Azərbaycan dilinin etimologiya lüğəti

  • KEÇİNMƏK

    Keçim sözü olub və “yaşayış” anlamında işlədilib. Keçinmək isə “ölmək” deməkdir. Görünür, keç feilinin bir mənası da “yaşamaq” demək olub

    Tam oxu »
  • KEÇİRMƏK

    Dialektlərdə “söndürmək” mənasında keçirmək sözü işlənir. Mənbələr­də öç feili var və rus dilinə “гаснуть” kimi tərcümə olunub

    Tam oxu »
  • KERARGİRİT

    yun. keras (keratos) – buynuz + yun. argyros – gümüş

    Tam oxu »
  • KERNİNQ

    alm. kern – əsas, nüvə

    Tam oxu »
  • KEŞMƏKEŞ

    Farsca kəşidən (dartmaq, çəkmək) feili ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • KEYİMƏK

    Key sözündən düzəlmiş feildir, key-i-mək. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • KƏBİN

    Ərəbcədir, bizdə quda (qayın, qazın) sözü işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • KƏDƏR

    Ərəb mənşəlidir, “qəm” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • KƏFƏN

    Ərəbcədir, əsli “saban”dır (ruslarda savan kimi işlədilir). Bağdad yaxınlı­ğın­dakı Savan şəhərində istehsal edilən parçanın adından götürülüb

    Tam oxu »
  • KƏFKİR

    Fars mənşəlidir, kəf ( köpük) və qir (qerften, yəni götürmək felinin əsasıdır) sözlərindən əmələ gəlib

    Tam oxu »
  • KƏHƏR

    Alınma sözdür, türk dillərində həmin sözün yerinə törük, doruq, dür sözü işlədilib. Tuva dilində indi də doruq sözü mövcuddur

    Tam oxu »
  • KƏHRƏBA

    Fars mənşəlidir, kah (saman) və ruba (çəkən) sözlərindən əmələ gəlib. Ahən (dəmir) ruba (çəkən) qəlibi üzrə yaranıb (“maqnit” deməkdir)

    Tam oxu »
  • KƏKƏLƏMƏK

    Qarşılığı kimi mənbələrdə söz kövşəmək ifadəsi işlədilib. Kəkələ sözü səpələ qəlibi üzrə gəv (gövşəmək) feilindən düzəlib

    Tam oxu »
  • KƏKLİK

    Mənbələrdə kəkəlik kimi verilib, görünür, kəkələmək sözü ilə bağlıdır (kək­li­yin oxuması məhz kəkələməyə bənzəyir)

    Tam oxu »
  • KƏKLİYİ AZMAQ

    Bəzi dialektlərdə kəkliyi azmaq ifadəsi var. İfadənin əsli kəyriyi (gəyriyi) azmaq olub və təhrif  nəticəsində bu şəklə düşüb

    Tam oxu »
  • KƏL

    Farslar bütün heyvanların erkəyinə kəl deyirlər; erkək qoyun, keçi... belə ad­la­nır. Bizdə mənası daralıb, yalnız camışın erkəyinə kəl deyirlər

    Tam oxu »
  • KƏLBƏTİN

    Ərəb dilindən keçib, hərfi mənası “itin iki dişi” (kəlb-ət-eyn) deməkdir. Bizdə qısğac sözü işlədilib

    Tam oxu »
  • KƏLÇƏ

    Camışın kiçik balasına deyirik. Əslində, erkək bala belə adlanıb, sonra mə­na genişlənib. Kəl sözündən törəyib

    Tam oxu »
  • KƏLƏNTƏR

    Farsca “başçı”, “rəhbər” deməkdir. Farslar bu ifadəni kəlantər kimi işlədirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • KƏLİK

    Azca iriləşmiş, hələ dəyməmiş yemişə bəzi dialektlərdə kəlik deyirlər. Sö­zün əsli farscadır və kalək şəklindədir

    Tam oxu »
  • KƏLİMƏK

    “Təmizlə”, “qırxdır” anlamında işlədilir. Mənşəyi qaranlıqdır. Güman edirəm ki, keçəl sözü ilə qohumdur

    Tam oxu »
  • KƏLİMƏT

    Ərəbcədir, “müsahib, qohum, yaxın adam” deməkdir. Qadın adı kimi işlədilir. Kəlmə sözü ilə qohumdur. (Bəşir Əhmədov

    Tam oxu »
  • KƏLLƏPAÇA

    Bəzən xaş və kəlləpaça sözlərini eyniləşdirirlər. Əslində, kəlləpaça kəllə (baş) paça (ayaq) sözlərindən əmələ gəlib, yalnız “qoyun başayağı” kimi baş

    Tam oxu »
  • KƏMƏND

    Fars mənşəlidir, “ilgək” (петля) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • KƏMSİK

    Kəmçik forması da var (təhrifdir), kökü kəm (az) sözüdür, farscadır, -sı şəkilçisi adlardan feil düzəldir, -k isə feili yenidən ada çevirib

    Tam oxu »
  • KƏND

    Soğdaq dilinə məxsus sözdür, (soğdaqlar Özbəkistanın indiki ərazisində ya­şamışlar, dilləri hind-ari dillərinin İran yarımqrupuna daxil idi), mənası “

    Tam oxu »
  • KƏNDİR

    İlkin mənası bitki adı ilə bağlıdır (конопля), onun liflərindən ip hazır­lanır, meyvəsindən (toxumundan) isə yağ istehsal olunur

    Tam oxu »
  • KƏPƏK

    Un kəpəyi, baş kəpəyi və s. birləşmələrindəki kəpək sözü, əslində, “qabıq” deməkdir, sonra kəpək formasına düşüb

    Tam oxu »
  • KƏPƏNƏK

    Qopmaq feili ilə qohumdur. Üzərində tozcuqlar (qabıq, pulcuqlar, qopuq, kəpək) olduğu üçün belə adlanıb

    Tam oxu »
  • KƏRBƏLA

    Ərəbcə əsli Kərb-bəla kimidir, Kərb - “kədər” deməkdir. Sinonimlər bir­ləşməsidir (dərd və bəla). (Bəşir Əhmədov

    Tam oxu »
  • KƏRƏ1

    Nehrə yağına kərə yağı deyirik. Türkmənlər nehrə əvəzinə, qöbe işlə­dir, “сли­воч­ное масло” ifadəsini də qöbe yağı kimi tərcümə edirlər

    Tam oxu »
  • KƏRƏM

    Ərəbcədir, “alicənab” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • KƏRƏMƏT

    Ərəbcədir, “səxavətli”, “comərd” deməkdir. Kərəm sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • KƏRƏN

    Qərb dialektlərində çox işlədilir, böyük və canlı milə deyirlər. Mənası farsca “maili” deməkdir. (Bəşir Əhmədov

    Tam oxu »
  • KƏRƏNTİ

    1. Buna dəryaz da deyirlər (alınma sözdür), ot çalmaq üçün alətdir. Gər­mək feili ilə qohumdur. Sözün əsli gəzinti, çöküntü qəlibi üzrə yaranmış gərin

    Tam oxu »
  • KƏRKİ

    Mənası “əyri” deməkdir. Kərki formaca toxayabənzər (əyri)  dəmir alətidir, ağzı içəriyə doğru əyilmiş olur

    Tam oxu »
  • KƏRPİC

    Qədim forması qırbiş şəklində olub, qır “torpaq”, “gil” deməkdir, biş isə “bi­şir­­məkdir”. Kərpic “odda bişirilən (qurudulan) torpaq, gil” anlamı ilə

    Tam oxu »
  • KƏRTMƏK

    Türkmən dilində gəmirmək işlədilir. Məncə, kəsmək sözü ilə bağlıdır ( elə gəmirmək özü də “kəsmək” deməkdir)

    Tam oxu »
  • KƏŞFİYYAT

    Ərəbcə kəşf sözünün cəmidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • KƏŞKÜL

    Ərəbcədir, “qoz qabıgından düzəldilən çanaqvarı qab”dır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • KƏŞMİRİ

    Hindistanın ən şimal bölgəsi olan Kəşmir zaman-zaman müxtəlif imperiyaların tərkibində olduğundan tarixdə iz buraxmayıb

    Tam oxu »
  • KƏTƏMƏZ

    Ağız (aquz) və ondan bişirilən yemək  adlanır. Biləsuvar rayonunda ağuz sözünün yerinə kələkə sözü işlədilir

    Tam oxu »
  • KƏTXUDA

    Kət “birinci” deməkdir: kətqudayışlıq – ‘birinci kəbin”dir, kətbanu – “birinci arvad” deməkdir. Kətxuda kənddə birinci hesab olunan vəzifə sahibinə de

    Tam oxu »
  • KƏTMƏN

    Mənbələrdə qət, ket feili var və “углублять” mənasını əks etdirir. Görünür, kətmən “dərinləşdirən”, “qazan oyan” mənalarını verən sözdür

    Tam oxu »
  • KƏVİR

    fars. – şoranlıq

    Tam oxu »
  • KİANİT

    yun. kyanos – tünd-göy, göy

    Tam oxu »
  • KİBER

    yun. kybernetike – idarəçilik bacarığı

    Tam oxu »
  • KİBERJURNALİSTİKA

    yun. kybernetike – idarə­çi­lik bacarığı + lat. diurnalis, diurnale – gün­dəlik xəbər

    Tam oxu »
  • KİBERSPEYS

    yun. kybernetike – idarəçilik bacarığı + ing. space – mühit, yer

    Tam oxu »
  • KİLİD

    Əsli yunan sözüdür, “qıfıl” deməkdir (bəzi dialektlərdə “açar” anlamında işlədilir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »