Фразеологический словарь азербайджанского языка

  • AĞLI BİR QARIŞ OLMAQ

    dayaz düşünmək, dardüşüncəli olmaq, ağıldankəm olmaq; ~ ağlı topuğunda olmaq, ağlı gödək olmaq.

    Полностью »
  • AĞLI BİR ŞEY KƏSMƏMƏK

    beyninə batmamaq, şübhə ilə yanaşmaq.

    Полностью »
  • AĞLI ÇAŞMAQ

    çaşıb-qalmaq, nə etdiyini bilməmək; ~ ağlı başından oynamaq.

    Полностью »
  • AĞLI GETMƏK

    1. Haqqında danışılanı fikrində tutduğu ilə səhv salmaq.  2. Çox xoşuna gəlmək; ~ ağlı başından çıxmaq (getmək)

    Полностью »
  • AĞLI GÖDƏK OLMAQ

    bax: ağlı bir qarış olmaq.

    Полностью »
  • AĞLI KƏSMƏK

    1. İnanmaq, mümkün hesab etmək; ~ beyninə batmaq (girmək), ağlına batmaq.  2. Dərk etmək, anlamaq; ~ başa düşmək

    Полностью »
  • AĞLI KƏSMƏMƏK

    1. İnanmamaq, güman etməmək, mümkün hesab etməmək.  2. Başa düşməmək, anlamamaq; ~ huşu kəsməmək.

    Полностью »
  • AĞLI QARIŞMAQ

    nə edəcəyini bilməmək, çaşmaq; ~ özünü itirmək.

    Полностью »
  • AĞLI ÖZÜNƏ GETMƏK

    özünə oxşatmaq, hər şeyi öz bildiyi kimi təsəvvür etmək.

    Полностью »
  • AĞLI TOPUĞUNDA OLMAQ

    ağıldankəm, dərrakəsiz, düşüncəsi zəif olan adam haqqında işlədilən ifadə; ~ ağlı bir qarış olmaq.

    Полностью »
  • AĞLI YERİNDƏ OLMAMAQ

    bax: ağlı başından oynamaq.

    Полностью »
  • AĞLINA BATMAQ

    dərk etmək, qəbul etmək, mümkün hesab etmək, inanmaq; ~ beyninə batmaq (girmək), ağlı kəsmək.

    Полностью »
  • AĞLINA BELƏ GƏLMƏZDİ

    bax: ağlına da gəlməzdi.

    Полностью »
  • AĞLINA BELƏ GƏTİRMƏ

    bax: ağlına da gətirmə.

    Полностью »
  • AĞLINA DA GƏLMƏZDİ

    heç düşünməzdi; nəzərdə tutulmayan, gözlənilməz hadisə ilə qarşılaşarkən işlədilən ifadə.

    Полностью »
  • AĞLINA DA GƏTİRMƏ

    “mümkün olan iş deyil, bu barədə düşünmə, fikrindən çıxart”; qeyri-real fikrə, istəyə etiraz olaraq işlədilən ifadə; ~ ağlına belə gətirmə

    Полностью »
  • AĞLINA FİKİR GƏLMƏK

    yeni bir şey düşünmək.

    Полностью »
  • AĞLINA GƏLƏNİ DANIŞMAQ (DEMƏK)

    danışığına fikir verməmək, düşünmədən danışmaq, nə gəldi danışmaq, boşboğazlıq etmək; ~ sözü bişirmədən ağzından çıxarmaq

    Полностью »
  • AĞLINA GƏLƏNİ ETMƏK

    istədiyi bir şeyi fikirləşmədən etmək, danışdığı sözün, etdiyi hərəkətin məsuliyyətini dərk etməmək, ölçüb-biçmədən iş görmək

    Полностью »
  • AĞLINA GƏLMƏK (GƏTİRMƏK)

    xatırlamaq, haqqında fikirləşmək, düşünmək; ~  beyninə düşmək, yada salmaq, fikrinə gəlmək, xəyalına gəlmək (gətirmək)

    Полностью »
  • AĞLINA KEÇƏ YAMAYIM

    düşünmədən danışan, ağılsız hərəkətlər edən, yersiz təkliflər verən adama deyilən ifadə.

    Полностью »
  • AĞLINA SIĞIŞDIRA BİLMƏMƏK

    bir şeyə inanmamaq, bu barədə heç düşünməmək, hansısa fikirlə razılaşa bilməmək.

    Полностью »
  • AĞLINA VURMAQ

    dərk etmək, qavramaq, anlamaq, ayıq başla düşünmək, sonranı, nəticəni nəzərə almaq.

    Полностью »
  • AĞLINDA QALMAQ

    unutmamaq; ~ beynində qalmaq, yadda qalmaq.

    Полностью »
  • AĞLINDA TUTMAQ

    görəcəyi iş haqqında düşünmək; ~ yadda saxlamaq.

    Полностью »
  • AĞLINI ALMAQ (APARMAQ)

    heyran etmək, məftun etmək, valeh etmək; ~ ağlını başından çıxarmaq.

    Полностью »
  • AĞLINI BAŞINA YIĞMAQ (TOPLAMAQ, CƏM ELƏMƏK)

    ağıllanmaq, fikirləşmək, düşünüb-daşınmaq, ölçüb-biçmək, götür-qoy edib nəticə çıxarmaq.

    Полностью »
  • AĞLINI BAŞINDAN ÇIXARMAQ

    1. Azdırmaq; ~ başdan çıxarmaq, pis yola çəkmək (salmaq).  2. Heyran etmək, məftun etmək, valeh etmək; ~ ağlını almaq (aparmaq)

    Полностью »
  • AĞLINI ƏLİNDƏN ALMAQ

    bax: ağlını başından çıxarmaq.

    Полностью »
  • AĞLINI İTİRMƏK

    1. Dəli olmaq, səfehləmək; ~ ağlı başından çıxmaq (getmək), başı pozulmaq, huşu başından çıxmaq, başına soyuq dəymək, başına at təpmək

    Полностью »
  • AĞLINI UDUZMAQ

    hiyləyə aldanmaq, uymaq,  yanılmaq, səhv etmək.

    Полностью »
  • AĞRIMAYAN BAŞINA DƏSMAL BAĞLAMAQ

    heç nədən özünü bəlaya salmaq, arzulanmayan bir işə qoşulmaq; ~ ağrımaz başına buz bağlamaq, özünü işə salmaq, isti yerini soyuq eləmək

    Полностью »
  • AĞRIMAZ BAŞINA BUZ BAĞLAMAQ

    bax: ağrımayan başına dəsmal bağlamaq.

    Полностью »
  • AĞSAQQAL-QARASAQQAL TANIMAMAQ

    bax: böyük-kiçik tanımamaq.

    Полностью »
  • AĞZI AÇILA QALMAQ

    heyrətlənmək, çox təəccüblənmək, heyran olmaq.

    Полностью »
  • AĞZI AÇILMAQ

    1. Deyinməyə, danlamağa, söyməyə başlamaq, narazılıq bildirmək.  2. Kütləvi halda axışıb gəlməyə başlamaq; ~ qabağı açılmaq

    Полностью »
  • AĞZI AĞZINA DƏYMƏK

    üz-üzə görüşüb məsləhətləşmək, rəyini, fikrini bilmək.

    Полностью »
  • AĞZI AŞA ÇATANDA BAŞI DAŞA ÇATMAQ

    həyatı, güzəranı yaxşılaşanda ömrü bitmək.

    Полностью »
  • AĞZI BALA BATMAQ

    bir şeydən faydalanmaq, xeyir görmək, gördüyü işdən, atdığı hər hansı addımdan fayda götürmək, işi uğurlu alınmaq

    Полностью »
  • AĞZI BƏRK OLMAQ

    sirr saxlamaq, mənasız yerə danışmamaq, az danışmaq; ~ ağzını bərk saxlamaq.

    Полностью »
  • AĞZI DADA GƏLMƏK

    ləzzətli yeməkdən iştahası artmaq.

    Полностью »
  • AĞZI DALANA DİRƏNMƏK

    çıxılmaz vəziyyətə düşmək, çətin vəziyyətdə çıxış yolu tapmamaq.

    Полностью »
  • AĞZI FAL ÇIXMAQ (OLMAQ)

    əvvəlcədən söylədiyi, dediyi doğru çıxmaq, gerçəkləşmək.

    Полностью »
  • AĞZI İLƏ QUŞ (MİLÇƏK) TUTMAQ

    çox cəld, zirək, fərasətli, bacarıqlı olmaq, hər şeyi çox tez anlamaq.

    Полностью »
  • AĞZI İSTİ YERDƏ OLMAQ

    işin mahiyyətini, çətinliklərini bilmədən çox nikbinliklə danışmaq.

    Полностью »
  • AĞZI KÖPÜKLƏNMƏK

    hiddətlənmək, coşmaq, qəzəblənmək, hirslənmək.

    Полностью »
  • AĞZI QATIQ KƏSMƏMƏK

    sözünün kəsəri, təsiri olmamaq; ~ sözü keçməmək, baltası kəsməmək.

    Полностью »
  • AĞZI QATIQLI

    uşaq, hələ çox şeyi bilməyən, ağlı kəsməyən, ağzından süd iyi gələn.

    Полностью »
  • AĞZI QIZIŞMAQ

    1. Çox danışmaq, başqasının danışmasına imkan verməmək; ~ laf vurmaq.  2. Danışmağa çox vaxt sərf etməklə əsl işi yaddan çıxarmaq; ~ çənəsi qızışmaq

    Полностью »
  • AĞZI QULAĞININ DİBİNƏ GETMƏK

    ucadan və eybəcər şəkildə gülmək.

    Полностью »