Фразеологический словарь азербайджанского языка

  • BAŞI İLƏ CAVAB VERMƏK

    bütün məsuliyyəti öz üzərinə götürmək.

    Полностью »
  • BAŞI İŞLƏMƏK

    hər şeyi düzgün təhlil etmək, fikirləşə bilmək, çox ağıllı, əsaslı, məntiqli olmaq.

    Полностью »
  • BAŞI QARIŞMAQ

    bir şeylə məşğul olmaq, işsiz qalmamaq.

    Полностью »
  • BAŞI QARPIZA İŞLƏMƏK

    mənasız işlər görmək, enerjisini boş yerə sərf etmək.

    Полностью »
  • BAŞI QAZANA DÖNMƏK

    çox fikirləşib qərara gələ bilməmək.

    Полностью »
  • BAŞI QIZIŞMAQ

    bir işə aludə olmaq.

    Полностью »
  • BAŞI QOLTUQ GÖRMƏMƏK

    çətinliyə düşməmək, çətinliklə üzləşməmək.

    Полностью »
  • BAŞI QOVĞALAR ÇƏKMƏK

    çox bəlalar görmək, ağır sınaqlarla üzləşmək; ~ başı daşdan-daşa dəymək.

    Полностью »
  • BAŞI POZULMAQ

    səfehləmək, düşünmə qabiliyyətini itirmək; ~ ağlını itirmək.

    Полностью »
  • BAŞI ŞİŞMƏK

    işin çoxluğundan, yaxud başqa bir səbəbdən nə edəcəyini bilməmək, usanmaq, bezikmək; ~ baş-qulağı getmək, öz adını başqasından soruşmaq, öz adını yadı

    Полностью »
  • BAŞI TOXMAQLI OLMAQ

    xəcalətli, minnətli, gözükölgəli olmaq.

    Полностью »
  • BAŞI ÜSTÜNDƏ DURMAMAQ

    bərk kefli olmaq, sərxoş olmaq; başı bərk ağrımaq.

    Полностью »
  • BAŞI ÜSTÜNDƏ GƏZDİRMƏK

    kimisə həddən artıq əzizləmək, qayğı göstərmək.

    Полностью »
  • BAŞI YASTIĞA DÜŞMƏK

    bax: döşəyə düşmək.

    Полностью »
  • BAŞI YERİNDƏ OLMAQ

    ağlı başında olmaq, düşüncəli davranmaq.

    Полностью »
  • BAŞI ZİLLƏT ÇƏKMƏK

    çətin, ağır günlər keçirmək.

    Полностью »
  • BAŞIM BAŞMAQÇIDAN, QOLUM QOLBAQÇIDAN

    özünün heç bir şeyi olmaması mənasında işlədilən ifadə.

    Полностью »
  • BAŞIMA HARANIN DAŞINI SALIM (TÖKÜM)

    dan. hər hansı səbəbdən ağır, çıxılmaz vəziyyətə düşmüş şəxsin işlətdiyi ifadə; ~ başımı hansı daşa döyüm

    Полностью »
  • BAŞIMI HANSI DAŞA DÖYÜM

    bax: başıma haranın daşını salım (töküm).

    Полностью »
  • BAŞINA AĞIL QOYMAQ

    birinə düzgün yol göstərmək, yaxşı məsləhət vermək, pis fikirdən daşındırmaq.

    Полностью »
  • BAŞINA ALMAQ

    geniş yayılmaq, əhatə etmək; ~ ağzına almaq (götürmək).

    Полностью »
  • BAŞINA AT TƏPMƏK

    sarsaqlamaq, axmaq-axmaq danışmaq; ~ ağlı başından çıxmaq (getmək), ağlını itirmək, başına soyuq dəymək

    Полностью »
  • BAŞINA BATMAQ

    bax: beyninə batmaq (girmək).

    Полностью »
  • BAŞINA BƏLA AÇMAQ (GƏTİRMƏK)

    bədbəxtliyə, əziyyətə, narahatlığa səbəb olmaq, çıxılmaz vəziyyətə salmaq, əngəl törətmək; ~ işə salmaq, şərə salmaq

    Полностью »
  • BAŞINA CƏNCƏL AÇMAQ

    çətin vəziyyətə salmaq; ~ başına iş açmaq.

    Полностью »
  • BAŞINA CORAB HÖRMƏK

    işini dolaşığa salmaq; ~ tələ qurmaq.

    Полностью »
  • BAŞINA ÇARƏ QILMAQ

    çətin vəziyyətdən çıxış yolu axtarmaq, tədbir görmək; ~ gün ağlamaq.

    Полностью »
  • BAŞINA ÇƏKMƏK

    birnəfəsə içmək, acgözlüklə içmək.

    Полностью »
  • BAŞINA ÇIXARMAQ

    həddən çox güzəştə getmək, əzizləmək, səhv hərəkətlərinə göz yummaq,  həddindən artıq ərköyün böyüdüb qudurtmaq; ~ başına mindirmək, boynuna mindirmək

    Полностью »
  • BAŞINA ÇIXMAQ

    göstərilən hədsiz qayğıdan sui-istifadə etmək, qudurmaq; ~ həddini aşmaq.

    Полностью »
  • BAŞINA DAŞ SALMAQ

    1. Nəyisə lazımsız yerə sərf etmək, pulu xərcləyib qurtarmaq.  2. Xarab etmək, korlamaq; ~ sıradan çıxarmaq

    Полностью »
  • BAŞINA DƏN DÜŞMƏK

    bax: saçına dən düşmək.

    Полностью »
  • BAŞINA DƏYSİN

    çox pis, keyfiyyətsiz əşya təklif olunarkən söylənilən ifadə.

    Полностью »
  • BAŞINA DOLANDIRMAQ

    əfv etmək, bağışlamaq, günahından, təqsirindən keçmək; ~ balalarının başına çevirmək.

    Полностью »
  • BAŞINA DOLANMAQ

    həddindən artıq əzizləmək, nəvaziş göstərmək; ~ qayğısını çəkmək.

    Полностью »
  • BAŞINA DÖVLƏT QUŞU QONMAQ

    birdən-birə xoşbəxtliyə, var-dövlətə sahib olmaq; ~ bəxti gətirmək.

    Полностью »
  • BAŞINA DÖYƏ-DÖYƏ QALMAQ

    bax: başına döymək.

    Полностью »
  • BAŞINA DÖYMƏK

    etdiyi əməldən peşman olmaq, təəssüflənmək; ~ başına döyə-döyə qalmaq, dizinə döymək.

    Полностью »
  • BAŞINA DÜŞMƏK

    bax: beyninə düşmək.

    Полностью »
  • BAŞINA FIRLADIB VERMƏK

    bir şeyi (əsasən, pulu) istəmədən, məcbur olub vermək; ~ it aparan olsun.

    Полностью »
  • BAŞINA FIRLANMAQ

    hədsiz diqqət və qayğı göstərmək, mehribanlıq etmək.

    Полностью »
  • BAŞINA GİRMƏMƏK

    beyninə yeridə bilməmək, anlaya bilməmək, başa düşə bilməmək, qavramağa çətinlik çəkmək.

    Полностью »
  • BAŞINA GÖTÜRMƏK

    bax: aləmi başına götürmək.

    Полностью »
  • BAŞINA-GÖZÜNƏ DÖYMƏK

    gördüyü işdən, etdiyi əməldən peşman olmaq.

    Полностью »
  • BAŞINA HAVA GƏLMƏK

    dəli kimi olmaq, şüursuz hərəkət etmək; ~ ağlı başından oynamaq, başı xarab olmaq.

    Полностью »
  • BAŞINA XALTA SALMAQ

    özünə tabe etmək, öz itaəti altına almaq; ~ boğazına ip salmaq, boynuna xalta keçirmək.

    Полностью »
  • BAŞINA İP SALIB OYNATMAQ (HƏRLƏMƏK)

    bax: ələ salmaq.

    Полностью »
  • BAŞINA İŞ AÇMAQ

    çətin vəziyyətə salmaq; bilmədən özünün və ya başqasının işini artırmaq; ~ dolaşığa salmaq, başına tərs dəyirman çevirmək, başını bəlaya salmaq, başın

    Полностью »
  • BAŞINA İŞ GƏLMƏK

    müsibətlə qarşılaşmaq, xoşagəlməz hadisə baş vermək; gözlənilmədən çətin və çıxılmaz bir vəziyyətə düşmək; ~ lov düşmək, oyuna düşmək

    Полностью »
  • BAŞINA İŞ GƏTİRMƏK

    pislik eləmək, bəlaya, fəlakətə uğratmaq.

    Полностью »