilə biznesi kreditlərlə təmin etsin, iqtisadiyyatın inkişafını sürətləndirsin və bazarda bağlanmasını asanlaşdırsın.
Almaniya - sıfır ili (film, 1948)
Almaniya — sıfır ili (it. Germania anno zero) — 1948-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş dramatik film. == Məzmun == 1948-ci il, Berlin şəhəri. İkinci dünya müharibəsi qurtarmağına baxmayaraq, şəhərdə kasıbların sayı çoxalmışdır. Onların içində Edmund adında 12 yaşlı oğlan var idi. Onun atası ciddi xəstədir. Ailəsinə yardın göstərə bilmir. Bu səbəbdən, Edmund həyatını zirzəmilərdə keçirir. Müəllim Cənab Henninq kasıb uşaqları öz evinə gətirir. Edmund da onların içində idi.
Çaqqallarla rəqs 3: Sıfır problem
Çaqqallarla rəqs 3: sıfır problem — Murad Şəkərin rejissorluğunu etdiyi, Çaqqallarla rəqs 2: xəstəsiyik dədə filminin davamı kimi 2014-cü il istehsalı Türkiyə komediya filmidir. Şəvkət Çoruh — Gökhan Murad Ağqoyunlu — Del Piero Hikmət Timur Acar — Küftə Nəcmi İlkər Ayrık — Mühasibatçı Sərvət Dərya Şənsoy — Mehriban Dərya Baykal — Mehribanın anası Gürkan Uygun — Polis Didəm Balçın — Fatma Hakan Bilgin — Bərbər Hüseyn Ceyhun Yılmaz — Adəm Bülənt Sərtdaş — Dəli Rəcəb Bülənt Çolak — Şərəfsiz Mətin Ünal Silvər — İbrahim Günay Qaracaoğlu — Müəllimə Hakan Həpcan — Taksi şoferi 5 dekabr 2014-cü ildə 407 kinoteatrda təqdim edilən film, ilk 3 gündə 380.063, ilk həftəsonunda isə 629.004 tamaşaçı tərəfindən izləndi. Bu müddət ərzində 6,478,564 türk lirəsi gəlir əldə etdi.
Kifara
Kifara (yun: κιθάρα) qədim yunan simli musiqi alətidir və hal-hazırda müasir yunan dilində klassik gitaranı da təsvir etmək üçün bu sözdən istifadə olunur. Bayramlarda, xüsusilə Apollon ilahının şərəfinə keçirilən kult mərasimlərində çalınmasına üstünlük verilmiş xüsusi bir musiqi aləti idi. Liraya oxşar olduğu düşünülsə də, lira daha kiçikdir və ayaqları yoxdur. Kifara beş-on iki arası simləri olan simli alətdir və inkişafını eramızdan əvvəl VIII-VII əsrlər arasında dörd simli musiqi aləti olan Phorminksə (φόρμιγξ) borcludur. Hər iki alət ilah Apollona aid edilir. Əsas hissəsini əl işləməsi olan taxta səs qutusu təşkil edir. Qabaq tərəfi yastı, arxa tərəfi günbəzlidir (sikkə və heykəllərdə), alt tərəfi isə yenə də yastıdır. Səs gövdəsinin hər iki tərəfindən əyilərək bir-birlərinə oval formada yüksələn iki qol bir-birinə paralel formada bitirlər. Beləliklə, alət başı aşağı dayanan böyük Omeqaya (Ω) oxşayır. Bir boyunduruq iki paralel qolu birləşdirir və həmçinin simlər üçün bir kiriş rolunu oynayır.
Kifoz
Kifoz - İnsan onurğasında baş verən qeyri-normal əyriliklərdən biri; onurğanın döş nahiyəsində önə doğru əyilməsi. Qozbelliyin əmələ gəlməsinə səbəb olur.
Kiker
Kiker (alm.kicker – futbolçu) və ya Fusbol (alm.Fußball – futbol) futbola əsaslanan stolüstü oyun. Habelə kiker – həmin oyunu oynayan adam. İxtiralar Belə hesab edilir ki, stolüstü futbolu ilk dəfə Citroёn firmasının işçilərindən biri Lyusen Rozanqartan (Lucien Rosengarten) icad etmişdir. İlk patenti isə redaktor və şair Qalisialı Alexandro Finnisterre (Alejandro Finisterre) almışdır. Finisterre ispaniya vətəndaş müharibəsi zamanı Madriddə faşist bombardmanı vaxtı yaralanmışdır. Xəstəxanada o, azyaşlı uşaqların futbol oynaya bilmədiklərini görərək stolüstü tennis ideyası haqqında düşünmüşdür. Alexandro öz tanışı bask dülgəri Fransisko Xaver Altunudan xahiş edir ki, onun göstərdiyi formada futbol stolu düzəltsin. İxtira 1937-ci ildə patent alsa da Finisterre patent kağızını fazişmdən Fransaya qaçan zaman fırtınada itirmişdir. Amma bu stolüstü futbolun yaranmsı haqqındakı versiyalardan biridir. XX əsrin əvvəllərində bu işə çoxlu patentlər verilmişsə də, onlardan hansının birinci və bu gün stolüstü tennisə uyğun olduğunu müəyyənləşdirmək mümkün deyil.
Çaqqallarla Rəqs 3: Sıfır Problem (film, 2014)
Çaqqallarla rəqs 3: sıfır problem — Murad Şəkərin rejissorluğunu etdiyi, Çaqqallarla rəqs 2: xəstəsiyik dədə filminin davamı kimi 2014-cü il istehsalı Türkiyə komediya filmidir. Şəvkət Çoruh — Gökhan Murad Ağqoyunlu — Del Piero Hikmət Timur Acar — Küftə Nəcmi İlkər Ayrık — Mühasibatçı Sərvət Dərya Şənsoy — Mehriban Dərya Baykal — Mehribanın anası Gürkan Uygun — Polis Didəm Balçın — Fatma Hakan Bilgin — Bərbər Hüseyn Ceyhun Yılmaz — Adəm Bülənt Sərtdaş — Dəli Rəcəb Bülənt Çolak — Şərəfsiz Mətin Ünal Silvər — İbrahim Günay Qaracaoğlu — Müəllimə Hakan Həpcan — Taksi şoferi 5 dekabr 2014-cü ildə 407 kinoteatrda təqdim edilən film, ilk 3 gündə 380.063, ilk həftəsonunda isə 629.004 tamaşaçı tərəfindən izləndi. Bu müddət ərzində 6,478,564 türk lirəsi gəlir əldə etdi.