xarici görünüşü dəyişən, lakin daxilən, mənən inkişaf etməyən, kobud və axmaq adam haqqında işlədilən ifadə
heç bir hörməti, nüfuzu olmayan, sayılmayan adam haqqında işlədilən ifadə.
bax: eşşək nə bilir zəfəran nədir.
axmaq, qanmaz, yaxşı ilə pisə fərq qoya bilməyən adam haqqında işlədilən ifadə; eşşək nə bilir xurmanın dadını
məğlub olsa da, özünü o yerə qoymamaq; ~ özünü tox tutmaq, özünü sındırmamaq.
güclüdən qorxub gücsüzün yaxasından yapışmaq, güclünün qisasını fağırdan almaq, gücünü gücsüzə göstərmək; ~ eşşəyi qoyub palanı toqqaşdamaq
rüsvay etmək, biabırçı hala salmaq.
bax: eşşəyə gücü çatmır, palanı döyür.
vəzifəsini, səlahiyyətlərini itirmək, sonu çatmaq; ~ işi bitmək, kəlmeyi-şəhadəti oxunmaq, zurnası çalınmaq, kitabı bağlanmaq
dəyəri, hörməti olmayan birinə öləndən sonra həddindən artıq dəyər verilməsinə münasibətdə işlədilən ifadə
vulqar. kobud, tərbiyəsiz, yaramaz adam haqqında işlədilən ifadə.
1. Dəyərini, nüfuzunu, etibarını itirmək, etibar edilməmək, əvvəlki kimi mötəbər olmamaq; ~ nüfuzdan düşmək
bir insanın (dəstənin, qrupun və s.) himayəsində olmaq, bir kəsin və ya bir şeyin salamat, təhlükəsiz qalmasına tam güvənmək
inanmaq, etibar etmək.
gizli qalmalı olan söz, iş haqqında deyilən ifadə; ~ bir daş altda, bir daş üstdə.
evdən kənara çıxmağa icazə verilməmək, evdə saxlanılmaq.
evlənmək, ailə qurmaq, ata-anadan ayrılaraq müstəqil yaşamaq.
qazandığı pulun qədrini bilmək, pulunu ora-bura dağıtmamaq, sağa-sola xərcləməmək, yığıcı olmaq, bədxərc olmamaq
birinə pislik etmək, bədbəxt etmək.
ilk dəfə görülən, haqqında təsəvvür, məlumat olmayan bir şey haqqında işlədilən ifadə.
evdə hər kəsə ağalıq edən, ancaq bayırda səsi çıxmayan, söz deməyə qorxan adam haqqında işlədilən ifadə
ərə getməmiş qız haqqında deyilən ifadə; ~ yurdda qalmaq.
incimək, küsüb getmək; ~ qapını çırpmaq.
qonaq olmaq, gecələmək.
veyillənməyi, sərgərdan gəzməyi dayandırmaq; ~ küçədən ayağı yığılmaq.
ağır bir fəlakətlə üzləşmək, fəlakətə düçar olmaq, bədbəxt olmaq; ~ evi yıxılmaq.
1. Fəlakətlə üzləşmək; ~ nəsli kəsilmək, ocağından tüstü çıxmamaq, ocağı sönmək (qaralmaq), çırağı sönmək, yurdunda bayquşlar ulayır, evində ocaq yanm
ailəni maddi cəhətdən təmin etmək.
ərə getməmək, ailə qurmamaq; ~ qız qalmaq, yurdda qalmaq.
ağır bir fəlakətə düçar olmaq, bədbəxt olmaq; ~ bəlaya düşmək.
1. Bədbəxt hadisə baş vermək; ~ ocağı sönmək (qaralmaq). 2. Qarşılaşdıqları pis hadisələrə görə evdə heç kimin yaşamaması
nəslini davam etdirəcək kimisə qalmamaq; ~ ocağı sönmək (qaralmaq), evi dağılmaq.
əldə edə bilməyəcəyi bir şeyin xəyalı ilə yaşayan imkansız, lakin iddialı və xəyalpərəst adam haqqında deyilən ifadə
hər hansı bir səbəbə görə ailəsindən uzaqlaşmaq, evə gəlməmək, başını götürüb evdən getmək.
evində, ailəsində dalbadal adam ölmək, bədbəxt hadisə baş vermək.
ciddi cəzalandırmaq; ~ payını vermək, od qoymaq (vurmaq).
pis yola çəkmək, xatalı, təhlükəli bir işə cəlb etmək, bədbəxt etmək; ~ bəlaya salmaq, yoldan çıxarmaq
didərgin etmək; ~ küçələrə salmaq.
qəflətən nəyisə xatırlayıb təəssüflənərkən işlədilən ifadə, nida.
bax: aybına gəlmək.
bax: aybına kor olmaq.
nəyisə üstüörtülü demək, nəyəsə işarə etmək.
bax: aynası açılmaq.
bax: bir bezin qırağı.
heç kimi üstün tutmamaq, ayrı-seçkilik etməmək; ~ hamıya bir gözlə baxmaq, bir kəfənə qoymaq (bükmək)
saymamaq, təsirlənməmək, fikrindən keçirməmək.
fikri üstüörtülü çatdırma tərzi, üsulu.
ölmək, vəfat etmək; ~ dünyasını dəyişmək.
əbədi olmaq; dünyasını dəyişmiş hörmətli şəxs haqqında işlədilən evfemistik ifadə.
xəbərdarlıq olunmasına baxmayaraq, etdiyi hərəkətdən zərər çəkmiş şəxsi qınamaq üçün deyilən ifadə; ~ haqq oldu, yaxşı oldu