Фразеологический словарь азербайджанского языка

  • AMAN VERMƏK

    bağışlamaq, güzəşt etmək, mərhəmət göstərmək; ~ basdığını kəsməmək, qaçanı qovmamaq.

    Полностью »
  • AMANI KƏSİLMƏK

    üzülmək, yorulmaq; ~ əldən düşmək, taqətdən düşmək.

    Полностью »
  • AMANINI QIRMAQ

    bərk yormaq, zəiflətmək; ~ əziyyət vermək, əldən salmaq,  əhədini kəsmək, nəfəsini kəsmək, taqətdən salmaq, haldan salmaq, kələyini kəsmək

    Полностью »
  • AMERİKA AÇMAQ

    məlum olan şeylərdən danışmaq; ~ velosiped icad etmək.

    Полностью »
  • ANA-BALA ELƏMƏK

    eyni şeydən bir neçə ədəd almaq.

    Полностью »
  • ANA XƏTT

    əsas, həlledici, leytmotiv.

    Полностью »
  • ANA UŞAĞI

    müstəqil həyata alışmamış, sakit, utancaq.

    Полностью »
  • ANADAN ƏMDİYİ SÜD BURNUNDAN GƏLMƏK

    hədsiz əzab-əziyyət çəkmək, ağır çətinliklərlə üzləşmək.

    Полностью »
  • ANADAN OLMAQ

    doğulmaq; ~ dünyaya gəlmək.

    Полностью »
  • ANASI AĞLAR QALMAQ

    ölmək, gözüyaşlı qalmaq.

    Полностью »
  • ANASI NAMAZ ÜSTƏ İMİŞ

    xata-bəladan xilas olmuş, böyük təhlükədən salamat çıxmış adam haqqında deyilən ifadə; ~ Allah üzünə baxıb

    Полностью »
  • ANASINI AĞLAR QOYMAQ

    öldürmək, bədbəxt etmək, zülm etmək; ~ divan tutmaq.

    Полностью »
  • ANASINI AĞLATMAQ

    zülm etmək; bərk cəzalandırmaq; ~ divan tutmaq.

    Полностью »
  • ANASININ ƏMCƏYİNİ KƏSƏN

    dan. hər cür yaramazlıq edən əclaf, qəddar və şərəfsiz adam haqqında işlədilən ifadə.

    Полностью »
  • ANASININ QARNINDA ÖYRƏNİB

    çox kiçik yaşlarından dərin ağıl, bilik, fəhm nümayiş etdirən uşaq haqqında işlədilən ifadə.

    Полностью »
  • ANASININ SÜDÜ HALAL OLSUN

    çox tərbiyəli, ağıllı, xeyirxah adam haqqında söylənilən ifadə, nitq etiketi.

    Полностью »
  • AND İÇMƏK

    müqəddəs varlıqların, yaxud ən istəkli bir şəxsin adını çəkməklə dediyinin həqiqiliyinə inandırmaq.

    Полностью »
  • AND VERMƏK

    müqəddəslərin, möhtərəm şəxslərin adını çəkməklə kimdənsə nəyisə təvəqqe, xahiş etmək.

    Полностью »
  • ANQUTA DÖNMƏK

    arıqlıqdan (anqut kimi) boğazı uzanmaq; ~ anqutu çıxmaq.

    Полностью »
  • ANQUTU ÇIXMAQ

    bax: anquta dönmək.

    Полностью »
  • AR GƏLMƏK

    utanmaq; ~ xəcalət çəkmək, özünə sığışdırmamaq.

    Полностью »
  • ARA DÜZƏLTMƏK

    barışdırmaq, yaxınlaşdırmaq, vasitəçilik etmək, mehribanlıq yaratmaq; ~ ara sazlamaq.

    Полностью »
  • ARA QARIŞDI, MƏZHƏB İTDİ

    qarışıqlıq düşmüş, xaos yaranmış vəziyyət, situasiya haqqında; ~ kimin əlinin kimin cibində olduğu bilinməmək

    Полностью »
  • ARA QARIŞDIRMAQ

    xaos, qarışıqlıq yaratmaq; ~ ara vurmaq, ara qatmaq, araya girmək, nifaq salmaq, çaxnaşma salmaq, ləc salmaq, ocağa odun atmaq, odun üstünə yağ tökmək

    Полностью »
  • ARA QARIŞMAQ

    qarışıqlıq düşmək; ~ kimin əlinin kimin cibində olduğu bilinməmək,  bir-birinə dəymək (qarışmaq), qiyamət qopmaq

    Полностью »
  • ARA QATMAQ

    bax: ara qarışdırmaq.

    Полностью »
  • ARA QIZIŞDIRMAQ

    vəziyyəti gərginləşdirmək.

    Полностью »
  • ARA SAZLAMAQ

    bax: ara düzəltmək.

    Полностью »
  • ARA SÖZÜ

    şayiə, yalan xəbər, uydurma.

    Полностью »
  • ARA VERMƏK

    dayanmaq, fasilə etmək.

    Полностью »
  • ARA VURMAQ

    münasibətləri korlamaq, kimləri isə küsdürmək, əlaqələrini kəsmək; ~ ara qarışdırmaq, araya girmək, ləc salmaq, suyu bulandırmaq, söz aparıb-gətirmək

    Полностью »
  • ARA YERDƏ QALMAQ

    sahibsiz, kimsəsiz, əlacsız qalmaq; ~ ortalıqda qalmaq.

    Полностью »
  • ARABA İLƏ DOVŞAN TUTMAQ

    1. Bir şeyi tədbirlə, hiylə və siyasətlə əldə etməyi bacarmaq.  2. Çox ləng işləmək, bir işi çox ağır, yavaş görmək

    Полностью »
  • ARABANI ATDAN QABAĞA KEÇİRMƏK

    bir işi sistemsiz görmək, ardıcıllığı pozmaq, məntiqsiz hərəkət etmək.

    Полностью »
  • ARABANIN BEŞİNCİ TƏKƏRİ

    lazımsız, heç nəyə yaramayan artıq bir şey.

    Полностью »
  • ARABANIN TƏKƏRİNƏ ÇOMAQ SOXMAQ

    mane olmaq, əngəl yaratmaq; ~ qabağına kötük itələmək.

    Полностью »
  • ARADA PƏRDƏ SAXLAMAQ (OLMAQ)

    bax: pərdə saxlamaq.

    Полностью »
  • ARADAN ÇIXARMAQ

    xilas etmək, çətin vəziyyətdən qurtarmaq, qaçırmaq, özü ilə aparmaq; ~ dal qapıdan ötürmək.

    Полностью »
  • ARADAN ÇIXMAQ

    qaçmaq, qaçıb gizlənmək, əkilmək; təhlükədən qurtulmaq, xilas olmaq; ~ gözdən oğurlanmaq, canını qurtarmaq

    Полностью »
  • ARADAN GÖTÜRMƏK

    yox etmək, öldürmək, mane olan qüvvələri təmizləmək; ~ axırına çıxmaq, ortadan götürmək (qaldırmaq), başını əkmək, başını yemək, başını batırmaq, sapa

    Полностью »
  • ARADAN QALDIRMAQ

    maneəni dəf etmək, qaydaya salmaq.

    Полностью »
  • ARADAN QALXMAQ

    yox olmaq, ləğv edilmək.

    Полностью »
  • ARADAN PƏRDƏNİ GÖTÜRMƏK

    bax: pərdəni götürmək.

    Полностью »
  • ARALARI DƏYMƏK

    küsüşmək, bir-birindən incimək; ~ araları soyumaq (sərinləmək).

    Полностью »
  • ARALARI SOYUMAQ (SƏRİNLƏMƏK)

    əlaqələri zəifləmək, münasibətləri korlanmaq; ~ araları dəymək, aralarından qara pişik keçib, qapısını açmamaq

    Полностью »
  • ARALARINDA SÖZ OLMAQ

    inciklik, narazılıq yaranmaq.

    Полностью »
  • ARALARINDAN QARA PİŞİK KEÇİB

    aralarında tez-tez dava-dalaş olan küsülü adamlar haqqında işlədilən ifadə; ~ araları soyumaq (sərinləmək)

    Полностью »
  • ARALARINDAN SU KEÇMƏMƏK

    çox yaxın, mehriban, möhkəm dost olmaq.

    Полностью »
  • ARALIĞA SÖZ QATMAQ

    söhbət zamanı əsas məsələdən danışmamağa, fikri yayındırmağa çalışmaq; ~ araya söz qatmaq (salmaq), söhbəti fırlatmaq

    Полностью »
  • ARALIQ ADAMI

    vasitəçi, aradüzəldən; xəbərçi, xəbər aparıb-gətirən.

    Полностью »