Фразеологический словарь азербайджанского языка

  • AĞRIMAYAN BAŞINA DƏSMAL BAĞLAMAQ

    heç nədən özünü bəlaya salmaq, arzulanmayan bir işə qoşulmaq; ~ ağrımaz başına buz bağlamaq, özünü işə salmaq, isti yerini soyuq eləmək

    Полностью »
  • AĞRIMAZ BAŞINA BUZ BAĞLAMAQ

    bax: ağrımayan başına dəsmal bağlamaq.

    Полностью »
  • AĞSAQQAL-QARASAQQAL TANIMAMAQ

    bax: böyük-kiçik tanımamaq.

    Полностью »
  • AĞZI AÇILA QALMAQ

    heyrətlənmək, çox təəccüblənmək, heyran olmaq.

    Полностью »
  • AĞZI AÇILMAQ

    1. Deyinməyə, danlamağa, söyməyə başlamaq, narazılıq bildirmək.  2. Kütləvi halda axışıb gəlməyə başlamaq; ~ qabağı açılmaq

    Полностью »
  • AĞZI AĞZINA DƏYMƏK

    üz-üzə görüşüb məsləhətləşmək, rəyini, fikrini bilmək.

    Полностью »
  • AĞZI AŞA ÇATANDA BAŞI DAŞA ÇATMAQ

    həyatı, güzəranı yaxşılaşanda ömrü bitmək.

    Полностью »
  • AĞZI BALA BATMAQ

    bir şeydən faydalanmaq, xeyir görmək, gördüyü işdən, atdığı hər hansı addımdan fayda götürmək, işi uğurlu alınmaq

    Полностью »
  • AĞZI BƏRK OLMAQ

    sirr saxlamaq, mənasız yerə danışmamaq, az danışmaq; ~ ağzını bərk saxlamaq.

    Полностью »
  • AĞZI DADA GƏLMƏK

    ləzzətli yeməkdən iştahası artmaq.

    Полностью »
  • AĞZI DALANA DİRƏNMƏK

    çıxılmaz vəziyyətə düşmək, çətin vəziyyətdə çıxış yolu tapmamaq.

    Полностью »
  • AĞZI FAL ÇIXMAQ (OLMAQ)

    əvvəlcədən söylədiyi, dediyi doğru çıxmaq, gerçəkləşmək.

    Полностью »
  • AĞZI İLƏ QUŞ (MİLÇƏK) TUTMAQ

    çox cəld, zirək, fərasətli, bacarıqlı olmaq, hər şeyi çox tez anlamaq.

    Полностью »
  • AĞZI İSTİ YERDƏ OLMAQ

    işin mahiyyətini, çətinliklərini bilmədən çox nikbinliklə danışmaq.

    Полностью »
  • AĞZI KÖPÜKLƏNMƏK

    hiddətlənmək, coşmaq, qəzəblənmək, hirslənmək.

    Полностью »
  • AĞZI QATIQ KƏSMƏMƏK

    sözünün kəsəri, təsiri olmamaq; ~ sözü keçməmək, baltası kəsməmək.

    Полностью »
  • AĞZI QATIQLI

    uşaq, hələ çox şeyi bilməyən, ağlı kəsməyən, ağzından süd iyi gələn.

    Полностью »
  • AĞZI QIZIŞMAQ

    1. Çox danışmaq, başqasının danışmasına imkan verməmək; ~ laf vurmaq.  2. Danışmağa çox vaxt sərf etməklə əsl işi yaddan çıxarmaq; ~ çənəsi qızışmaq

    Полностью »
  • AĞZI QULAĞININ DİBİNƏ GETMƏK

    ucadan və eybəcər şəkildə gülmək.

    Полностью »
  • AĞZI PENDİR KƏSMƏMƏK

    bax: ağzı qatıq kəsməmək.

    Полностью »
  • AĞZI SÖZ TUTMAMAQ

    fikrini dəqiq ifadə edə bilməmək; ~ ağzından horra tökülmək.

    Полностью »
  • AĞZI SULANMAQ

    nəfsi çəkdiyi bir şeydə gözü olmaq; ~ tamahı düşmək, nəfsi çəkmək.

    Полностью »
  • AĞZI YANMAQ

    təşəbbüsü pis nəticələnmək, xeyir görməmək, zərər çəkmək, peşman olmaq.

    Полностью »
  • AĞZI YIĞILMAQ

    deyinməmək, söz-söhbətə son qoymaq.

    Полностью »
  • AĞZIGÜNƏ BURAXMAQ

    sahibsiz qoymaq; ~ başlı-başına buraxmaq.

    Полностью »
  • AĞZIGÜNƏ QALMAQ

    yiyəsiz qalmaq, yararsız olmaq, istifadə edilməmək; ~ başlı-başına qalmaq.

    Полностью »
  • AĞZINA AĞIZ VERMƏK

    sözünü qüvvətləndirmək, təhrik etmək, coşdurmaq; ~ ağzına dil vermək (atmaq), səsinə səs vermək.

    Полностью »
  • AĞZINA ALMAQ (GÖTÜRMƏK)

    hər tərəfi bürümək, çox geniş əhatə etmək, hər tərəfə yayılmaq; ~ çənginə almaq, başına almaq.

    Полностью »
  • AĞZINA ATMAQ

    rüşvət vermək, öz məqsədinə nail olmaq üçün kimisə  ələ almağa çalışmaq; ~ ağzına bir şey atmaq.

    Полностью »
  • AĞZINA BAXMAQ

    öz fikri, mövqeyi olmamaq, başqasının iradəsinə tabe olmaq.

    Полностью »
  • AĞZINA BİR ŞEY ATMAQ

    1. Yüngülvarı, ayaqüstü yemək; ~ mədəsini aldatmaq.  2. Rüşvət vermək, öz məqsədinə nail olmaq üçün kimisə ələ almağa çalışmaq; ~ ağzına atmaq, ağzına

    Полностью »
  • AĞZINA BİR ŞEY DƏYMƏMƏK

    uzun müddət heç nə yeməmək, yeməyə fürsət tapmamaq.

    Полностью »
  • AĞZINA ÇULLU DOVŞAN SIĞMAMAQ

    həddindən artıq lovğa, özündənrazı olmaq, özünü öymək, dil pəhləvanı olmaq, sözdə basıb-bağlamaq.

    Полностью »
  • AĞZINA DAŞ BASMAQ

    susdurmaq, danışmağa, reallaşdırmağa imkan verməmək.

    Полностью »
  • AĞZINA DİL VERMƏK (ATMAQ)

    sözünü qüvvətləndirmək, coşdurmaq; öyrətmək, təhrik etmək; ~ yoldan çıxarmaq, ağzına ağız vermək.

    Полностью »
  • AĞZINA DÜŞMƏK

    eyni sözü tez-tez təkrar etmək; ~ ağzından düşməmək.

    Полностью »
  • AĞZINA GƏLƏNİ DANIŞMAQ

    fikirləşmədən, yerli-yersiz danışmaq, dediyi sözün məsuliyyətini dərk etməmək; ~ ağzını Allah yoluna qoymaq, ağzına gücü çatmamaq, danışığını bilməmək

    Полностью »
  • AĞZINA GƏLƏNİ DEMƏK

    bərk danlamaq, töhmətləndirmək, biabır etmək, söymək; ~ ağzından çıxanı demək, dişinin dibindən çıxanı demək, gözünü yumub ağzını açmaq

    Полностью »
  • AĞZINA GÜCÜ ÇATMAMAQ

    bax: ağzına gələni danışmaq.

    Полностью »
  • AĞZINA İT BAŞI ALMAQ

    dan. ətrafdakılarla qaba davranmaq, kobud danışmaq, davamlı söyüş söymək.

    Полностью »
  • AĞZINA QIFIL VURMAQ

    susmaq, susdurmaq.

    Полностью »
  • AĞZINA SÖZ DÜŞMƏK

    bax: ağzına düşmək.

    Полностью »
  • AĞZINA SU ALMAQ

    dinməmək, susmaq, danışılan məsələyə münasibət bildirməmək.

    Полностью »
  • AĞZINA SÜMÜK ATMAQ

    susdurmaq üçün bir şey vermək, təmənnası olan adamı razı salmaq; ~ ağzına bir şey atmaq.

    Полностью »
  • AĞZINA YİYƏLİK ETMƏMƏK

    bax: ağzına gələni danışmaq.

    Полностью »
  • AĞZINDA DADI QALMAQ

    nə vaxtsa yeyilən ləzzətli yeməyi unutmamaq, nə vaxtsa xoş təəssürat doğurmuş bir şeyi yenidən arzu etmək

    Полностью »
  • AĞZINDA DİLİ OLMAMAQ

    məzlum, yazıq, aciz olmaq.

    Полностью »
  • AĞZINDA DİLİ YANMAQ

    1. Bərk susamaq.  2. Peşmanlıq çəkmək.

    Полностью »
  • AĞZINDA SÖZ DURMAMAQ

    sirr saxlamağı bacarmamaq, sirri yaymaq, gizlədilməsi vacib olan söhbəti başqalarına danışmaq, ağızdanboş olmaq, ağzı bərk olmamaq; ~ hülqumu olmamaq

    Полностью »
  • AĞZINDA SÖZ QALMAMAQ (SAXLAMAMAQ)

    bax: ağzında söz durmamaq.

    Полностью »