Bələdiyyə Müəssisəsi

istehsal vasitələri bələdiyyə mülkiyyətində olan müəssisə.
Bələdiyyə Maliyyəsi
Bələdiyyə Mülkiyyəti
OBASTAN VİKİ
Bələdiyyə
Bələdiyyə — qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə forması. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları mövcuddur və o, konstitusiya və qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. "Bələdiyyə" və "yerli özünüidarə" terminləri və bunların iştirakı ilə düzələn söz birləşmələri bələdiyyə, onların orqanları, yerli özünüidarə funksiyalarının həyata keçirilməsi ilə bağlı olan müəssisə, idarə və təşkilatlar, mülkiyyət obyektləri və başqa obyektlər barəsində, habelə əhali tərəfındən yerli özünüidarənin həyata keçirilməsi ilə əlaqədar digər hallarda işlədilir. Yerli əhali — Bələdiyyə ərazisində daimi yaşayan əhali. Yerli referendum — Əhalinin yerli səsverməsidir. Bələdiyyə mülkiyyəti — bələdiyyəyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlakdır. Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin edilməklə, ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir. Ümumiyyətlə, xarici təcrübədə yerli özünüidarəetmə orqanlarının 5 struktur modeli mövcuddur.
Azərbaycanda bələdiyyə
Azərbaycanda bələdiyyə — Azərbaycanda yerli özünüidarəetmə forması. Azərbaycanda bələdiyyələr Azərbaycan Respublikası Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilmişdir. O dövrdə Respublikamızda 2700 bələdiyyə yaradılmış, sonradan isə kiçik bələdiyyələrin birləşdirilməsi nəticəsində bələdiyyələrin sayı 1771-ə endirilmişdir. Müvafiq qanuna uyğun olaraq respublikamızda bələdiyyə seçkiləri hər beş ildən bir keçirilir. İkinci dəfə bələdiyyə seçkiləri 2004-cü ildə, üçüncü dəfə 2009-cu il, dördüncü dəfə 2014-cü ildə keçirilmişdir və beşinci dəfə isə 2019-cu ildə keçirilmişdir. 2006-cı ildə isə bəzi bələdiyyələrin birləşdirilməsi, ləğvi, yenidən təşkili səbəbi ilə yeni, təkrar və əlavə bələdiyyə seçkiləri keçirildi. 2011-ci ildə nəticələri ləğv olunan bələdiyyələrdə 1901 bələdiyyə üzvü üçün təkrar seçkilər keçirildi. 2004-cü ildə Azərbaycanda bələdiyyə üzvlərinin cəmi 4 faizi qadınlar olduğu halda, 2009-cu ildə artıq bu rəqəm 26,5 faizə qalxıb. Bələdiyyə statusu haqqında Azərbaycan Respublikasının qanunu.
Bələdiyyə başçısı
Bələdiyyə sədri — bələdiyyə tərəfindən idarə olunan inzibati vahidə, şəhərə və ya hər hansısa məkana rəhbərlik edən şəxs. Bələdiyyə sədri seçkili vəzifədir.
Bələdiyyə muzeyi
Bələdiyyə muzeyi — Təbrizdə muzey 2007-ci ildə Təbrizdə açılıb. Muzey Təbrizin bələdiyyə binasının zirzəmisində yerləşir. Muzeyə giriş pulsuzdur.
Bələdiyyə mülkiyyəti
Bələdiyyə sədri
Bələdiyyə sədri — bələdiyyə tərəfindən idarə olunan inzibati vahidə, şəhərə və ya hər hansısa məkana rəhbərlik edən şəxs. Bələdiyyə sədri seçkili vəzifədir.
E-bələdiyyə
Elektron bələdiyyə
Oni (bələdiyyə)
Oni (fr. Osny) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Serji. Əhalisi — 16.274 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 32 km şimal-qərbdə, Serji belediyyənin 4 km şimalda yerləşir.
Ali təhsil müəssisəsi
Ali təhsil müəssisəsi — 1)ümumi təhsil və elmi-siyasi bilik verən ən yüksək təhsil müəssisəsi; 2)xalq təsərrüfatının, elm və mədəniyyətin müxtəlif sahələri üçün yüksək ixtisaslı mütəxəssislər, elmi və pedaqoji kadrlar hazırlayan, ali və orta ixtisas məktəbləri müəllimlərinin, xalq təsərrüfatı mütəxəssislərinin ixtisasını təkmilləşdirən, nəzəri və tətbiqi xarakterli elmi iş aparılan təhsil müəssisəsi; 3)Azərbaycan Respublikası qanunvericiliyi ilə əsaslandırılan, fəaliyyət göstərən və hüquqi şəxs statusuna malik olan təhsil müəssisəsi. Təhsil müddəti 4-7 ildir. Ali təhsil müəssisəsi cəmiyyətin tələbatına uyğun yüksək ixtisaslı mütəxəssislər hazırlığı ilə məşğul olan təhsil müəssisəsinin yüksək tipi, fasiləsiz təhsilin mühüm bir həlqəsidir. Ali təhsil müəssisələrinin müxtəlif növləri fəaliyyət göstərir: universitetlər, institutlar, akademiyalar, konservatoriyalar və digər ali təhsil müəssisələri bu qəbilədəndir. Ali təhsil müəssisəsinin səmərəli fəaliyyət göstərməsi ona düzgün rəhbərlikdən, təhsil-tərbiyə prosesinin elmi-pedaqoji əsaslarda idarə edilməsindən çox asılıdır. Ali təhsil müəssisəsinin "idarə edilməsi" və "ona rəhbərlik" bir-biri ilə sıx bağlı anlayışlardır. İdarəetmə dedikdə, müəyyən obyektə (məktəbə, pedaqoji kollektivə) məqsədyönlü, planlı, mütəşəkkil təsirləri təmin edən fəaliyyət başa düşülür. İdaəretmə obyektləri şəxsiyyət və ya kollektiv olduqda idarəetmə rəhbərlik forması kəsb edir. Başqa sözlə, rəhbərlik bilavasitə insanlarla işdə idarəetmə vəzifələrini həyata keçirməklə bağlı səmərəli fəaliyyət növüdür. Bu halda idarəetmə subyektləri və obyektləri ümumi məqsəd naminə şüurlu şəkildə qarşılıqlı fəaliyyət göstərir.
Dövlət Aerogeodeziya Müəssisəsi
Azərbaycan Respublikası Prezidentinin 18.04.2001-ci il tarixli, 460 saylı fərmanı ilə Azərbaycan Respublikası Dövlət Geodeziya və Kartoqrafiya Komitəsi və Dövlət Torpaq Komitəsi ləğv edilmiş və iki komitənin əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılmışdır. Dövlət Aerogeodeziya Müəssisəsi, Azərbaycan Respublikası Prezidentinin 06.09.2001-ci iı tarixli, 576 saylı fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərkibinə daxil edilmişdir. Dövlət Aerogeodeziya müəssisəsi SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən 16 saylı müəssisənin varisidir. Dövlət Aerogeodeziya müəssisəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Nazirlər Kabinetinin qərar və sərəncamlarına, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmr, göstəriş, sərəncamlarına və bu Nizamnaməyə əsaslanır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Aerogeodeziya Müəssisəsi geodeziya, topoqrafiya, kartoqrafiya, aerofotoplanalma və dəniz geodeziyası işlərini Azərbaycan Respublikasının «Geodeziya və Kartoqrafiya haqqında» qanununa əsasən həyata keçirən baş podratçı təşkilatdır. Dövlət Aerogeodeziya müəssisəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyində olmaqla, onun vahid sistemini təşkil edir və ona fəaliyyətinin nəticələri haqqında hesabat verir. Dövlət Aerogeodeziya Müəssisəsi hüquqi şəxsdir. Müəssisə aparatının və onun vahid sistemini təşkil edən şöbələrin saxlanılması və maddi-texniki təminat xərcləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və digər sifarişçilərin vəsaiti və qanunvericiliyə zidd olmayan mənbələr hesabına maliyyələşdirilir.
Bakı Bələdiyyə Teatrı
Bakı Bələdiyyə Teatrı — Azərbaycan aktrisası Amaliya Pənahovanın təşəbbüsü ilə 1992-ci ildə yaranmış teatr. == Tarix == == Müasir Bakı Bələdiyyə Teatrı == == Vacib tarixlər == 1992-ci ildə Amaliya Pənahova tərəfindən yaradılmışdır. 2002-ci ilin 7 noyabrında Bakı Bələdiyyə Teatrının 10 illiyi ilə əlaqədar Prezident Heydər Əliyevin fərmanı ilə 23 aktyora fəxri adlar verilmişdir. 2010-cu il 11 oktyabrda yazıçı Anarın "Qaravəlli" pyesi əsasında hazırlanmış eyni adlı tamaşasının premyerası olub. 2010-cu il 8 noyabrda "Dostluq" kinoteatrında ilk məşqə başlanılıb. 2011-ci il 16 mayda Məhəmməd Əsəd bəy "Əli və Nino" romanı əsasında hazırlanmış eyni adlı tamaşanın premyerası olub.(tamaşa Akademik Milli Dram Teatrının səhnəsində oynanılıb) == Yaradıcı heyət == Vaqif Əliyev (xalq artisti) Şahzadə Babayeva (əməkdar artist) Aydın Əliyev (əməkdar artist) Rafiq İbrahimov (əməkdar artist) Əfqan Soltanov (əməkdar artist) Tofiq Bayramov (əməkdar artist) Mahirə Yaqubova (əməkdar artist) Elxan Rza (fəxri mədəniyyət işçisi,əməkdar artist) Tural Ağayev Arzu Şuşanova Ramin Şıxəliyev İlqar Musayev Hüsniyyə Mürvətova (əməkdar artist) Əhməd Salahov (əməkdar artist) Təzəgül Məmmədova (əməkdar artist) Toğrul Rza Səmayə Sadıqova (əməkdar artist) Vüqar Vəlixanov Zemfira Səidi İsmayıl Atakişiyev Namiq Cavadov Asif Rəhimov Zaur Həmidov Ələkbər Əliyev Dünyasını dəyişmişlər Yusif Muxtarov (xalq artisti, Bakı Bələdiyyə Teatrının sərəncamçı direktoru) Muxtar Avşarov (xalq artisti) Sofa Bəsirzadə (xalq artisti) Məhluqə Sadıqova (xalq artisti) Firudin Mehdiyev (əməkdar artist) Mirvari Novruzova (əməkdar artist) == Teatrın repertuarı == == Mənbə == Mükərrəmoğlu, M. “Bakı Bələdiyyə Teatrının 10 yaşı tamam olur” [Bayram ərəfəsində teatrın 23 sənətçisi respublika Prezidenti Heydər Əliyevin fərmanı ilə fəxri adlara layiq görülmüşdür] //Xalq.- 2002.- 9 noyabr.
Bələdiyyə istiqrazlarının sığortalanması
Rusiyanın bələdiyyə bölmələri
Bələdiyyə bölmələri — Rusiyada yerli özünüidarəetmənin həyata keçirildiyi, yəni əsasən yerli məsələlərin həll olunduğu bir yaşayış məntəqəsidir. Bir yaşayış məntəqəsində yerli özünüidarəetmə yerli əhəmiyyəti olan məsələlərin həlli üçün bilavasitə əhali tərəfindən və (və ya) seçilmiş və digər yerli idarəetmə orqanları vasitəsilə həyata keçirilir. 2014-cü ilin may ayından etibarən Rusiya Federasiyasının qanunvericiliyi yeddi növ bələdiyyənin yaradılması imkanını təmin edir. Bələdiyyələr Rusiya Federasiyasının təsis qurumlarının qanunları ilə qurulur, ləğv edilir və ya dəyişdirilir. Bəzi tip bələdiyyələr digər növ bələdiyyələrin bir hissəsidir. Bələdiyyələr Rusiya Federasiyası boyunca mövcuddur. Sahə baxımından Rusiyada ən böyük bələdiyyə qurumu, əhali baxımından Taimyr Dolgano-Nenets bələdiyyəsi, əhali baxımından — Novosibirsk şəhər rayonudur. "Rusiya Federasiyasında yerli özünüidarəetmə təşkilatının ümumi prinsipləri haqqında" 6 oktyabr 2003-cü il tarixli 131-FZ Federal Qanununun 2-ci maddəsinə uyğun olaraq, Rusiya Federasiyasında 5 növ bələdiyyə mövcud idi: kənd qəsəbəsi — ümumi ərazi ilə birləşdirilmiş bir və ya bir neçə kənd yaşayış məntəqəsi (qəsəbələr, kəndlər, stanitsalar, kəndlər, fermalar, kəndlər, kəndlər və digər kənd yaşayış məntəqələri), daha az hallarda yerli özünüidarəetmənin əhali tərəfindən bilavasitə və (və ya) seçmə və digər vasitələrlə həyata keçirildiyi şəhər tipli qəsəbələr. yerli idarəetmə orqanları; Sovet dövrünün kənd məclislərinə və sovetdən əvvəlki dövrün zemstvoslarına uyğundur; kənd qəsəbəsi bir bələdiyyə rayonuna daxildir; şəhər qəsəbəsi — kiçik bir şəhər və ya şəhər tipli qəsəbə, daha az tez-tez yerli özünüidarəetmə orqanlarının birbaşa və (və ya) seçilmiş və digər yerli özünüidarəetmə orqanları vasitəsilə həyata keçirildiyi kənd yaşayış məntəqəsi; şəhər rayonları olmayan şəhər yaşayış məntəqələri bələdiyyə rayonlarına daxildir; bələdiyyə rayonu — fərdi dövlət tərəfindən həyata keçirilə bilən seçilmiş və digər yerli özünüidarəetmə orqanlarının vasitəsilə birbaşa və (və ya) seçilmiş və digər yerli özünüidarəetmə orqanları vasitəsilə əhali tərəfindən qəsəbələrarası xarakterli yerli əhəmiyyətə malik məsələlərin həlli məqsədi ilə ümumi ərazi ilə birləşdirilmiş, sərhədləri daxilində yerli özünüidarəetmənin həyata keçirildiyi bir neçə yaşayış məntəqəsi (kənd və / və ya şəhər) və qəsəbədaxili ərazilər federal qanunlar və Rusiya Federasiyasının təsis qurumlarının qanunları ilə yerli özünüidarəetmə orqanlarına verilmiş səlahiyyətlər; şəhər dairəsi — bələdiyyələr olmayan ümumi bir ərazi ilə birləşdirilmiş bir və ya bir neçə yaşayış məntəqəsi, yerli özünüidarəetmə əhali tərəfindən birbaşa və (və ya) seçilmiş və digər yerli özünüidarəetmə orqanları vasitəsilə yerli özünüidarəetmə orqanlarına federal qanunlar və Rusiya Federasiyası subyektlərinin qanunları ilə verilmiş bəzi dövlət səlahiyyətlərini həyata keçirə bilən orqanlar vasitəsilə həyata keçirilir. Federasiya, belə bir bələdiyyə əhalisinin ən azı üçdə ikisi şəhərlərdə və (və ya) digər şəhər yaşayış məntəqələrində yaşadığı halda (müddət 1 may 2019-cu ildən yenidən işlənmişdir yeni bir bələdiyyə rayonu — bələdiyyə rayonu); federal əhəmiyyətli bir şəhərin şəhərətrafı ərazisi (federal əhəmiyyətli bir şəhərin daxili bələdiyyə təşkili) — federal əhəmiyyəti olan bir şəhər ərazisinin bir hissəsi, hüdudlarında yerli özünüidarəetmə bilavasitə və (və ya) seçilmiş və digər yerli özünüidarəetmə orqanları vasitəsilə əhali tərəfindən həyata keçirilir.
Təbriz Bələdiyyə Sarayı
Təbriz Bələdiyyə Sarayı 1936–1940 illəri ərzində Təbrizin o dönəmdə olan bələdiyyə rəisi Ərfə-ülmük Cəlili tərəfindən inşa edilmişdir. İkinci Dünya müharibəsi zamanı Azərbaycan Milli Hökumətinin mərkəzi olaraq istifadə edilmişdir. Azərbaycan Milli Hökuməti dönəmindən qalan bir sıra sənədlər bu binanın muzey bölməsində saxlanılır. Sarayın saat qülləsinin hündürlüyü 30 metrdir və memarlıq baxımından o dönəmdə alman memarlığından ilham alması diqqət çəkir. Binaya yuxarıdan baxındığında bir uçan qartal şəklində olduğu məlum olur.
"Dalğa" Elmi-İstehsalat Müəssisəsi
Dalğa Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. "Dalğa" Elmi-İstehsalat Müəssisəsinin (EİM) təməli 1936-cı ildə qoyulmuşdur. 1939-cu ildə "Dalğa" EİM-in ərazisində SSRİ Gəmiqayırma Nazirliyinin Qorki şəhərində (indiki Nijni Novqorod) yerləşən "Krasnoye Sormovo" zavodunun yığma-sazlama sahəsi yaradılmışdır. 1956-cı ildə həmin sahə əsasında Elmi-Tədqiqat İnstitutu, 1966-cı ildə Bakı Elektromexanika İnstitutu, 1979-cu ildə "NORD" Elmi-Tədqiqat İnstitutu və həmin institutun bazasında 1982-ci ildə "NORD" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 1993-cü ildən "NORD" İstehsalat Birliyi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur. 2006-cı ilin sentyabr ayından "Naviqasiya Sistemləri" Elmi-İstehsalat Birliyi, daha sonra "Dalğa" EİM adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. "Dalğa" EİM-də yaradılmış gəmi naviqasiya sistemləri sualtı obyektlərin layihələndirilməsi üçün "Malaxit" MKB, "Rubin" MKB, suüstu gəmilərin layihələndirilməsi üçün "Severnoye" MKB və digər layihə institutları və konstruktor bürolarının layihələrində geniş istifadə edilmişdir. "Dalğa" EİM-də layihələndirilərək istehsal edilmiş gəmi naviqasiya sistemləri "More", "Admiralteyskiye verfi", "Sevmaş", "Yantar", "Zvezda", "Zvyozdoçka", "Nikolayev" gəmiqayırma zavodlarında və Kaspiyski dəqiq mexanika zavodunda istifadə edilmişdir. "Dalğa" EİM-də yaradılmış naviqasiya sistemləri bütün növ gəmilərdə dünya okeanlarında öz etibarlılığını sübut etmişdir.
"Neftqazavtomat" Elmi-İstehsalat Müəssisəsi
Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. Əsası 1957-ci ildə "Neftkimyaavtomat" Elmi-Tədqiqat və Layihə İnstitutu (ETLİ) yaradılmaqla qoyulmuşdur. 1985-ci ildə "Neftkimyaavtomat" ETLİ (baş təşkilat), Əli Bayramlı şəhərindəki "Cihazlar", "Sənaye Avtomatikası və Telemexanika" zavodları və Bakı "Geofizcihaz" zavodu tərkibinə daxil olmaqla "Neftqazavtomat" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 1993-cü ilə qədər SSRİ Cihazqayırma Nazirliyinin, 1993–2005-ci illərdə Azərbaycan Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərmişdir. 2006-cı ildən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində "Neftqazavtomat" Elmi-İstehsalat Müəssisəsi adı altında fəaliyyət göstərir. Əldə etdiyi nailiyyətlərinə görə beynəlxalq və dövlət mükafatlarına layiq görülmüşdür. İSO 9001–2000 standartının tələblərinə uyğunluq sertifikatı vardır. Təhlükə potensiallı obyektlərdə quraşdırma, texniki xidmət işlərini yerinə yetirmək üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin icazəsi vardır. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən akkreditasiya olunmuş sınaq laboratoriyasına malikdir. 12 elmlər doktoru və 176 texnika elmləri namizədi hazırlamışdır.
"Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi
Sənayecihaz Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi 1956-cı ildə "Təcrübə Zavodu" və "Neftkimyacihaz" Xüsusi Konstruktor Bürosunun bazasında yaradılmışdır. 1985-ci ildə həmin müəssisənin bazasında "Sənayecihaz" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 2006-cı ildən "Sənayecihaz" EİM adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.
"İqlim" Elmi-İstehsalat Müəssisəsi
İqlim Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. "İqlim" Elmi-İstehsalat Müəssisəsi 1961-ci ilin yanvar ayında Keşlə Maşınqayırma zavodunun kondisionerlər sexinin bazasında "Bakı İqlim Qurğular zavodu" adı altında yaradılmışdır. İlk məhsulu otaq hava kondisionerləri olmuşdur. 1961-ci ildə zavodun adı dəyişdirilib, Bakı Kondisionerlər zavodu olmuş və SSRİ Aviasiya Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 1970-ci ildə zavodun adı yenidən dəyişdirilib, Bakı Maşınqayırma zavodu olub. Məhsulu–aerodrom hava kondisionerləri, aviasiya kürəvi və silindrik balonları, hidroakkumulyatorlar və "Azərbaycan-4" məişət kondisionerləri. 1974-cü ildə Bakı maşınqayırma zavodunun, onun filialının və "Nauka" (Moskva) Aqreqat zavodunun Bakı filialının bazasında Bakı Aqreqat İstehsal Konstruktor Birliyi (BAİKB) yaradılıb. 1978-ci ildə BAİKB-in adı dəyişilib, Bakı Aqreqat İstehsal Birliyi (BAİB) olub. 1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə BAİB-in adı dəyişdirilərək, "İqlim" Bakı Aviasiya İstehsalat Birliyi ("İqlim" BAİB) olub. 1993-cü ildən 2005-ci ilədək Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərib.
Dalğa Elmi-İstehsalat Müəssisəsi

Kumertau Aviasiya İstehsalat Müəssisəsi
«Kumertau Aviasiya İstehsalat Müəssisəsi» — Başqırdıstan Respublikası, Kumertau şəhərində yerləşən sovet/rus aviasiya inşası müəssisəsi. Zavodda Ka-226 tipli, həmcinin Ka-27, Ka-31 və Ka-32A11BC helokopterləri hazırlanır və təmir edilir. Müəssisə «Rusiya Helokopterləri» holdinqinə daxildir. 1962-ci ildə təmir-mexanika zavodunun bazasında aviasiya zavodu fəaliyyətə başlayır. Zavodda 1968-cü ildə ilk dəfə Ka-26 tip helikopterlər istehsal edilməyə başlanılır. 1972-ci ildə müəssisə Kumertau helikopter zavodu adını alır. 1977-ci ildən Kumertau Aviasiya İstehsalat Birliyinin əsas müəssisəsi olur. 2008-ci ildə Kumertau Aviasiya İstehsalat Birliyi «Kumertau Aviasiya İstehsalat Müəsissəsi» ATSC adı altında Rusiya Helikopterləri Holdinqinə daxil edilir. 1973—1989-cu illər Pilotsuz uçuş aparatlar. 1974—1978-ci illər M-17 təyyarələri «Geofizika».
Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi
Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. Əsası 1957-ci ildə "Neftkimyaavtomat" Elmi-Tədqiqat və Layihə İnstitutu (ETLİ) yaradılmaqla qoyulmuşdur. 1985-ci ildə "Neftkimyaavtomat" ETLİ (baş təşkilat), Əli Bayramlı şəhərindəki "Cihazlar", "Sənaye Avtomatikası və Telemexanika" zavodları və Bakı "Geofizcihaz" zavodu tərkibinə daxil olmaqla "Neftqazavtomat" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 1993-cü ilə qədər SSRİ Cihazqayırma Nazirliyinin, 1993–2005-ci illərdə Azərbaycan Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərmişdir. 2006-cı ildən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində "Neftqazavtomat" Elmi-İstehsalat Müəssisəsi adı altında fəaliyyət göstərir. Əldə etdiyi nailiyyətlərinə görə beynəlxalq və dövlət mükafatlarına layiq görülmüşdür. İSO 9001–2000 standartının tələblərinə uyğunluq sertifikatı vardır. Təhlükə potensiallı obyektlərdə quraşdırma, texniki xidmət işlərini yerinə yetirmək üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin icazəsi vardır. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən akkreditasiya olunmuş sınaq laboratoriyasına malikdir. 12 elmlər doktoru və 176 texnika elmləri namizədi hazırlamışdır.
Sənayecihaz Elmi-İstehsalat Müəssisəsi
Sənayecihaz Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi 1956-cı ildə "Təcrübə Zavodu" və "Neftkimyacihaz" Xüsusi Konstruktor Bürosunun bazasında yaradılmışdır. 1985-ci ildə həmin müəssisənin bazasında "Sənayecihaz" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 2006-cı ildən "Sənayecihaz" EİM adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.
İqlim Elmi-İstehsalat Müəssisəsi
İqlim Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. "İqlim" Elmi-İstehsalat Müəssisəsi 1961-ci ilin yanvar ayında Keşlə Maşınqayırma zavodunun kondisionerlər sexinin bazasında "Bakı İqlim Qurğular zavodu" adı altında yaradılmışdır. İlk məhsulu otaq hava kondisionerləri olmuşdur. 1961-ci ildə zavodun adı dəyişdirilib, Bakı Kondisionerlər zavodu olmuş və SSRİ Aviasiya Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 1970-ci ildə zavodun adı yenidən dəyişdirilib, Bakı Maşınqayırma zavodu olub. Məhsulu–aerodrom hava kondisionerləri, aviasiya kürəvi və silindrik balonları, hidroakkumulyatorlar və "Azərbaycan-4" məişət kondisionerləri. 1974-cü ildə Bakı maşınqayırma zavodunun, onun filialının və "Nauka" (Moskva) Aqreqat zavodunun Bakı filialının bazasında Bakı Aqreqat İstehsal Konstruktor Birliyi (BAİKB) yaradılıb. 1978-ci ildə BAİKB-in adı dəyişilib, Bakı Aqreqat İstehsal Birliyi (BAİB) olub. 1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə BAİB-in adı dəyişdirilərək, "İqlim" Bakı Aviasiya İstehsalat Birliyi ("İqlim" BAİB) olub. 1993-cü ildən 2005-ci ilədək Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərib.
Maunt Kisko bələdiyyə kompleksi
Maunt Kisko bələdiyyə kompleksi — Kisko dağında yerləşən milli tarixi bir bölgədir. Ərazidə iki bina mövcuddur: Maunt Kisko şəhər və kənd zalı (1932) və Amerika Birləşmiş Ştatları Poçt İdarəsi (1936). Hər ikisi də Kolonial intibah memarlığı üslubundadır. Şəhər və kənd zalı hörülmüş bir çadır damı ilə doldurulmuş, əhəngdaşlı bir təməl üzərində iki mərtəbəli, çarpaz formalı kərpic binadır. Onun səkkizbucaqlı saat qülləsi var. Kənd kitabxanası 1960-cı il ayrı, bitişik bina inşa edilənə qədər binanın ikinci mərtəbəsində fəaliyyət göstərirdi. Binanın birinci mərtəbəsində əvvəllər polis bölməsi və kiçik bir həbsxana yerləşirdi. Poçt şöbəsi bir mərtəbəli kərpic binadadır. 1936-cı ildə rəssam Tomas Donnelli tərəfindən hazırlanan "Maunt Kisko" tarixini əks etdirən fresklər var. 1997-ci ildə Tarixi Yerlərin Milli Reyestrinə əlavə edildi.