Qurban Aydın oğlu Mehdizadə (16 dekabr 1996; Göycəli, Ağstafa rayonu, Azərbaycan — 30 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Qurban Mehdizadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Göycəli, Ağstafa rayonu, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Kəlbəcər rayonu, Azərbaycan |
Dəfn yeri | Göycəli, Ağstafa rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Aydın Mehdizadə |
Təhsili | orta |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2014—2016 / 2018—2020 |
Rütbəsi | Çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Təltifləri |
Qurban Mehdizadə 16 dekabr 1996-cı ildə Ağstafa rayonunun Göycəli kəndində Aydın Mehdizadənin ailəsində anadan olmuşdur.[1] 2002-2013-cü illərdə orta təhsil almışdır. Nişanlı idi.
Qurban Mehdizadə 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətli hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərmiş, sonra yenidən orduya qayıdaraq "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına yazılmışdır. Kursları başa vuran Qurban Mehdizadə 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Murovdağ istiqamətində yerləşən "N" saylı hərbi hissələrindən birində, "çavuş" rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin çavuşu olan Qurban Mehdizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Qurban Mehdizadə 30 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Doğulduğu Ağstafa rayonunun Göycəli kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban Mehdizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qurban Mehdizadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qurban Mehdizadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Qurban Mehdizadə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[5]