Фразеологический словарь азербайджанского языка

  • AÇARAM SANDIĞI, TÖKƏRƏM PAMBIĞI

    gizli olan bir işi faş etməklə hədələmək, şantaj etmək məqsədilə işlədilən ifadə.

    Полностью »
  • AÇARINI İTİRMƏK

    özünü idarə edə bilməmək,  danışdığı sözün, etdiyi hərəkətin məsuliyyətini dərk etməmək.

    Полностью »
  • AÇIQ BAŞLA

    dərin düşünərək, götür-qoy edərək.

    Полностью »
  • AÇIQ GÖZLƏ BAXMAQ

    hər şeyə realist yanaşmaq, həqiqəti görmək.

    Полностью »
  • AÇIQ QALMAQ

    həll olunmamaq, bir işi aydınlaşdırmadan yarımçıq qoymaq, problemin həllinə nail olmamaq.

    Полностью »
  • AÇIQ QAPI GÜNÜ

    hər hansı müəssisə və ya təşkilatla yaxından tanış olmaq məqsədilə ayrılmış gün.

    Полностью »
  • AÇIQ QIFILA AÇAR SALMAQ

    mənasız işlərlə məşğul olmaq, məqsədi bilinməyən işlərə girişmək.

    Полностью »
  • AÇIQ ÜRƏKLƏ

    səmimi, ürəkdən, xoş niyyətlə.

    Полностью »
  • AÇIL BAŞIMDAN!

    dan. “rədd ol, məni narahat etmə” mənasında işlədilən ifadə.

    Полностью »
  • AÇILMAYAN QAPILARI AÇMAQ

    çətinlikləri aradan qaldırmaq, çox çətin olan işləri həll etmək.

    Полностью »
  • AÇMADIĞI QAPI QALMAMAQ (QOYMAMAQ)

    bax: döymədiyi qapı qalmamaq (qoymamaq).

    Полностью »
  • AD ALMAQ

    yaxşı işinə görə şöhrətlənmək; ~ ad qazanmaq.

    Полностью »
  • AD ÇIXARMAQ

    yaxşı və ya pis əməlləri ilə tanınmaq, məşhur olmaq; ~ barmaqla göstərilmək, ad qazanmaq.

    Полностью »
  • AD ELƏMƏK

    nişanlamaq, adaxlamaq.

    Полностью »
  • AD QAZANMAQ

    bax: ad çıxarmaq.

    Полностью »
  • AD QOYMAQ

    1. Yaxşı işləri ilə adını əbədiləşdirmək, şöhrət qazanmaq (bu mənada “ad qoyub getmək” şəklində də işlənir)

    Полностью »
  • ADAM ARASINA ÇIXARMAQ

    yetişdirmək, cəmiyyət içinə çıxarmaq; ~ ortalığa çıxarmaq, adam eləmək, üzə çıxarmaq. 

    Полностью »
  • ADAM ARASINA ÇIXMAQ

    cəmiyyət içinə çıxmaq, mədəni insanların əhatəsində olmaq; ~ adam içinə çıxmaq, üzə çıxmaq.

    Полностью »
  • ADAM CİLDİNDƏN ÇIXMAQ

    tanınmaz hala düşmək, əvvəlki görkəmini dəyişmək.

    Полностью »
  • ADAM CİLDİNƏ DÜŞMƏK

    yaxşılaşmaq, yaxşı zahiri görünüşü ilə diqqəti cəlb etmək; ~ özünə əl gəzdirmək.

    Полностью »
  • ADAM ELƏMƏK

    tərbiyə vermək, böyütmək, oxutmaq, yetişdirmək; ~ ortalığa çıxarmaq, adam arasına çıxarmaq.

    Полностью »
  • ADAM İÇİNƏ ÇIXMAQ

    bax: adam arasına çıxmaq.

    Полностью »
  • ADAM SALMAQ

    1. Vasitəçi göndərmək.  2. Kimi isə axtarmaq üçün bir başqasını yollamaq.

    Полностью »
  • ADAM SAYMAMAQ

    saymamaq, hesablaşmamaq; özünü yekəxana aparmaq; ~ adam yerinə qoymamaq.

    Полностью »
  • ADAM YERİNƏ QOYMAMAQ

    saymamaq, hesablaşmamaq, hörmət etməmək; ~ adam saymamaq, heç saymaq, it yerinə qoymamaq.

    Полностью »
  • ADAMA DIRMAŞMAQ

    sırtıqlıq etmək, özünü çox açıq-saçıq aparmaq.

    Полностью »
  • ADAMA GƏL-GƏL DEYİR

    bax: gəl-gəl deyir.

    Полностью »
  • ADAMLIQDAN ÇIXMAQ

    insani keyfiyyətlərini itirmək, kobud və xoşagəlməz olmaq.

    Полностью »
  • ADAMLIQDAN SALMAQ

    hörmətsiz etmək; ~ abırdan salmaq.

    Полностью »
  • ADDIM ATMAQ

    təşəbbüs etmək, yeni bir işə başlamaq.

    Полностью »
  • ADDIMINI KƏNARA QOYMAMAQ

    yanlış işdən, hərəkətdən çəkinmək, müəyyən çərçivədə davranmaq, cızığından çıxmamaq.

    Полностью »
  • ADƏM ALMASI

    insanı günaha sövq edən şey.

    Полностью »
  • ADI BATMAQ

    biabır olmaq, rüsvay olmaq; ~ nüfuzdan düşmək.

    Полностью »
  • ADI ÇIXMAQ

    qazandığı ada layiq olmamaq, heç nədən məşhurlaşmaq.

    Полностью »
  • ADI DƏFTƏRƏ DÜŞMƏK

    hər hansı məqsədlə qeydiyyata alınmaq; nəzarətə götürülmək.

    Полностью »
  • ADI DİLLƏRDƏ DASTAN OLMAQ

    məşhurlaşmaq, şöhrəti hər tərəfə yayılmaq; ~ adı dillərə düşmək.

    Полностью »
  • ADI DİLLƏRƏ DÜŞMƏK

    məşhurlaşmaq, şöhrəti hər tərəfə yayılmaq; ~ adı dillərdə dastan olmaq, adı dünyanı tutmaq.

    Полностью »
  • ADI DÜNYANI TUTMAQ

    məşhurlaşmaq, şöhrəti hər yana yayılmaq; ~ adı dillərdə dastan olmaq, adı dillərə düşmək.

    Полностью »
  • ADI HALLANMAQ

    adı tez-tez çəkilmək; barəsində xoş olmayan şeylər danışılmaq.

    Полностью »
  • ADI İLƏ BÖYÜSÜN

    “ömrü uzun olsun” mənasında işlədilərək alqış bildirən ifadə, nitq etiketi.

    Полностью »
  • ADI İT DƏFTƏRİNDƏ OLMAMAQ

    çox hörmətsiz, avara, işsiz-gücsüz olmaq, sayılmamaq.

    Полностью »
  • ADI QALMAQ

    adı olub özü olmamaq, fəaliyyət göstərməmək.

    Полностью »
  • ADI QARA GƏLMƏK

    ölmək, yası tutulmaq, yası saxlanmaq (daha çox “adı(n) qara gəlsin” şəklində qarğış kimi işlənir).

    Полностью »
  • ADI QIZIL HƏRFLƏRLƏ YAZILMAQ

    yaddaqalan fəaliyyəti, xeyirxah əməlləri ilə adı əbədiləşmək.

    Полностью »
  • ADI ÜSTÜNDƏ OLMAQ

    1. Adından bəlli olmaq.  2. Kiminsə himayəsində olmaq.

    Полностью »
  • ADI YADINDAN ÇIXMAQ

    başı qarışıq olmaq, həddən artıq qayğılı, fikirli olmaq, qorxudan özünü itirmək; ~ işi başından aşmaq

    Полностью »
  • ADINA ÇIXMAQ

    başqasının xidmətini (fikirlərini, əsərini, işini və s.) özününküləşdirmək, mənimsəmək; ~ adına yazmaq

    Полностью »
  • ADINA QARA YAXMAQ

    bax: qara yaxmaq.

    Полностью »
  • ADINA YAZMAQ

    öz əməlini (günahını və ya xeyirxahlığını) başqasının əməli kimi göstərmək; ~ ayağına yazmaq, adına çıxmaq

    Полностью »
  • ADINI BATIRMAQ

    etibarı doğrultmamaq, pis əməlləri ilə nüfuzuna xələl gətirmək.

    Полностью »