Фразеологический словарь азербайджанского языка

  • AŞ DAŞANDAN SONRA ÇÖMÇƏ AXTARMAQ

    iş işdən keçəndən sonra tədbir görmək; ~ toydan sonra nağara.

    Полностью »
  • AŞAĞI DABANA DÜŞMƏK

    sakitləşmək, vəziyyətlə barışmaq.

    Полностью »
  • AŞAĞI TÜPÜRÜRSƏN, SAQQALDIR, YUXARI TÜPÜRÜRSƏN - BIĞ

    çıxılmaz, çarəsiz vəziyyətə düşmək, dilemma qarşısında qalmaq.

    Полностью »
  • AŞI DAŞ ÇIXMAQ

    gözlədiyi yaxşı nəticəni almamaq, pərt olmaq; ~ oxu daşa dəymək.

    Полностью »
  • AŞIĞI ALÇI DURMAQ

    şanslı olmaq, çətinə düşmədən uğur qazanmaq; ~ işi düz gətirmək, bəxti gətirmək, rast gətirmək.

    Полностью »
  • AŞIQ ATMAQ

    1. Qumara qurşanmaq, qumarbazlıq etmək.  2. Nəticəsi bilinməyən bir işə girişmək.

    Полностью »
  • AŞIQ GÖRDÜYÜNÜ ÇAĞIRAR

    adamın gözü ilə gördüyü, dəqiq bildiyi bir şey haqqında danışarkən işlətdiyi ifadə.

    Полностью »
  • AŞINA SU QATMAQ

    bax: isti aşına soyuq su qatmaq.

    Полностью »
  • AŞINI BİŞİRMƏK

    bax: aşının suyunu vermək.

    Полностью »
  • AŞININ SUYUNU VERMƏK

    ciddi cəzalandırmaq, bərk danlamaq; ~ aşını bişirmək.

    Полностью »
  • AT İLXISI, KÖPƏK SÜRÜSÜ

    arzu olunmayan hədsiz say çoxluğuna mənfi münasibəti bildirən ifadə.

    Полностью »
  • AT İZİNİ İT İZİNƏ QARIŞDIRMAQ

    səhv salmaq, yanlış olaraq nəyi isə dəyişik salmaq.

    Полностью »
  • AT MİN, ÇAP

    geniş, böyük yer haqqında işlədilən ifadə; ~ içində itmək.

    Полностью »
  • AT OYNATMAQ

    özünü hökmran kimi aparmaq, ağalıq etmək, istədiyini etmək, mənəm-mənəmlik etmək; ~ meydan sulamaq.

    Полностью »
  • AT ÖLÜB, İTLƏRİN BAYRAMIDIR

    güclü, nüfuzlu və şöhrətlilərin əvəzinə meydana zəif və acizlərin çıxmasına münasibət bildirən ifadə

    Полностью »
  • ATA MALI KİMİ

    tən yarı, bərabər, ədalətli.

    Полностью »
  • ATA YURDUNDA BAYQUŞLAR ULAYIR

    bax: yurdunda bayquşlar ulayır.

    Полностью »
  • ATAN YAXŞI, ANAN YAXŞI

    kimisə bir şeyə inandırıb razı salmaq, vəziyyəti anlatmaq üçün işlədilən ifadə.

    Полностью »
  • ATASINA OD VURMAQ

    bax: atasını yandırmaq.

    Полностью »
  • ATASINA RƏHMƏT OXUTDURMAQ

    əvvəlkindən (rəhmət oxunandan) daha əzazil, daha pis olmaq.

    Полностью »
  • ATASINI DALINA ŞƏLLƏMƏK (SARIMAQ)

    bax: atasını yandırmaq.

    Полностью »
  • ATASINI YANDIRMAQ

    şiddətli cəzalandırmaq; ~ atasına od vurmaq, atasını dalına şəlləmək (sarımaq), dədəsini dalına şəlləmək (sarımaq), dədəsini yandırmaq

    Полностью »
  • ATDAN DÜŞÜB EŞŞƏYƏ MİNMƏK

    vəzifə və ya zənginlik baxımından  geriləmək, hər hansı bir işin vaxtında qədir-qiymətini bilməmək, şansı dəyərləndirə bilməmək

    Полностью »
  • ATDAN SALMAQ

    yıxmaq, məğlub etmək; ~ atlını atdan salmaq.

    Полностью »
  • ATƏŞƏ TUTMAQ

    1. Gülləbaran etmək.  2. Şiddətli tənqid etmək (“tənqid atəşinə tutmaq”  şəklində də işlənir).

    Полностью »
  • ATI ATIN YANINA BAĞLAMAQ

    eyni xasiyyətli, eyni düşüncəli adamların bir yerdə olmasına şərait yaratmaq.

    Полностью »
  • ATI DAŞLIĞA SÜRMƏK

    vəziyyəti çətinləşdirmək; ~ ağzını şuma salmaq.

    Полностью »
  • ATI EŞŞƏYƏ DƏYİŞMƏK

    yaxşı bir şeyi daha pis və ucuz bir şeylə dəyişmək, səviyyəni aşağı salmaq.

    Полностью »
  • ATILAN DIRNAĞINA DA DƏYMƏZ

    bax: dırnağına belə dəyməz.

    Полностью »
  • ATIN QABAĞINA ƏT, İTİN QABAĞINA OT QOYMAQ

    işi tərsinə görmək; bölgüdə ədalətsizlik etmək; insanlara qabiliyyətlərinə uyğun olmayan vəzifə vermək

    Полностью »
  • ATIN TƏRS YƏHƏRLİ GƏLSİN

    dan. “səni görüm öləsən” mənasında işlədilən ifadə; qarğış etiketi.

    Полностью »
  • ATLA GEDİŞ ETMƏK

    müəyyən vəziyyətlə bağlı gözlənilməz və hiyləgər hərəkət etmək.

    Полностью »
  • ATLINI ATDAN SALMAQ

    bax: atdan salmaq.

    Полностью »
  • ATMACA ATMAQ

    kimisə qıcıqlandırmaq üçün kinayəli söz demək.

    Полностью »
  • AVAM YERİNƏ QOYMAQ

    qarşısındakını xam, zəif, təcrübəsiz, bacarıqsız sayaraq bundan istifadə etməyə çalışmaq

    Полностью »
  • AVARA QOYMAQ

    işdən-gücdən etmək, səmərəli, faydalı işlə məşğul olmasına əngəl yaratmaq.

    Полностью »
  • AVAZIN YAXŞI GƏLİR, OXUDUĞUN QURAN OLSA

    birisinin çox yaxşı, maraqlı, gərəkli, amma həyata keçməsi, reallaşması mümkünsüz və ya çox çətin olan şeylərdən danışması müqabilində işlədilən ifadə

    Полностью »
  • AY DOLANDI, İL KEÇDİ

    bax: ay ötdü, il dolandı.

    Полностью »
  • AY İŞIĞINDA İYNƏ SAPLAMAQ

    gözləri yaxşı görmək.

    Полностью »
  • AY ÖTDÜ, İL DOLANDI

    vaxtın keçməsi mənasında işlədilən ifadə.

    Полностью »
  • AY PARÇASI

    adətən, qız haqqında: çox gözəl, məftunedici, heyranedici.

    Полностью »
  • AYA DEYİR, SƏN ÇIXMA, MƏN ÇIXIM

    çox cazibədar, misilsiz gözəlliyi olan qız haqqında işlədilən ifadə.

    Полностью »
  • AYA-GÜNƏ DÖNMƏK

    gec-gec görünmək; ~ bayramdan-bayrama görünmək, gözə dəyməmək, bayram şəkərburasına (aşına) dönmək.

    Полностью »
  • AYAĞA DOLAŞMAQ

    mane olmaq, əngəl olmaq; ~ əl-ayağa dolaşmaq.

    Полностью »
  • AYAĞA DÖŞƏNMƏK

    çox yalvarmaq, bir şeyi təkidlə istəmək.

    Полностью »
  • AYAĞA GETMƏK

    ishal olmaq; ~ mədəsi pozulmaq, qarnı açılmaq (işləmək, pozulmaq).

    Полностью »
  • AYAĞA QALDIRMAQ

    1. Mübarizəyə sövq etmək.  2. Müalicə etmək, xəstəliyini sağaltmaq; ~ ayaq üstə qoymaq.  3. Əlinə pul gəlməsinə, varlanmasına, maddi cəhətdən müstəqil

    Полностью »
  • AYAĞA QALXMAQ

    1. Hərəkata başlamaq, üsyan etmək.  2. Xəstəlikdən sağalmaq, yaxşı olmaq.  3. Maddi cəhətdən artıq müstəqil olmaq, işə başlamaq, pul qazanmaq; ~ özünü

    Полностью »
  • AYAĞA SALMAQ

    aşağılamaq, hörmətdən, nüfuzdan, etibardan salmaq.

    Полностью »
  • AYAĞA VERMƏK

    kiminsə qarşısında alçaltmaq.

    Полностью »