bağbaşı 2021
bağça-bağ
OBASTAN VİKİ
Bağça
Bağça (Bukan) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. Bağça (Behi-yi Feyzullah Bəyi) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı, Behi-yi Feyzullah Bəyi dehistanı ərazisinə daxil olan kənd.
Bağça (Mahnişan)
Bağça (fars. باغچه‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 309 nəfər yaşayır (64 ailə).
Bağça (Bukan)
Bağça (fars. باغچه‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 399 nəfər yaşayır (70 ailə).
Bağça şahmatı
Bağça şahmatı — bağça üzərində yerləşdirilmiş lövhə üzərində oynanılan şahmat növüdür. BUrda hündür fiqurlardan istifadə edilir. Məqsəd şahmatın ancaq qapalı məkanlarda oynanılmadığını göstərməkdir. Əsasən məktəblərdə, otellərə və parklarda oynanılır.
Bağça (Behi-yi Feyzullah Bəyi)
Bağça (fars. باغ چه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı, Behi-yi Feyzullah Bəyi dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (40 ailə).
"Qərənfil"-uşaq bağçası (film, 1990)
Bağçakürd bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bağçalar
Bağçalar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə İpnari kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd Gədi çayının mənsəbində, rayon mərkəzi Başkeçid şəhərindən 17 km qərbdə yerləşir. == Tarixi == Borçalı bölgəsində Bağçalar yaşayış məntəqəsi adına ilk dəfə 1701-ci ilə aid məxəzlərdə rast gəlinmişdir. == Əhalisi == Tarixən yalnız etnik azərbaycanlılardan ibarət əhalisi olan kənddə 1721-ci ildə 25 ailə, 1870-c ildə 4 ailədə 27 nəfər, 1926-cı ildə 15 ailədə 104 nəfər əhali yaşamışdır. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən kənddə yaşayan 149 nəfər əhali 100 % etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 146 nəfər əhali yaşayır. == Təhsil == Kənddə ilk dünyəvi məktəb 1926-cı ildə yaradılıb. Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir. Hazırda məktəbdə 10 şagird təhsil almaqdadır.
Bağçalı
Bağçalı (Ağbaba)
Bağçalı (Ağbaba)
Bağçalı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Amasiya rayonun ərazisində kənd. == Tarixi == Güllübulaq kəndinin yaylaq yеrində yaranmışdır. 1918–20-ci illərdə azərbaycanlılar buradan ermənilər tərəfindən qovulmuş, erməni soyqırımına məruz qalmışlar. Azərbaycanlılar qovulduqdan sonra kənd ləğv edilmişdir. İndi xaraba kənddir. == Əhalisi == 1886-cı ildə 162, 1897-ci ildə 240, 1905-ci ildə 277, 1914-cü ildə 236 nəfər azərbaycanlı yaşamışdır. Qazax еlinin Qarapapaq tayfasından ibarət əhalisi 1921-ci ildə Türkiyəyə köçdükdən sonra kənd dağılmışdır. == Toponimi == Toponim bağça sözünə -lı şəkilçisi artırmaqla yaranmış fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Əsli Baxşalı, еhtimal ki, şəxs adındandır.
Bağçalı (Quba)
Bağçalı, Bağçaəli – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Bağçaəli kəndində bir təhsil ocağı, bir kitabxana və bir mədəniyyət evi vardır. Kənd meşələr və dağlarla əhatə olunub. == Toponimikası == Bağçalı oyk., düz. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Keçmiş adı Bağçalı Qışlaq olmuşdur. Kəndin ərazisi Rustov kəndinin keçmiş məhəllələrindən biridir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsinin əsl adı Bağça Əlidir. XIX əsrin əvvəllərində İsmayıllı r-nunun Lahıc kəndindən gəlmiş Əli adlı şəxsin ailəsinin orada məskunlaşması əsasında yaranmışdır. Lakin aparılan araşdırmalar Bağçalı toponiminin etnotoponim olduğunu söyləyir.
Bağçalıevlər
Bağçalıevlər (türk. Bahçelievler) — İstanbul ilinin ilçəsi. İstanbulun Avropa tərəfində, cənubdan Bakırköy, Qərbdən Kiçikçəkməcə, şimaldan Bağçılar və şərqdə isə Güngörən ilçələri ilə həmsərhəddir. 1992-ci ildə Bakırköy ilçəsindən ayrılaraq müstəqil ilçə olmuşdur. Bahçelievler, Cumhuriyyət, Çobançeşmə, Fövzi Çaxmaq, Hürriyət, Qocasinan, Siyavuşpasa, Soğanlı, Şirinevlər, Yenibosna, Zəfər və Bağçalıevlər olmaqla 11 məhəllədən ibarətdir. Rayona bağlı heç bir kənd və ya bucaq yoxdur. 1950-ci illərə qədər bu gün Bağçalıevlər ilçəsinin ərazisində Qocasinan və Yenibosna kəndləri olmuşdur. Bağçalıevlərdə O-1 (keçmiş E-5) yolunun üzərində yerləşir. Qonşu ilçələrin əhalisi kimi, Bağçalıevlərin əhalisi də 60-cı illərdən etibarən çox sürətlə artmışdır. 1960-cı ildə 8.500 nəfər əhalisi olan rayonun nüfuzu, 5 il sonra, 1965-ci ildə 20.881-ə çıxmışdır.
Bağçameşə (Sayınqala)
Bağçameşə (fars. باغچه ميشه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 321 nəfər yaşayır (63 ailə).
Bağçasaray
Bağçasaray (ukr. Бахчисарай; krımtat. Bağçasaray, Багъчасарай; rus. Бахчисарай) — Ukraynada tarixi şəhər. Krım xanlığının paytaxtı. Şərqində Qara dənizə kiçik zolaq şəkilndə sahili olan şəhər. Kırım dağlarını əhatə edən Çürüksü dərəsi vadisində Simferepol-Sevastopol dəmir yolu xəttinin üzərində yerləşir. Şəhər Osmanlı İmperatorluğuna tabe olduğu 1475-ci ildən, Kiçik Qaynarca müqaviləsi ilə muxtar olduğu 1774 ilinə qədər təxmini olara 299 il Osmanlı İmperatorluğunun tərkibə daxil olmuşdur. == Şəhərin tarixi == Şəhər 1475-ci ildə Fateh Sultan Mehmed komandirlərindən biri olan Gedik Əhməd Paşa tərəfindən tutulmuş və Osmanlı İmperatorluğuna tabe olmuşdur. Keçmişdə kiçik bir məskunlaşma yeri olan Bağçasaray, 1503-cü ildə İ. Mengli Gəray Xan tərəfindən Çürüksu çayının kənarında inşa edilmiş və daha sonra Krım xanlığının paytaxtı olmuşdur.
Bağçasaray (Astara, İran)
Bağçasaray (fars. باغچه سرا‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,805 nəfər yaşayır (479 ailə).
Bağçasaray müqaviləsi
Baxçasaray müqaviləsi (rus. Бахчисарайский мирный договор, türk. Bahçesaray Antlaşması) və ya Çexrin müqaviləsi (türk. Çehrin Antlaşması) — 1676-1681 Osmanlı-Rusiya müharibəsinin sonunda Osmanlı İmperiyası, Krım xanlığı və Rusiya Çarlığı arasında Krımın Bağçasaray şəhərində 3 yanvar 1681-ci ildə imzalanmış sülh müqaviləsi. Eyni zamanda da Rusiya çarlığı ilə Osmanlı İmperiyası arasında imzalanmış ilk rəsmi müqavilədir. == Mahiyyəti == Bu müqavilənin maddələrinə görə Osmanlı İmperiyası və Moskva mərkəzli Rusiya çarlığı arasında 20 il müddətinə sülh olmalı idi. İki dövlətin əsas sərhədi kimi isə Dnepr çayı nəzərdə tutulmuşdu. Hər iki tərəf də Dnepr çayı ilə cənubdakı Buq çayı arasında yaşayış məskəni salınmayacağını öhtəsinə götürürdü. Noqay köçərilərinin Ukraynanın cənub steplərində köçəriliklə məşğul olmaları qəbul edilirdi. Zaporojye Kazaklarının Dnepr çayı və onun qolları üzərində balıqçılıq etmə, cənubda duzlaq işlətmə, Dnepr çayı və Qara dənizdən istifadə haqları dəyişmədən qalırdı.
Bağçasarayev binası
Q. X. Bağçasarayevin gəlirli binası - Rostov-na-Donu şəhərinin ərazisində, Sosioliçeski küçəsi, Budenovski prospektində ev 26/57 ünvanında yerləşən bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Onun sahibi Qriqori Kristoforoviç Bağçasarayev olmuşdur. O şəhər dumasının üzvü olmuşdur. Şəhər sakinləri onun bağ həvəskarı olmasını bilirdi. Ancaq bürün rəsmi sənədlərdə binanınsahibi Krikor Xristoforoviç Bağçasayev göstərilir. Qriqori Kristofiroviç Bağçasarayev Rostovda ilk ağacəkmə bayramı kompaniyyası üzrə sovetin əsas ütəşkilatçılarından biri olmuşdur. Bağçasarayev binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Gəlirli ev XX əsrin əvvəllərində modern stilində inşa edilmişdir. Binanın quruluşu XIX əsrin sonları və XX əsrin əvvəllərində inşa edilən tikililərin quruluşuna bənzərdir.
Bağçaəli
Bağçalı, Bağçaəli – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Bağçaəli kəndində bir təhsil ocağı, bir kitabxana və bir mədəniyyət evi vardır. Kənd meşələr və dağlarla əhatə olunub. == Toponimikası == Bağçalı oyk., düz. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Keçmiş adı Bağçalı Qışlaq olmuşdur. Kəndin ərazisi Rustov kəndinin keçmiş məhəllələrindən biridir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsinin əsl adı Bağça Əlidir. XIX əsrin əvvəllərində İsmayıllı r-nunun Lahıc kəndindən gəlmiş Əli adlı şəxsin ailəsinin orada məskunlaşması əsasında yaranmışdır. Lakin aparılan araşdırmalar Bağçalı toponiminin etnotoponim olduğunu söyləyir.
Cabbar Bağçaban
Mirzə Cabbar Əsgər oğlu Əsgərzadə Bağçaban (9 may 1886, İrəvan – 25 noyabr 1966, Tehran) — tanınmış Azərbaycan pedaqoqu. İranda ilk dəfə uşaq bağçası və lal-karlar məktəbin təsisçisi, İranda ilk uşaq kitabının müəllifi və naşiri, həmçinin, farsca işarə dilinin yaradıcısıdır. == Həyatı və təhsili == Cabbar Əsgərzadə Aciz 1885-ci ildə İrəvanda anadan olmuş, ilk təhsilini mollaxanada almışdır. Atası Əsgər İrəvanda memarlıq və qənnadiliklə məşğulluğu ilə tanınmış, Cabbar da gənc yaşlarında bu peşələrə yiyələnmişdi. Bundan başqa təhsilini mollaxanada almışdır. == İrəvandakı fəaliyyəti == Uşaqların və qadınların təlim-tərbiyəsinə çox önəm verən Mirzə Cabbar Əsgərzadə, gəncliyindən onlara dərs deməyə başlamışdır. Yaşadığı dövrün mühafizəkarlıq şəraitinə və risklərə baxmayaraq gizlicə qızlara evdə dərs deyib, bütün ömrü boyuca onların haqqlarını müdafiə etmişdir. Qəribə də olsa Cabbar Bağçaban ilk qəzetini həbsxanada buraxıb. 1905-ci ildə Yerevanda erməni-müsəlman çaxnaşmalarında ictimai fəallığına görə bir neçə aylıq həbs olunan Bağçaban həbsxanda "Molla nəhib" və "Mollabaşı" adlı həftəlik dərgilər nəşr etdirir. Dərgilərə yazıları özü yazıb, rəsmləri də özü çəkirmiş.
Söz bağçası
Söz bağçası və ya Yaponiyada tanınan adı ilə Kotonoha no Niwa (言の葉の庭) — Makoto Şinkayın rejissorluğu və ssenaristliyi CoMix Wave Films studiyası tərəfindən 2013-cü ildə çəkilmiş dram və romantika anime filmi. Əsas personajları Miyu İrino və Kana Hanazava səsləndirmişlər. Şinkayın əvvəlki filmlərinin əksəriyyətində bəstəkar olan Tenmonun əvəzinə Daysuke Kaşiva film üçün musiqi bəstələmişdir. Filmin əsas mahnısı olan "Rain" orijinal olaraq 1988-ci ildə Senri Oe tərəfindən yazılmış və ifa olunmuşdur. Lakin filmin istehsalı prosesində Motohiro Hata tərəfindən yenidən ifa olunmuşdur. Filmin premyerasının baş tutduğu 2013-cü ildə Midori Motohaşi tərəfindən çəkilən manqa adaptasiyası və Şinkay tərəfindən yazılan roman seriyası adaptasiyası nəşr olunmağa başlamışdır. Filmin diqqət mərkəzində olan əsas personajlar 15 yaşlı ayaqqabı dizayneri Takao Akizuki və 27 yaşlı müəmmalı qadın Yukari Yukinodur. Bu iki şəxs yağışlı bir gündə Şincuku Qyoen Milli Bağında qarşılaşırlar və həmin gündən etibarən hər yağışlı gündə bu bağda görüşməyə davam edirlər. Takao hər səhər məktəbə getməyərək bağda ayaqqabı dizaynı ilə məşğul olur. Yukino isə həyatındakı şəxsi problemlərə görə işindən yayınaraq bağa pənah gətirir.
Səmin Bağçaban
Səmin Bağçaban (fars. ثمین باغچه‌بان‎), (24 sentyabr 1923, Təbriz – 19 mart 2008, İstanbul) İran azərbaycanlısı olan musiqiçi, bəstəkar, yazıçı və tərcüməçi. == Həyatı == 1925-ci ildə Təbriz şəhərində anadan olmuşdur. Səmin Bağçaban, İranda ilk dəfə olaraq uşaq bağçası və karlar üçün məktəb təsis edən Cabbar Bağçabanın oğludur. Atasının işlərinə görə Şiraz və Tehran şəhərlərində böyümüşdür. Yazıçı, bəstəkar, tərcüməçi və musiqiçi olmuşdur. 1984-cü ildə Türkiyəyə köçmüş və burada yaşamağa başlamışdır. Türkiyəyə gəldikdən sonra Ankaradakı təhsil illərindən tanıdığı türk opera müğənnisi və musiqiçisi Evelin Bağçaban ilə ailə həyatı qurmuşdur.Türkiyə dövründə bir çox əsərlər yazmış və tərcümələr etmişdir. Bəstələdiyi musiqilərdən bir qismi İsveçrədə Mənuçöhr Şahbay tərəfindən ifa edilmişdir. 2008-ci ilin 19 martında İstanbulda vəfat etmişdir.
Uşaq Bağçası
1837-ci ildə alman pedaqoqu Fridrix Föbel (Friedrich Fröbel) uşaqlar üçün maarifləndirici-tərbiyələndirici mərkəz açır, harada ki, körpələr həm oynayırlar, oxuyurlar, rəqs edirlər, həm də həyati mühüm vərdişlərə öyrədilirlər. Mərkəzi də "Kindergarten" adlandırır, hansı ki, "uşaq bağçası" mənasını verir. Bu anlayış üzərində Föbel belə bir müəssisə və adət edilmiş bağça ilə analogiya etmək istəyirdi: gərək bitkilərə necə ki, qayğı və qulluq edirlər, körpələrə də eləcə nəvaziş göstərilməlidir. Dünyanın bir çox dillərində, bugünkü günlərdə məktəbəqədərki idarələr uşaq bağçası adlandırılır.
Xan qəbiristanlığı (Bağçasaray)
Xan qəbiristanlığı - Bağçasarayda yerləşən, Krım tatar Xan sarayının qəbiristanlığı. Burada 9 Krım xanı və onların 45 ailə üzvü dəfn edilib. Qəbiristanlığın ərazisində iki türbə də mövcuddur. == Haqqında == Krım tatar Xan sarayının qəbiristanlığı Böyük məscidin cənubunda yerləşir. Bu qəbiristanlıqda 9 Krım xanı və onların 45 ailə üzvü dəfn edilib. Bundan başqa burada XVI əsrə aid içərisində 6 məzar olan I Dövlət Gərayın türbəsi, XVII əsrə aid içərisində 9 məzar olan III İslam Gərayın türbəsi və içərisində II Məngli Gərayın məzarı olan rotunda yerləşir. Hər türbənin daxilində və cığırlar boyunca mərmərdən və ya əhəngdaşından yonulmuş qəbirüstü abidələr yerləşir. Türbələrin kənarında salamat qalmış baş daşları ilə yanaşı bir qismi salamat qalmış məzar daşları da mövcuddur. Onların ümumi sayı 98 ədəddir. Uzun illər boyunca bəzi qəbirlər itib ya da məzar daşları dağılıb.
Çin bağçası
Çin bağçası üç min ildir inkişaf etmiş mənzərəli bağ tərzidir. Buraya həm Çin imperatorlarının və həm də imperator ailəsinin üzvlərinin zövq almaq və təsirləndirmək üçün qurduğu geniş bağları və alimlər, şairlər, keçmiş dövlət məmurları, əsgərlər və tacirlər tərəfindən əks olunmaq və qaçmaq üçün yaradılan bağlar daxildir. İnsanlarla təbiət arasında mövcud olan harmoniyanı ifadə etmək məqsədi daşıyan idealizə olunmuş miniatür mənzərə yaradırdılar. Tipik bir Çin bağçası divarlarla əhatə olunmuşdur və bir və ya daha çox gölməçəni, qaya əsərlərini, ağacları və çiçəkləri və bağ içərisindəki sarma yolları əhatə edir. Quruluşdan quruluşa keçərək ziyarətçilər mənzərə şəkillərinin bir tumurcuğu kimi açaraq diqqətlə tərtib edilmiş bir sıra səhnələrə tamaşa etmək olar. == Tarixi == Ən erkən qeydə alınan Çin bağçaları Şan sülaləsi dövründə (e.ə. 1600–1046) Sarı çay vadisində yaradılmışdır. Bu dövrdən bəri pu, siz və yuan yazıları olan çin simvolu tısbağa qabıqlarında həkk edilmişdir. Şan sülaləsinin məşhur kral bağı, paytaxtı Yinin qərbində Wenwang tərəfdə inşa edilən Teras, Gölet və Ruh Parkı (Lingtai, Lingzhao Lingyou) idi. Başqa bir erkən kral bağı, son Şan hökmdarı Kral Zhou (1075–1046) tərəfindən tikilən Shaqui və ya Kum Təpələri idi.
Əski türbə (Bağçasaray)
Əski türbə (krımtat. eski dürbe) — türbə Bağçasarayda yerləşir. Onun XIV əsrdə inşa edildiyi ehtimal edilir. Bu onun Xan sarayından yüz illər öncə inşa edildiyi anlamına gəlir. Arxitektur abidədir. Çürük-Su çayının sol sahilində Xan sarayından 180 km cənub-şərqdə, Zoi Kosmodemyan küçəsində yerləşir. == Tarixi == Əski türbə arxitektur və tarixi abidə olaraq Qızıl Orda dönəmində inşa edilmişdir. Abidə olduqca zəif araşdırılmışdır. Hətta onun daxilində kimin dəfn edildiyi belə bilinir. Bağçasaray tarix-mədəniyyət və arxeologiya muzey-qoruğunun direktoru Emil Seydəliyevin sözlərinə görə: Əvvəllər Əski türbə qəbrlərlə əhatəli idi.
Bağçalı (Amasiya)
Bağçalı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Amasiya rayonun ərazisində kənd. == Tarixi == Güllübulaq kəndinin yaylaq yеrində yaranmışdır. 1918–20-ci illərdə azərbaycanlılar buradan ermənilər tərəfindən qovulmuş, erməni soyqırımına məruz qalmışlar. Azərbaycanlılar qovulduqdan sonra kənd ləğv edilmişdir. İndi xaraba kənddir. == Əhalisi == 1886-cı ildə 162, 1897-ci ildə 240, 1905-ci ildə 277, 1914-cü ildə 236 nəfər azərbaycanlı yaşamışdır. Qazax еlinin Qarapapaq tayfasından ibarət əhalisi 1921-ci ildə Türkiyəyə köçdükdən sonra kənd dağılmışdır. == Toponimi == Toponim bağça sözünə -lı şəkilçisi artırmaqla yaranmış fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Əsli Baxşalı, еhtimal ki, şəxs adındandır.
Bağçacıq (Duzluca)
Bağçacıq — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarix == Kəndin adı 1928-ci il qeydlərində Bağçəcik kimi qeyd olunur.
Bağçalımeydan (Duzluca)
Bağçalımeydan — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Karvan kimi qeyd olunur.

Digər lüğətlərdə