Фразеологический словарь азербайджанского языка

  • AĞZINA GÜCÜ ÇATMAMAQ

    bax: ağzına gələni danışmaq.

    Полностью »
  • AĞZINA İT BAŞI ALMAQ

    dan. ətrafdakılarla qaba davranmaq, kobud danışmaq, davamlı söyüş söymək.

    Полностью »
  • AĞZINA QIFIL VURMAQ

    susmaq, susdurmaq.

    Полностью »
  • AĞZINA SÖZ DÜŞMƏK

    bax: ağzına düşmək.

    Полностью »
  • AĞZINA SU ALMAQ

    dinməmək, susmaq, danışılan məsələyə münasibət bildirməmək.

    Полностью »
  • AĞZINA SÜMÜK ATMAQ

    susdurmaq üçün bir şey vermək, təmənnası olan adamı razı salmaq; ~ ağzına bir şey atmaq.

    Полностью »
  • AĞZINA YİYƏLİK ETMƏMƏK

    bax: ağzına gələni danışmaq.

    Полностью »
  • AĞZINDA DADI QALMAQ

    nə vaxtsa yeyilən ləzzətli yeməyi unutmamaq, nə vaxtsa xoş təəssürat doğurmuş bir şeyi yenidən arzu etmək

    Полностью »
  • AĞZINDA DİLİ OLMAMAQ

    məzlum, yazıq, aciz olmaq.

    Полностью »
  • AĞZINDA DİLİ YANMAQ

    1. Bərk susamaq.  2. Peşmanlıq çəkmək.

    Полностью »
  • AĞZINDA SÖZ DURMAMAQ

    sirr saxlamağı bacarmamaq, sirri yaymaq, gizlədilməsi vacib olan söhbəti başqalarına danışmaq, ağızdanboş olmaq, ağzı bərk olmamaq; ~ hülqumu olmamaq

    Полностью »
  • AĞZINDA SÖZ QALMAMAQ (SAXLAMAMAQ)

    bax: ağzında söz durmamaq.

    Полностью »
  • AĞZINDA ŞİRƏ QALMAQ

    bir şeyə dadanmaq, rahat başa gələn bir şeydən həvəslənmək, onu yenidən istəmək; ~ dişində şirə qalmaq

    Полностью »
  • AĞZINDAN BAL TÖKÜLMƏK

    çox şirin, məzmunlu və gözəl danışmaq; ~ ağzından dürr tökülmək.

    Полностью »
  • AĞZINDAN ÇIXAN KİMİ

    söz deyilən kimi, dərhal, cəld, həmin an.

    Полностью »
  • AĞZINDAN ÇIXANI DEMƏK

    bərk danlamaq, biabır etmək, töhmətləndirmək; ~ ağzına gələni demək, dişinin dibindən çıxanı demək.

    Полностью »
  • AĞZINDAN ÇIXMAQ

    1. Məhrum olmaq, itirmək; ~ əlindən çıxmaq.  2. Bilmədən, düşünmədən uyğun olmayan bir söz işlətmək.

    Полностью »
  • AĞZINDAN DÜRR TÖKÜLMƏK

    mənalı, hikmətli, təsirli və rəvan danışmaq; ~ ağzından bal tökülmək.

    Полностью »
  • AĞZINDAN DÜŞMƏMƏK

    daim təkrar etmək, dilinin əzbəri olmaq, təriflənmək; ~  ağzına düşmək, dilindən düşməmək.

    Полностью »
  • AĞZINDAN HORRA TÖKÜLMƏK

    qüsurlu, mənasız və rabitəsiz danışmaq, fikrini ifadə edə bilməmək; ~ sözü çeynəmək, ağzından söz tökülmək

    Полностью »
  • AĞZINDAN KİRƏ İSTƏMƏK

    danışmağa tənbəllik etmək, danışmağa can çəkmək.

    Полностью »
  • AĞZINDAN QAÇIRMAQ

    gizli saxlanılan bir şeyi bilmədən demək, istəmədən, fikirləşmədən, qeyri-ixtiyari bir sözü dilinə gətirmək; ~ söz qaçırtmaq, ağzından yersiz söz qaçı

    Полностью »
  • AĞZINDAN QAN İYİ GƏLMƏK

    hədələyici tərzdə danışmaq, danışığı ilə münaqişəyə əsas vermək, dalaşmaq istəmək.

    Полностью »
  • AĞZINDAN QIFIL ASMAQ

    bax: ağzını qıfıllamaq (möhürləmək).

    Полностью »
  • AĞZINDAN OD TÖKÜLMƏK

    qəzəbli, hədələyici tonda danışmaq; səlis, bəlağətli, odlu-alovlu danışmaq.

    Полностью »
  • AĞZINDAN SÖZ QAÇIRMAQ

    bax: ağzından qaçırmaq.

    Полностью »
  • AĞZINDAN SÖZ TÖKÜLMƏK

    rabitəsiz, əlaqəsiz danışmaq, səlis, aydın danışa bilməmək; ~ ağzından horra tökülmək.

    Полностью »
  • AĞZINDAN SÜD İYİ GƏLMƏK

    hələ uşaq kimi qalmaq, təcrübəsiz olmaq; ~ dimdiyinin sarısı getməyib, dınq eləyib yumurtadan çıxıb.

    Полностью »
  • AĞZINDAN VURMAQ

    danışığını davam etdirməyə qoymamaq, susdurmaq, sözünü yarıda kəsmək; ~ sözünü ağzında qoymaq, sözünü kəsmək, səsini kəsmək, ağzının üstündən vurmaq

    Полностью »
  • AĞZINDAN YERSİZ SÖZ QAÇIRMAQ

    danışarkən ciddi səhvə yol vermək; ~ quş buraxmaq, ağzından qaçırmaq.

    Полностью »
  • AĞZINI AÇDIRMAQ

    kiminsə deyinməsinə, kobud danışmasına, pis sözlər söyləməsinə səbəb olmaq, xoşagəlməz söhbətlərə şərait yaratmaq

    Полностью »
  • AĞZINI AÇIB GÖZÜNÜ YUMMAQ

    dayanmadan söymək, hirsli, kobud danışmaq.

    Полностью »
  • AĞZINI AÇMAQ

    danışmağa başlamaq; sərt cavab vermək, ittiham etmək.

    Полностью »
  • AĞZINI ALLAH YOLUNA QOYMAQ

    düşünmədən, yerli-yersiz danışmaq; ~ ağzına gələni danışmaq, ağzını boş qoymaq, sözünün dalını-qabağını bilməmək, ağzının sözünü bilməmək

    Полностью »
  • AĞZINI ARAMAQ (YOXLAMAQ)

    birinin fikrini, məqsəd və niyyətini, mövqeyini öyrənməyə cəhd eləmək

    Полностью »
  • AĞZINI AZDIRMAQ

    başqa şeydən söz salıb fikrini əsas məsələdən yayındırmaq; müxtəlif bəhanələrlə xahişi, tapşırığı yerinə yetirməmək

    Полностью »
  • AĞZINI BAĞLAMAQ

    susdurmaq, danışmağa qoymamaq; ~ ağzını tutmaq.

    Полностью »
  • AĞZINI BƏDƏ AÇMAQ

    pis niyyətlə danışmaq, ağzını xeyirliyə açmamaq; ~ nəhs gətirmək, bəd gətirmək.

    Полностью »
  • AĞZINI BƏRK SAXLAMAQ

    sirr verməmək, ağzını boş qoymamaq, mənasız yerə danışmamaq; ~ ağzı bərk olmaq.

    Полностью »
  • AĞZINI BİR YERƏ YIĞMAQ

    1. Həmrəy etmək; razılaşdırmaq, birləşdirmək.  2. Çətin bir işi sona çatdırmaq və ya tamamlamağa yaxın olmaq

    Полностью »
  • AĞZINI BOŞ QOYMAQ

    mənasız, necə və harada gəldi danışmaq, danışdığı sözün məsuliyyətini və mənasını dərk etməmək; ~ ağzını Allah yoluna qoymaq, ağzını köndələn qoymaq

    Полностью »
  • AĞZINI BOZA VERMƏK

    başdansovdu yanaşmaq; yanlış yerə yönəltmək; ~ başdan eləmək, yola vermək, ağzını dağa-daşa salmaq, bugün-sabaha salmaq

    Полностью »
  • AĞZINI BÜZMƏK

    bəyənməmək, narazı olmaq; ~ ağız burmaq, ağzını əymək.

    Полностью »
  • AĞZINI ÇÖRƏYƏ ÇATDIRMAQ

    bax: çörəyə çatdırmaq.

    Полностью »
  • AĞZINI DAĞA-DAŞA SALMAQ

    bilərəkdən işi çətinləşdirmək, süründürmək, maneə yaratmaq; ~ ağzını boza vermək.

    Полностью »
  • AĞZINI DAĞA DİRƏMƏK

    çıxılmaz vəziyyətə salmaq.

    Полностью »
  • AĞZINI DÖNDƏRMƏK (QAYTARMAQ)

    kəsici alətin (bıçağın, baltanın və s.) ağzını bərk bir şeyə vuraraq kütləşdirmək.

    Полностью »
  • AĞZINI ƏYMƏK

    1. Yamsılamaq; rişxənd etmək.  2. Bəyənməmək, narazı olmaq; ~ ağız burmaq, ağzını büzmək, üzünü turşutmaq

    Полностью »
  • AĞZINI GÜDMƏK

    dediklərini davamlı izləməyə,  bir şey bilməyə, söz çəkməyə çalışmaq; ~ qulağa girmək.

    Полностью »
  • AĞZINI XEYİRLİYƏ AÇMAQ

    yaxşı söz danışmaq, xeyirli söz danışmaq, uğur diləmək.

    Полностью »