Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vəfasızım (albom)
Vəfasızım – Azərbaycan Respublikasının xalq artisti, müğənni Faiq Ağayevin üçüncü studiya albomu. Tərkibində 12 mahnı olan alboma Aytən İsmixanova, Eldar Mansurov, İlham Abdullayev, Gövhər Həsənzadə, Gülər Həsənova və Polad Bülbüloğlunun bəstələri daxildir. Aranjimanların müəllifi Yaşar Baxış və Aytən İsmixanovadır. Albom 1 mart, 1998-ci il tarixində işıq üzü görmüşdür.
Vəfasızlar Unudulmur
"Vəfasızlar Unudulmur" — Azərbaycan müğənnisi Aygün Kazımovanın 26 yanvar 2023-cü ildə yayımlanan sinqlı. Kazımovanın rəsmi YouTube kanalında yayımlanan mahnının klipi Rusiyanın paytaxı Moskva şəhərində çəkilmişdir. Sənətçi mahnısını doğum günü olan 26 yanvar 2023-cü ildə dinləyicilərinə təqdim etmişdir.
Mənasız mutasiya
Mənasız mutasiya — Genetikada nöqtə mənasız mutasiya, transkripsiyada olan m-RNT-da və kəsilmiş, natamam və ümumiyyətlə funksional olmayan bir protein məhsulunda vaxtından əvvəl dayanma kodonu və ya nöqtə cəfəng kodonu ilə nəticələnən bir DNT ardıcıllığındakı bir nöqtə mutasiyadır. Məsələn, bir nöqtə mənasız mutasiyasının təsiri nöqtə cəfəng mutasiyasının orijinal dayanma kodonuna yaxınlığından və zülalın funksional alt domenlərinə təsir dərəcəsindən asılıdır. Mənasız nöqtə mutasiyası, bir nukleotidin dəyişdirilərək başqa bir amin turşusunun əvəzlənməsinə səbəb olduğu bir nokta mutasiyasından fərqli bir missens mutasiyasından fərqlidir. Mənasız mutasiya da davamlı mutasiyadan fərqlənir ki, davamlı mutasiya dayanma kodunu silir və mənasız mutasiya onu yaradır. Talassemiya və kistik fibroz kimi bəzi genetik xəstəliklər cəfəng nöqtə mutasiyalarının nəticəsidir. DNT: 5' — ATQ AST SAS SQA QSQ SQA AQS TQA — 3' 3' — TAS TQA QTQ QST SQS QST TSQ AST — 5' mRNA: 5' — AUQ ASU SAS ASQ QSQ SQA AQS UQA — 3' Protein: Met Thr His Arg Ala Arg Ser Stop DNT ardıcıllığının dördüncü üçlüyünə (SQA) bir nöqtə cəfəng mutasiya gətirildiyini, bunun sayəsində sitozinin timinlə əvəz edildiyini, DNT ardıcıllığında TQA və tamamlayıcı zəncirdə AST meydana gəldiyini düşünək. AST UQA kimi köçürüldüyündən və daha sonra tərcümə olunduğundan, nəticədə transkript və protein məhsulu aşağıdakılar olacaqdır: DNT: 5' — ATQ AST SAS TQA QSQ SQA AQS TQA — 3' 3' — TAS TQA QTQ AST SQS QST TSQ AST — 5' mRNA:5' — AUQ ASU SAS UQA QCQ SQU AGC UGA — 3' Protein: Met Thr His Stop M-RNT kodonlarının qalan hissəsi aminoproteinlərə çevrilmir, çünki tərcümə zamanı dayandırma kodonuna vaxtından əvvəl çatılır. Bu, çox vaxt normal mutant olmayan bir zülalın funksionallığından məhrum olan kəsilmiş (yəni qısaldılmış) bir protein məhsulu. Erkən bitirmə kodonlarının kəsilmiş polipeptid məhsulları istehsal etmək üçün gözlənilən meylinə baxmayaraq, əslində kəsilmiş zülalların əmələ gəlməsi şəraitdə baş vermir. İnsanlar və maya göbəliyi kimi aşağı növlər də daxil olmaqla bir çox orqanizm, mənasız nöqtə mutasiyaları olan m-RNT-lərı qeyri-funksional polipeptidlərə çevrilmədən əvvəl məhv edən mənasız vasitəçiliyi olan bir m-RNT parçalanma yolu istifadə edirlər.
Antonin vəbası
Antonin vəbası — Miladdan sonra 165-180-cı illər aralığında Roma imperiyası ərazisində baş vermiş vəba epidemiyası. Epidemiya romalı həkim Qalenin adı ilə də məşhurdur. Xəstəliyin Yaxın Şərqdəki yürüşlərdən qayıdan romalı əsgərlər tərəfindən gətirildiyi təxmin edilir. Mütəxəssislər insanların kütləvi ölümünə səbəb olan xəstəliyin təbii çiçək və ya qızılca ola biləcəyini təxmin edilsə də, əsil səbəbləri məlum deyil. Epidemiya Mark Avreli ilə müştərək 161-169-cu illərdə Roma imperatoru olmuş Lusi Verin ölümünə də səbəb olmuşdur. Vəbanın Antonin olaraq adlandırılmasının səbəbi də imperatorun ailə adı olan Antoninusdan gəlməkdədir. Romalı tarixçi Cassius Dio öz yazılarında epidemiya zamanı Romada gündəlik 2.000 nəfərin vəfat etdiyini bildirir. Bu rəqəmə istinad edilsə xəstəliyin imperiya əhalisinin 25% təsir göstərdiyini demək mümkündür. Antonin vəbasından ölən toplam insan sayının beş milyon olduğu təxmin edilir. Roma ordusu epidemiya nəticəsində tamamilə dağılmaq həddinə gəlmişdir.
Ayaz Vəfalı
Ayaz Rza oğlu Cəfərov — şair, tənqidçi, ədəbiyyatşünas, 1967-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1972), Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1984), Azərbaycanın Əməkdar incəsənət xadimi (2007). Ayaz Vəfalı 1937-ci il aprelin 1-də Azərbaycanın Astraxanbazar (indiki Cəlilabad) rayonunun Sabirabad kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1954–1959). Əmək fəaliyyətinə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında başlamışdır: burada texniki katib, ədəbi işçi, tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri, baş redaktorun müavini olmuşdur (1960–1976). "Ulduz" jurnalı redaksiyasında ədəbi işçi vəzifəsində işlədikdən sonra (1976–1977), yenidən "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1977–1978), məsul katib (1978–1993), baş redaktorun müavini (1993–1996) vəzifələrində çalışmışdır. 1996–2014-cü illərdə "Ədəbiyyat qəzeti"nin baş redaktoru olmuşdur. Ayaz Vəfalı bədii yaradıcılığa "Lenin tərbiyəsi uğrunda" çoxtirajlı universitet qəzetində çıxan ilk şeirləri ilə başlamışdır. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun qiyabi aspiranturasını bitirmiş və "Füzuli və folklor" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. O, müxtəlif illərdə işıq üzü görən "İllər və nəsillər", "Ürək və od", "Turacın mahnısı", "Bəlkə onda öyrənmişik", "Özü oda yana-yana" şeirlər kitabının, "Füzuli öyrədir", "Sənətkar və xalq", "Füzuli xəlqiliyi" elmi-tədqiqat əsərlərinin müəllifidir. Ayaz Vəfalı həmçinin böyük özbək şairi Əlişir Nəvainin "Leyli və Məcnun", Ukrayna ədəbiyyatının klassiki T. Q. Şevçenkonun "Kor qadın" poemalarını, rus yazıçısı A. Çakovskinin "Qələbə" siyasi romanını (I cild), dünya xalqlarının atalar sözü və məsəllərindən ibarət "Atalar sözü-ağlın gözü" kitabını və daha bir çox xalqların poeziyasından ayrı-ayrı nümunələri Azərbaycan dilinə tərcümə etmişdir.
Təbriz Vəfalı
Vəfalı Suvarov
Xətasız ötüşmüs hadisə
Xətasiz ötüşmüs hadisə (təhlükəsizlik) — az qala, ölümə yaxın olan, səbəb ola biləcək, lakin əslində insan xəsarəti, ətraf mühitə və ya avadanlığın zədələnməsinə habelə normal işin dayandırılmasına səbəb olan planlaşdırılmamış və baş tutmayan hadisədir.
Böyük London vəbası
Böyük London vəbası (ing. Great Plague of London) — 1665–1666-cı illərdə İngiltərənin paytaxtı London şəhərində baş vermiş sonuncu vəba epidemiyası. Bubon taunu nəticəsində 100 mindən çox insan ölmüşdür. Həlak olanların sayı London əhalisinin 1/4 təşkil etməkdə idi.
Rəqs vəbası (1518)
Rəqs vəbası (ing. Dancing plague of 1518) — 1518-ci ilin iyun ayında Müqəddəs Roma imperiyasının Elzas bölgəsinin Strasburq şəhərində baş vermiş müəmmalı hadisələrə verilmiş ümumi ad. Hadisə nəticəsində yüzlərlə şəhər sakini səbəbsiz şəkildə saatlarla, günlərlə dayanmadan rəqs etmiş və nəticədə bir çoxu yorğunluqdan və ürək problemləri səbəbindən ölmüşdür. Şəxslərin hansı səbəbdən rəqsə başladıqları və hadisələrə nələrin səbəb olduğu heç bir zaman müəyyənləşdirilməmişdir. Müasir Fransa ərazisində yerləşən Strasburq şəhərində baş vermiş hadisə nəticəsində azı 400 nəfər şəhər sakini dayanmadan rəqs etdiyi üçün sağlamlıqlarında yaranmış qəfil problemlər səbəbindən ölmüşdür. 1518-ci ilin iyun ayında Müqəddəs Roma imperiyasının Elzas bölgəsinin Strasburq şəhərində yaşayan orta təbəqədən olan Troffea adlı qadın evinin yaxınlığındakı küçədə hərəkət etdiyi zaman, qəfildən rəqs etməyə başlamışdır. Troffeanın bu rəqsinin dörd və ya altı gün davam etdiyi, bir həftənin tamanında isə ona daha 34 nəfərin qoşulduğu məlumdur. Bir ay ərzində şəhərdə anlaqsız formada rəqs edən şəxslərin sayı 400 nəfər çatmışdır və bu insanların əksəriyyəti qadınlardan ibarət olmuşdur. Rəqs edənlərin demək olar ki, hamısı dayanmadan və çox çılğın şəkildə rəqs etdiklərindən yorğunluq hissi özünü göstərmiş və bir çoxu ürək-damar sistemində yaranmış problemlər səbəbindən yerindəcə vəfat etmişdir. Həmin dövrün tarixi sənədlərinə görə anormal rəqslər nəticəsində gün ərzində azı 15 nəfər vəfat edirdi.
Vəfalı Səriyyə (pyes)
Vəfalı Səriyyə və ya Göz yaşları içərisində gülüş — Cəfər Cabbarlının məşhur 4 pərdəli dramı, əsər 30 dekabr 1915-ci ildə yazılmışdır. Bu əsərdə müəllif cəmiyyətdəki ədalətsizliklərdən bəhs edir. Əsərdə cəmiyyətdəki ədalətsizliklər özünü göstərirdi. Pyes XX əsrin əvvəllərində ədəbi-mədəni və mənəvi mühitin aydın şəkildə özündə əks etdirir. Vəfalı Səriyyə yaxud Göz yaşları içərisində gülüş ədəb- mədəni və mənəvi mühitin aydınlığa çıxmasında, peşəkar teatrın püxtələşməsində, yeni aktyor nəslinin yetişməsində əhəmiyyətli rol oynayır. Pyesin baş qəhrəmanları Səriyyə və Rüstəmdir. Əsərdəki qəhrəmanlasr iki hissəyə bölünür: bir tərəf müasir təhsili, savadı və tərbiyəni təmsil edir. Bunlar Səriyyə. Onun əmisi oğlu və sevgilisi Rüstəm, dayısı oğlu Məhərrəmdir. Mənfi tərəfdə isə Səriyyənin anası Çimnaz, onun dayısı Həmzə, dayısı oğlu Qurbandır.
Vəftiz
Vəftiz — (yunanca – βάπτισμα — "suya batırma") xristianlıqda ən müqəddəs ayinlərdən biri, imanlılar cəmiyyətinə (kilsəyə) daxil olma mərasimi. Su qədimdən bir çox xalqlarda həyat və paklanma rəmzi olmuşdur. Yəhudilərin adəti üzrə, başqa bir millətdən yəhudiliyə dönən şəxs müqəddəs paklanma mərasimini yerinə yetirməli idi və həmin mərasim ibrani dilində "טבילה" (tvila), yunan dilində isə "βάπτισμα" (baptisma) adlanırdı. Qüdsdə bu mərasim üçün xüsusi bir hovuz var idi. Yəhudi olmayan bir şəxs "tvila" mərasimini yerinə yetirdikdən sonra yenidən doğulmuş sayılırdı. Bəzi yəhudi təriqətlərində (məs. Yesseylər təriqəti) gündəlik "müqəddəs yuyulma" yerinə yetirmək adəti var idi. Vəftizçi Yəhya İordan çayında xalqın tövbə etməsi və gələcək olan Məsihə hazırlanması üçün vəftiz edirdi. İnsanlar vəftiz olunduqları zaman öz günahlarını etiraf edirdilər. Əhdi-Cədidə və digər qədim tarixi mənbələrə əsasən, vəftiz erkən xristian dinində zəruri bir şərt sayılırdı.
Göbək venası
Göbək venası (lat. v. umblicalis) — vasitəsilə ciftdən arterial qan dölə doğru axır. Göbək venası göbək ciyəsilə gedərək göbəkdən qarın boşluğuna daxil olur, qarnın ön divarının dal səthilə yuxarıya qalxaraq qaraciyərin qapısına çatır və burada iki şaxəyə bölünür. Şaxələrdən biri qapı venasına və digəri venoz axacaq – lat. ductus venosus adı ilə aşağı boş venaya açılır. beləliklə göbək venası ilə axan arterial qanın bir hissəsi aşağı boş venadakı venoz qanla qarışır, digər hissə isə qapı venasındakı venoz qanla qarışıb qaraciyərə daxil olur və orada kapillyar sistemini keçdikdən sonra qaraciyər venaları (lat. vv. hepaticae) vasitəsilə yenə aşağı boş venaya tökülür. Bunun nəticəsində qaraciyər başqa üzvlərə nisbətən artıq miqdarda arterial qan alır, ona görə də embrionda olduqca artıq inkişaf etmiş olur.
Qapı venası
Qapı venası ya qaraciyərin qapı venası — lat. vena portae qarin boşluğunda olan tək üzvlərdən (kiçik çanaq üzvlərindən başqa) venoz qanı qaraciyərə daşıyır; bu damarı təşkil edən başlıca köklər üçdür: yuxarı çöz (müsariqə) venası — lat. v. mesenterica superior, aşağı çöz (müsariqə) venası — lat. v. mesenterica inferior və dalaq venası — lat. v. lienalis. Qapı venası yolda ıdlük venasını və mədə venalarını qəbul etdikdən sonra — lat. art.
Daxili qalça venası
Daxili qalça venası (lat. Vena iliaca interna), qarınaltı vena (lat.
Xarici qalça venası
Xarici qalça venası (lat. Vena iliaca externa) — aşağı ətrafdan gələn bud venasının (lat. v. femoralis) ardıdır. Qasıq bağı səviyyəsindən başlayaraq eyni adlı arteriyanın içəri tərəfilə yuxarı gedir və oma-qalça bağının önündə daxili qalça venası ilə birləşərək ümumi qalça venasını əmələ gətirir. Bu damar aşağı qarınüstü venanı — lat. vş epigastrica inferior və qalçanı dolanan dərin venanı — lat. v. citcumflexa ilium profunda qəbul edir, özü də qapayıcı vena ilə anastomozlaşır.
Ümumi qalça venası
Ümumi qalça venası (lat. Vena iliaca communis) oma -qalça oynağının bərabərliyində daxili və xarici qalça venalarının (lat. vv. iliacae internae et externae) birləşməsindən əmələ gəlir. Sağ tərəfdəki sağ ümumi qalça arteriyasının arxa və bayır tərəfilə yuxarı və sola doğru, sol tərəfdəki isə özünə uyğun arteriyanın əvvəlcə içəri kənarilə, sonra sağ ümumi qalça arteriyasının dalı ilə yuxarı və sağa doğru gedərək dördüncü bel fəqərəsinin aşağı kənarı bərabərliyində, qarın aortasının sağ tərəfində bir-birilə birləşirlər və nəticədə aşağı boş venanı əmələ gətirirlər. Sağ ümumi qalça venasının istiqaməti bir az düzdür, sol ümumi qalça venasının istiqaməti isə sağa nisbətən çəpdir və özü də uzundur. Sol ümumi qalça venası öndə sağ ümumi qalça arteriyası ilə çarpazlaşdığı üçün qanın cərəyanı burada sağa nisbətən çətin olur, odur ki, sol aşağı ətraf venalarında bəzi iltihabi proseslərə və ya onların genəlməsinədaha çox təsadüf olunur. Bəzən sol ümumi qalça venası orta oma venasını (lat. v. sacralis mediana) qəbul edir.