Фразеологический словарь азербайджанского языка

  • AĞZININ DADINI BİLMƏK

    yüksək zövqü, yaxşı seçim etmək məharəti olmaq.

    Полностью »
  • AĞZININ DANIŞIĞINI BİLMƏMƏK

    bax: danışığını bilməmək.

    Полностью »
  • AĞZININ İÇİNDƏ

    lap yaxında, bir qarışlığında, bir addımlığında; ~ qulağının dibində, əl uzatsan, çatar (yetər).

    Полностью »
  • AĞZININ İÇİNDƏ OTURMAQ

    kiminsə lap yaxınında oturmaq; ~ qulağının dibində, çənəsinin altını kəsdirmək.

    Полностью »
  • AĞZININ İÇİNƏ GİRMƏK

    lap yaxına gəlmək; ~ çənəsinin altına girmək.

    Полностью »
  • AĞZININ İPİ (QAYTANI) OLMAMAQ

    ağzına nə gəldi danışmaq, ağzıyırtıq olmaq; ~ ağzına yiyəlik etməmək, ağzında söz durmamaq, ağzının qatığını dağıtmaq

    Полностью »
  • AĞZININ QATIĞINI DAĞITMAQ

    dan. nə danışdığını bilməmək, ağzına nə gəldı danışmaq; ~ ağzının ipi (qaytanı) olmamaq.

    Полностью »
  • AĞZININ SÖZÜNÜ BİLMƏMƏK

    bax: danışığını bilməmək.

    Полностью »
  • AĞZININ SUYUNU AXITMAQ

    tamahlanmaq, istəmək, nəfsini gözləməmək; ~ tamah salmaq, ağzı sulanmaq.

    Полностью »
  • AĞZININ ÜSTÜNDƏN VURMAQ

    bax: ağzından vurmaq.

    Полностью »
  • AH ÇƏKMƏK

    dərddən, qüssədən köks ötürmək; ~ içini çəkmək.

    Полностью »
  • AHI GÖYLƏRƏ ÇIXMAQ (QALXMAQ)

    fəryad etmək, son dərəcə kədərlənmək, inləmək.

    Полностью »
  • AHI TUTMAQ

    birisinə qarşı etdiyi haqsızlığın cəzasını çəkmək; ~ qanı tutmaq, qarğışı tutmaq.

    Полностью »
  • AHIN DAĞA-DAŞA

    ah çəkən adama təsəlli vermək üçün işlədilən ifadə, etiket.

    Полностью »
  • AXINA QARŞI ÜZMƏK (GETMƏK)

    hamının getdiyi yolla getməmək, fərqli düşüncədə olmaq, kütlədən fərqlənmək; özünə çətin yol seçmək.

    Полностью »
  • AXINA QOŞULMAQ

    hamı ilə bir yerdə olmaq, hamının getdiyi yolla getmək, kütlənin içində olmaq.

    Полностью »
  • AXIRI BİR YANA ÇIXMAQ

    bir nəticə vermək, çətinlikdən çıxmağa ümid bəsləmək.

    Полностью »
  • AXIRINA ÇIXMAQ

    1. Bir işi sonadək araşdırmaq; ~ nöqtə qoymaq.  2. Hamısını istifadə etmək, qurtarmaq; ~ süpürgə çəkmək

    Полностью »
  • AXİLLES DABANI

    insanın ən zəif cəhəti; ~ zəif nöqtə.

    Полностью »
  • AXİRƏTƏ QOVUŞMAQ

    ölmək; ~ dünyasını dəyişmək, dünyadan köçmək, canını tapşırmaq, canını bağışlamaq.

    Полностью »
  • AXŞAM ELƏMƏK

    axşama qədər keçinmək, qalmaq, günü başa vurmaq.

    Полностью »
  • AXŞAMIN DAR VAXTI

    bax: dar vaxtı.

    Полностью »
  • ALA İT TAYADAN DÜŞMƏMİŞ

    lap tezdən; ~ səhərin gözü açılmamış (açılar-açılmaz), tula tayadan düşməmiş.

    Полностью »
  • ALA İTDƏN MƏŞHUR OLMAQ

    çoxlarının tanıdığı, lakin hörməti olmayan adam haqqında işlədilən ifadə.

    Полностью »
  • ALA QARĞA

    davranış və düşüncəsi ilə ətrafdakılardan fərqlənən adam haqqında işlədilən ifadə.

    Полностью »
  • ALDIM QOZ, SATDIM QOZ

    heç bir xeyri, mənfəəti olmayan bir iş, alver haqqında.

    Полностью »
  • ALƏM BİR-BİRİNƏ DƏYMƏK (QARIŞMAQ)

    bax: dünya-aləm bir-birinə dəymək (qarışmaq).

    Полностью »
  • ALƏMƏ CAR ÇƏKMƏK

    bax: car çəkmək.

    Полностью »
  • ALƏMƏ İT HÜRƏNDƏ BİZƏ DƏ ÇAQQAL HÜRƏR

    birisinin tənqidinə cavab verərkən onu aşağılamaq məqsədilə söylənilən ifadə.

    Полностью »
  • ALƏMİ BAŞINA GÖTÜRMƏK

    hər tərəfə dolmaq, yayılmaq, bürümək (əsasən, səs, su, tüstü, zibil və s. haqqında).

    Полностью »
  • ALƏMİ BİR-BİRİNƏ QATMAQ

    söz-söhbət, gərginlik, qarışıqlıq yaratmaq; ~ kələfi dolaşdırmaq, aləmi bir-birinə vurmaq.

    Полностью »
  • ALƏMİ BİR-BİRİNƏ VURMAQ

    çox axtarmaq, ələk-vələk eləmək, hər yeri dağıtmaq;  söz-söhbət, gərginlik, qarışıqlıq yaratmaq; ~ altını üstünə çevirmək, altından vurub üstündən çıx

    Полностью »
  • ALFADAN OMEQAYA

    bax: a-dan ze-yə.

    Полностью »
  • ALIĞINI AŞIRMAQ

    vəzifədən  çıxarmaq,  zərbə vurmaq, məğlub  etmək; ~ gözdən salmaq, işini bitirmək.

    Полностью »
  • ALIN TƏRİ İLƏ

    zəhmət çəkməklə, əmək sərf etməklə.

    Полностью »
  • ALIN YAZISI

    tale, qismət, qədər.

    Полностью »
  • ALLAH ADAMI

    imanlı, əməlisaleh adam.

    Полностью »
  • ALLAH AĞLINI ALIB

    düşünülməmiş hərəkətlər edən, davranışı ilə özünə ziyan vuran adam haqqında işlədilən ifadə.

    Полностью »
  • ALLAH ELƏMƏMİŞ

    “pis, bəd şey olmasın” mənasında işlədilən ifadə.

    Полностью »
  • ALLAH RAST SALDI

    işin uğurlu olması, arxasınca gedilən bir işin asanlıqla həll olunması barədə işlədilən ifadə.

    Полностью »
  • ALLAH TƏK YARADIB

    “gözəllikdə tayı-bərabəri yoxdur” mənasında işlədilən ifadə.

    Полностью »
  • ALLAH ÜMİDİNƏ QALMAQ

    düşdüyü vəziyyətdən çıxış yolu tapa bilməmək, əlacsız, çarəsiz olmaq.

    Полностью »
  • ALLAH ÜZÜNƏ BAXIB

    hər hansı təhlükədən, xata-baladan xoş təsadüf nəticəsində qurtulan adam haqqında işlədilən ifadə; ~ anası namaz üstə imiş

    Полностью »
  • ALLAH VERDİYİ CANI ALA BİLMİR

    xəsis, simic adam haqqında işlədilən ifadə.

    Полностью »
  • ALLAH VERGİSİ

    ilahi, təbii, qeyri-adi istedad.

    Полностью »
  • ALLAHA ACIQ GEDƏR

    gərgin psixoloji vəziyyətdə küfr danışan, naşükürlük edən və ya aşırı emosional hərəkətlərə yol verən şəxsə müraciətlə söylənilən ifadə

    Полностью »
  • ALLAHA AĞIR GEDƏR

    günah, qəbahət, bəd əməl törətməyə hazırlaşan birisini həmin niyyətindən çəkindirmək məqsədilə işlədilən ifadə

    Полностью »
  • ALLAHA BƏNDƏLİK ETMƏMƏK

    itaətdən çıxmaq; ~ yolunu azmaq.

    Полностью »
  • ALLAHA ƏMANƏT ETMƏK

    ayrılarkən “salamat qal” mənasında işlədilən ifadə.

    Полностью »
  • ALLAHA XOŞ GEDƏR

    birisini xeyirxah və savab əməllərə çağırarkən işlədilən ifadə.

    Полностью »