hamının getdiyi yolla getməmək, fərqli düşüncədə olmaq, kütlədən fərqlənmək; özünə çətin yol seçmək.
hamı ilə bir yerdə olmaq, hamının getdiyi yolla getmək, kütlənin içində olmaq.
bir nəticə vermək, çətinlikdən çıxmağa ümid bəsləmək.
1. Bir işi sonadək araşdırmaq; ~ nöqtə qoymaq. 2. Hamısını istifadə etmək, qurtarmaq; ~ süpürgə çəkmək
insanın ən zəif cəhəti; ~ zəif nöqtə.
ölmək; ~ dünyasını dəyişmək, dünyadan köçmək, canını tapşırmaq, canını bağışlamaq.
axşama qədər keçinmək, qalmaq, günü başa vurmaq.
bax: dar vaxtı.
lap tezdən; ~ səhərin gözü açılmamış (açılar-açılmaz), tula tayadan düşməmiş.
çoxlarının tanıdığı, lakin hörməti olmayan adam haqqında işlədilən ifadə.
davranış və düşüncəsi ilə ətrafdakılardan fərqlənən adam haqqında işlədilən ifadə.
heç bir xeyri, mənfəəti olmayan bir iş, alver haqqında.
bax: dünya-aləm bir-birinə dəymək (qarışmaq).
bax: car çəkmək.
birisinin tənqidinə cavab verərkən onu aşağılamaq məqsədilə söylənilən ifadə.
hər tərəfə dolmaq, yayılmaq, bürümək (əsasən, səs, su, tüstü, zibil və s. haqqında).
söz-söhbət, gərginlik, qarışıqlıq yaratmaq; ~ kələfi dolaşdırmaq, aləmi bir-birinə vurmaq.
çox axtarmaq, ələk-vələk eləmək, hər yeri dağıtmaq; söz-söhbət, gərginlik, qarışıqlıq yaratmaq; ~ altını üstünə çevirmək, altından vurub üstündən çıx
bax: a-dan ze-yə.
vəzifədən çıxarmaq, zərbə vurmaq, məğlub etmək; ~ gözdən salmaq, işini bitirmək.
zəhmət çəkməklə, əmək sərf etməklə.
tale, qismət, qədər.
imanlı, əməlisaleh adam.
düşünülməmiş hərəkətlər edən, davranışı ilə özünə ziyan vuran adam haqqında işlədilən ifadə.
“pis, bəd şey olmasın” mənasında işlədilən ifadə.
işin uğurlu olması, arxasınca gedilən bir işin asanlıqla həll olunması barədə işlədilən ifadə.
“gözəllikdə tayı-bərabəri yoxdur” mənasında işlədilən ifadə.
düşdüyü vəziyyətdən çıxış yolu tapa bilməmək, əlacsız, çarəsiz olmaq.
hər hansı təhlükədən, xata-baladan xoş təsadüf nəticəsində qurtulan adam haqqında işlədilən ifadə; ~ anası namaz üstə imiş
xəsis, simic adam haqqında işlədilən ifadə.
ilahi, təbii, qeyri-adi istedad.
gərgin psixoloji vəziyyətdə küfr danışan, naşükürlük edən və ya aşırı emosional hərəkətlərə yol verən şəxsə müraciətlə söylənilən ifadə
günah, qəbahət, bəd əməl törətməyə hazırlaşan birisini həmin niyyətindən çəkindirmək məqsədilə işlədilən ifadə
itaətdən çıxmaq; ~ yolunu azmaq.
ayrılarkən “salamat qal” mənasında işlədilən ifadə.
birisini xeyirxah və savab əməllərə çağırarkən işlədilən ifadə.
boyu uca olmaq; ~ Tanrıya pay aparmaq.
Allaha sığınmaq, Allahdan kömək istəmək, bütün ümidlərini Allaha bağlamaq.
1. Allahdan qorunmasını, hifz olunmasını arzulamaq. 2. Allahdan kimisə cəzalandırmağı arzulamaq, qarğış eləmək
işləməyən, zəhmətə qatlaşmayan, məqsədinə əziyyətsiz çatmaq istəyən adam haqqında işlədilən ifadə.
bax: bəxti gətirmək.
dan. ərköyün, özünü işə-gücə verməyən, camaata qaynayıb-qarışmayan, şıltaqlıq edən adam haqqında kinayə ilə işlədilən ifadə
müntəzəm, həmişə, hər gün.
həddən artıq özündənrazı olmaq, yuxarıdan aşağıya baxmaq, hədsiz təkəbbürlü olmaq, əsassız iddialara düşmək; ~ fironluq etmək, yolunu azmaq
heç kimi saymamaq, çəkinməmək, istədiyini etmək; ~ Allahla allahlıq etmək.
pis yoldan çəkinmək, tövbə etmək; ~ dinə-imana gəlmək, haqq yoluna qayıtmaq.
çətinlik görməmiş, bərkə-boşa düşməmiş, həyat təcrübəsi olmayan adamlar haqqında işlədilən ifadə; ~ boynu qoltuq görməyib, başı əlhəd daşına dəyməyib
bax: bəxtinə gün doğmaq.
taleyi qabaqcadan müəyyən olmaq.
çox ağıllı, müdrik adamlar haqqında işlədilən ifadə.