Yunan sözüdür, ayaqqabının bir növüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Bu, farscadır, bizdə arcaq kəlməsi işlədilib (yəhər ağacı da deyiblər). Yəhər sözü əyər kimi də qeydə alınıb, “əyri” deməkdir
Qarı (əl, qol), qarmala, qamarla sözləri eyni kökə malikdir, ilkin məna ”qolların arasına almaq (dairələmək)” kimi olub, sonra xeyli genişlənib
Diş və gözlə bağlı işlədilir. Turş şey dişi, parıltı isə gözü qamaşdırır. Bunlar müxtəlif kəlmələrdir
Bəzi türk dillərində zərbə anlamını verən qam sözü var. Qamçı isə zərbə aləti kimi açıqlanıb. Zərbə kəlməsi alınmadır
Ərəbcə “boy-buxun” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
“Od” anlamını verən göy kəlməsi ilə qohumdur. Qaynamaq, gün sözləri ilə qan kəlməsi eyni kökə malikdir, mənası “isti, hərarət” deməkdir
Buradakı qan sözünün кровьla əlaqəsi yoxdur. İfadə bütövlükdə “завливаться горючими слезами” mənasını verir
Sinonimlər birləşməsidir, hər ikisi “isti” anlamını bildirir. Tər savaşı birləşməsində də tər sözü qanlı kəlməsinin mənasında işlədilib
Biri digərini kəsərlə (və başqa alətlə) öldürdükdə bəzən qatil qaça bilmir. Belə halda “Qatili qan tutub” deyirlər
Tuva dilində bu kəlmənin əvəzində, çalğın işlədilir (qanad çalmaq deyirik). Bir ehtimala görə, qanad sözü də çalmaq feili zəminində yaranıb və təhrif
Qarğıdalı, qoz və s. üzündəki qabığa qanax deyirlər. Deməli, qanax sözü “qabıq” deməkdir. Qaymaq sözünü də bununla bağlamaq olar: südün üz qabığı
Ərişi qırmızı, arğacı mavi rəngdə olan ipək parça növüdür. Alınma sözdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Alınma sözdür, onun müqabilində ağsaduruq (əyiləni saxlayan) sözümüz olub. Ağsa –“əyilməyə meyil etmək’dir, duruq isə boyunduruq sözünün 2-ci hissəsin
Ət və dəri arasında bərkimiş, laxtalanmış qana belə deyirlər. Zərbədən, soyuqdan və s. əmələ gəlir. “Göyərmə” mənasında da işlədilir (синяки)
Ərəb mənşəlidir, çox dillərdə işlədilir, hərfi mənası “düyün” deməkdir, “buxov” anlamında da işlədilir
Ərəbcədir, qənaət sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Birikmək qəlibi üzrə qan ismindən düzəlmiş feildir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Qıymaq (əymək) feili zəminində yaranıb və qədim forması qıyır (qayır) kimi olub, ruscaya “согнуть в виде крючок” kimi tərcümə edilib
Gözümdən qanlı yaş axır deyirik. Əslində, heç bir qan görünmür və olmur. Qaqauz dilində bu ifadə “горючие слезы” anlamında işlədilir
Qan “isti” deməkdir, gün sözü ilə qohumdur. Qanlı fələk “od qoyan (yandıran) fələk” kimi başa düşülə bilər
Qansız adamdır deyirik, “qəddar”, “soyuq” mənasını verir. Bu da qan sözünün “isti” anlamı ilə bağlılığını göstərir
Qaytarmaq feili ilə bağlıdır. “Atı istiqamətləndirmək, lazım gəldikdə dayandırmaq vasitəsi”dir. Qantarğa kəm (atın ağzına vurulur), yüyən (minicinin t
Dağda bitən kökü meyvəli (çuğundur sayağı) bitki adıdır. Qan təzyiqini nizamlayır. (Qanı təpir). (Bəşir Əhmədov
Qapamaq feilindən -alı şəkilçisinin köməyi ilə əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Rus dilində bir ifadə var: родился в сорочке (xoşbəxtlik əlaməti hesab olunur). Bizdə onun qarşılığı qabıqlı oğul birləşməsi olub (ətənəsində doğul
Qapamaq feili ilə qohumdur, mənbələrdə qapıq kimi verilib. Deməli, indi feildən isim düzəldən -ı şəkilçisi tarixən -ığ4 formasında olub
Ehtimal ki, qarışmaq sözünün köküdür. Hind dilində sneq (ruslara da hind dilindən keçib) məhz “qarışıq yağan” deməkdir
İndiki aşqara sözünün yerinə qaraətmək, qara-qura kəlmələri işlədilib. Mənası “qovrulmuş yemək” deməkdir, qara-qura, təxminən, cız-bız modeli üzrə yar
Qazma evlərə qara dam deyiblər. Qara “torpaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Qızıl və gümüşdən fərqli olaraq mis, dəmir pula ( rəngi qara olduğu üçün) belə deyiblər. (Bəşir Əhmədov
Qara sözünün mənalarından biri “qüvvətli”, “möhkəm” deməkdir (Səlcuqlarda Qara Arslan olub və mənbələrdə ruscaya “ могучий лев” kimi tərcümə edilib
Evdə saxlanılan qulluqçu qadın, adətən, qara rəngdə (zənci) olub, ona görə də qarabaş adlanıb. Radlov yazır ki, qulluqçu qadın rus olduqda ona ağbaş v
Tovuzda kənd adıdır. Mənbələrdə boy (bod, bodun, boyun) sözü “xalq”, “əhali”, “qəbilə” anlamında açıqlanıb
Milliyətcə qaraçaylı olan, Xanlar rayonunun Balçılı kəndində müəllim işləyən Roza Məmmədovaya görə, bir xəstə müalicəsi üçün ot gəzir, bu yerə çatand
Qara sözünün bir mənası “insan qrupu” deməkdir, görünür, qaraçı “topa halında yaşayan” anlamını əks etdirir
Bu saz havasının 2-ci adı el havasıdır. Qara da “el” deməkdir, sinonim sözlərdir. Gün də (elim-günüm) “xalq” deməkdir
İndi işlətdiyimiz вена sözünün türkcəsidir, qanı ürəyə aparır. “Böyük (qara sözünün bir mənası böyükdür) damar” deməkdir
7 rəng var, birincisi ağ, sonuncusu qara rəngdir. Deyim bununla bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
400-cü ildə Çiçinin (Günçinin oğlu olub) 9-cu nəslindən olan Balamir ölür və oğlu Ulduz imperator olur
Qoyun cinsinin adıdır. Rəngi qara olur, gül isə sarı-qızılı qıvırcıqlara deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Sözün birinci hissəsi (qara) rəng bildirmir, “pis” anlamını əks etdirir, güruh isə farsca “qrup” deməkdir
Dilimizdə qarağat, sarığat, qızılğat sözləri olub, rəngə görə fərqlənən giləmeyvə adlanır. Ğat türk dillərində “giləmeyvə” anlamını verən ən qədim söz
Qara “tünd” deməkdir, kəhər açıqşabalıdı, qarakəhər isə tünd şabalıdı rəngə deyirlər. (Bəşir Əhmədov
Hələ 1107-ci ildə rus dilində карач sözü olub, “nazir” anlamında işlədilib. Uyğur dilində həmin söz elə “nazir” deməkdir
Hodax sözü var və 2 mənada işlədilir: 1. “Cütçü” (xışla yer şumlayan), kotanı dartmaq üçün qoşulmuş birinci boyun öküz (Şamaxıda buna çərkov deyirlər)
Ağcaqovaq sözünün əksidir. Qabığı qara olduğundan belə adlanılıb. Ağcaqovağın qabığı gümüşü olur. (Bəşir Əhmədov
“Məni yaman qaralamısan” deyirik. Sözün əsli qaraqlamaqdır, yəni “göz altına almaq”, “nəzərdən qaçırmamaq”, “hər addımını izləmək” deməkdir
M.Kaşğaridə ilxı sözü “iri heyvan”, qara ilxı birləşməsi isə rus dilindəki “скот” mənalarında izah olunub
Qarı (əl) kəlməsi ilə bağlıdır, rus dilinə “пятерня” kimi tərcümə olunub: “əlin barmaqların açılmış vəziyyəti” (qapaz) kimi başa düşülə bilər