Qurban Musayev
Qurban Musayev (Tam adı:Qurban İsabala oğlu Musayev; d.16 mart 1903; Bakı, Mərdəkan - ö.23 noyabr 1982, Bakı) — Şair, yazıçı, pedaqoq, dramaturq, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan əməkdar mədəniyyət işçisi (1953).
1903-cü il martın 16-da Bakının Mərdəkan qəsəbəsində dülgər ailəsində anadan olub. İbtidai təhsilini mollaxanada almış, 1915-19-cu illər Mərdəkanda aptekdə şagird işləmişdir. Atasının ölümündən sonra axşam məktəblərində təhsilini davam etdirəm dramaturq gündüzlər korrektor, müxbir, tərcüməçi və b. vəzifələrdə çalışmış, orta məktəbi bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsinə daxil olımuşdur. 1929-cu ildə Bakı şəhəri və rayon zəhmətkeş deputatları Sovetinə deputat seçilmiş, 1932-ci ildə Yazıçılar Təşkilatı yenidən yarandıqdan sonra öz əsas yaradıcılıq fəaliyyəti ilə məşğul olmuşdur. M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında ədəbi işçi və kino-dramaturgiyanı öyrənmək üzrə kino-məsləhətçi, ədəbi hissə müdiri işləmişdir. 1932-35-ci illərdə neftçilərin həyatından yazdığı "Qızıl bulaq", "Şərqin qalası" pyesləri tamaşaya qoyulmuş, "Ölüm dərəsi" kino-ssenarisi Bakı kinostudiyasında çəkilmişdir. 1935-ci ildə Moskva akademiya tipli ssenari fakültəsində natamam ali təhsil almışdır. 1982-ci il noyabrın 23-də Bakıda vəfat etmişdir.